Məhkəmə qərarları › İş №2-2(102)-199/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-199/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-199/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, müqavilə öhdəliklərinin icrası, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair ilk, Cavabdehnın İddiaçı qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1095/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cəlilabad rayon Polis Şöbəsinin 2022-ci il 29 dekabr tarixli qərarı ilə Cavabdeh, habelə İddiaçı və X33 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olduğu zaman RF-ə kartof məhsulunu göndərmək məqsədi ilə 2022-ci ilin may-iyun aylarında atası X47 tanışı olan İddiaçı vasitəsi ilə Cəlilabad rayonu Kazımabad kənd sakinləri X19-3700, X17-6500, Masallı rayonu Təzə Alvadı kənd sakini X3-2600, Cəlilabad Kazımabad kənd sakinləri X93540, X27-1630, X20-4900, X21 2370, X28-2580, X5-2170, X6-1700, X7-1630, X34-2000, X1 2-1330, Masallı rayonu Təklə kənd sakini X13-3580, Cəlilabad rayonu Kazımabad kənd sakini X8-2450, Masallı rayonun Təzə Alvadı kənd sakini X14- 1500, Cəlilabad rayonun Kazımabad kənd sakinləri X1-1500, X22-320 və Masallı rayonu Təzə Alvadı kənd sakini X23-1500, ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə vermək şərti ilə aldıqdan sonra Cəlilabad rayonu Kazımabad kənd sakini İddiaçı təkidi ilə borcun bir qismi Cavabdeh atası X61 tərəfindən 15.000 manat nağd pul şəklində, bir qismi 25.000 manat dəyərində “Kemerovo” növlü toxumluq kartof məhsulu şəklində verilməklə ödənilmiş, 20.000 manatı qalmışdır ki, həmin borcun məbləği və ödənilməsinə dair İddiaçı ilə X61 arasında mülki münasibətlərdən irəli gələn mübahisə yaranmışdır.

2. Notarial qaydada təsdiq edilmiş ərizə lərə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh satılmış kartof məhsulları ilə bağlı X24 1500 manat, X10 2600 manat, X40 1650 manat, X41 2560 manat, X25 1330 manat, X42 1630 manat, X18 3540 manat, X11 1700 manat, X26 3580 manat, X15 2450 manat, X43 320 manat, X67 4900 manat, X35 3700 manat, X36 2370 manat, X48 2000 manat, X29 6500 manat, X37 4700 manat, X16 2170 manat, X4 3000 manat, X44 5500 manat, X30 2300 manat pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.000 manat pulun, 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı sonradan iddia tələ binin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21.416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kazımabad kəndində kartof əkibbecərməklə məşğuldur və kənd sakinlərinin məhsullarının satışına vasitəçilik edir. Cavabdehi 5 il əvvəl atası * vasitəsilə tanımış və kartof ticarətində əməkdaşlıq etmişdir. 2022-ci ilin may-iyun aylarında cavabdehin xahişi ilə Kazımabad və qonşu kəndlərdən nisyə və nağd şəkildə kartof alaraq onun göndərdiyi yük maşınlarına yükləyib Rusiya Federasiyasına yola salmışdır. Məhsulun bir hissəsinin pulu ödənilsə də, ümumilikdə 60.000 manat borc qalmışdır. Cavabdeh əlaqəni kəsdiyi üçün iddiaçı onun atası *la danışmış, o isə 2022-ci il 2 iyul tarixində 10.000 manat, 2022-ci il 25 iyul tarixində isə 5.000 manat ödəyərək oğlunun qalan məbləği qaytaracağını bildirmişdir. Daha sonra 2022-ci il 17 noyabr tarixində iddiaçıya 20.000 manat dəyərində toxumluq kartof vermiş, nəticədə borcun 35.000 manatı ödənilmiş, lakin 25.000 manat ödənilməmişdir. X65 toxumluq kartofun kiloqramını əvvəl razılaşdırılmış 0.80 qəpik deyil, 1 manat qiymətinə verdiyini bildirərək əlavə 20.000 manat tələb etmişdir. İddiaçı bunu qəbul etsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh iddiaçı barəsində hüquq-mühafizə orqanlarına maddi ziyana səbəb olması barədə şikayət versə də, kənd sakinlərinin 21 nəfərdən ibarət imzalı aktı və mobil telefon çək ilişləri sübut etmişdir ki, göndərilən kartof keyfiyyətlidir və cavabdehin nümayəndəsi İlhamın iştirakı ilə yığılıb göndərilmişdir.

6. Eyni zamanda cavabdeh iddiaçıya qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə 98.600 manat pul vəsaitinin (habelə əldən çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxil olmaqla), ödədiyi 150 manat dövlət rusumunun və iddianın verilməsi ilə bağlı 385,80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 2022-ci ilin apreliyun aylarında iddiaçı və ** tərəfindən keyfiyyətsiz və standarta uyğun olmayan kartof məhsulları göndərilmiş, bununla da cavabdeh aldadılaraq maddi ziyana uğra mışdır. Bu barədə 2022-ci il 5 dekabr tarixində Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, təhqiqat başlanmışdır. 2022-ci il 9 dekabr tarixində isə iddiaçı cavabdehin kənd sakinlərinə 25.000 manat borclu qalması ilə bağlı X55 şikayət etmişdir. Araşdırmalar nəticəsində 2022-ci il 14 dekabr tarixində məsələ X55 yönləndirilmişdir. Kənd sakinləri və digər şəxslər 47.500 manat dəyərində kartof məhsulunun pulunu cavabdehdən ala bilmədiklərini bildirərək polisə müraciət etmişlər. Lakin 2022-ci il 29 dekabr tarixində aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının əsası olmadığına qərar verilmişdir. İddiaçı və Hüseyn kartof ticarəti ilə məşğul olduqlarını və məhsulun keyfiyyətinə cavabdehlik daşıdıqlarını qəbul etmişdilər. O, kartofları Moskva şəhərinə göndərmək üçün yük daşıma və gömrük rüsumlarını ödəyib, bütün razılaşmaları yerinə yetirmişdir. İlk yüklər Moskvaya çatanda məhsulların keyfiyyətsiz olduğu müəyyən edilmiş, bu barədə dərhal iddiaçı və Hüseyn məlumatlandırılmışdır. Onlar isə növbəti yüklərin daha keyfiyyətli olacağını vəd etdikləri üçün cavabdeh inam göstərmişdir. Lakin sonradan göndərilən məhsullar da keyfiyyətsiz olmuş və sifarişçilər məhsulu qəbul etməkdən imtina etmişlər. Cavabdeh iddia edir ki, yük maşını sürücüləri də məhsulun keyfiyyətsiz olduğunu təsdiqləmişlər. O, 8 yük maşını üçün 350 manatdan, 10 yük maşını üçün isə 300 manatdan 5.800 manat əlavə pul ödədiyini, buna baxmayaraq, iddiaçı və Hüseynin ondan əlavə 59.000 manat tələb etdiklərini bildirir. Cavabdeh bu tələblə razılaşmamış, lakin iddiaçı və Hüseyn ona 40.000 manat ödəyəcəyi təqdirdə məsələnin bağlanacağını söyləmişlər. Onun razılaşmaması nəticəsində onlar cavabdehin atasına müraciət etmiş və 25.000 manat dəyərində toxumluq kartof, üstəlik 15.000 manat pul almışlar. Cavabdeh bildirir ki, iddiaçı və Hüseyn kənd sakinlərindən aldıqları məhsulları satmaq adı ilə onların pullarını mənimsəmiş və dələduzluq etmişlər. Onun bu şəxslərlə alqı-satqı münasibəti olmamışdır və onların şikayətlərinin məqsədi öz əməllərini ört-basdır etməkdir. İddiaçı və Hüseynin kənd sakinlərinə məhsulun pulunun bir həftəyə ödəniləcəyi barədə verdiyi vədlər həqiqətə uyğun deyil.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun tarixli e-2-2(113)- 2773/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən – cavabdehdən 20.000 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 20.200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir (hakim – Ü.Həsənova).

9. Birinci instansiya məhkəməsi ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun ola raq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

10. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında, habelə qarşılıqlı iddia ərizəsində ona satılmış kartof məhsullarının keyfiyyətli olmasına görə məsuliyyətin iddiaçının üzərinə düşdüyünü, maşına yüklənən kartof məhsullarının çəkisinə nəzarətin isə qohumu X38 üzərinə düşdüyünü bildirsə də, X2 hayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birlikdə ayrı-ayrı vətəndaşların əkin sahələrindən hazır kartof məhsulunun yığılmasında, cavabdehin göndərdiyi yük maşınlarına yüklənməsində və həmin yük avtomaşınlarının Rusiyaya, əsasən Moskva şəhərinə yola salınmasında şəxsən iştirak etmişdir. Kartof məhsulları sahələrdən yığılarkən cavabdehin tapşırığı ilə onların canlı video görüntüsünü çəkib cavabdehə göstərmiş, kartofun yararlı və keyfiyyətli olduğuna əmin olub məhsulun yük avtomaşınlarına yüklənməsinə cavabdeh olmuşdur.

12. Həmçinin, məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə ziyanın hansı qaydada hesablanması barədə arayışın təqdim edilməsi təklif edilsə də, cavabdeh məhkəməyə ziyanı (98600 manat) hansı qaydada hesablanması barədə ümumiyyətlə məlumat verə bilməmişdir.

13. Məhkəmə MM-in 777.1 və 783.1-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, ilk iddia tələbi 20000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır.

14. Məhkəmə ilk iddianı 3258 manat əldən çıxmış faydanın ödənilməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin qanun i əsasını MMin 449.1-ci maddəsi təşkil etmişdir, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

15. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nə ticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur....Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etmə yin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

16. Bu baxımdan, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 386.1, 449.1, 777.1, 78 3.1, 1096.1, 1096.2 və 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1095/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ilkin iddiaçı ilkin cavabdehin tapşırığı əsasında 2022-ci ilin yaz-yay aylarında Cəlilabad rayon sakinləri olan x1dən dəyəri 3700 manat, x2dən 6500 manat, x3dən 2600 manat, x4dən 3540 manat, x5dən 1630 manat, x6dan 4900 manat, x7dən 2370 manat, x8dən 2580 manat, x9dan 2170 manat, Şakir Məmmədovdan 1700 manat, x10dan 1630 manat, x11dən 2000 manat, x12dən 1330 manat, x13dən 3580 manat, x14dən 2450 manat, x15dən 1500 manat, x16dan 3000 manat, x17dən 320 manat, x18dən 4700 manat, x19dan 5500 manat, x20dən 2300 manat, ümumilikdə 60000 manat dəyərində kartof məhsulunu alaraq ilkin cavabdehə göndərmişdir. Həmin məhsulun dəyərinin bir qismi olan 40000 manat (25000 manat dəyərində toxumluq kartof verilməklə və 15000 manat vəsait ödənilməklə) satıcılara ödənilməsi üçün ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya təqdim edilmişdir.

21. Hazırda ilkin iddiaçı təqdim edilmiş kartofun dəyəri olan 20.000 manat məbləğində pul vəsaitini ilkin cavabdehin əvəzinə satıcılara ödədiyini iddia edir və həmin pulun ilkin cavabdehdən tutulmasını tələb edir.

22. Göründüyü kimi işin mübahisəli halını ilkin cavabdehə təqdim edilmiş kartofun qalıq dəyəri olan 20.000 manat məbləğində pul vəsaitinin ilkin iddiaçı tərəfindən satıcılara ödənilib-ödənilməməsi təşkil edir.

23. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin materiallarına əlavə edilmiş satıcıların notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən müəyyən edilir ki, ilkin cavabdehə təqdim edilmiş kartofun dəyəri olan ümumilikdə 60.000 manat məbləğində pul vəsaiti ilkin iddiaçı tərəfindən satıcılara ödənilmiş və satıcıların heç bir tələbləri qalmamışdır.

24. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, ilkin cavabdeh kartofun dəyərini satıcılara ödəmək üçün ilkin iddiaçıya ümumilikdə 40.000 manat məbləğində pul və mal təqdim etmişdir. Göstərilən hallar isə ona dəlalət ed ir ki, ilkin iddiaçı 60.000 manat məbləğində pul vəsaitinin 40.000 manat hissəsini ilkin cavabdehin hesabına, qalan 20.000 manat hissəsini satıcılara öz vəsaiti hesabına ödəmişdir.

25. Belə olan halda isə ilkin iddiaçı MM-in 783.1-ci maddəsinə əsasən tapşırığın icra edilməsi ilə bağlı çəkdiyi xərc olaraq 20.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

26. Məhkəmə maddi zərərin əvəzi olaraq pulun tutulması tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək göstərmişdir ki, qarşılıqlı iddiaçı iddiasını onun tapşırığına əsasən onun adından qarşılıqlı cavabdeh tərəfindən satıcılardan alınmış kartof məhsullarının keyfiyyətsiz olması və bunun nəticəsində ona maddi zərər dəyməsi ilə əsaslandırmışdır.

27. Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsindən irəli gələn maddi zərər tələblərinə baxılarkən ilk növbədə cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verməsi, iddiaçıya maddi zərərin dəyməsi faktı və məbləği; müqavilə pozuntusu ilə dəymiş zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.

28. Hazırkı halda qarşılıqlı iddiaçı nə qarşılıqlı cavabdehin vasitəçiliyi ilə satıcılardan alınmış kartof məhsullarının keyfiyyətsiz olmasını, nə də kartof məhsullarının keyfiyyətsizliyi nəticəsində ona maddi zərər vurulması faktını və həmin zərərin məbləğini sübuta yetirə bilmişdir. Belə ki, qarşılıqlı iddiaçının təqdim etdiyi videoyazı və fotoşəkillərə əsasən həmin videoyazı və şəkillərdə əks olunmuş çürük kartof məhsullarının məhz qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya göndərilmiş məhsul o lması, eləcə də kartofun xarab olmasının səbəblərini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qarşılıqlı cavabdehin tapşırıq müqaviləsi üzrə öhdəliklərini kifayət qədər vicdanla icra etməməsi barədə qənaətə gəlmək üçün kifayət etmir. Odur ki, hazırkı işdə Mülki Məcəllənin 779.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmədiyindən qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

29. Məhkəmə gəldiyi nəticəni 385.1, 386, 442, 443.1, 448.1, 777.1, 779.1 və 783.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri

31. MM-in 587.5-ci maddəsi üzrə - həm telefon zəngləri ilə, həm də Cəlilabad rayon Polis şöbəsinə edilmiş müraciətlər onu göstərir ki, malın qüsurlu olması barədə məlumat ən qısa müddətdə bilinmişdir. Cavabdeh iddiaçıdan daha mal göndərilməmisini tələb etmişdir. Məhkəmə bu məsələni araşdırmamış maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

32. MM-in 624-cü maddəsi üzrə - konkret halda həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə kartof məhsulunun qüsurlu olması bildirilmişdir. Lakin, məhkəmə bu faktı da araşdırmamışdır. Satıcının hüquqları olduğu kimi alıcının da hüquqları vardır. Hazırkı halda cavabdeh iki dəfə maddi ziyan çəkmişdir. Birinci halda yararsız məhsul almış, ikinci halda isə onun nəqlini həyata keçirməklə nəqliyyat xərc lərini öz vəsaitindən ödəmişdir.

33. MM-in 595.1 və 589.2-ci maddələri üzrə- məhkəmə sübutları araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, satılan malın spesifik xüsusiyyətlərini məhkəmə nəzərə almamış və ekspertiza təyin etməmişdir. Malda olan qüsurlar ancaq kartof məhsulunun Moskva şəhərinə çatmasından sonra aşkar olunmuş və dərhal satıcı olan iddiaçıya bildirilmiş və xarab olmuş mal video görüntüyə alınmışdır. Cavabdeh Azərbaycan Respublikasında olduğu halda Moskvaya göndərdiyi 20 yük maşınınında olan kartof məhsulunun xarab olmasını yalnız video çəkiliş formasında və dərhal satıcıya xəbər verməklə müəyyən edə bilərdi ki, o da bunu etmişdir.

34. MM-in 777.1-ci maddəsi üzrə-həm birinci instansiya, həm də apellyasiya məhkəməsi hazırkı iş üzrə şifahi tapşırıq müqaviləsi olduğunu əsas g ötürmüşdür. Lakin, tərəflər arasında nağd qaydada alqı-satqı aparılmışdır. Bu halda tapşırıq müqaviləsinin şərtləri tətbiq edilə bilməz. Çünki, alqı-satqı aparılan vaxt cavabdeh heç bir kənar şəxslə əlaqədə olmamış, ancaq alış verişi iddiaçı ilə birbaşa aparmışdır. Eyni zamanda cavabdeh iddiaçıya heç bir tapşırıq verməmiş, ona kartof satın almağını bildirmiş və qarşı tərəf də bununla razılaşmışdır. Qanunun tələbindən də görünür ki, torbalara yığılmış və ağzı bağlanılmış malların yararlı olub-olmamasını cavabdeh müəyyən edə bilməzdi. Belə ki, kartof məhsulu tez xarab olan mallar kateqoriyasına aiddir. Eyni zamanda hazırkı vəziyyətdə alıcı olan cavabdeh malların xarab olduğunu və daha malı göndərməməyi iddiaçıdan dərhal tələb etmişdir. Deməli, mal qəbul edilməmiş malın dəyəri 20.000 manat təşkil etməklə yararsız olmuşdur.

35. MM-in 747.1-ci maddəsi üzrə-apellyasiya məhkəməsinin qətnaməsinin 16-cı bəndində qeyd olunmuşdur ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını MM-in 747.1-ci maddəsi təşkil edir. Həmin maddə isə lizing müqaviləsini tənzimləyən normadır. Beləliklə də, apellyasiya məhkəməsi qətnamədə qanuna düzgün istinad etməmiş və hazırkı işin lizinq müqaviləsinə hansı hissədə aid olmasını da əsaslandırmamışdır. Qətnamə işin hallarına uyğun olmamışdır.

36. MM-in 783.2-ci maddəsi üzrə - məhkəmə iddiaçının bu xidmət fəaliyyəti ilə məşğul olub-olmadığını, vasitəçilik xidmətinin göstərilməsini təsdiq edən hansı sübutlara malik olmasını, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmadığını araşdırmamışdır. Polis idarəsində hazırkı iş üzrə aparılan arşadırmanın m əhkəmə üçün heç bir preyudisial əhəmyyəti yoxdur və ona istinad edilə bilməzdi.

37. MPM-in 82.4 və 372.6-cı maddələri üzrə-apellyasiya məhkəməsi təqdim edilmiş dəlilləri birtərəfli araşdırmış, iddiaçının sübut əhəmiyyəti daşımayan mülahizələrə sübut kimi qiymət verərək, cavabdehin mötəbər sübutlarını araşdırmamışdır. Bu sübutlar video çəkiliş formasında təqdim olunmuşdur. Məhkəmədən kartof məhsulunu Rusiya Feredarasiyasına aparan sürücülərin şahid kimi dəvət olunması xahiş olunsa da məhkəmə onları dəvət etməmişdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin tapşırığı əsasında 2022-ci ilin yaz-yay aylarında ümumilikdə 60.000 manat dəyərində kartof məhsulu alaraq cavabdehə göndərmiş və bu məbləğin 40.000 manatı cavabdeh tərəfindən satıcılara ödənilmişdir. Lakin məhkəmə pro sesual pozuntuya yol vermişdir. Çünki qətnamədə iddiaçının kartof məhsulunu özünün alıcıya göndərdiyi qeyd edilsə də, tarlalardan toplanmış məhsulun hüquqi mənsubiyyəti və cavabdehin nümayəndəsi kimi göstərilən İlham adlı şəxsin bu işdəki rolu aydınlaşdırılmamışdır. Bundan əlavə, məhkəmə X39 polis orqanlarına verdiyi izahata istinad etmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət işinin nəticələri yalnız hadisənin baş veribverməməsi və şəxsin aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Hazırkı iş üzrə isə bu tələblər tətbiq edilməmişdir. Qətnamə, kartof məhsulunun iddiaçıya deyil, digər şəxslərə məxsus olunması barədə təqdim edilən sübutlar araşdırılmadan, yalnız notarial qaydada təsdiqlənmiş ərizələrə əsaslanmış, iş üzrə təqdim edilən sübutlara lazımi h üquqi qiymət verilməmiş, əsasən iddiaçının dəlilləri və cinayət işinin başlanmaması barədə şahid ifadələri nəzərə alınmışdır. Bu səbəbdən, məhkəmə qərarı lazımi sübutlarla təmin olunmamış, işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaradılmamış, sübutlar arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır.

38. MPM-in 77.3-cü maddəsi üzrə-cavabdeh məhkəməyə sübutlar təqdim etsə də, məhkəmə onlara əhəmiyyət verməmiş və qiymətləndirməmişdir. Halbuki sübutların qiymətləndirilməməsi qətnamənin əsaslandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarında sübutların qəbul edilib-edilməməsinin səbəbləri və əsasları ətraflı izah olunmalı, nəticələr bilavasitəlik prinsipinə uyğun olmalıdır. Lakin məhkəmə təqdim edilmiş sübutları araşdırmamış, şahidləri dindirməmiş və sübutları niyə rəd d etdiyini əsaslandırmamışdır. Eyni zamanda, bir yük maşınının Moskva şəhərinə göndərilməsi üçün gömrük xərcləri daxil olmaqla 2.800 ABŞ dolları (4.760 manat) təşkil edir. Araşdırma aparılsaydı ümumilikdə 20 yük maşınının göndərildiyi və bu məqsədlə 95.200 manat xərcləndiyi məlum olardı. Həmin məbləğ isə tam olaraq cavabdeh tərəfindən ödənilmişdir. Bu faktların nəzərə alınmaması işin natamam araşdırılmasına və sübutların obyektiv qiymətləndirilməməsinə səbəb olmuşdur. 39. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsi üzrə notariat kontoru tərəfindən təsdiq edilən ərizələr öhdəlik xarakterli olduğuna görə təsdiq edilməməli idi. Əgər təsdiq edilibsə belə, bu, qanuna zidd olduğuna görə məhkəmə həmin sənədləri sübutlar siyahısından çıxarmalı və onlara istinad etməməli i di. Bundan əlavə, notarial qaydada ərizə verən şəxslər hazırkı işdə tərəf olmadıqlarına görə şahid kimi məhkəmə iclasına dəvət edilməli, onların ifadələri məhkəmə tərəfindən araşdırılmalı idi. Lakin bu proses aparılmamış və nəticədə məhkəmə işin obyektiv və hərtərəfli araşdırılmasını təmin etməmişdir.

40. MPM-in 76-cı maddəsi üzrə-apellyasiya məhkəməsinin qətnaməsinin 26-cı bəndində qarşılıqlı iddiaçının kartof məhsullarının keyfiyyətsiz olması və bu səbəbdən maddi zərərə uğraması faktını sübuta yetirə bilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə təqdim olunan videoyazı və fotoşəkillərə qiymət verməmiş, onların nə vaxt çəkildiyini və hazırkı işlə əlaqəsini araşdırmamışdır. Məhsulun xarab olma səbəbləri bilavasitə satıcının məsuliyyətinə düşdüyü halda, məhkəmə bu məqamı nəzərə almamışdır. İddia çı malın keyfiyyətli olması barədə heç bir sertifikat təqdim etməmişdir. Halbuki, alıcı yalnız vizual yoxlama apara bilər və torbalarda olan məhsulun keyfiyyətini tam müəyyən edə bilməzdi. Məhkəmə satıcının malın keyfiyyətinə zəmanət verib-vermədiyini araşdırmamış, bu məsələyə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Bu isə işin tam və obyektiv araşdırılmaması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanı lmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkr et nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidi r ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....”

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir: “... hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır....”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir:... “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur....Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əs asən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəra it yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Maddə

88. Sübut ların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

49. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyy əti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin əs aslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

51. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax §9-16, 10-28). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsində iddianın qanuni əsasının lizinq müqaviləsini tənzimləyən normanın-MM-in 747.1-ci maddəsinin göstərilməsinə dair dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edilməlidir ki, həm birinci instansiya məhkəməsinin qətnaməsindən, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan və mübahisəli hüquq münasibətinə tətbiq edilən hüquqdan göründüyü kimi, ilkin iddianın qanuni əsasını MM-in 777.1-ci maddəsi (tapşırıq müqaviləsi) təşkil etmişdir. Məhkəmələr tərəfindən ilkin iddia tələbinə mülki qanunvericiliyin tapşırıq müqaviləsini tənzimləyən normalarının tələbləri baxımından qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmələrin ilkin iddia üzrə mübahisəli hüquq münasibətinə verdiyi hüquqi qiymətləndirməni nəzərə alaraq, qətnamədə MM-in 777.1-ci maddəsinin əvəzinə 747.1-ci maddəsinin qeyd edilməsini texniki səhv kimi qiymətləndirir və hesab edir ki, bu hal qətnamənin ləği üçün əsas təşkil etmir.

53. Bundan əlavə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM-nin 407.2-ci maddəsi). 54.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ediməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

55. MPM-nin 416, 417-419-cu maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1095/2024 nömrəli 2024-cü il 29 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar