Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-182/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı müqavilənin ləğv edilməsi və digər tələblərinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı öhdəliyin gecikmiş hesab edilməsi və digər tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(106)-144/2022 nömrəli qərardadından ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli e-2-2(121)-43/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli baş kredit müqaviləsi ləğv olunmuş, kredit xətti verilməs inə dair razılaşmalara əlavə sazişlər üzrə borcların cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetlərinə yönəldilməsi, ilkin satış qiymətinin 4.300.000 manat məbləğində olmaqla açıq hərracdan satılmaları, əldə edilən vəsaitdən 1.526.617,56 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və 289.234,17 manat məbləğində kredit borcunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur (hakim İ.Cabbarov).
2. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(106)-144/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Zeynalov, hakimlər T.Kərimov və T.Heydərov).
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 27 sentyabr tarixli 22(102)-492/2023 nömrəli qərarı ilə Cavabdeh4 MMC və Cavabdeh7 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər Z.Babayev, A.Hüseynov) 4. 2024-cü il 10 yanvar tarixində ilk iddia üzrə Cavabdeh1 iş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və yenidən baxılması həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü i l 25 yanvar tarixli 2-2(106)-144/2022 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər P.Əhmədov və T.Kərimov).
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işə digər tərəflərin apellyasiya və kassasiya şikayətləri əsasında baxılmış, onların şikayətləri təmin edilməmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda kassasiya şikayəti verən tərəf birinci instansiya və apellyasiya baxışında iştirakının təmin olunmadığını bildirmişdir. Lakin işin materiallarına əlavə olunmuş poçt xəbərnaməsindən (İİİ cild, s.139) müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti 2022-ci il 30 avqust ta rixində Cavabdeh1 təqdim olunmuşdur. Eyni zamanda, apellyasiya baxışında da tərəflərə müvafiq məhkəmə bildirişləri və məhkəmə aktının surəti göndərilmişdir.
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin surətini almış və qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Belə olan halda, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatlı olduğu halda, həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyindən onun hazırda kassasiya şikayəti vermək hüququ mövcud olmamışdır.
8. Məhkəmə aktı əvvəllər apellyasiya və kassasiya qaydasında baxılaraq yoxlanılmışdır. Beləliklə, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır.
9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki və Kommersiya kollegiyaları apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 408.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
10. İlk iddia üzrə Cavabdeh1 kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və şikayətin baxılması üçün kassasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi, 60-cı maddəsinin İ hissəsi, 127-ci maddəsinin İV və Vİİ hissələrinin tələbləri pozulmuşdurCa vabdeh1 məhkəmə iclaslarından məlumatsız olmuş və həmin iclaslarda iştirakı təmin edilməmişdir. Buna baxmayaraq, bilavasitə Cavabdeh1 maraqlarına toxunan məhkəmə aktları ilə müəyyən edilmiş halların mübahisələndirilməsinin məhdudlaşdırılması məhkəmə müdafiəsinə təminat hüququ, ədalət mühakiməsi, qanun və məhkəmə qarşısında bərabərlik hüququ və məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsini tələb etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli qərarı ilə müəyyən olunanlar nəzərə alınmamışdır. Qeyd olunan qərarda qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşan hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid edilmiş və onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Şəxs qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut olunmasını tələb edə bilər. Plenumun belə mövqeyi, eyni zamanda, işdə iştirak etməyən və məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Konstitusiya ilə nəzərdə tutulmuş təminatlarına xələl gətirilməsinin qarşısını almaq məqsədilə həmin şəxslərin hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.
13. MPM-in 135. 1, 135.3, 135.5 və 135.8-ci maddələrinin tələbləri pozulmuşdurbirinci instansiya məhkəməsinin iclasları barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməməsinə baxmayaraq, əsassız olaraq həmin məhkəmənin qətnaməsinin surətinin 2022-ci il 30 avqust tarixində Cavabdeh1 təqdim edildiyi qənaətinə gəlinmişdir. Mübahisələndirilən qərardadda apellyasiya baxışında da tərəflərə müvafiq məhkəmə bildirişləri və məhkəmə aktının surətinin göndərildiyi qeyd edilmişdir. Lakin Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməməklə yanaşı, iş üzrə qəbul olunmuş məhkəmə aktları rəsmi qaydada təqdim edilməmişdir. Bunu poçt xəbərnaməsində (İİİ cild, s.139) olan imzanın kim tərəfindən imzalandığı və qətnamənin Cavabdeh1 tərəfindən qəbul olunmadığını müəyyən etməklə təsdiq etmək mümkündür. Birin ci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 tərəfindən 2022-ci il 30 avqust tarixində qəbul edildiyi barədə qərardadda qeyd olunanlar həqiqətə uyğun deyil. Belə ki, həmin qətnamə nə Cavabdeh1, nə də sonuncu ilə birlikdə yaşayan ailə üzvlərindən biri tərəfindən qəbul edilməmişdir.
14. Mübahisələndirilən qərardad maddi və prosessual hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmişdir. Cavabdeh1 qətnamələrdən icra məmuru tərəfindən ona verilmiş məlumat əsasında xəbəri olmuşdur. Cavabdeh1 daimi olaraq qeydiyyatda olduğu ünvanda yaşayır, ona yaşadığı ünvanda məhkəmə bildirişi təqdim edilməmişdir və qərardadda qeyd olunan poçt xəbərnaməsindən məlumatsızdır. Cavabdeh1 tərəfindən poçt vasitəsi ilə və ya başqa qaydada məhkəmə qətnaməsi qəbul edilməmişdir.
15. Apellyasiya məhkəməsi qətnamənin qəbul edilməsi barədə poçt xəbərnaməsini alan şəxsin kimliyi barədə lazımi qaydada araşdırmanı aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin 2022-ci il 30 avqust tarixində Cavabdeh1 təqdim edilməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.
16. Cavabdeh1 2023-cü il 8 dekabr tarixində Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, qətnamənin təsdiq olunmuş surətinin ona rəsmi qaydada verilməsi xahiş etmişdir. Cavabdeh1 müraciətində qeyd olunan məsələ araşdırılmış, iş üzrə qəbul edilmiş birinci və apellyasiya instansiyaları məhkəmələrinin qətnamələrinin Cavabdeh1 tərəfindən hər hansı qaydada qəbul olunmadığı müəyyən edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi poçt vasi təsilə onun qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Cavabdeh1 həmin qətnaməni 2023-cü il 21 dekabr tarixində poçt qəbzinə imza etməklə əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli qərardadında aşağıdakılar nəzərd ə tutulmuşdur: “Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.”
20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 kassasiya şikayəti geri qaytarılmış, ona istinad edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2 022-ci il 30 avqust tarixində müvafiq poçt xəbərnaməsinə imzalanmaqla təqdim olunmasına baxmayaraq (İİ cild i.v 139), həmin cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bundan əlavə, şikayət verilən məhkəmə aktı artıq bir dəfə apellyasiya və kassasiya qaydasında yoxlanılmışdır (bax bu qərarın 2 və 3-cü bəndləri). 22.Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən Cavabdeh1 şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə iclasları və qəbul edilmiş məhkəmə aktları barədə məlumatlar daimi qeydiyyatda olduğu ünvana təqdim edilməmiş, nəticədə məhkəmə müdafiəsi hüququ pozulmuş, icra məmuru tərəfindən ona verilmiş məlumat əsasında məhkəmə aktları barədə xəbərdar olmuş, mübahisələndirdiyi qətnaməni 2023-cü il 21 dekabr tarixində poçt qəbzinə imza etməklə əldə etmişdir.
23. Məhkəmə kollegiya sı aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini qərardadın ləğvi üçün əsas hesab etmir.
24. Belə ki, işin materiallarından göründüyü kimi, iş üzrə məhkəmə aktları və məhkəmə bildirişləri Cavabdeh1 işdə olan qeydiyyat ünvanına-ünvan 2şdir. Nəzərə alınmalıdır ki, cavabdeh hazırki kassasiya şikayətində də həmin ünvanı göstərmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə cavabdehin qeyd olunan ünvanına göndərilmiş, 2022-ci il 30 avqust tarixində poçt xəbərnaməsinə imza edilməklə təqdim olunmuşdur (İİ cild i.v 139). Lakin həmin cavabdeh tərəfindən məhkəmə qətnaməsi apellyasiya qaydasında mübahisələndirilm əmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyindən, onun hazırda kassasiya şikayəti vermək hüququ mövcud deyildir.
26. Bundan əlavə, işin materiallarından göründüyü kimi, baxılan iş üzrə məhkəmə qətnaməsi iş üzrə digər cavabdehlərin kassasiya şikayəti əsasında yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 2020-ci il 14 oktyabr tarixli, 04/2020 saylı qərardadın 25-ci bəndində göstərilmişdir ki, apelyasiya və kassasiyanın hədlərini tən zimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır (41-ci bənd).
28. Həmin qərardadda həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəm əsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir (35-ci bənd).
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə həm mülki prosessual qanunvericiliyin kassasiya şikayətinin mümkünlüyünü müəyyən edən normalarının, həm də Ali Məhk əməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qeyd olunan qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 30.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli, 2-2(106)-144/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ha