Məhkəmə qərarları › İş №2-2(102)-193/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-193/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-193/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 22(104)-261/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2012-ci il 6 sentyabr tarixli **********12 nömrəli kredit müqaviləsinə (bundan sonra “kredit müqaviləsi”) görə, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17% ödənilməsi şərtilə 64.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini təmin etmək məqsədilə iddiaçı və cavabdehlər arasında 3 ipoteka müqaviləsi bağlanmışdır. - 2012-ci il 6 sentyabr tarixli ** nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evi ipoteka ilə yüklü edilmişdir (bundan sonra “1-ci ipoteka müqaviləsi”). - 2012-ci il 6 sentyabr tarixli ** nömrəli ipoteka müqaviləsi nə əsasən, Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96,44 kv.m ümumi, 60,39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir (bundan sonra “2-ci İpoteka müqaviləsi”). - 2012-ci il 6 sentyabr tarixli *nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdeh X2 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30,68 kv.m. yaşayış, 12.61 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29 kv.m. təşkil edən 2 otaqlı, 84 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir (bundan sonra “3-cü İpoteka müqaviləsi”).

3. Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 - 2012- ci il 6 sentyabr tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə 30.598,14 manat əsas, 7502,52 manat faiz borcu, - əldən çıxmış faydanın əvəzi 2.820,13 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, - tutmanın 2-ci və 3-cü İpoteka (bax §2) müqavilələri ilə nəzərdə tutulan mənzillərə yönəldilməklə həmin evlərin açıq hərracda satılması, - 2-ci İpoteka Müqaviləsi üzrə fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.600 manat dəyərində, 3-cü İpoteka Müqaviləsi üzrə isə- 26.400 manat dəyərində qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onların satılmasına çəkilmiş xərcləri n ödənilməsi üçün zəruri məbləğlər çıxdıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcuna ödənilməsi, - ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa, qalan hissəsinin payların nisbətində Cavabdeh2 və X2 qaytarılması, - iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-314/2021 nömrəli 2021-ci il 13 avqust tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh X1 apellyasiya şikayətləri qismən təmin edilmiş, - Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsinin 7.502,20 manat məbləğində faiz borcunun Cavabdeh2 tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli olan faizlər üzrə yaranan kredit borcunun 3.594,20 manat məbləğində müəyyən edilməsi; - qətnamənin iddianın təmin edilməmiş dəbbə pulu tələbi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilərək, 3.005 manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməsi; - qətnamənin Cavabdeh2 iddiaçıya olan cəmi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, 30.598,14 manat məbləğində əsas kredit borcu, 3.594,20 manat məbləğində faizlər üzrə yaranan kredit borcu, 2.820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməsi; - qətnamənin 2-ci ipoteka müqaviləsi üzrə mənzilin orta bazar qiymətinin 45.600 manat m üəyyən edilmiş hissəsində dəyişdirilərək, ilkin satış (likvid) qiymətinin 54.000 manat və 3-cü ipoteka müqaviləsi üzrə fərdi yaşayış evinin orta bazar qiymətinin 26.400 manat müəyyən edilmiş hissəsində dəyişdirilərək mənzilin ilkin satış (likvid) qiymətinin 31.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1128/22 nömrəli 2022-ci il 1 mart tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-314/2021 nömrəli 2021-ci il 13 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC (bund an sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə «cavabdehlər») iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 2022-ci il 5 iyul tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12.770,10 manat məbləğində penya üzrə borc olmaqla, cəmi 24.518,60 manat və ip oteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 163,56 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cə lb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün 2-ci və 3-cü ipoteka müqavilələri üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı və həmin iş üzrə cavabdeh qismində çıxış etmiş X3 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin bəhs olunan qətnaməsi ilə müəyyən olunmuş 40.017,47 manat məbləğində borc 2022-ci il 5 iyul tarixin də cavabdehlər tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə 2019-cu il 18 oktyabr tarixindən əsas borcun ödənildiyi 2022-ci il 5 iyul tarixinədək olan dövr üçün iddiaçı tərəfindən 11.748,49 manat məbləğində əldən çıxmış fayda formasında zərər hesablanmışdır. Belə ki, təərflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Müvafiq hesablanma aparıldıqdan sonra qeyd olunan dövr üçün müvafiq məbləğ 11.748,49 manat təşkil etmişdir. Beləliklə, yuxarıda göstərilən cərimə və əldən cıxmış fayda qismində (zərər) faizləri nəzərə alınaraq bankın 2022-ci il 4 oktyabr tarixinə tələblərinin ümumi məbləği 24.518,60 manat təşkil etmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin 20 23-cü il 12 aprel tarixli e-2-2(115)-68/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-münasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan 2023-cü il 4 sentyabr tarixli 9/3527 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində gğstərilənlərə əsasən, 30.598,14 manat əsas borca görə 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək olan dövr ərzində 13,8 faiz ilə ödənilməli olan borc 44.456,51 manat, illik 5 faiz ilə ödənilməli olan borc 4.152,00 manat məbləğində müəyyən edilmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 9 oktyabr tarixli e-2-2(115)-68/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim K.Vəliyev).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iddia tələbinə və onun əsaslandırılmasına görə iddiaçı məhkəmədə iddia tələbini irəli sürdüyü 2019-cu il 18 oktyabr tarixindən həmin iş üzrə qətnamənin icra olunduğu 2022-ci il 5 iyul tarixinə qədər olan müddəti öhdəliyin borclu tərəfindən gecikdirilmiş dövrü sayır və ərizənin məhkəməyə təqdim edildiyi gündən sonra cavabdeh ərizədə göstərilən tələbi dərhal yerinə yetirmiş olsa idi, hazırkı tələbin də yaranmayacağını qeyd etmişdir. İddiaçının gecikdirilmiş hesab etdiyi 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinə qədər olan zaman kəsiyində olan proseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh t ərəf prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsindən isə iddiaçı kassasiya şikayəti vermişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında 2022-ci il 1 mart tarixində baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunmuşdur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmamışdır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad edərək məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları k önüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır. Şəxsin kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunmasının məqamı isə girov əmlakın təhvil verildiyi vaxt ilə deyil, borc və faizlərin girov əmlaka yönəldiyi an ilə müəyyən edilmişdir. Əmlaka tutma isə Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qətnaməsi ilə yönəlmişdir. Həmin qətnamə əmlakın qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmışdır ki, Mülki Məcəllənin 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkət ə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

13. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə münasibətlərə xitam verildiyindən, əsas öhdəliyin xitamı ipoteka müqaviləsinin də xitamına səbəb olduğundan, həmçinin iddiaçının tələbi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin ödənilməsindən boyun qaçırması və onun gecikdirilməsi halları olmadığından tələb əsaslı sayılmır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 317.1, 448.2, 448.4, 449-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci madd ələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 19 aprel tarixli “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009cu il 9 iyul tarixli və Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 77.1, 88, 217.4, 218.3, 119.1, 124.2, 10-1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edərək iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsinə görə 81,78 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(104)-261/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq iddiaçının cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinin Bərdə rayon Məhkəməsin in 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra boşaldılmaması və könüllü olaraq Banka təhvil verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsindən cavabdehlə yanaşı iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmişdir ki, icraya yönəlməmiş məhkəmə qətnaməsi üzrə cavabdehlərin ipoteka predmetlərini boşaldaraq iddiaçıya təhvil verməli olması ilə bağlı iddiaçının dəlili əsassız olmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “MM-in 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 2009-cu il 9 iyul tarixli qərarında göstərilən hüquqi mövqe də məhz “Məhkəmə qərarlarının icrası haqqında” (hazır da “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmayan borclu şəxsin MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsini istisna etmişdir.

18. Məhkəmə, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən MM-in 399.3-cü maddəsinin tələblərininin pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, MM-in 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti 2016-cı il 6 sentyabr tarixinədək şərtləndirilmişdir. MM-in 421.2-ci maddəsinin tələbinə və «MM-in 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli qərarına əsasən iddiaçının kredit müqaviləsi üzrə cavabdehlərə qarşı iddia irəli sürməsi ilə və Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsinin çıxarılması nəticəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilmişdir ki, həmin müqavilənin 2.3-cü bəndinə istinad etməklə, iddiaçının ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (32%- 17%=15%) dərəcəsi ilə hesablanan penya tələb etməsi də əsassız olmuşdur. Həmçinin, hazırkı penya tələbi müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb olmamışdır.

19. Məhkəmə qətnamə ilə qət edilmiş pul məbləğinin ödənilməsinin gecikdirilməsi və buna müvafiq olaraq da əldən çıxmış fayda qismində zərər tələbinə münasibətdə isə birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixə qədər olan müddət ərzində pul öhdəliyin gecikməsi halının borclunun təqsiri nəticəsində baş vermədiyini qeyd etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinadla əsaslandırmışdır.

21. Həmin qətna mədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

22. MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır- məhkəmələr Bankın 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən tutulmasına dair tələbini təmin etməməklə Konstitusiya Məhkəməsinin qərarlarda ifadə edilmiş hüquqi mövqelərini nəzərə almamışlar. Çünki borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını, uzun müddət ərzində (kredit müqaviləsi üzrə öhdəliyin icra edilməli olduğu 2016-cı il 6 sentyabr tarixindən öhdəliyin faktiki icra edildiyi 2022-ci il 5 iyul tarixə qədər) gecikdirməklə, əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində Bank zərərə məruz qalmışdır. Qeyd olunan zərərin bir hissəsinin ödənilməsi Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş olsa da, digər hissəsi hazırkı iş üzrə məhkəmənin əsassız mövqeyi səbəbindən təmin edilməmişdir.

23. Məhkəmə, heç bir hüquqi əsas olmadan, Bank tərəfindən göstərilən qətna mələrdən müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinin verilməsini Cavabdeh2 məsuliyyətini istisna edən hal kimi nəzərə almışdır. Halbuki, bu Bankın qanunla tanınan hüququ olmuşdur və hətta Bankın apellyasiya şikayəti qismən təmin edilmişdir. Yəni burada hüquqdan hər hansı sui-istifadə halı mövcud olmamışdır. Ümümiyyətlə, heç bir hüquqi aktda apellyasiya və kassasiya şikayətlərinin verilməsi borclunun məsuliyyətini istisna edən hal kimi müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsi borclunun məsuliyyətini istisna edən yeganə hal kimi qətnamə icraya yönəldikdən sonra borclu tərəfindən ipoteka qoyulmuş əmlakın könüllü şəkildə ipoteka saxlayana təhvil verilməsini müəyyən etmişdir. Deməli, qətnamə icraya yönəldilənədək qanunda və ya digər hüquqi aktda nəzərdə tutulmayan heç bir hal bor clunun məsuliyyətini istisna edən hal kimi nəzərə alına bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq ppellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlə ndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

399. Müqavilənin qüvvəsi.... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqey i

29. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında bağlanmış 2012-ci il 6 sentyabr tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17% ödənilməsi şərtilə 64.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən Bank tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iş üzrə Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnamələri ilə 30.598,14 manat məbləğində əsas kredit borcu, 3.594,20 manat məbləğində faiz borcu, 2.820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq Banka ödənilmə si, tutmanın ipoteka predmetlərinə yönədilməsi qət edilmişdir.

30. İddiaçı hazırkı iddia tələbində müvafiq iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edildiyi 2019-cu il 18 oktyabr tarixindən Gəncə Apellyasiya Məhkəməsinin 2021ci il 13 avqust tarixli qətnaməsinin tam şəkildə icra edildiyi 2022-ci il 5 iyul tarixinədək olan dövr üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda üzrə 11.748,49 manat məbləğində borcun və 2022-ci il 5 iyul tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə 15% dərəcəsi ilə hesablanmış 12.770 manat məbləğində peniya üzrə borcun cavabdehdən tutulmasını və tutmanın 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyası 2022-ci il 5 iyul tarixinə qədər kred it üzrə vaxtı keçmiş əsas borc məbləğinə 15% dərəcəsi ilə hesablanmış 12.770 manat məbləğində peniya üzrə borcun cavabdehdən tutulması tələbinin əsassız olmasına dair işə baxmış məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin göstərilən iddia tələbinə aid hissədə gəldiyi nəticə üzrə əsaslandırılmış hər hansı dəlil irəli sürülməmişdir.

32. İşə baxmış məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinin rədd olunması nəticəsini belə əsaslandırmışlar ki, iddiaçının gecikdiril miş hesab etdiyi 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinə qədər olan zaman kəsiyində öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəfindən apellyasiya şikayəti, Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsindən isə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında 2022-ci il 1 mart tarixində baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunmuşdur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmamışdır.

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

34. Belə ki, iddiaçının əldən çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsi tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kredit or gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək ) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.”

38. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqa viləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.

39. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdi rilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

40. Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sü but etmək yükündən azad etmişdir.

41. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının 2019-ci il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul əldən çıxmış fayda formasında zərərin əvəzinin tutulması tələbinə MM-in 445.7-ci maddəsini tətbiq etməmiş, həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan mövqeyini nəzərə almamışdır.

42. İşə baxmış məhkəmələrin kredit müqaviləsi üzrə münasibətlərə xitam verilməsi, əsas öhdəliyin xitamının 1-ci ipoteka müqaviləsinin də xitamına səbəb olması ilə bağlı gəldiyi nəticə ilə bağlı isə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə o lunmuş hüquqi mövqeyə əsasən, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.... MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni-tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı və ziyyətə düşür.

43. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarda qeyd olunmuşdur ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

44. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 2012-ci il 6 sentyabr tarixli ipoteka müqaviləsinin 3.1-ci maddəs inə əsasən bu müqavilə üzrə ipoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki ödəmə anına-kredit üzrə əsas borc məbləği, kreditdən istifadəyə görə hesablanmış faizlər, kreditin vaxtında qaytarılmamasına görə hesablanmış cərimə faizləri, İpoteka verənin İpoteka saxlayan qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yp lazımınca yerinə yetirməməsi üzündən İpoteka saxlayana dəymiş zərər və ipoteka predmetinə ödəniş yönədilməsi ilə bağlı ipoteka saxlapyanın çəkdiyi xərclər də daxil olmaqla-malik olduqları tam həcmdə təmin edir. 45. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklə rini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. (Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)

46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən-1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8 % dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əl dən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

47. İşə yenidən baxılarkən, iddiaçının 2019-cu il 18 oktyabr tarixindən-Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsinin tam şəkildə icra edildiyi 2022-ci il 5 iyul tarixinədək olan dövr üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda üzrə 11.748,49 manat məbləğində borcun tutulması və tutmanın 1-ci ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaka yönədilməsi tələbinə MM-nin 445.7-ci maddəsinin tələbləri, tərəflər arasında bağlanmış 2012-ci il 6 sentyabr tarixli ipoteka müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.

48. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-261/2023 nömrəli 2023-cü il 22 dekabr tarixli qətnaməsi qismən - 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8 % dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, fərdi y aşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar