Məhkəmə qərarları › İş №2-2(102)-19/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-19/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-19/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Mayıs qızına qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Mayıs qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Borc verən “Bank "xxxx" ASC ilə borc alan Cavabdeh3 MMC arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə əsasən, borc verən 25 0.000 manat məbləğində krediti illik 22 faizlə 36 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 2022-ci il 4 noyabr tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. 2. “Bank "xxxx" ASC, Cavabdeh3 MMC arasında 2019-cu il 4 noyabr tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsinə dair 2020-ci il 22 iyun tarixində 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, müq avilə müddəti ərzində borc alana kreditin ödənilməsində 2020-ci il 3 iyul tarixindən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən, aparılır. 2019-cu il 4 noyabr tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab olunur. Yeni tərtib olunmuş ödəniş cədvəli, həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli olan, lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. - 3-cü bəndinə əsasən, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 10 ay müddətinə 2023- cü il 4 sentyabr tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 22% olaraq müəyyən olunur. 3. 2019-cu il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq olunmuş 2020-ci il 22 iyun tarixli ödəniş qrafikinə əsasən, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəniləcək əsas məbləğ 229.521,95 manat, faizin məbləği 98.354,86 manat, cəmi ödəniləcək məbləğ 327.876,81 manat müəyyən edilmişdir.

4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, mənzil 1 tam mülkiyyət hüququ ilə Cavabdeh4 ad ına 2017-ci il 20 iyul tarixində qeydiyyata alınmışdır.

5. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışının notarial qaydada təsdiq olnmuş surəti ilə müəyyən edilir ki, ünvan 3ylı mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ “Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. 6. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 2019-cu il 4 noyabr tarixli, SMMG-00002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka qoyan 2019-cu il 4 noyabr tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3ylı mənzili ipoteka saxlayana ipoteka qoymuşdur.

7. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olnmuş surəti ilə müəyyən edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına 2008-ci il 2 dekabr tarixində qeydiyyata alınmışdır.

8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışının notarial qaydada təsdiq olnmuş surəti ilə müəyyən edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası üzərində Cavabdeh1 mülkiyyət hüququ “Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü olunmuşdur. 9. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 2019-cu il 4 noyabr tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ipoteka qoyan 2019-cu il 4 noyabr tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin olunması məqsədilə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayana ipoteka qoymuşdur. 10. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 2019-cu il 4 noyabr tarixli, SMMG- 00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 2020-ci il 22 iyun tarixində 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, sonrakı ipoteka müqaviləsinin təminatı olduğu əsas öhdəlik güzəşt müddəti 3 ay (güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək), öhdəliyin faiz dərəcəsi 22 %, əsas öhdəliyin icra olunmalı olduğu son tarix 2023-cü il 4 sentyabr müəyyən edilmişdir. - 2-ci bəndinə əsasən, ödənişlər borcalanla kreditor arasında imzalanmış 2020-ci il 22 iyun tarixli ödəniş cədvəlinə əsasən həyata keçirələcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. 11. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 2019-cu il 4 noyabr tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 2020-ci il 22 iyun tarixində 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin: - 1-ci bəndinə əsasən, sonrakı ipoteka müqaviləsinin təminatı olduğu əsas öhdəlik güzəşt müddəti 3 ay (güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək), öhdəliyin faiz dərəcəsi 22 %, əsas öhdəliyin icra olunmalı olduğu son tarix 2023-cü il 4 sentyabr müəyyən edilmişdir. - 2-ci bəndinə əsasən, ödənişlər borcalanla kreditor arasında imzalanmış 22 iyun 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçirələcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. 12. “Bank "xxxx" ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 2021-ci il 8 may tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövl ət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin 2021-ci tarixli 21 may məktubu ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus ünvan 3ylı mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. 13. “Bank "xxxx" ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ağdaş rayon ərazi İdarəsinə ünvanladığı 2021-ci il 8 may tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinin Ağdaş rayon şöbəsinin 2021-ci il 8 may tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində yerləşən qeyri-yaşayış binasına tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. 14. “Bank "xxxx" ASC tərəfindən verilmiş 2021-ci il 7 iyul tarixli m aliyyə arayışına əsasən, müəyyən edilir ki, Cavabdeh3 MMC-nin “Bank "xxxx" ASC-yə 2021-ci il 7 iyul tarixinə ödənişlər nəzərə alınmaqla əsas borcu 229.521,95 manat, faiz borcu 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat olmaqla cəmi borc 300.567,58 manat təşkil edir. 15. “Bank "xxxx" ASC tərəfindən cavabdehlərə 2021-ci il 1 aprel tarixli və 2021-ci il 4 may tarixlərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair pretenziya ünvanlanaraq ünvan 3ylı mənzilin və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsində yerləşən 88.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yö nəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2021-ci il 14 sentyabr tarixli, 0/5/3 nömrəli arayışdan görünür ki, "xxxx" MMC sessiyanın tarixi, saatı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı “Bank "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 28 sentyabr tarixində cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 2019-ci il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2021-ci il 7 iyul tarixinə olan 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 28.546,13 manat dəbbə borcu, ümumilikdə 300.567,58 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, SMMG00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə Cavab deh1 məxsus olan ünvan 3ylı mənzilə və iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış-binasına tutmanın yönəldilməsi, mənzilin və qeyri-yaşayış binasının açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması, mənzilin və qeyr i-yaşayış sahəsinin boşaldılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında 2019-ci il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, iddiaçı 250.000 manat məbləğində krediti illik 22 faizlə 36 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 2022-ci il 4 noyabr tarixinədək faiz ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. 20 19-ci il 4 noyabr tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçı ilə 2019-cu il 4 noyabr tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzili ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti iddiaçı ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış 2018-ci il 21 avqust tarixli, SMN00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2018-ci il 21 avqust tarixli, SMMG-00003-15/18A saylı ipoteka müqaviləsinə əsasən, iddiaçıda ipotekaya qoyulmuşdur. 2019-ci il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçı ilə 2019-cu il 4 noyabr tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti iddiaçı ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış 2018-ci il 21 avqust tarixli, SMN-00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 21 avqust tarixli, SMMG-00003-15/18A saylı ipoteka m üqaviləsinə əsasən, iddiaçıda ipotekaya qoyulmuşdur. 2020-ci il 22 iyun tarixində tərəflər arasında 2019-cu il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə saziş, 2019-cu il 4 noyabr tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş, 2019-cu il 4 noyabr tarixli, SMNGA0002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehlər ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştir ak etməmişdir. Lazımi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 2021-ci il 7 iyul tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 229.521,95 manat, faizlərin məbləği 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat, ümumi borcu isə 300.567,58 manat təşkil etmişdir.

19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 317, 319.1, 442, 443.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə istinad olunmuşdur.

20. İddia ərizəsinə qarşı yazılı etira z təqdim edilməmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 oktyabr tarixli, e-2-2(113)4813/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Legal Prime tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 18 fevral tarixli, LP067/2022 saylı mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilin hazırkı bazar qiyməti 250.000 manat, likvid qiyməti 220.000 manat müəyyən edilmişdir. LP-068/22 saylı mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu, Məşəd kəndində yerləşən qeyri-yaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində müəyyən edilmişdir.

22. Bakı Ko mmersiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli, e-2-2(113)-258/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 2019-ci il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi ləğv olunmuş, Cavabdeh3 MMC-dən həmin müqavilə üzrə 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 10.000 manat dəbbə borcu, ümumilikdə 282.021,45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələbin üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 220.000 manat məbləğində müəyyən olunması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc t ələbinin ödənilməsi, satışdan əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması qət edilmiş, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 321.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh3 MMC-dən tutulması, mediasiya xərclərinin əvəzi olaraq 350 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

23. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən, iddiaçı ilə Cavabdeh3 MMC arasında 2019-cu il 4 noyabr tarixli, SMN-0000215/19A saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə 2020-ci il 22 iyun tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Cavabdeh3 MMC-yə müqavilədə və əlavə sazişdə (razılaşmada) müəyyən edilmiş şərtlərlə 250.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və əlavə saziş ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMC-nin iddiaçıya 2021-ci il 7 iyul tarixinə kredit müqaviləsi üzrə 229.521,95 manat məbləğində əsas və 42.499,5 manat məbləğində faiz borcu yaranmışdır.

24. İşin hallarından göründüyü kimi, Cavabdeh3 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə iddia əsaslı olduğundan təmin edilməlidir.

25. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə Cavabdeh3 MMC-nin 2019-cu il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kre dit müqaviləsi və 2019-cu il 4 noyabr tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsinə dair 2020-ci il 22 iyun tarixli, 1 saylı əlavə saziş üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh3 MMC-dən 229.521,95 manat məbləğində əsas və 42.499,5 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

26. İddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə hesablanmış 28.546,13 manat məbləğində dəbbə pulunun Cavabdeh3 MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 MMC-nin ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 10.000 manat məbləğində müəyyən edilməlidir.

28. İddiaçının borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırılm ası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında 2019-cu il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq iddiaçı, Cavabdeh3 MMC və ipoteka qoyanCavabdeh4 arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3ylı mənzil və ipoteka saxlayan - iddiaçı, borc alan - Cavabdeh3 MMC və ipoteka qoyan - Cavabdeh1 arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri -yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

29. Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməs i hüququ yaranmışdır. Belə olan halda ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı və tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait h esabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh3 MMC-dən tutulmalıdır.

30. Bununla yanaşı məhkəmə iddiaçı ilə cavabdehlər Cavabdeh3 MMC, ipoteka qoyanlar - Cavabdeh4 və Cavabdeh1 arasında bağlanılmış ipoteka müqavilələrinin sonrakı ipoteka müqavilələri olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetlərinin əvvəllər digər öhdəliklərin icra olunmasının təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır.

31. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

32. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyləri ilə bağlı isə qeyd edilməlidir ki, həmin rəyin verilməsindən 3 ildən artıq müddət keçmişdir. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 3ylı mənzilin likvid dəyərinin (220.000 manat) və Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyərinin (321.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kim i müəyyən olunmasını məqsədəmüvafiq hesab etmişdir.

33. Qiymətləndiricinin rəylərində müəyyən edilmiş ipoteka predmetlərinin bazar dəyərlərinin və likvid qiymətlərinin həqiqəti əks etdirməməsi barədə Cavabdeh4 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil dəlillərinə gəldikdə məhkəmə bildirmişdir ki, cavabdehlər istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab etmişdir.

34. İddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra mənzilin, qeyri-yaşayış sahəsinin boşaldılmasına və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilm əsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, yuxarıda adı çəkilən şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur. 35. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan v ə onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi, həmin şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul olunması həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul olunması zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair sub yektiv hüququ da mövcud olmamışdır.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 350 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC–dən, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir, iddia tələbləri yalnız göstərilən cavabdehlərə münasibətdə təmin edilmişdir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə, qüvvədə olan qanunvericilik üzrə tələb olunan miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödə diyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

37. Məhkəmə gəldiyi nəticəni MM-in 269, 270.1, 385.1, 386, 421.2, 442, 443.1, 448.1, 462.1, 467, 739, 743-cü maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 1.0.9, 3.1, 9.3, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 39.3, 47.5, 59.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 88, 107, 114.1, 115.0.9, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 9 may tarixində apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın qismən təmin olunmasını, iddiaçının “Xətai” filialı ilə Cavabdeh3MMC arasında bağlanmış 2019-ci il 4 noyabr tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinin ləğv olunmasını, Cavabdeh3 MMC-dən həmin müqavilə üzrə və digər cavabdehlərdən ümumi 229.521,95 manat manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsini və iddianın qalan hissəsinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2022 saylı qətnaməsi i lə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim V.Baxışova, hakimlər - R.Qurbanov və V.Məmmədov).

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materiallarında kredit müqaviləsinə 2020-ci il 22 iyun tarixində 1 saylı əlavə saziş üzrə kreditdən istifadəyə görə borcalanın ödəməli olduğu 98.354,86 manat faiz borcunun tam ödənildiyini təsdiq edən sübutlar olmadığından qalıq faiz borcunun və öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilənin 6.4-cü bəndinə əsasən cərimə borcunun tutulması hissəsində qətnamə əsaslı hesab edilmişdir.

41. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdur ki, borcalan Cavabdeh3 M MC “Covid-19” pandemiyası ilə əlaqədar öhdəliyini icra edə bilmədiyindən öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyət daşımır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, pandemiya ilə bağlı dövlət tərəfindən görülmüş məhdudiyyət tədbirləri heç bir halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz.

42. Məhkəmə kollegiyası MM-in 448.2, 448.4-cü istinadla qeyd etmişdir ki, pandemiya ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində fəaliyyəti müvəqqəti məhdudlaşdırılmış sahibkarlar müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdikləri halda məsuliyyətdən azad edilə, hesablanan cərimə borcları həmin dövr üçün ləğv oluna və ya azaldıla bilər. Öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad olunma birməna lı olaraq öhdəliyin özünün icrasından azad edilmə kimi qiymətləndirilə bilməz.

43. Tərəflər arasında bağlanmış kredit müqaviləsində, o cümlədən MM-də fors major hal bütün hallarda öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda borcalanın pandemiya ilə əlaqədar kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyi xitam olunmamışdır. İşdən göründüyü kimi, bank tərəfindən öhdəliyin icrasına görə hesablanmış 28.546,13 manat dəbbə borcu məhkəmə tərəfindən azaldılaraq 10.000 manat müəyyən edilmişdir. Hesabdan çıxarışa əsasən, borcalan tərəfindən kredit borclarının ödənilməsi pandemiya ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv olunduqdan sonra da icra olunmadığından cərimə borcunun tam ləğv olunması üçün qanuni əsaslar müə yyən edilməmişdir.

44. Cavabdeh apellyasiya şikayətində ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi) qoyulmuş likvid dəyəri mübahisələndirərək əslində həmin obyektin bazar dəyərinin 1.200.000-1.500.000 manat olduğunu bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında iki qiymətləndirmə rəyinin olduğunu, sözügedən obyektin "xxxx" MMC-nin qiymətləndirmə rəyində likvid dəyərinin 300.000 manat, "xxxx" MMC-nin rəyində isə 321.000 manat müəyyən edildiyini, qiymətləndirmə rəylərində qeyd olunmuş dəyərlər arasında əhəmiyyətli fərq olmadığını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 319.1, 448.2, 448.4, 465.2, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

46. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 21 sentyabr tarixində iddiaçıya və Cavabdeh1 vəkilinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, həmçinin Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 göndərilmişdir.

47. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 1 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

48. MM-in 448.2-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh1 təqsirinin nədən ibarət olduğu məhkəmə qətnaməsində öz əksini tapmadığı halda dövlət orqanlarının aktla rı ilə tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulması nəticəsində yaranmış faizi, cəriməni hansı əsasla ödəməli olduğu və mənzilin hərracda satılması sual olunur.

49. MM-in 448.4-cü maddəsinin tələbi pozulmuşdur. Dövlət orqanlarının aktları ilə tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Belə nəticələrin başlanmasında Cavabdeh1 iştirak etməməsi mümkün olmazdı. Kreditora da bu barədə məlumat verilmişdir.

50. MPM-in 2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azad lıqların məhkəmə təminatı hüququnu pozmuşdur. Bakı Apellyasiya məhkəməsi subyektiv hüququn və qanuni mənafelərin pozulmaması barədə irəli sürülən dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Aşağı instansiya məhkəmələri mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir.

51. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsi əmlakın dəyərləndirilməsi barədə ekspertiza təyin etmişdir. "xxxx" MMC-nin 2018-ci il tarixl i qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 3ylı mənzilin 2018-ci il 10 avqust tarixinə bazar dəyəri 230.000 manat, likvid dəyəri 200.000 manat təşkil edir. "xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri 350.000 manat, likvid dəyəri 300.000 manat təşkil edir. 52. "xxxx" MMC-nin 2022-ci il 18 fevral tarixli LP-067/22 və LP-068/22 saylı mütəxəssis rəylərinə əsasən, müvafiq olaraq ünvan 3ylı mənzilin hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 220.000 manat dəyərində və Ağdaş rayonu, Məşəd kəndində yerləşən və onun üzərində olan 88.5 m2 üm umi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində müəyyən edilmişdir.

53. Ekspertin əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin və üzərində yerləşən yanacaq doldurma stansiyasına 374.000 manat qiymət qoyulmuşdur. Müqayisə etdikdə həmin ərazidə sözügedən torpaq sahəsi və üzərində yerləşən yanacaq doldurma məntəqəsi ilə birlikdə bazar satış qiyməti 1.200.000-1.500.000 manat təşkil edir. Ekspert müqayisə metodu aparmamış, sadəcə fotoşəkillərə baxıb qiymət qoymuşdur. Buda qiymətləndirmə fəaliyyəti haqqında qanunun müddəalarına ziddir.

54. MPM-in 8, 9, 218-cu ma ddələrinin tələbləri pozulmuşdur. Bakı Kommersiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının düzgün şərh etməməsi ilə bağlıdır. Cavabdeh1 kredit öhdəliyini vaxtlı-vaxtında icra edirdi. Pandemiya ilə bağlı yanacaq doldurulma stansiyası müvəqqəti bağlanmış, nəticədə Cavabdeh1 işi dayanmış və iddiaçıya cəmi 229.521.95 manat borcu qalmışdır. Buna baxmayaraq iddiaçı pandemiya dövründə Cavabdeh1 42.499.5 manat faiz borcu və 10.000 manat dəbbə pulu hesablamışdır. Borcun ödənilməməsində Cavabdeh1 qərəzli olmamışdır. 2020-ci il ərzində koronavirus pandemiyasının Azərbaycan Respublikasında yayılması ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmasına və əhalinin sosial təcrid edilməsinə səbəb olmuşdur. Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümk ün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Bunun üçün ölkədə bütün təşəbbüslərin birləşdirilməsi tələb olunmuşdur. Dövlət xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərməlidir. Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkənin dayanıqlı inkişafının və cəmiyyətin rifahının qorunması üçün önəmlidir. Mənzilin pandemiya dövründə ödəniş etməməsi ilə əlaqədar hərrac vasitəsi ilə satılması ailəni ağır vəziyyətə gətirib çıxara bilər. Azərbaycan Respublikası prezidenti və Mərkəzi Bank rəhbəri tərəfindən pandemiya dövründə kredit alanlara güzəştə getməsi barədə bir sıra sənədlər qəbul edilmişdir. Mənzilin pandemiya dövründə ödəniş etməməsi ilə əlaqədar hərrac vasitəsi ilə satılmas ı ailəni ağır vəziyyətə gətirib çıxara bilər. Azərbaycan Respublikası prezidenti və Mərkəzi Bank rəhbəri tərəfindən pandemiya dövründə kredit alanlara güzəştə getməsi barədə bir sıra sənədlər qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı pandemiya dövründə Cavabdeh1 42.499.5 manat faiz borcu və 100.00 manat dəbbə pulu hesablamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçı 2022-ci il 18 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

56. Cavabdehin faiz borcu və dəbbə borcuna münasibətdə irəli sürdüyü dəlillər əsassızdır. Həmçinin məhkəmə hesabdan çıxarışa əsasən, borcalan tərəfindən kredit borclarının ödəni lməsinin pandemiya ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv olunduqdan sonra da icra edilmədiyindən cərimə borcunun tam ləğv olunması üçün qanuni əsaslar müəyyən edilmədiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.

57. Həmçinin cavabdeh kassasiya şikayətində MPM-in 8 və 9-cu maddələrinin tələbinin pozulduğunu, ekspertin əmlakın qiymətləndirilməsi barədə hesabatında mülkiyyətində olan torpaq sahəsinin və üzərində yerləşən yanacaq doldurma stansiyasına 374.000 manat qiymət qoyulduğunu, torpaq sahəsi və üzərində yerləşən yanacaq doldurma məntəqəsi ilə birlikdə bazar satış qiymətinin 1.200.000-1.500.000 manat təşkil etdiyini qeyd etmişdir. Lakin cavabdeh bununla bağlı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdi m edə bilməmişdir. Bununla da cavabdeh MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 58. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin tələblərinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

59. Birinci instansiya məhkəməsi zamanı keçirilən qiymətləndirməyə əsasən, "xxxx" MMC-nin 2022-ci il 18 fevral tarixli, LP-067/22 və LP-068/22 saylı mütəxəssis rəylərindən aydın olur ki, müvafiq olaraq ünvan 3ylı mənzilin hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 220.000 manat dəyərində və Ağdaş rayonu, Məşəd kəndində yerləşən və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qiymətləndirmə rəylərində qeyd edilmiş dəyərlər arasında əhəmiyyətli fərq olmadığını nəzərə alaraq iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsaslar olmadığını hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiqini tapmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Kassasiya şikayəti vaxtında, y əni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli po zuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

465. Ö hdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.”

64. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

66. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdur ki, pandemiya ilə əlaqədar kredit öhdəliyi üzrə borcun ödənilməməsində Cavabdeh1 qərəzli olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, pandemiya ilə bağlı dövlət tərəfindən görülmüş məhdudiyyət tədbirləri heç bir halda kredit müqaviləsi üzrə borcun ödənilməsindən imtina üçün əsas ola bilməz.

67. Bununla yanaşı, MM-in 448.2, 448.4-cü (bax yuxarıda - §63) normalarına əsasən, pandemi ya ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində fəaliyyəti müvəqqəti məhdudlaşdırılmış sahibkarlar müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdikləri halda məsuliyyətdən azad edilə, hesablanan cərimə borcları həmin dövr üçün ləğv oluna və ya azaldıla bilər. Öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad olunma birmənalı olaraq öhdəliyin özünün icrasından azad edilmə kimi qiymətləndirilə bilməz.

68. Tərəflər arasında bağlanmış kredit müqaviləsində, o cümlədən MM-də fors major hal bütün hallarda öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda borcalanın pandemiya ilə əlaqədar kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyi xitam olunmamışdır. İş materiallarından göründüyü kimi, bank tərəfindən öhdəliyin icrasına görə hesablanm ış 28.546,13 manat dəbbə borcu məhkəmə tərəfindən azaldılaraq 10.000 manat müəyyən edilmişdir. Hesabdan çıxarışa əsasən, borcalan tərəfindən kredit borclarının ödənilməsi pandemiya ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv olunduqdan sonra da icra olunmadığından cərimə borcunun tam ləğv olunması üçün qanuni əsaslar müəyyən edilməmişdir.

69. Digər tərəfdən, kassasiya şikayətində ümumi, 74.5 m2 əsas, 14.0 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi) qoyulmuş likvid dəyəri mübahisələndirilərək əslində həmin obyektin torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 1.200.000-1.500.000 manat olduğunu qeyd olunsa da, bu barədə aşağı instansiya məhkəmələrinə hər-hansı sübut təqdim olunmamışdır.

70. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

71. Məhkəmə kollegiyası iş materiallarında iki qiymətl əndirmə rəyinin olduğunu, sözügedən obyektin "xxxx" MMC-nin qiymətləndirmə rəyində likvid dəyərinin 300.000 manat, "xxxx" MMC-nin rəyində isə 321.000 manat müəyyən edildiyini, qiymətləndirmə rəylərində qeyd olunmuş dəyərlər arasında əhəmiyyətli fərq olmadığını nəzərə alaraq hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

72. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası şikayətin öhdəliyin fors-major halın baş verməsi səbəbindən icra olunmaması ilə bağlı dəlilinə münasibətdə həmçinin onu da vurğulayır ki, cavabdehin fors-major halın baş verməsi səbəbindən öhdəliklərini icra edə bilməməsi barədə iddiaçını rəsmi şəkildə xəbərdar etməsi də iş materialları ilə müəyyən olun mamışdır.

73. Həmçinin, Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

74. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

75. Həmçinin, şikayətin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. M PM-in tələblərinə görə isə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Hazırkı işdə məhkəmə kollegiyası şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

77. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar