Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-194/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun tutulması, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103) -527/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC (bundan sonra - “iddiaçı” və ya “bank”) Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə əsasən, iddiaçı cavabdehə 428.150 manat məbləğində 12 ay müddətinə illik 12 faizlə kredit xətti açmağı, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 2012-ci il 6 yanvar tarixli təminatsız kredit xətti müqaviləsi 2012-ci il 29 dekabr tarixli 1 saylı əlavəyə və 2014-cü il 30 yanvar tarixli 2 saylı əlavəyə əsasən hər dəfə eyni şərtlərlə 12 ay müddətinə uzadılmışdır.
3. İddiaçı 2019-cu il 31 yanvar tarixində cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq, cəmi 127.627,05 manat kredit borcunun 5 gün müddətində ödənilməsi, əks təqdirdə borc məbləğinin məhkəmə qaydasında tutulması istiqamətində tədbir görüləcəyi barədə xəbədarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavbdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı kredit müqaviləsinə əsasən 2019-cu il 29 yanvar tarixinə faiz borcu üzrə 75.658,02 manat, cərimə üzrə 36.170,85 manat, müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanan borc üzrə 15.798,18 manat olmaqla, ümumilikdə 127.627,05 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30 m anat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və 2019-cu il 29 yanvar tarixinə tələbdə qeyd olunan məbləğlərdə borcu yaranmışdır.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci 15 yanvar tarixli 17941 saylı rəyində cavabdehin iddiaçıya müqavilə müddətinin sonuna 2013-cü il 6 yanvar tarixinə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla, ümumilikdə 161.656,68 manat, 2019-cu il 16 aprel tarixinə illik 5% hesablanmaqla faiz bor cu üzrə 9.292,30 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.
7. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 8 may tarixli, 9/1114 saylı rəyində 2012-ci il 6 yanvar tarixli, 01K/12 nömrəli təminatsız kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına müvafiq olaraq cavabdehin iddiaçıya 2013-cü il 6 yanvar tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla ümumilikdə 161.656,16 manat, 2019-cu il 16 aprel tarixinə 5% hesablanmaqla faiz borcu üz rə 33.545,37 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.
8. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 7 avqust tarixli 9/2525 saylı rəyinə əsasən 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinin şərtləri, 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı təminatsız kredit xətti müqaviləsinə dair 1 və 2 saylı əlavələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına müvafiq olaraq cavabdehin iddiaçıya 2015-ci il 6 yanvar tarixinə əsas borcu 242.530,68 manat, faiz borcu 45.977,24 manat olmaqla, ümumilikdə 288.5 07,92 manat, 2019-cu il 16 aprel, yəni iddia ərizəsinin verilmə tarixinədək 5% hesablanmaqla ümumilikdə faiz borcunun 61.775,42 manat olduğu müəyyən edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli 2-2(113)-84/2020 nömrəli qətnaməsi iddia qismən təmin edilərək, cavabdehdən 45.977,24 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim F.Qasımov).
10. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəylərini (bax §6-8) işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert r əyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45977,24 manat təşkil edir.
11. Bununla belə, iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Belə ki, əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, yəni əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də, iddia müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin oluna bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 445.7, 462.1, 466.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(103)-97/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim - V.Baxışova, hakimlər - C.Yusifov və R.Qurbanov).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və ə saslandırma (bax §9-12) ilə razılaşaraq, əlavə olarq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Ekspert rəylərindən görünür ki, işdəki hesabdan çıxarış məlumatlarında cavabdehə bank tərəfindən dəbbə pulu hesablandığı öz əksini tapmır. Bank tərəfindən tələb edilən 36.170,85 manat dəbbə pulu məbləğinin hansı dövr üçün və hansı məbləğə hesablanması barədə məhkəməyə maliyyə arayışı təqdim olunmadığından məhkəmə dəbbə pulu ilə bağlı hissədə iddianı düzgün olaraq təmin etməm işdir.
16. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına göndərilməsini və ya iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 may tarixli 2-2(102)-182/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən məruzəçi hakim B.Qəribov, hakimlər - İ.Dadaşov və B.Məmmədli).
18. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdi r ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni kredit xətti müqaviləsinin 2015-ci il 6 yanvar tarixində bitdiyi halda əsas borcun 2016-cı il 25 aprel tarixində tam ödənilməsinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün olan cərimə və dəbbə borcu hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, müqavilə müddətinin bitdiyi 2015-ci il 6 yanvar tarixə 288.507,92 manat əsas, 45.977,24 manat isə faiz borcu vardır. İş materiallarında olan 2019-cu il 29 yanvar tarixli maliyyə arayışına əsasən kredit üzrə son ödəniş tarixi 2016-cı il 25 aprel tarixi olmuşdur. Bu faktın mövcudluğuna hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cərimə borcu və dəbbə pulu hssəsilə əlaqədar yekun nəticəyə gələrkən mülki hüquq normalarının və no rmativ hüquqi xarakterli aktların tələbləri baxımından əlaqələndirməklə hüquqi qiymət verməmişdir. 19. 2012-ci il 6 yanvar tarxli müqavilənin 5.1-ci bəndindən görünür ki, borc alan üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsinə və ya müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. İşdən isə borcalanın üzərinə düşən öhdəlikləri müqavilə müddətində müəyyənləşdirilmiş müddətdə icra etmədiyi görünmüş, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi dəbbə pulu ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün olmayan nəticəyə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Cavabdeh də 2022-ci il 17 yanvar tarixində apelyasiya şikayəti verərək brinci instansiya məhkəməsinin qətnaməsini n ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Yeni apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 12 noyabr tarixli, 9/7408 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya 2015-ci il 6 yanvar tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45977,24 manat olmaqla, ümumilikdə 288.507,92 manat, 2016-cı il 4 aprel tarixinə əsas borc üzrə 242530,68 manat, faiz borcu üzrə 45977,24 manat, illik 5% üzrə 15090,80 manat olmaqla, ümumilikdə 303598,72 manat, 2016-cı il 25 aprel tarixinə əsas borc 0,00 manat, faiz borcu üzrə 45977,24 manat və illik 5% üzrə 15090,80 manat olmaqla, ümumilikdə 61775,42 manat borcunun olduğu müəyyən edilmişdir.
22. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli 2-2(103)-726/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən 5%-lə hesablanan 15798,18 manat məbləğində faiz borcu (zərər) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – A.Hüseynov və E.Həsənov).
23. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya baxışının hədləri ilə bağlı göstərmişdir ki, Ali Məhkəmənin 2021-ci il 19 may tarixli qərarı qəbul edilən and an qüvvəyə mindiyindən, birinci instansiya məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cərimə məbləğlərinin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə qismən yoxlanılır.
24. Apellyasiya məhkəməsi bu hissədə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq işin yeni apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 2021-ci il 12 noyabr tarixli ekspert rəyi ilə cavabdehin 2016-cı il 25 aprel tarixinədək (son ödənişin tarixinə) faiz borcunun (illik 5%-lə) 15.798,18 manat təşkil etdi yi müəyyən olunmuş, həmin ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəyin mötəbər sayılmaması üçün hər hansı əsaslar müəyyən olunmamışdır. Bu mənada məhkəmə iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab etmişdir ki, iddia MM-in 445.7-ci maddəsinin tələbinə müvafiq qaydada həmin hissədə də təmin olunmalı idi. Belə ki, cavabdehin pul məbləğinin ödənilməsi ilə bağlı müqavilə öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi iş materialları ilə təsdiqini tapır, iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsi isə sübut olunmur.
25. İddiaçı 2016-cı ilin fevral ayından müflis elan edilib, barəsində iflas proseduruna başlandığından, onun tərəfindən yeni kreditlərin verilməsi məhdudlaşdırılmışdır. Bu baxımdan, iddiaçı yalnız iş üzrə kredit müqaviləsinin müddətinin son tarixi 2015-ci il 6 yanvar tarixi ilə müflis elan edildiyi 2016-cı il 1 fevral tarixədək yeni kredit müqavilələrinin bağlanması yönündən əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim edə bilərdi ki, belə sübutlar da təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu isə 2014-cü il 24 dekabr tarixli Qərarında şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxm ış faydanın) ödənilməsini tələb edə bilər.
26. Kollegiya hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin cərimə borcu (dəbbə pulu) tələbinə dair dəlili əsassız olmuşdur. Belə ki, iddiaçı bu dəlilini ümumi ifadələrlə qeyd etmiş, dəbbə pulunun hansı tarixdən nə vaxtadək neçə müddətə necə hesabladığı barədə açıqlama verməmiş, işdə bununla bağlı izahedici arayış olmamışdır. Həmçinin, 2021-ci il 12 noyabr tarixli ekspert rəyində də bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatlarının təqdim edilmədiyi göstərilmişdir.
27. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2014cü il 24 dekabr tarixli Qərarında aydın şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə müqavilə ilə nəzərdə tutulan faiz və cərimələr hesablaya bilməz, onlar yalnız zərər qaydasında tələb edilə bilər. İddiaçı özü 2019-cu il 29 yanvar tarixli maliyyə arayışında cavabdehin kredit müqaviləsinin bitmə tarixinə cərimə borcunun olmadığını göstərmiş, sonuncuya 36.170,85 manat məbləğdə cərimə borcunu isə kredit müqaviləsinin bitmə tarixi ilə maliyyə arayışının tarixi aralığına hesablamışdır.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmənin mötəbər qəbul etdiyi 2021-ci il 12 noyabr tarixli ekspert rəyi ilə cavabdehin iddiaçıya 2016-cı il 25 aprel tarixinə faiz borcunun 45.977,24 manat, illik 5%-lə faiz borcunun isə 15.090,80 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, istifad ə olunan kreditin məbləği 659.270 manat, cavabdehin 2015-ci il 6 yanvar tarixə əsas borcunun məbləği 242.530,68 manat olmuş, sonuncu məbləğ 2016-cı il 25 aprel tarixdə ödənilmişdir. Başqa sözlə, 2015-ci il 6 yanvar tarixinə cavabdehin iddiaçıya 242.530,68 manat məbləğdə ödənilməmiş əsas borcu qaldığı dövrdə onun iddiaçıya 2019-cu il 29 yanvar tarixli maliyyə arayışına əsasən 37.096,57 manat məbləğdə, 2021-ci il 12 noyabr tarixli ekspert rəyinə görə isə 45.977,24 manat məbləğdə ödənilməmiş qalan faiz borcu (12%) var idi.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 427.3, 442, 443.1, 443.2, 443.4, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 462.1, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına və MPM-in 14.2, 77, 88, 101.6, 101.7, 103.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunmuşdur. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-2(102)-65/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - cavabdehin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə göndərilmişdir (məruzəçi hakim K.Abiyeva, hakimlər - E.Şamayev və V.Həsənov).
32. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 15.798,18 manat məbləğdə faiz borcunun tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə və MM-in 445.7-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən faiz borcunun (zərər) tutularaq iddiaçıya ödənilməsi hissəsində kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun o laraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Bununla belə, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən belə qənaətə gəlmişdir ki, Ali Məhkəmənin 2021-ci il 19 may tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, birinci instansiyası məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cərimə məbləğlərinin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı eyni hissədə qismən yoxlanılır.
34. Halbuki, iş ə birinci dəfə kassasiya qaydasında iddiaçının kassasiya şikayəti əsasında baxılarkən məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-nin 403-cü maddəsinin tələblərinə müvafiq olaraq, yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində yoxlanılmışdır. Başqa sözlə, iddianın qismən təmin olunan hissəsi üzrə şikayət olmadığından həmin hissə üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Bu səbəbdən məhkəmə qərarının “qərara aldı” hissəsində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması göstərilməmiş, qətnamə yalnız cərimə borcu və dəbbə pulunun tutulması hissəsində ləğv edilərək, yeni apellyasiya baxışına göndərilmişdir.
35. Bundan əlavə, apellyasiya məhkəməsi qətnaməsində həm cavabdehin apellyasiya şikayətinin əsassız olmasını, həm də birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlamadığını göstərməklə, ziddiyyətli nəticəyə gəlmişdir.
36. Göründüyü kimi, apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməyən hissə üzrə cavabdehin işin yeni apellyasiya baxışında verdiyi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verəməməklə MPM-in 360 və 327ci maddələrinin tələblərini pozmuşdur. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103)-527/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 45.977,24 manat məbləğində faiz borcunun cavabdehdən tu tularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 37.263,30 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – S.Bəhrəmzadə, hakimlər – X.Mərdanova və E.Həsənov).
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmeti faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlıdır.
39. Bu apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 9 oktyabr tarixli 9/6303 nömrəli ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları, 2012-ci il 6 yanvar tarixli, 01K/12 təminatsız kredit xətti müqaviləsinin şərtləri, 2012-ci il 6 yanvar tarixli, 01K/12 təminatsız kredit xətti müqaviləsinə dair 01 və 02 saylı əlavələrə əsasən cavabdehin 2015-ci il 6 yanvar tarixə (müqavilə müddətinin sonuna) iddiaçıya olan borcu 279,293,98 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 37.263,30 manat, həmçinin çıxarış məlumatlarından göründüyü kimi 2015-ci il 6 yanvar tarixdən sonra (yəni 2016-cı il 25 aprel - 2016-cı il 3 may tarixədək) ümumilikdə 242.530,68 manat məbləğində ödəniş edilmişdir ki, həmin məbləğin əsas borca silinməsi müəyyən edilir. 242.530,68 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 37.263,30 AZN (279.793,98 - 242.530,68) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 0,00 AZN, faiz borcu üzrə 37.263,30 AZN. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı («kreditor») ilə cavabdeh («borcalan») arasında 2012-ci il 6 yanvar tarixli, 01K/12 saylı, 428.150,00 manat mə bləğində, illik faiz dərəcəsi 12% olmaqla, 12 ay müddətinə təminatsız kredit xətti müqaviləsi bağlanmışdır. Həmçinin təqdim edilimiş hesabdan çıxarış məlumatlarına əsasən kredit xətti müqaviləsi üzrə kreditdən istifadə olunan pul vəsaitinin həcmi ümumilikdə 659.270,00 manat məbləğində (ilkin məxaric olunan 428150,00 manat+sonradan məxaric olunan ümumilikdə 231120,00 manat) müəyyən edilir. Cavabdeh tərəfindən 2012-ci il 6 yanvar tarixindən 2016-cı il 3 may tarixinədək ümumilikdə 709181,32 manat iddiaçıya ödənilmiş, 709181,32 manat məbləğində puldan 49911,32 manat faizlərə, 659270,00 manat isə əsas borca silinməsi müəyyən edilir. Həmin ödənişlər, təyinatları, silinmə ardıcıllığına dair məlumatlar iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyində olan qrafikdə (1-ci qrafada ödəniş t arixləri, 2 - ödənişlər, 3 ödəniş və məxaric olunan məbləğlərə dair tarixlər arasındakt gün fərqi, 4-1 günə düşən faiz borcu, 5 - hesablanan faiz, 6 - ödənilən faiz borcu, 7 - ödənilən əsas borc, 8 - əsas borc üzrə qalıq, 9 - faiz borcu üzrə qalıq, 10 - istifadə (məxaric olunan məbləğ, 11 - illik faiz dərəcəsi) öz əksini tapdığı qeyd olunmuşdur.
40. Məhkəmə kollegiyası faiz məbləği ilə bağlı ekspert rəyinin mötəbərliyini qəbul etməklə qeyd etmişdir ki, bütün ödənişlərin təyinatı üzrə ətraflı şəkildə hansı qaydada silinməsi göstərilmiş və yekun olaraq silinmələr nəzərə alınmaqla qərardadda göstərilən tarixə faiz borcunun 37.263,30 manat olması müəyyən edilmişdir. İşin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyini icra etsə də, faiz borcuna aid hissədə öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. MM-in 527.1, 528-ci maddələri üzrə - tərəflər arasında bağlanmış 2012-ci il 6 yanvar tarixli 01K\12 nömrəli kredit xətti müqaviləsinin müddəti 2 dəfə hər dəfə 1 il olmaqla artırılmış və kredit müqaviləsinin müddəti 2015-ci il 6 yanvar tarixinə kimi müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, kr edit müqaviləsinin dəyəri 428.150 manat təşkil etmişdir. Keçirilmiş bir neçə məhkəmə-mühasibatlıq ekspertizaları ilə cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə əsas borca görə 659.270,00 manat pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Belə olan təqdirdə, götürülmüş 428.150 manat kredit məbləğinə görə cavabdeh tərəfindən 659.270,00 manat pul vəsaiti yalnız əsas borca görə ödənilmiş, beləliklə borclu kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini tam olaraq, hətta artıqlaması ilə icra etmişdir.
43. MPM-in 77.1, 217.3-cü maddələri üzrə - mübahisəsi gedən müqavilə üzrə borc məbləği yoxdur, kredit öhdəlikləri cavabdeh tərəfindən tam olaraq icra olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi isə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsasl andırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, kassasiya şikayəti formal mülahizələr əsasında verilmişdir. Kassator şikayətində heç bir halı mübahisələndirməyərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmiş, şikayətində qeyd etdiyi hallar barədə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcüd olmasına dair sübutları məhkəməyə tədqim edə bilməmişdir. Kassasiya baxışının hədləri
45. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pu la və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödə nilməlidir.”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymət ləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
101. Ekspert rəyi... 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Eksperti n rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İlk növbədə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan faiz borcunu müəyyən edərkən qeyd etmişdir ki, həmin apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 9 oktyabr tarixli 9/6303 nömrəli ekspert rəyində bütün ödənişlərin təyinatı üzrə ətraflı şəkildə hansı qaydada silinməsi göstərilmiş və yekun olaraq silinmələr nəzərə alınmaqla qərardadda göstərilən tarixə faiz borcunun 37.263,30 manat olması müəyyən edilmişdir. İşin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyini icra etsə də, faiz borcuna aid hissədə öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilmiş məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir
52. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual tələblərə əməl etməklə tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməklə həmin sübutları və cavabdeh tərəfindən bu istiqamətdə irəli sürülmüş dəlilləri nəyə görə mötəbər hesab etmədiyini əsaslandırmışdır. Cavabdeh isə kassasiya şikayətində məhkəmənin bu əsaslandırması razılaşmadığını ümumi formada ifadə etsə də, bu hissədə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ilə ba ğlı konkret dəlillər irəli sürməmişdir.
53. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alan belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103)-527/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.