Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-182/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh 1-yə qarşı iş üzrə Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh 1-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli 2-2(103)839/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 22 iyun tarixli ünvan 1-də yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında» sərəncamı ilə ünvan 2 ünvanında yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında cavabdeh 2 (bundan sonra – “MMC”) tərəfindən köçürülərək həmin binanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilməsi qərara alınmışdır.
2. İş materiallarında olan 2017-ci il 20 iyul tarixli müqavilə ilə 2010-cu il 17 sentyabr tarixində ********** qeydiyyat və 597 reyestr nömrəsi ilə A Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 3-də ünvanda yerləşən 7 blokda ümumi sahəsi 46.2 m2 olan 2 otaqlı 98 saylı mənzilini sökmək üçün MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində Cavabdeh1 (bundan sonra – “cavabdeh 1”) üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan MMC-nin iddiaçıya (bundan sonra – “ASC”) ünvanladığı 2020-ci il 7 sentyabr tarixli 23 saylı məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanınd a yerləşən binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarına və Y rayonu İcra başçısının müvafiq sərəncamına əsasən, bina qəzalı vəziyyətdə olmasını nəzərə alaraq söküntüsü MMC-yə həvalə edilmişdir və ünvan 1də küçəsində yerləşən cavabdeh 1 məxsus 98 saylı mənzilin mülkiyyətçisinin razılığı ilə sökülmüş, əvəzində 2017-ci il 20 iyul tarixli müqaviləyə əsasən Yasamal rayonu, ünvan 1-də yerləşən 169 saylı təmirli mənzil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. ASC 2020-ci il 21 oktyabr tarixində Cavabdeh1 və MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1-lə bağlanılmış 2010-cu il 19 avqust tarixli 161 saylı kredit müqaviləsinin (bundan sonra – "kre dit müqaviləsi") təminatı qismində ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh1-ə məxsus 4 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,22 m2, yaşayış sahəsi 29.22 m2 olan mənzilin sökülməsi nəticəsində ASC-yə vurulmuş 37.640,38 manat maddi və 32.708,26 manat əldən çıxmış fayda üzrə zərərin əvəzi cavabdeh 1 və MMC-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kredit Müqaviləsinə əsasən, cavabdeh 1 300 ay müddətinə, illik 8% ödəməsi şərtilə 40.000 manat məbləğində kredit verilmişdir.
6. Kredit Müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə cavabdeh 1lə sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,44 m2, yaşayış sahə si 29,22 m2 olan mənzilin ipoteka qoyulması haqqında 2010-cu il 20 avqust tarixli 24 saylı müqavilə (bundan sonra – “İpoteka Müqaviləsi”) bağlanmış, ipoteka hüququnun qeydiyyata alınmasına dair Banka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2010-cu il 27 oktyabr tarixli, MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən yüklülük Çıxarışı verilmişdir. 7. cavabdeh 1 tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuş və Bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Daha sonra ASC-nin əməkdaşları tərəfindən ipoteka predmeti olan ünvana baxış keçirilərkən məlum olmuşdur ki, mənzil ipoteka saxlayan ASC-nin razılığı və məlumatı olmadan MMC tərə findən sökülmüş və ipoteka qoyan cavabdeh 1 sökülmüş mənzilin yerində inşa edilmiş binada digər bir mənzil verilmişdir.
8. Bununla əlaqədar, ASC tərəfindən 2020-ci il 4 sentyabr tarixli ərizə ilə MMC-yə müraciət edilmiş və MMC-nin 2020-ci il 7 sentyabr tarixli, 23 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarına və Yasamal rayonu İcra başçısının müvafiq sərəncamına əsasən, bina qəzalı vəziyyətdə olmasını nəzərə alaraq söküntüsü MMC-yə həvalə edilmişdir və A.M.Şərifzadə 174 küçəsində yerləşən cavabdeh 1 məxsus 98 saylı mənzilin mülkiyyətçisinin razılığı ilə sökülmüş, əvəzində 2017-ci il 20 iyul tarixli müqaviləyə əsasən Yasa mal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil verilmişdir.
9. İpoteka predmetinin Bankda yüklü olduğu halda İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmadan, Bankın yazılı razılığı olmadan ipoteka qoyan cavabdeh 1 tərəfindən mənzilin MMC-nin sərəncamına verilməsi, sonuncunun da yuxarıda qeyd edilənləri bildiyi və bilməli olduğu halda təqsirli və hüquqazidd əməllər (delikt) törətməklə həmin ipoteka predmetini əldə etməklə onun söküntüsünü aparması bankın hüquqlarının pozulması kimi qiymətləndirilməli, cavabdeh 1 və MMC tərəfindən ASC-yə vurulmuş zərər ödənilməlidir.
10. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən 2020-ci il 1 oktyabr tarixinə cavabdeh 1 33.778,38 manat əsas, 3.862,50 manat faiz borcu var. Mərkəzi Bankın uçot dərəcəsi ilə hesa blanmış əldən çıxmış fayda isə 32.708,26 manat təşkil edir.
11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 290.1, 290.1.3, 290.4, 1096, 1097-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 27.3, 30.1, 32.1-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.
12. Daha sonra ASC-nin nümayəndəsi iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə verərək ASC-yə vurulmuş 32.410,07 manat maddi və 28.396,72 manat əldən çıxmış fayda üzrə zərərin əvəzinin cavabdeh 1 və MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. ASC 2021-ci il 25 fevral tarixində vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üçüncü şəxs kimi işə cəlb edilməsi ni xahiş etmişdir.
14. ASC-nin vəsatəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsi 2021-ci il 25 fevral tarixində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərar qəbul etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli 2-2(113)-361/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
16. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir: müqavilədən əmələ gələn öhdəliklər; qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma); mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər.
17. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır, yəni, öhdəliyin həm müqavilə üzrə, həm də digər əsaslarla əmələ gəlməsi mümkün deyildir.
18. İpoteka müqaviləsinin predmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə ipoteka qoyan cavabdeh 1 verilmiş mənzil üzərində bankın ipoteka hüququna xitam verilməmiş, ona çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etmiş və həmin hüquq bugünkü gündə də davam etməkdədir.
19. Yəni, iddia tələbnin yönəldiyi cabdehlərin hərəkətləri nəticəsində ipoteka saxlayan kimi banka hər hansı zərərin dəyməsi mübahisənin əsasını təşkil edə bilməz.
20. Lakin hazırkı mübahisə üzrə, yuxarıda qeyd olunduğu kimi, delikt nəticəsində vurulmuş zərər mövcud olmadığından digər əsaslar üzrə araşdırılma aparılmasına zərurət yoxdur. 2
1. Həmçinin ASC qarşısında öhdəliklərin daşıyıcısı cavabdeh 1dir və ASC-nin kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
22. Məhkəmə öz qətnaməsini MM-in 21.1, 21.2, 1096.1, 1115-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 30.1, 32.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Van de Hark Niderlanda qarşı” 1994-cü il 19 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
23. ASC 2021-ci il 8 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli 22(103)-839/2021 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli e-2-2 (113)-361/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh 1 və MMCdən müştərək qaydada ASC-nin xeyrinə 32.410,07 manat pul, 30 manat dövlət rüsumu tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
25. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni "xxxx" Qanunun 32.1-ci maddəsinə istinadən belə əsaslandırmışdır ki, ipoteka müqaviləsinin predmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə ipoteka qoyan cavabdeh 1 verilmiş mənzil üzərində bankın ipoteka hüququna xitam verilməmiş, ona çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etmiş və həmin hüquq bugünkü gündə də davam etməkdədir.
26. Hazırkı iş üzrə ipoteka predmetinin dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsi halı ("xxxx" Qanunun 32.1-ci maddəsində nəzərdə tutulmuş) mövcud deyil. Rekvizisiyanın anlayışı isə MM-in 209.1-ci maddəsində nəzərdə tutulmuşdur.
27. Hazırkı iş üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzil üzərində ipoteka qoyanın mülkiyyət hüququna "xxxx" Qanunun 32.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi halları mövcud olmadığından birinci instansiya məhkəməsi həmin normanı hazırkı iş üzrə tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
28. Hazırkı halda ASC-nin iddianın hüquqi əsası kimi istinad etdiyi "xxxx" Qanunun 30.1-ci maddəsinin tələbi ipoteka qoyan tərəfindən pozulmuş, cavabdeh 1 ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka ilə yüklü edilmiş məznilin sökülməsinə razılıq vermiş, MMC isə sökdüyü binada yerləşən mənzillər üzərində yüklülüyün olub-olmadığını araşdırmamış, nəticədə ipoteka predmetinin məhv olması nəticəsində ipoteka xitam olunmuş, kredit öhdəliyinin təminatı aradan qalxmışdır.
29. İşin mübahisəsiz halıdır ki, cavabdeh 1 tərəfindən "xxxx" Qanunun 30.1-ci maddəsinin tələbləri pozulmaqla ipoteka ilə yüklü edilmiş əmlaka sərəncam vermişdir. Belə olan halda bank Qanunun 31.1.2-ci maddəsinin tələbinə əsasən, ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını K. Abdiyevdən tələb etməyə haql ıdır. Tikinti şirkəti olan MMC sökdüyü daşınmaz əmlakın yüklü olub-olmadığını bilməli və araşdırmalı olduğundan Qanunun 31.2-ci maddəsinə əsasən kredit alan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.
30. ASC tərəfindən məhkəməyə verilmiş arayışdan görünür ki, mənzil söküldükdən sonra cavabdeh 1 kredit üzrə ödənişləri dayandırmışdır. ASC tərəfindən bankın daxili resursları hesabına 33.908 manat vəsait İpoteka Fonduna köçürülmüşdür.
31. İddia 32.410,07 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslıdır.
32. Hazırkı iş üzrə MMC-də ASC-nin qanunsuz saxlanılan pul vəsaiti olmadığından ona qarşı əldən çıxmış fayda tələbi əsassızdır. 33. cavabdeh 1 il ə ASC arasında 2010-cu il 19 avqust tarixində 25 il müddətinə bağlanmış kredit müqaviləsi ləğv edilmədən, kredit öhdəliyinin icra müddəti bitmədən və ya bank tərəfindən qanunla nəzərdə tutulmuş hallarda öhdəliyin vaxtından əvvəl icrası tələb edilmədən kreditalanın bankdan aldığı kredit vəsaitini tam qaytarmaq öhdəliyi yaranmadığından ASC tərəfindən qalıq kredit borcuna Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faiz borcu əsassız hesab edilir.
34. Məhkəmə öz qətnaməsini MM-in 209.1, 445.7, 449.1-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 30.1, 31.1, 31.2, 32.1, 48.1.4-cü, MPM-in 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 20 09-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
35. MMC 2021-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin MMC-yə münasibətdə ləğv edilməsini və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 36. cavabdeh 1 2021-ci il 24 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) MMC-nin kassasiya şikayətinin dəlilləri.
37. MM-in 425.1, 425.2, 285.1, 287, 290.1-ci, "xxxx" Qanunun 27.2 və 58-ci maddələrinin tətbiq etməli olduğu halda tətbiq edilməməsi, MM-nin 449.1, 152.3 və "xxxx" Qanunun 31.1.1, 31.1.2, 31.2, 30 və 48.1.4-ci maddələrinin düzgün tətbiq və təfsir edilməməsi ilə bağlı
38. Mübahisənin məhkəməyə verildiyi müddətə həmin kredit məbləğindən 31.588,47 manat borc və ona hesablanmış 821,60 manat faiz borcu qalmışdır. Kredit müqaviləsi ləğv edilməmiş və bundan sonra da müddətin bitməsinə 14 il qalmışdır. İpoteka qoyan həm də kredit üzrə borclu olaraq, cavabdeh 1 kredit borcunun ödənilməsini qrafik üzrə təminini davam etdirir. Bina qəzalı olduğundan, pilot layihə çərçivəsində sökülmüş, bina sökülməmişdən əvvəl mənzil mülkiyyətçinin razılığı alınmış, həmin mənzilin əvəzində mülkiyyətçiyə, sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sahəsi 69,3 m2 olan, tam təmirli şəkildə 169 saylı mənzil təhvil verilmişdir və hazırda onun sərəncamındadır. cavabdeh 1 kreditin təminatı kimi yeni mənzili ipoteka ilə yüklü edilməsinə razıdır və bu istiqamətdə bütün hərəkətləri edir. Yeni mənzilin köhnə mənzildən daha dəyərli olduğundan təminatında mübahisə olmadığı bəllidir. ASC-nin tələbi ilə yeni mənzilin üzərinə həbs qoyulduğundan, həmin mənzilə dair mülkiyyət sənədinin alınmasını mümkünsüz etmişdir. Nəticədə mənzilə dair çıxarış olmadığından ipoteka predmetinin dəyişdirilməsinə imkan vermir. Mənzilin üzərinə həbsin qoyulması ilə ASC cavabdeh 1 çıxılmaz vəziyyətdə qoymuşdur ki, bu da kredit və ipoteka münasibətini özündə əks etdirən tərəflər arasında müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı MM-nin 425-ci maddəsində nəzərdə tutulmuş vicdanlı hərəkət etməmişdir.
39. Bina qəzalı vəziyyətdə olduğundan, onda yerləşən mənzillərin üzər ində mövcud hər hansı bir yüklülük, onun əvəzində verilmiş yeni mənzillə əvəz olunmalıdır. Bu hal ipoteka ilə yüklülüyə də aiddir (MM-in 290.1-ci maddəsi). Hazırkı mübahisə ilə bağlı əsas hədəf ipoteka predmeti ilə bağlı olmaqla, onun yenisi ilə əvəz edilməsindın irəli gələn vəzifələrdən (öhdəliklərdən) ibarətdir. Bu öhdəlik də ipoteka qoyana aiddir (MM-in 285.1-ci maddəsi). Həmçinin qanunvericilik girov (ipoteka) predmetinin əvəz edilməsini qadağan deyil, əksinə əvəz edilməsi halını istisna etmir və bu öhdəliyi girov qoyanın üzərinə qoyur (MM-in 287-ci maddəsi). Göründüyü kimi, ipoteka predmetinin məhvi, onun yenisi ilə əvəz edilməsi ilə bağlı ipoteka saxlayana məlumat vermə və yenisi ilə əvəz etmə vəzifələri ipoteka qoyan cavabdeh 1 aiddir. İpoteka qoyan cavabdeh 1 ipoteka predmetni yeni si ilə əvəz etməyə çalışır, lakin ASC buna imkan vermir.
40. MMC adıçəkilən mənzilin ipotekada olduğu barədə mülkiyyətçi tərəfindən xəbərdarlıq edilməmiş, bina qəzalı olduğu baxımından tez bir zamanda sökülməli olduğundan, MMC tərəfinin ipoteka ilə yüklülüyünün yoxlanılması üçün yetərincə vaxta malik olmamışdır.
41. Qəzalı vəziyyətdə olan binanın söküldüyü halda, mənzili ayrıca sökülməyib, saxlanılmasının da mümkün olmadığı bəllidir. Həmçinin ASC ipoteka saxlayan olsa da belə, qəzalı vəziyyətdə olan binanın sökülməsinə mane ola bilməzdi və qəzalı binada bir mənzilin ipoteka ilə yüklü olması onun sökülməyib, ətrafdakılar üçün hər zaman təhlükə mənbəyi kimi saxlanılması üçün də əsas deyildir. Bu halda "xxxx" Qanunun 58-ci maddəsində nəzərdə tutulmuş “tikilməkdə olan yaşayış evlərinin və mənz illərin ipotekası” normasına uyğun bankla, mülkiyyətçi birlikdə hərəkət etməli idilər. Bu da MMC-dən asılı olmayan haldır.
42. Mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətə düşdüyü və məcburi sökülməsi tələbi mülkiyyətçi cavabdeh 1 məlumat verildiyi (o bunu ona yeni mənzil verilməsinə dair müqavilə təqdim edildiyi zaman bilmişdir), ipoteka əmlakının məhv olması təhlükəsi barədə Banka məlumat verməli idi ("xxxx" Qanunun 27.2-ci maddəsi). Lakin bu vəzifəni MMC-yə aid etmək olmaz.
43. Bütün hallarda qeyd olunan ipoteka ilə bağlı olan öhdəliklərin MMC-yə aid edilməsini yuxarıda qeyd olunan qanunvericilik normaları dəsdəkləmir. Lakin apellyasiya istansiyası məhkəməsi qeyd olunan qanun müddəların tələblərinə zidd olaraq, ipoteka qoyana aid olan öhdəliyi, müştərək qaydada MMC-nin də üzərinə qoym uşdur. Apellyasiya məhkəməsinin şikayətə baxılma həddi və istiqaməti bu yönümdə olmalı və maddi normalar da buna uyğun tətbiq edilməli idi. Lakin ümumiyyətlə mübahisəyə bu yönümdə aydınlıq gətirilməmiş, qanun müddəaları tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd edilən kredit və ipoteka müqavilələrin şərtlərinə, onlardan irəli gələn öhdəliklərin hüquqi əsası kimi "xxxx" Qanunun qeyd olunun 30, 31.1.1, 31.1.2, 31.2 və 48.1.4-cü, həmçinin MM-in 449.1 və 152.3-cü maddələrinə istinad etmişdir. Halbuki qeyd olunan maddələrin tələbi hadisənin MMC-yə aid olma ilə bağlı heç bir hüquqi əlaqəsi yoxdur.
44. MPM-in 217.3 və 217.4-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmiş və yuxarıda qeyd olun an dəlillərə görə bir daha aydın görünür ki, məhkəmə kollegiyasının gəldiyi qənaət məhkəmə iclasında müəyyən edilmiş dəlillərə uyğun deyildir. Məhkəmə kollegiyası işə baxarkən, ipoteka qoyulmuş köhnə mənzilin, qəzalı binada yerləşdiyini, onun yeni mənzillə əvəz edilməsi ilə bağlı ipoteka qoyanın mövqeyi və yeni əmlakın dəyər baxımından durumunu diqqətə almalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmədə müəyyən edilən halları və tərəflərin münasibətini nəzərə almamışdır.
45. Həmçinin qeyd olunan mübahisə ilə bağlı cavabdeh qismində MMC-nin üzərinə öhdəlik qoyulduğu təqdirdə, bu öhdəliyin qanuni əsasının nədən ibarət olduğu izah edilməmiş və qanun müddəalarına istinad edilməmişdir. Çünki hazırkı mübahisə ilə bağlı MMC-nin üzərinə ödənişlə bağlı öhdəliyin qoyulmasını tənzi mləyən qanun müddəası mövcud deyildir. b) cavabdeh 1 kassasiya şikayətinin dəlilləri.
46. MM-in 1096-cı, "xxxx" Qanununun 32.1-ci maddələri pozulmuşdur. İpoteka müqaviləsinin predmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə ipoteka qoyan cavabdeh 1 verilmiş mənzil üzərində bankın ipoteka hüququna xitam verilməmiş və ona çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etmiş və həmin hüquq bugünkü gündə də davam etməkdədir. Yəni, iddia tələbinin yönəldiyi cavabdehlərin hərəkətləri nəticəsində ipoteka saxlayan kimi banka hər hansı zərərin dəyməsi mübahisənin əsasını təşkil edə bilməz. Bunu Bakı Kommersiya Məhkəməsi də öz qətnaməsində düzgün qeyd etmişdir. Həmçinin məhkəmə hazırkı mübahisə üzrə delikt nəticəsində vurulmuş zərər mövcud olmadığından digər əsaslar üzrə ar aşdırma aparılmasını zəruri hesab etməmişdir. Hesab edirik ki, ASC-nin özünə vurulan hesab etdiyi maddi ziyanın təmin edilməməsi doğru olduğu halda, birinci və əsas ziyan hesab edilən maddi ziyanın təmin edilməməsi bir qayda olaraq əldən çıxmış faydanın təmin edilməsinə dəlalət edə bilməz. Odur ki, əldən çıxmış faydanın məhkəmə tərəfindən qəbul edilməsi yolverilməzdir. Digər tərəfdən əldən çıxmış faydanın təsdiqləyən hansı sənədlərə istinad edilib. Əsassız olan hallara istinad da başa düşülən deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. ASC kassasiya şikayətlərinə qarşı etiraz təqdim etmiş və aşağıdakıları bildirmişdir.
48. MMC-nin verdiyi kassasiya şikayəti tam əsassızdır və formal mülahizələrə əsaslanır.
49. İpoteka ilə yüklü edilmiş mənzil 2017-ci il tarixdə sökülmüşdür. Mənzilin sökülməsi barədə məlumat ipoteka saxlayanın müraciətinə əsasən MMC tərəfindən 2020-ci il 7 sentyabr tarixli 23 saylı məktubla bildirilmişdir. Müəyyən olunur ki, cavabdehlərin ümumiyyətlə ipoteka saxlayana mənzilin sökülməsi barədə könüllü şəkildə məlumat vermək istəkləri olmamışdır.
50. MMC dəfələrlə şikayətində qeyd edib ki, A.M.Şərifzadə 174 küçəsində yerləşən cavabdeh 1 məxsus 98 saylı mənzil qəzalı vəziyyət olub və onun sökülməsinə vaxt itirmədən başlanılmışıdır. Məlumat üçün qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərancamına əsasən binanın sökülməsi 2016-cı il 25 fevral tarixində MMC-yə həvalə edilmişdir, lakin binanın sökülməsinə 2017-ci il tarixdə başlanılmışdır. Əgər bina qəzalı vəziyyət olduğuna görə MMC vaxt itirmədən binanı sökülməsini icr a edibsə, o zaman niyə 1 il kimi bir müddət gözləyib.
51. İpoteka saxlayana əmlakının sökülməsi barədə məlumat verilməməsi onun qanunvericilikdə nəzərdə tutulan və müdafiə edilən hüquqlarının pozulmasıdır.
52. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarı MMC-nin dəfələrlə kassasiya şikayətində qeyd etdiyi kimi, qəzalı binaların sökülməsi barədə deyil. Həmin qərar Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədədir.
53. İpoteka ilə yüklü edilmiş mənzil söküldükdə ipoteka saxlayana mütləq olaraq məlumat verilməli idi.
54. Hazırkı iş üzrə ipoteka predmetinin dövlət ehtiyacları üçün özgənink iləşdirilməsi halı mövcud deyil.
55. Ona görə də şikayətlər rədd edilmədli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini MMC ona aid hissədə, cavabdeh 1 isə bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaların ı düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
59. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
209. Rekvizisiya 209.1. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya)....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bor cludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdaf iə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
60. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;...” 61. "xxxx" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 30.İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair)....” “Maddə 31.İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam veril dikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. “Maddə 32.İpoteka predmetinin məcburi alınmasının n əticələri 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər....” “Maddə 48.İpoteka ya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:... 48.1.4. ipoteka predmeti məhv olduqda;...” 62. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 5.Dövlət reyestrinin açıqlığı 5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. 5.1-1. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın döv lət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.... 5.1-3. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.... 5.6. Daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair a rayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Bu zaman qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirirməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
63. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsiin 449-cu maddəsinin müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında göst ərilmişdir ki: bəzi MM-in 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.”
64. İHAM-ın “Van de Hark Niderlanda qarşı” 1994-cü il 19 aprel tarixli qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
65. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəli llərini (bax yuxarıda § 37-46) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. MMC-nin kassasiya şikayətinin dəlilləri üzrə:
66. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi MMC ilə cavabdeh 1 arasında bağlanmış 2017-ci il 20 iyul tarixli müqavilənin 2.1.2 və 2.2.2-ci bəndlərinə (i/v 24) görə, mülkiyyətdə olan yaşayış sahəsini tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) təqdim etmək şərtilə "xxxx"nə (MMC) təhvil vermək “Əmlak mülkiyy ətçisi”nin (cavabdeh 1) vəzifəsi, bu Müqavilədə razılaşdırılmış şərtlərə əsasən mövcud yaşayış sahəsinin sökülməsini həyata keçirmək isə "xxxx"nin (MMC) vəzifəsi olmuşdur.
67. Həmin müqavilə şərtlərindən aydın olur ki, MMC söküntü işlərinə başlamamışdan əvvəl ilk növbədə mübahisə predmeti olan mənzilin ipoteka ilə yüklü olub-olmamasını dəqiqləşdirməli idi.
68. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1, 5.1-1 və 5.1-3-ci maddələrinə (bax yuxarıda § 62) görə, mülkiyyətçi kimi cavabdeh 1 mənzilin üzərində yüklülüklərə, o cümlədən ipotekaya dair məlumatları qanunla müəyyən olunmuş qaydada əldə etmək hüququna malik idi.
69. Bundan başqa, hətta cavabdeh 1 mənzilin yüklü olmaması barədə arayışı (forma 1) təqdim etməsə və ya məlumat verməsə idi belə, MMC həmin məsələni digər yolla da dəqiqləşdirə bilərdi.
70. Belə ki, istinad olunan Qanunun 5.6-cı maddəsinə (bax yuxarıda § 62) görə, daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur.
71. Göründüyü kimi, söküntü işini həyata keçirən MMC daşınmaz əmlak obyektinə sərəncam verənin (hazırkı halda cavab deh 1) bu hüquqa malik olub-olmamasını, sökülməsi nəzərdə tutulan mənzilin yüklü olub-olmamasını, ən azından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada yoxlamaq imkanına malik idi.
72. Lakin iş materiallarından məlum olur ki, MMC bu imkandan da istifadə etməmiş, mübahisəli mənzili ipoteka saxlayanın məlumatı və razılığı olmadan sökmüş, nəticədə ASC-nin hüquqları pozulmuşdur.
73. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin 2021-ci 29 aprel tarixli iclasının video çəkilişindən görünür ki, iclasda iştirak edən cavabdeh 1 izahat verərək MMC-nin mübahisə predmeti olan mənzilin ipoteka ilə yüklü olmasından məlumatlı olduğunu bildirmişdir.
74. Odur ki, mənzilin yüklü olmaması barədə arayış olmadan söküntü işlərinin həyata keçirilm əsi nəticəsində üçüncü şəxslərin (konkret halda ASC-nin) hüquqlarının pozulmasına görə məsuliyyət müqavilə şərtlərinə əməl etməyən cavabdeh 1lə yanaşı (eyni dərəcədə), MMC-nin də üzərinə düşür. 75. "xxxx" Qanunun 31.2-ci maddəsinə (bax yuxarıda § 61) görə, ipoteka predmetini əldə edən şəxsin həmin əşyaya ipoteka saxlayanın yazılı razılığı olmadan sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.
76. Hazırkı halda cavabdeh 1 ipoteka predmeti olan mənzilə ipoteka saxlayan ASC-nin razılığı olmadan sərəncam verməsi işin mübahisəsiz halıdır.
77. Bu mənada MMC, ən azından, yuxarıda istinad olunmuş MMC ilə cavabd eh 1 arasında bağlanmış 2017-ci il 20 iyul tarixli müqavilənin şərtlərinə görə, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş imkandan yararlanmaqla sökdüyü mənzilin yüklü olub-olmadığını bilməli və araşdırmalı olduğundan "xxxx" Qanunun 31.2ci maddəsi ilə müəyyən edilmiş həcmdə əlavə məsuliyyət daşıyır.
78. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yol verilmiş "xxxx" Qanunun pozulması halları (cavabdeh 1 tərəfindən ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka ilə yüklü edilmiş mənzilin sökülməsinə razılıq verilməsi, MMC tərəfindən isə həmin mənzilin üzərində yüklülüyün olub-olmadığı araşdırılmadan sökülməsi) ilə əlaqədar yaranan nəticələrə (ipoteka predmetinin məhv olması nəticəsində ipotekanın xitam olunmasına, K.Abd iyeyin 2021-ci il 5 aprel tarixinə kredit müqaviləsi üzrə 32.410,07 manat borcunun qalmasına, habelə mənzil söküldükdən sonra sonunucu, banka ödənişləri dayandırdığından ASC tərəfindən bankın daxili resursları hesabına 33.908 manat vəsaitin İpoteka Fonduna köçürülməsinə) görə cavabdeh 1lə yanaşı, MMC də məsuliyyət daşıyır.
79. Sökülmüş mənzilin cavabdeh 1 verilmiş yeni mənzillə əvəz olunmasına ASC-nin maneçilik törətməsinə dair dəlillərə gəldikdə, əvvəla, "xxxx" Qanunun 48.1.4-cü maddəsinə (bax yuxarıda § 61) əsasən, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.
80. Hazırkı halda da cavabdeh 1 yuxarıda qeyd olunduğu kimi, qanunun tələbini pozaraq ipoteka saxlayanın (ASC) yazılı razılığı olmadan ipoteka ilə yüklü edilmiş mənzilin sökülməsinə razılıq vermiş, MMC isə sökdüyü binada y erləşən mənzillər üzərində yüklülüyün olub-olmadığını araşdırmamış, nəticədə ipoteka predmetinin məhv olması nəticəsində ipoteka xitam olunmuş, kredit öhdəliyinin təminatı aradan qalxmışdır.
81. Eyni zamanda, həmin Qanunun 30.1 və 31.1-ci maddələrindən (bax yuxarıda § 61) aydın olur ki, ipoteka predmetinə qanunsuz (ipoteka saxlayanın yazılı razılığı olmadan) sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və əqd üzrə verdiklərinin hamısının qaytarılmasını, ya da ki, ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər.
82. Hazırkı halda da cavabdeh 1 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə qanunsuz sərəncam verildiyind ən ASC ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını cavabdeh 1 tələb etməyə haqlıdır. İstənilən halda tələb olunan vəsaitin (32.410,07 manat) həcmi ASC tərəfindən bankın daxili resursları hesabına İpoteka Fonduna köçürülmüş vəsaitdən (33.908 manat) artıq deyildir və İpoteka Fonduna köçürülmüş vəsait ASC-yə vurulmuş zərər kimi qiymətləndirilməlidir.
83. Kassatorun öz şikayətində istinad etdiyi MM-in 285.1, 287, 290.1-ci maddələrinin məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlilləri də əsaslı hesab etmək olmaz.
84. Belə ki, həmin hüquq normaları ümumiyyətlə MM-in ipotekanı tənzimləyən müddəalarına (MM-in 307-323-1-ci maddələr) deyil, sırf girovu tənzimləyən müddəalarına daxildir. Bu baxımdan, həmin müddəaların ipotekaya dair münasibətlərin tənzimlənməsinə də ş amil edilməsi üçün hüquqi əsas yoxdur.
85. İpoteka ilə bağlı münasibətlər MM-in ümumi normaları ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, 307-323-1-ci maddələri, həmçinin sahəvi hüquqi akt olan "xxxx" Qanun ilə tənzimlənir.
86. Həmin Qanunda isə ipoteka predmeti ona ipoteka saxlayanın razılığı olmadan sərəncam verilməsi nəticəsində məhv olduqda, ipoteka qoyanın məhv olmuş əmlakını yenisi ilə əvəz etmək vəzifəsi nəzərdə tutulmamışdır. Bununla bağlı nəticələr yuxarıda qeyd edildiyi kimi, Qanunun 48.1.4-cü və 30.1, 31.1-ci maddələrinə uyğun olaraq həll edilir (hazırkı halda olduğu kimi).
87. ASC-nin ipoteka saxlayan olsa da belə, qəzalı vəziyyətdə olan binanın sökülməsinə mane ola bilməməsinə və qəzalı binada bir mənzilin ipoteka ilə yüklü olmasının onun sökülməyib, ətrafdakılar üçün hər zam an təhlükə mənbəyi kimi saxlanılması üçün əsas olmamasına dair dəlilə gəldikdə isə qeyd etmək lazımdır ki, həmin vəziyyətin yaranacağı təqdirdə baş verə biləcək mümkün pozuntular və nəticələr hazırkı məhkəmə icraatının predmeti deyildir.
88. İkincisi, qəzalı vəziyyətdə olan binanın, mənzilin üzərində ipoteka saxlayanın razılığı olmadan sərəncam verilməsi, o cümlədən sökülməsi "xxxx" Qanunun tələblərindən istisna yaradan, qanun üzrə məsuliyyətdən azad olmağa imkan verən hal kimi nəzərdə tutulmamışdır.
89. Üçüncüsü isə, kassatorun məntiqi ilə yanaşılsa, tikinti təşkilatı (hazırkı halda MMC) qəzalı vəziyyətdə olan evin sökülməsi üçün heç mənzil mülkiyyətçisinin (hazırkı halda cavabdeh 1) də razılığını almalı deyildi. cavabdeh 1 kassasiya şikayətinin dəlilləri üzrə:
90. İpoteka müqaviləsinin p redmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə cavabdeh 1 verilmiş mənzil üzərində ASC-nin ipoteka hüququna xitam verilməməsinə və həmin hüququn hazırda da davam etməsinə dair cavabdeh 1 dəlilinə münasibətdə qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bununla bağlı ətraflı əsaslandırma vermişdir.
91. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşır.
92. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, hazırkı iş üzrə ipoteka ilə yüklü edilmiş mənzil üzərində ipoteka qoyanın mülkiyyət hüququna "xxxx" Qanunun 32.1-ci maddəsində (bax yuxarıda § 61) nəzərdə tutulmuş əsaslarla xitam verilməsi halları (dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya millil əşdirilmə) mövcud deyildir.
93. Odur ki, cavabdeh 1 verilmiş yeni mənzil üzərində ASC-nin ipoteka hüququ da yoxdur. Çünki yalnız həmin hallardan birinin mövcud olması səbəbindən ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.
94. Hazırkı halda isə cavabdeh 1 mübahisə predmeti olan əvvəlki mənzili dövlət ehtiyacları üçün özgəninkiləşdirilməmiş, rekvizisiya edilməmiş və ya milliləşdirilməmişdir.
95. Belə olan təqdirdə isə "xxxx" Qanunun 32.1-ci maddəsinin tətbiqi üçün hüquqi əsas yaranmamışdır.
96. ASC-nin əldən çıxmış faydaya dair tələbinin təmin edilməsinin yolverilməzliyinə dair dəlilə gəldikdə isə, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi də eyni nəticəyə gəlmiş, ona görə də həmin tələbi rədd etmişdir.
97. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşır.
98. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassatorların istinad etdikləri hüquq pozuntularına yol verməmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri üzrə həmin qətnamənin ləğvi üçün əsas(lar) mövcud deyildir.
99. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh 1-in kassasiya şikayəti təmin olunmasın. Cavabdeh2-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli 22(103)-839/2021 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.