Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-198/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-198/2021 Bakı şəhəri 2021-ci il 26 may Açar sözlər: kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(105)-13/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ:
1. İddiaçı ASC ilə Cavabdeh arasında “heyvandarlığın inkişaf etdirilməsi” üçün 2014cü il 17 iyun tarixli, 195/2 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən, bank borcalana 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə, 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib his səsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə kredit istehlak-girovlu-istehlak məqsədi üçün götürülür. Kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Borcalan bu kreditdən istifadəyə görə illik 6 % olmaqla faiz ödəyir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və va) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12% faizi ödəyir.
2. İddiaçı ASC ilə Cavabdeh arasın da 2014-cü il 28 iyun tarixli, Y45/195/2 saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka saxlayan ilə borcalan arasında Quba şəhərində bağlanmış 2014-cü il tarixli 17 iyun tarixli, 195/2 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 6 % olmaqla 14500 manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh DƏDRX-in 5 saylı Əİ tərəfindən verilmiş 2014-cü il 10 may tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan X2 küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 75,8 kv.m ümumi, 32,8 kv.m. yaşayış və 43,0 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka saxla yanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında qeydiyyatının aparılmasını üzərinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldə bilər. 3. 2020-ci il 22 iyun tarixli **********093 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 2020-ci il 9 iyun tarixinə LPO İddiaçı ASC-yə 13.302,69 manat məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 641,17 manat məbləğində faiz borcu, 1.743,58 manat məbləğində cərimə borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 % ilə hesablanmış 1.988,75 manat məbləğində faiz borcu olma qla, cəmi 17.676,19 manat məbləğində borcu vardır.
4. İş materiallarından görünür ki, Cavabdeh banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuş, bu barədə ona 17 iyun 2020-ci il tarixli bildiriş ünvanlanmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Əİ-nin 2020-ci il 16 iyul tarixli **********42 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə 2020-ci il 10 iyun tarixli, ********** qeydiyyat nömrəli elektron ərizəsinin icrasından ipotekanın dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət da xil olmadığı üçün imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 6. 2020-ci il 27 iyul tarixdə iddiaçı LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə - iddiaçı) Cavabdeh (bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 13.302,69 manat əsas, 641,17 manat müddət sonuna hesablanan faiz, 1.743,58 manat məbləğində cərimə və 1.988,75 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 17.676,19 AZN (on yeddi min altı yüz yetmiş altı man at, on doqquz qəpik) kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və borcun ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, xxx evinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 6% ödənilmək şərtilə 14.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Bu müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ il ə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 6 oktyabr tarixli e-2-2(119)482/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13.302,69 manat məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 641,17 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.988,75 manat məbləğində pul vəsaiti, 500 manat məbləğində cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 16.462,61 (on altı min dörd yüz altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş, bununla da, aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəs inə əsasən, cərimə tənasübsüz surətdə yüksək hesab edilmiş və 500 (beş yüz) manat məbləğində cərimənin tutulmalı olması müəyyən edilmişdir.
13. İddianın “borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olanX2 küçəsində yerləşən 2 otaqlı, 16 saylı evə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin sonuncudan tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə aid hissəsi sübuta yetirilmədiyindən təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, daşınmaz əmlak olan ipoteka predmeti ilə əlaqədar bağlanmış ipoteka müqaviləsi müvafiq qaydada qeydiyyata alınmadığı üçün, cavabdehdə n tələb edilən borc məbləği həmin müqavilədə nəzərdə tutulan ipoteka predmetinə yönəldilə bilməz.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 309.1, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448, 449.1, 462.1, 465.2, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10, 11, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(105)-13/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 6 oktyabr tarixli e-2-2(119)-482/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Hökümə Babayeva).
17. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Hazırkı halda, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından və iddiaçının ipoteka hüququ yaranmadığından ipoteka predmetinə tutma yönəldilə bilməz.
18. Məhkəmənin qətnaməsi iddiaçıya 2021-ci il 15 fevral tarixində təqdim edilmiş dir. 19. 2021-ci il 17 fevral tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
20. Cavabdeh ilə bağlanılmış müqaviləyə əsasən, 17 iyun 2014-cü il tarixdə 195/2 saylı kredit müqaviləsi ilə cavabdehə 36 ay müddətinə illik 6% ödənilmək şərti ilə 14.500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus xxx fərdi yaşayış evi ipoteka qoyulmuş və bu barədə 2014cü il 17 iyun tarixli Y45/195/2 saylı ipoteka müqaviləsi bağlanmışdır. İş ə baxmış məhkəmələr tərəfindən borcun ödənilməsi tələbi təmin edilsə də, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddia təmin edilməmişdir. Bununla da, iddiaçının mənafeyi və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmaması nəzərə alınmamışdır.
21. Cavabdehə məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh, Bank qarşısında borc öhdəliyini yerinə yetirmədiyindən, ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə tutmanın yönədilməsi üçün əsas yaranmışdır.
22. Məhkəmə qətnamə qəbul edərkən, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli, 2014-cü il 24 dekabr və 2008-ci il 08 may tarixli qərarlarının tələblərini nəzərə almamışdır.
23. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 373.2, 384.0.4, 390.1, 385.1, 443.1, 443.2, 739, 416, 417.1.4, 417.2, 418.1, 418.3, 404.1.1, 405.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun, 2014-cü il 24 dekabr tarixli qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir.
27. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri iddianın təmin olunmayan hissəsinə yönəlmişdir.
30. MPM-in 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin q ətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
31. Qeyd olunanlara əsasən, hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu iddianın təmin olunmadığı hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, hab elə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə
307. İpoteka müqaviləsi... 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir.... 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka m üqaviləsi notariat qaydasında təsdiqlənməlidir.” “Maddə
309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin halların ı nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 33. 2005-ci il 15 aprel tarixli, 883-İİQ saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
10. İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etiba rsızlığına səbəb olur. 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində,.. qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dö vlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə
12. İpotekanın dövlət qeydiyyatı qaydaları 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir....” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitə silə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında q eydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır....” “Maddə
39. İpoteka qaydasında baxılması... müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir....” 34. 2004-cü il 29 iyun tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar... Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tər tib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır....” “Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır....” “Maddə
20. İpotekanın dövlət qeydiyyatı 20.1. Daşınmaz əmlakın, o cümlədən t ikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir.... 20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır.... 20.6. İpotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
35. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəllənin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və mal iyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.... Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 37. “Azərbaycan Respublikası Kon stitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı:... hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasınd a bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin yoxlanılan hissəsinə münasibətdə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
39. Belə ki, iddiaçı kassasiya şikayətində kredit müqaviləsinin təminatı olaraq, cavabdehlə bağlanmış 2014-cü il 1 7 iyun tarixli Y45/195/2 saylı ipoteka müqaviləsinə istinadla bildirir ki, cavabdehin kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin mübahisəsiz halı olduğundan və onlar arasında ipoteka müqaviləsi bağlandığından, tutma ipoteka əmlakına yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləği cavabdehdən tutulmalıdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ipoteka münasibətlərini tənzimləyən qanunvericiliyə görə (bax yuxarıda 32-34-cü bəndlər), əsas öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə bağlanan ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmı ş bir sənədin tərtibi yolu ilə yazılı formada tərtib edilməli, notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qanunda nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Yalnız bundan sonra ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yarana bilər. İpoteka saxlayan Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
41. Hazırkı halda, işin materialına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Əİ-nin 2020-ci il 16 iyul tarixli **********42 nömrəli məktubundan aydın olur ki, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi üzərində ipotekanın dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət daxil olmadığından, həmin daşınmaz əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilməmişdir. Bu səbəbdən, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə elektron ərizənin icrasından imtina edilmişdir (bax yuxarıda 5-ci bənd).
42. Göründüyü kimi, ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət r eyestrində dövlət qeydiyyatına alınmadığı üçün, sözügedən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməmiş, başqa sözlə, sonuncunun 2014-cü il 17 iyun tarixli ipoteka müqaviləsi ilə ipoteka hüququ hüququ yaranmamışdır.
43. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının ipoteka ilə yüklü edilmiş yaşayış evinə tutmanın yönədilməsi tələbinin əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur (bax yuxarıda 32-34-cü bəndlər).
44. İddiaçı kassasiya şikayətində hər hansı dəlil irəli sürmədən hesab edir ki, cavabdehdən tələb olunan cərimə məbləği tam təmin olunmalıdır.
45. Məhkəmə kollegiyası iddiaçının cərimə məbləğinin tutulması tələbinə dair hissədə işə baxmış məh kəmələrin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir
46. İddiaçı tərəflər arasında bağlanmış 2014-cü il 30 iyun tarixli, 195/2 saylı kredit müqaviləsinə əsaslanaraq, cavabdehdən 1.743,58 manat məbləğində cərimənin tutulmasını tələb edir. Həmin müqavilənin 2.5-ci bəndində göstərilir ki, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinə münasibətdə cərimə ödəməlidir (bax yuxarıda 1-ci bənd).
47. İşə baxmış məhkəmələr 13.302,69 manat məbləğində əsas borca nisbətdə cərimə məbləğini 500 manat məbləğində müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulu nu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda 32-ci bənd).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (bax yuxarıda 36-cı bənd).
49. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qətnamənin ləğv edilməsinə əsas olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 fevral tarixli 2-2(105)-13/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov