Məhkəmə qərarları › İş №2-2(102)-190/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-190/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-190/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasını n 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1045/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında imzalanmış 2022-ci il 16 dekabr tariхli 2022/00346-01 nömrəli müqaviləyə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 ABŞ dolları məbləğində krеdit vеrilmişdir.

2. Kreditin təminatı qismində İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 16 dekabr tarixli 3M-4571 reyestr nömrəli sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya m əhkəməsindəki icraat

3. İddiaçı BOKT ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 3 oktyabr tarixində Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda – Cavabdeh2, Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2022-ci il 16 dekabr tariхli 2022/00346-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 11.800 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.330,03 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.652,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14.011 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldil məsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, vəsaitin Cavabdeh2 hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Krеdit müqаviləsi üzrə öhdəliklərin i yеrinə yеtirməsi üçün sonuncuya dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 iyun tarixli e-2-2(113)-296/2024 nömrəli qərardadı ilə iddianın “ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində icraata xitam verilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 iyun tarixli e-2-2(113)-296/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 16 dekabr tarixli kredit müqaviləsi ləğv edilmiş hesab olunması, kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.800 ABŞ dolları, faiz borcu üzrə 1.330,3 ABŞ dolları, cərimə borcu üzrə 600 ABŞ dolları olmaqla, cəmi 13.730,3 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi; 2022-ci il 16 dekabr tarixli kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 manat olmaqla Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin dəyəri olaraq 400 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissə də təmin olunmaması qət edilmişdir (hakim - K.Hüseynov).

7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi şərti olaraq üç hissədən ibarətdir: 1) 2022-ci il 16 dekabr tariхli 2022/00346-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 2) həmin kredit müqaviləsi üzrə borcun tələb edilməsi, 3) tutmanın ipoteka predmetinə yönəldilməsi.

8. Məhkəmə iddianın kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borc alanın müqavilə üzrə borcverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək borcverənin hüquqlarından biridir.

9. Həmçinin 2023-cü il 12 iyun tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini tələb etmək lə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini Cavabdeh2 çatdırmışdır. 10. 2022-ci il 21 dekabr tarixli köçürmə sifarişindən görünür ki, 11.800 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.

11. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh2 ona verilmiş olan puldan, ümumiyyətlə, hər hansı bir ödəniş etməmişdir.

12. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 16 dekabr tariхli kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş 2023-cü il 19 iyul tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borcalanın borcverənə 11.800 ABŞ dolları əsas, 1.330,03 ABŞ dolları faiz, 1.652 ABŞ dolları cərimə borcu var dır.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

16. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, iddia kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilm əsi hissəsində əsaslıdır və qeyd edilən müqavilə üzrə əsas borc 11.800 ABŞ dolları, faiz borcu üzrə 1.330,03 ABŞ dolları olmaqla, cəmi 13,130,03 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

18. Hazırkı işin hallarından görünür ki, Cavabdeh2 11.800 ABŞ dolları əsas borcuna münasibətdə 600 ABŞ dolları məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

19. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirmişdir ki, işdə olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipotеka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi 2022-ci il 16 dekabr tarixindən 2027-ci il 16 dekabr tarixinədək müəyən edilmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü müddətinə gecikdirdikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.

20. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 mart tari xli e-2-2(113)- 296/2024 nömrəli qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 2 may tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilin likvid dəyəri 98.000 manat, bazar dəyəri 115.000 manat müəyyən edilmişdir.

21. Ona görə də məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək açı q hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

22. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 269.5, 317.1, 421.2, 445.7, 462.1, 467, 739.1 və 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il tarixli 31 may və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əla qəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1045/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 2022-ci il 16 dekabr tariхli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh2 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 ABŞ dolları məbləğində krеdit vеrməklə müqavilə üzrə öhdəliklərini icra etmiş, Cavabdeh2 isə ödəniş qrafikinə uyğun ödənişlər etməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Kredit müqaviləsi üzrə borcun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh2 11.800 ABŞ dolları məbləğində kredit verildikdən sonra sonuncu tərəfindən, ümumiyyətlə, ödəniş həyata keçirilməmiş, odur ki, cavabdehin əsas borcun 11.800 ABŞ dolları məbləğində qalmışdır. Cavabdeh özü əsas borc məbləğini ape llyasiya şikayətində mübahisələndirməmişdir.

26. Faiz borcunun hesablanmalı olduğu müddətə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən 2023-cü il 12 iyun tarixində cavabdehlərə ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti başa çatmadan iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanılması ona dəlalət edir ki, iddiaçının iradəsi məhz kredit müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsinə yönəldilmişdir. Göründüyü kimi iddiaçı ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini qarşı tərəfə çatdırmış, bununla da müqaviləni vaxtından əvvəl ləğv etmişdir. Odur ki, iddiaçı tərəfindən müqavilə üzrə kreditin istifadəyə görə faizlər həmin tarixədək, yəni 2023-cü il 12 iyunadək olan müddət üçün tələb edilə bilər.

27. Faiz məbləğinə gəldikdə kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən heç bir ödəniş edilmədiyindən həmin kredit müqaviləsi üzrə faiz borcu sadə riyazi hesablama ilə müəyyən edilə bilər. Belə ki, kreditin cavabdehə verildiyi tarixdən 2022-ci il 23 dekabr tarixindən 2023-cü il 12 iyun tarixinədək olan 172 günlük müddət üçün illik 24% hesabı ilə faiz borcu aşağıdakı kimi müəyyən edilməlidir: 11.800 ABŞ dolları x 24%/365gün x 172 gün =1.334,53

28. Birinci instansiya məhkəməsi ipotekaya tutma yönəldilməsi barədə bildirişdə qeyd edilmiş həmin tarixə olan faiz məbləğini əsas götürərək c avabdehdən tutulacaq faiz borcunun məbləğini 1330,03 manat məbləğində müəyyən etmişdir. Odur ki, iddianın faiz borcunun tutulmasına dair rədd edilmiş hissəsinin apellyasiya baxışının predmeti olmadığını nəzərə alaraq kollegiya hesab etmişdir ki, faiz borcunun tutulması hissəsində qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

29. Dəbbə pulunun tutulmasına münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı 11.800 ABŞ dolları məbləğində əsas borcun gecikdirilməsinə görə 1.652 ABŞ dolları məbləğində dəbbə pulu tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı qismən təmin edərək dəbbə pulunu 600 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir.

30. Kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də h əm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulunun 600 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Bununla yanaşı iş materiallarından da göründüyü kimi cavabdeh apellyasiya şikayətində qətnamədə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış dəyərinin (98.000 manat) həmin əmlakın real dəyərindən dəfələrlə aşağı olmasını bildirərək ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində qətnamənin əsaslılığını mübahisələndirmişdir. Həmin dəlillərlə bağlı kollegiya qeyd etmişdir ki, birincisi, apellyator birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində müəyyən edilmiş ipoteka predmetinin likvid qiymətini şübhə altına ala biləcək hər hansı faktiki hala istinad etməmişdir. İkincisi, o da qeyd edilməlidir ki, 2022-ci il 16 dekabr tarixli ipoteka müqaviləsində sonrakı ipoteka predmetinin likvid dəyəri 70.000 manat, yəni məhkəmənin müəyyənləşdirdiyi likvid dəyərdən daha aşağı həddə müəyyən edilmiş və cavabdehlər müqaviləni imzalamaqla həmin məbləğlə razılaşmışlar. Odur ki, məhkəmə kollegiyası ipoteka predmetinin düzgün qiymətləndirilməməsi barədə cavabdehin dəlillərini də əsassız hesab etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467-ci; MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 445.7-ci maddəsi üzrə - məhkəmənin kredit müqaviləsinə dair faiz borcu üzrə 1.330,3 ABŞ dolları, cərimə borcu üzrə 600 ABŞ dollarının Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini qət etməsi tamamilə əsassızdır. Belə ki, məhkəmə faiz və cərimə borcunu yanlış hesablamaqla yekunda cavabdehdən həddən artıq yüksək borc məbləğinin tutulmasını müəyyən etmişdir.

35. MPM-in 101.7 və 103.1-ci maddələri üzrə - iş üzrə təqdim edilmiş ekspert rəyləri həqiqəti əks etdirmir. Buna baxmayaraq məhkəmə həmin rəyləri digər sübutlarla yanaşı düzgün və hərtərəfli qiymətləndirməyərək sadəcə rəydə qeyd olunanlara istinad etməklə kifayətlənmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 2 ma y tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68,ev 9, giriş 4 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilin likvid dəyəri 98.000 manat, bazar dəyəri 115.000 manat müəyyən edilmişdir. Bunun əsasında da məhkəmə belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 2 may tarixli rəyə əsasən 98.000 manat müəyyən edilsin. Kassator bildirmişdir ki, məhkəmə ekspertin rəyinə əsaslanmaqla yanılmışdır. Çünki ipoteka predmeti olan həmin evin dəyəri rəydə göstəriləndən daha artıqdır. Belə olan halda evin qat-qat aşağı qiymətə hərracda satılması cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir. Beləliklə də məhkəmənin iş üzr ə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv qiymətləndirməməsi qəbul edilmiş qətnamənin əsassızlığına səbəb olmaqla onun ləğvi üçün ciddi səbəbdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

37. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istina d olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin ə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbu l edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelly asiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

44. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin Kommersiya kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1045/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar