Məhkəmə qərarları › İş №2-2(102)-185/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-185/2019

29.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-185/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili X2 iştirakı ilə İddiaçı-nin Cavabdeh-in Azərbaycan Respublikasındakı filialına qarşı vurulmuş maddi ziyanın qaytarılması və müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 22(103)-516/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 29 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, bir tərəfdən sifarişçi adlandırılacaq «xxxx» ASC və digər tərəfdən icraçı adlandırılacaq Cavabdeh-in Azərbaycan Respublikası üzrə direktoru arasında 29.08.2014-cü il tarixdə 21/14 saylı taxılyığan kombayınların satın alınması barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi müqavilənin tərkib hissəsi olan əlavə 1-də göstərilən təsnifata və şərtlərə uyğun 50 ədəd taxılyığan kombaynın satınalınması barədə icraçının 4.442.500 avro məbləğin də təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan malların komplektləşdirilmiş şəkildə İnkoterms 2000 DDP şərtilə bu müqaviləyə 2 əlavədə göstərilən yerlərə 180 gün müddətində boşaldıb sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 22.1-ci bəndinə əsasən bütün rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasının icraçı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. X13 stansiyası 10.01.2015-ci il tarixdə 01 saylı məktubla Yevlax Gömrük İdarəsinə müraciət edərək bildirmişdir ki, Ucar stansiyasına 12.11.2014-cü il tarixdə «xxxx» ASC ünvanına gələn 34 vaqon kənd təsərrüfatı te xnikası (kombayn) yükü gömrük xidmətindən keçmədən boşaldığı üçün boş vaqonlar bu günə kimi Ucar stansiyasında saxlanılır. Həmin vaqonlar Belorusiya Respublikasına məxsusdur. Vaqonlar geri qaytarılmadığı üçün Azərbaycan Dəmir Yolu X6 100.000 manatdan artıq cərimə ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq həmin vaqonların ölkəyə geri qaytarılmasına razılıq verilməsi xahiş edilmişdir. Ucar stansiyasının əməkdaşları tərəfindən tərtib edilmiş 17.11.2014-cü il tarixli aktdan görünür ki, 12.11.2014-cü il tarixdə, saat 06-45-də Cavabdeh tərəfindən “xxxx” ASC üçün gətirilmiş 34 ədəd taxılbiçən kombayn yüklü vaqonlar gəlmiş, stansiyanın yolları dolu olduğu üçün və hərəkətin intensivliyinə maneçilik törətməməkdən ötrü «xxxx» ASCnin dalan yolunun həyətinə çatmamış birləşdirici yola qoyulmuşdur. 17.11.2014-cü il tarixdə avtotexnikanın gücü ilə vaqonlar “xxxx” ASC-nin həyətinə çəkilmiş və gömrük qeydiyyatından keçmədən - vaqonlar özbaşına boşaldılmışdır. xxxxin həyətində də avtotexnikanın gücü ilə manevr işləri aparılmış, vaqonlar boşaldıqdan sonra yenə də avtotexnikanın gücü ilə boş vaqonları birləşdirici yola çıxarıb qoymuşlar. Cavabdehin Azərbaycan Respublikası filialı 02/15 saylı 21.01.2015-ci il tarixli məktubla İddiaçı-yə müraciət edərək bildirmişdir ki, Almaniyanın Cavabdeh şirkəti tərəfindən “xxxx” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasına gətirilən 34 vaqonda 50 ədəd kombayn yükü 12.11.2014-cü il tarixdə X13 stansiyasına daxil olmuşdur. X10 idarəsinin qanunsuz tələbləri ucbatından bugünkü günə qədər nə gömrük rəsmiləşdirilməsi olmamış, nə də vaqonların geri göndərilməsi mümk ün olmamışdır. Belə ki, Yevlax Gömrük idarəsi ilə öncədən razılaşdırıldığı kimi tələb olunan məbləği onlara təqdim etdikdən dərhal sonra həmin yüklər gömrük idarəsinin razılığı ilə Ucar RTB-də boşaldılmışdır. Yüklər boşaldıqdan bir qədər sonra Yevlax Gömrük idarəsi razılığı pozaraq əlavə olaraq pul tələb etmiş və qanunsuz olaraq istər gömrük rəsmiləşməsiııə, istərsə də vaqonların geri qaytarılmasına icazə verməmişdir. Nəticədə həmin vaqonların vaxtında geri göndərilməməsinə görə X13 stansiyası tərəfindən rüsum və cərimələr hesablanmışdır. X11 Yolu stansiyası tərəfindən hesablanmış rüsum və cərimələrin silinməsinə köməklik olunması xahiş edilmişdir. İddiaçı SM-294/2 saylı 16.07.2015-ci il tarixli məktubla Cavabdehin AR filialına müraciət edərək bildirmişdir ki, 12.11.2014-cü il tarixdə İd diaçı-nin Ucar stansiyasına Cavabdehin adına daxil olan kombayn yüklü 34 vaqon gömrük rəsmiləşdirilməsi keçmədən qanunsuz olaraq 15-16 noyabr 2014-cü il tarixində “xxxx” ASC-nin Ucar rayonlararası təchizat bazasında boşaldılmış və gömrük rəsmiləşməsi həllini tapmadığından X6 məxsus vaqonlar 02.04.2015-ci il tarixinə qədər stansiyada səmərəsiz dayanmışdır. X6 məxsus vaqonlar stansiyada səmərəsiz dayandığına görə İddiaçı bir çox cərimələrə məruz qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, X6 məxsus vaqonların uzun müddət 12.11.2014-cü il tarixdən 02.04.2015-ci il tarixinə qədər Ucar stansiyasında səmərəsiz dayandığına görə hesablanmış 218.715,32 manat (MDB vaqonlarından istifadə haqqı - 213.220,20 manat, qoruma 4.412,27 manat, tərəzidə çəkilmək 200,60 manat, vaqonların verilib-götürülməsi haqq ı 887,54 manat, məlumat 4,72 manat) yığım və cərimələrin ödənilməsinin tez bir zamanda təmin edilməsi xahiş edilmiş, əks təqdirdə X5 müvafiq bəndlərinin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Almaniyanın Cavabdehin AR filialı 22/15 saylı 30.07.2015-ci il tarixli məktubla İddiaçı-yə müraciət edərək bildirmişdir ki, Almaniyanın Cavabdeh şirkəti tərəfindən “xxxx” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasına gətirilən 34 vaqonda 50 ədəd kombayn yükü 12.11.2014-cü il tarixdə X13 stansiyasına daxil olmuşdur. Dərhal gömrük orqanlarına müraciət edilmiş, buna dair müvafiq müraciət ərizəsi gömrüyə təqdim edilmiş və gömrük orqanlarının razılığı ilə 2 gün müddətində vaqonlar boşaldılaraq dəmir yol stansiyasına təhvil verilmiş, geri göndərilməsinin təmin edilməsi bildirilmişdir. Vaqonların vaxtında hər hansı bir gecikmə olmadan boşaldılmasını təsdiq edən müvafiq akt tərtib edilmişdir ki, bu aktı vaqonların üzərində Belorusiyadan VOXR mühafizə xidməti kimi gələn əməkdaşlar da imza ataraq təsdiq etmişlər. Gömrük rəsmiləşdirilməsinin aparılması üçün bütün lazımi müraciətlər qanunvericiliyə müvafiq olaraq təqdim edilmişdir. Belə ki, Yevlax Gömrük idarəsi ilə öncədən razılaşdırıldığı kimi tələb olunan məbləği onlara təqdim etdikdən dərhal sonra həmin yüklər gömrük idarəsinin razılığı ilə Ucar RTB-də boşaldılmışdır. Odur ki, bir daha nəzərinizə çatdırırıq ki, Cavabdehin AR filialı istər rəsmiləşdirmə işlərini, istərsə də vaqonların boşaldılaraq təhvil verilməsini vaxtında qanunvericiliyə müvafiq olaraq yerinə yetirdiyindən, X13 stansiyası tərəfindən hesablanmış rüsum və cərimələrin yaranmasında heç bir məsuliyyət daşımır. Mallar Ucar təyinat stansiyasına 12.11.2014-cü il tarixdə daxil olmuş, lakin gömrük rəsmiləşdirilməsi 01.04.2015-ci il tarixdə həyata keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi İddiaçı-yə ünvanlanmış 04/18-08-1023 saylı 04.08.2015-ci il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “xxxx” ASC ilə Cavabdeh şirkəti arasında 50 ədəd Dominator-130 markalı kombaynların satınalınması barədə ümumi dəyəri 4.442.500 avro məbləğində 2014-cü il 29 avqust tarixli, 21/14 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Cavabdeh şirkəti müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların komplektləşdirilmiş şəkildə İnkoterms 2000 DDP şərtilə bu müqaviləyə 2 əlavədə göstərilən ye rlərə 180 gün müddətində boşaldıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 22.1 bəndinə əsasən, bütün rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılması icraçı tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müqavilə şərtlərinə əsasən vaqonların Ucar stansiyasında səmərəsiz dayandığına görə hesablanmış 218.715.32 manat yığım və cərimələrin ödənilməsi icraçı təşkilat olan Cavabdeh şirkəti tərəfindən həyata keçirilməlidir. Azərbaycan Beynəlxalq Bankının Nəqliyyat filialı tərəfindən verilmiş 16.05.2016-cı il tarixli xaricə köçürməyə dair ərizədən müəyyən olunur ki, İddiaçı tərəfindən 1.648.571 məbləğində CHF X3 köçürülmüşdür. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 213.220,20 manat MDB dövlət lərinə məxsus vaqonlardan istifadə yığımının, 3.739,20 manat qoruma yığımının, 170 manat vaqonların tərəzidə çəkilməsi yığımının, 743,68 manat vaqonların verilib-götürülməsi yığımının, 4 manat vaqonlar barədə məlumat verilməsi yığımının, cəmi 217.133,40 manat dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə 21.10.2014-cü il tarixdə Malaşeviçe stansiyasında 00171306, 314, 322, 330, 348, 355, 363, 371, 389, 397, 405, 413, 441,439, 447, 454, 462, 470, 488, 496 və 504 saylı yol cədvəllərinə əsasən kombayn yüklü X6 məxsus 4347720, 44376515, 44102689, 44376713, 42010314, 42086025, 40011009, 42898940, 42898940, 44639151, 44075174, 4489944, 44376747, 44451706, 42002743, 4409035, 94 531058, 42386570, 95442404, 42102046, 94540382, 4172518, 94531407, 44376937, 94770740, 42290148, 94804200, 94770914, 42072835, 44506614, 43973799, 49695658, 44440617 və ********* saylı vaqonlar və yol boyu həmin vaqonlardakı yükləri mühafizə etmək məqsədilə yükgöndərənin təyin etdiyi bələdçilərin yerləşdiyi 21127956 nömrəli üstü örtülü vaqon Azərbaycan Dəmir Yolunun Ucar stansiyasına olan təyinatla yük alıcısı Cavabdehin AR filialının ünvanına daşınmaya qəbul edilmişdir. Yükgöndərənin qaimələrdəki qeydinə görə kombaynlar «xxxx» ASC-nin Ucar Rayonlararası Bazası üçün nəzərdə tutulmuşdur. Göstərilən vaqonlar 12.11.2014-cü il tarixdə Ucar təyinat stansiyasına daxil olmuşdur. Say etibarı ilə qatar halında olan vaqonların stansiya yolunda saxlanılması stansiyanın işində maneələr yaratdığına gör ə, kombayn yüklü vaqonlar və bələdçilərin yerləşdiyi üstü örtülü vaqon «xxxx» ASC-nin Ucar Rayonlararası Təchizat Bazasını Ucar stansiyası ilə birləşdirən birləşdirici yola qoyulmuş və bu barədə, yük alıcısı Cavabdehin AR filialına məlumat verilmişdir. Mövcud Təlimatların tələbinə uyğun olaraq gömrük sənədləşdirilməsinin həyata keçirilməsi üçün daxil olmuş yüklərin daşıma sənədləri yük alıcısına verilmişdir. Lakin, yük alıcısı Cavabdehin AR filialı Yevlax Gömrük İdarəsində idxal etdiyi kombaynlara dair gömrük sənədləşdirilməsi aparılmadan 16.11.2014-cü il tarixdə kombaynları vaqonlardan boşaltmışdır. Bu hala öz etirazını bildirən Ucar stansiyasının rəisi hər dəfə yük alıcısı tərəfindən əmin edilmişdir ki, gömrük sənədləşdirilməsinin aparılması son ərəfədədir. Lakin, əfsuslar olsun kı, yük alıcısı Cavabdehin AR filialı idxal etdiyi 50 ədəd kombayn yükü ilə bağlı gömrük sənədləşdirilməsini ancaq 01.04.2015-ci il tarixdə, yəni yükün daxil olduğu tarixdən 134 sutka sonra aparmışdır. Bu hal yükün verilməsi vərəqində (vərəq N4) gömrük orqanı tərəfindən aparılmış qeydlə öz təsdiqini tapır. İdxal olunmuş yüklərlə bağlı gömrük sənədləşdirilməsinin vaxtında aparılmaması səbəbindən həmin yüklərin yükləndiyi vaqonları boş vəziyyətdə sahibinə qaytarmaq mümkün olmamışdır. Nəticədə Azərbaycan Dəmir Yolu 213.220,20 manat məbləğdə maddi ziyana məruz qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-264/2018 nömrəli, 01 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakim: Z.M.Tağıyev) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-516/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidov və R.Ə.Qurbanov) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehdən 217.133,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-516/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apellyasiya məhkəməsinin norma olaraq “X8 Yük Daşımaları haqqında Saziş”ə istinad etməsini əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında malların gətirilməsi, çatdırılması, təhvil verilməsi barədə müqavilə və öhdəliyi təşkil edən hər hansı bir sənəd mövcud olmamışdır. İddiaçının istinad etdiyi taxılyığan kombayınlarının satılması barədə müqavilə isə Cavabdehnin Azərbaycan Respublikasındakı filialı ilə “xxxx” ASC arasında bağlanılmışdır. Həmin müqavilə şərtlərinə görə isə malların gətirilməsi, çatdırılması, təhvil verilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Daha sonra qeyd edilir ki, X13 stansiyasının 10.01.2015-ci il tarixli 01 saylı məktubundan görünür ki, iddiaçı həmin məktubla Yevlax gömrük idarəsinə müraciət edərək bildirmişdir ki, Ucar stansiyasına 12.11.2014-cü il tarixdə “xxxx” ASC ün vanına gələn 34 vaqon kənd təsərrüfatı texnikası (kombayn) yükü gömrük xidmətindən keçmədən boşaldığı üçün boş vaqonlar bu günə kimi Ucar stansiyasında saxlanılır. Həmin vaqonlar Belarus Respublikasına məxsusdur. Vaqonlar geri qaytarılmadığı üçün Azərbaycan Dəmir Yolu Belarusiya dəmir yoluna 100000 manatdan artıq cərimə ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq həmin vaqonların geri qaytarılmasına razılıq verilməsi istənilmişdir. Həmin vaxt Ucar stansiyasının əməkdaşları tərəfindən tərtib edilmiş 17.11.2014-cü il tarixli aktdan da görünür ki, “xxxx” ASC üçün gətirilmiş 34 ədəd taxılbiçən kombayn olan vaqonlar boşaldılmış və birləşdirici yola çıxarılıb qoyulmuşdur. Yuxarıda qeyd edilən yazışmanın mahiyyətindən və mənasından göründüyü kimi, vaqonların boşaldığı və təhvil verildiyi, lakin Uca r stansiyası tərəfindən saxlanıldığı qeyd edilmişdir. Həmin vaqonların saxlanılmasında səbəbkar həmin vaqonları saxlayan, iddiaçıya tabe olan Ucar stansiyası olmuşdur. Ucar stansiyasının malların gömrük sənədləşməsindən keçməməsi əsası ilə vaqonları saxlaması barədə hərəkətləri qanuna zidd olmuş və buna görə cavabdehin hər hansı bir məsuliyyəti olmamışdır. Bundan əlavə, iddiaçı ilə cavabdeh və iddiaçıya tabe orqanlar arasında aparılan digər yazışmalarla müəyyən olunur ki, vaqonlardan yüklər boşaldılmış və vaqonlar geri qaytarılması üçün ötürücü yola təhvil verilmişdir. Lakin iddiaçıya tabe stansiyalar tərəfindən əsassız olaraq vaqonların göndərilməsi təmin edilməmiş, bunun əsaslılığı isə bildirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabde hin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-516/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya i nstansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə Azərbaycan Respublikası və Belorusiya Respublikasının tərəfdar olduğu, 01.11.1951-ci il tarixdən qüvvədə olan «X8 Yük Daşımaları haqqında Saziş»in müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfd ar çıxdığı dövlətlərarası müqavilələr asında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Sazişin 2-ci maddəsinə görə, Saziş dəmir yolları, yük göndərənlər və yük anlar üçün məcburi qüvvəyə malikdir və daşıma müqaviləsinin tərəflərinin hansı dövlətə mənsub olmasından asılı olmayaraq tətbiq edilir (§1). Hazırkı mübahisə yük alanla (alıcı) yük göndərən (satıcı) arasında deyil, yük alanla daşıyıcı arasında bağlanmış daşıma müqaviləsindən irəli gəlmişdir. Sazişin 11-ci maddəsinin 2-ci paraqrafının tələbinə əsasən, daşıma və yaxud yükün verilməsi zamanı gecikmələrə yol verilərsə, vaqonların səmərəsiz dayanması zamanı yaranmış cərimə və yığım məbləğlər təyinat stansiyasında yük alıcısı tərəfindən ödənilir. Sazişin 22-ci maddəsinə görə, hər növbəti dəmir yolu yükü qaimə ilə qə bul etməklə həmin daşıma müqaviləsinə daxil olur və müqavilə üzrə yaranan öhdəlikləri öz üzərinə götürür (§3). Həmin Sazişin tərkib hissəsi olan dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin gömrük sənədləşdirilməsinə və nəzarətinə dair Nizamnamə texnologiyasına əsasən: bənd 2.1. gömrük orqanı qərarının dəmir yolu işçiləri tərəfindən yerinə yetirilməsi mütləqdir; bənd 2.5. gömrük nəzarətində olan yük gömrük orqanının icazəsi olmadan verilə bilməz; bənd 11.1. dəmir yolu və şəxslər gömrük nəzarətində olan yüklərin yerdəyişməsi zamanı gömrük qaydalarını pozduqlarına görə milli qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. İddiaçı Nəqliyyatı ilə yük daşımalarında əlavə xidmətlərə görə yığımların tətbiqi Qaydalarının 1-ci bəndinə əsasən, dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlər dən, yükalanlardan və dalan dəmir yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş əlavə xidmətlərə görə yığımlar tutulur. Dəmir yolu tərəfindən göstərilmiş əlavə xidmətlərə: daşınmaya təqdim olunmuş yükün qiymətləndirilməsi; yükün müşayiət olunması; yüklərin, konteynerlərin yüklənməsi və boşaldılması; yükün mühafizəsi, tərəzidə çəkilməsi; vaqonların ünvanının dəyişdirilməsi; vaqonların dalan yola verilib- götürülməsi aiddir. Qaydaların: 4-cü bəndinə görə, yüklərin dəmir yoluna məxsus tərəzidə çəkilməsinə görə yığım aşağıdakı şəkildə hesablanılır: Dəmiryoluna məxsus lokomotivlə vaqonun vaqon tərəzidə çəkilməsi üçün verilməsi və götürülməsinə görə 1 vaqonun qiyməti 45 manat; Yüklərin və taraların yük tərəzisində çəkilməsi 1 ton 0,55 manat; Yüklərin və taraların avtomobil tərəzis ində çəkilməsi avtomobil o cümlədən yarımqoşqulu avtomobil 0,88 manat. 4.3-cü bəndinə əsasən, yükün çəkisinin yoxlanılması məqsədilə yükün və taranın stansiya işçiləri tərəfindən yük sahibinin tərəzisində çəkilməsinə görə hər əməliyyat üçün yığım tutulur; 1,05 man - vaqon tərəzidə bir vaqonun çəkilməsinə görə; 0,40 man yük tərəzisində 1 ton yükün çəkilməsinə görə; 0,50 man avtomobil tərəzisində 1 avtomobilin çəkilməsinə görə; 6.1-ci bəndinə görə, təyinat stansiyasına daxil olmuş, ümumi istifadə yerində boşaldılıb verilməsi nəzərdə tutulan, yük və konteynerlərin X7 müvafiq olaraq, yükün güzəştli qorunma müddəti qurtardığı andan alıcının yükü stansiyadan çıxardığı ana qədər qorunmasına görə yığım aşağıdakı qaydada hesablanır: Açıq yerdə, o cümlədən təhlükəli yükün 1 tonu 1 günə 0,33 manat- 0,45 manat; Örtülü yerdə, o cümlədən təhlükəli yük 1 tonu 1 günə 1,38 manat- 1,89 manat; Örtülü anbarda və vaqonlarda, o cümlədən təhlükəli yük 1 tonu 1 günə 2,28 manat, 3,15 manat; Heyvanların baş sayma görə 1 günü 0,70 manat; Stansiyanın ümumi istifadə yolunda, yük həyətində özəl vaqonda yüklərin qorunması vaqon oxa görə 1 günü 3 manat; Dəmir yoluna məxsus konteynerlərdə 5 tona qədər konteynerə görə 1 günü 6,6 manat; 10 tondan 24 tona qədər konteynerə görə 22,2 manat; 24 tondan yuxarı tonnajlı konteynerə görə 35,7 manat; Dəmir yoluna məxsus olmayan konteynerlərdə 5 tona qədər konteynerə görə 1,9 manat; tondan 24 tona qədər konteynerə görə 6,3 manat; tondan 24 tona qədər konteynerə görə 6,3 manat; 4 tondan yuxarı tonnajlı konteynerə görə 9,6 manat; 7.1-ci bəndinə əsasən, dəmir yolunun lok omotivi ilə yüklü və boş vaqonların dalan yoluna verilib-götürülməsinə görə yığım iki variantdan birinə görə hesablanır: a) dəmir yoluna mənsub olmayan dalan yoluna gün ərzində verilib - götürülən vaqonların orta sayından asılı olaraq yığım 5-ci cədvəldəki tarif qiymətlərinə əsasən hesablanır; b) dalan yolu dəmir yoluna mənsub olarsa, 6-cı cədvəldəki tarif qiymətlərinə əsasən hesablanılır; 17.1.1-ci bəndinə görə, yük göndərən vaqon və konteynerlərin istifadəsinə görə və həmçinin dalan yoluna verilib-götürülməsi zamanı yığım ödəməlidir. Vaqon və konteynerlərdən istifadə yığınımın hesablanma qaydası dəmir yolu ilə dalan yolu sahibi arasında bağlanmış vaqonların verilb-götürlüməsi və dalan yollarından istifadə üzrə müqavilədə göstərilməlidir; 17.2-ci bəndinə edilmiş qeydə əsasən, MDB ölkələri nin vaqonları gecikdirildikdə 30 vaqon sutkayadək, 1.0 əmsalı, 30-45 vaqon sutkayadək 1,3 əmsalı və 45 vaqon sutkadan yuxarı 3,0 əmsalları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi işin araşdırılması zamanı əsaslı olaraq müəyyən etmişdir ki, X6 məxsus kombayn yüklü 34 vaqon 12.11.2014-cü il tarixdə iddiaçının X13 stansiyasına yük alıcısı Cavabdehin AR filialının adına daxil olduğu halda, cavabdeh gömrük rəsmiləşdirməsini aparmadan yükləri boşaltdığı, yüklərin gömrük rəsmiləşdirilməsinin 01.04.2015-ci il tarixdə (134 sutka sonra) həyata keçirildiyi, cavabdeh gömrük rəsmiləşdirilməsini vaxtında aparmadığından İddiaçı vaqonların boş dayandığı müddətə görə X6 213.220,20 manat vaqonlardan istifadə rüsumu ödəmək məcburiyyətində qalmış, iddiaçıya, həmçinin v aqonların qorunması, tərəzidə çəkilməsi, verilib-götürülməsi və vaqonlar barədə məlumat verilməsi ilə bağlı ödənişlər də cavabdeh tərəfindən ödənilməmişdir. İddia ilə tələb olunan maddi zərərin məbləği qanunvericiliyə və beynəlxalq müqavilələrə əsaslanır, İddiaçı-yə vurulmuş zərər məhz cavabdehin hüquqazidd hərəkətləri (gömrük rəsmiləşdirilməsinin gecikdirilməsi) nəticəsində baş vermişdir ki, bu hallar iş materiallarında olan sübutlarla təsdiq olunur. Cavabdeh yalnız gömrük rəsmiləşdirilməsinin gec aparılmasının onun təqsirindən baş vermədiyini, gömrük rəsmiləşdirilməsinin gec aparılmasının gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində baş verdiyini, bu səbəbdən də onun gömrük rəsmiləşdirilməsinin gec aparılmasına görə məsuliyyətinin yaranmadığını, bu məsuliyyətin gömrük orqanlarına aid olduğunu mübahisə edir. Halbuki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən bəyannaməçi - gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir; gömrük rəsmiləşdirilməsi - bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir; Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz; Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edil məlidir. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur; Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər; Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. (maddə 1.0.2, 1.09, 105.1, 146.1, 152.4, 162.1, 245.1) Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, cavabdeh, əgər gömrük orqanlarının gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina etdiyini irəli sürürsə, gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində ona dəydiyi güman olunan zərərin əvəzini bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş gömrük orqanından tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedi kdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh, iddiaçının ondan tələb etdiyi zərərin cəmi məbləğini yaxud onun tərkib hissələrini (istifadə yığımını, qoruma yığımını, vaqonların tərəzidə çəkilməsi yığımını, vaqonların verilib-götürülməsi yığımını, vaqonlar barədə məlumat verilməsi yığımını) ayrılıqda mübahisələndirmir. Ona görə də, iddia tələbinin məbləği işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məh kəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103) -516/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar