Məhkəmə qərarları › İş №2-2(102)-187/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-187/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-187/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: Kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(104)-208/2 024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı QSC ilə Cavabdeh3 arasında 2022-ci il 4 avqust tarixli 006R********** saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, sonuncuya sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə, 500000 manat məbləğində krеdit xətti açılmışdır.

2. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağlanmış 2022-ci il 4 avqust tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalara əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit veril mişdir. 3. 2022-ci il 4 avqust tarixli 006L**********08 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh6 və Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. 4. 2023-cü il 13 fevral tarixli qoşulma barədə sazişlərə görə, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 (bundan sonra birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 006R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24198,01 manat məbləğində krеdit bоrcu, 2419,37 manat məbləğində faiz bоrcu və 786,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27403,49 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 172,21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcunda n ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2023-cü il 4 may tarixindən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 5801,99 manat ödəmiş, onun 24198,01 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 11 oktyabr tarixə 160 gün üçün hesablanmış faiz borcu 2419,37 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi va xtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. 2023-cü il 11 oktyabr tarixinə 160 gün üçün hеsablanmış cərimə 786,11 manat təşkil edir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e-2-2(115)1055/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Qələndərzadə).

8. Məhkəmə qeyd etmişdir ki, borc alan Cavabdeh3 006R********** saylı krеdit razılaşması üzrə 24198,01 manat məbləğində krеdit bоrcu, 2419,37 manat məbləğində faiz bоrcu və 786,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27403,49 manat məbləğində bоrcu olduğu təsdiq edilir.

9. Eyni zamanda, zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün ban k qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib iddanın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və ya işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(104)-208/2024 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, R.Məcidov).

13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin məhkəmənin araşdırma aparmadan cərimənin yüksək miqdarda müəyyən edilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə hə min cəriməni azalda bilir. Hazırki iş üzrə tələb olunan cərimə tənasübsüz surətdə yüksək olmadığından, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab etmişdir.

14. Məhkəmə apellyasiya şikayətinin işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehlərə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər.

15. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli o lmasına dair dəlili də razılaşmamışdır. Ona görə ki, Cavabdeh3 məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

16. Həmçinin apellyasiya şikayətinin hazırkı iddiaya ümumi məhkəmədə baxılmalı olması ilə bağlı dəlilinə münasibət də məhkəmə bildirmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 fərdi sahibkar kimi biznes krediti götürmüş və vergi ödəyicisi kimi qeydiyyatdadır. Odur ki, digər şəxslərin sahibkarlıqla məşğul olub-olmamasından asılı olmayaraq hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə, MM-in 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, MPM-in 9.1, 9.2, 26.1, 14.2, 30, 77.1, 185.2, 185.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi üzrə - Gəncə Kommersiya Məhkəməsi iddianı tam həcmdə təmin etməklə cavabdehlərə münasibətdə tamamilə ədalətsiz və qanuni əsası olmayan qətnamə qət etməklə cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya instansiya məhkəməsi də işə ədalətli qaydada baxmamış və yol verilmiş pozuntular aradan qaldırılmamışdır. Ümumiyyətlə apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan öz mülahizlərinə əsaslanmaqla şikayəti təmin etməm işdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh3 məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı vəsatətinə heç bir münasibət bildirməmişdir.

20. MPM-nin 82.3, 88, 389-cu maddələri üzrə - məhkəmə işin baxışa təyin edilməsi barədə cavabdehlərə heç bir bildiriş göndərmədən işə baxmış, çəkişmə və ədalətli araşdırma prinsipini pozmuşdur. Həmçinin məhkəmənin məhkəməyə dəvət edilən şahidləri dindirmədən və iclas zalına buraxmadan nəticə verməsi kobud prosessual pozuntudur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət e tmək hüququ verilir.” “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübu tlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildi r.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

26. Kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır.

27. Belə ki, birinci instansiya məhkəməsinə aid iş materiallarında olan məhkəmə bildirişləri və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərdən görünür ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar, lakin məhkəmə iclaslarında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər.

28. Belə olan halda isə MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə baxmağa haqlı olub və qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir.

29. Bundan əlavə, cavabdehlər i ddiaya yazılı etiraz verməmişlər və iddiaçının istinad etdiyi halları və sübutları mübahisələndirməmişlər.

30. Apellyasiya şikayətində isə Cavabdeh3 kredit müqaviləsi üzrə borcun məbləğini mübahisələndirmiş və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir.

31. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.

32. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə müm kün olmadığını əsaslandırsın. Lakin Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətində belə əsaslandırma gətirilməmişdir.

33. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin həmin hallar üzrə əlavə araşdırma aparmaması və iş üzrə məhkəmə ekspertizasının təyin etməməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilən bütün dəlillərə, o cümlədən kredit borcunun məbləği ilə bağlı dəlillərə qiymət verilmişdir.

34. Qeyd olunanlara əsasən, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə və ədalətli məhkəmə araşdırılması prinsiplərinin pozulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil.

35. Kassasiya şikayətində istinad edilən sübutların düzgün qiymətləndi rilməməsi ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada tə qdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı müh akimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏRARA ALİR: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(104)-208/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar