Məhkəmə qərarları › İş №2-2(102)-189/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-189/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-189/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, XXX qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilmə, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Hüseyn-zadə Yusifiyə Hüseyn qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(103)-434/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra -“ASC”) “Sumqayıt” filialı ilə Cavabdeh3 MMC (bundan sonra-“MMC”) arasında bağlanmış 2017-ci il 16 iyun tarixli, 01/AS-17 saylı kredit müqaviləsinə (bundan sonra-“01/AS-17 saylı kredit müqaviləsi”) əsasən borcalana illik 7% olmaqla 60 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.

2. Həmin müqaviləyə edilmiş 1 nömrəli Əlavədən görünür ki, qeyd olunan müqavilə üzrə MMC 2017-ci il 16 iyun tarixindən 2022-ci il 16 iyun tarixinədək əs as kredit məbləği üzrə 170.000 manat, faiz üzrə 33.220,84 manat olmaqla, ümumilikdə 203.220,84 manat ödəniş etməlidir.

3. ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 (bundan sonra - “Cavabdeh2”) arasında bağlanmış 2017-ci il 16 iyun tarixli, 01/AS-17 saylı ipoteka müqaviləsindən (bundan sonra “01/AS-17 saylı ipoteka müqaviləsi”) görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan "xxxx" MMC tərəfindən 47.000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.9 kv.m olan 3 otaqlı 108 saylı mənzili(bundan sonra - “108 saylı mənzil”) 01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

4. ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh4 (bundan sonra -“Cavabdeh4”) ar asında bağlanmış 2017-ci il 16 iyun tarixli, 01/AS-17-01 saylı ipoteka müqaviləsindən(bundan sonra“01/AS-17-01 saylı ipoteka müqaviləsi”) görünür ki, Cavabdeh4 mülkiyyət hüququ əsasında ona məxsus olan "xxxx" MMC tərəfindən 130.000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan 2 otaqlı 5 saylı mənzili(bundan sonra-“5 saylı mənzil”) 01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 (bundan sonra - “Cavabdeh1”) arasında bağlanmış 2017-ci il 16 iyun tarixli, 01/AS-17-02 saylı ipoteka müqaviləsindən (bundan sonra “01/AS-17-02 saylı ipoteka müqaviləsi”) görünür ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məx sus olan "xxxx" MMC tərəfindən 130.000 manat məbləğində qiymətləndirilimiş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.1 kv.m olan 174 saylı mənzili (bundan sonra - “174 saylı mənzil”) 01/AS-17 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

6. ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin(bundan sonra-“DƏDRX”) Sumqayıt şəhər Ərazi İdarəsinə 2019-cu il 20 noyabr tarixli 368 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh2 məxsus 108 saylı mənzilə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur.

7. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 2019-cu il 4 dekabr tarixində **********25 nömrəli məktubla ASC-yə məlumat verərək, Cav abdeh2 məxsus 108 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.

8. ASC tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 2019-cu il 20 noyabr tarixli 367 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh4 məxsus 5 saylı mənzilə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur.

9. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 2019-cu il 6 dekabr tarixində **********12 nömrəli məktubla ASC-yə məlumat verərək Cavabdeh1na məxsus 174 saylı mənzilə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alındığını bildirmişdir. 10. 2020-ci il 28 avqust tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, MMC-nin 01/AS-17 saylı kredit müqaviləsi üzrə ASC-yə 2020-ci il 28 avqust tarixinə kredit öhdəliyi üzrə əsas borcu 137.605,85 manat, f aiz borcu 3.336,54 manat, cərimə faiz borcu 18.189,80 manat olmaqla, cəmi 159.132,19 manat təşkil edir.

11. ASC tərəfindən 2019-cu il 29 oktyabr tarixində cavabdehlərə 345B nömrəli pretenziya məktubu göndərilərək müqavilənin xitam olunması və yaranmış borcun qısa müddət ərzində ödənilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. ASC 2020-ci il 12 may tarixində MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1na qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, 01/AS-17 saylı kredit müqaviləsinə əsasən cavabdeh MMC-dən 137.605,85 manat əsas, 5.470,68 manat faiz, 18.189,80 manat cərimə olmaqla, cəmi 161.266,33 manat məbləğində pulun, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması ü çün 93 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, həmin məbləğin ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus olan 5 saylı mənzilə, Cavabdeh2 məxsus olan 108 saylı mənzilə, Cavabdeh1na məxsus olan 174 saylı mənzilə yönəldilərək, əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına ASC-yə olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tərəfdən iddia ərizəsinə əlavə verərək tərəflər arasında bağlanmış 01/AS-17 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 01/AS-17 saylı kredit müqaviləsinə əsasən MMC-nin ASC-yə olan 137.605,85 manat əsas, 3.336,54 manat faiz, 18.189,80 manat cərimə faiz borcu olmaqla, cəmi 159.132,19 manat pul mə bləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 93 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğin ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus olan 5 saylı mənzilə, Cavabdeh2 məxsus 108 saylı mənzilə, Cavabdeh1na məxsus 174 saylı mənzilə yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi bax §§ 1, 3-5-də göstərilənlərə əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhd əliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, cavabdeh MMC 01/AS-17 saylı kredit müqaviləsinə əsasən 2020-ci il 10 fevral tarixinədək əsas borcundan 67.901,50 manat, faiz borcundan 32.078,12 manat ödəməli olduğu halda, əsas borcundan 32.394,15 manat, faiz borcundan isə 22.486.63 manat ödəniş etmişdir.

15. Hal-hazırda MMC-nin ASC-yə 137.605,85 manat əsas, 5.470,68 manat faiz, 18.189,80 manat cərimə faiz borcu olmaqla, cəmi 161.266,33 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir.

16. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcla rı və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq ASC-nin xeyrinə ödənilməlidir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasın Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İHQ”) 33, 39.1-ci maddələrinə istinad edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli e-2-2(113)-1432/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ASC ilə MMC arasında bağlanmış 01/AS-17 saylı kredit müqaviləsinə xitam verilmiş, MMC-dən 137.605,85 manat əsas borc, 3.336,54 manat faiz borcu, 1000 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 27 manat olmaqla, cəmi 141.969,3 9 manat məbləğində pul ASC-nin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh4 məxsus 5 saylı mənzilə, Cavabdeh2 məxsus 108 saylı mənzilə və Cavabdeh1na məxsus 174 saylı mənzilə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılması,əmlakın satışından əldə olunmuş vəsait hesabına ASC-yə olan borc ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1na qaytarılması, Cavabdeh4 məxsus 5 saylı mənzilin ilkin satış qiyməti 130.000 manat, Cavabdeh2 məxsus 108 saylı mənzilin ilkin satış qiyməti 47.000 manat, Cavabdeh1na məxsus 174 saylı mənzilin ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakim – Z.Axundova).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

20. İddiaçı cavabdehdən borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməlidir.

21. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 18.189,80 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka ” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

24. İddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində də əsaslı olduğundan təmin edilməli, tutma Cavabdeh4 məxsus 5 saylı mənzilə, Cavabdeh2 məxsus 108 saylı mənzilə, Cavabdeh1na məxsus 174 saylı mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ həmin cavabdehlərə qaytarılmalıdır.

25. İpoteka müqavilələrində əmlakların dəyəri müvafiq olaraq 130.000, 47.000, 130.000 manat məbləğində müəyyən edilmişdir.Belə olan halda həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 130.000, 47.000, 130.000 manat məbləğində müəyyən edilməlidir.

26. İddia tələbinin bir hissəsini də ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun ASC-nin xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdeh MMC-dən tutulmasını da əhatə edir.

27. İddia tələbinin digər hissəsini ASC ilə MMC arasında bağlanmış 01/AS-17 saylı kredit müqaviləsinə xitam verilməsi təşkil edir.Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetir məmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona görə də tələb həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. 28. 93 manat məbləğində rüsumun ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən tələb həmin hissədə təmin edilməməli, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə öz qətnaməsini MM-in 269, 270.1, 385.1, 386, 421.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 467, 739-cu, MPM-in 119.1-ci, İHQ-nin 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabde hlər həmin qətnamədən 2020-ci il 11 dekabr tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 aprel tarixli 22(103)-434/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, (bundan sonra “MEM”) məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması “X3” MMC-yə həvalə edilmişdir (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov) 32. “X4” MMC-nin 2021-ci il 21 iyun tarixli 045/21, 046/21və 047/21 nömrəli qiymətləndirmə hesabatına əsasən, Cavabdeh1na məxsus 174 saylı mənzilin likvid dəyəri 200.000 manat, Cavabdeh2 məxsus 108 saylı mənzilin likvid dəyəri 65.000 manat, Cavabdeh4 məxsus 5 saylı mənzilin likvid dəyəri 200.000 manat dəyərində qiymətləndirilmişdir.

33. MEM-in 2021-ci il 15 sentyabr tarixli 9/6299 saylı ekspert rəyinə görə MMC-nin iddia ərizəsində borcun hesablandığı 2020-ci il 12 may tarixinə ASC-yə olan borcu 143.538,14 manat məbləğində, əsas borc üzrə - 137.605,85 manat; faiz borcu üzrə – 5.932,29 manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilir ki; - MMC tərəfindən 2020-ci il 12 may tarixindən 2020-ci il 8 oktyabr tarixinədək olan müddətdə 5.700 manat məbləğində, 2020-ci il 8 oktyabr tarixindən son ödə nişin aparıldığı 2021-ci il 19 mart tarixinədək olan müddətdə 20.000 manat məbləğində aparılmış ödəniş nəzərə alındıqda MMCnin 2020-ci il 8 oktyabr tarixinə ASC-yə olan borcu 137.838,14 manat, əsas borc üzrə 131.905,85 manat; faiz borcu üzrə – 5.932,29 manat məbləğində müəyyən edilmişdir. - 2021-ci il 19 mart tarixinə MMC-nin ASC-yə olan borcu 117.838,14 manat məbləğində, əsas borc üzrə- 111.905,85 manat; faiz borcu – 5.932,29 manat müəyyən edilmişdir. Eyni zamanda, bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 22(103 )-434/2021 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş,MMC-dən ASC-nin xeyrinə 131.905,85 manat əsas borc tutulması, Cavabdeh4 məxsus 5 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat, Cavabdeh2 məxsus 108 saylı mənzilin ilkin satış qiyməti 65.000 manat, Cavabdeh1na məxsus 174 saylı mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməsi, Qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, MMC-dən MEM-in xeyrinə 150 manat ekspertiza xərci tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – H.Həmidov və R.Qurbanov).

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehlər tərəfindən iddianın təmin edildiyi hissədə-borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirildiyindən qətnamə əsas borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir.

36. Məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, MMC tərəfindən kredit öhdəliyi üzrə cəmi 82.850,78 manat ödəniş həyata keçirilmiş, ödənişlərin 20.000 manatı iş üzrə qətnamə qəbul edildiyi tarixdə sonra həyata keçirilmişdir. Qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalıdır.

37. Eyni zamanda, ekspert rəyindən görünür ki, MMC-nin 2020-ci il 8 oktyabr tarixə olan qalıq borcunun məbləği 131.905,85 manat olmuşdur. Birinc i instansiya məhkəməsi tərəfindən cavabdehin əsas borcunun məbləği düzgün müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 131.905,85 manat əsas borc tutulmalıdır.

38. Faiz və cərimə borcunun azaldılması üçün qanuni əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti faiz və cərimə borcu ilə bağlı hissədə əsassız hesab edilir.

39. Bundan başqa vurğulanmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin-likvid dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etməmiş, əmlakların ilkin satış qiyməti kimi ipoteka müqavilələrindəki qiymətlər göstərilmişdir.

40. Mübahisələndirilən qətnamə tutma yönəldilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, əmlakların ilkin satış qiyməti “X4” MMC tərəfindən müəyyən edilmiş likvid dəyər əsasında qeyd edilməlidir. 41. 150 manat ekspertiza xərci kredit müqaviləsinin şərtlərinin pozulmasında təqsirli olan MMC-dən tutulmalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MPM-nin 119.1, 119.3-cü, İHQ-nin 1.0.9, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Qətnamə 2021-ci il 25 noyabr tarixində tərəflərə göndərilmişdir.

44. Cavabdehlər həmin qətnamədən 2022-ci il 24 yanvar tarixində birgə kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. MM-in 462-ci maddəsinin tələbi pozulmuşdur.Kredit üzrə ödənişlər tərtib edilmiş qrafikə uyğun aparılmasa da, həmin kredit vəsaitlər və ona hesablanmış faizlərin ödənilməsi cavabdeh tərəfindən təmin edilirdi. Dünyada baş vermiş pandeniya ilə əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi cavabdehin fəaliyyət göstərdiyi sahədə də çətinliklər baş vermiş və borcun ödənilməsində müəyyən problemlər yaranmışdır.

46. Digər tərəfdən, iş üzrə iddiaçı tərəfindən tələb edilən kredit vəsaiti girov qoyulmuş mənzillərin hamısının satışı yolu ilə deyil, bir mənzilin satılması yolu ilə tam bağlanıla bilər. Belə olan təqdirdə isə, digər şəxslərə maddi ziyanın dəyməsi və onların, mülkiyyət hüquqlarının pozulması, özlərinin və ailə üzvlərinin evsiz qalmasının qarşısı alına bi lər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. ASC kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və bildirmişdir ki, kassatorun "dəlilləri” formal mülahizələrə əsaslanır və demək olar ki, qeyd etdiyi qanununvericilik normasının nə konkret pozuntu ilə, nə də işin faktiki halları ilə heç bir qarşılıqlı əlaqəsi yoxdur. Belə ki, kassator məhkəmə tərəfindən cərimənin azaldılmamasından şikayət etsə də, əslində “birinci instansiya məhkəməsi cərimə məbləğini qismən, yəni 1000 manat miqdarında təmin etsə də hesablanmış cərimə məbləğinin də böyük olmasını nəzərə alaraq həmin məbləğin azaldılmasını xahiş etmişik” formasında fikir bildirməklə hansı cərimə məbləğini nəzərdə tutduğunu açıqlamamışdır. Kassator cərimə dedikdə müqavilə üzrə hesablanmış faiz məbləğini nəzərdə tutur. Lakin iş mat eriallarında olan sənədlərdən görünür ki, iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş və borcalan tərəfindən banka ödənilmiş borclar tam şəkildə nəzərə alınaraq, əsas və faiz borcuun qalığı ekspert tərəfindən müəyyən edilmişdir. Buna görə də əsas və faiz borcunun qalığı dəqiq və mübahisəsizdir.

48. Cərimə faizinə gəldikdə isə məhkəmə bu məbləği kifayət qədər azaltmış və 1000 manat müəyyən etmişdir. Məhkəmə özü də faiz və cərimə borcu ilə bağlı hissədə qeyd etmişdir ki, faiz və cərimə borcunun azaldılması ilə bağlı qanuni əsas aşkar edilmədiyindən onlar azaldıla bilməz.

49. Mənzillərdən birinin qiymətinin kredit borcunun ödənişinə kifayət etməsi ilə bağlı məsələyə gəlincə kassator güman edir ki, mənzillərdən birinə tələb yönəldilməlidir. Hesab edilir ki, bu fikir kökündən yanlışdır və tələ bkarın (iddiaçının) kredit borcunun ödənişinə dair tələbin gələcəkdə icrasız vəziyyətdə qalmasına səbəb ola bilər. Belə ki, hər hansı səbəbdən kredit borcunun mənzillərdən birinə yönəldilməsi mümkün olmadıqda (misal üçün mənzilin yararsız hala düşməsi, yanması və s. səbəbdən məhv olması ilə əlaqədar) tələbkar borcun digər əmlak hesabına ödənilməsini təmin edir. Əgər qətnamədə tutma yönəldilməsi nəzərdə tutulan mənzilə tələbi yönəltmək mümkün olmazsa, mənzillərin digər ikisinə isə tutma yönəldilməsi ilə bağlı icra sənədi verilməzsə borcun ipoteka predmetiəri hesabına ödənişi mümkünsüz olacaqdır. Odur ki, hesab edilir ki, kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillər əhəmiyyətsiz və formal xarakterlidir, işi uzatmağa yönəlmişdir.

50. ASC kassasiya şikayətinə etirazını MM-nin 417.1. 1, 412.2, 462.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəbbə pulu hissədə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prose ssual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqları n iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qay da qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəm ə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər....” 56. “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun müvafiq aşağıdakılar nəzərdə tutulmuşdur. müddəalarında “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: … 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. …. 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Maddə3.İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. …” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə 11.İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qər arda aşağıdakıları göstərməlidir:... 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə 41.İpoteka predmetinin satış üsulları … 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 46-47) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur

58. Kassatorun kassasiya şikayətində göstərdiyi dəllilər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəllilərə hüquqi qiymət verildiyindən və kassasiya instansiyası həmin mövqe ilə razılaşdığından hesab edir ki, eyni məzmunlu dəllillərə prosessual qənaət prinsipi baxımından təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum yoxdur.

59. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsas borcunun məbləği düzgün müəyyən olunmadığından apellyasiya məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, qətnamə iş üzrə qəbul edilmiş əsas borcun tutulması hissəsində dəyişdirilm əli, cavabdehdən iddiaçının xeyrinə 131.905,85 manat əsas borc tutulmalıdır.

60. Mənzillərdən birinin qiymətinin kredit borcunun ödənişinə kifayət etməsi ilə bağlı məsələyə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hər 3 ipoteka müqaviləsinin tərəfi olan Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ipoteka ilə yüklülüyə razılıq vermiş və hər üç predmet kreditin təminatı üsulu kimi yüklülük müvafiq qaydada qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı isə ipoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya məhkəmədən kənar qaydada tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin pandemiya ilə əlaqədar dəllərinə münasibətdə qeyd edir ki, pandemiya ilə əlaqədar olaraq cavabdehin fəaliyyətində çətinlikl ərin baş verməsinə dair aşağı instansiya məhkəmələrinə hər hansı sübutlar təqdim olunmamışdır.

62. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

63. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb ed ən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

64. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

65. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflə rin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehlərin kassasiya şikayətində göstərilən dəlillər isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-434/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

67. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 22(103)-434/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar