Məhkəmə qərarları › İş №2-2(102)-196/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-196/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-196/2022 30.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-953/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adıçəkilən dövlət xidmətinə keçmişdir.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 2013-cü il 04 oktyabr tarixli “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində, Yardımçı təsərrüfatlar massivi ünvanında yerləşən, 50.180,0 kv.m. torpaq sahəsi icarəçinin istifadəsinə verilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən illik icarə haqqının məbləği 20.072 manat, aylıq icarə haqqı 1.672,67 manat məbləğində müəyyən edilmişdir.

4. Müq avilənin 7.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsinə yol verilən hallar sadalanmışdır: tərəflərin qarşılıqlı razılığı ilə, torpaq sahəsinə dövlətin və ya bələdiyyənin ehtiyacı olduqda, müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda, tərəflərin biri müqavilə şərtlərinə əmək etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə.

5. İcarə müqaviləsinin müddəti 2013-cü il 4 oktyabr tarixdən 2054-cü il 24 oktyabr tarixədək müəyyən edilmiş və müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 27 avqust tarixli məktubla, icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2020-ci il 31 avqust tarixinə ol an 76.285,9 icarə haqqı borcunun 7 gün müddətində ödənilməsi tələb olunmuşdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 fevral tarixli, 2-2(82)35/2018 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh MMC-yə qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMC-dən 54.541,33 manat məbləğində icarə haqqı üzrə borcun Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürülməsi qət edilmişdir.

8. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsinin 2021-ci il 30 aprel tarixinə olan məlumatlara əsasən, Cavabdeh MMC-nin cəmi ödənilməli olan icarə haqqı üzrə borcu 64.577,22 manat təşkil edir. 9. 2021-ci il 03 may tarixli 045 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə 3.345,34 manat pul ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci il 01 mart tarixindən 2021-ci il 30 aprel tarixinədək olan dövr ərzində yaranmış icarə haqqı borcu üzrə 63.561 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq, onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2013-cü il 04 oktyabr tarixli, 2792 nömrəli icarə müqaviləsi nə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində, Yardımçı təsərrüfatlar massivində yerləşən, dövlət mülkiyyətində olan 50.180 kv.m. sahəsi olan torpaq sahəsi 2054-cü il 24 oktyabr tarixədək cavabdehin icarəsinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən, hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 2021-ci il 30 aprel tarixinə 64.577 (altmış dörd min beş yü z yetmiş yeddi) manat məbləğində icarə haqqı borcu mövcuddur.

12. İddiaçı 2018-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimalqərbində, Yardımçı təsərrüfatlar massivində yerləşən, dövlət mülkiyyətində olan 50.180 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında bağlanılmış 2013-cü il 04 oktyabr tarixli, 2792 nömrəli icarə müqaviləsi üzrə 2018-ci il 28 fevral tarixə yaranmış 54.541 (əlli dörd min beş yüz qırx bir) manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 fevral tarixli, 2- 2(82)-35/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə qət edilmiş 54.541 manat icarə haqqı üzrə borcun 53.525 manatı cavabdeh tərəfindən ödənilmiş, 1016 manatın ödənilməsi həyata keçirilməmişdir. İcarəçinin həmin müqavilə üzrə 2018-ci il 01 mart tarixindən 2021-ci il 30 aprel tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödənilməli olan 63.561 manat məbləğində icarə haqqı borcu mövcuddur.

13. Cavabdehə 2020-ci il 27 avqust tarixli, **********96 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Bununla əlaqədar iddiaçı cavabdehə qarşı icarə haqqı borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin 2021-ci il 15 mart tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 07 iyun tarixli, e-2-2(113)-2234/2021 saylı qətnaməsi ilə id dia qismən təmin edilərək, cavabdehdən 2018-ci il 01 mart tarixdən 2021-ci il 30 aprel tarixədək olan dövr üçün yaranmış icarə haqqı borcu üzrə 60.215,66 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia verilərkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (iddiaçının hüquqi sələfi) (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında 2013-cü il 04 oktyabr tarixli, 2792 saylı icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü icarə haqqını ödəmək öhdəliyini lazımi qayd ada yerinə yetirməmiş, nəticədə cavabdehin həmin müqavilə üzrə 2018-ci il 01 mart tarixdən 2021-ci il 30 aprel tarixədək olan dövr üçün 63.561 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Həmin borcun bir hissəsi – 3.345,34 manat cavabdeh tərəfindən 2021-ci il 03 may tarixdə ödənilmişdir. 16. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsu s torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsi) 51-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 443.1 və 448.1, 700.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq icarəsi haqqında Qanun”) 14-cü maddəsinin 10-cu abzasına istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 06 sentyabr tarixli, 2-2(103)-953/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 07 iyun tarixli, e-2-2(113)-2234/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, icarə müqaviləsi üzrə icarəyə götürdüyü torpaq sahəsinə görə müəyyənləşdirilmiş icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

21. Məhkəmə bu qənaətini Torpaq Məcəllənin 51-ci m addəsinə, “Torpaq icarəsi haqqında Qanun”un 14-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.27-ci bəndinə, Mülki Məcəllənin 427.3, 442, 448.1, 448.2, 700.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Ka ssasiya şikayətinin dəlilləri

23. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.

24. Bakı Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 710-cu maddəsini tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, dövlət büdcəsinə ödənilməli olan icarə haqqı üzrə borcun məbləği həqiqəti əks etdirmir. İddiaçı tərəfindən icarə haqqı üzrə borcun məbləği yüksək göstərilmişdir.

25. Həmçinin iddiaçı tərəfindən məhkəməyə cavabdehin borclu olduğu ic arə haqqının məbləğini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.

26. Kassasiya şikayəti Mülki Məcəllənin 710-cu, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozma qla icra edilməsi) başa düşülür”. “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur”. 33. “Torpaq icarəsi haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə14.İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpa ğın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir”.

34. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası P rezidentinin 2010-cu il 2 iyul tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndinin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. M əhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-953/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 2013-cü il 04 oktyabr tarixli 2792 saylı icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 20.072 manat, aylıq icarə haqqı isə 1.672,67 manat məbləğində müəyyənləşdirilmiş, müqavilənin 2.2-ci bəndinin dördüncü abzasına müvafiq olaraq icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir, icarəyə götürülmüş torpaq sahəsinin aylıq və illik icarə haqqı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirildiyindən, məhkəmə tərkibi icarə haqqı üzrə borcun həqiqəti əks etdirməməsi, icarə haqqı üzrə borc məbləğinin iddiaçı tərəfindən yüksək göstərilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini, bu məbləğin əslində nə qədər təşkil etməsi sonuncu tərəfindən konkret sübutlara istinadla qeyd edilmədiyi üçün əsaslı hesab etmir.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən isə cavabdeh icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, icarəyə götürdüyü torpaq sahəsinə görə razılaşdırılmış icarə haqqının ödənilməsini təmin etməmiş, buna görə də məhkəmələr iş mat eriallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin, tərəflər arasında icarə müqaviləsindən irəli gələn icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, iddiaçıya olan borcunu ödəmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

38. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdeh kassasiya şikayətində prosessual hüquq normalarını qeyd etsə də bu pozuntuların özünü nədə büruzə verdiyini konkret olaraq göstərməmiş, işin hallarının araşdırılmamasına istinad isə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir.

39. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apelyasiya şikayətinin dəlilləri üzrə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-953/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

41. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-953/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar