Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-197/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər “X5” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh9, Cavabdeh8, Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər “X5” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh9, Cavabdeh8, Cavabdeh5 qarşı kredit borcunun tutulması, tutman ın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(105)-94/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X5” MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən, qaytarılması gecikdirildiyi halda günlük faiz dərəcəsi 0,1 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır.
2. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli kredit verilməsinə dair razılaş maya əsasən “X5” MMC "xxxx" İKB ASC-dən illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit götürmüşdür.
3. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC "xxxx" İKB ASC-dən illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində kredit götürmüşdür.
4. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC "xxxx" İKB ASC-dən illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür.
5. İş materiallarında olan 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC "xxxx" İKB ASC-də n illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür.
6. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z1) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissəhissə icra etməsi üçün Cavabdeh4 məsuliyyəti öz üzərinə götürmüşdür.
7. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z2) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcala n tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissəhissə icra etməsi üçün Cavabdeh3 məsuliyyəti öz üzərinə götürmüşdür.
8. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №-li sonrakı girov müqaviləsindən görünür ki, borcalan girov qoyan (“X5” MMC) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən ünvan 1 ünvanındakı əmlak kompleksi kimi müəssisədə yerləşən əmlakları (“X5” MMC-yə məxsus avadanlıqları) 2018-ci il 7 sentyabr tarixli 4BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora girov saxlayana girova verir.
9. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4 -BİZG5Z2-2-0-3-18(İ1) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan - “X5” MMC mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2- 2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 2.860.500 manat müəyyən edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2018-ci il 20 sentyabr tarixli, RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “X5” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.
11. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ2) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilini 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarş ılıqlı razılığına əsasən əmlakın dəyəri 57.000 manat müəyyən edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2018-ci il 20 sentyabr tarixli, RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.
13. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ3) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı - Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilini 2018-ci il 7 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 60.000 manat müəyyən edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2018-ci il 20 sentyabr tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.
15. İş m ateriallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ4) №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evini 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 380.000 manat müəyyən edilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2018-ci il 20 sentya br tarixli, RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.
17. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ5) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh5 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı - ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəni 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəli yin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 800.000 manat müəyyən edilmişdir.
18. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2018-ci il 20 sentyabr tarixli, RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh5 məxsus ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır.
19. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 2020-ci il 31 yanvar tarixli 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi illik 7,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2020-ci il 31 yanvar tarixdən 2020-ci il 31 may tarixədək təyin edilir.
20. İş materiallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 2020-ci il 31 yanvar tarixli 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 2.289.058,54 ( iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil edir, kreditin faiz dərəcəsi illik 12,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2020-ci il 31 yanvar tarixdən 2020-ci il 31 may tarixədək təyin edilir.
21. İş mate riallarında olan 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 2020-ci il 31 yanvar tarixli 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 512.334,83 ( beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil edir, illik faiz dərəcəsi 12,5 faiz təyin edilir.
22. İş materiallarında olan 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 2020-ci il 31 yanvar tarixli 1 №-li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 200.663,86 ( iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil edir, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 2020-ci il 31 yanvar tarixdən 2020 -ci il 31 mart tarixədək təyin edilir.
23. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 8 sentyabr tarixli, 9/4111 nömrəli rəyindən görünür ki, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə “X5” MMC-nin Banka 2021-ci il 30 mart tarixə (son ödəniş tarixi) əsas borc üzrə 200.004,60 ABŞ dolları, faiz borcu üzrə 3.587,30 ABŞ dolları, 5% dərəcəsi ilə faiz borcu üzrə 9.194,65 ABŞ dolları borcu olmuşdur. Həmçinin qeyd edilmişdir ki, "xxxx" İKB ASC ilə “X5” MMC arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2- 2- 0-3-18 (2) saylı, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı və kredit müqavilələri üzrə rəsmiləşdirilmiş əlavə sazişlər üzrə tərtib edilmiş ödəniş qrafikləri ekspertizaya təqdim edilmədiyinə görə və həmçinin həmin kredit müqavilələri üzrə son ödəniş müddəti borcun hesablanması ilə bağlı ekspert qarşısında qoyulmuş müddətlərdən daha sonrakı tarixdə bitdiyinə görə “X5” MMC-nin borcunu hesablamaq mümkün olmadığından, “X5” MMC-nin (1), (2), (3) saylı müqavilələr üzrə 2021-ci il 9 fevral tarixinə və 2021-ci il 30 mart tarixə banka olan əsas borcu, faiz borcu və cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır.
24. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 6 may tarixli, 9/307 nömrəli rəyində qeyd edilmişdir ki, 2020-ci il 31 yanvar tarixli 4-BİZG5Z2-2-03-18 (1) saylı kredit verilməsinə dair X4 № 1-in 1.2-ci bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X5” M MC ilə "xxxx" arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair Razılaşmanın və 2020ci il 31 yanvar tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair X4 № 1-in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə, 2022-ci il 6 yanvar tarixə “X5” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 752.224,29 ABŞ dolları, faiz borcu 109.072,52 ABŞ dolları, 2020-ci il 31 yanvar tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair X4 №1-in 1.2-ci bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X5” MMC ilə "xxxx" arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair Razılaşmanın və 2020-ci il 31 yanvar tarixli 4-BİZG5Z2-2-0-318 (2) saylı kredit verilməsinə dair X4 № 1- in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə 2022-ci il 6 yanvar tarixə “X5” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 2.289.058,54 manat, faiz borcu 608.126,55 manat, 2020-ci il 31 yanvar tarixli 4-BİZG5Z22-0-3-18 (3) saylı kredit xətti ayrılmasına dair Razılaşma üzrə 2022-ci il 6 yanvar tarixə “X5” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 512.334,83 manat, faiz borcu 136.110,29 manat müəyyən edilir.
25. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş qiymətləndirmə aktlarından görünür ki, ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 2.850.000 (iki milyon səkkiz yüz əlli min) manat, likvid dəyəri 2.000.000 (iki milyon) ma nat, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin bazar dəyəri 70.000 (yetmiş min) manat, likvid dəyəri 65.000 (altmış beş min) manat, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid dəyəri 77.000 (yetmiş yeddi min) manat, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 430.000 (dörd yüz otuz min) manat, likvid dəyəri 390.000 (üç yüz doxsan min) manat, Cavabdeh5 məxsus ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 1.600.000 (bir milyon altı yüz min) manat, likvid dəyəri 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilmişdir.
26. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş **********986800 nömrəli çıxarışın surətindən görünür ki, 2019-cu il 22 noyabr tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC kimi qeydiyyata alınmışdır.
27. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlərə bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İş materiallarında olan 2022-ci il 20 may tarixli, KBD 6024 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4BİZG5Z2-2-0-3-18(1) nömrəli kredit müqaviləsinə əsasən 752.224,29 ABŞ dolları əsas borcu, 129.428,01 ABŞ dolları faiz borcu, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.038.954,43 ABŞ dolları borcu olmuşdur.
29. İş materiallarında olan 2022-ci il 20 may tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z22-0-3-18(2) nömrəli kredit müqaviləsinə əsasən 2.289.058,54 manat əsas borcu, 723.915,5 manat faiz borcu, 355.937 manat cərimə borcu olmaqla, ümumilikdə 3.368.911,04 manat borcu olmuşdur.
30. İş materiallarında olan 2022-ci il 20 may tarixli, KBD 6026 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z22-0-3-18(3) nömrəli kredit müqaviləsinə əsasən 512.334,83 manat əsas borcu, 161.633,69 manat faiz borcu, 77.333,75 manat cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 17.574,40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 768.876,67 manat borcu olmuşdur.
31. İş materiallarında olan 2022-ci il 20 may tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X5” MMC-in 2019-ci il 29 aprel tarixli 4- BİZG5Z2-20-3-18 (4) nömrəli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları əsas borcu, 18.085,60 ABŞ dolları faiz borcu, 89.249,85 ABŞ dolları cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 14.765,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 162.100,85 ABŞ dolları borcu olmuşdur. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
32. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər “X5” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh5 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “X5” MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 804.995,52 ABŞ dolları borcun, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z22-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 mana t faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 2.551.726,75 manat borcun, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 567.374,62 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.663,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən 2020-ci il 20 noyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 248.187,06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqq ında bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının ödənilməsi, borcun əvəzi “X5” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, 2018-ci il 7 sentyabr tarixli sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın “X5 “ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracda satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhər i, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh6 məxsus Su mqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh5 məxsus ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracda satılması və borcun ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X5” MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh 8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin S umqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və banka təhvil verilməsi, “X5” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. İddia tələbi §19-22-də göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq bildi rilmişdir ki, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X5” MMC-yə "xxxx" İKB ASC-nin Sumqayıt filialından illik 36%-dən çox olmamaqla 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 7 sentyabr tarixli BİZG5Z2-2-0-3-18 saylı Baş kredit müqaviləsinə 2020-ci il 31 yanvar tarixli 1 №-li razılaşmaya əsasən borcalan tərəfindən kreditora müqavilənin tərkibində verilmiş kredit xətti və kredit müqavilələri üzrə ən azı 200.000 manat ödənildikdən sonra qüvvəyə minir. Qeyd olunan məbləğ ödəniş gününə hesablanmış gecikdirilmiş faiz borcu və cərimə məbləğinin silinməsinə yönəldikdən sonra qalan vəsait 2019-cu il 29 aprel tarixli 4- BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsinə əsasən v erilmiş 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit üzrə qalıq əsas borc məbləğinin silinməsinə yönəldilir. 2018-ci il 7 sentyabr tarixli 4BİZG5Z2-2-0-3-18(1) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X5” MMC illik 5,5% -lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində "xxxx" İKB ASC-dən kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh4 və Cavabdeh3 ilə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z1) və 4-BİZG5Z2-2-0-3- 18 (Z2) saylı zaminlik müqaviləsi, “X5” MMC ilə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsi bağlanmış, “X5” MMC-yə məxsus 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №-li sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş avadanlıqlar banka girov qoyulmuşdur. “X5“ MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ1) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10 -cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ2) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ3) №- li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh6 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ4) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh5 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompl eksi kimi müəssisə 2018-ci il 10 sentyabr tarixli 4BİZG5Z2-2-0-3-18 (İ5) №-li ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 7 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 804.995,52 ABŞ dolları borcu, 2020-ci il noyabrın 20-dək “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-20-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 manat faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2.551.726,75 manat borcu, 2020-ci il noyabrın 20-dək “X5” MMC-nin 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz borcu olmaqla ümumilikdə cəmi 567.374,62 manat borcu, 2020-ci il noyabrın 20-dək “X5” MMCnin 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.63,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən 2020-ci il 20 noyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ doll arı məbləğində əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 248.187,06 ABŞ dolları borcu olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq “X5” MMC borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. 2019-cu il 29 aprel tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh t ərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.
34. Sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələr vermiş və sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər “X5” MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 129.428,01 ABŞ dolları faiz, 1 57.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1.038.959,43 ABŞ dolları borcun, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 723.915,5 manat faiz, 355.937 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3.368.911,04 manat borcun, 2018-ci il 7 sentyabr tarixli 4BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 161.633,69 manat faiz, 77.333,75 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2021-ci il 11 sentyabr tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 manat borc olmaqla ümumilikdə, cəmi 768.876,67 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 40.000 ABŞ dolları əsas, 18.0 85,6 ABŞ dolları faiz, 89.249,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 2020-ci il 29 aprel tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 162.100,85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının ödənilməsi, borcun əvəzinin “X5” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, 2018-ci il 7 sentyabr tarixli sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın ip oteka predmeti olan “X5” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracda satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıy a ödənilməsi, tutmanın Cavabdeh5 məxsus ünvan 10 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracda satılması və borcun ünvan 11 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracda satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X5” MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 məx sus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m. ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m. ümumi s ahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2- ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 12 ünvanında yerləşən 0.2857 h a torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və banka təhvil verilməsi, “X5” MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 445.2.1, 448.1, 21, 465.2, 472.1, 472.2, 501, 317.1, 449.4, 445.7, 449.1, 295-ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 4, 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli, “Azərbycan Respublikası Mülki Məcəlləsinin 399.4, 445 və 449-cu maddələrinin b əzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinad etmişdir.
36. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
37. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli e-2-2(119)-10/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin olunması, “X5 “ MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 80.000 (səksən min) ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 941.297 (doqquz yüz qırx bir min iki yüz doxsan yeddi) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 230.000 (iki yüz otuz min) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3.127.185 (üç milyon yüz iyirmi yeddi min yüz səksən beş) manat məbləğində borc, 2018- ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) sa ylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 50.000 (əlli min) manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 2021-ci il 11 sentyabr tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 (on yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 716.020,52 (yeddi yüz on altı min iyirmi manat əlli iki qəpik) manat məbləğində borc, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2- 0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 (qırx min ABŞ dolları) ABŞ dolları məbləğində əsas borc, 3587,30 (üç min beş yüz səksən yeddi ABŞ dolları o tuz sent) ABŞ dolları məbləğində faiz borcu, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə 2020-ci il 29 aprel tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 (on dörd min yeddi yüz altmış beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 63.353 (altmış üç min üç yüz əlli üç) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutulması, tutma “X5” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4- BİZG5Z2-2-0-3-18 (G) saylı, 2018-ci il 7 sentyabr tarixli sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən girov predmeti olan avadanlıqlara yönəldilməsi və həmin avadanlıqlar açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsi nə yönəldilməsi, tutma ipoteka predmeti olan “X5“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisə açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan “X5“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.000 000 (iki milyon manat) müəyyən edilməsi, tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipotek a predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməsi, tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin satış qiyməti 77.000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, tutma ipoteka predmeti olan Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qə səbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin satış qiyməti 390.000 (üç yüz doxsan min) manat müəyyən edilməsi, tutma ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisəsinin açıq hərracda satılması və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin satış qiyməti 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilməsi, “X5“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisə boşaldılması və banka təhvil verilməsi, Cavabdeh5 məxsus olan ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və banka təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərclərinin 10%- iddiaçıya, 90%-i cavabdehlərə aid edilməsi qət edilmişdir (sədrlik edən hakim - Z.Sadıqov).
38. Birinci in stansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sadalanan xüsusatlara əsasən cavabdeh “X5” MMC kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən Baş kredit müqaviləsi əsasında kredit məbləğlərini, müvafiq razılaşmalarla müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitlərini, həmin kreditlərdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, “X5” MMC onunla iddiaçı arasında bağlanılmış 2018-ci il 7 sentyabr tarixli Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə p ozmuşdur. Bu səbəbə görə məhkəmə hesab etmişdir ki, iddia tələbi Baş kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı sayılmışdır.
39. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə “X5” MMC arasında bağlanılmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18 nömrəli Baş kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən sonradan tərəflər arasında bağlanılmış razılaşmaların hamısı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olduğu üçün Baş kredit müqaviləsinin ləğvi onun əsasında bağlanılmış razılaşmaların və onlara əlavə sazişlərin də ləğvinə səbəb olur. Buna görə də iddiaçı həmin razılaşmalar üzrə əsas və digər borcları tələb edə bilərdi. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan razılaşmaların və onlara əlavə sazişlərin şərtləri qanun vericiliyə zidd olmadığı və mübahisələndirilmədiyi üçün asaslı sayılmalıdır.
40. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddiaçı Baş kredit müqaviləsinin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni, əldən çıxmış faydanı və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
41. Məhkəmə iddia tələbinin cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə 752.224,29 ABŞ dolları əsas, 129.428,01 ABŞ dolları faiz, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1.038.959,43 ABŞ dolları borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı faiz borcunu 129.428,01 ABŞ dolları məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 5 may tarixli, 9/307 №-li rəyində faiz borcu 109.072,52 ABŞ dolları məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 109.072,52 ABŞ dolları məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əsas borc 752.224,29 ABŞ dolları olduğu halda cərimənin 157.307,13 ABŞ dolları məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 80.000 ABŞ dollarınadək azaldılmalıdır.
42. Məhkəmə iddia tələbinin cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 723.915,5 manat faiz, 355.937 manat cərimə borcu olm aqla ümumilikdə, cəmi 3.368.911.04 manat borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı faiz borcunu 723.915,5 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 5 may tarixli, 9/307 №-li rəyində faiz borcu 608.126,55 manat məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 608.126,55 manat məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əsas borc 2.289.058,54 manat olduğu halda cərimənin 355.937 manat məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 230.000 manatadək azaldılmalıdır.
43. Məhkəmə iddia tələbinin cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2018-ci il 7 sentyabr tarixli 4 -BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə 512.334,83 manat əsas, 161.633,69 manat faiz, 77.333,75 manat cərimə borcu və kredit müqaviləsi üzrə 2021-ci il 11 sentyabr tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574.4 manat borc olmaqla ümumilikdə, cəmi 768.876,67 manat borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı faiz borcunu 161.633,69 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 5 may tarixli, 9/307 №-li rəyində faiz borcu 136.110,29 manat məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 136.110,29 manat məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əsas borc 512.334,83 manat olduğu halda cərimənin 77.333,75 manat məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 50.000 manatadək azaldılmalıdır.
44. Məhkəmə iddia tələbinin cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 ABŞ dolları əsas, 18.085,6 ABŞ dolları faiz, 89.249,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 2020-ci il 29 aprel tarixdən 2022-ci il 20 may tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla, ümumilikdə, cəmi 162.100,85 ABŞ dolları borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı faiz borcunu 18.085,6 ABŞ dolları məbləğində tələb etsə də, iş üz rə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 8 sentyabr tarixli, 9/4111 №-li rəyində faiz borcu 3.587,30 ABŞ dolları məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 3.587,30 ABŞ dolları məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əsas borc 40.000 ABŞ dolları olduğu halda cərimənin 89.249,85 ABŞ dolları məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 5.000 ABŞ dollarınadək azaldılmalıdır.
45. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsaslı olmuşdur. Belə ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
46. İddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu, icra məsələsi olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulduğu üçün tələbi həmin hissədə təmin etməyə zərurət yoxdur.
47. İddia tələbinin Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və C avabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslə rin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ipotekaya qoyulmuş mənzil satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Ona görə də, hazırkı iş üzrə ipoteka predmeti olan mənzillərə və fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi qey d olunan səbəbə görə əsassız olduğu üçün təmin edilməməlidir. Öz növbəsində, hazırkı iş üzrə ipoteka predmeti olan mənzillərə və fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin edilmədiyinə görə iddia tələbində göstərilən şəxslərin qeyd olunan mənzillərdən və ya fərdi yaşayış evindən çıxarılmaları, onların boşaldılması və Banka təhvil verilməsi tələbləri də təmin oluna bilməzdi.
48. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 445.2, 448.1, 449.4, 421.2, 445.7, 449.1, 470.1, 472.1, 472.2, 501, 317.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına, “İpoteka Haqqında” Azərbay can Respublikası Qanunun 4, 33, 34.1.1, 34.1.2, 39.3.3, 1.0.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
49. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
50. Qətnamədən narazı qalan cavabdeh “X5” MMC və Cavabdeh1 apellyasiya şikayətləri verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli, e-2- 2(119)-10/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını x ahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
51. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli, 2-2(105)-94/2022 saylı qətnaməsi ilə iddiaçı, cavabdeh “X5” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli, e-2-2(119)-10/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və Z.Məmmədov).
52. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “faiz borcunun əsassız olaraq azaldılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 6 ma y tarixli, 9/307 nömrəli rəyi ilə 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə 2022-ci il 6 yanvar tarixə “X5” MMC-nin "xxxx" İKB ASC-yə 752.224,29 ABŞ dolları əsas borcu, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borcu, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borcu, 1 36.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır.
53. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməklə, cavabdehlər “X5“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə 752.224,29 ABŞ dolları əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcunun tutulması əsaslı olmuşdur.
54. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “məhkəmə tərəfindən cərimə borcunun əsassız olaraq azaldılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını və müqavilələr üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğlər hesab etmiş və həmin cərimə (dəbbə) məbləğlərini azaltmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə (dəbbə) məbləğlərinin müəyyən edilmiş məbləğlərdə tutulması məqsədə uyğundur.
55. Maddi hüquq normalarının tələbindən göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ipotekaya qoyulmuş mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən çıxarılmasının aydın ifadə olunmuş xüsusi qaydası nəzərdə tutulmamışdır. Buna görə iddiaçının hazırki iddia tələbi üzrə ipoteka predmeti olan mənzilə tutma yönəldikdən sonra mənzilin yeni mülkiyyətçisi kimi iddiaçıya məxsusluğu müəyyən edilmədən həmin mənzilin məhz iddiaçıya təhvil verilməsinə dair iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir.
56. Məhkəmə kollegiyası cavabdeh “X5” MMC-nin apellyasiya şikayətinin qeyd olunan hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" İKB ASC ilə “X5” MMC arasında 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsi bağlanmış və daha sonra həmin Baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC ilə “X5” MMC arasında 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li və 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmalar bağlanmış və müxtəlif məbləğlərdə kreditlər verilmişdir.
57. Məhkəmə kollegiyası cavabdeh “X5” MMC-nin ap ellyasiya şikayətinin qeyd olunan hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" İKB ASC ilə “X5” MMC arasında bağlanmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18 (1) nömrəli, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) nömrəli və 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z22-0-3-18 (3) nömrəli kredit müqavilələri üzrə rəsmiləşdirilmiş əlavə sazişlər üzrə tərtib edilmiş ödəniş qrafikləri ekspertizaya təqdim edilmədiyinə görə və həmin kredit müqavilələri üzrə son ödəniş müddəti borcun hesablanması ilə bağlı ekspert qarşısında qoyulmuş müddətlərdən daha sonrakı tarixdə bitdiyinə görə “X5” MMC-nin borcunu hesablamaq mümkün olmadığından, “X5” MMC-nin (1), (2), (3) saylı müqavilələr üzrə 2021-ci il 9 fevral tarixinə və 2021-ci il 30 mart tarixə banka olan əsas borcun, faiz borcunun və cərimə borcunun nə qədər təşkil edib etmədiyini müəyyən etmək mümkün olmadığından və iş üzrə rəy verilmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
58. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti çatmadığı üçün kreditor tərəfindən və ya onun tələbi ilə məhkəmə yolu ilə öhdəliklərin icrasının borclulardan tələb edilə bilməməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə cavabdeh “X5” MMC iddiaçı ilə aralarında bağlanılmış 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinin tərkib hissəsi olan 4 razılaşma əsasında götürdüyü kredit məbləğləri üzrə öhdəliklərini yerinə yetirməmiş və buna görə də borcalana güzəşt edilərək, həmin razılaşmalar üzrə verilmiş qalıq kredit məbləğləri kapitallaşdırılmış, faizlərdə dəyişikliklər edilmiş, vaxt güzəştləri müəyyən olunmuş, lakin bütün bunlara, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq, borcalan öhdəliklərini yerinə yetriməməyə davam etmiş və bununla da Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2 razılaşma üzrə kredit müqavilə müddəti bitməsə də, ümumilikdə, bütün razılaşmaların və onların tərkib hissəsi olduğu Baş kredit müqaviləsinin əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı “X5” MMC-dən öhdəliklərinin icrasını tələb etməkdə haqlı olmuşdur.
59. Məhkəmə kollegiyası həmçinin ipoteka predmeti olan əmlakların likvid dəyərinin apellyasiya şikayətləri ilə mübahisələndirilmədiyini qeyd etmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 101.3, 103.1, 467, 385.1, 425.1, 427.3, 442, 445.1, 448.1, 448.2,-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 №-li Qərarının 11-ci bəndinə, MPM-in 24.2, 26.1, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
61. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 29 noyabr tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
62. İddiaçı 2023-cü il 27 yanvar tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli 2-2(105)-94/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
63. Cavabdeh 2023-cü il 29 yanvar tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli, e-2- 2(105)-94/2022 saylı qətnaməsi ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
64. MM-in 1, 385.1, 389.1-ci maddələrinin tələbləri, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri, MPM-in 76.1, 76.2, 88.1, 217.1, 217.3, 417.1.4, 418.1, 418.2, 386, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Göründü yü kimi 2022-ci il 6 may tarixli ekspert rəyi, qətnamə qəbul edilərkən əsas sübut kimi qiymətləndirilmişdir. Lakin ekspert rəyinin bankın həmin dövrə tələb etdiyi əsas, faiz borcuna uyğunluq təşkil etməsinə baxmayaraq bankın 2022-ci il 20 may tarixli əlavəsini yalnız 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4)saylı kredit müqaviləsi üzrə illik 5%-lə hesablanmış tələbini nəzərə almaqla məbləği təmin etmişdir. Bu da heç bir halda ağlabatan hesab edilmir. Belə ki, əsas borc dəyişmir, əsas borca illik 5%-lə hesablanan borc məhkəmə tərəfindən nəzərə alınırsa, deməli 2022-ci il 20 may tarixə əsas borcalana hesablanan faiz borcları və cərimə də məhkəmə tərəfindən nəzərə alınmalı idi
65. Hər iki instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qərəzli mövqedən yanaşılmışdır. Belə ki, m əhkəmə 2022-ci il 20 may tarixli iddia tələbinə əlavə verilməsinə dair ərizəni nəzərə almamış, həmçinin Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və NuriyevAnar Elxan oğlunun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönə ldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ciməhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, h əmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissəsində də iddia tələbini təmin etməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
66. MM-in 385.1, 427.1-ci maddələrinin, MPM-in 76.1, 88, 169.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı iş materiallarında bir-birinə ziddiyyət təşkil edən 2 ekspertiza rəyi mövcuddur. Belə ki, ilk ekspertiza rəyində ödəniş tapşırığı tərtib edilməmiş müqavilələr üzrə borcun hesablanmasının mümkün olmadığı qeyd edilsə də digər rəydə ekspert bunu mümkün sayıb, borcu hesablamışdır. Göründüyü kimi bir-birinə zidd mahiyyətdə olan bu iki rəydən nəyə və hansı səbəbə görə məhkəmənin 2-ci rəyə istinad etdiyi məlum deyildir. İddia tələbi ayrı-ayrı müqavilə üzrə cavabdeh olmuş ayrı-ayrı şəxslərə qarşı bir iddia çərçivəsində qaldırılmışdır ki, bu da prosessual pozuntudur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh əsassız olaraq kassasiya şikayətində göstərmişdir ki, kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti çatmadığı üçün kreditor tərəfindən və ya onun tələbi ilə məhkəmə yolu ilə öhdliklərin icrası borclulardan tələb edilə bilməz. Həmçinin kredit müqavilələrindən ikisi üzrə son ödəniş tarixi çatmadığı üçün həmin kredit müqavilələri üzrə pulun tələb edilməsinin qanunsuz olduğunu bildirmişdir. Həmçinin iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasından narazılığını ifadə etmiş, lakin apellyasiya instansiyası məhkəməsində təkrar ekspertizanın keçirilməsi üçün əsaslandırılmış hər-hansısa bir vəsatətlə müraciət etməmişdir. Bun dan başqa qeyd olunmuşdur ki, tərəflər arasında 4 kredit müqaviləsi bağlanmış, həmin kredit müqavilələrindən ikisinin son ödəniş günü başa çatsa da cavabdeh hələ də borcu ödəməkdən boyun qaçırmaqdadır.
68. Bundan başqa cavabdeh kassasiya şikayətində iddia tələbinin ayrı-ayrı müqavilə üzrə cavabdeh olmuş ayrı-ayrı şəxslərə qarşı bir iddia çərçivəsində qaldırmışdır ki, bunun da prosessual pozuntu olmasını bildirmişdir.
69. Qeyd olunmuşdur ki, 2018-ci il 7 sentyabr tarixdə “X5” MMC ilə "xxxx" İKB ASC-nin Sumqayıt filialı arasında baş kredit müqaviləsi bağlanmış, cavabdehə 5.457.000 manat kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsinə bağlanmış, 2018-ci il 7 sentyabr tarixli, 4BİZG5Z2-2-0-3- 18(1) №-li, 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li, 2018ci il 7 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18(3) №-li və 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z22-0-3-18(4) №-li kredit müqavilələri əsasında da cavabdeh iddiaçıdan kredit götürmüşdür. 4 kredit müqaviləsi Baş kredit müqaviləsi əsasında bağlandığından iddia da bütün cavabdehlərə qarşı qaldırılmışdır. Bundan əlavə də iddia ərizəsinin “xahiş etdi” hissəsində məhkəmədən 2018-ci il 7 sentyabr tarixli Baş kredit müqaviləsinin ləğvinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Belə ki, Baş Kredit müqaviləsinin ləğv edilməsi onun əsasında bağlanmış bütün kredit müqavilələrinin də ləğvinə əsas olduğundan iddianın bütün cavabdehlərə qarşı bir iddia ərizəsində verilməsi qanunauyğundur.
70. İddiaçı bu baxımdan həmin iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə və onun məzmununa etiraz edərək onun rədd edilməli olduğunu bildirmişdir. Belə ki, əvvəlki instansiyalarda olduğu kimi cavabdehin şikayətinin heç bir hüquqi əsası yoxdur və məhkəməyə hər-hansısa mötəbər sübut təqdim etməmişdir
71. Bundan əlavə cavabdeh kassasiya şikayətini əsaslandırarkən borclu olduğunu etiraf etsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli, 2-2(105)-94/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
72. Sadalananlara əsasən qeyd olunmuşdur ki, cavabdehin kassasiya şikayəti verməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli, 2-2(105)-94/2022 saylı qətnaməsinin icra olunmasının gecikdirilməsi məqsədi daşıyır və şikayəti əsassız olduğundan təmin olunmamalıdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ
73. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunları MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
74. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası m əhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. faktiki halların yoxlanılması və araşdırılması kimi III. TƏTBİQ EDİLƏN HÜQUQ
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdiril miş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.... “Maddə
427. Öhdəliyin icrası müddəti... 428.3. Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Bo rclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tən asübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 77. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka q oyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydad a çıxarılırlar.” 59.4-cü maddənin 2018-ci il 28 dekabr tarixinədək olan redaksiyası: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.”
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
79. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə qismən – Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahəd ən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında ye rləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.
80. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu qərarın §64-də göstərdiyi dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin faiz, cərimə və 5%- lə əlaq əli hissəsinə dair gəldiyi nəticə doğru olmuşdur. Belə ki, hazırkı iş üzrə faiz borcları birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 6 may tarixli rəyi ilə müəyyənləşdirilmiş, həmin rəy sübut növü kimi qəbul edilmiş, bu rəylə razılaşmamağa əsas verən hər hansı hal işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da mövcud olmamışdır. “Cərimələrin əsassız olaraq azaldılması”na dair kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, MM-in 467-ci maddəsinin müəyyənləşdirdiyi qaydaya görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması birbaşa məhkəmənin səlahiyyətinə aid edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya i nstansiyası məhkəməsinin işin hallarını və müqavilələr üzrə ödənilməli olan əsas borcun məbləğlərini nəzərə alaraq borclunun ödənişləri gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərinin tənasübsüz surətdə yüksək hesab etməklə onların azaldılması baxımından gəldiyi mövqe ilə də razılaşır.
81. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia tələbinin həcminin artırılmasına dair iddiaçının 2022-ci il 20 may tarixli son ərizəsinin iddia tələbinin 5%- lə əlaqədar hissəsinin yalnız 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2- 0-3-18 (4) saylı kredit müqaviləsi üzrə hesablandığını, digər müqavilələr üzrə isə nəzərə alınmadığına dair dəlili ilə də razılaşmayaraq vurğulayır ki, iddiaçı tərəfindən iddia ərizəsinə verilmiş 2022-ci il 20 may tarixli son əlavədə gecikdirilmiş vaxt üçün illik 5%- lə hesablanmış məbləğlər 2018-ci il 7 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı və 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2- 03-18 (4) saylı kredit müqavilələri ilə bağlı tələb edilmiş, həmin hissələrdə iddia tələbləri aşağı instansiya məhkəmələri tərəfindən tam təmin olunmuşdur. MPM-in 218.3-ci maddəsində imperativ qayda müəyyənləşdirilərək göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan iddia tələbində gecikdirilmiş vaxt üçün illik 5%-in digər 2 müqavilə barəsində də tətbiqi tələb olunmadığı halda məhkəmənin öz təşəbbüsü ilə birbaşa tətbiqi MPM–in 218.3-ci maddəsinin pozulması ilə nəticələnərdi.
82. Məhkəmə kollegiyası şikayətin §65-də göstərilən dəlili ilə razılaşaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıq dan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış e vinin boşaldılması və Banka təhvil verilməsi hissəsinin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məqbul saymaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə və 59.4-cü maddəsinin hazırda qüvvədə olan redaksiyasına istinadla göstərmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ipotekaya qoyulmuş mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən çıxarılmasının aydın ifadə olunmuş xüsusi qaydası nəzərdə tutulmamışdır. Buna görə iddiaçının hazırkı iddia tələbi üzrə ipoteka predmeti olan mənzilə tutma yönəldikdən sonra mənzilin yeni mülkiyyətçisi kimi iddiaçıya məxsusluğu müəyyən edilmədən həmin mənzilin məhz iddiaçıya təhvil verilməsinə dair iddianın təmin edilməməsi hissəsində birinci instansiya m əhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, həmin məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol verməklə doğru olmayan nəticəyə gəlmişdir.
83. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, mübahisəli ipoteka müqavilələri 2018-ci il 10 sentyabr tarixdə bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə-yəni 2018-ci il 28 dekabr tarixinədək qüvvədə olmuş redaksiyasına görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilm əsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun qeyd edilən maddəsinə 2018-ci il 28 dekabr tarixdə edilmiş və hazırda qüvvədə olan redaksiyasında isə göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
84. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu cür vəziyyətdə isə tətbiq edilməli maddi hüquq norması kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək qüvvədə olmuş redaksiyası rəhbər tutulmalı idi.
85. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmadığı göstərilən hissədə tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin qüvvədə olan redaksiyasında nəzərdə tutulan qaydanı tətbiq etməmiş, bununla da və MPM-in 217.2-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, işin yeni apellyasiya baxışı zamanı qeyd edilən nöqsanlar aradan qaldırılaraq iddia tələbinin təmin edilməyən hissəsinə tərəflər arasında ipoteka hüquq münasibətləri yarandığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri əsasında baxılaraq qiymət verilməlidir.
86. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlilləri ilə razılaşmayaraq hesab edir ki, o təmin olunmamalıdır. Belə ki, hazırki kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin də əsasını təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılaraq həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmaqla qiymətləndirilmişdir Bununla belə məhkəmə kollegiyası bir daha vurğulayır ki, cavabdeh iddiaçıdan kreditləri 2018-ci il 7 sentyabr tarixli, 4-BİZG5Z2-2-0-3- 18(1) №-li, 2018-ci il 7 sentyabr tarixl i 4BİZG5Z2-2-0-3-18(2) №-li, 2018-ci il 7 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18(3) №-li və 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit müqavilələri əsasında götürmüş, bu kredit müqavilələri isə “X5” MMC ilə "xxxx" İKB ASC-nin Sumqayıt filialı arasında 2018-ci il 7 sentyabr tarixdə bağlanmış və cavabdehə 5.457.000 manat kredit limitinin ayrılması razılaşdırılan baş kredit müqaviləsinın ayrılmaz tərkib hissələridir.
87. Bundan başqa yuxarıda göstərilən hər 4 müqavilənin 8-ci bəndlərində kreditorun borcalandan öhdəliklərin vaxtından əvvəl icra edilməsi ilə bağlı tələb hüququnun yaranmasına səbəb olan hallar da göstərilmişdir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarında isə görünür ki, cavabdeh həmin müqavilələrin 8-ci bəndlərində sadalanmış tələblərə riayə t etməmişdir. Bundan başqa baş kredit müqaviləsinin təminatı kimi §§6-17-də göstərilən müqavilələr də bağlandığından iddia tələbi qanunvericiliyin tələblərinə uyğun olmaqla bütün cavabdehlərə qarşı qaldırılmışdır.
88. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən bir-birinə zidd mahiyyətdə olan iki ekspertiza rəyindən nəyə və hansı səbəbə görə 2-ci rəyə istinad etdiyinin məlum olmamasına dair dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından onun yenidən qiymətləndirilməsinə lüzum görmür. Cavabdehin kassasiya şikayəti təmin olunmadığından iddiaçının cavabdehin kassasiya şikayətinə qarşı etirazına da münasibət bildirilməsinə zərurət aradan qalxır.
89. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
90. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
91. Kassasiya qaydasında işə baxan məhkəmə tərkibi hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli, 2-2(105)-94/2022 saylı qətnaməsi qismən - iddia tələbinin təmin olunmadığı hissədə qismən - Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1 0-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.mümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.mümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ciməhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiya mə hkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
92. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X5” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin, İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(105)-94/2022 saylı qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə qismən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.mümumi s ahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, Cavabdeh9 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.mümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ciməhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.