Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTK-ya qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2024-cü il 3 dekabr tarixli 2-2(103)-1116/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 2022-ci il 26 avqust tarixi qətnaməsinə ilə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 2014-cü il 24 fevral tarixli 38137/01 saylı kredit müqaviləsi üzrə 341.117,14 manat əsas borc, 18.113,69 manat faiz borcu, 30.000 manat cərimə olmaqla, 389.230,83 manat borc, 2.340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka pre dmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 manat dövlət rüsumu müştərək qaydada tutulması, ipoteka predmeti 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.479.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişd irilmiş, ipoteka predmeti olan Cavabdeh4 məxsus 0,01612 hektar torpaq sahəsində yerləşən, 161,2 m2 tikinti altı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.784.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2(102)-416/2024 saylı qərarına əsasən iddiaçı “X4 Azərbaycan” QSC və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2. 2023-cü il 17 noyabr tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin 2014-cü il 24 fevral tarixli kredit müqaviləsi üzrə əsas borc dan qalan 341.117,14 manat məbləğin ödənilməsinin 448 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 20.934,31 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3. “X4 Azərbaycan” QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh7 MTK-ya, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “MTK”, “Cavabdeh2”, “Cavabdeh1”, “Cavabdeh6”, “Cavabdeh3” və “Cavabdeh4”) qarşı 2023-cü il 4 dekabr tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 341.117.14 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 20.934.31 manat və mediasiya xərci əvəzi 210 manat tutularaq iddiaçının xeyrinə ödə nilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 24 fevral tarixində iddiaçı ilə MMC arasında 23823/01 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, iddiaçı tərəfindən borcalan MMC-yə 24 ay müddətinə, illik 12% olmaqla 1.000.000 manat məbləğində kredit ayrılmışdır və о, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və оna hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin MTK, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı arasında 2014-cü il 24 fevral tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar iddiaçı məhkəməyə müraciət etmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 341.117,14 manat hissəsi ödənilməmiş qalmaqdadır. 2022-ci il 26 avqust tarixindən 2023-cü il 17 noyabr tarixinədək iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illi k 5 % olmaqla, 20.934,31 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 sentyabr tarixli, e-2-2(113)-646/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və MMC birinci instansiya məhkəməsinin 2022-ci ilin 26 avqust tarixli qətnaməsi ilə razılaşmayaraq, həmin qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmiş, sonuncu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı 29 fevral 2024-cü il tarixində qəbul edilmişdir (bax § 1). Bu baxımdan, iddiaçı 2023-cü il 4 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 26 avqust tarixli qətnaməsi qanuni qüvvəsini almamış, icraya yönəldilməmiş, tələbin yönəldiyi ipoteka əmlakı hərra ca çıxarılaraq satılmamışdır. Həmin qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin bu günə kimi gecikməsi cavabdehlərin təqsirinə görə baş verməmiş, cavabdeh öz hüququndan istifadə edərək müvafiq məhkəmə qətnamələrini mübahisələndirmişdir.
7. Eyni zamanda iddiaçı özü də apellyasiya və kassasiya şikayətləri vermiş, bu səbəbdən qətnamə icraya yönəlməmişdir. Buna görə də cavabdehlər məhkəmə qətnaməsinin icrasını gecikdirmiş sayılmırlar.
8. Odur ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə istinadən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 26 avqust tarixli qətnaməsi üzrə pulun ödənilməsinin qətnamə çıxan tarixdən 2023-cü 17 noyabr tarixinə qədər iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün i llik 5 %-in ödənilməsini tələb etməsi əsassızdır.
9. Belə ki, mülki qanunvericiliyə əsasən yalnız, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdikləri halda iddiaçının gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ vardır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.2.2, 445.5, 445.7, 445.8, 445.9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(103)-1116/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – L.Əliyeva, T.Mahmudova).
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinadən bildirmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən im tina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor mülki qanunvericilik ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə təcrübəsində də tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması halında, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443. 1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi mümkün hesab edilir.
15. Buna səbəb odur ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
16. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə həmin hallar müəyyən edilmir.
17. Belə ki, kreditor bu hüququ, mülki hüququn təməl institutu olan vicdanlılıq prinsipinə uyğun olaraq həyata keçirməlidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
18. Hazırkı işin faktiki hallarına istinadən məhkəmə qeyd etmişdir ki, cavabdehlərin öhdəliklərinin icrasının gecikməsinin səbəbi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2022-ci il 26 avqust tarixli qətnaməsinin icraya yönəldilməməsidir.
19. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin bu günə kimi gecikməsi cavabdehlərin təqsirinə görə baş verməmişdir. Belə ki, cavabdeh MMC prosessual hüquqlarını həyata keçirərək qətnamədən apellyasiya və kassasiya şikayəti vermişdir.
20. Məhkəmə qeyd etmişdir ki, hər bir şəxs öz hüquq və vəzifələrini, vicdanlılıq prinsipinin müəyyən etdiyi çərçivədə və öz hüquqlarından sui-istifadə etmədən həyata keçirməlidir və hazırkı mübahisə üzrə cavabdeh MMC-nin öz prosessual hüquqlarından sui-istifadə etməsi müəyyən edilmir.
21. Digər tərəfdən, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2022-ci il 26 avqust tarixli qətnaməsindən iddiaçının özü də yuxarı instansiya məhkəmələrinə şikayət vermişdir. Belə olduğu təqdirdə isə cavabdehlərin şikayət verib-verməməyindən asılı olmayaraq, iddiaçı da birinci instansi ya məhkəməsinin qətnaməsinin icraya yönəldilməsinin ləngiməsinə şərait yaratmışdır.
22. Məhkəmə xüsusi olaraq vurğulamışdır ki, tələb ipoteka ilə təmin olunub və cavabdeh(lər) tələbin ipotekaya yönəldilməsinə maneə törətməyiblər.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 445.1, 445.2, 445.5, 445.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36, 39.3, 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddi açı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 445.7-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, MM-in qeyd edilən maddəsində təsbit edilmiş kreditorun “illik beş faizin ödənilməsini tələb etmək” hüququ yalnız “pul məbləğinin ödənilməsini gecikdirilməsi” halı ilə şərtləndirmişdir. Hazırkı halda isə cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi işin mübahisə olunmayan hallarına aiddir. Həmçinin nəzərə almaq lazımdır ki, tərəflər arasında yaranmış mülki münasibətlər fasiləsiz davam edir və işə məhkəmədə baxılması müddətinə həmin münasibətlər dayandırılmır. Yəni, cavabde hin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra deyil, öhdəliklərin icra vaxtı başa çatdıqdan sonra başlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya müddət bitməmiş kreditorun xəbərdarlığına baxmayaraq ödəniş gecikdirildikdə, borclu mülki qanunvericiliyə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5% qanuni faiz ödəməyə borcludur. Bu norma pul öhdəliklərinin spesifikliyini nəzərə alaraq, gecikmənin hüquqi nəticələrini müəyyən edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kreditor müqavilə müddəti bitənədək pul vəsaitindən istifadə haqqı kimi faizləri, müddət bitdikdən sonr a isə icranın gecikdirilməsinə görə müvafiq qanuni faiz formasında zərərin (real zərər və əldən çıxmış fayda) əvəzini tələb edə bilər. Məcəllənin qeyd edilən maddəsinə əsasən də, əgər kreditor daha böyük məbləğ tələb etmək hüququna malik deyilsə, borclu gecikdirilmiş müddət üçün illik 5% ödəməlidir.
27. Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, borclunun öhdəliyin icrasını gecikdirməsinə görə məsuliyyəti iki mərhələdə qiymətləndirilir: müqavilə müddəti çərçivəsində müqavilə üzrə müəyyən edilmiş faiz, cərimə və s., müddət bitdikdən sonra isə qanuni faizlər tətbiq olunur. Qanunvericilik bu hallarda kreditoru zərəri sübut etmə yükündən azad edir.
28. Bundan əlavə, kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsinin hansı tarixdə qüvvəyə minməsinin g özləntisi MM-in 445.7-ci maddəsinin hüquqi qüvvəsinin kəsilməsinə (dayandırılmasına) əsas verən amil kimi çıxış edə bilməz. Xüsusilə də ona görə ki, sonradan qanuni qüvvəyə minmiş qətnamə ilə də öhdəliklərinin icrasının borcludan asılı olmayan hallardan gecikdirilmədiyi, yəni təqsirli gecikdirmə halı təsdiq edilmişdir. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir ki, bu da öz növbəsində həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmamış, öhdəliyin icrasının gecikdirilməsi üçün qanunvericinin birbaşa tətbiq edilməli olmasını təsbit etdiyi iradə i fadəsini normada nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərə (ilkin mübahisə üzrə qətnamənin qanuni qüvvəyə minməməsi, həmin qətnamədən apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) istinad etməklə şərh etmişdir.
30. Bundan əlavə, apellyasiya məhkəməsi öz qətnaməsini tərəflərin qarşılıqlı münasibətinə (yəni, öhdəliyin gecikdirilməsi üçün də borclu qismində çıxış edən və gecikdirməyə məsuliyyət daşıyan cavabdehlə həmin gecikdirməyə görə qanunla təsbit edilmiş faizləri tələb etmək hüququna malik olan kreditor-bank arasında yaranmış münasibətlərə) uyğun olmayan tərzdə əsaslandırmaqla mülki prosessual qanunvericiliyin tələblərini də pozmuşdur.
31. İddiaçı Avropa Məhkəməsinin “Van de Hurk Hollandiyaya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarına istinadən qeyd edir ki, ədalə tli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgü n qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7 (Zamana görə qüvvədə olan redaksiya). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında müəyyən edilmişdir ki: “Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irə li sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb ed ilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.
40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə nəticə hasil olur ki, əvvəlki mübahisə üzrə qəbul olunan məhkəmə aktlarından cavabdeh tərəfindən özünün prosessual hüquqlarını həyata keçirərək apellyasiya və kassasiya şikayətlərinin verilməsi borclu tərəfindən borcun ödənilməsinin təqsirli şəkildə gecikdirilməsi hesab oluna bilməz.
41. Məhkəmə kollegiyası həmin mövqe ilə aşağıdakılara görə razılaşmır.
42. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada - bax § 35) ondan ibarət idi ki, borclu pul məb ləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 36) görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi ni tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. Məhkəmə kollegiyası həmin normanın və hüquqi mövqelərin əlaqəli təhlilindən belə nəticəyə gəlir ki, kreditor MM-in 445.7-ci maddəsinə uyğun olaraq kredit müddəti bitdikdən sonrakı dövr üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin hüququn yaranması qanunda yalnız borcun gecikdirilməsi ilə şərtləşdirilmişdir. Yəni, sad əcə borcun gecilkdirilməsi faktının mövcudluğu kreditora MM-in 445.7-ci maddəsi üzrə borcluya qarşı tələb irəli sürmək hüququ verir. Bu zaman borcun təqsirli və ya təqsirsiz (üzrsüz və ya üzrlü səbəblərdən) gecikdirilməsi sözügedən tələbin əsaslılığının qiymətləndirilməsi üçün hüquqi əhəmiyyət kəsb etmir.
45. Bu mənada, borcun ödənilməsinin gecikdirilməsinə dair illik 5%-in tutulmasına dair tələb hüququ tərəflər arasında kredit öhdəlikləri üzrə borca dair yaranmış ilk mübahisə üzrə qəbul olunan məhkəmə qərarının qanuni qüvvəyə minmə tarixindən deyil, kredit öhdəliyinin icrası üçün nəzərdə tutulmuş müddət bitdiyi tarixdən yaranır. Yəni, MM-in 445.7-ci maddəsi üzrə borc tələbi heç də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən yaranmır, müqavilədə nəzərdə tutulmuş pul öhdəliyinin gecikdirilm əsindən irəli gəlir.
46. Odur ki, əvvəlki mübahisə üzrə keçirilən ilkin məhkəmə icraatının davam etdiyi bütün müddət, eləcə də həmin mübahisə üzrə qəbul olunan məhkəmə aktlarının cavabdeh və ya/ və hətta iddiaçı tərəfindən mübahisələndirilməsi həmin müddət ərzində borcun ödənilməməsinə əsas verən üzrlü səbəb kimi dəyərləndirilə bilməz. Belə ki, həmin müddətdə də bank sözügedən vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. İstənilən halda, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
47. O da nəzərə alınmalıdır ki, hazırkı halda əvvəlki mübahisə üzrə qanuni qüvvə yə minmiş məhkəmə qərarları ilə kredit öhdəliklərinin icrasının borcludan asılı olmayan hallardan gecikdirildiyi, yəni borcun qaytarılmamasında cavabdehin təqsirli olmadığı müəyyən edilməmişdir.
48. Eləcə də qeyd olunmalıdır ki, tələbin ipoteka ilə təmin olunması da MM-in 445.7ci maddəsinin tələblərini əlavə tənzimləmə ilə məhdudlaşdırmır. Belə ki, tələb ipoteka predmetinə yönəldildikdə də, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
49. Sadəcə olaraq, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (həmin hüquqi mövqelər öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında tapmışdır – bax § 37).
50. Digər tərəfdən, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından məlum olur ki, iddiaçı 2023-cü il 4 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, birinci instansiya məhkəməsinin 2022-ci il 26 avqust tarixli qətnaməsi qanuni qüvvəsini almamış (belə ki, həmin mübahisə üzrə yekun olaraq Ali Məhkəmənin qərarı 2024-cü il 29 fevral tarixində qəbul olunmuşdur), icraya yönəldilmə miş, tələbin yönəldiyi ipoteka əmlakı hərraca çıxarılaraq satılmamışdır. Hazırkı iş üzrə verilmiş gecikdirilmiş vaxt üçün illik 5 %in ödənilməsinə dair iddia tələbi əvvəlki mübahisə üzrə məhkəmə icraatının davam etdiyi dövr üzrə (birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi 2022-ci ilin 26 avqust tarixindən 2023-cü il 17 noyabr tarixinədək) olan müddəti əhatə edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi cavabdeh(lər)in, tələbin ipotekaya yönəldilməsinə maneə törətməmələrinə dair dəlil hazırkı mübahisənin həlli üçün ümumiyyətlə hüquqi əhəmiyyət kəsb etmir.
51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticəd ə MPM-in 217.1-ci maddəsinə (bax § 38) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamənin dəyişdirilmədən saxlanılması qeyri-mümkündür.
52. Bununla belə, hazırkı iddia üzrə tələb olunan borcun həcmi və onun düzgün hesablanıb-hesablanmaması hazırkı iş üzrə qəbul olunan məhkəmə qətnamələrində qiymətləndirmə predmeti olmadığından işin faktiki hallarını təşkil edir, bu səbəbdən də hazırkı kassasiya icraatında işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı kimi qəbul edilə bilməz.
53. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli 2-2(103)-1116/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
54. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxar ıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən iddia üzrə tələb olunan borcun həcminə və onun düzgün hesablanıb-hesablanmamasına hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “X4 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli 2-2(103)-1116/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.