Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-189/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 5 fevral tarixli 2-2(115)-516/2025 nömrəli qərardadına əsasən, İddiaçı Cavabdeh qarş ı “pul” tələbinə dair iş üzrə Gəncə Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Gəncə Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.700 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh artıq iki ildir ki, 9.700 manat borcunu ödəməmişdir. İddiaçı həmin məbləğin 3.000 manatına Türkiyə firması olan “Çiydəm”dən paltaryuyan maye vermiş, 1.500 manatını cavabdehin lombar da olan borcunun ödənilməsinə sərf etmiş, 1.000 manat dəyərində tanışından almış pendirin və 4.200 manatın Namiq adlı şəxsə olan borcunu ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 9.700 manat borcu yaranmışdır. Hər dəfə borcunu qaytaracağını bildirməsinə baxmayaraq, bu günə qədər ödəniş etməmişdir.
3. Gəncə Rayon Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli e-2(125)-6408/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – X.Səfərli).
4. Məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğular nəticəsində əldə edilmiş məlumata əsasən, iddiaçı (VÖEN **********2) və cavabdeh (VÖEN **********) vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Odur ki, mülki iş üzrə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn pulun tutulması tələb olunmuşdur ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 24.2, 26.1, 32.3, 32.4 və 32.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 3, 12, 13, 14, İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasını n Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.3-cü bəndinə istinad edərək məhkəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 5 fevral tarixli 2-2(115)-516/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ə.Məmmədli).
7. Məhkəmə qeyd etmişdir ki, həm iddia ərizəsindən, həm də tərəflərin izahatlarına görə, tərəflərin hər ikisi VÖEN-ə malik olsa da, onlar arasında heç bir sahibkarlıq xarakt erli münasibət olmamış, iddiaçı tərəfindən cavabdehə verilən pullar, sadəcə olaraq əmisioğlu olduğu üçün verilmiş pullardır. Bununla bağlı, məhkəmə iclasında izahat verən cavabdeh hətta ona iddiaçı tərəfindən pul verilmədiyini bildirmiş və iddiaçı ilə heç bir sahibkarlıq fəaliyyətini həyata keçirmədiyini qeyd etmişdir.
8. MPM-in 1, 24.1, 24.2, 25.1, 26.1, 31.1, 32.3 və 32.7-ci maddələrinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2 və 13.2.37-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiy yətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 13 və 26-cı bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq
9. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin d əyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndə rə bilər.” 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübah isənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün d eyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarş ı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına di qqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni G əncə Şəhər Məhkəməsinə göndərilməlidir.
12. Məhkəmə tərkibi ilk öncə qeyd edir ki, hazırkı mübahisə İddiaçı Cavabdeh qarşı 9700 manat məbləğində pul tələbi ilə bağlıdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, cavabdehin borclu olduğu məbləğin 3000 manatı onun Türkiyə firması olan "Çiydəm" şirkətindən aldığı paltaryuyan mayedən, 1500 manatı lombard borcunun ödənilməsindən, 1000 manatı üçüncü şəxsdən alınmış pendirin ödənilməsindən, 4200 manatı isə digər bir şəxsə cavabdehin borcunun ödənilməsindən ibarətdir. İlk instansiya məhkəmələri arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranmışdır.
13. İddia ərizəsinin verildiyi Gəncə Şəhər Məhkəməsi tərəflərin hər ikisinin fərdi sahibkar kimi qeydiyyatda olmasına əsaslanaraq mübahisənin kommersiya məhkəməsinə aid olduğunu müəyyən etmiş və işi Gəncə Kommersiya Məhkəməsinə göndərmişdir. Kommersiya Məhkəməsi isə tərəflərin məhkəmə iclasında verdiyi izahatları əsas götürərək mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını bildirmiş və işin aidiyyətinin müəyyən edilməsi üçün Ali Məhkəməyə göndərilməsinə dair qərardad qəbul etmişdir.
14. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəmə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan mübahisələrə ümumi məhkəmələr, 26.1-ci maddəsinə görə isə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə kommersiya məhkəmələri baxmalıdır. M əhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün mübahisənin tərəflərin yalnız sahibkarlıq subyekti olub-olmaması baxımından deyil, həm də yaranan hüquq münasibətinin sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması baxımından qiymətləndirilməsi vacibdir. Bu isə məhkəmələrə təqdim edilən sübutların hərtərəfli araşdırılmasını tələb edir.
15. Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli 10 saylı Plenum Qərarında göstərilir ki, işin kommersiya məhkəməsinə aid edilməsi üçün mübahisənin yalnız tərəflərdən birinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması kifayət etmir və mübahisənin hər iki tərəfin iştirak etdiyi sahibkarlıq münasibətindən irəli gəlməsi tələb olunur. Həmin qərarın 13-cü bəndinə əsasən, tərəflərdən ən azı ikisinin birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi və ya mübahisənin ko mmersiya müqaviləsindən irəli gəlməsi məhkəmə aidiyyətinin müəyyən olunması üçün əsasdır.
16. Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinə görə, sahibkarlıq fəaliyyəti yalnız dövlət qeydiyyatına alınmış subyektlər tərəfindən həyata keçirilə bilər. Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən, fərdi sahibkarların vergi uçotunda olması onların sahibkarlıq fəaliyyəti ilə faktiki məşğul olub-olmaması məsələsini avtomatik müəyyən etmir. Bu baxımdan, məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün tərəflərin fəaliyyətinin faktiki xarakteri araşdırılmalıdır.
17. Gəncə Şəhər Məhkəməsi yalnız tərəflərin VÖEN-ə malik olmasına əsaslanaraq işi kommersiya məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 24.2 və 26.1-ci maddələrinə əsasən, mübahisənin kommersiya xarakteri daşıyıb-daşı maması məsələsi yalnız tərəflərin hüquqi statusuna deyil, həm də yaranan hüquq münasibətlərinin mahiyyətinə əsasən müəyyən olunmalıdır. Bundan əlavə, MPM-in 24.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyət məsələsini iddia ərizəsinin qəbul edilməsi mərhələsində araşdırmalıdır. Lakin məhkəmə bu araşdırmanı aparmadan işi kommersiya məhkəməsinə göndərmişdir.
18. Digər tərəfdən, Kommersiya Məhkəməsi isə yalnız tərəflərin məhkəmə iclasında verdiyi izahatları əsas götürmüş, lakin iddia ərizəsində qeyd edilən və mübahisənin mahiyyətini dəyişdirə biləcək halları araşdırmamışdır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, cavabdehə 3000 manat dəyərində "Çiydəm" firmasının paltaryuyan mayesi verilmişdir. Əgər tərəflər iddia etdikləri kimi sahibkarlıq fəaliyyəti ilə məşğul deyildilərsə, bu malların hansı əsasla verildiyi araşdırılmalı idi.
19. MPM-in 403-1.9.2-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
20. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilən xüsusatların aydınlaşdırılması üçün MPM-nin 403-1.9.2-ci maddəsinin tələbi baxımından iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Gəncə Çəhər Məhkəməsinə göndərilməlidir.
21. İş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra həmin məhkəmə tərəfindən məhkəmə aidiyyəti yuxarıda qeyd olunan hallar baxımından yenidən araşdırılmalı, xüsusilə də cavabdehə verilmiş malların hansı əsasla verildiyi müəyyən edilməlidir. Əgər məlum olsa ki, malların verilməsi sahibkarlıq fəaliyyəti ilə bağlı olub, o zaman mübahisə kommersiya məhkəməsinə aid edilə bilər. Əks halda, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
22. Bu baxımdan, məhkəmə aidiyyəti məsələsinin düzgün həlli üçün iş yenidən birinci instansiya məhkəməsinə göndərilməli və orada mübahisənin xarakteri ətraflı araşdırılmalıdır. Məqsəd mübahisənin əsl mahiyyətini üzə çıxarmaq və onun məhkəmə aidiyyətini müəyyən edərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini təmin etməkdir. Belə bir yanaşma həm qanunvericiliyin tələblərinə cavab verər, həm də məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılmasına kömək edər.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 25, 26, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.