Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı əmlakın geri qaytarılması tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)854/2023 nömrəli 2023-cü il 21 noyabr tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı” və ya “MMC”) ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında ofis icarəsinə dair 2018-ci il 16 noyabr tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə və müqaviləyə 1 nömrəli əlavəyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən “Caspian Plaza İ”-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan ofis sahəsini 2019-cu il 1 yanvar tarixdən - 2019-cu il 31 dekabr tarixədək cavabdehə icarəyə verməyi, sonuncu isə 200 + 18% ƏDV olan aylıq icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci ins tansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2022-ci il 21 iyun tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 2018-ci il 16 noyabr tarixində bağlanmış ofis icarəsi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat əsas, 2606,37 manat ƏDV və 1.700 manat cərimə borcu olmaqla, ümumilikdə 18.786,20 manat pulun və 200 manat mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Eyni zamanda cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, MMC tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın ona geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İlk iddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax – § 1) istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 16 noyabr tarixli müqavilənin ayrılmaz hissəsi olan, 2019-cu il 11 noyabr tarixli 2 nömrəli əlavəyə əsasən icarəçi ilə bağlanmış icarə müqaviləsinin müddəti 2019-cu il 31 dekabr tarixindən 2020-ci il 30 dekabr tarixinədək uzadılmışdır. İcarə müqaviləsinin 2020-ci il 16 may tarixli 3 nömrəli əlavəsinə əsasən icarəçi üçün 2020-ci ilin may/avqust ayları üzrə icarə haqqına görə 100% güzəşt tətbiq edilir. Həmin müqavilənin 2020-ci il 01 noyabr tarixli 4 nömrəli əlavəsinə əsasən icarəçi 50 kv.m. ofis sahəsinə köçdüyünə görə 2020-ci il 01 noyabr tarixindən 2021-ci il 31 dekabr tarixinədək 900 AZN+18% ƏDV aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş 1 aylıq olmaq şərti ilə aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 4.2-ci bəndinin “a” yarımbəndinə əsasən icarəçi əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh tərəfindən 886045 nömrəli 2020-ci il 10 yanvar tarixli elektron qaimə üzrə 2020-ci ilin yanvar ayı üçün cəmi 236 manat, 079550 nömrəli 2020-ci il 07 fevral tarixli elektron qaimə üzrə 2020-ci ilin fevral ayı üçün cəmi 236 manat olmaqla, ümumilikdə cəmi 472 manat icarə haqqı ödənilmişdir. 377194 nömrəli 2020-ci il 06 mart tarixli 2020-ci ilin mart ayı üçün; 149794 nömrəli 2020-ci il 25 aprel tarixli 2020-ci ilin aprel ayı üçün; 622411 nömrəli 2021-ci il 11 mart tarixli 2020-ci ilin sentyabr ayı üçün; 622409 nömrəli 2021-ci il 11 mart tarixli 2020-ci ilin oktyabr ayı üçün; nömrəli 2021-ci il 11 mart tarixli 2020-ci ilin noyabr ayı üçün; 622406 nömrəli 2021-ci il 11 mart tarixli 2020-ci ilin dekabr ayı üçün; 373159 nömrəli 2021-ci il 7 may tarixli 2021-ci ilin fevral ayı üçün; 373224 nömrəli 07 may 2021-ci il tarixli 2021-ci ilin mart ayı üçün; 373222 nömrəli 2021-ci il 7 may tarixli 2021-ci ilin aprel ayı üçün; 373227 nömrəli 2021-ci il 7 may tarixli 2021-ci ilin may ayı üçün; 719486 nömrəli 2022-ci il 19 aprel tarixli 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2022-ci ilin yanvar, fevral və mart ayları üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Müqavilə üzrə cavabdehin 2020-ci ilin mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral və mart ayları olmaqla, ümumilikdə 20 ay üçün ödənilməmiş 14.479,83 manat əsas borc, 2606,37 manat ƏDV borcu, cəmi 17086,20 manat (2020-ci il üçün mart – 200 əsas borc + 36 ƏDV = 236 manat; aprel – 200 əsas borc + 36 ƏDV=236 manat; sentyabr – 200 əsas borc + 36 ƏDV = 236 manat; oktyabr – 200 əsas borc + 36 ƏDV = 236 manat; noyabr – 900 əsas borc + 162 ƏDV=1.062 m anat; dekabr – 900 əsas borc + 162 ƏDV=1.062 manat), (2021-ci il üçün fevral – 179,83 əsas borc + 32,37 ƏDV= 212,20 manat; mart – 900 əsas borc + 162 ƏDV= 1.062 manat; aprel – 900 əsas borc + 162 ƏDV= 1.062 manat; may - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; iyun - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; iyul - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; avqust - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; sentyabr - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; oktyabr - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; noyabr - 900 əsas borc +162 ƏDV = 1.062 manat; dekabr 900 əsas borc + 162 ƏDV = 1.062 manat) (2022-ci il üçün yanvar - 900 əsas borc + 162 ƏDV = 1.062 manat; fevral - 900 əsas borc + 162 ƏDV= 1.062 manat; mart - 900 əsas borc + 162 ƏDV = 1.062 manat) icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci bəndinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1%-ni ödəməlidir. Belə ki, cavabdehin icarə haqqını gecikdirməyə görə 1700 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi müqavilənin 4.2-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməzsə, icarəyə verən, öhdəliyin icrası tələbi ilə ona yazılı bildiriş göndərib öhdəliyin icrasını tələb edə bilər. İcarəçı yazılı bildiriş qəbul etdiyi tarixdən 10 gün ərzində öhdəliyi icra etməzsə icarəyə verən müqaviləyə dərhal xitam verə bilər.
5. Cavabdeh iddiaya etiraz etmiş və qarşılıqlı iddia irəli sürərək bildirmişdir ki, müqaviləyə əlavəl ər tamamilə saxtalaşdırılmışdır. Belə ki, iddianın əsası kimi göstərilən 2020-ci ilin may/avqust ayları üzrə icarə haqqına görə 100% güzəştin tətbiqini nəzərdə tutan 2020-ci il 16 may tarixli 3 nömrəli əlavə, icarəçinin 50 kv.m ofis sahəsinə köçdüyünə görə 2020-ci il 1 noyabr tarixindən 2021-ci il 31 dekabr tarixədək 900 AZN + 18% ƏDV aylıq icarə haqqın ödənilməsi öhdəliyinin götürülməsinə dair 4 nömrəli əlavə onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. Həmin sənədlər onun tərəfindən deyil, ona məlum olmayan səlahiyyəti olmayan şəxs və ya şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan başqa, video və fotoşəkillərdən də göründüyü kimi sözügedən icarə obyekti 20 kv.m olmaqla tədris, praktik məşğələ, istirahət zonası kimi bir neçə guşəyə bölünmüşdür. Ona heç bir vaxt 50 kv.m sa hə verilməmiş və verilməyən sahəyə görə ondan icarə haqqı tələb edə bilməz. Eyni zamanda iddiaçı ilə aralarında bağlanan icarə müqaviləsində icarə haqqı 200 manat göstərilməsinə baxmayaraq, ondan hər ay 800 manat icarə haqqı tələb etmişdir. Onun öz vəsaiti hesabına əldə etdiyi 27 ədəd stul, 5 ədəd stol, 1 ədəd məlumat qeydiyyat masası, 2 ədəd gözləmə zalı üçün nəzərdə tutulmuş stul və masa, 800 manat dəyərində şüşəli şkaf, 1 ədəd şkaf, 1 ədəd printer, 3 ədəd ütü masası, professional tikiş maşınları və ütü, toplam dəyəri 1000 manat olan 20 ədəd əl işi tac, 4 ədəd jalüz pərdə, 5 ədəd lövhə, 4 ədəd saat, 1 ədəd telefon, ümumilikdə dəyəri 8000 manat olan bu əşyalar 2018-ci il 16 noyabr tarixli müqaviləyə 1 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən icarəçi olaraq ona təqdim edilmiş Plaza İ-in 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılaraq iddiaçı tərəfindən cavabdehə məxsus əmlak üzərində məhdudlaşdırılmış mülkiyyət hüquqları bərpa edilməlidir. Çünki dəfələrlə şifahi şəkildə müraciət etməsinə baxmayaraq, bu günə qədər iddiaçı tərəfindən heç bir müsbət cavab tədbiri görülməmiş, yuxarıda qeyd edilən əmlakı üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 dekabr tarixli e-2-2(113)-3609/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə – xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 28 mart tarixli 4/11 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 2018-ci il 16 noyabr tarixdə bağlanmış icarə müqaviləsinə ed ilmiş dəyişikliklər haqqında 2019-cu il 11 noyabr tarixli 2 nömrəli, işin 180-ci vərəqində olan 2020-ci il 16 may tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 2020-ci il 01 noyabr tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:” qrafalarında olan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 2018-ci il 16 noyabr tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 2019-cu il 11 noyabr tarixli 2 nömrəli işin 180-ci vərəqində olan 2020-ci il 16 may tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 2020-ci il 1 noyabr tarixli 4 nömrəli “Əlavələr in kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə:” qrafalarında olan imzalarda imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Əksləri ekspertizaya təqdim edilmiş, işin 179-cu vərəqində olan 2018-ci il 16 noyabr tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 2019-cu il 11 noyabr tarixli 2 nömrəli, işin 180-ci vərəqində olan 2020-ci il 16 may tarixli 3 nömrəli, işin 181-ci vərəqində olan 2020-ci il 1 noyabr tarixli 4 nömrəli “Əlavələrin kserosurətlərinin aşağı sağ hissələrində “F.Ş. Cavabdeh” MMC adından və əvəzinə:”, “F.Ş Cavabdeh” MMC adından və əvəzinə:”, “Fiziki şəxs Cavabdeh adından və əvəzinə: "qrafalarında olan imzalarda - oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli e-2-2(113)-98/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 16 noyabr tarixində bağlanmış ofis icarəsi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən, ödənilməmiş icarə haqqı üzrə 3979,83 manat əsas, 716,37 manat ƏDV, 230 manat məbləğində cərimə, cəmi 4926,2 manat pul və mediasiya xərcinə görə 92,02 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
8. Yuxarıda qeyd olunan ekspert rəyi ilə razılaşan birinci instansiyası məhkəməsi hesab etmişdir ki, müqaviləyə 2020-ci il 1 noyabr tarixli 4 nömrəli əlavə cavabdeh tə rəfindən imzalanmadığından, həmçinin həmin əlavənin imzalandığı tarixdə sonuncu (2020-ci il 23 oktyabr tarixdə ölkə ərazisindən çıxmış, 2021-ci il 19 iyul tarixdə ölkə ərazisinə daxil olmuşdur) ölkə ərazisində deyil, Ukrayna Respublikasında olduğundan, eləcə də, həmin əlavədə göstərilən 50 kv.m ofis sahəsinin cavabdehə təhvil verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən icarə haqqına görə borc hesablanarkən 2020-ci il 1 noyabr tarixli 4 nömrəli əlavədə göstərilən icarə haqqı məbləği əsas götürülə bilməz.
9. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ofis sahəsinə görə 20 ay (2020-ci ilin mart, aprel, sentyabr-dekabr, 2021-ci ilin fevral-dekabr, 2022-ci ilin yanvar-mart ayları) üzrə icarə haqqı ödənilməmiş və bu hal cavabdeh tərəfindən də müb ahisələndirilməmişdir.
10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin fevral ayı üzrə icarə haqqının məbləği 179,83 manat əsas, 32,37 manat ƏDV olmaqla 212,20 manat hesablanmışdır. Belə olan halda məhkəmə 20 ayın 19 ayı üzrə aylıq 236 manatla hesablanmaqla, üzərinə 212,20 manat gəlmiş və bununla da, cavabdehin iddiaçıya olan icarə haqqı borcunun 4696,2 manat (4484 (19 ay x 236 manat) + 212,20 manat) olması qənaətinə gəlmişdir.
11. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə istinad edərək, cavabdehdən cəmi 230 manat dəbbə pulunun tutulması nəticəsinə gəlmişdir.
12. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını müəyyən etdiyindən müqavilənin ləğv olunması hissəsində də ilkin iddia tələbini təmin etm işdir.
13. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində adı çəkilən əşyaların iddiaçıya məxsus ofis sahəsində qaldığını və onların qaytarılmasını tələb etsə də, əmlaklara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 157.2, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 443.1, 443.5, 448.1, 700.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 103.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin qətnaməsin in ləğv, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-854/2023 nömrəli 2023-cü il 21 noyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
17. Birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddianın qismən təmin olunmuş və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlayan apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax § 8-13) ilə razılaşmış, əlavə olaraq cavabdehin ödənişləri məhz bütün dünyada baş verən pandemiya ilə əlaqədar olaraq edə bilməməsi barədə dəlillərinə dair qeyd etmişdir ki, cavabdeh pandemiya ilə əlaqədar MM-in 448.4-cü maddəsində qeyd olunan müddətlərdən də əlavə öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar iddiaçıya məlumat verməsinə dair hər hansı sübutu təqdim etməmişdir.
18. Həmçinin qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi video yazı və fotoşəkillər də bu halı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Çünki həmin sübutlar əşyaların hal-hazırda cavabdehin sahibliyində olmasını təsdiq etmir. Cavabdehin ölkə xaricində olmasına münasibətdə isə kollegiya qeyd etmişdir ki, həmin hal da birmənalı olaraq əşyaların on un tərəfindən götürülməməsi nəticəsinə gəlmək üçün yetərli deyil. Çünki cavabdeh həmin hərəkətləri nümayəndə vasitəsi ilə də həyata keçirmək imkanına malik olmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 157.2, 448.4, 462.1, 467, 685.2, 700.1, 700.3-cü maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh kassasiya şikayəti təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, həmçinin MM-in 152.1, 163.1, 164.1 və 164.2-ci maddələri üzrə - cavabdehin öz vəsaiti hesabına aldığı əşyalar icarə ob yektində iddiaçı tərəfindən saxlanılaraq mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Məhkəmə isə bu xüsusata münasibət bildirməmişdir. İddiaçının cavabdehin öz hesabına əldə etdiyi əşyalara öz hüquqlarını realizə etməsinə maneə olması əsassız və qanunsuzdur. İş materiallarında qeyd olunmuş yeni müqavilənin bağlanması zamanı əşyaya sahibliyin ötürülməsi qeyri-mümkün olmuşdur. Belə ki, ümumvətəndaşlıq pasportunun notarial qaydada təsdiq olunmuş surətindən açıqaşkar görünür ki, cavabdeh ölkə ərazisində olmamışdır və əşyaya sahibliyi həyata keçirməyə qadir olmamışdır.
22. MM-in 448-ci və MPM-in 88-ci maddələri üzrə - məhkəmə onun icarəyə götürülmüş qeyri-yaşayış sahəsindəki sahibkarlıq fəaliyyətinin nədən ibarət olmasını, Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi zamanı fəaliyyətinin da yandırılıbdayandırılmamasını, belə rejimin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında olub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını qanunun tələblərinə uyğun əsaslandırmamışdır.
23. MPM-in 102-ci maddəsi üzrə - məhkəmə ekspert qarşısında qoyulan bütün suallara tam aydınlıq gətirilməməsinə baxmayaraq təkrar ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. MPM-in 403 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni yalnız qarşılıqlı iddiaya aid hissədə yoxlanılacaqdır.
26. Kassasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam v ermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır”.
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq nor maları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin hazırki qərarın § 21-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, onlar qarşılıqlı iddia və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə müfəssəl və düzgün hüquqi qiymət verilmişdir.
35. Kassasiya şikayətinin hazırki qərarın § 22-23-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər mahiyyət etibarı ilə ilkin iddianın icarə haqqının tutulması tələbinə münasibətdə qeyd olunmuşdur. Halbuki, hazırki kassasiya baxışının predmetini yalnız qarşılıqlı iddia təşkil edir. İlkin iddianın təmin olunmuş hissəsi isə hazırki kassasiya baxışının predmetinə aid deyildir. Belə ki, icarə haqqına aid mübahisələndirilən hissədə ilkin iddianın qiyməti 10000 manatdan aşağıdır (cəmi 4926,2 manat). MPM-in 402.1-ci maddəsində də təsbit olunmuşdur ki, Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddial ar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
37. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-854/2023 nömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.