Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-185/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan QSC xxx Bankının Cavabdehnaqarşı iş üzrə QƏRAR (açar sözlər: 2013-cü ildə ********** saylı kredit müqaviləsi üzrə cavabdehin təsisçilərindən Q.Ş.Qədirov tərəfindən həyata keçirilmiş 5.000 manat ödənişin məhkəmə tərəfindən nəzərə alınmaması üçün qanuni əsaslar mövcud olmamışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızının, cavabdehin nümayəndəsi Əliyev Ramiz Poladxan oğlunun, vəkili Vəkil iştirakları, N.Nəcəfzadənin katibliyi ilə, iddiaçı ləğv prosesində olan xxx Bankının Cavabdehna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ləğv prosesində olan QSC XXX Bankı Cavabdehna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı müqavilə üzrə 114.362,73 manat məbləğində əsas borc, 125.818,30 manat məb ləğində faiz borcu, 44.083,92 manat məbləğində cərimə borcu, ümumilikdə isə 284.264,95 manat, xx xxxx 2008-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsinə əsasən 18.043,43 manat məbləğində əsas borc, 76.482,59 manat məbləğində faiz borcu, 6.996,86 manat məbləğində cərimə borcu, ümumilikdə isə 101.522,88 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti XXX Bankı ilə Cavabdeh arasında kredit verilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən Cavabdehna illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 215.000 manat məbləğində kredit verilmiş, bundan başqa Bank ilə Cavabd eh arasında bağlanmış “kredit verilməsi haqqında” xx xxxx 2008-ci il tarixli, KM/HŞ ********** saylı müqaviləyə əsasən Bank tərəfindən Cavabdehna illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmiş, lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə cavabdehin Banka xx xxxxxx 2007-c il tarixli müqavilə üzrə ümumilikdə 284.264,95 manat, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 101.522,88 manat məbləğində borcu qalmış, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdehna dəfələrlə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)4/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı və xx xxxx 2008-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə Cavabdehndan 18.248,93 manat məbləğində əsas borc, 23.998,83 manat məbləğində faiz borcu, 912,40 manat məbləğində cərimə borcu, cəmi 43.160,16 manat məbləğində pul vəsaitinin tutularaq ləğv Prosesində olan QSC XXX Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatının iddiaçıya aid edilməsi, 20 manatın isə Cavabdehndan alınaraq iddiaçı ləğv prosesində olan QSC XXX Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, aparılmış ekspertiza ilə bağlı 120 manat ekspert iza xərcinin müştərək qaydada tərəflərdən tutulması qət edilmişdir ( hakim - F.Mədətli). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, xx xxxx 2008-ci il t arixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə 18.043,43 manat məbləğində əsas borc, 23.998,83 məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144.768,98 manat pul, 30 manat dövlət rüsumu tutulmuş, qalan hissədə iddia rədd edilmiş, Cavabdehndan dövlət büdcəsinə 120 manat ekspertiza xərci tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüqu q normalarının pozuntusuna yol verilmiş, cavabdeh xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş, iddiaçı 2011, 2012-ci illərdə ödənilən məbləğin Bankın öz nümayəndələri tərəfindən yox, məhz cavabdeh tərəfindən ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc hesabına müxtəlif tarixlərdə ödənişlər həyata keçirilsə də, sonuncu dəfə olan ödəniş xx.xx.2012-ci il tarixdə həyata keçirilmişdir (hesabdan çıxarışlara əsasən), tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixdə bitdiyindən, kredit üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan müba hisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən, iddia müddətinin axımı xx xxxxxx 2012-ci il tarixdən (cavabdehi tərəfindən son ödəniş xx.xx.2012-ci il nəzərə alınmaqla) başlamış və xx xxxxxx 2015-ci il tarixdə başa çatmış, iddiaçı isə cavabdehə qarşı iddianı xx.xx.2015-ci il tarixdə qaldırmış, həmçinin xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh «Bank Standard» Kommersiya Bankına olan borcunu da tam şəkildə ödəmiş, cavabdeh dəfələrlə iddiaçıya rəsmi ərizə ilə müraciət edərək, AR Milli Bankı İdarə Heyyətinin xx xxxx 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalara” əsasən xx xxxx 2008-ci il tarixli kredit müqavi ləsinə “faizləri hesablanmayan” kredit statusunun verilməsini xahiş etsə də, iddiaçı faizlərin süni şəkildə şişirdilməsinə şərait yaratmağa davam etmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızının, cavabdehin nüm ayəndəsi X3, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2007-ci il tarixli, KM/HS ********** nömrəli kredit müqaviləsinə əsasən QSC Bank Standard KB tərəfindən Cavabdehna 36 ay müddətinə illik 20 %-lə 215.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə borcalan ayda 7.985,7 manat olmaqla ödəniş etməli, xx.xx.2010-cu il tarixədək banka cəmi 72.488,19 manat faiz olmaqla, ümumilikdə 287.488,19 manat ödəniş edilməli idi, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tari xli kredit müqaviləsinin 4-cü bəndinə görə kreditin təminatı olaraq Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 saylı küçədə yerləşən 1 saylı ev ipoteka ilə yüklü edilsə də, bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə tələb irəli sürülməmiş, xx xxxx 2008-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsinə görə QSC X8 Bankı Cavabdehna 36 ay müddətinə 20 %-lə 100.000 manat məbləğində kredit vermiş, müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə görə xx xxxx 2011-ci ilədək borcalan banka hər ay 3.716,36 manat ödəniş etməli, cəmi 33.788,91 manat faiz olmaqla ümumilikdə 133.788,91 manat ödənilməli idi, hesabdan çıxarışlara görə cavabdeh tərəfindən kredit öhdəliyi üzrə ödənişlər qrafik üzrə həyata keçirilməmiş, hər iki müqavilə üzrə öhdəlik pozulmuş, «Bank Standard» Kommersiya Bankı tərə findən Cavabdehna xx xxxx 2015-ci il tarixli 11/1633 nömrəli bildiriş göndərilərək, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 284.264.95 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 101.522.88 manat məbləğində borcun ödənilməsinin 3 gün ərzində təmin edilməsi xahiş olunmuş, borc ödənilmədiyindən, iddiaçı xx.xx.2015-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2010-cu il tarixdə bitsə də, ekspert rəyinə görə icra müddəti bitdikdən sonra da borcalan tərəfindən banka xx.xx.2011-ci il tarixdə 18.151 manat, xx.xx.2012-ci il tarixdə 36.932,60 manat ödənişlər edilmiş, eyni z amanda hesabdan çıxarışa görə xx.xx.2013-cü il tarixdə xx xxxxxx 2007-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 5.000 manat ödəniş həyata keçirilmiş, belə olan halda xx xxxxxx 2007-ci il tarixli müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən kəsilmiş və yenidən başlamış, iddiaçı xx.xx.2015-ci il tarixdə (ərizənin poçta göndərilməsi üçün təqdim edilmə tarixi) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddəti ötürülməmiş, 2010cu ildən sonra cavabdehin kredit hesabına mədaxil olunmuş vəsaitlər hüquqi şəxsin özü tərəfindən deyil, bankın əməkdaşları tərəfindən mədaxil edildiyindən, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər kimi qəbul edilə bilməz, həmçinin iddiaçı QSC «Bank Standard» X6 Heyətinin sədri S.Kriman tərəfindən Cavabdeh direktoru R.Əliyevə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubunda Qaradağ rayonu, Sahil qəsəbəsi, 2-ci məhəllə, bina 1-də yerləşən 17 sayı mənzilin satışından əldə olunan 85000-90000 manat vəsaitin bankın Sahil filialında Cavabdehna məxsus olan ********** saylı kredit müqaviləsi üzrə borcdan silinəcəyi qeyd edilmiş, beləliklə, Cavabdeh ilə bankın səlahiyyətli şəxsləri arasında onun mülkiyyətində olan mənzilin satılması və əldə edilən vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli, KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə şifahi tapşırıq müqaviləsi bağlanılmış, tapşırığın icrası təmin olunaraq mənzil satılmış və əldə olunmuş vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun bir hissəsi 2011, 2012-ci illərdə ödənilmiş, Bank həmin mə nzilin satışından əldə ediləcək vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun tam bağlanması barədə cavabdehə yazılı bildiriş və ya maliyyə arayışı təqdim etmədiyindən, cavabdeh həmin müqavilə üzrə qalıq borcun ödənilməsindən imtina etməyə haqlı olmamış, hazırkı halda borclu Cavabdeh mülkiyyətində olan mənzili satılması üçün banka təqdim edərkən iradə ifadəsi mənzilin satışından əldə edilmiş vəsait hesabına kredit borcunun silinməsi olduğundan, ********** saylı kredit müqaviləsi üzrə borclunun tapşırığı ilə onun adından 2011-ci, 2012-ci illərdə həyata keçirilmiş ödənişlər (mənzilin satışından əldə edilmiş vəsait hesabına icra edilmiş) borclu tərəfindən həyata keçirilmiş ödənişlər kimi qəbul edilməlidir, 2013-cü ildə ********** saylı kredit müqaviləsi üzrə isə c avabdehin təsisçisi X7 tərəfindən həyata keçirilmiş 5000 manat ödənişin məhkəmə tərəfindən nəzərə alınmaması üçün qanuni əsaslar mövcud deyildir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəyə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasilə yə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditor la bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Apellyasiya Məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarına istinadla qeyd etmişdir ki, mülki qanunvericilikdə borclunun şəxsən icra etməli olduğu öhdəliklər istisna olmaqla, digər öhdəliklər, o cümlədən kredit öhdəliyinin icrasının yalnız kredit alanın özü tərəfindən deyil, onun tapşırığı ilə 3-cü şəxslər tərəfindən də həyata keçirilməsi mümkündür. Bu zaman kreditalanın tapşırığı ilə 3-cü şəxs tərəfindən həyata keçirilmiş icra kredit alan tərəfindən həyata keçirilmiş icra kimi qəbul edilir. Borclu bunun əleyhinə olduğu hallarda üçüncü şəxsin təklif etdiyi icranı qəbul edib-etməmək hüququ isə qanunla kreditora aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2010-cu il tarixdə bitdikdən sonra da borcalan tərəfindən banka xx.xx.2011ci il tarixdə 18151 manat, xx.xx.2012-ci il tarixdə 36.932,60 manat ödənişlərin edildiyini, hesabdan çıxarışa əsasən xx.xx.2013-cü il tarixdə xx xxxxxx 2007-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 5.000 manat ödəniş həyata keçirildiyinə görə xx xxxxxx 2007-ci il tarixli müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımının xx.xx.2013-cü il tarixdən kəsildiyini və yenidən başladığını, iddiaçı xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddətinin ötürülmədiyini, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə şifahi tapşırıq müqaviləsinin bağlanıldığını, tapşırığın icrası təmin olunaraq mənzilin satıldığını və əldə olunmuş vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun bir hissəsinin 2011, 2012-ci illərdə ödənildiyini, hazırkı halda borclu Cavabdeh mülkiyyətində olan mənzili satılması üçün banka təqdim edərkən iradə ifadəsi mənzilin satışından əldə edilmiş vəsait hesabına kredit borcunun silinməsi olduğundan, ********** s aylı kredit müqaviləsi üzrə borclunun tapşırığı ilə onun adından 2011-ci, 2012-ci illərdə həyata keçirilmiş ödənişlərin borclu tərəfindən həyata keçirilmiş ödənişlər kimi qəbul edilməli olduğunu, 2013-cü ildə ********** saylı kredit müqaviləsi üzrə isə cavabdehin təsisçilərindən Q.Qədirov tərəfindən həyata keçirilmiş 5.000 manat ödənişin məhkəmə tərəfindən nəzərə alınmaması üçün isə qanuni əsasların mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-185/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-185/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver