Məhkəmə qərarları › İş №2-2(102)-195/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-195/2020

24.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh «xxxx» mənzil tikinti kooperativinə qarşı iş üzrə QƏRAR (açar sözlər: xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatına əsasən cavabdehin 523.999,26 manat aktiv vergi borcu vardır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, N.Nəcəfzadənin katibliyi ilə, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh «xxxx» mənzil tikinti kooperativinə qarşı 677048 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşd ırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-09/2020 saylı qətnaməsindən cavabdeh «xxxx» mənzil tikinti kooperativi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh «xxxx» mənzil tikinti kooperativinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 593120,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 677048 manat məbləğində siyahıya alınmış əmlakını n ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmiş, lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxx 2019-cu il tarixli qərar çıxarmışdır. Qəra r əsasında vergi ödəyicisinin xx xxxxxx 2019-cu il tarixə yaranan 593.120,15 manat borcuna görə 677.048 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxxxx 2019-cu il tarixli Protokol tərtib edilmiş və protokola həmin əmlakın siyahısını əlavə etmişlər. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 523.999,26 manat ödənilməmiş borcu qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)368/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 2 saylı Əraz i Vergilər Baş İdarəsi tərəfindən "xxxx" mənzil tikinti kooperativinin siyahıya alınmış 677.048 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" mənzil tikinti kooperativinin dövlət büdcəsinə olan 523.999,26 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir ( hakim - Z.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-09/2020 saylı qətnaməsi ilə (sədrlik edən Z.İ.Məmmədov, hakimlər T.O.Quliyev və F.Ə.Məmmədov) cavabdeh «xxxx» mənzil tikinti kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, Sumq ayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» mənzil tikinti kooperativi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan və iş üzrə toplanmış digər sübutlarla yanaşı y oxlamadan qətnamə çıxarmaqla prossesual hüquq normalarının tələblərini pozmuş, prosessual hüquq normalarının tələblərinin məhkəmə tərəfindən pozulması yekun nəticədə məhkəmənin iş üzrə səhv nəticəyə gəlməsinə səbəb olmuş, məhkəmə səhv nəticəyə gəldiyi üçün qanunu səhv təfsir edərək tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, məhkəmənin iş üzrə gəldiyi nəticə iş materiallarında olan sübutlarla təsdiq edilmir, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi və cavabdeh «xxxx» MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etmə mişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinın və cavabdeh «xxxx» MTK-nınməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkə məsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-09/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» mənzil tikinti kooperativi xx xxxx 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, şəxsi hesab vərəqəsinə görə cavabdehin xx xxxxxx 2019-cu il tarixə 593.120,15 manat borcu vardır, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********7 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmış, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2019-cu il tarixli **********7 saylı protokola və ona əlavə edilmi ş siyahıya görə cavabdehin 677.048 manat məbləğində əmlakı siyahıya alınmış, xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatına əsasən cavabdehin 523.999,26 manat aktiv vergi borcu vardır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixə 593.120,15 manat borcu olmuş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə vergi borclarını vaxtında ödəmədiyi üçün cavabdehin 677.048 manat məbləğində əmlakı siyahıya alınmış, cavabdeh tərəfindən vergi borcu üzrə qismən ödənişlər edilmiş, cavabdeh apellyasiya şikayətində cinayət təqibini aparan orqan ilə iddiaçı arasında ödənişin hissə-hissə icra edilməsi barədə razılıq əldə olunduğunu qeyd etsə də, cavabdeh bununla bağlı məhkəməyə heç bir süb ut təqdim etməmiş, xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatına əsasən cavabdehin 523.999,26 manat aktiv vergi borcu vardır, borc məbləğinin ondan az olması barədə isə cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmiş, cavabdeh həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında borcunun olmasını etiraf etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Məcəllənin 89.1-ci maddəsinə əs asən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin 677.048 manat məbləğində əmlakının siyahıya alınaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2019-cu il tarixli **********7 saylı protokol tərtib edildiyini, cavabdeh tərəfindən qismən vergi borcu üzrə ödənişlərin edildiyini, cavabdeh apellyasiya şikayətində cinayət təqibini aparan orqan ilə iddiaçı arasında ödənişin hissə-hissə icra edilməsi barədə razılıq əldə olunmasını qeyd etsə də, cavabdehin bununla bağlı məhkəməyə heç bir sübu t təqdim etmədiyini, həmçinin xx xxxxxx 2019-cu il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən cavabdehin 523.999,26 manat aktiv vergi borcunun olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Su mqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-09/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-09/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar