Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-2/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın girovdan azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, Cavabdeh1 MMC-nin vəkilinin iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddia, Cavabdeh3 "xxxx" ASC-yə qarşı əmlakın girovdan azad edilməsi tələbi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə cavabdeh3 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)607/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinə əsasən borcalana illik 12 % olmaqla 36 ay müddətinə 420.000 manat məbləğində kredit verilmiş, müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 021/16 saylı ipoteka müqaviləsinə görə, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148,95 m2 olan 4 otaqlı 11 saylı mənzili 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 3. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə görə, Cavabdeh3 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzili 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 23.07.2019-cu il tarixdə **********60 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26 ünvanında yerləşən, 11 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 23.07.2019-cu il tarixdə **********62 nömrəli məktubla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh3 məxsus "X" saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. 6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09.07.2019-cu il tarixdə cavabdehlərə 14/A1026 nömrəli bildiriş göndərilərə k kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. 7. 14.05.2020-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 14.05.2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 160.878,30 manat, faiz borcu 12.666,73 manat, cərimə faiz borcu 28.807,75 manat olmaqla, cəmi 202352,78 manat təşkil edir. 8. 04.02.2021-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 04.02.2021-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 160878,30 manat, faiz borcu 10.929,80 manat, cərimə faiz borcu 40509,19 manat olmaqla, cəmi 212.317,29 mana t təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.01.2021-ci il tarixli, 9/3681 saylı ekspert rəyinə görə, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 08 iyul 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 08.07.2019-cu il tarixə əsas borcunun 160.689,31 manat, faiz borcunun 4.203,64 manat, 19.06.2020-ci il tarixə isə əsas borcunun 156.892,30 manat, faiz borcunun 0 manat məbləğində olduğu müəyyən edilmişdir. 9. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 21.0.2021-ci il tarixli, ƏEM/Y 70-070/21 saylı qiymətləndirmə rəyinə görə, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə bazar dəyəri 235.000 manat, likvid dəyəri 211.000 manat, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə bazar dəyəri 315.000 manat, likvid dəyəri 300.000 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 160.878,30 manat əsas borc, 12.666,73 manat faiz borcu, 28807,75 manat cərimə borcu olmaqla, cəmi 202.352,78 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti haqqının, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat bank xidmət haqqının tutulması, tutmanın C avabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh3 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilin boşaldılması ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, hər iki ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilmə si, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.07.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 36 ay müddətinə, illik 12% hesablanmaqla 420.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə cavabdeh3 arasında 08.07.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı k imi "xxxx" ASC ilə cavabdeh2 arasında 08.07.2016-cı il tarixli, 021/16 saylı ipoteka müqaviləsi bağlanmış və cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 MMC tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh1 MMC-nin 14.05.2020-ci il tarixinə 160.878.30 manat əsas, 12666,73 manat faiz borcu, 28.807,75 manat cərimə borcu, cəmi 202352,78 manat kredit borcu mövcuddur. Cavabdeh1 MMC kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada ic ra edilmədiyindən, Cavabdeh1 MMC-dən hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın Cavabdeh3 və X1 məxsus ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlər 23.07.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir.
12. İddiaçı tərəfdən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verilərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 160.878,30 manat əsas, 10.929,80 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, 40509,19 manat cərimə borcu olmaqla, cəmi 212.317,29 manat manat borcun tutulması, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və 21,30 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh3 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açı q hərracdan satılması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilin boşaldılması, ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, hər iki ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.07.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus "X" nömrəli mənzilin g irovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatını təşkil edən mənzillərdən biri, daha dəqiqi Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36 ünvanında yerləşən 107 nömrəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. Həmin mənzil 06 iyun 2016-cı il tarixli, M0689-2/ABB nömrəli ekspert rəyinə əsasən 220.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin mənzildən başqa cavabdeh, yəni arvadı Cavabdeh2 məxsus 14 iyun 2016-cı il tarixdə 330000 manat qiymətləndirilmiş ünvan 3 ünvanda yerləşən 11 nömrəli mənzil də sözügedən kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Hazırda həmin mənzilin real bazar dəyəri inflyasiya dərəcəsinə uyğun olaraq 330.000 manatdan daha yüksəkdir. İddiaçı Cavabdeh1 MMC-nin əsas, faiz və cərimə daxil olmaqla, 202.352,78 manat kredit borcu olduğunu iddia etsə də, 28.07.2020-ci il tarixə Cavabdeh1 MMC-yə məxsus ABB MXD İnternetbanking hesabında kredit borcu faizləri ilə birgə 177.458,73 manat olaraq göstərilir. İddiaçı ABB ASC-nin iddia etdiyi məbləği real qəbul etsələr belə, halbuki həmin məbləğ 177.458,73 manatdır ki, həmin məbləğ isə ipoteka ilə yüklü edilmiş mənzillərin 2016-cı ildə qiymətləndirilmiş dəyərindən ən azı 60% azdır. Belə olan vəziyyətdə isə real bazar dəyəri ən azı 550.000 manat olan 2 ədəd mənzilin ipoteka ilə yüklü edilməsi zərurəti aradan qalxır. Üstəlik də həmin mənzillərin bu günki bazar qiyməti ilkin qiymətləndirmədən 50% artıqdır. Qeyd olunanlara əsasən, mülkiyyət hüquq u ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36 ünvanında yerləşən 107 nömrəli ipoteka ilə yüklü edilmiş mənzil girovdan azad edilməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, e-2-2(113)-147/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh1ndən 156.892,30 manat (yüz əlli altı min səkkiz yüz doxsan iki manat otuz qəpik) əsas borc, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 10.929,80 manat (on min doqquz yüz iyirmi doqquz manat səksən qəpik) məbləğində faiz borcu, 2.000 manat (iki min manat) cərimə, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 41,42 manat (qırx bir manat qırx iki qəpik) dövlət rüsumu, 21,30 manat (iyirmi bir manat otuz qəpik) xidmət haqqı və 30,4 manat (otuz manat qırx qəpik) dövlət rüsumu olmaqla, cəmi 169.915,22 manat (yüz altmış doqquz min doqquz yüz on beş manat iyirmi iki qəpik) məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzilə və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 qaytarılması, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzilin ilkin satış qiyməti 211.000 (ik i yüz on bir min) manat və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 saylı mənzilin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi, göstərilən mənzillər satıldıqda Cavabdeh3 və Cavabdeh2 müvafiq olaraq həmin mənzillərdən istifadə hüquqlarına xitam verilməsi və mənzillərin boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun Cavabdeh1ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pulun Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia verilə rkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Axundova).
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış adıçəkilən təminatlı kredit müqaviləsi əsasında Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdehlər arasında qeyd olunan ipoteka müqavilələri bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
17. Məhkəmə Cavabdeh1 08.07.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin qar şısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 MMC-dən 156.892,30 manat əsas borc (ekspert rəyinə uyğun) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
18. İddia tələbinin bir hissəsini də müqavilə müddəti bitdikdən sonra hesablanan 10929,80 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir. Bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, iddia tələbi müqavilə müddəti bitdikdən sonra hesablanan 10.929,80 manat faiz borcunun cavabdehdən tutulması hissəsində də təmin e dilməlidir.
19. İddia tələbinin digər hissəsi 08.07.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 40509,19 manat cərimənin ilkin iddia üzrə cavabdehdən tutulmasından ibarətdir. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. İddiaçı kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzr ə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
21. Bundan əlavə, məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 211.000 manat, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 300.000 manat təşkil olması müəyyən edilmişdir.
22. Belə olan halda, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 211.000 manat, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 300.000 manat məbləğində müəyyən edilməlidir.
23. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Borcun iddi açının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutulmasını da əhatə edir.
24. Məhkəmə Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 08.07.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus "X" nömrəli mənzilin girovdan azad edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə qeyd etmişdir ki, sözügedən mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
25. Qanunvericilikdə ipotekaya xitam verilməsi halları konkret olaraq göstərilmişdir və hazırkı iş üzrə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində qe yd olunan hər hansı bir halın mövcud olması öz təsdiqini tapmamışdır.
26. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386, 739, 442, 443.1, 448.1, 445.2, 445.7, 269, 270.1, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında qanun”) 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1, 48, 59.3.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
27. Cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni ləğv edilib, işin faktiki halları əsasında qət namə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat
28. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-607/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehlərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, e-2-2(113)-147/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri yalnız Cavabdeh3 məxsus Bakı şəhəri Nəsimi rayonu Dağıstan küçəsi ev 36 mənzil 107-nin girovdan azad edilməməsinin qanunsuzluğu ilə bağlıdır və hazırkı işə apelyasiya qaydasında baxılmanın hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının qeyd olunan hissədə yoxlanılmasından ibarətdir.
30. Həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... qanunvericilikdə ipotekaya xitam verilməsi halları konkret olaraq göstərilmişdir. Hazırkı iş üzrə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində qeyd olunan hər hansı bir halın mövcud olması öz təsdiqini tapmadığından məhkəmə qarşılıqlı iddianı əsassız sayır və belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır.”
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Apel yasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir....
32. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkiş mə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
33. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakların likvid dəyərinin kredit borcundan çox olması və kredit borcunun tam ödənilməsinə kifayət edəcəyi indiki halda ehtimaldır, məhkəmə qərarı isə ehtimallarla əsaslandırıla bilməz. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi isə ipotekaya xitam verilməsinin əsaslarından biri kimi məhz həmin Qanunla nəzərdə tutulmuş digər halları ehtiva edir ki, cavabdehlərin şikayətlərində istinad etdikləri “digər hansısa bir əsas” qeyd olunan şərtə cavab verməməklə, adıçəkilən Qanunda təsbit edilən hal deyildir.
34. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. İpoteka predmeti olan daşınmaz əmlakların likvid dəyərinin kredit borcundan çox olması və kredit borcunun tam ödənilməsinə kifayət edəcəyi indiki halda ehtimal olmamış, birinci instansiya məhkəməsində icraat aparılan zaman əldə olunan ekspert rəyləri ilə tam və dəqiq şəkildə müəyyən edilmişdir.
36. Ekspert rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan evin likvid dəyəri 300.000 manatdır (hansı ki, evin bu dəyəri real dəyərindən kifayət qədər aşağıdır). Cavabdehin qalıq kredit borcu 156.892,30 manat olduğu və ekspert rəyi ilə müəyyən olunmuş evin dəyəri iddiaçı tərəfindən mübahisələndirilmədiyi halda, qarşılıqlı iddia tələbinin təmin olunmaması başa düşülən deyildir.
37. İpoteka predmeti olan daşınmaz əmlakların dəyərinin müəyyən olunması ilə ba ğlı məhkəmə tərəfindən ekspert rəyinin əldə olunması o deməkdir ki, həmin əmlakların dəyəri kredit borcundan kifayət qədər çoxdursa, yəni Cavabdeh2 mülkiyyətində olan ev kredit borcunun ödənilməsinin təmini üsulu kimi kifayət edirsə, onda Cavabdeh3 mülkiyyətində olan evin ipotekada qalması zərurəti aradan qalxmalıdır. Lakin, birinci instansiya məhkəməsi Cavabdeh2 mülkiyyətində olan evin likvid dəyəri 300.000 manat və cavabdehin qalıq kredit borcu 156.892,30 manat olduğunu ekspert rəyləri ilə müəyyən etsə də, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
38. Cavabdeh2 mülkiyyətində olan evin dəyərinin qalıq kredit borcundan təxminən 100 faiz artıq olmasına baxmayaraq, Cavabdeh3 əmlakının girovda qalması onun hüquqlarının pozulması kımı qiymətləndirilməlidir.
39. Bundan başqa, hər iki mənzilin istər bazar, istərsə də likvid dəyəri real dəyərlərindən aşağı qiymətləndirildiyindən, birinci instansiya məhkəməsində yenidən qiymətləndirmə aparılmasını məhkəmədən xahiş edilsə də, məhkəmə bunu təmin etməmişdir. Həmçinin apelyasiya instansiya məhkəməsi də həmin əmlakların yenidən dəyərləndirilməsi ilə bağlı qərar qəbul etməmişdir.
40. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
42. Cavabdeh1 MMC-nin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
43. İddiaçı və cavabdehlər “Cavabdeh3, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
44. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
45. Məhkəmə kollegiyası iddiaçı və cavabdehlər “Cavabdeh3, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hə rəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda m üəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır...”. "Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 51. “İpoteka haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...; “M a d d ə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun”; “M a d d ə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmeti olan daşınmaz əmlakların likvid dəyərinin kredit borcundan çox olması və kredit borcunun tam ödənilməsinə kifayət edəcəyi indiki halda ehtimaldır, məhkəmə qərarı isə ehtimallarla əsaslandırıla bilməz. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi isə ipotekaya xitam verilməsinin əsaslarından biri kimi məhz həmin Qanunla nəzərdə tutulmuş digər halları ehtiva edir ki, cavabdehlərin şikayətlərində istinad etdikləri “digər hansısa bir əsas” qeyd olunan şərtə cavab verməməklə, adıçəkilən Qanunda təsbit edilən hal deyildir.
55. İş ma teriallarından da göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ipotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
56. İpoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ü nvan 2 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 211.000 manat, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 21.01.2021-ci il tarixə likvid dəyəri 300.000 manat təşkil edir.
57. Həmçinin məhkəmələr Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 08.07.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36, 107 nömrəli mənzilin girovdan azad edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə düzgün olaraq qeyd etmişlər ki, sözügedən mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
58. Hazırkı iş üzrə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində qeyd olunan hər hansı bir halın mövcud olması öz təsdiqini tapmadığından, məhkəmələrin işə baxarkən qanunsuz olaraq ondan kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etdikləri barədə dəlilinin əsassız olduğu təsdiq edilir.
59. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
61. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 iyun tarixli, 2-2(103)-607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.