Məhkəmə qərarları › İş №2-2(102)-20/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-20/2019

16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-20/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh3-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-20/2019) Bakı şəhəri 16 yanvar 2019-cu il 16.01.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı-in vəkili X2, Cavabdeh3-nin vəkili X3 iştirakı ilə İddiaçı-nin Cavabdeh3-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-353/2018 saylı 09 avqust 2018-ci il tarixli qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə "X7" MMC arasında iki ədəd kredit müqaviləsi imzalanmışdır: 1) xxxx” ASC ilə X1 şəxsində "X7" MMC arasında 24 aprel 2013-cü il tarixdə bağlanmış 67/14 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 4.730.000 manat məbləğində 60 ay müddətinə illik 12 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2) Borc alan qismində X4 şəxsində " X7 MMC ilə borc verən qismində İddiaçı arasında 24 aprel 2013-cü il tarixdə bağlanmış 20k/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən, borc verən borc alana 20.000 AZN məbləğində 24.07.2013-cü il tarixədək illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən verilmiş 30 avqust və 01 sentyabr 2016-cı il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, "X7" MMC-nin həmin tarixə 20K/13 nömrəli, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 17.190,51 AZN, 67/14 nömrəli, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.366.956,71 AZN məbləğində borcu vardır. 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)1404/2016 saylı qərarı ilə İddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedicisi təyin edilmişdir. "X7" MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində “xxxx” MMC yenidən təşkil edilmiş və “xxxx” MMC "X7" MMC-nin hüquqi varisi olmuşdur. (25.10.2016-cı il tarixli Vergilər Nazirliyi yarınında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarış). İddiaçı (bundan sonra - iddiaçı) tərəfindən 22 avqust 2017-ci il tarixdə “xxxx” MMCyə ("X7" MMC-yə) (bundan sonra - cavabdehə) pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq 67/14 nömrəli, 25 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.02 7.142 AZN, faiz borcu üzrə 1.238.810,19 AZN və cərimə borcu üzrə 297.915,34 AZN, cəmi 3.563.868,43 AZN, 20K/13 nömrəli, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.169,74 AZN, faiz borcu üzrə 4.962,37AZN, cərimə borcu üzrə 849,92 AZN, cəmi 16.982,03 AZN borc məbləğinin 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 67/14 N-li 25.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.730.000,0 manat, faiz borcu üzrə 1.332,283,88 manat, cərimə borcu üzrə 306.999,91 manat olmaqla, cəmi 6.366.956,71 manat, 20K/13 N-li 24.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.169,61 manat, faiz borcu üzrə 5.027,49 manat, cərimə borcu üzrə 993,28 manat olmaqla, cəmi 17.190,51 manat borcun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin 1 saylı filialı ilə cavabdeh “X8” MMC arasında bağlanmış 67/14 N-li 25.04.2014-cü il tarixli biznes kredit müqaviləsinə əsasən, illik 12 %-lə, 36 ay müddətinə 4.730.000,0 manat, 20K/13 N-li, 24.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə illik 15 %-lə, 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında mübahisəni məhkəmədənkənar qaydada həll etmək m əqsədilə cavabdeh “X8” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. 30.08.2016-cı il tarixə cavabdeh “X8” MMC-nin İddiaçı-yə 67/14 N-li 25.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 4.730.000,0 manat, faiz borcu üzrə 1.332.283,88 manat, cərimə borcu üzrə 306.999,91 manat olmaqla, cəmi 6.366.956,71 manat, 20K/13 N-li 24.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 11.169,61 manat, faiz borcu üzrə 5.027,49 manat, cərimə borcu üzrə 993,28 manat olmaqla, cəmi 17.190,51 manat borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı müflis ela n edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedici təyin edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdehin nümayəndəsinin ərizəsinə əsasən 14.03.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh “X8” MMC əsl Cavabdeh3 ilə əvəz edilmiş və bundan sonra 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-2(81)-370/2017 saylı 28.03.2017-ci il tarixli qərardadı ilə İddiaçı-nin Cavabdeh3-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-461/2017 saylı, 25 dekabr 2017ci il tarixli qətnaməsi il ə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-353/2018 saylı, 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-461/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh3-dən İddiaçınin xeyrinə 67/13 N-li 25.04.2 014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.730.000,0 manat, faiz borcu üzrə 1.332,283,88 manat, cərimə borcu üzrə 306.999,91 manat olmaqla, cəmi 6.366.956,71 manat, 20K/13 N-li 24.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 8.013,61 manat, faiz borcu üzrə 171,34 manat olmaqla, cəmi 8.184,95 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 31 manatın tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, borclu aldığı kreditin müqavilə şərtlərində nəzərdə tutulduğu qaydada və müddət ərzində banka geri qaytarılmasını təmin etmədiyindən, bununla da üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia yuxarıda qeyd edilən hissələrdə əsaslıdır. Hesablanmış faizlərin qalan məbləğləri, habelə cərimələr tam şəkildə əsaslandırıc ı sübutlarla əhatə olunmadığından apellyasiya instansiya məhkəməsi bu hissədə iddianı rədd etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək iddianın rədd edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-353/2018 saylı, 09 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən Mülki Məcəllənin tələblərini kobud surətdə pozaraq hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zə rər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında faktiki real müqavilə münasibətlərinin olmadığını nəzərə almamış və yanlış qənaətə gəlmişdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Lakin kredit müqaviləsi müvafiq qaydada imzalanmadığından belə əqd etibarlı ola bilməz. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan, o cümlədən Məcəllənin tələblərinə uyğun gəlməyən əqdlər etibarsız sayıla bilər. Beləliklə, qeyd olunan əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin qeyd edilən müqavilədə subyektlərin bilavasitə iştirakı, iradə ifadəsi mövcud deyildir. Bununla yanaşı həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İstinad olunan maddənin 3-cü hissəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələ rinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Lakin tərəflər arasında belə bir razılaşma mövcud deyil. Bu səbəbdən də mübahisə predmeti olan müqavilələrin faksimile-klişe ilə imzalanması cavabdehin öz iradəsini ifadə etdiyini təsdiq etmir. Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən müqavilələrin və çeklərin əslində cavabdeh tərəfindən sənədin təsdiqi üçün lazımi qaydada imzalanmadığını nəzərə almamışdır. Daha sonra qeyd edilir ki, məhkəmə faiz borcuna dair tələbi iddiaçının tələb etdiyi məbləğdə təmin etmiş, lakin bu zaman “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 499-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarını mübahisəyə tətbiq etməli olduğu halda bunu etməmişdir. Ümumiyyətlə isə cavabdeh tərəfindən konkret olaraq hansı vaxtlarda və hansı məbləğlərdə ödənişlərin edildiyi həmin ödənişlərin əsas, faiz və cərimə borcuna hansı qaydada aid edildiyi dəqiq müəyyən olunmalı, bununla da, iddia verilən günə olan kredit borcunun (əsas, faiz və cərimə) həqiqi məbləği aydınlaşdırılmalıdır. Məhkəmə bunun üçün həmin məsələyə dair tərəflərin mövqelərini öyrənməli, onlara müvafiq sübutları təqdim etməyi təklif etməli, eləcə də lazım gələrsə müvafiq ekspertiza keçirilməlidir. Göründüyü kimi, məhkəmə qeyd edilən məsələ ilə əlaqədar ətraflı araşdırma aparmamış və bu da mötəbər sübutlara istinad edilmədən, düzgün əsaslandırılmamış qətnamə qəbul edilməsinə səbəb olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili xxx kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-353/2018 saylı, 09 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi xahiş etdi. İddiaçının vəkili A.Məmmədov kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. İlk öncə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etsə də, iddiaçı həmin qətnamə ilə razılaşmış, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Cavabdeh şikayətində qətnamənin tam ləğvini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı kassasiya baxışının hədləri qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması ilə məhdudlaşmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müx təlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yo xlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş materialları ətraflı şəkildə araşdırılaraq düzgün və əsaslı qərar qəbul edilmişdir. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilən məsələlərə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Kassasiya şikayətində qeyd edilir ki, mübahisə predmeti olan müqavilələr faksimileklişe ilə imzalandığından bu cavabdehin öz iradəsini ifadə etmir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin iddia ərizəsinə yazılı etirazı məhkəməyə daxil olmamış, beləliklə də adıçəkilən kredit müqavilələrində və bank qəbzlərində kredit alanın imzaları nə cavabdeh, nə də ki, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, məhkəmənin prosessual qanunvericiliklə üzərinə düşən vəzifəsi ən azından işin mübahisələndirilməyən hallarını deyil, mübahisələndirilən hallarının tədqiq edilməsi təşkil etməlidir. Bu halda birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessial M əcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə olunmalıdır. Həmçinin, birinci instansiya məhkəməsi həmin imzaların tərəflər arasında mübahisələndirilməsi məsələsinə aydınlıq gətirmədən öz təşəbbüsü ilə sənədlərin texniki ekspertizasını təyin etmiş və alınmış ekspert rəyinə əsaslanaraq sözügedən imzaların “faksimile klişe” vasitəsilə icra olunmasına istinadən, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələri və qəbzi cavabdehin hüquq sələfi “X8” MMC-yə kreditlər verilməsini təsdiq edən sübut əhəmiyyətli sənədlər kimi qiymətləndirməmiş, eyni zamanda, həmin kredit müqavilələri və qəbzlərin kredit alanın hüquqi şəxs statusunun təsdiqedici elementlərindən biri hesab edilən möhürü vurmaqla təsdiq edilməsinə də diqqə t yetirməmiş, buna hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən kredit müqavilələri, iş materiallarında olan 30 avqust 2016-cıi il tarixli maliyyə arayışları və apellyasiya məhkəməsinə təqdim olunmuş 08 avqust 2018-ci il tarixli maliyyə arayışları apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı tədqiq edilərkən müəyyən olunmuşdur ki, cavabdehin hüquq sələfi “X8” MMC-yə: 67/14 N-li 25.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 12% hesabı ilə 4.730.000,0 manat kredit məbləği verilmiş, həmin məbləğdən heç bir ödəniş edilməmiş, kreditin geri qaytarılması müddəti növbəti ilin həmin tarixində bitsə də, borclu müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, nəticədə bank tərəfindən ona əsas borc üzrə 4.730.000,0 ma nat, faiz borcu üzrə 1.332.283,88 manat, cərimə borcu üzrə 306.999,91 manat olmaqla, cəmi 6.366.956,71 manat qalıq borc hesablanmış; 20K/13 N-li 24.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3 ay müddətinə, illik 15% hesabı ilə 20.000 manat kredit məbləği verilmiş, həmin məbləğdən 01.08.2013-cü il tarixdə 8.205,05 manat ödəniş edilmiş, alınmış kreditin geri qaytarılması müddəti 24.07.2013-cü il tarixində bitsə də, borclu müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə bank tərəfindən ona kredit müqaviləsinin bitmə tarixinə əsas borc üzrə 8.013,61 manat, faiz borcu üzrə 171,34 manat olmaqla, cəmi 8.184,95 manat qalıq borc hesablanmışdır. Halbuki, borclu kredit müqavilələrin 1-ci və 6-cı bəndlərinin şərtlərinə görə alınmış kredit məbləğlərini və ona hesablanmış faizləri müqavi lə müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqd arda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, borclu aldığı kreditin müqavilə şərtlərində nəzərdə tutulduğu qaydada və müddət ərzində banka geri qaytarılmasını təmin etməmiş, bununla da üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tədqiq olunan sübutlara əsaslanmaqla haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının tələbi 67/14 N-li 25.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4.730.000,0 manat əsas borc, 1.332. 283,88 manat faiz borcu və 306.999,91 manat cərimə borcu olmaqla, cəmi 6.366.956,71 manat və 20K/13 N-li 24.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 8.013,61 manat əsas borc, 171,34 manat faiz borcu olmaqla, cəmi 8.184,95 manat borcun cavabdehdən onun xeyrinə tutulması hissələrində haqlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs e dilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-353/2018 saylı 09 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar