Məhkəmə qərarları › İş №2-2(102)-190/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-190/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-190/2022 19.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsindən irəli gələn pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli 2-2(106)-209/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 22 noyabr tarixli aktdan (İddiaçı, Cavabdeh və Ramil Süleymanov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu ilin noyabr ayının 22-də Rusiya Federasiyasının Kalmıkiya Vilayətinin Adık qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmık cinsli ətlik boğaz düyələrə baxış keçirilmiş və bir neçəsini yoxlama çəki etmişlər. Hər bir baş boğaz düyə üçün 3.100 manata, cöngələr üçün isə 3.400 manata razılığa gəlmişlər. 2. 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin və 2 baş cöngənin (dana-öküz) alğı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri 192.800 mana t dəyərində təyin edilir. Malların qiyməti - 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat, 2 baş cöngə hər biri 3.400 manat = 6.800 manat, cəmi 192.800 manat təyin edilir. Alıcı satıcı tərəfindən təqdim edilmiş hesabfakturaya əsasən müqavilə dəyərinin 40%-ni (yəni 192.800 * 40%) 77.120 manat məbləği əvvəlcədən avans şəklində satıcıya ödəyir. Müqavilə dəyərinin qalan 60%-ni (yəni 192.800 * 60%) 115.680 manat məbləğ hissəsini malların təhvil-təslim aktına əsasən aldıqdan sonra tam həcmdə ödəməlidir. Müqavilənin 3.7-ci bəndinə əsasən, mallar gətirilərkən mütləq şəkildə satıcı tərəfindən təhvil-təslim edilənədək sığortalanmalıdır. Təhvil-təslim edildikdən sonra alıcı tərəfindən ən azı 1 il müddətində sığortalanmalıdır.

3. İddiaçı məxsus bank hesabından aparılmış bank əməliyyatları barədə m əlumatları əks etdirən hesab üzrə çıxarışların surətindən görünür ki, Cavabdeh tərəfindən bank hesabına 2019-cu il 6 dekabr tarixdə 77.120 manat, 2020-ci il 17 iyul tarixdə isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 4. 2020-ci il 5 mart tarixli aktdan (İddiaçı, Cavabdeh və Şahin Hüseynov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu il 28 oktyabr tarixli 01 AZ/RUS saylı (gömrük qeydiyyat nömrəsi-1********) müqaviləyə əsasən Rusiya Federasiyasından Azərbaycana gətirilmiş 60 baş kalmık cinsli iribuynuzlu dişi malqara (düyələr) axşam saat 20:00 radələrində Salyan rayonu Kürsəngi kəndində alıcıya məxsus olan əraziyə (tövləyə) boşaldılmışdır. Bu əsasda 2020-ci il 4 mart tarixində **********1042 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Heyvanların verilməsi barədə elektro n vergi qaiməsi yazılacaqdır. Gətirilən mallar sağlamdırlar, gümrahdırlar. Saxlamaq üçün alıcıya-Cavabdeh təhvil-təslim edilmişdir. 5. 2020-ci il 13 aprel tarixli (Rzayev Saleh, Əmrahov Ramil və Cavabdeh tərəfindən tərtib edilmiş) aktdan görünür ki, AQTA Salyan regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri vəzifəsini icra edən Saleh Rzayev, Salyan rayon Baytarlıq idarəsinin rəisi Ramil Əmrahov və Kürsəngi kənd sakini Cavabdeh iştirakı ilə 2020-ci il 13 aprel tarixində Kürsəngi kəndində Rusiya Federasiyasının Kalmıkiya vilayətindən 2020-ci il 4 mart tarixində gətirilən 60 baş təmiz cinsli kalmık damazlıq ətlik istiqamətində olan iribuynuzlu heyvanlara baxış keçirilmişdir. Baxış zamanı heyvanların açıq səhra şəraitində otarıldığı müəyyən edilmişdir. Həmin heyv anlar 8 metr eni, uzunluğu 30 metr olan mişar daşı ilə hörülmüş heyvan saxlamaq üçün dam və qarşısında heyvanların saxlanılması məqsədi ilə 50mx80m sahədə məftillə hasarlanmış şəkildə sahəsi vardır. Cavabdeh heyvanları yemləyib bəsləməsi üçün 70 hektar arpa əkini sahəsi, 10 hektar əkilmiş yonca sahəsi vardır. Sahibkar Cavabdeh təmiz kalmık cinsli iribuynuzlu heyvanların saxlayıb bəsləməsi üçün şəraitinin olması müəyyən edilmişdir. Sənədlərə baxış zamanı təmiz kalmık cinsli heyvanların bordaq şəraitində deyil, açıq şəraitdə saxlanması məqsədə müvafiq bilinmişdir. Heyvanlara baxış zamanı klinik cəhətdən sağlam olmaları müəyyən edilmişdir. Təmiz kalmık cinsli heyvanlar təsərrüfata gətirilən zaman boğaz olduqlarına görə 2020-ci il 10 mart tarixindən bu günə kimi 35 baş buzov doğmuşdur. Buzov lara baxış zamanı klinik sağlam olmaları müəyyənləşdirilmişdir. 6. 2 saylı, 2020-ci il 11 iyun tarixli ödəniş tapşırığının surətindən görünür ki, heyvanların sığortasına görə 6.900,87 manat məbləğində "xxxx" ASC-yə ödəniş edilmişdir. 7. 60 baş Rusiya Federasiyasından kalmık cinslik birinci qarın boğaz düyələri 2020-ci il 4 iyun tarixdən 2023-cü il 3 iyun tarixədək "xxxx" ASC-də sığorta olunmuş və buna dair Cavabdeh KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh 2020-ci il 2 noyabr tarixli pretenziya məktubu ünvanlanaraq, yaranmış borcun 3 gün müddətində ödənilməsinin təmin edilməsini sonuncudan tələb edilmişdir.

9. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 2020-ci il 9 may tarixli, MB 13/420 nömrəli qiymətləndirmə hesa batından görünür ki, qiymətləndirilən 60 baş kalmık cinsli boğaz düyələrin (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara) 2020-ci il 9 may tarixinə hesablanmış bazar dəyəri (bir başının dəyəri 2.350 manat) 141.000 manat təşkil edir. 10. "xxxx" ASC-nin 2021-ci il 15 mart tarixli, PB-OUT01249-2021 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh sorğuda qeyd edilən tarixlərdə "xxxx" ASCdə bank əməliyyatları aparılan zaman çəkilmiş video görüntülər 2019-2020-ci illərdə qeydə alındığından və onların saxlama müddəti bitdiyindən, qeyd edilən video görüntülərin texniki cəhətdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alğı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun, 6.900,87 manat sığorta pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə cavabdeh ortaq tanışları vasitəsilə iddiaçının sifarişi əsasında xarici ölkələrdən damazlıq iri buynuzlu heyvanları Azərbaycan Respublikasına idxal etdiyini öyrənmiş, Rusiya Federasiyasından damazlıq iri buynuzlu heyvan almaq niyyətində olduğunu bildirmişdir. Bir neçə görüşdən sonra Rusiya Federasiyasına gedərək heyvanlara birlikdə baxış keçirməyi, qiyməti və çatdırılma şərtlərini yerində aydınlaşdırmağı razılaşmışlar. Cavabdehlə aralarında olan şifa hi razılaşmalarına görə bütün səfər xərclərini cavabdeh öz üzərinə götürməli və həmin xərclər qiymət razılaşması zamanı nəzərə alınmalı idi. Bu məqsədlə dəfələrlə Rusiya Federasiyasına səfərlər edilmişdir.

13. Cavabdehin sifariş verdiyi Kalmık cinsli ətlik 60 baş boğaz düyələrin alınmasıyla bağlı Lenin adına X4 X2 ilə 2019-cu il 28 oktyabr tarixli, 01 AZ/RUS nömrəli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə o, Kalmık cinsli ətlik 60 baş boğaz düyələri almalı və onların dəyərini tam məbləğdə ödəməli və alınmış heyvanların yola salınmasınadək olan bütün xərcləri (vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətləri) onun tərəfindən ödənilməli idi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həm heyvanların dəyəri, həm onun çəkməli olduğu həmin xərclər, həm də gəliri cava bdehlə aralarında bağlanacaq müqavilə zamanı qiymət təyinində nəzərə alınmalı idi. 2019-cu il 22 noyabr tarixdə cavabdehin, iddiaçı və onun oğlu R.Süleymanovun iştirakı ilə Rusiya Federasiyasının Kolmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatında damazlıq iri buynuzlu heyvanlara baxış keçirərək Kalmık cinsli ətlik 60 baş boğaz düyələri (hər birinə görə 3100 və 2 baş cöngəni (hər birinə görə 3400 manat) seçib və heyvanların ümumi dəyəri kimi 192.800 manat qiyməti razılaşdırılmışdır. Bununla bağlı hər iki tərəfin iştirakı ilə 2019-cu il 22 noyabr tarixdə akt tərtib edilmişdir. Tərəflərin aralarındakı razılaşmanı rəsmiləşdirmək məqsədilə 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alğısatqı müqaviləsi bağlanmışdır. Müqavilədə də göstərilmişdir ki, iddiaçı cavabehin sifar işi əsasında Rusiya Federasiyasının Kalmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatından cavabdehlə razılaşdırdığı təmiz Kalmık cinsli ətlik 60 baş boğaz düyələri və 2 baş cöngəni alaraq Azərbaycan Respublikasına gətirməli, cavabdehin Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində ona təhvil verməlidir. Əvəzində isə cavabdeh 60 baş boğaz düyələrin hər birinə görə 3.100 manat (cəmi 186.000 manat) və 2 baş cöngələrin hər birinə görə 3.400 manat (cəmi 6.800 manat) olmaqla, ümumilikdə 192.800 manat pulu iddiaçıya ödəməli idi. Müqavilənin 3.3-cü bəndindəki şərtə görə, cavabdeh həmin məbləğin 40%-ni, yəni 77.120 manatını əvvəlcədən avans olaraq ödəməli, qalan 60%-ni, yəni 115.680 manatı isə heyvanları təhvil aldıqdan sonra tam həcmdə iddiaçıya ödəməli idi. B u məqsədlə cavabdeh 2019-cu il 6 dekabr tarixində onun "xxxx" ASC-dəki bank hesabına 77.120 manat avans məbləğini ödəmişdir. 14. 2020-ci il 2 mart tarixində razılaşdırılmış Kalmık cinsli ətlik 60 baş boğaz düyələr Lenin adına X4 X1 yola salınmışdır. Həmin vaxt qeyd edilən Təsərrüfatın rəhbərliyi tərəfindən iddiaçıya 2020-ci il 2 mart tarixli, 03 AZ/DAG nömrəli invoys təqdim edilmişdir. Həmin sənədə əsasən, iddiaçı vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətlərinə görə həmin şirkətə 1.105.000 rus rublu ödəməli və şirkətlə arasında olan şifahi razılığa əsasən, heyvanların cavabdehə təhvilindən dərhal sonra cavabdeh, iddiaçı ilə arasında olan müqaviləyə əsasən iddiaçıya borclu qaldığı pulu tam ödəyəcək və iddiaçı da öz növbəsində dərhal qeyd edilən xərclərə görə ödənişi şirkət ə tam məbləğdə ödəyəcəkdir. İddiaçı 2020-ci il 4 mart tarixində Kalmık cinsli damazlıq iri buynuzlu ətlik 60 baş boğaz düyələri Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində cavabdehə təhvil vermiş və bu barədə onun, cavabdehin və mühasib X3 iştirakı ilə 2020-ci il 4 mart tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh bəzi maddi problemlərinin olmasını əsas gətirərək qalan 108.880 manatın ödənilməsi üçün qısa vaxt istəmişdir. Cavabdeh 2020-ci il 17 iyul tarixdə onun bank hesabına 60.550 manat pul köçürmüş, qalan pulun isə bir neçə günə ödəniləcəyini bildirmişdir. Lakin cavabdeh borclu olduğu 48.330 manatı bu günə qədər ona ödəməmişdir.

15. Həmçinin, müqavilənin 3.7-ci bəndinə əsasən, heyvanların cavabdehə təhvil veriləcəyi dövrə qədər onları sığortalamaq öhdəliyi iddiaçın ın üzərinə, cavabdehin təhvil almasından sonrakı bir il müddətinə sığortalamaq öhdəliyi isə cavabdehin üzərinə düşsə də, iddiaçı öz öhdəliyini icra edərək heyvanları sığortaladığı halda, cavabdeh maddi imkanının pis olmasını əsas gətirərək onun əvəzinə də növbəti bir il üçün sığorta haqqını iddiaçının ödəməyini xahiş etmiş və onun əvəzinə ödədiyi sığorta pulunu borclu qaldığı pulla birlikdə ona ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı cavabdehlə razılaşaraq onun əvəzinə 6.900.87 manat sığorta haqqını 2020-ci il 11 iyun tarixdə "xxxx" ASC sığorta şirkətinə ödəmişdir. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti də iddiaçıya ödəməmişdir.

16. İddiaçı 2020-ci il 2 noyabr tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək ona borclu olduğu vəsaiti ödəməsini ondan tələb etmişdir. Cavabde h pretenziya məktubunun son səhifəsində əl yazısı ilə qeydlərini yazaraq faktiki olaraq həmin vəsaiti ödəməkdən imtina etmiş və pretenziya məktubunu geri qaytarmışdır.

17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 425.1, 425.2, 441.1, 441.4, 443.1, 445, 448.1, 448.2, 567, 598.1, 568.2, 598.3, 599.1-ci maddələrinə istinad etmişdir.

18. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

19. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 5 aprel tarixli, e-2-2(121)-175/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim N.Misirzadə).

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alğı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat olmaqla manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.

21. Cavabdeh tərə flər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır.

22. İddianın “sığorta pulunun cavabdehdən tutulması”na dair hisəsinə münasibətdə məhkəmə göstərmişdir ki, 2020-ci il 11 iyun tarixli 2 saylı ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur (bu hal cavabdeh tərəfindən inkar edilməmişdir) və heyvanların sığortasın a görə "xxxx" ASC-yə ödənilmiş 6.900,87 manat məbləğ məhz iddiaçı tərəfindən ödənilmişdir. Hətta buna dair cavabdehə KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Halbuki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən təhvil-təslim edildikdən sonra heyvanların sığortalanması öhdəliyi cavabdehin üzrərində olmuşdur. Belə olan halda, iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddia tələbi üzrə cavabdehlə "xxxx" ASC arasında həmin vaxt hər hansı bir öhdəlik (müqavilə) olmadığından, hazırki iş üzrə tərəflər arasında sığorta pulu ilə əlaqədar yaranan mübahisə MM-in 431.1-ci maddəsinin qaydalarına uyğun deyil, MM-in 1091 və 1092-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı tərəfindən sığorta pulunun cavabdehin əvəzindən ödənilməsi nəticəsində cavabdehə “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Yəni sığorta pulunun cavabdehin əvəzindən "xxxx" ASC-yə ödənilməsinin nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı onun əvəzindən ödədiyi pul vəsaitini hazırki iş üzrə cavabdehdən geri tələb etməyə haqlıdır. Buna görə də 6.900,87 manat məbləğində sığorta pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 389.1, 431.1, 442, 443.1, 567, 608, 1091, 1092, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın t əmin edilməməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli, 2-2(106)-209/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi) S.Mayılov və İ.Əsədov).

26. Apellyasiya instansiyası məhkəməsi MM-nin 425.1, 567 və 600-cü maddələrinə istinad edərək, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alğı-satqısını həyata keçirməli, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş qaydada nisyə verilmiş malların dəyərinin bi r hissəsini əvvəlcədən, malların dəyərinin ödənilməyən hissəsini isə satıcı malların təhvil verilməsi vəzifəsini real olaraq yerinə yetirdikdən sonra ödəməsi öhdəliyini öz üzərinə götürmüş, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır.

27. Alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alğı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat olmaqla müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir.

28. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən ödənilmiş 6.900,87 manat sığorta pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, 2020-ci il 11 iyun tarixli 2 saylı ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur (bu hal cavabdeh tərəfindən inkar edilməmişdir) və heyvanların sığortasına görə "xxxx" ASC-yə ödənilmiş 6.900,87 manat məbləğ məhz iddiaçı tərəfindən ödənilmiş, buna dair cavabdehə KTH0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Halbuki, alğı-satqı müqaviləsinə əsasən təhvil-təslim edildikdən sonra heyvanların sığortalanması öhdəliyi cavabdehin üzərində olmuşdur. Ona görə də iddia çı həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır.

29. Bundan əlavə, cavabdeh iddiaçının ondan pul tələbinə etiraz edərək alıcı olaraq 2019-cu il 1 dekabr tarixli alğı-satqı müqaviləsinə əsasən Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin iddiaçı tərəfindən ona təhvil verilməsindən sonra da alğı-satqı şərtlərinə əməl etdiyini, müqavilə ilə müəyyən edilmiş qaydada nisyə verilmiş malların dəyərinin bir hissəsini əvvəlcədən, malların dəyərinin ödənilməyən hissəsini isə iddiaçı malları təhvil verdikdən sonra tam olaraq ödədiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 404, 425.1, 431.1, 442, 567, 600.1, 600.2, 600.4, 608, A zərbaycan Respublikası MPM-in 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Apellyasiya məhkəməsinin qətnaməsi tərəflərə 2021-ci il 7 oktyabr tarixdə göndərilmişdir.

32. Cavabdeh tərəfindən 2021-ci il 23 noyabr tarixdə kassasiya şikayəti verilmiş, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 389.1, 398.1, 404.1, 404.4, 406.2, 406.3, 425.1, 567, 608-ci maddələrinin tələbləri pozulmuşdur-Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunun Lenin sovxozu ilə iddiaçı arasında Kalmık cinsli iribuynuzlu heyvanların alğı-satqısı barədə 2019-cu il 28 oktyabr tarixli, 01AZ/RUS №-li müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiyməti 3.946.300 Rusiya rublu təşkil edir ki, bu da müqavilə bağlanan tarixə Azərbaycan manatına nisbətdə 109.671,80 manata bərabər olmuşdur. Həmin müqavilə üzrə tərtib edilmiş 2019-cu il 10 dekabr tarixli invoysdan görünür ki, Lenin sovxozu tərəfindən iddiaçıya 60 baş Kalmık cinsli buzov (ümumi qiyməti 3.990.000 Rusiya rublu) və 2 baş Kalmık cinsli öküz (ümumi qiyməti 133.000 Rusiya rublu) təqdim edilmişdir. Rusiya Gömrüyündən buraxılmış ümumi dəyəri 3.946.300 Rusiya rublu dəyərində olan mal-qara 2020-ci il 4 mart tarixində Azərbaycan Respublikasının Samur Gömrük postundan ölkəyə daxil olmuşdur. Buna dair tərtib edilmiş ********** №-li gömrük bəyannaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, bəyan edilən mallar 60 ədəd düyədən ibarətdir, malın ümumi invoys dəyəri 3.946.300 Rusi ya rublu olmaqla gömrük dəyəri Azərbaycan manatına nisbətdə 101.814,54 manat təşkil etmişdir. Adıçəkilən iribuynuzlu mal-qara 096552 №-li Beynəlxalq Mal-Nəqliyyat qaiməsi ilə 60 baş Kalmık cinsli buzovlar iddiaçıya yola salınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən ümumi dəyəri 101.814,54 manat olan 60 baş düyə Azərbaycan Respublikasına gətirilmişdir.

34. Tərəflər arasında 2019-cu il 1 dekabr tarixdə 0112/2019 №-li alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin tarixli və nömrəli müqavilə 2 variantda tərtib olunmuşdur. Apellyasiya instansiya məhkəməsi yalnız son səhifəsi imzalanmış və möhürlənmiş olan müqaviləni sübut kimi qəbul etmiş, hər bir səhifəsi imzalanmış və sonda möhürlənmiş olan digər müqaviləni isə sübut kimi qəbul etməmişdir.

35. Məhkəmənin qəbul etdiyi müqavilədə müəyyən olunur: tərəflər arasında hər biri 3.100 manat olmaqla ümumi qiyməti 186.000 manat olan 60 baş Kalmık cinsli düyə; hər biri 3.400 manat olan ümumilikdə 6.800 manat olan 2 baş Kalmık cinsli cöngənin alğısatqısı; müqavilə dəyərinin 40 faizi, yəni 77.120 manatın əvvəlcədən avans şəklində qalan 60 faizini, yəni 115.680 manatın təhvil-təslim aktından sonra ödənilməli olması; müqavilənin ümumi qiymətinin 192.800 manat olması.

36. Cavabdeh tərəfindən mötəbər sübut kimi təqdim edilən ikinci variantda isə müəyyən edilmişdir: hər birinin sıra sayı, birkalarının nömrəsi, qiyməti və cinsi qeyd olunan cədvəlin mövcudluğu; alğı-satqı predmetinin 60 baş Kalmık cinsli düyələrin olması; həmin düyələrin bir başını müqavilənin ümumi dəyərinin 138.208,20 manat olması; müqavilə dəyərinin 77.120 manat hissəsinin, yən i 40%-i əvvəlcədən avans şəklində, qalan 61.088,20 manat hissəsi isə təhvil-təslimdən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməsi.

37. Lakin hər bir vərəqi imzalanmış, sonda hər iki şəxsin imzası və möhrü ilə təsdiq edilmiş müqavilə predmeti olan malların xarakteristikası (cinsi, birka nömrəsi, sayı və qiyməti) ətraflı şəkildə qeyd olunmuş müqaviləni sübut kimi qəbul edilməmişdir.

38. İşin materiallarında olan və apellyasiya instansiya məhkəməsinin istinad etdiyi cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya mübahisə predmeti olan müqavilə üzrə 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin məbləğləri hesabladıqda 137.670 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin hal işin mübahisə edilməyən halıdır. Qalan 538,20 manat isə şəxsə poçt vasitəsilə, üstəlik artıq ödənilmişdir. Həmin poçt vasitəsilə pul baratının göndərilməsi qəbzinin əsli işə apellyasiya instansiyasında baxılarkən məhkəməyə sübut qismində təqdim edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Məhkəmə isə bu halı nəzərə almamış əsassız olaraq cavabdehdən 48.330 manat əsas borcun tutulmasını qət etmişdir.

39. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, tərəflər və iddiaçının oğlu Ramil Süleymanov 2019-cu ilin noyabr ayının 22-də Rusiya Federasiyasının Kalmıkya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatında n təmiz Kalmık cinsi ətlik istiqamətində boğaz düyələrə baxış keçirmişlər və həmin düyələrin bir neçəsini yoxlama üçün çəkdirmişlər. Hər bir baş boğaz düyə üçün 3.100 manata cöngələr üçün isə 3.400 manata razılığa gəlinmişdir. Lakin həmin akta istinad edilərkən vacib bir hal araşdırılmamışdır. Belə ki, aktda adı qeyd olunan iddiaçı 2019-cu il 22 noyabr tarixdə Rusiya Federasiyasının ərazisində olmamışdır. Bununla bağlı olaraq məhkəməyə şifahi qaydada dəfələrlə müvafiq dövlət orqanlarına sorğu göndərilməsi xahiş edilsə də, məhkəmə həmin halı nəzərə almamışdır. Halbuki, belə bir sorğu aktın mötəbər sübut ola bilməyəcəyini göstərə bilərdi.

40. Eyni zamanda, "xxxx" MMC-nin 2020-ci il 9 may tarixli MB13/420 №-li qiymətləndirmə hesabatından müəyyən olunur ki, ölkəyə gətirilmiş və cavabdehin sərə ncamında olan 60 baş Kalmık cinsli boğaz düyələrin hər birinin bazar qiyməti 2.350 manat təşkil etmişdir. Nəzərə alınsa ki, mal-qara mart ayının əvvəlindən may ayına qədər, yəni iki ay ərzində cavabdehə məxsus təsərrüfatda qaydalara uyğun şəkildə qulluq göstərildiyindən, onun bazar qiymətinin müqavilə qiymətinə münasibətdə nisbətən artması məqsədə uyğundur.

41. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 17 iyul tarixində EBAM seriyalı, 500298№-li elektron qaimə təqdim edilmişdir. Həmin elektron qaimədən görünür ki, tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə əsasən 60 baş iribuynuzlu Kalmık cinsli düyələrin alğı-satqısı üzrə ümumilikdə 138.208,20 manat məbləğində mallar təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddianın müqavilə üzrə əsas borcun tutulması hissəsində təmin edilməməli olması müəyyən edilir.

42. İddianın 6.900,87 manat sığorta pulunun tutulması hissəsi ilə bağlı qeyd edilmişdir ki, mallar cavabdehə təhvil verildikdən sonra həmin mal-qaranın sığorta olunması cavabdehin üzərinə düşmüşdür. Yəni, həmin mallar sığortalanmadığı təqdirdə bütün məsuliyyət cavabdehin üzərində olmalı idi. Lakin məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, 2020-ci il 11 iyun tarixli 2 saylı ödəniş tapşırığı ilə malların sığortasına görə 6.900,87 manat pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. Ödənilən vəsaitin mübahisə predmeti olan 60 baş Kalmık cinsli düyələr görə, yoxsa iddiaçının digər mövcud olan və yaxud olması ehtiamal edilən mallarına görə ödənilmiş olması qeyri-müəyyəndir.

43. İddiaçıdan onlara məxsus olan mal-qaralar üzrə hər hansı bir sığorta ödənişinin həya ta keçirilməsi iddiaçıdan xahiş edilməmişdir. Bu əsasdan iddiaçının özbaşına olaraq həyata keçirdiyi ödənişin onlardan tələb edilməsi qanunsuz və əsassızdır.

44. İddiaçı tərəfindən təqdim edilmiş və Azərbaycan Respiblikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “AKİA”) tərəfindən vəkil sorğusuna cavab olaraq təqdim edilmiş və məhkəmə iclası zamanı təqdim edilən müqavilələrin bəndləri arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası qismində məhkəməyə təqdim etdiyi müqavilədə alğı-satqı müqaviləsinin predmeti olan malların siyahısının olmaması, həmçinin müqavilə predmetinin dəyərinin AKİA tərəfindən verilmiş müqavilədəki qeyd edilən dəyərlə (məbləğlə) eynilik təşkil etməməsi təqdim edilmiş sənədlərdən müəyyən olur. 45. “Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbi pozulmuşdur. Mübahisə predmeti olan alğı-satqı müqaviləsinin predmeti olan danaların alınması üçün müqavilənin dəyərini təşkil edən 138.208.20 manat 61.088.20 manatı AKİA-nın cavabdehin hesabına köçürdüyü vəsait hesabına, məbləğin digər hissəsi olan 77.120 manat isə cavabdehin şəxsi iddiaçıya ünvanladığı 2020-ci il 24 fevral tarixli, 03/14-08-10-514 №-li məktubundan görünür ki, mübahisə predmeti olan iribuynuzlu heyvanların damazlıq məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsinə məhz mazirlik tərəfindən icazə verilmişdir. Lakin apellyasiya məhkəməsi qeyd edilən halları diqqətə almamış, təqdim edilmiş sənədlərə əhəmiyyət verməmişdir.

46. MPM-in 57-ci maddəsinin, “Aqrar sahədə yeni subsi diya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 759 saylı, 2019-cu il 27 iyun tarixli Fərmanın tələbləri pozulmuşdur. Belə ki, AKİA məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməmişdir. İlk növbədə müqavilənin özü damazlıq heyvandarlıq təsərrüfatının qurulması ilə bağlı olduğundan, AKİA prosesə hər bir halda cəlb edilməli idi. Həmçinin, AKİA məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş olsa idi, təqdim edilmiş müqavilənin həqiqi müqavilə olması sübut oluna bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayəti MPM-in 407.2-ci maddəsinin tələbinin pozulması ilə tərtib edilmişdir. MPM-in 407.2-ci maddəsininin tələbinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassator kassasiya şikayətini tam olaraq işin halları və işin materialında olan sübutlarla bağlı formal mülahizələri ilə əsaslandırmağa cəhd etmiş, bu zaman nəzərə almamışdır ki, kassasiya instansiyası məhkəməsi yanız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır.

48. Bundan əlavə, kassatorun qanunsuz olduğu iddia etdiyi 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı dəyəri 192.800 manat olan müqavilədəki imzanın ona məxsus olmasını etiraf etməsi və əqdin bugünədək mübahisələndirilməməsi şikayətinin dəlilinin əsa ssız olduğunu göstərir.

49. Kassator 2019-cu il 22 noyabr tarixli aktın qanunsuz olduğunu iddia etsə də, aktdakı imzaların özünə və iddiaçıya aid olmasını etiraf etmişdir. Aktın tərəflər arasında olan razılaşmanı əks etdirməsi kassatorun aktla bağlı mülahizələrinin də əsassız olduğunu göstərir.

50. Kassatorun hər hansı formada əsaslandırılmamış MB13/450 nömrəli qiymətləndirmə rəyini özünün şəxsən imzaladığı 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı 192.800 manatlıq müqavilədən üstün hüquqi qüvvəli sübut statusu qazandırması cəhdi tamamilə qanunsuzdur. Çünki, həmin müqavilə əsaslandırılmamış qiymətləndirmə rəyindən fərqli olaraq tərəflərin iradə ifadəsini əks etdirir və müqavilə bu gün də qüvvədədir.

51. Eyni zamanda, iddia ərizəsində də göstərildiyi kimi iddiaçı sığorta məbləğini cava bdehin xahişi ilə ödəmiş və bu zaman cavabdeh sığorta haqqını da borclu olduğu digər vəsaitlə birlikdə iddiaçıya qaytaracağını söz vermiş, lakin bu vədini icra etməmişdir. Cavabdehin alğı-satqı predmeti olan heyvanları sığortalamaq öhdəliyi var idi və bu öhdəlik onun xahişi ilə iddiaçı tərəfindən icra edilmişdir. İddiaçının bu hərəkəti hər hansı qanun pozuntusu yaratmadığından, əksinə həmin sığorta haqqının cavabdeh tərəfindən bu günə qədər geri qaytarılmaması MM-in 1091, 1092-ci maddələrinə əsasən, cavabdehin əsassız varlanması faktını yaradır. Bu səbəbdən, iddiaçı cavabdehin əvəzinə ödəmiş olduğu sığorta haqqını ondan geri tələb etməkdə tam haqlıdır.

52. Bundan əlavə, AKİA-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı tərəflər birinci instansiya məhkə məsində işə baxılan zaman məhkəməyə vəsatətlə müraciət etmiş, məhkəmə vəsatəti təmin edərək "xxxx" ASC-ni və AKİA-nı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş, bununla bağlı 2021-ci il 15 fevral tarixdə hər iki quruma məktub ünvanlamışdır. Həmin məktub həm iş materiallarında, həm də elektron məhkəmə sistemində yerləşdirilib.

53. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etmişdir. Kassator eyni hüquq normalarına istinad edərkən apellyasiya instansiyası məhkəməsinin bu hüquq normalarını düzgün tətbiq edib-etməməsi, düzgün tətbiq etməmişdirsə, hansı hüquq normalarını təbiq etməli olması və ya tətbiq edərkən həmin hüquq normalarına düzgün təfsir verməməsi, düzgün təfs ir verməmişdirsə, təfsirin nə üçün yanlış olması ilə bağlı heç bir arqument qeyd etməmişdir. II. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

54. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

55. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası m əhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. ııı. TƏTBİQ EDİLƏN HÜQUQ

57. Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq aşağıdakılar nəzərdə tutulmuşdur: müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur....” Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddət də ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə

608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.”

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. S übutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. İşin materiallarından göründüyü kimi, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış 2019-cu il 01 dekabr tarixli alğı-satqı müqaviləsi üzrə qalıq borcun tutulması təşkil edir.

60. İşə həmin müqavilənin iki fərqli nüsxələri əlavə edilmişdir (İ cild i.v 19-20, 8387). Həmin müqavilələrin yalnız sonuncu səhifələri eyni olmaqla, biri hər səhifəsi imzalanmış, digər nüsxəsi isə ancaq sonuncu səhifəsi imzalanaraq möhürlənmişdir.

61. İddiaçı yalnız sonuncu səhifəsi təsdiqlənən müqaviləyə istinadla, cavabdehin həmin müqaviləyə əsasən qalıq borcunun 48.330 manat olduğunu iddia edərək, hazırki iddianı qaldırmışdır.

62. İşə baxan məhkəmələr 2019-cu il 01 dekabr tarixli alğı-satqı müqaviləsinin iddiaçının istinad etdiyi nüsxəyə əsasən mübahisəyə hüquqi qiymət verərək, iddianın qalıq borcun tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişlər.

63. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında 2019-cu i l 1 dekabr tarixdə 0112/2019 №-li alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin tarixli və nömrəli müqavilə iki variantda tərtib olunmuşdur. İşə baxan məhkəmələr yalnız son səhifəsi imzalanmış və möhürlənmiş olan, müqavilə üzrə malların qiymətinin 192.800 manat qeyd olunduğu müqaviləni sübut kimi qəbul etmiş, hər bir səhifəsi imzalanmış və sonda möhürlənmiş olan, müqavilə üzrə malların hər birinin fərdiləşdirilmiş əlamətlərinin, qiymətinin isə 138.208 manat qeyd olunduğu digər müqaviləni isə sübut kimi qəbul etməmişlər. 64.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlillərinə (bax yuxarıda § 45-48) münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

65. Belə ki, apellyasiya instansiyası məhkəməs i işin materiallarında eyni tərəflər arasında, eyni predmet üzrə, eyni tarixdə bağlanmış iki alğı-satqı müqaviləsindən məhz iddiaçının istinad etdiyi nüsxəsini mötəbər saymasının səbəblərini qətnaməsində göstərməmiş, bu zaman hər səhifəsi imzalanaraq, yekunda hər iki tərəfin möhürü ilə təsdiq edilmiş müqaviləni hansı səbəblərdən sübut kimi qiymətləndirilmədiyini əsaslandırmamış, bununla da MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin «heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur» tələbini və işin hallarının hərtərəfli, tam araşdırılması prinsipini pozmuşdur.

66. Qeyd olunmalıdır ki, § 61-də göstərilən dəlillər həm də apellyasiya şikayətinin dəlillərini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya şikayət inin dəlilləri üzrə hər hansı araşdırma aparılmamış, eləcə də həmin dəlillərə hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə olduğu kimi qeyd olunmaqla, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

67. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur (MPM-in 392.2-ci maddəsi). 68. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 22 yanvar tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan so nraAvropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (K uznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, tərəflər dövlət orqanları ilə sənədləşmədə 01 dekabr 2019-cu il tarixli, 0112/19 nömrəli alğı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavil ə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir.

70. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən, iddiaçının alğı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir.

71. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci i l 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmışdır. 72.Mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı ipmerativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə akt larında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarları).

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmalı, sübutların mümkünlüyü və qiymətləndirilməsinə dair MPM-nin 80, 88-ci maddələrinin tələblərinə əməl edilməklə, işdə olan mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında cavabdehin alğı-satqı müqaviləsi üzrə borcunun olub-olmamasına, mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə dair normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir.

74. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin 6900,87 manat məbləğində sığorta pulunun ondan tutulması ilə bağlı dəlili ilə razılaşmayaraq, qeyd edilən məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır (bax yuxarıda § 26 ) və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələb baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin həmin hissədə ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

75. Beləli klə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-cavabdehdən 48.330 manat əsas borcun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

76. MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli 2-2(106)-209/2021 saylı qətnaməsi qismən-cavabdehdən 48.330 manat əsas borcun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellya siya Məhkəməsinə göndərilsin. Qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar