Məhkəmə qərarları › İş №2-2(102)-199/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-199/2023

29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-199/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: MMC-nin ümumi yığıncağının keçirilməsi, gəlirlərin bölüşdürülməsi, işə məhkəmədə baxılmalı olmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “ümumi yığıncağın keçirilməsi, gəlirlərin bölüşdürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(103)-211/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 MMC 2017-ci il 24 yanvar tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X12-4,2 %, Cavabdeh1 – 29,1 %, X7 – 4,2 %, X6-4,2 %, İddiaçı2-4,15 %, İddiaçı1-4,15 %, Cavabdeh3 – 50%-dir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 2022-ci il 18 oktyabr tarixli, **********382300 nömrəli məlumatdan görünür ki, 2022-ci il 18 oktyabr tarixinə olan uçot məlumatlarına əsasən Cavabdeh2 MMC-nin (VÖEN: **********) f əaliyyəti 2022-ci il 19 yanvar tarixindən 2027-ci il 19 yanvar tarixinədək dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əmliyyatları dayandırılmış vəziyyətdədir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş 2017-ci il 24 fevral tarixli Cavabdeh2 MMC-nin nizamnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 MMC-nin təsisçisi X1r.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş 2017-ci il 31 oktyabr tarixli Cavabdeh2 MMC-nin nizamnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 MMC-nin iştirakçıların ın nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. X2 6 manat, 6 pay, 60 % pul şəklində, X3 2 manat, 2 pay, 20 % pul şəklində, X5-2 manat, 2 pay, 20 % pul şəklində.

5. Cavabdeh2 MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağrılması haqqında 2022-ci il 4 iyul tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC-nin iştirakçıları 15 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, hündürmərtəbəli binanın tikintisinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri-yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, MMC-nin balansında olan əmlaklar haqq ında və MMC-nin 2020-2021-ci illər üzrə mənfəəti və onun bölüşdürülməsi haqqında məsələlərin müzakirə edilməsi üçün ümumi yığıncağın çağrılması xahiş olunmuşdur.

6. Cavabdeh2 MMC-nin Nizamnaməsinin 2.5-ci bəndinə əsasən ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyət təsisçisi bir nəfər olduqda, cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir. Nizamnamənin 4.2ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. X10 icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılı r. Hər bir təsisçi Cəmiyyətin Ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. Nizamnamənin 4.3-cü bəndinə əsasən cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi; cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağrılması hallarının və qaydasının müəyyən edilməsi; cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilmə si; cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağrılması; cəmiyyətin müşahidə şurası və təftiş komissiyasını (müfəttişini) seçmək; cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyyən edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra-“iddiaçılar”) cavabdehlər Cavabdeh2 MMC (bundan sonra-“MMC”), Cavabdeh1 və Cavabdeh3 (bundan sonra- “cavabdehlər”) qarşı “xalis mənfəətin bölüşdürülməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 1 yanvar tarixindən etibarən MMC- nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi və həmin mənfəətin iddiaçıların paylarına uyğun olaraq MMC-dən və cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. Daha sonra iddiaçılar 2022-ci il 6 oktyabr, 2022-ci il 18 noyabr, 2022-ci il 6 dekabr tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim etmiş və yekunda 2022-ci il 14 dekabr tarixində yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, 2017ci il 24 fevral tarixdən etibarən 2022-ci il 19 yanvar tarixədək cəmiyyətin gəlir və xərcinin müəyyən olunması, vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil ed ilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC 2017-ci il 24 fevral tarixində yaradılmış və həmin tarixdən etibarən cəmiyyətin 2022-ci ilin yanvar ayına kimi əldə etdiyi ümumi gəliri müəyyən olunmamış, vergi və xərclər çıxıldıqdan sonra qalan gəlirin 4,15 %-i İddiaçı2 və digər 4,15%-i İddiaçı1 verilməmiş, gəlir və xərcin müəyyən olunması, gəlir və xərc çıxıldıqdan sonra qalan gəlir iddiaçıların paylarına uyğun onlara verilməmiş, bu barədə ümumi yığıncaq keçirilməmişdir. Ümumi yığıncağın keçirilməsinin təmin olunması ilə bağlı iddiaçılar tərəfindən yazılı müraciətlər olunsa da, cavabdehlər hazırkı vaxta kimi ümumi yığıncaq keçirməmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində tikmiş olduğu və istismara verdiyi hündürmərtəbəli binanın yaşayış mənzillərinin və qeyriyaşayış sahələrinin alqı-satqısına dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumi yığıncağın çağırılması və cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisə üzrə gündəlik məsələlər yığıncağa salınmamışdır. Eyni zamanda mediasiya prosesində də ümumi yığıncağın keçirilməsi məsələsi həllini tapmamışdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 13, 43.5, 90-1.1, 91.1-2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabde h MMC iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, MMC-nin əvvəlki iştirakçısı olmuş mərhum X4 uzun illər MMC-nin qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmuş, MMC-nin fəaliyyətinə rəhbərlik etmişdir. Onun vəfatından sonra MMC tərəfindən hər hansı gəlir əldə edilməmiş, MMC-nin fəaliyyəti hazırda rəsmi olaraq dayandırılmışdır. Bu səbəbdən MMC tərəfindən ümumi yığıncağın keçirilməsi tələbinin icrası mümkün deyildir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli, e-2-2(113)-4951/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Ü.Həsənova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fi ziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. MMC-nin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün olmamaqla, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.

14. Məhkəmə iddia tələbinin xalis mənfəətin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların t ələbi ilə çağırılır.

15. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə MMC-nin nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmə iş üzrə icraata xitam verilməli olması nəticəsinə gəlmişdir.

16. İddiaçıların MMC-nin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) 8,3 faiz (İddiaçı2 – 4,15 faiz, İddiaçı1 – 4,15 faiz) təşkil etməsi əsas götürülərək izah olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının yalnız bütün səslərin a zı onda birinə malik olan iştirakçıların tələbi ilə çağrılır.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 49.1, 87.1, 89, 90-1.1, 90-1.2, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-4, 91.1-5, 91.1-6, 91-2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 2.1, 4.1, 261.0.1, 262.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətdə qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi xahiş edilmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli, e-2-2(113)-4951/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(103)-211/2023 saylı qərardadı ilə iddiaçıların şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, hüquqi şəxsin gəlir və xərclərinin müəyyən edilməsi tələbi bu tələbin təmin edilməsində iddiaçının hansı hüquqi marağı olduğu qeyri-müəyyən olduğundan ayrıca iddia tələbi kimi irəli sürülə bilməz. İkinci və üçüncü- xalis mənfəətin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir a y ərzində keçirilməsi hissəsi ilə bağlı hissədə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Mülki Məcəllənin 90-1.1, 90-1.2, 91-ci maddələrinin tələblərinə əsasən bu məsələlərin həlli məhkəmənin səlahiyyətinə aid deyildir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd edilən normanın tələbindən göründüyü kimi, hüquq və azadlıqların müdafiəsinin qanuna əsasən məhkəmədən kənar digər qaydada həyata keçirilməsi işə məhkəmədə baxılmasını istisna edir. Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin: 901.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

23. Məhkəmə MM-in 90-1.1, 90-1.2, 91.1-1, 91-1.2, 91.1-3, 91.1-4, 91.1-5, 91.1-6, 912.1-ci maddələrinə və cavabdeh MMC-nin Nizamnaməsinin müvafiq bəndlərinə (bax yuxarıda § 6) istinadla göstərmişdir ki, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir.

24. Bundan əlavə, materiallardan görünür ki, iddiaçıların Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 8,3 faiz (İddiaçı2 – 4,15 faiz, İddiaçı1 – 4,15 faiz) təşkil edir. Bu səbəbdən iddiaçılara izah olunmalıdır ki, qanunvericiliyin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Bu səbəbdən məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçılara Cəmiyyətin ümumi yığıncaqlarında (şəxsən və ya nümayəndə vasitəsilə) iştirak etmək, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüquqlarına malik olmalarını izah etmişd ir.

25. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv olunması və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçların kassasiya şikayətinin dəlilləri

26. MPM-in 263 və 264-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə öz qənaətini MPM-nin 261.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmaqla prosessual hüquq normasının tətbiqində yalnışlığa yol vermişdir. Məhkəmə MM-in 49, 87, 89, 90, 91 və s maddələrinə və hüquqi şəxsin nizamnaməsinə istinad etməklə və ümumi yığıncaq keçirtmək barədə qaydaları sadalamış və hesab etmişdir ki, hazırki işə məhkəmə qaydasında baxıla bilməz. Bundan əlavə MPM-nin 262-ci maddəsinə əsaslanaraq izah olunmuşdur ki, iddiaçıların cəmiyyətin ümumi yığıncağında iştirak etmək, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ var. Lakin məhkəmə iddiaçıların müraciətlərinə baxmayaraq cəmiyyətdə ümumiyyətlə ümumi yığıncağın keçirilmədiyini nəzərə almamışdır. Yəni iddiaçıların hüququ sırf məhkəmənin istinad etmiş olduğu maddi hüquq nörmaları və nizamnamə ilə müəyyən edilmiş qaydalara əməl edilməməsi nəticəsində pozulmuşdur. Əgər cəmiyyətdə ümumiyyətlə ümumi yığıncaq keçirilmirsə, iddiaçıların bu istiqamətdə tələblərinə məhəl qoyulmursa, burada pozulmuş hüququn yeganə bərpası yolu məhkəmədir. Göründüyü kimi, hüquq pozuntusu var (bunu məhkəmə öz qərarında da tanıyır), lakin məhkəmə öz qərardadında mübahisənin hansı qaydada həll olunmasını izah edə bilməmişdir. İddiaçıların hüququ ümumi yığıncaq keçirilməməsi səbəbindən pozulduğu halda, məhkəmə iddiaçılara ümumi yığıncaqda iştirak etmək hüququnu izah etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxla nılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:... 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay mü ddətində ödənilməlidir....” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları o lmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirak çılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iş tirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir....” 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra органы 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir....”

32. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdak ılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır....” “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər...” “Maddə

5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır....” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçini n hansı orqana müraciət etməli olmasını göstərməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, baxılan iş üzrə iddia tələbləri üç hissədən ibarətdir; 24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022- ci il tarixədək Cəmiyyətin gəlir və xərcinin müəyyən olunması; vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi; ümumi yığıncağın icra icraa tı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi.

35. Məhkəmə birinci tələblə bağlı işə baxan məhkəmələrin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qoru nan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-nin 2.1, 4.1, 5.1-ci maddələri (bax yuxarıda § 32). 36.Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya yaxud təsdiqi üçün verilmiş olsun.

37. Baxılan işdə, iddiaçılar ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmədən Mülki Məcəllənin 65.1.2 və 91.4-cü maddələrinin tələbləri (bax yuxarıda § 31) baxımından cavabdeh MMC-nin payçıları kimi cəmiyyətin fəaliyyətinə dair məlumat ala və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola, başqa sözlə, MMC-nin gəlir və xərclərini müəyyən edə, zəruri old uqda müstəqil auditor cəlb edə bilərlər.

38. İddiaçıların digər tələbləri cavabdeh MMC-nin çağrılacaq ümumi yığıncağının gündəliyinə konkret məsələnin daxil edilməsi və müəyyən edilən vaxtda və yerdə ümumi yığıncağın keçirilməsi ilə bağlıdır.

39. Məhkəmə kollegiyası həmin tələblərə də məhkəmə qaydasında baxılmalı olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və təkrar qiymətləndirmənin aparılmasını zəruri hesab etmir (bax yuxarıda §21-24).

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. 41.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunması n. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(107)-211/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar