Məhkəmə qərarları › İş №2-2(102)-2/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-2/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-2/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi zərər (əldən çıxmış fayda), pul məbləğinin gecikdirilməsinə görə illik 5 % tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-393/2023 nömrəli 2023cü il 2 may tarixli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə “X1” MMC arasında bağlanmış 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 16% dərəcəsilə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 2014-cü il 25 noyabr tarixli girov (ipoteka) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “X1” MMC-nin mülkiyyətində olan 3.965.875 manat məbləğində qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi yüklü edilmişdir.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə Bankın kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilərək, “X1” MMC-dən Bankın xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla cəmi 1.993308,20 manat borcun tutulması, tutumanın ipoteka predmeti olan nəqliyyat vasitələrinə yönədilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Banka olan borcun ödənilməsi, ilkin iddianın qalan hissədə rədd olunması, “X1” MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək, onun Banka olan borcundan 120.118,48 manat silinməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

4. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8423/2017 nömrəli 2017-ci il 13 sentyabr tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönədilmiş, qarşılıqlı iddiaya aid hissədə icra olunaraq, “X1” MMC-nin Banka olan əsas borcundan 120.118,48 manat silinmiş, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin 2018-ci il 1 iyun tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.

6. İlk iddiaya aid hissədə isə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 2018-ci il 1 may tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Bank 2018-ci il 21 iyun tarixli məktubla İcra şöbəsinə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu MMC-yə məxsus bank hesablarına həbs qoyulmuş və hesablarda aşkar olunan pul vəsaitləri İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Həmin vəsaitin Bankın hesabına köçürülməsi xahiş olunmuşdur.

7. Borclu MMC 2018-ci il 30 iyul tarixli məktubla İcra şöbəsinə müraciət edərək, bildirmişdir ki, icra sənədində göstərilən nəqliyyat vasitələrindən 6 ədədi Bankın dayanacağına təhvil verildiyindən həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsini xahiş etmişdir.

8. Tələbkarın (Bankın) 2020-ci il 23 yanvar tarixli müraciəti əsasında İcra şöbəsinin 2020-ci il 28 yanvar tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh “X1” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 2017-ci il 13 sentyabr tarixindən 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən, borc alanın üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış fayda şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

11. Bakı Kommersiya Məhkəməs inin e-2-2(113)-220/2023 nömrəli 2023-cü il 23 yanvar tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ü.Həsənova).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilmişdir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli ə laqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətdə ifadə olunan subyektiv cəhətlərdir.

13. Hazırkı işdə tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilkin olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bu səbəbdən cavabdehin hərəkətlərinə kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət verilərkən cavabdehin təqsiri mü əyyən edilməmişdir.

14. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən şikayət verilmiş, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır. İcra işinin materialları məhkəmə tərəfindən tədqiq edilərkən onun hazıradək icra sənədi üzrə icraatın təzələnməsinə dair təkrarən icra qurumuna müraciət etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.

15. Həmçinin, məhkəmə qə tnaməsi əsasında müvafiq borc məbləğinin girov predmetinə yönəldilməklə tutulmasına dair prosedur çərçivəsində borclu tərəfindən hər hansı maneə yaradılmamış, bu halın əksini sübut edən hər hansı dəlil isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, icra işinin materiallarında da aşkar edilməmişdir.

16. Göründüyü kimi, icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımamış, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmiş, icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21.2, 425.1, 425.2, 445.7, 449.1, 44 9.3, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-393/2023 nömrəli 2023-cü il 2 may tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş mövqedən də göründüyü kimi, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün cavabdeh məsuliyyətə cəlb edilə bilməz.

21. İşin halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə q ətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.

22. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli icra sənədinin hazıradək icrasının sona çatdırılması cavabdehin hərəkətləri nəticəsində deyil, məhz tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən mümkün olmamışdır. Eyni zamanda, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, əsassız şikayətlərin verilməsi və s.) da təqdim edilməmişdir.

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını x ahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in MM-in 445.7-ci maddəsinin tələbinə əsasən, öhdəliyin lazımınca icra edilməməsi hazırda iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququnu yaradır. Cavabdeh üzərinə düşən öhdəliyi 2017-ci il 25 noyabr tarixinədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditn məbləği kifayət qədər çox olduğundan müqavilənin uzun müddət icra olunmaması nəticəsində Banka xeyli miqdarda ziyan vurulmuşdur ki, bu da özlüyündə kreditorun ona dəymiş zərəri tələb etmək hüququnu yaradır.

25. İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkə mə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq təqdim olunmuş sübutlara obyektiv yanaşmamış, nəticədə Bankın hüquqları kobud surətdə pozulmuşdur. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

26. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında kredit müddəti ilə kredi t müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Adı çəkilən qərarda müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulması mümkün hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərə r dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi ş əkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəm əyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:.... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “ Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında bağlanmış 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə illik 16%-lə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən Bank tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə Bankın ilkin iddiası qismən təmin edilərək, cavabdehdən onun xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla cəmi 1.993308,20 manat borcun tutulması, tutumanın ipoteka predmetlərinə yönədilməsi, cavabdehin qarşılıqlı iddiasının qismən təmin edilərək, onun Banka olan borcundan 120.118,48 manatın silinməsi, ilkin və qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.

33. Hazırda iddiaçı cavabdeh tərəfindən öhdəliyin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilə müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi lazımi qaydada yerinə yetirilmədiyini bildirərək, müqavilə üzrə borcun tutulması barədə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəb ul edildiyi tarixdən (2017-ci il 13 sentyabr) 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.

34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla iddianın əsassız olmasına dair nəticəsini belə əsaslandırmışdır ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinin dipozisiya şərtləri ödənmir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qət naməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

36. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

37. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr t arixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yö nəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).

40. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hə r hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

41. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.

42. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

43. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən (bax § 34) onu da qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir.

44. Təminatlı kreditlər üzrə ipoteka və girov predmetlərini aidiyyəti icra qurumuna təhvil verilməsindən imtina olunub-olunmaması barədə yekun qənaətə isə məhkəmə, yalnız həmin qətnamə üzrə icra işinin materiallarının tam tədqiqindən və qiymətləndirilməsindən sonra gələ bilər.

45. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamışdır. İşə, icra işinin materiallarından çıxarışlar əlavə e dilsə də, həmin sənədlər (i.v.135-153) qeyd olunan halların araşdırılması baxımından birmənalı qənaətə gəlmək üçün yetərli deyildir.

46. Belə ki, işin materiallarından görünür ki, icra icraatı çərçivəsində cavabdeh (borclu) 2018-ci il 30 iyul tarixli məktubla icra məmuruna müraciət edərək, icra sənədində göstərilən nəqliyyat vasitələrindən 6 ədədini Bankın dayanacağına təhvil verdiyini bildirmiş və həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq borcun silinməsinə dair müvafiq tədbirin görülməsini xahiş etmişdir.

47. Mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olsa da, məhkəmə tərəfindən qeyd olunan nəqliyyat vasitələrinin borcun silinməsinə yönəldilib-yönəldilmədiyi araşdırılıb qiymətləndirilməmişdır. Belə ki, qeyd edilən silinmələrin aparı ldığı halda, məhkəmə tərəfindən hazırkı iddia tələbinin əsaslılığı borcun ödənilməsinə yönəldilmiş həmin vəsaitlərin məbləği, ödənilmə tarixi müəyyən edilməklə, bu tarixdən sonrakı dövr üçün qalıq borca münasibətdə yoxlanılmalıdır.

48. Bundan başqa, işin materiallarından görünür ki, tələbkarın (Bankın) 2020-ci il 23 yanvar tarixli müraciəti əsasında İcra şöbəsinin 2020-ci il 28 yanvar tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddia tələbini rədd edərkən yalnız bu fakta istinadla qeyd etmişlər ki, cavabdehin hərəkətləri nəticəsində deyil, tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır.

49. Lakin nəzərə alınmamışdır ki, icra sənədi üzrə icraat 2018-ci il 1 may tarixində başlamış, tələbkarın icraatın dayandırılması barədə müraciəti isə təxminən 1 il 8 ay sonra -2020-ci il 23 yanvar tarixində edilmişdir. Bu müddət ərzində qətnamənin icra edilməməsindən irəli gələn tələbə hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, tələbkarın hal-hazıradək icra sənədi üzrə icraatın təzələnməsinə dair təkrarən icra qurumuna müraciət etmədiyi qeyd edilsə də, işin materiallarından görünür ki, icra icraatının dayandırılması tarixindən sonrakı tarixə (2022-ci ildə) tələbkar sözügedən icra sənədinin icrasından irəli gələn müəyyən hərəkətlərin edilməsi üçün icra qurumuna müraciət etmişdir (i. v. 152).

50. Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunverici liyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

51. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi MM-in 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş, maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamışdır. Odur ki, iddiaçı nın kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

52. İşə yenidən baxılarkən, iddia tələbinin yoxlanılması zamanı, iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsindən irəli gəldiyi nəzərə alınmalı, müvafiq icra işinin materiallarına əsasən icra sənədi üzrə ödənişlərin edilibedilmədiyi, həmin ödənişlərin tarixi, təminatlı kredit müqavilələri üzrə girov (ipoteka) predmetlərinin hərraca çıxarılması üçün təqdim olunub-olunmadığı, o cümlədən mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olan digər hallar tam, hərtərəfli, obyektiv araşdırılmalıdır.

53. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına d air sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-393/2023 nömrəli 2023-cü il 2 may tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar