Məhkəmə qərarları › İş №2-2(102)-184/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-184/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinəqarşı iş üzrə QƏRAR (açar sözlər: öhdəçilikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun iştirakı, N.Nəcəfzadənin katibliyi ilə, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1rşı borcun tutularaq əmlaka yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-117/2020 saylı qətnaməsindən İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı və onun vəkili İmamverdiyev Beytulla Dadaş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən cəmi 60.427.37 ABŞ dolları məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 QSC Bank olmayan Kred it Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin mülkiyyətində olan “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və cavabdehə məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata al ınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdiriİməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx" ASC məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında "İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına keçmiş, həmin Sərəncamın icrası ilə bağlı “xxxx" ASC-nin Azərbaycan Qarabağ Əlilləri Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xx xxx 2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “İddiaçı2'’ QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx" ASC-yə cəmi 60.427,37 ABŞ dolları məbləğində borcu olmuş, həmin borc cavabdehlə “xxxx” ASC arasında bağlanmış xx.xx.1995-ci il tarixli 113 nömrəli kredit müqaviləsinə əsasən yaranmış, xx xxx 2019-cu il tarixə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 60.427,37 ABŞ dolları təşkil edir, cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınm az əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Eyni zamanda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinin adında xx.xx.2018-ci il tarixdən “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə birliyin mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının sorğusuna cavab verilməsindən imtina edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuş, bu səbəbdən borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilən borc məbləğinin qaytarılması üçün cavabdehin maddi vəsaiti yoxdur, cavabdeh hüquqi şəxs olduğu üçün öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir və cavab deh öhdəliklərini icra etmək iqtidarında olmadığı üçün tutma cavabdehin mülkiyyətində olan “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və bütün əmlakına yönəldilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(81)1191/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir ( hakim - F.Mədətli). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-117/2020 saylı qətnaməsi ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər C.A.Yusifov və V.Ə.Baxışova) İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı və onun vəkili İmamverdiyev Beytulla Dadaş oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddia tələbində göstərilən borc Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 №-li Fərmanının və Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı2 QSC-yə güzəşt edilmiş və “xxxx” ASC-nin Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və X1rşı xx.xx.1995-ci il tarixli, 113 saylı kredit müqaviləsi üzrə yaranmış 60.427,37 ABŞ dolları əsas kredit borcuna dair tələb hüququ xx xxxxx 2018-ci il tarixli S-145 saylı təhvil-təslim Aktı əsasında İddiaçı2 QSC-yə təhvil verilmiş, məhkəmə iddia müddətinin İddiaçı2 QSC tərəfindən üzürlü səbəbdən ötürülməsini nəzərə almamış, İddiaçı2 QSC sözügedən Fərmanın tələblərini əsas tutaraq borc təhvil alındıqdan sonra məhkəmədə iddia qaldırmalı olmuş, cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Tərəflərin izahatları İddiaçının vəkili İmamverdiyev Beytulla Dadaş oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü ma ddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-117/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelly asiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı2 QSC arasında imzalanmış “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı2 QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə görə Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı2 QSC Bank olmayan kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4% dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı2 QSC-yə güz əşt edir, həmin müqavilənin 2.1-ci bəndinə əsasən “xxxx” ASC təhvil-təslim aktları əsasında (təhvil-təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı2 QSC-yə güzəşt edir, “Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı2 QSC tərəfndən “xxxx” ASCdən problemli aktilərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair S-145 saylı xx.xx.2018-ci il tarixli Akta görə Azərbaycan Qarabağ Müharibəsi Əlil ləri, Veteranları və X7 Birliyinin 60.427,37 ABŞ dolları məbləğində borcu olmuş, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.1995-ci il tarixli, 113 nömrəli kredit razılaşmasına görə tərəflər 12 ay müddətinə borcalanın ixrac bazasının genişləndirlməsi, Respublikanın istehlak bazarının xalq istehlakı malları ilə zənginləşdirilməsi ilə bağlı tədbirlərin yerinə yetirilməsi üçün bank, bu razılaşmada olan öhdəliklərin borcalan tərəfindən yerinə yetirlməsi şərtilə, xarici valyutada kreditin təqdim edilməsi barəsində razlığa gəlmişlər, razılaşmanın iddiaçı tərəfindən məhkəməyə yalnız kserosurəti təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx xxxx 2019-cu il tarixli pretenziya məktubunda 60.427,37 ABŞ doları borcun 5 (beş) gün ərzində ödənilməsi təklif olunmuş, qeyd olunan tarixə dək borcun ödənilməsi təmin edilməzsə, borcun ipoteka predmetinə, cəmiyyətə məxsus əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Beynalxalq Bank ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyi arasında xx.xx.1995-ci il tarixdə 113 saylı kredit razılaşması bağlanmış, xx.xx.1996-cı ildə bu müqaviləyə xitam verilmiş, iddiaçı məhkəməyə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 01-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir, bu öhdəlik üzrə icra müddəti xx.xx.1996-ci ilədək bitmişdir və iddiaçıya hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi, həmçinin iddiaçı apellyasiya şikayətində xx.xx.2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “xxxx" ASC məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verildiyindən, Təşkilatın iddia müddətinin həmin tarixdən hesablanmalı olduğunu qeyd etsə də, öhdəçilikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən istisnalardan başqa mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri 2000ci il sentyabrın 01-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan SSR xx.xx.1964-cü il Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün iddia müddəti dövlət təşkilatlarının, kolxozların, kooperativ və.s. ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə 1 il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 79-cu maddəsinə əsasən öhdəçilikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur. Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli, 3№-li qərarına əsasən məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyə ti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Beynalxalq Bank ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinə arasında xx.xx.1995-ci il tarixdə 113 saylı kredit razılaşmasının bağlandığını, iddiaçının isə məhkəməyə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə müraciət etdiyini, 2000-ci il sentyabrın 01-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsin də göstərilən iddia müddətlərinin əsas götürülməli olduğunu, bu öhdəlik üzrə icra müddətinin xx.xx.1996-ci ilədək bitdiyini, iddiaçı apellyasiya şikayətində xx.xx.2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “xxxx" ASC məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verildiyindən, Təşkilatın iddia müddətinin də həmin tarixdən hesablanmalı olduğunu qeyd etsə də, xx.xx.1964-cü il tarixli Mülki Məcəllənin 79-cu maddəsinə əsasən öhdəçilikdə şəxslərin dəyişməsinin, iddia müddətinin dəyişməsinə səbəb olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-117/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-117/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar