Məhkəmə qərarları › İş №2-2(102)-192/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-192/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-192/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli 22(105)-101/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı(bundan sonra-“iddiaçı”) 2020-ci il 24 a prel tarixində Cavabdeh(bundan sonra“cavabdeh”) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 130.000 manat pul və 13.000 manat Milli Bankın uçot dərəcəsi ilə hesablanmış faiz məbləği olmaqla, bütövlükdə cəmi 143.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli, 2(060)-3084/2020 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “pul tələbi” barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 130.000 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur(hakim R.Qoşqarlı).

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2(105)1246/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 2020-ci il 1 dekabr tarixli, 2(060)-3084/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev).

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2(102)-4975/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2(105)-1246/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ. Şəfiyev).

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2022-ci il 16 fevral tarixli, 2(105)454/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov).

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 130.000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130.030 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə tə min edilməməsi qət edilmişdir(hakim Z.Sadiqov).

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli, 2-2(105)-101/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, e-2-2(119)-580/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İlqar Dəmirov, hakimlər – Zahid Məmmədov və Zaur Məmmədov).

9. Həmin qətnamədən cavabdeh 2022-ci il 20 dekabr tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 dekabr tarixli, 2-2(102)-853/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli, 2-2(105)-101/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir(hakimlər B.Qəribov (sədrlik edən və məruzəçi), İ.Dadaşov və B.Məmmədli).

11. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, kassator şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(bundan sonra-“MPM”) ilə nəzərdə tutulmuş formaya uyğun verməmiş, həmçinin şikayə t məzmun baxımından da prosessual qanunvericiliyin tələblərinə uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasının yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, şikayətdə işin faktiki hallarına istinad olunmuşdur.

12. Məhkəmə kollegiyası mövqeyini MPM-in 407.2, 408.1.1, 408.1.5, 408.5, 425.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh kassasiya şikayətində düzəlişlər edərək, 3 nömrəli formaya uyğunlaşdıraraq yenidən 2023-cü il 19 fevral tarixində kassasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

14. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Ape llyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə...” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qə rardad çıxardır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

16. İş materiallaırndan görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 20 oktyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

17. İlk dəfə cavabdeh 2022-ci il 20 dekabr tarixində kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Ali Məhkəmənin qərarı ilə şikayət MPM-ə uyğun verilmədiyindən kassasiya icraatına qəbul edilməmişdir.Kassasiya instansiya məhkəməsi qərarında nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququnun olduğunu izah etmişdir.

19. Bundan sonra kassator nöqsanları aradan qaldıraraq 2023-cü il 19 fevral tarixində, yəni cavabdeh qətnaməni aldıqdan 72+50=(122) gün sonra yenidən kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi isə işi şikayətlə birlikdə kassasiya instansiya məhkəməsinə göndərmişdir.

20. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2022-ci il 20 oktyabr tarixində başlayaraq iş günü olan 20 dekabr tarixində bitmiş olurdu.

21. Kollegiya hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti( 2022-ci il 20 dekabr tarixindən-2023-cü il 19 fevral tarixinədək) 61 gün ötürmüşdür.

22. Beləliklə, işin materiallarından kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində (bax yuxarıda § 14) nəzərdə tutulmuş 2 aylıq müddətin ötürüldüyü görünür.

23. Həmçinin kassator tərəfindən ötürülmüş şikayət vermə müddətinin bərpasına dair ərizə və onunla bağlı məhkəmənin qəbul etdiyi qərardad(lar) da iş materiallarında yoxdur.

24. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 14) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

25. Belə olan halda Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli 2-2(105)-101/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPM-in 411-ci maddəsinə (bax yuxarıda § 14) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

26. Şərh olunanları nəz ərə alaraq və MPM-in 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar