Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızındandan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 MMC-yə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr tarixli 2-2(103)-441/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh3 120 ay müddətinə 10.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Həmin kredit xətti çərçivəsində Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış: - 2018-ci il 4 iyul tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 838.000 manat məbləğində; - 2018-ci il 6 avqust tarixli 017R********** saylı kredit razılaşma sına əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 75.000 manat məbləğində; - 2016-cı il 29 yanvar tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh3 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 583.343 ABŞ dolları məbləğində; - 2018-ci il 5 dekabr tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130.000 ABŞ dolları məbləğində; - 2019-cu il 18 aprel tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 172.000 ABŞ dolları məbləğində; - 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0,5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 137.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 2017-ci il 12 iyul tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. 4. 2013-cü il 17 sentyabr tarixli 10M000001215 saylı ipoteka müqaviləsinə əsas ən, ipoteka qoyan Cavabdeh3 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ünvan 2 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1.357,5 kv.m ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə ona məxsus 966,8 kv.m sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
5. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə 2014-cü il 17 mart tarixli 17S000006437 saylı, Cavabdeh4 MMC ilə 2013cü il 24 sentyabr tarixli 10S000011001 saylı və Cavabdeh5 ilə 2020-ci il 31 may tari xli 003S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 MMC-yə (bundan sonra birlikdə-“cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsinə, 2018-ci il 4 iyul tarixli 017R********** saylı, 2018-ci il 6 avqust tarixli 017R********** saylı, 2016-cı il 29 yanvar tarixli 017R********** saylı, 2018-ci il 5 dekabr tarixli 017R********** saylı, 2019-cu il 18 aprel tarixli 017R********** saylı və 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşmalarına xitam verilməsini, cavabdehlər Cavabdeh3 (bundan s onra ayrılıqda “Cavabdeh3”), Cavabdeh4 MMC-dən (bundan sonra ayrılıqda “cavabdeh MMC”), Cavabdeh1 (bundan sonra ayrılıqda “Cavabdeh1”), Cavabdeh5 (bundan sonra ayrılıqda “Cavabdeh5”) müştərək qaydada iddiaçının xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 281.588,51 manat əsas borc, 23.033,97 manat faiz borcu və 62.232,84 manat məbləğində cərimə olmaqla, cəmi 366.855,32 manat məbləğinin, 017R********** saylı kredit razılaşması üzrə 37.396,21 manat məbləğində əsas borc, 3.102,42 manat məbləğində faiz borcu və 8.376,74 manat məbləğində cərimə olmaqla, cəmi 48.875,37 manat məbləğinin, 017R********** saylı kredit razılaşması üzrə 125.289,28 ABŞ dolları məbləğində əsas borc, 3.518,51 ABŞ dolları məbləğində faiz borcu və 28.064,81 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 156.872,6 ABŞ dolları məbləğinin, 017R********** saylı kredit razılaşması üzrə 83.710,14 ABŞ dolları məbləğində əsas borc, 3.124,19 ABŞ dolları məbləğində faiz borcu və 18.751,04 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 105.585,37 ABŞ dolları məbləğinin, 017R********** saylı kredit razılaşması üzrə 135.480,06 ABŞ dolları məbləğində əsas borc, 5.202,56 ABŞ dolları məbləğində faiz borcu və 30.347,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 171.030,14 ABŞ dolları məbləğinin, 017R********** saylı kredit razılaşması üzrə 108.792,88 ABŞ dolları məbləğində əsas borc, 4.116,86 ABŞ dolları məbləğində faiz borcu və 24.369,61 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 137.279,35 ABŞ dolları məbləğinin, iki kredit razılaşması üzrə ümumilikdə 415.730,69 manat və dörd kredit razılaşması üzrə ümumilikdə 570.76 7,46 ABŞ dolları məbləğində borcun, 1.083 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 415.730,69 manat və 570.767,46 ABŞ dolları məbləğində borcun, 1.083 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 240 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, MMC, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada iddi açının xeyrinə tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi bu qərarın 1-5-ci bəndlərində göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh3 açılmış kredit xətti çərçivəsində imzalanmış kredit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatdığı, kredit borcu və faiz borcunu banka qaytarmadığı üçün yaranmış borc məbləğinin borclu və zaminlərdən tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış kredit razılaşmalarının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onu n tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O cümlədən, razılaşmaların 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. Cavabdeh3 tərəfindən edilmiş ödənişlər və kredit razılaşmalarının qeyd edilən bəndləri nəzərə alınmaqla, 2018-ci il 4 iyul tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 281.588,51 manat, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 23.033,97 manat, hesablanmış cərimə 62.232,84 manat; 2018-ci il 6 avqust tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 37.396, 21 manat, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 3.102,42 manat, hesablanmış cərimə 8.376,74 manat; 2016-cı il 29 yanvar tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 125.289,28 ABŞ dolları, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 3.518,51 ABŞ dolları, hesablanmış cərimə 28.064,81 ABŞ dolları; 2018-ci il 5 dekabr tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 83.710,14 ABŞ dolları, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 3.124,19 ABŞ dolları, hesablanmış cərimə 18.751,04 ABŞ dolları; 2019-cu il 18 aprel tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 135.480,06 ABŞ dolları, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 5.202,56 ABŞ dolları, hesablanmış cərimə 30.347,52 ABŞ dolları; 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşması üzrə qalıq kredit borcu 108.792,88 ABŞ dolları, 2022-ci il 1 aprel tarixinə 224 gün üçün hesablanmış faiz borcu 4.116,86 ABŞ dolları, hesablanmış cərimə 24.369,61 ABŞ dolları təşkil edir.
8. Cavabdeh3 iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, bank tərəfindən hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % həcmində cərimə hesablanması və tələb edilməsi tamamilə əsassızdır və tənasübsüz qaydada yüksəkdir. Bundan başqa Cavabdeh3 mülki qanunvericiliyə istinad edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi dəbbə pulu hissəsində tamamilə rədd edilməlidir. Bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edi lmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Halbuki, hazırkı mülki iş üzrə iddiaçının təqdim etdiyi arayışlar, ödəniş cədvəlləri və s. sənədlərə əsasən, sözügedən kredit müqavilələri üzrə Cavabdeh3 tərəfindən ödənilmiş pul vəsaitləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 440-cı və 741-ci maddələrində göstərilmiş ardıcıllıqla ümumi borc məbləğindən silinməmiş, borc qanunamüvafiq qaydada hesablanmamışdır. Nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. Həmçinin iddia ərizəsindən göründüyü kimi faizlər MM-in 741ci maddəsinin tələbinə zidd olaraq bank tərəfindən gündəlik hesablanmışdır. Müqavilə bi tdikdən sonra müqavilə faizlərinin hesablanması əsassızdır. Kredit müqaviləsi üzrə faizlər kredit müddətinin bitməsinədək hesablanmalıdır. Beləliklə, Cavabdeh3 iddia tələbinin cərimələrlə bağlı hissədə tamamilə rədd edilməsini, tərəflər arasındakı kredit müqavilələri üzrə əsas borc və faizlər hissəsində maliyyə-mühasibatlıq ekspertizası təyin edilməklə yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 iyul tarixli e-2-2(113)-3068/2022 nömrəli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi haqqında "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 26 oktyabr tarixli LP-156/2022 nömrəli hesabata əsasən ünvan 2 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1.357,5 kv.m ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.m sa hənin likvid qiyməti 1.880.000 manat, eyni tarixli LP-157/2022 nömrəli hesabata əsasən isə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyri-yaşayış sahənin likvid qiyməti 95.000 manat müəyyən olunmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli e-2-2(113)-3068/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi, 2018ci il 5 dekabr tarixli 017R********** saylı, 2019-cu il 18 aprel tarixli 017R********** saylı və 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşmaları və həmin kredit razılaşmalara əlavə bağlanmış sazişlər ləğv edilmiş, 2018-ci 4 iyul il tarixli 017R********** sayl ı kredit razılaşması üzrə 281.588,51 manat məbləğində əsas borc, 23.033,97 manat məbləğində faiz və 10.000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 314.622,48 manat, 2018-ci il 6 avqust tarixli 017R********** saylı kredit razılaşması üzrə 37.396,21 manat məbləğində əsas borc, 3.102,42 manat məbləğində faiz və 2.000 manat məbləğində cərimə olmaqla ümumilikdə 42.498,63 manat, 2016-cı il 29 yanvar tarixli 017R********** saylı kredit razılaşması üzrə 125.289,28 ABŞ dolları məbləğində əsas borc, 3.518,51 ABŞ dolları məbləğində faiz və 5.000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, ümumilikdə 133.807,79 ABŞ dolları, 2018-ci il 5 dekabr tarixli 017R********** saylı kredit razılaşması üzrə 83.710,14 ABŞ dolları məbləğində əsas borc, 3.124,19 ABŞ dolları məbləğində faiz borcu və 4.000 ABŞ dolları məbləğində cərimə olmaqla ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, ümumilikdə 90.834,33 ABŞ dolları, 2019-cu il 18 aprel tarixli 017R********** saylı kredit razılaşması üzrə 135.480,06 ABŞ dolları məbləğində əsas borc, 5.202,56 ABŞ dolları məbləğində faiz və 5.000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, ümumilikdə 145.682,62 ABŞ dolları, 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşması üzrə 108.792,88 ABŞ dolları məbləğində kredit borcu, 4.116,86 ABŞ dolları məbləğində faiz borcu və 2.000 ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, ümumilikdə 114.909,74 ABŞ dolları məbləğində pul vəsaiti, ümumilikdə iki kredit razılaşması üzrə cəmi 357.121,11 manat və dörd kredit razılaşması üzrə ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, cəmi 485.234,48 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh3, MMC, Cavabdeh1 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların likvid dəyərinin müvafiq olaraq 95.000 manat və 1.880.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 355.321,11 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 485.234,48 ABŞ dolları məbləğində pul vəsaiti borcun ödənilməsi, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh3, MMC, Cavabdeh1 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir (hakim - F.Qasımov).
11. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 2013-cü il 12 sentyabr tarixli 10L000005329 saylı kredit xətti müqaviləsi və onun əsasında imzalanmış 2018-ci il 5 dekabr tarixli 017R********** saylı, 2019-cu il 18 aprel tarixli 017R********** saylı və 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşmaları, onlara aid 2021-ci il 4 may tarixli müvafiq olaraq 017R**********SD saylı, 017R**********SC saylı və 017R**********SC saylı sazişlər (son dəyişiklik) ləğv edilməli, kredit xətti müqaviləsi üzrə bağlanmış digər kredit razılaşmaları və sazişlər üzrə müddətlər bitdiyindən həmin sazişlərin ləğv olunması hissəsində iddia təmin olunmamalıdır.
12. Məhkəmə hesab etmişdir ki, kredit müqavilələri üzrə cavabdehlərdən tutulması tələb olunan məbləğlərdən əsas borc üzrə hesablanmış məbləğlər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 9 sentyabr tarixli 9/6004 nömrəli rəyində göstərilən əsas borc məbləğləri ilə eynilik təşkil etdiyindən, faiz borcları üzrə tələb olunan məbləğlər isə daha aşağı olduğundan, əsas və faiz borcunun miqdarı iddia tələbinə uyğun müəyyən olunmalıdır.
13. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiy i təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, iddiaçının əsas və faiz məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır.
14. Məhkəmə hesab etmişdir ki, 2018-ci il 4 iyul tarixli 017R********** saylı kredit razılaşması üzrə 62.232,84 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 10.000 manat, 2018-ci il 6 avqust tarixli 017R********** saylı kredit razılaşması üzrə 8.376,74 manat dəbbə pulunun məbləği azaldılmaqla 2.000 manat, 2016-cı il 29 yanvar tarixli 017R********** saylı kredit razılaşması üzrə 28.064,81 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 5.000 ABŞ dolları, 2018-ci il 5 dekabr tarixli 017R********** saylı kredit razılaşması üzrə 18.751,04 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 4.000 ABŞ dolları, 2019-cu il 18 aprel tarixli 017R********** saylı kredit razılaşması üzrə 30.347,52 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 5.000 ABŞ dolları, 2019-cu il 30 iyul tarixli 017R********** saylı kredit razılaşması üzrə 24.369,61 ABŞ dolları dəbbə pulunun məbləği azaldılmaqla 2.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
15. İddiaçı ilə bağlanmış zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh1, MMC və Cavabdeh5 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də, iddianın həmin şəxslərə münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur.
16. Həmç inin, məhkəmə kredit borcuna görə tutmanın cavabdehlərə məxsus ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə tələblərini əsaslı hesab etmiş və vurğulamışdır ki, likvid qiymət müəyyən olunarkən § 9-da göstərilənlər əsas götürülməli və iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsi əsassız hesab olunmalıdır.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 319.1, 427.3, 442.1, 462.1, 463.1, 467, 470.1, 472.1, 739, 742.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh5 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat
19. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 22 iyun tarixli 2-2(103)-441/2023 saylı qərardadı ilə təyin edilmiş təkrar əmtəəşünaslıq ekspertizasının 2023-cü il 4 noyabr tarixli 10/5100-9/5299 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti 186.300 manat, ünvan 3 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1.357,5 kv.metr ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 oğluna məxsus 966,8 kv.m sahənin likvid qiyməti isə 2.974.000 manat olduğu müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr tarixli 2-2(103)-441/2023 saylı qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tutma yönəldilmiş ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 186.300 manat, ünvan 4 ünvanında 3 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 2.974.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, apellyasiya şikayətinin dəlillərindən və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən olunmuşdur ki, hazırkı halda qətnamə zamin Cavabdeh5 tə rəfindən kredit borcunun məbləği və ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirilir.
22. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında zamin olaraq Cavabdeh5 qətnaməni ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirmək hüququnun olmadığını qeyd etməyinə münasibətdə məhkəmə göstərmişdir ki, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakların likvid dəyərinin real dəyərdən daha aşağı müəyyən edilməsi və bunun nəticəsində daha aşağı qiymətə satılması borclu və zaminlərdən tutulmalı olan qalıq borc məbləğinin artmasına səbəb olacağından, hazırkı halda zaminin tutma yönəldilmiş əmlakların ilkin satış qiymətini mübahisələndirməyə subyektiv hüququ vardır.
23. İşə apellyasiya qaydasında baxılarkən, Cavabdeh5 tərəfindən tə qdim edilmiş “X1” Qiymətləndirmə şirkətinin rəyində Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyri-yaşayış sahənin likvid qiyməti 202.000 manat, ünvan 3 ünvanında 3 mərtəbəli qeyri-yaşayış binasının 1.357,5 kv.m ümumi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 966,8 kv.m sahənin likvid qiyməti 3.580.000 manat müəyyən edilmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 4 noyabr tarixli rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəfindən məhkəməyə özəl qiymətləndirmə şirkətləri olan "xxxx" MMC və "xxxx" MMC-nin qiymətləndirmə rəyləri təqdim edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyində ünvan 3 ünvanında yerləşən əmlakın 966,8 kv.m sahənin likvid qiyməti 1.850.000 manat, "xxxx" MMC-nin rəyində isə 1.600.0 00 manat göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 85 ünvanında 80,3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti isə "xxxx" MMC-nin rəyində 48.000 manat göstərilmişdir.
25. Məhkəmə işə apellyasiya qaydasında baxılarkən, iddiaçı və Cavabdeh5 tərəfindən təqdim edilmiş qiymətləndirmə rəylərinə qiymət verərək qeyd etmişdir ki, həmin rəylər ekspert rəyi deyil, tərəflərin sifarişi əsasında hazırlanmış mütəxəssis rəyləri olduğundan, yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdar edilmiş ekspert rəylərindən daha mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəylərində qiymətləndirilən obyektlərin fotoşəkillərinin olmaması belə qənaətə gəlməyə əsas vermişdir ki, həmin mütəxəssis lər rəyləri obyektlərə baxış keçirmədən tərtib etmişlər.
26. İşdəki "xxxx" MMC-nin rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 4 noyabr tarixli rəyini müqayisə edərək məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakların likvid dəyəri müəyyənləşdirilərkən, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi daha mötəbər hesab edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ekspertiza sahəsi üzrə 1999-cu ildən iş təcrübəsi olan, o cümlədən 2014-cü ildən ekspert stajına malik, İİ dərəcəli ekspert əmtəəşünas olan ali təhsilli iki ekspert tərəfindən tərtib edildiyi halda, 2019-cu il 2 sentyabr tarixindən qiymətləndirici şirkət kimi qeydə alınmış "xxxx" MMC-nin rəyləri ekspert rəyi olaraq deyil, mütəxəssis rəyi olaraq tərtib edilmiş, rəyləri tərtib etmiş qiymətləndirici mütəxəssisin əmtəəşünas kimi iş təcrübəsi, qiymətləndirmə sahəsində xüsusi biliyə malik olduğunu təsdiq edən təhsili barədə məlumatlar rəydə qeyd edilməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək mübahisələndirilən qətnamə tutma yönəldilmiş əmlakların ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, əmlakların ilkin satış qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 2023-cü il 4 noyabr tarixli rəyi əsasında müəyyən edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 319.1, 427.3, 442, 462.1, 463.1, 467, 470.1, 472.1, 739, 742.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 39.3.3-cü maddələr inə, MPM-in 88, 97.1, 101.7, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinin tələbləri pozulmuşdur- tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 85 ünvanda yerləşən 80.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını n dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 35.000 manat, ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh3 məxsus 966,8 kv.m sahəsinin dəyəri 909.863 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymətlər əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakların dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi, bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artmas ı ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər.
31. Ekspert tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsvir edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayan formada həddindən artıq şişirdilmişdir. Rəydə kifayət qədər uyğunsuzluqlar və pozuntular mövcuddur. Bu pozuntular işə baxan apellya siya məhkəməsinin diqqətinə çatdırılsa da, işə baxan məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Rəydə qiymətləndirmənin aparılması üçün bir neçə əsas metod olduğunu qeyd etsə də, rəyində yalnız müqayisəli tədqiqat metodundan istifadə etmişdir. Rəydə ipoteka predmeti olan əmlakın olduğu yerin yaxınlığında olan əmlaklardan müqayisəli tədqiqat kimi istifadə edilməmiş, həmin ərazidən xeyli uzaqda, Memar Əcəmi metro stansiyasının yaxınlığında yerləşən 3 ədəd əmlakı müqayisə edərək, 9-cu mikrorayonda qeyri-yaşayış sahəsinin bir kv.m dəyərinin 3.418 manat olduğu qənaətinə gəlinmiş və sonda ipoteka predmetinin sahəsini, yəni 966 kv.m 3.418 rəqəminə vuraraq, hazırkı rəqəmi (3.304.000) əldə edilmiş, həmin rəqəmdən də 10% çıxmaqla, əmlakın likvid dəyərinin 2.974.000 manat olması qənaətinə gəlinmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinə müstəqil qiymətləndirici "xxxx" MMC-nin rəyini, həmçinin tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetlərinin qiymətləndirməsini həyata keçirmiş "xxxx" MMC-nin rəylərini iddiaçı təqdim edərək, təkrar qiymətləndirmə təyin edilməsini xahiş etsə də, vəsatəti əsassız olaraq, təmin edilməmişdir. Məhkəmə, birinci instansiya məhkəməsində qiymətləndirməni həyata keçirmiş "xxxx" MMC-nin rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin rəyi arasında kəskin fərqi araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir.
33. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyi tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərinin dövri qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmişdir. Lakin məhkəmə həmin rəylərə düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəməyə eyni ərazidə oxşar ölçülü əmlakların daha aşağı qiymətə satışa çıxarılması barədə kifayət qədər əlavə sənədlər, internet saytlarından çıxarışlar təqdim edilsə də, bunların heç biri nəzərə alınmamışdır. 34. "xxxx" MMC-yə qiymətləndirmənin keçirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən sifariş verilmiş, bu barədə qərardad qiymətləndiriciyə göndərilmiş və yalan rəy verməyə görə məsuliyyət barədə məhkəmə tərəfindən xəbərdarlıq edilmişdir. "xxxx" MMCnin qiymətləndirici mütəxəssisinin qiymətləndirmə sahəsində xüsusi biliyə malik olması, həmçinin şirkətin lisenziyası və digər sənədlər o cümlədən qiymətləndirilən əmlakların fotoşəkilləri rəyə əlavə edilmişdir. Lakin apellyasiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir.
35. Bundan başqa qətnamədən apellyasiya qay dasında şikayət verən Cavabdeh5 iş üzrə zamindir, ipoteka qoyan deyildir. Bu baxımdan Cavabdeh5 ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətini mübahisələndirməsi ilə bağlı subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız zamin Cavabdeh5la bağlı hissədə yoxlamalı olduğu halda, şikayətin hüdudlarından kənara çıxmış və yekunda düzgün olmayan qətnamə qəbul edilmişdir.
36. MPM-in 88, 102.2, 102.3, 217, 361.4, 372.2-ci maddələri pozulmuşdur-məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış və tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərinə götürdüyü öhdəliklər, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əmlakın dəyəri, iddiaçı tərəfindən təqdim edilmiş əlavə sübutlara və qiymətləndirici rəylərinə d üzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
38. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəz ərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 40. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edə rkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitus iya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
44. İddiaçı hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin təkrar əmtəəşünaslıq ekspertizasının rəyi əsasında ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticəni mübahisələndirir.
45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatət lərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək müvafiq ekspert rəyi alınmışdır. Təkrar əmtəəşünaslıq ekspertizasının 2023-cü il 4 noyabr tarixli rəyi və iddiaçının təkrar qiymətləndirilmə keçirilməsi haqqında vəsatəti 2023-cü il 6 dekabr tarixli məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilmiş, məhkəmə kollegiyası vəsatətin təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müba hisələndirilən ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə dair nəticə əsaslandırılmış, kassator isə hazırkı şikayətində məhkəmənin həmin mövqeyini təkzib edən dəlillərə istinad etməmişdir.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin həmin rəy əsasında müəyyənləşdirilməsi ilə bağlı gəldiyi nəticə və bu qərarın 23-27-ci bəndlərində verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin müm künlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 21-22ci bəndlərində qeyd edilən hüquqi qiymətləndirməsi ilə razılaşaraq, kassasiya şikayətinin zamin Cavabdeh5 ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətini mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olmamasına dair dəlilini də əsassız hesab edir.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr tarixli 2-2(103)-441/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov M.T.Əhmədova