Məhkəmə qərarları › İş №2-2(102)-194/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-194/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-194/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddiası ilə bağlı kommersiya iş üzrə QƏRARDADİ İş № 2-2(102)-194/2025 (Açar sözlər: prosessual hüquq varisliyi) 6 mart 2025-ci il Bakı şəhəri Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı Filialının cavabdehlər Cavabdeh2 MMC, Cava bdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2024 nömrəli, 1 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə baxılarkən, iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi barədə iddiaçının vəkili Vəkil3 tərəfindən verilmiş ərizəyə 6 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi:

1. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı Filialı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı 2022-ci il 4 may tarixində iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək: - cavabdehlərdən müştərək qaydada onun xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat borcun, 2013-cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 2022-ci il 4 may tarixindən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin; - ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka pre dmetinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma ipoteka predmetinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin bağ evindən çıxarılmaları, bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2-2(113)-78/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zeynəb Axundova) idd ia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilki n satış qiymətinin 118.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

3. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, həmin qətnamənin ona aid olan hissədə ləğv olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-545/202 3 nömrəli, 8 iyun 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv olunmuş və həmin hissədə iddia rədd edilm işdir.

5. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq, iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)556/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Bəhram Məmmədli (məruzəçi), Bəhman Qəribov və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-160/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və m əruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “tutmanın ipoteka predmeti olan Cavabdeh4 məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv olunaraq, həmin hissədə iddia rədd edilmişdir.

8. Qətnamədən iddi açı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22(102)-341/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər Kəmalə Abiyeva (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2024 nömrəli, 1 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ziya Şirinov (sədrli k edən və məruzəçi), Leyla Əliyeva və Təranə Mahmudova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, apellyatorun ödədiyi dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, iddiaçının iddia ərizəsi üçün ödədiyi dövlət rüsumu və mediasiya xərcinin iddiaçının özünə aid olunması qət edilmişdir.

11. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barəd ə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

12. Kommersiya işi məhkəmənin icraatında olduğu vaxt iddiaçının vəkili Vəkil3 iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi X1 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə (Protokol № 45) Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir. Pakistan Milli Bankının təsisçilərinin 27 dekabr 2024-cü il tarixli, 1-A saylı qərarı ilə bankın Bakı Filialının ləğvetmə balansı təsdiq edilmiş, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Filialın fəaliyyətinə xitam verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mərkəzi Banka və dövlət qeydiyyat orqanlarına ərizə verilməsinə icazə verilmişdir. Bankın Kredit Komitəsinin 12 noyabr 2024-cü il tarixli, 109-cu iclas protokoluna əsasən, Bankın debitorları üzrə məsləhətçi kimi "xxxx" MMC-nin xidmətlərindən istifadə edilməsinə razılıq verilmişdir. Baş ofis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Etibarnaməyə əsasən, Bankın Azərbaycan Respublikasının məhkəmələrində təmsil olunması Vəkillər Kollegiyasının üzvü kimi ona etibar edilmişdir. Ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə və qeyd edilənlərə əsasən, ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialının prosessual hüquq varisi kimi Pakistan Milli Bankı ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuşdur.

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

16. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

17. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.

19. Azərbaycan Respublikası MPM-in 417.1.7-ci maddəsinə əs asən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

20. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçının vəkili Vəkil3 iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi barədə ərizəsi nəzərə alınaraq, kommersiya işinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-194/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq, iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi ilə bağlı ərizədə qe yd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda izah olunmalıdır ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

21. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2024 nömrəli, 1 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı Filialı (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kom mersiya Kollegiyasının 2-2(102)-194/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. Kommersiya işi məhkəmə baxışından çıxarılsın. Kommersiya işinin materialları iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı Filialının Pakistan Milli Bankı ilə əvəz edilməsi məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar