Məhkəmə qərarları › İş №2-2(102)-182/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-182/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-182/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-ə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması F ondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-97/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. ***** tarixli, **** təminatsız kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC (bundan sonra- ASC) Cavabdeh MMC-ə (bundan sonra-MMC) 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, MMC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 29 dekabr 2012-ci il tarixli 1 saylı əlavəyə əsasən ***** təminatsız kredit xətti müqaviləsi eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır. 3. 30 yanvar 2014-cü il tarixli 2 saylı əlavəyə əsasən ***** təminatsız kredit xətti müqaviləsi yenidən eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır. 4. 2011-ci il 6 sentyabr tarixli, 1-13916-3 saylı hesabdan çıxarışa əsasən MMCin qalıq borcu 2.667.090,99 manat, 2012-ci il 29 dekabr tarixli 1-13916-40 saylı hesabdan çıxarışa əsasən 53.416,88 manat, 2015-ci il 6 fevral tarixli, 1-13916-44 saylı hesabdan çıxarışa əsasən 36.170,85 manat, 2015-ci il 6 fevral ci il tarixli 1-13916-42 saylı hesabdan çıxarışa əsasən 75.658,02 manat qeyd olunmuşdur. 5. 2019-cu il 29 yanvar tarixli, **********164 saylı maliyyə arayışına əsasən MMCin 01K/12 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə əsas borcu 242.530,68 manat və müqavilənin bitmə tarixinə faiz borcu 37.096,57 manat qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 №-li kredit müqaviləsinə əsasən 2019-cu il 29 yanvar tarixinə faiz borcu üzrə 75.658,02 manat, cərimə üzrə 36.170,85 manat, müqavilə müddəti bitdikdən sonra 5 % ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat məbləğində və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2019-cu il 7 iyun tarixli, e-22(81)745/2019 №li qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.

8. Məhkəmə - mühasibatlıq ekspertizasının 2020-ci il 15 yanvar tarixli, 17941 №-li rəyində qeyd olunmuşdur ki, MMC-in ASC-ə müqavilə müddətinin sonuna–2013-cü il 6 yanvar tarixinə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,68 manat, 2019-cu il 16 aprel tarixinə illik 5% hesablanmaqla faiz borcu üzrə 9.292,30 manat məbləğində borcu vardır.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci 3 mart tarixli, e-2-2(113)-84/2020 nömrəli qərardadına əsasən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.

10. Məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 8 may tarixli, 9/1114 saylı rəyində qeyd olunmuşdur ki, 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli təminatsız kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərara müvafiq olaraq MMC-in ASC-ə olan borcu 2013-cü il 6 yanvar tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,16 manat, 2019-cu il 16 aprel tarixinə 5% hesablanmaqla faiz borcu üzrə 33.545,37 manat məbləğində borcu vardır.

11. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən təqdim edilmiş 2012-ci il 29 dekabr tarixli tərəflər arasında bağlanmış 2012-ci il 1 yanvar tarixli 01K/12 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə 1 saylı əlavədə, 2012-ci il 6 dekabr tarixli 01K/12 saylı bərpa olunan kredit xətti müqaviləsi 12 ay müddətinə, 2014-cü il 30 yanvar tarixli 2 saylı əlavə isə təkrar 12 ay müddət inə uzadılması qeyd olunduğundan Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, e-2-2(113)-84/2020 nömrəli qərardadına əsasən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur.

12. Məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 7 avqust tarixli 9/2525 saylı rəyinə əsasən **** təminatsız kredit xətti müqaviləsinin şərtləri, 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə dair 1 saylı, 2 saylı əlavələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına müvafiq olaraq MMC-in ASC-ə olan borcu 2015-ci il 6 yanvar tarixinə əsas borcunun 242.530,68 manat, faiz borcunun 45.977,2 4 manat olmaqla ümumilikdə 288.507,92 manat, 2019-cu il 16 aprel tarixinə-iddia ərizəsinin verilmə tarixinədək 5% hesablanmaqla – ümumilikdə cavabdehin faiz borcunun 61.775,42 manat müəyyən edilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli, kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-ə 36 ay müddətinə 12%-lə 428.150 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh MMC-ə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdı r. ASC ilə MMC arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli kredit müqaviləsinə 2019-cu il 29 yanvar tarixinə cavabdeh MMC-in ASC qarşısında faiz borcu üzrə 75.658,02 manat, cərimə borcu üzrə 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2016-cı il 1 fevral tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin olunmuşdur.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr ta rixli, 2-2 (113)84/2020 saylı qətnaməsi iddia qismən təmin olunmuş, 45.977,24 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq ASC-ə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi MMC-dən, 190 manat məbləğində hissəsi ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilmişdir (hakim F.Qasımov).

15. Məhkəmə hesab etmişdir ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45.97 7,24 manat təşkil edir, lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Hazırki iş üzrə əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7, 462.1, 466.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərara istinad etməklə əsaslandırmışdır.

17. Həmin qətnamədən iddiaçı ASC 2020-ci il 16 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(103)-97/2021 saylı qətnaməsi ilə ASC-in apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, 2-2(113)-84/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

20. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45.977,24 manat təşkil edir, lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz b orcu və cərimə hesablanmışdır. Hazırki iş üzrə əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.

21. Bu məhkəmə əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ekspert rəylərindən görünür ki, işdəki hesabdan çıxarış məlumatlarında cavabdehə ba nk tərəfindən dəbbə pulu hesablandığı öz əksini tapmır. Bank tərəfindən tələb edilən 36.170,85 manat dəbbə pulu məbləğinin hansı dövr üçün və hansı məbləğə hesablanması barədə məhkəməyə maliyyə arayışı təqdim olunmadığından məhkəmə dəbbə pulu ilə bağlı hissədə iddianı düzgün olaraq təmin etməmişdir.

22. İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən 2021-ci il 10 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunub işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddiaçının iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

23. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçı ASC-in təqdim etdiyi maliyyə arayışına uyğun olaraq müəyyən edilmiş, Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesablanan 5 % borcu təmin olunmamışdır.

24. Həqiqətən cavabdeh MMC-in əsas borc məbləği Əmanətlərin Sığortalanması Fondunun 2016-cı il 4 may tarixli qərarına əsasən silinmişdir. Kredit müqaviləsinin müddəti isə 2015-ci il 6 yanvar tarixində bitmişdir.

25. Göründüyü kimi 2015-ci il 6 yanvar tarixindən 2016-cı il 4 may tarixinədək əsas borc məbləğindən faiz dərəcəsi 5% olmaqla borcun hesablanması tamamilə qanunauyğundur. Buna baxmayaraq, məhkəmə tərəfindən iddia tələbinin faiz dərəcəsi 5 % ilə hesablanan hissəsi tamamilə rədd edilmişdir.

26. Digər tərəfdən Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbinin cərimə borcu hissəsində rədd olunması qanunsuzdur.

27. Belə ki, ASC ilə MMC arasında bağlanmış olan 2012-ci il 6 yanvar tarixli kredit müqaviləsinin 5-ci maddəsində qeyd edilir ki, bu müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləndirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1 -ci maddəsində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır.

28. Göründüyü kimi kredit müqaviləsi bağlandığı tarixdən əsas borc ödənilənədək cavabdeh tərəfindən öhdəlik icra olumamışdır. Bu müddət ərzində haqlı olaraq, cərimə borcu hesablanmışdır.

29. Əsas borcun kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilmiş olması cərimə borcunun silinməli olması mənasını ifadə etmir. Uzun müddət ərzində cavabdeh tərəfindən ödəniş edilməməsi bankın marağına ciddi şəkildə ziyan vurmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

30. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(103)97/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məh kəməyə göndərilməsini xahiş etmişdir.

31. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

32. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduqlarını nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tə qdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikd irdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....”. Maddə

466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, z ərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir....”. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı Ali MƏHKƏMƏNİN MÖVQEYİ

36. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(103)-97/2021 saylı qətnaməsi qismən-dəbbə və faiz borcu hissəsində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normal arının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2021-ci il 03 fevral tarixli, 2-2(103)-97/2021 saylı qətnamə ilə iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini təmin etməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, 2-2(113)84/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlayaraq, hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecik dirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ekspert rəylərindən görünür ki, işdəki hesabdan çıxarış məlumatlarında cavabdehə bank tərəfindən dəbbə pulu hesablandığı öz əksini tapmır. Bank tərəfindən tələb edilən 36.170,85 manat dəbbə pulu məbləğinin hansı dövr üçün və hansı məbləğə hesablanması barədə məhkəməyə maliyyə arayışı təqdim olunmadığından məhkəmə dəbbə pulu ilə bağlı hissədə iddianı düzgün olaraq təmin etməmişdir.

40. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2021-ci il 03 fevral tarixli, 2-2(103)-97/2021 saylı qətnaməsinin mübahisələndirilən hissələri ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

41. Belə ki, iş materiallarından görünür ki, **** təminatsız kredit xətti müqaviləsind ən əsasən, ASC MMC-yə 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, MMC isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 42. **** təminatsız kredit xətti müqaviləsi 29 dekabr 2012-ci il tarixli 1 saylı əlavəyə əsasən eyni şərtlərlə 12 ay müddətinə və 30 yanvar 2014-cü il tarixli 2 saylı əlavəyə əsasən yenidən eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır. Yəni sas müqavilənin müddəti 1 saylı və 2 saylı əlavələrə görə 06.01.2015-ci il tarixədək uzadılmışdır. 43. 29.01.2019-cu il tarixli, **********164 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 01K/12 saylı kredit müqaviləsi üzrə 06.01.2015-ci il tarixə əsas borcu 242530,68 manat və faiz borcu 37096,57 manat qeyd olunmuşdur.

44. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 7 avqust tarixli 9/2525 saylı rəyinə əsasən **** təminatsız kredit xətti müqaviləsinin şərtləri, 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə dair 1 saylı, 2 saylı əlavələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına müvafiq olaraq MMC-in ASC-ə olan borcu 2015-ci il 6 yanvar tarixinə əsas borcunun 242.530,68 manat, faiz borcunun 45.977,24 manat olmaqla ümumilikdə 288.507,92 manat, 2019-cu il 16 aprel tarixinə-iddia ərizəsinin verilmə tarixinəd ək 5% hesablanmaqla – ümumilikdə cavabdehin faiz borcunun 61.775,42 manat müəyyən edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni kredit xətti müqaviləsinin 06.01.2015-ci il tarixdə bitdiyi halda əsas borcun 25.04.2016-cı ildə tam ödənilməsinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün olan cərimə və dəbbə borcu hissəsində düzgün olmayan nəticəyə gəlmişdir.

46. Belə ki, işin hallarından görünür ki, müqavilə müddətinin bitdiyi 06.01.2015-ci il tarixə əsas borc üzrə 288.507,92 manat, 45.977,24 manat isə faiz borcu vardır.

47. İş materiallarında olan 29 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən kredit üzrə son ödəniş tarixi 25.04.2016-cı il tarixdə olmuşdur.

48. Bu faktın mövcudluğunu hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cərimə borcu və dəbbə pulu hssəsilə əlaqədar yekun nəticəyə gələrkən mülki hüquq normalarının və normativ hüquqi xarakterli aktların tələbləri baxımından əlaqələndirməklə hüquqi qiymət verməmişdir.

49. Mülki Məcəllənin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

50. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

51. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik be ş faiz ödəməyə borcludur.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

53. Qərarda həmçin in göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

54. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini fərqləndirilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

55. Konstitusiya Məhkəməsi öz qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

56. Bununla yanaşı qeyd edilən qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozuntuya görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

57. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunmuş qərarında belə nəticəyə gəlinmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən müqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə Kreditorun vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

58. Kassasiya şikayətinin dəbbə pulunun ödənilməli olduğu, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmadığı hissəsi ilə bağlı Məhkəmə Kollegiyası vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi dəbbə pulu ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxl amaqla düzgün olmayan nticəyə gəlmişdir. Bu baxımdan kassasiya şikayətinin dəbbə pulu (cərimə) ilə bağlı hissəsi əsaslı hesab edilərək təmin edilməlidir. 59. 06 yanvar 2012-ci il tarxlii müqavilənin 5.1-ci bəndindən görünür ki, borc alan üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsinə və ya müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir.

60. İş materiallarından görünür ki, borc alan üzərinə düşən öhdəlikləri müqavilə müddətində müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

61. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin mə zmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi cərimə borcu və dəbbə pulu hissəsində yenidən araşdırmalı və hüquqi qiymət verməlidir.

63. Belə ki, MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozu lması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-2(103)-97/2021 saylı qətnaməsi qismən- cərimə və dəbbə borcu hissəsində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-in kassasiya şikayəti qismən təmin edilməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-2( 103)-97/2021 saylı qətnaməsi qismən- cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar