Məhkəmə qərarları › İş №2-2(102)-195/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-195/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-ə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, iddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-in nümayəndəsi və vəkili Vəkil1 iştirakı il ə, İddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2016-cı il 27 yanvar tarixli, 10 №-li kredit müqaviləsinin (bundan sonra-Müqavilə) surətindən görünür ki, “xxxx” KB ASC (bundan sonra-ASC) Cavabdeh MMC-ə (bundan sonra-MMC) 12 ay müddətinə illik 5,5 faiz dərəcəsi ilə, 18.500.000, manat məbləğində kredit verməyi, MMC isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür.

2. Müqavilənin 5.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün 11% cərimə ödəməlidir.

3. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən borc alan razılaşdırılmış ödəniş şərtlərini pozduqda, krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə bank borcalana borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,1 faizi miqdarında dəbbə pulu tətbiq edə bilər.

4. ASC-in 2019-cu il 6 avqust tarixli arayışında qeyd olunmuşdur ki, MMCin Müqavilə üzrə 13.612.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3.637.933,4 manat cərimə, 2.155.792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərar ına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19.550.638,55 manat kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə 14.700.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 1.664.572,29 manat cərimə, 1.973.361,11 manat müddət birdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 18.482.846,33 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə MMC arasında bağl anmış Müqaviləyə əsasən sonuncuya 12 ay müddətinə illik 5.5% dərəcəsi ilə 18.500.000 manat məbləğində kredit verilmişdir. MMC kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Hal–hazırda borcun məbləği 14.700.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 1.664.572,29 manat cərimə, 1.973.361,11 manat müddət bitdikdən sonra Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 18.482.846,33 manat təşkil edir.

7. Sonradan, ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək MMC-dən Müqavilə üzrə 13.812.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3.637.933,4 manat cərimə, 2.138.527,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19.733.373,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş dir.

8. ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək MMC-dən Müqavilə üzrə 13.612.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3.637.933,4 manat cərimə, 2.155.792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19.550.638,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 avqust tarixli, 2-2(82)650/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə–mühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Məhkəmə-mühasiba tlıq ekspertizasının 2020-ci il 17 yanvar tarixli, 28732 №-li rəyində qeyd olunmuşdur ki, MMC-in ASC-ə kredit müqaviləsinin müddətinin bitdiyi 2017ci il 27 yanvar tarixinə olan borcu 18.570.423,04 manat məbləğində, maliyyə arayışında göstərilən borcun hesablandığı tarixə olan cəmi borcu isə 15.408.965,17 manat müəyyən olunur (kredit müqaviləsinin bitdiyi 2017-ci il 27 yanvar tarixindən 2019-cu il 25 iyul tarixinədək olan dövr üzrə illik faiz dərəcəsi 5% dərəcəsi olmaqla hesablanmışdır). O cümlədən kredit müqaviləsinin müddətinin bitdiyi 2017-ci il 27 yanvar tarixinə əsas borc üzrə 18.488.711,92 manat, faiz borcu üzrə 81.811,12 manat, maliyyə arayışında borcun hesablandığı 2019-cu il 25 iyul tarixinə 13.800.711 manat, faiz borcu üzrə 1.608.253,25 manat təşkil edir. Bundan başqa, ekspertiza tədqiqatı zamanı müəyyən edilir ki, MMC-in maliyyə arayışında borcun hesablandığı 2019-cu il 25 iyul tarixindən sonra da ASC-ə ayrı– ayrı tarixlərdə ümumi məbləği 950.000 manat olmaqla ödənişlər aparılmışdır. Aparılmış tədqiqatla təqdim olunmuş hesabdan çıxarış məlumatlarından da göründüyü kimi ödənişlərin əsas borcdan silinməsi müəyyən olunur. Beləliklə, MMC-in ASC-ə olan borcu 12.850.711 manat (13.800.711-950.000) məbləğində əsas borc, 1.608.253,25 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 14.458.964,25 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatı zamanı müqavilədə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cərimə borcu hesablanmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 7 avqust tarixli 2-2(113)-393/2020 saylı qətnaməsi ilə ASC-in MMC-ə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin olunmuş, müqavilə üzrə əsas borc 12.850.711 manat, faiz borcu 1.608.253,25 manat, cərimə 500.000 manat olmaqla, ümumilikdə 14.958.964,25 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq ASC-ə ödənilməsi qət olunmuşdur. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq ASC-ə ödənilmişdir. Məhkəmə –mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi MMC-dən, 35 manat məbləğində hissəsi ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilmişdir (ha kim F.Qasımov).

12. Məhkəmə hesab etmişdir, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 13.812.000 manat məbləğində əsas borca tənasübsüz olaraq 3.637.933,4 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şəraityaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən tam icra olunmamış, müqavilənin müddəti i sə 2017-ci il 27 yanvar tarixində bitmiş, lakin iddiaçı tərəfindən məhkəməyə müqavilənin müddəti bitdikdən təxminən 2 il 3 ay keçdikdən sonra–2019-cu il 8 may tarixində müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesablanmış 3.637.933,4 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 500.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, 12.850.711 manat məbləğində əsas borc, 1.608.253,25 manat məbləğində faiz borcu və 500.000 manat məbləğində cərimə olmaqla ümumilikdə 14.95 8.964,25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 427.3, 462.1, 463.1, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin qismən 500.000 manat cərimənin ödənilməsi hissəsində ləğv olunması və apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsindəki icraat

15. Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsi ilə cavabdeh MMC-in apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 7 avqust tarixli, 2-2(113)-393/202020 saylı qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh MMC-dən Müqavilə üzrə 12.850.711 manat əsas borc, 1.608.253,25 manat faiz borcu və 50.000 manat cərimə borcu olmaqla, ümumilikdə,14.508.964 manat məbləğində pul vəsaiti iddiaçı ASC-in xeyrinə tutulması qət olunmuşdur (sədrlik edən –C.Yusifov, hakimlər – R.Qurbanov və E.Kazımov).

16. Bu məhkəmə qeyd etmişdir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində kredit müqaviləsi üzrə borcun gecikdirildiyinə görə 3.657.933,40 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahi ş etsə də, həm dəqiqqləşdirilmiş iddia tələbində, həm də maliyyə arayında yuxarıda qeyd olunan müqavilə şərtlərinə müvafiq qaydada cərimə borcunun hesablanması əsaslandırılmamışdır. Ümumiyyətlə, iddiaçı tərəfindən gecikmə günlərinə aydınlıq gətirilməmiş, qeyd olunan cərimənin tərkibi açıqlanmamış, müqavilə üzrə faiz borcunu da ikiqat üstələyən məbləğdə cərimənin ödənilməsini cavabdehdən tələb etmişdir. Digər tərəfdən iddiaçı tələbində vaxtı keçmiş borca görə illik 11 faiz, hər gecikdirilmiş gün üçün ödənilməyən gün üçün 0,1 faiz miqdarında cərimə məbləği tələb etdiyi halda, həm də Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən illik beş faizin də cavabdehdən tutulmasını tələb etmişdir. Halbuki, Məcəllənin 445.7-ci maddəsi digər əsaslardan çıxış edərək daha yüksək məbləğ tələb edə bilmədiy i halda, illik beş faizin ödənilməsini tələb edə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə konkret halda, başqa əsaslardan çıxış edərək, həm vaxtı keçmiş borca görə illik 11 faiz, həm hər gecikdirilmiş hər günə görə 0,1 faiz miqdarında cərimə ödənilməsini tələb etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət olunan 500.000 manat cərimə məbləğinin də tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirir və həmin cərimə məbləğinin 10 dəfə azaldılaraq 50.000 manat həddində təyin edilməsini, həm işin qeyd olunan hallarına, həm də hazırki zaman çərçivəsində hər iki tərəfin əmlak mənafeyinə mütənasib və ədalətli olan nəticə hesab edir.

17. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 445.7, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabde h MMC həmin qətnamədən 2021-ci il 22 yanvar tarixində kassasiya şikayəti verərək qətnamənin 50.000 manat cərimə borcunun iddiaçı ASC-in xeyrinə tutulması hissəsində ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. İddiaçı ASC həmin qətnamədən 2021-ci il 11 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və Bakı Kommersiya Məhkəməsinin 2019-cu il 7 avqust tarixli, 2-2(103)-393/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) cavabdehin kassasiya şikayətinin dəlilləri

20. MMC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi 500.000 manat cərimə tutulması hissəsində mübahisələndirilmiş və cavabdehin mübahisəli kredit müqaviləsi üzrə cərimənin öd ənilməsi hissəsini qəbul etmədiyi göstərilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi bütün əsaslı mənafeləri nəzərə alaraq nəzərə çarpacaq qədər həmin məbləği azaltmış, lakin MMC ümumiyyətlə cərimənin saxlanılması ilə razılaşmamışdır.

22. Belə ki, MMC mübahisəli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməkdən yayınmamışdır. Hətta hazırki məhkəmə mübahisəsi getdiyi müddət ərzində cavabdeh kifayət qədər böyük məbləğdə - 950.000 manat məbləğində vəsaiti iddiaçıya ödəmişdir.

23. Lakin cavabdehdən asılı olmayan səbəbdən, koronavirus epidemiyası və bu epidemiya çərçivəsində ölkədə görülən tədbirlər öhdəliklərin icrasında çətinlik törətdiyi üçün MMC tərəfindən ödəniş həyata keçirilməmişdir.

24. Belə olduğu halda hesab olunur ki, məhkəmə tərəfindən hamı üçün gözlənilməz olan pandemiyanın ba ş verməsi və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınaraq MMC-in üzərinə faiz borcundan əlavə cərimə hesablanmamalıdır. b) iddiaçının kassasiya şikayətinin dəlilləri

25. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən tələbində vaxtı keçmiş borca görə illik 11 faiz, hər gecikdirilmiş gün üçün ödənilməyən gün üçün 0,1 faiz miqdarında cərimə məbləği, bundan əlavə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən illik 5 faiz də cavabdehdən tutulmasını tələb etdiyindən Bakı Kommersiya Məhkəməsinin 2019-cu il 7 avqust tarixli, 2-2(113)-393/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş 500.000 manat cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz surət də yüksək olması səbəbi ilə azaldılaraq 50.000 manat məbləğində müəyyən edilməlidir.

26. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2020-ci il 10 dekabr tarixli, 22(103)-564/2020 saylı qətnaməsində 500.000 manat cərimə məbləğinin hansı meyar və hesablama ilə 50.000 manatadək azaldılması əsaslandırılmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan sübutlar nəzərə alınmamışdır.

27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının cavabdehdən 3.637.933,4 manat cərimə borcu, 2.155.792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanan faiz borcu tələb etdiyi halda Bakı Kommersiya Məhkəməsinin 2019-cu il 7 avqust tarixli, 2-2(113)-393/2020 saylı qətnaməsi ilə yalnız 500.000 manat cərimə məb ləğinin təmin edildiyini nəzərə almamışdır.

28. Bundan əlavə, kredit müqaviləsinin başa çatdığı 2017-ci il 27 yanvar tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtadək, yəni 2019-cu il 30 aprel tarixinədək 823 gün keçdiyindən, dəbbə pulu 10.576.135 (12.850.711 x 0,1 % x 823) manat təşkil edir. Belə olan halda bank tərəfindən cavabdehdən 3.637.933,4 manat cərimə borcu istənilməsi ona 6.938.202 manat güzəşt olunduğunu təsdiq edir.

29. MPM-in 88, 218.1, 403.1, 405, 416, 417.4 və 418.1-ci maddələrinin tələblərinin nəzərə alınması xahiş olunur. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi.

31. Digər proses iştirakçısı olan cavabdehin nümayəndəsi və vəkili cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 22(103)-564/2020 saylı qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qət naməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyas ı məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an i cra edilməlidir....”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....”. Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azald ılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı Mülki Prosessual Məcəllə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3) Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1) Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;. (maddə 417.1.2) Ali MƏHKƏMƏNİN MÖVQEYİ

35. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hes ab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 qətnaməsi cərimə borcu hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən 500.000 manat cərimə borcu iddiaçı ləğv prosesində olan “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh MMCnin kassasiya şikayəti təmin edilməməlidir.

36. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

37. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnamə ilə birinci instansiya məhkəməsi tərəfindən tutulması qət olunan 500.000 manat cərimə məbləğinin də tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirərək və həmin cərimə məbləğinin 10 dəfə azaldılaraq 50.000 manat həddində təyin edilməsini, həm işin qeyd olunan hallarına, həm də hazırki zaman çərçivəsində hər iki tərəfin əmlak mənafeyinə mütənasib və ədalətli olan nəticə hesab etmişdir.

39. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsinin cərimə borcunun tutulması hissəsi ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

40. Belə ki, iş materiallarından görünür ki, “xxxx” KB ASC ilə “xxxx” MMC arasında bağlanmış 27 yanvar 2016-cı il tarixli 10 №-li kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 5.5 % dərəcəsi ilə 18500000 manat məbləğində kredit verilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi cərimə borcu hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamış dır.

42. MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Belə ki, ləğv prosesində olan “xxxx” KB ASC-nin 06 avqust 2019-cu il tarixli arayışına əsasən “Cənub - RA” MMC-nin 27 yanvar 2016-cı il tarixli, 10 №-li kredit müqaviləsi üzrə 13612000 manat əsas borc, 144912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3637933,4 manat cərimə, 2155792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə 19550638,55 manat kredit borcu vardır.

44. Müqavilənin 5.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc ala n banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün 11% cərimə ödəməlidir.

45. Nəzərə alınmalıdır ki, cərimə pulu borclunu əsas borc və faiz borcu üzrə öhdəliklərinin icrasında intizamlı olmağa yönəldən məsuliyyət tədbiridr və bu tədbir öz mahiyyətinə görə əsas borcun və faiz borcunun məbləğini aşmamaqla yanaşı cəza tədbiri kimi tətbiq edilməməli, borcun məbləğinə mütənasib bir məbləğ olmaqla borclunu sonrakı öhdəliklərin icrasına sövq etməlidir.

46. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

47. İşin faktiki halları ilə təsdiq olunur ki, “Cənub - RA” MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir.

48. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

49. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilədə borcun ödənilməsinin gecikdirdiyi təqdirdə cərimənin ödənilməsi də nəzərdə tutulmuşdur

50. Halbuki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnamə ilə cərimə məbləğinin də tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirərək və həmin cərimə məbləğinin 10 dəfə azaldılaraq 50.000 manat həddində təyin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, əsas borc 13.612.000 manata münasibətdə 500.000 manat məbləğində cərimə borcunun müəyyənləşdirilməsi ədalətli və qanuna müvafiqdir.

52. Mülki Məcəllənin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

53. Hə min Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi hald a, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

55. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

56. Konstitusiya Məhkəməsi öz qərarında həmçinin göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurt arması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozuntuya görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

57. MPM-nin 417.1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

58. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsi qisməncərimə borcu hissəsində dəyişdirilərək 500.000 manat müəyyən edilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-564/2020 saylı qətnaməsi qismən- cərimə borcu hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 27.01.2016-cı il tarixli 10 №-li kredit müqaviləsi üzrə 12.850.711,00 manat əsas borc, 1.608.253,25 manat faiz borcu və 500.000,00 manat cərimə borcu olmaqla, ümumilikdə, 14958964,25 manat manat məbləğində pul vəsaiti iddiaçı «xxxx Kommersiya Bankı» ASC-nin xeyrinə tutulsun. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar