Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı(məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-363/2022 saylı qətnaməsindən ver ilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 002 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 16% hesablanmaqla 100.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi eyni tərəflər arasında xx.xx.2018-ci il tarixli, 002 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka ilə yüklü edilmişdir.
3. Tərəflər arasında xx.xx.2018-ci il tarixli 002 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişiklik lərin edilməsi haqqında 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə saziş bağlanmış və bu sazişin 2.2-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi aşağıdakı yeni redaksiyada verilmişdir: Bu müqavilə bağlandığı tarixdən ilk 12 aylıq dövr ərzində borc alana güzəşt müddəti müəyyən edilir, kredit xəttinin istifadə edilmiş hissəsi üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan başlamaqla hər ayın borcun yarandığı gün borc alan tərəfindən borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla hər ay minimum 2.000 manat məbləğində (əsas və hesablanmış faiz borcu) olmaqla 12 ay müddətinə, qalan 12 a y müddətində isə qalıq borc və hesablanmış faiz borcunun ödənişi aylıq annuitet qaydada həyata keçirilir. Bu sazişlə toxunulmayan müqavilənin digər şərtləri dəyişməz olaraq öz qüvvəsini saxlayır.
4. Kredit xətti müqaviləsinə edilən əlavə və dəyişikliklər 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə sazişlə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002 saylı ipoteka müqaviləsinə də edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra“cavabdeh”) qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 97.425,66 manat məbləğində əsas, 12.207,84 manat məbləğində faiz borcu, cəmi 109.633,50 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlə t rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə yönəldilməsi və cavabdehin qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; həmin 0,05 ha torpaq sahəsinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandır ılmışdır ki, 2018-ci il 12 sentyabr tarixli, 002 saylı kredit müqaviləsinə (bundan sonra-“002 saylı kredit müqaviləsi”) əsasən cavabdehə 36 ay müddətinə, illik 16% hesablanmaqla 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 2018-ci il 12 sentyabr tarixli, 002 saylı ipoteka müqaviləsi (bundan sonra-“002 saylı ipoteka müqaviləsi”) bağlanmış və cavabdehə məxsus 0,05 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehin 2020-ci il 1 oktyabr tarixinə 97.425,66 manat əsas, 12.207,84 manat faiz borcu, cəmi 109.633,50 manat kredit borcu mövcuddur. Cavabdeh kredi tin qaytarılması haqqında tərəflərindən xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. 7.Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında Qanun”) 34, 39.3.3-cü maddələrinə istinad edilmişdir. 8.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz borcu, 1.366,67 manat müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmış borc olmaqla, cəmi 126.591,28 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğ ində dövlət rüsumunun, 0,40 manat məbləğində bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 0.65 manat məbləğində bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 0,71 manat məbləğində bank xidmət haqqının tutulması; tutmanın cavabdehə məxsus 0,05 ha torpaq sahəsinə yönəldilməsi və cavabdehin qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; 0.05 ha torpaq sahəsinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabd ehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 mart tarixli e-2-2(113)-921/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardad əsasında "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 14 iyun tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin üzərindəki tikililərlə bilikdə real bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat təşkil etməsi müəyyən edilmişdir. 10.Bakı Kommersiya məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-921/2021 saylı qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilm işdir. 11.İddiaçının nümayəndəsinin vəsatətinə əsasən Bakı Kommersiya məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-921/2021 saylı digər qərardadı ilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 12.Həmçinin cavabdehin nümayəndəsinin vəsatətinə əsasən Bakı Kommersiya məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-921/2021 saylı digər qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 13.Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 22 oktyabr tarixli, 4/1363-9/6916 saylı ekspert rəyi ilə məhkəmə xəttşünaslıq ekspertizası üzrə FJB **********745, FJB **********265, FJB **********597, F JB **********056, FJB **********979, FJB **********245 və FJB **********301 nömrəli məxaric orderlərində “müştəri imzası” qrafasındakı imzanın eyni şəxs Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmçinin eyni ekspert rəyində məhkəmə mühasibatlıq ekspertizası üzrə 002 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya 2021-ci il 2 iyul tarixinə 97.425,67 manat əsas, 24.767,93 manat faiz, 2021-ci il 12 sentyabr tarixinə 97.425,67 manat əsas, 27.798,95 manat faiz borcunun olduğu göstərilmişdir. 14."xxxx" MMC-nin 2021-ci il 19 noyabr tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 2021-ci il 19 noyabr tarixinə bazar dəyəri 255.000 manat, likvid dəyəri 244.000 manat təşkil edir. 15.Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli, e-2-2(113)-76/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1.366,67 manat məbləğində faiz borcu, cəmi 126.591,28 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 244.000 manat məbləğində müə yyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehə qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması, qiymətləndirici rəylərinin alınmasına görə cavabdehdən 200 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə və 300 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim L.Əliyeva). 16.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında 2018-ci il 12 sentyabr tarixində 002 kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə müəyyən edilmiş şərtlərlə 100.000 manat məbləğində kredit xəttinin açılmasını, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kredit xətti açılsa da, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 17.Mübahisəli kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcunun məbləğinə gəldikdə qeyd edilmişdir ki, göstərilən hal i şin mübahisəli halını təşkil etmiş, belə ki, cavabdeh ilk olaraq müqaviləyə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğinin 20.000 manat hissəsinin ona verilmədiyini iddia etmiş və həmin məbləğin verilməsini təsdiq edən kassa məxaric orderindəki imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Cavabdehin mübahisələndirdiyi göstərilən halın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə kassa məxaric orderlərindəki imzaların cavabdeh tərəfindən icra edilməsi müəyyən edilmişdir. 18.Bundan sonra cavabdeh kassa məxaric orderlərinə əsasən ona ödənilmiş məbləğin cəmi 95.887 manat təşkil etməsini əsas göstərərək ona mübahisəli kredit xətti müqaviləsinə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğ inin tam verilmədiyini bildirmişdir. 19.Həmin dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit xətti müqaviləsinə əsasən iddiaçıda cavabdehin adına açılmış bank hesabından çıxarışdan da göründüyü kimi həmin hesabda 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğin bir hissəsi cavabdeh tərəfindən nağdlaşdırılmış (95.887 manat), bir hissəsi kredit üzrə ödənişlər kimi hesabdan silinmiş, qalan hissəsi isə bank tərəfindən aparılmış əməliyyatlar ilə bağlı tutulmalı olan ödənişlərə (kassa əməliyyatları üzrə haqq, komissiya, nağd əməliyyatları üzrə sadələşdirilmiş vergi və s.) yönəldilmişdir. Odur ki, cavabdehin ona verilmiş kredit məbləğinin 100.000 manat məbləğindən az olması barədə dəlillərin əsassız olması açıq-aşkardır. 20.Üçüncüsü, cavabdeh ona bank tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğini də mübahisələndirmiş və əsas kimi kreditin müxtəlif vaxtlarda hissələrlə ayrıldığı halda kredit məbləğinə hesablanmış faizlərin müqavilənin bağlandığı tarixdən bütöv məbləğə hesablanması, eləcə də ayrılmış kredit məbləğlərinin bir hissəsinin əvvəlki kredit məbləğləri üzrə əsas və faiz borcların ödənilməsinə silinməsi və lakin ümumi borc hesablanarkən həmin məbləğlərin ödəniş kimi nəzərə alınmamasına istinad etmişdir. 21.Cavabdehin yuxarıda göstərilən dəlilləri nəzərə alınaraq məhkəmə tərəfindən mübahisəli kredit xətti müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müqavilə müddətinin bitdiyi tarixə, yəni 2021-ci il 12 sentyabr tarixinə cavabdehin müb ahisəli müqavilə üzrə əsas borcunun 97.425,66 manat, faiz borcunun 27.798,95 manat olması müəyyən edilmişdir. 22.Cavabdehin nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmamış və əsas kimi mübahisəli müqaviləyə əsasən yeni kredit məbləğləri ayrılarkən əvvəlki kredit məbləğləri üzrə ödəniş kimi bank hesabından silinmiş məbləğlərin ekspert tərəfindən nəzərə alınmamasına istinad etmişdir. 23.Halbuki işin materiallarında olan bank hesabından çıxarışdan da göründüyü kimi ayrılmış kredit məbləğlərindən əvvəlki borclara görə kredit ödənişi olaraq 2018-ci il 20 dekabr tarixində 893,33 manat, 2019-cu il 22 yanvar tarixində 371,11 manat, 2019-cu il 27 fevral tarixində 1209 manat məbləğində pul vəsaitləri silinmişdir ki, həmin məbləğlər isə ekspertiza rəyində əks olunmuş hesablama cədvəlində ödənişlə r kimi göstərilmiş və ekspert tərəfindən borc məbləği hesablanarkən nəzərə alınmışdır. 24.Belə olan halda məhkəmənin iş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspetizasının rəyində müəyyən edilmiş kredit xətti müqaviləsi üzrə əsas və faiz borcu məbləği ilə razılaşmaması üçün əsas mövcud deyil və iddiaçıdan tutulacaq əsas və faiz borcunun məbləği ekspert rəyinə əsasən müəyyən edilməlidir.
25. Məhkəmə işin müəyyən edilən qeyd olunan hallarına MM-nin 385.1, 386, 442,44.1, 448.1, 739-cu maddəlrinin tələbləri baxımından qiymət vermiş və cavabdehin 002 saylı kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən 97.425,66 manat əsas, 27.798,95 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. 26.Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə MM-in sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında formalaşdı rılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 28.Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş fai z ödənilməsini tələb etmək hüququna malikdir. 29.Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1.366,67 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir. 30.Bununla yanaşı işin materiallardan görünür ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 002 kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq iddiaçı (ipoteka saxlayan) ilə cavabdeh(ipoteka qoyan-borc alan) arasında 2018-ci il 12 sentyabr tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müvafiq olaraq cavabdehin m ülkiyyətində olan 0,05 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. 31.İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş, nəticədə “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüqu qu yaranmışdır. 32.Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma cavabdehin mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdehə qaytarılmalı, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehdən tutulmalıdır. 33.Bundan əlavə “İpoteka haqqında” Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İ lkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 34.Həmin Qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 35.“İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 36.İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı iki qiymətləndirici şirkətin rəyi alınmışdır. 37."xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 14 iyun tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat olması müəyyən edilmişdir. 38."xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 19 noyabr tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin 2021ci il 19 noyabr tarixinə hazırkı bazar qiyməti 255.000 manat, likvid qiyməti 244.000 m anat olması müəyyən edilmişdir. 39.Bununla yanaşı işin materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də-"xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin 2016-cı il 3 oktyabr tarixinə bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir. 40.Məhkəmə araşdırma gedişində alınmış qiymətləndirici şirkətlərin rəylərini qiymət verərək göstərmişdir ki, "xxxx" MMC ekspertiza (qiymətləndirmə) tədqiqatını apararkən ipoteka predmeti olan topraq sahəsini üzərində yerləşən tikililərlə birlikdə, "xxxx" MMC ekspertiza (qiymətləndirmə) isə məhkəmənin qərardadına əsasən ipoteka predmeti olan topraq sahəsini üzərində yerləşən tikililər n əzərə alınmadan qiymətləndirmişdir. İpoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı isə qeyd edilməlidir ki, həmin rəyin verilməsindən 3 ildən artıq müddət keçmişdir. 41.Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq yalnız torpaq sahəsinin (üzərində olan tikililərlə birlikdə deyil) göstərildiyini nəzərə alaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş mənzilin likvid dəyərinin (244.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. 42.Yuxarıda göstərilənlərə əsasən cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 244.000 manat məbləğində müəyyən edilmişdir. 43.İddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra boşaldılması, eləcə də cavabdehin həmin əmlakdan istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının və cavabdehin qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsinin qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur. Məsələyə əmlakı açıq hərracda əldə edəcək şəxsin hüquqlarının müdafiəsi baxımından yanaşsaq isə qeyd edilməlidir ki, belə bir məhkəmə qərarın qəbul edilməsi zərurətinin mövcud olması ehtimal edilsə belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ mövcud deyildir. 44.İddianın cavabdehin ipoteka predmeti olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, istifadə hüququna xitam verilməsi tələbinə dair iddianın qaldırılmasına o halda hüquqi maraq və zərurət ola bilər ki, həmin hüquq müstəqil əşya hüquq kimi mövcud olsun. Cavabdehin ipoteka predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ isə onun mülkiyyət hüququndan irəli gələn və həmin hüququn tərkib hissəsi olan bir hüquqdur. Belə olan halda isə aydındır ki, torpaq sahəsi açıq hərracda satılaraq cavabdehin həmin torpaq sahəsi üzərin də mülkiyyət hüququna xitam verilərsə, mülkiyyət hüququn tərkib hissəsi olan istifadə hüququna da xitam veriləcəkdir. Odur ki, hazırkı halda cavabdehin ipoteka predmeti olan əmlakdan istifadə hüququna xitam verilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi ipoteka predmetini əldə edəcək şəxsin hüquqlarının müdafiə edilməsi nöqte nəzərdən də zəruri və ağlabatan hesab edilə bilməz. 45.Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan əmlakın boşaldılması tələbinə dair hissədə iddia rədd edilməlidir. 46.Məhkəmə gəldiyi nəticəni MM-in 269, 270.1, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 739-cu, İpoteka haqqında qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 31.1.4, 39.3, 41.1, 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM ”) 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
47. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. 48.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində, həmin qətnamənin ləğv edilərək, iddianın qismən, yəni faktiki borclu olduğu 95.000 manat məbləğində borcun ödənilməsi hissəsində təmin edilməklə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 49.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 12 aprel tarixli, 2-2(103)-363/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmas ı "xxxx" MMC-yə həvalə edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova). 50."xxxx" MMC-nin 2022-ci il 4 may tarixli MB-15/0458 nömrəli qiymətləndirmə hesabatı ilə cavabdehə məxsus 0.05 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərin 2022-ci il 4 may tarixinə bazar dəyəri-340.000 manat, likvid dəyəri isə 323.000 manat qiymətləndirilmişdir.( O cümlədən bazar dəyəri, torpaq sahəsi 300.000 manat + bina və tikili 40.000 manat) (likvid dəyəri torpaq sahəsi 285.000 manat + bina və tikili 38.000 manat)
51. İddiaçı 2022-ci il 27 may tarixində vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə təkrar qiymətləndirmə(əmtəəşünaslıq) ekspertizasının təyin edilməsini xahiş etmişdir.
52. Bakı Apellyasiya məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 31 may tar ixli, 2-2(103)-363/2022 saylı qərardadı ilə vəsatət qismən təmin edilmiş, iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir(hakimlər-sədrlik edənR.Qurbanov, V.Məmmədov və V.Baxışova).
53. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 14 oktyabr tarixli 10/4062 nömrəli ekspert rəyi ilə cavabdehə məxsus 0.5 ha torpaq sahəsinin bazar dəyəri -122.500 manat, likvid dəyəri 110.250 manat, torpaq sahəsinin tikili ilə birlikdə bazar qiyməti 150.000 manat, likvid dəyəri 135.000 manat müəyyən edilmişdir.
54. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-363/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 135.000 manat məbləğində müəyyən edilmiş, qətnamənin digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
55. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, işin cavabdeh tərəfindən mübahisələndirilən hallarına verdiyi hüquqi qiymətləndirmə ilə r azılaşmışdır (bax yuxarıda § 16-32).
56. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
57. Belə ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsinin 1.6-cı bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin 252920 saylı rəyinə əsasən ipotekanın predmetinin bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir.
58. Birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərindəki tikililərlə bilik də real bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat təşkil edir.
59. Birinci instansiya məhkəməsinin qərardadı əsasında iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan xx.xx.2021-ci il tarixinə bazar dəyəri 255.000 manat, likvid dəyəri 244.000 manat təşkil edir.
60. Göründüyü kimi ekspert rəyləri arasında əhəmiyyətli fərqlər vardır.
61. Qeyd olunanlar nəzərə alınaraq apelyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 04 may 2022-ci il tarixli MB 15/0459 sa ylı ekspert rəyi verilmişdir.
62. Həmin rəyə əsasən Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş tikililərin 04 may 2022-ci il tarixə hesablanmış bazar qiyməti 340.000 manat, likvid dəyəri isə 285.000 manat məbləğində müəyyən edilir.
63. Məhkəmə hesab etmişdir ki, həmin ekspert rəyi kifayət qədər aydın və tam deyildir. Belə ki, rəydən görünür ki, ekspert müqayisəli təhlil apararkən ipoteka predmetinin yerləşdiyi əraziyə aid internet resurslarda yerləşdirilən və satış qiymətləri kifayət qədər yüksək olan torpaq sahələrinin satış elanlarına istinad etmişdir. İddiaçı tərəfin vəsatətinə əlavə olunan ipoteka predmetinin yerləşdiyi əraziyə aid internet resurslarda yerləşdirilən satış elanlarında isə torpaq sahələri nin qiyməti kifayət qədər aşağıdır.
64. Qeyd olunanlar və iddiaçının vəsatəti nəzərə alınaraq iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 oktyabr 2022-ci il tarixli 10/4062 saylı ekspert rəyi verilmişdir.
65. Həmin rəyə əsasən Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 122,500,0 manat (5,0 sot x 24500) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 110.250.0 manat məbləğində müəyyən edilir. Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin tikili ilə bilikdə or ta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 150.000,0 manat (5,0 sot x 30.000) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmintorpaq sahəsinin likvid dəyəri təqribən 135.000.0 manat məbləğində müəyyən edilir.
66. Həmin rəyin məhkəmə eksperti tərəfindən verildiyini, ekspert rəyində ziddiyyətlərin olmadığını və ekspert tərəfindən aparılmış tədqiqatın müfəssəl təsvir olunduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və ipoteka predmetinin ilkin satış qiyməti həmin rəy əsasında müəyyən edilməlidir.
67. Eyni zamanda, ipoteka predmeti olan torpaq sahəsi ilə orada inşa edilmiş tikililərin vahid əmlak təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti torpaq sahəsi üzərində olan tikililər nəz ərə alınmaqla və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 135.000 manat (yüz otuz beş min) manat məbləğində müəyyən edilməlidir.
68. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmənin qiymətləndirməsi ondan ibarət olmuşdur ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredi t müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, sonuncu maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir.
69. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.
70. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspe rt tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
71. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi bütün dəlillərə (kredit məbləğinin tam verilməməsi və s.) qiymət vermiş və onların əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə həmin əsaslandırma və nəticə ilə razılaşmışdır.
72. Məhkəmə gəldiyi nəticəni MM-in 445.7, 739.1, 741-ci, İpoteka haqqında qanunun 39.3.3-cü maddələrinə, “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 1 saylı qərardadına istinad etməklə əsaslandırmışdır.
73. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
74. MPM-nin 77.1, 77.3, 89-cu maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə 2021-ci il 23 dekabr tarixli sonuncu maliyyə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 22 oktyabr tarixli, 4/13639/6916 saylı rəyini araş dıraraq və MM-in 741, 739 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun, o cümlədən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin cavabdeh tərəfindən qrafiklər üzrə hər 2 aydan bir dəyişilmiş qrafiklər üzrə faizlər daxil olmaqla faizə faiz hesablanmasına baxmayaraq məhkəmə cavabdehin vəsatətini təmin etməmiş təkrar mühasibatlıq ekspertizası təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
75. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
76. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələ blərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
77. Kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş edilsə də, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).
78. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin i şin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
79. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhd əliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borc lunun icranı gecikdirməsi “... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və y a eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
80. «İpoteka haqqında» Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: … 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Maddə 3.İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. …” “Maddə 10.İpoteka müqaviləsi … 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. …” “Maddə11.İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3.ipoteka mü qaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. "Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstə qil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” “Maddə 41.İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …” “Maddə 47.İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi … 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əg ər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
81. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutları n qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 82. “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 1 saylı qərardadında göstərilmişdir ki: “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhk əmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 84. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlan dırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 85.Cavabdehin kassasiya şikayətinin dəlili prosessual hüquq normalarının pozulması, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlıdır. Şikayətin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlill əri olmuşdur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 68-72).
86. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktı nın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
87. Nəzərə alınmalıdır ki, tərəfin iş üzrə ekspert rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir.Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı vg həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilməmişdir.
88. Cavabdehin kassasiya şikayətində hazırki işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına dair hər hansı dəlil irəli sürülməmiş, şikayətdə baxılan işlə hər hansı əlaqəsi olmayan mülki işin faktiki halları və maddi hüquq normaları sadalanmışdır.
89. Beləliklə, mə hkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
90. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-36 3/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli V.T.Həsənov