Məhkəmə qərarları › İş №2-2(102)-182/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-182/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-182/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ tələblər, növbədənkənar ümumi yığıncağın keçirilməsi, sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommer siya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)813/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" şirkəti (hədiyyə verən) ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı (hədiyyə alan) arasında bağlanmış 2019-cu il 24 may tarixli bağışlanma müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 payı (nizamnamə kapitalının 50%, 50000 ABŞ dolları dəyərində olan pay) hədiyyə alana bağışlamışdır.

2. Cavabdeh MMC-nin Təsisçilərinin ümumi yığıncağının 2019-cu il 12 iyun tarixli qərarı ilə Cavabdeh MMC-nin Nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının X3 həvalə edilməsi qərara alınmış, “X5 Ltd” şirkətinin adından çıxış edən X4 məsələyə heç bir etiraz etməmiş, həmin məsələnin lehinə səs vermiş və protokolu imzası ilə təsdiq etmişdir (protokol № 19/01).

3. Cavabdeh MMC-nin nizamnaməsinə 2019-cu il 12 iyun tarixdə edilmiş dəyişikliyə əsasən cəmiyyətin nizamnamə kapitalı 100.000 ABŞ dollarıdır və hər birinin dəyəri 500 ABŞ dolları olmaqla 200 paydan ibarətdir. Təsisçilərin payı: ”X5 LTD” Şirkəti 50 %, 100 pay, pul şəklində; İddiaçı QSC BOKT 50 %, 100 pay, pul şəklindədir. (Nizamnamənin 4.2ci bəndi).

4. Təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı- 50% və “X5 LTD” şirkəti – 50% olmaqla nizamnaməyə edilmiş dəyişiklik qeydiyyata alınmışdır (**********947300 nömrəli 2019-cu il 2 1 iyun tarixli reyestrdən çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı (bundan sonra“iddiaçı”) Cavabdehnə (bundan sonra- “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, cavabdehin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatl arının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçıya təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dominikan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" şirkəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış və 2019-cu il 24 may tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M-161 nömrəsi ilə reyestrdə qeydə alınmış Bağışlanma müqaviləsinə əsasən "xxxx" şirkəti Cavabdeh MMC-nin nizamnamə kapitalında ona məxsus olmuş 100 (bir yüz) payı (nizamnamə kapitalının 50%-i, 50.000 (əlli min) ABŞ do lları dəyərində olan pay) İddiaçı QSC-yə bağışlamışdır. Bundan sonra Cavabdeh MMC-nin Təsisçilərinin ümumi yığıncağının 2019-cu il 12 iyun tarixli qərarına əsasən (protokol № 19/01) Cavabdeh MMC-nin Nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının X3 həvalə edilməsi qərara alınmışdır. Bu zaman “X5 Ltd” şirkətinin adından çıxış edən X2 məsələyə heç bir etirazı olmamış və həmin məsələnin lehinə səs vermişdir. Həmin dəyişiklik dövlət qeydiyyatına alınaraq Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Cavabdeh MMC-nin adına 2019-cu il 21 iyun tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı QSC Cavabdeh MMC-nin digər təsisçisi (işti rakçı) “X5 LTD” şirkəti ilə bərabər paylarla Cavabdeh MMC-nin nizamnamə kapitalında iştirak etməklə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir. Cavabdeh MMC-də 2019, 2020, 2021 və 2022-ci illərin illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, İddiaçı QSC-yə bu növbəti ümumi yığıncağın çağırılması barədə heç bir məlumat verilməmişdir. Bununla yanaşı, Cavabdeh MMC-nin təsisçilərinin sırasında edilmiş dəyişikliklərlə əlaqədar olaraq onun nizamnaməsinin yeni redaksiyada hazırlanması, idarəetmə orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyən edilməsi, büdcəyə, ştat cədvəlinə, struktura və sair məsələlərə yenidən baxılması ilə bağlı cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsi zərurəti İddiaçı QSC tərəfindən dəfələrlə yazılı formada (2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla) Cavabdeh MMC-nin nəzərinə çatdırılsa da məsələ bu günədək öz həllini tapmamışdır. Göründüyü kimi, İddiaçı QSC-nin Cavabdeh MMC-nin nizamnamə kapitalında mövcud olan 50 % payları üzərində hüquqları dövlət qeydiyyatına alındığı 2019-cu il 21 iyun tarixindən bu günə qədər Cavabdeh MMCnin iştirakçılarının növbəti illik ümumi yığıncağı keçirilməmiş (və ya belə yığıncağın çağırılması barədə iştirakçılardan biri olan İddiaçı QSC-yə heç bir bildiriş təqdim edilməmiş), İddiaçı QSC-nin tələblərinə baxmayaraq iştirakçıların növbədənkənar ümum i yığıncağının çağırılması təmin edilməmişdir. Bununla da, bir iştirakçı kimi İddiaçı QSC-nin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının cavabdehin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin ma teriallarına əlavə edilmiş Cavabdeh MMC-nin nizamnaməsinin 6.1-ci bəndinə əsasən müəssisənin ali idarəetmə orqanı - cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Həmin Nizamnamənin 6.4-cü bəndinə əsasən ümumi yığıncağın növbədənkənar iclasları cəmiyyətin təsisçilərindən birinin və ya Baş Müdirin yazılı tələbi ilə çağırılır. Göründüyü kimi, Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə Cavabdeh MMC-nin nizamnaməsi ilə tənzimlənmişdir.

9. Odur ki, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Bu baxımdan, iddianın qeyd edilən hissəsi məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı əvvəlcə, MMC-nin iştirakçılarının ümumi yığıncağının keçirilməsini tələb etməli, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, Mülki Məcəllənin 91.1-5-ci maddəsinə uyğun olaraq ümumi yığıncağın keçirilməsini yenidən çağırmalı, həmin Məcəllənin 91.1-6-cı maddəsində göstərilən əsaslara görə yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın keçirilməsi təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan ardıcıllığa riayət etməklə cəmiyyətin ümumi yığıncağının keçirilməsin ə nail ola bilər.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 87.1, 91.1, 91.1-1-91.1-6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 261.0.1, 262.3-cü maddələrinə istinadla əsaslandırmışdır

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)3725/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov).

13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin təsisçisi "xxxx" şirkəti ilə iddiaçı arasında bağlanmış 2019-cu il 24 may tarixli bağışlanma müqaviləsinə əsasən "xxxx" şirkəti Cəmiyyətin nizamnamə kapitalında ona məxsus olmuş 100 (bir yüz) payı (nizamnamə kapitalının 50%-i, 50000, (əlli min) ABŞ dolları dəyərində olan pay) iddiaçıya bağışlamışdır. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Cəmiyyətin adına 2019-cu il 21 iyun tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

14. İddiaçı cavabdehin 50% payçısı olduğundan şirkətin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququna malikdir.

15. Məhkəmə hesab etmişdir ki, cəmiyyət in üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır. İddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin büdcəsi, ştat cədvəli, strukturunu təsdiq edən sənədlər, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatları, vergi bəyannamələri, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aid olduğundan Cavabdeh MMC-nin büdcəsinin, ştat cədvəlinin, strukturunu təsdiq edən sənədlərin, 2019cu ildən halhazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətləri cavabdeh tərəfindən iddiaçıya təqdim edilməlid ir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, ümumi yığıncaqda baxılacaq məsələ və ümumi yığıncağın keçiriləcəyi tarix bəlli olmadığından qalan hissədə iddia təmin edilə bilməz.

17. Məhkəmə, cavabdehin qeyd etmiş olduğu mübahisənin arbitrajda həll edilməli olması barədə dəlilini də, əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin istinad etmiş olduğu 2006-cı il 6 dekabr tarixli anlaşma memorandumu hazırkı “sənədlərin təqdim edilməsi” tələbi ilə bağlı iddianın həlli baxımından əhəmiyyəti yoxdur

18. Məhkəmə gəldiyi nəticəni MM-in 11.1, 87.1, 88.1, 93.1, 106-1.3 və MPM-in 13.4, 13.5, 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məh kəməsinin Kommersiya kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).

20. Daha sonra, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 mart tarixli 2-2(102)-222/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2- 2(103 )-1137/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Ə.Nurməmmədov).

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-525/2024 nömrəli qərardadı ilə iddiaçının şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadının ləğv edilməsi və kommersiya işinin (iddianın xitam verilmiş hissəsində) mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova).

22. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli e-2-2(113)-3680/2024 nö mrəli əlavə qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” tələbinə dair iddianın təmin edilməsi, cavabdehin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsi, növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir (hakim-K.Hüseynov).

23. Məhkəmə qeyd etmişdir ki, MM-də hüquqi şəxsin təşkilati hüquq for ması olaraq məhdud məsuliyyətli cəmiyyətlərdə növbədənkənar ümumi yığıncaqdan fərqli olaraq, növbəti ümumi yığıncağın çağırılması qaydası nəzərdə tutulmuşdur.

24. Belə ki, MM-in 91.1-2-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra-“MMC”) iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. İstinad olunan normanın məzmunundan göründüyü kimi, MMC-nin növbəti ümumi yığıncağı icra orqanı tərəfindən çağırılır.

25. MM-nin 91.1-3-cü maddəsində isə MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur.

26. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır.

27. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur.

28. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMC-lərin iştirakçılarının həm növbəti, həm də növ bədənkənar ümumi yığıncaqlarına aiddir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu gön dərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir.

30. Məhkəmə gəldiyi nəticəni MM-in 91.1-2, 91.2-3, 91.1-5, 91.1-6, 107-1.1-107-1.8ci maddələrinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnamə və əlavə qətnaməsindən verilmiş apellyasiya şikayətində qətnamə və əlavə qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-813/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e -22(113)-3725/2023 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) və 2024-cü il 5 iyun tarixli e-2-2(113)-3680/2024 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və E.Həsənov).

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdehin mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmalı olmadığı və iş üzrə icraata xitam verilməli olduğuna dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının hüquqi şəxsi olan cavabdehin təsisçilərindən biri olan iddiaçı ilə hüquqi şəxsi arasında korporativ mübahisədir. Cavabdeh tərəfindən məhkəməyə onun və digər iddiaçıların Azərbaycan Respublikasına qarşı X1 üzrə Beynəlxalq Mərkəzə ünvanlanmış arbitraj müraciəti təqdim edilsə də, həmin müraciətin məhkəmə tərəfindən icraata qəbul edildiyi və hazırda baxıldığı barədə sübutlar mövcud deyil.

34. Hazırkı halda tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olmadığından iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir

35. Məhkəmə “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinadla vurğulamışdır ki, qanunda dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələrin beynəlxalq arbitraja təqdim edilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırkı mübahisə isə təsi sçi ilə hüquqi şəxsin icra orqanının rəhbəri arasında yarandığından birinci instansiya məhkəməsinin bu mübahisəyə baxmağa səlahiyyətli olmadığına dair cavabdehin mövqeyi əsassızdır.

36. Məhkəmə cavabdehin iddiaçının təsis payını MM-nin 93-cü maddəsinin tələblərini pozmaqla qanunsuz əldə etməsi, təsis payının əvəzsiz əldə edilməsinin qanunsuz olması ilə əlaqədar MMC-ni təsisçisi kimi qəbul etməməsi dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq iddiaçı kommersiya hüququ şəxslərinin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən cavabdehin 50 % paya malik təsisçisi olduğundan onun MM-nin 91.1-1-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.

37. Məhkəmə, bununla bağlı, həmçinin, qeyd etmişdir ki, iddiaçı cavabde hin təsis payını əvvəlki təsisçi "xxxx" Şirkəti ilə 2019-cu il 24 may tarixdə bağlanmış bağışlanma müqaviləsinə əsasən əvəzsiz əldə etdiyindən və həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdehin iddiaçı tərəfindən təsis payının qeyri-qanuni əldə edilməsi ilə bağlı mülahizələri hazırkı icraat çərçivəsində araşdırma predmeti ola bilməz. Hüquqi şəxsin ən azı ildə bir dəfə növbəti ümumi yığıncağının çağırılması və cavabdehin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi hüquqi şəxs olan cavabdehin həm qanundan, həm də nizamnamədən irəli gələn vəzifəsi olduğundan iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.14, 91.1-5, 91.1-6, 107-1.2, 107-1.3, 107-1.4, 1 07-1.5, 107-1.6-ci, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci, MPM-in 261.0.6, 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

39. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində verərək qətnamənin ləğv olunmasın dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Azərbaycan Respublikası Konstitusiyasının 127, MM-in 386.1, 1091, MPM-in 28, 82.1, 153.2.1, 386-cı maddələri üzrə - məhkəmə formal araşdırma aparmış və mübahisənin əsas mahiyyəti tam şəkildə araşdırılmamışdır. Bununla yanaşı məhkəmə analoji normalara və işgüzar adətlərə istinad etməli olduğu halda, yalnız mövcud qanunvericiliyin birbaşa tənzimləməyən müddəalarına əsaslanaraq iddiaçıya üstünlük yaratmışdır. İlk öncə qeyd edilməlidir ki, "xxxx" ASC ilə cavabdeh arasında 2013-cü il 15 avqust tarixində kredit müqaviləsi bağlanmışdır və bu müqavilə əsasında cavabdehin daşınmaz əmlakı ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101 S saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ iddiaçıya keçmiş və bunun nəticəsində Cavabdeh MMC-nin 58.999.970,98 ABŞ dolları məbləğində borcu üzrə tələbetmə hüququ da iddiaçıya keçmişdir. Bundan sonra, borcun əvəzləşdirilməsi məqsədilə cavabdehi n təsisçisi "xxxx" şirkəti ilə iddiaçı arasında 2019-cu il 24 may tarixində bağışlanma müqaviləsi bağlanmış və nəticədə iddiaçı nizamnamə kapitalında 50% pay əldə etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Cəmiyyətin adına 2019-cu il 21 iyun tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı qarşılığında heç bir vəsait ödəmədən cavabdehə məxsus təsis payının 50 %-ni əldə etmişdir. Lakin buna baxmayaraq, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq borcun ödənilməsini tələb etmişdir. Məhkəmə mübahisəsinin nəticəsində isə borcun tam şəkildə ödənilməsinin qət olunmasına nail olmuşdur. Məhkəmə qətnaməsinin icrası isə cavabdehə məxsus daşınmaz əmlaka yönəldilmiş və həmin daşınmaz əmlaka qoyulmuş 2013-cü ildəki likvid dəyər əsasında əmlakın satılmasına nail olunmağa çalışılmışdır. Göründüyü kimi, tərəflər arasında uzun müddətdir yaranmış bir mübahisə mövcuddur və bu kimi məsələlər olduğu halda iddiaçı tərəfindən verilmiş iddiaya formal tələblər əsasında yanaşmaq tamamilə əsasızdır.

41. MPM-in 77.1, 217.3 və 218.1-ci maddələri üzrə-məhkəmə mübahisəsi zamanı məhkəmə birtərəfli mövqe göstərərək, cavabdeh tərəfindən verilmiş olan vəsatətləri araşdırmamışdır. Məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Maddi hüquq normalarının pozulması ilə bağlı qeyd olunan xüsusatlardan da göründüyü kimi, hazırkı qətnamə qəbul olunarkən istintaq olunan normativ aktlar yalnız iddiaçının hüquqlarının müdafiəsini x arakterizə edir. Yəni, iddiaçı tərəfindən məhkəmə təqdim olunan sənədlərin əsaslı olub-olmaması məhkəmənin diqqətini çəkməmiş, iş üzrə araşdırlmalı başqa halların mövcudluğu ehtimal olunmamış, iddiaçının təqdim etdiyi hər bir sənəd obyektivliyə uyğun olaraq qəbul edilməmişdir. Beləliklə, qanunvericiliyin düzgün tətbiq olunmaması, təqdim olunmuş sübutların dəqiqliklə araşdırılmaması və cavabdeh tərəfindən təqdim olunmuş vəsatətlərin qəbul edilməməsi nəticəsində cavabdehin hüquqları pozulmaqla yekun məhkəmə qətnaməsi qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanun iliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrü fat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:... 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarını n ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin e dilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən a sılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla m üəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəf indən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.” “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları... 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olm aq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, h abelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq....”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa;...” “Maddə

452. Ey ni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə xarici məhkəmələr tərəfindən baxılmasının prosessual nəticələri 452.1. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr tərəfindən istinad olunmasa da, iddiaçının sənədlərin təqdim olunması tələbi MM-nin 65.1.2-ci maddəsinin tələbi baxımından əsaslıdır (bax yuxarıda § 45).

50. Kollegiya cavabdeh tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (mətni üçün bax § 13-29, 33-37).

51. Cavabdehin kassasiya şikayəti əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, həmin dəlillər üzrə qiymətləndirmə aparılmır.

52. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmə nin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

54. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-813/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar