Məhkəmə qərarları › İş №2-2(102)-20/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-20/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-20/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı ilk və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə və xidmət müqaviləsi, öhdəliklərin icra edilməməsi, müqavilənin birtərəfli qaydada ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı "icarə haqqının tutulması" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və pulun tutulması" barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-636/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında 2021-ci il 1 avqust tarixli lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmışdır.

2. Müqavilənin predmeti yanalma körpüsünün icarəsi ilə yanaşı həm də gəmilərin İddiaçı MMC-dən icarəyə götürülmüş yanalma körpüsünə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid gəmilərinin qarşılanması, yanalma körpüsünə bağlanması, gəminin ekipajının və sərnişinlərinin mindirilməsi, endirilməsi kimi xidmətlərinin İddiaçı MMC tərəfindən göstərilməsindən ibarətdir (Müqavilənin 2.10, 2.13-cü bəndləri və Müqavilənin ayrılmaz tərkib hissələri olan "Əlavə-2”, "Əlavə-3", "Əlavə-4").

3. Həmçinin Müqavilənin: - 19.1.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əhəmiyyətli pozuntu elə bir pozuntudur ki, onun aradan qaldırılması qeyri-mümkün olsun və ya pozuntunu törədən həmin tərəf qarşı tərəfin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində bu pozuntunu aradan qaldıra bilməsin. - 19.3.4-cü bəndinə görə, müqavilənin müddəti ərzində istənilən vaxt, bu muqavilə icarəçi tərəfindən icarəyə verənə 30 gün əvvəl yazılı bildiriş göndə rilməklə, heç bir səbəb olmadan icarəçi tərəfindən ləğv edilə bilər. - 19.3.5-ci bəndinə görə müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt icarəçi bu Müqavilənin “icarəyə götür və ya ödə” xarakteri nəzərə alınmaqla, istifadə olunmamış müddət üçün ödənilməmiş İcarə haqqını ödəməklə icarəçi 30 gün əvvəl icarəyə verənə yazılı xəbərdarlıq edərək, bu müqavilə heç bir səbəb olmadan icarəyə götürən tərəfindən ləğv edilə bilər. - 20.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində digər tərəfə veriləcək bütün bildirişlər və digər məlumat yazılı şəkildə olmalı və şəxsən və ya poçt, elektron poçt, kuryer və ya faks vasitəsilə həmin tərəfin ünvanına çatdırılmalıdır.

4. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 2021-ci il 1 avqust – 2022-ci il 19 oktyabr dövrü üzrə müqav ilənin icrası çərçivəsində 63 e-qaimə təqdim olunmuş və həmin xidmətlərin qarşılığı ödənilmişdir.

5. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2022-ci il 19 oktyabr tarixdə İddiaçı MMC-nin müqavilədə xüsusi göstərilmiş səlahiyyətli şəxslərinə e-mail vasitəsilə gəminin MMC-nin limanında yanalma imkanı ilə bağlı məlumat verilməsinə dair sorğu göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (ödəmə günündə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manat ekvivalentində olmaqla) 1.026.750 ABŞ dolları əsas borc, X1 qismində 184.81 5 ABŞ dolları, 400 manat mediasiya xərcinin və 1419,83 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 1 avqust tarixli lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmasına baxmayaraq, müqavilə bağlandıqdan qısa müddət sonra, yəni 2022-ci ilin oktyabr ayının sonunda cavabdeh tərəfindən faktiki olaraq icarə münasibətləri və icarə haqqlarının ödənişləri dayandırılmaqla müqavilə öhdəlikləri pozulmuşdur. Tərəflərindən göndərilmiş pretenziya məktubuna cavabdehin 2023-cü il 9 avqust tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2022-ci il 19 oktyabr tarixdə e-maillə m üraciət edilərək gəminin yanalma körpüsündə qarşılanması üçün xidmət sorğusu göndərilməsinə baxmayaraq heç bir cavab verilməmiş, hətta dəfələrlə zəng edilsə də geri dönüş edilməmiş, bu səbəblə gəmiyə başqa yerdə müvafiq xidmət alınmışdır. Bu barədə iddiaçıya elektron poçt vasitəsilə hər hansı xidmət sorğusu daxil olmamış, o cümlədən telefon zəngləri olmamışdır. Habelə poçt ünvanına göndərilən məktubların “həmin ünvanın mövcud olmaması” əsası ilə çatmaması barədə arqument isə, ümumiyyətlə qəbul edilməzdir. Belə ki, həmin ünvan 25 saylı poçt şöbəsinin xidməti ərazisində mövcud olmuş iddiaçıya poçt şöbəsi tərəfindən poçt göndərişləri çatdırılmışdır. Qanunvericilik müqavilə tərəflərinin öz öhdəliklərini icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli oldu ğu və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olduqları imperativ norma kimi müəyyən edilmişdir. Cavabdehin məkubun çatmaması və digər hallara dair arqumentləri həqiqəti əks etdirmədiyindən iddiaçı tərəfindən qüvvədə olan müqavilənin 3.3-cü bəndində uyğun olaraq növbəti dövrlərdə də cavabdehə e-qaimələr göndərilmiş, lakin keçən müddət ərzində cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaçının pretenziyasına cavab məktubunda hər hansı əsaslı səbəb göstərmədən müqavilədən imtina iradəsini göstərmişdir. Müqavilənin 19.3.5-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt icarəçi tərəfindən 30 gün əvvəl icarəyə verənə y azılı xəbərdarlıq edilməklə müqavilə heç bir səbəb olmadan ləğv oluna bilər. Lakin müqavilənin həmin bəndində belə bir şərt də nəzərdə tutulmuşdur ki, icarəçi bu Müqavilənin “icarəyə götür və ya ödə” xarakteri nəzərə alınmaqla, istifadə olunmamış müddət üçün ödənilməmiş icarə haqqını ödəməlidir. Tərəflər arasında qüvvədə olan icarə müqaviləsinin və mülki qanunvericiliyin tələblərinə əsasən, cavabdehin ümumilikə 1.026.750 ABŞ dolları borc öhdəliyi yaranmışdır.

8. Həmçinin cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın təmin olunmaması, 2021-ci il 1 avqust tarixli yanalma körpüsünün icarəsi və xidmətləri müqaviləsinin 2022-ci il 9 noyabr tarixdən ləğv edilmiş sayılması, cavabdehə 29.205 ABŞ dolların rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində dəymiş zərərin əvəz i kimi, o cümlədən 400 manat mediasiya xərcinin və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün çəkilmiş 239 manat dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin qüvvədə olduğu müddətdə 2022-ci il 19 oktyabr tarixdə iddiaçının müqavilədə xüsusi göstərilmiş səlahiyyətli şəxslərinə və müqavilədə göstərilmiş Elektron ünvan 1 və Elektron ünvan 2 email ünvanlarına gəminin yanalma körpüsündə qarşılanması üçün xidmət sorğusu göndərilmişdir. Buna baxmayaraq, icarəyə verən tərəfindən sorğuya heç bir reaksiya verilməmiş, yaxınlaşan gəminin müqavilə şərtlərinə uyğun şəkildə yanalma körpüsündə iddiaçının əməkdaşları tərəfindən qarşılanması, bərkidilməsi, gəminin ekipa jının və sərnişinlərinin endirilməsi mümkün olmamışdır. Bundan əlavə, icarəyə verənin səlahiyyətli şəxsləri ilə telefon rabitə vasitəsilə dəfələrlə əlaqə saxlanmasına cəhd göstərilsə də, bu heç bir nəticə verməmiş, sonda gəmi ekipajına gəminin başqa dəniz limanında saxlaması tapşırığı verilmiş, nəticədə cavabdeh bununla bağlı gözlənilməyən əlavə xərclər çəkmişdir. 2022-ci il 21 oktyabr tarixdə iddiaçının e-mail ünvanına əlavə bir məktub göndərilmiş (ərizəyə əlavə olunur), həmin məktubda iddiaçıya pozuntunun mövcud olması barədə məlumat göndərilmiş, gələn gəminin vaxtında icarəyə götürülmüş yerdə saxlanmasının mümkün olmaması, icarəyə verənə dəfələrlə edilmiş zənglərin cavabsız qalması, cavabdeh tərəfindən gəminin başqa dəniz limanına aparılıcağı ilə bağlı çəkiləcək xərclər barədə məlumat verilmişdir. Həmin məktub həm elektron formada iddiaçıya aid e-mail ünvanlarına, həm də fiziki ofisin ünvanı olan - AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 36E ünvana göndərilmişdir. İddiaçı 2022-ci il 21 oktyabr tarixli məktuba heç bir reaksiya vermədiyi üçün, müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verən tərəfindən edilmiş pozuntu 15 təqvim günü ərzində aradan qaldırılmadığına görə 2022-ci il 9 noyabr tarixdə icarəyə verənə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı email bildirişi göndərilmişdir. Əlavə olaraq həmin bildirişlə 19 oktyabr-31 oktyabr daxil olmaqla icarəyə verəndən icarəyə götürülmüş yanalma körpüsünə cavabdehə aid gəminin daxil ola bilmədiyi üçün icarəyə götürənə dəyən 24,750 ABŞ dolları zərərinin əvəzini ödənilməsini (ƏDV daxil - 29,205 ABŞ D olları) tələb edilmiş və müvafiq hesab faktura göndərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli e-2-2(113)-667/2024 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış 2021-ci il 1 avqust tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinin 2022-ci il 9 noyabr tarixdən ləğv edilmiş hesab olunması, qarşılıqlı iddianın digər hissədə təmin olunmaması qət edilmişdir (hakim Ü.Həsənova).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunub-olunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.

12. Belə ki, qarşılıqlı iddia tələbi iki hissədən ibarətdir: 1. tərəflər arasında olan 2021ci il 1 avqust tarixli müqavilənin 2022-ci il 9 noyabr tarixdən ləğv edilmiş hesab edilməsi; 2. iddiaçı tərəfindən cavabdehə vurulmuş 29205 ABŞ dolları zərərin ödənilməsi.

13. Məhkəmə qarşılıqlı iddia tələbini birinci hissədə əsaslı hesab edərək, göstərmişdir ki, cavabdeh tərəfindən müqavilə tələblərinə riayət edilmiş, lakin iddiaçı tərəfindən cavabdehə icarə sahəsindən istifadə edilməsi ilə bağlı imkan yaradılmamış, gəminin yanalma körpüsünə yaxınlaşması, dayanması, gəmi heyətinin və sərnişinlərin düşürülməsi və sairə kimi xidmətlər göstərilməmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə tələblərinə tam əməl edilməyərək iddiaçıya müqavilənin 2 saylı əlavəsinin 4.1-ci bəndinə əsasən gəminin limana yaxınlaşması ilə bağlı müvafiq b ildirişin (gəminin adı, sahibi haqqında məlumat, gəminin uzunluğu, quru çəki tonajı və sairə) göndərilmədiyini bildirsə də, ona məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi əvvəlki bildirişlərin məhz müqavilə tələblərinə uyğun verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş lakin iddiaçı bu barədə hər hansı sübutlarını onlara məxsus e-mail ünvanların işləməməsi ilə əlaqədar olaraq təqdim edə bilməyəcəyini bildirmiş, onlara məxsus e-mail ünvanların hansı tarixdən işləməməsi barədə məlumatın isə olmadığını göstərmişdir.

14. Məhkəmə bütün mümkün imkanlardan istifadə edib iddiaçıya gəminin limana yaxınlaşması barədə xəbər verməməsi ilə bağlı iddiaçının arqumenti ilə razılaşmamış, ona əsaslanmışdır ki, müqavilədə tərəflərin bildirişlərinin yalnız yazılı olması və şəxs ən və ya poçt, kuryer və ya faks vasitəsilə həmin tərəfin ünvanına çatdırılmalı olması qeyd edilmişdir. Cavabdeh tərəfindən də iddiaçıya pozuntuların aradan qaldırılması ilə bağlı 2022-ci il 28 oktyabr tarixində elektron bildiriş, 2022-ci il 24 oktyabr tarixdə isə iddiaçının hüquqi ünvanına poçt vasitəsilə bildiriş (həmin bildiriş poçt tərəfindən ünvanın düzgün olmaması əsası ilə geri qaytarılmışdır) göndərilmişdir.

15. Beləliklə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının müqavilənin 19.1.5-ci bəndinə əsasən müqaviləyə 2022-ci il 9 noyabr tarixdən xitam verilməli olması barədə tələbi əsaslıdır və təmin edilməlidir.

16. Məhkəmə qarşılıqlı iddianı ikinci hissəsdə əsassız hesab etmiş, qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə mə suliyyət daşıması üçün onun cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda isə cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, qanunvericiliklə göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

17. Məhkəmə həmçinin vurğulamışdır ki, qarşılıqlı iddia ərizəsinin müqavilənin 2022ci il 9 noyabr tarixindən ləğv olunmuş hesab edilməsi hissəsində əsaslı olduğu müəyyən edildiyindən, ilk iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, icarə sahəsindən 2022-ci il 19 noyabr tarixdən cavabdehin istifadə edə bilməməsi, habelə iddiaç ı tərəfindən ona hər hansı xidmətin göstərilməməsi işin mübahisələndirilməyən halı olduğundan 2022-ci il 1 noyabr tarixdən 2026-cı il 31 iyul tarixədək cavabdehin icarə haqqı ödəməli olması barədə iddia tələbi təmin edilə bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 386.1, 700.1, 705, 1096.1, 1096.2 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın ləğv olunması xahiş edilmişdir.

20. Cavab deh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-636/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmaqla ilk iddia tələbi qismən- cavabdehdən 750.000 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər V.Baxışova və R.Qurbanov).

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında icarə və xidmət müqavilələrindən ibarət qarışıq müqavilə bağlanmış və müvafiq olaraq icarə və xidmət sahələri üzrə mülki hüquq münasibətləri yaranmışdır. İlk iddiaçı qarşılıqlı iddiaçı tərəfindən müqavilənin 19.3.5-ci bəndinin tələbini nəzərə almadan əsassız olaraq birtərəfli qaydada müqavilə münasibətlərindən imtina edildiyini əsas gətirərək icarə haqqı barədə tələb irəli sürmüşdür.

23. Mülki qanunvericilik müqavilədən birtərəfli formada imtina imkanını tərəflərin razılaşmasına həvalə etmişdir. Hazırkı halda tərəflər müqavilənin 19.3.4 və 19.3.5-ci bəndlərində ondan birtərəfli qaydada imtina nın şərtini belə razılaşdırmışlar ki, icarəçi istifadə edilməmiş müddət üçün icarə haqqını ödəməklə 30 gün xəbərdarlıq müddətindən sonra müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Cavabdeh isə müqavilənin 19.1.1-ci bəndinə əsaslanaraq, ilkin iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və nəticədə zərər çəkdiyini iddia etmişdir.

24. Məhkəmə hesab etmişdir ki, mübahisənin həll edilməsi üçün müqavilənin kim tərəfindən pozulmasının, yəni müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməməsinin müəyyən edilməsi zəruridir. Bunun nəticəsində isə müqavilənin 19.1.1 və ya 19.3.5-ci bəndlərinin hansının mübahisəyə tətbiq edilməli olması aydın olacaqdır.

25. İşin hallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh müqavilənin 20-ci bəndinin şərtini pozaraq iddiaçıya sadəcə elektron po çt ünvanına gəminin limana yan alması barədə qısa məzmunlu məlumat xarakterli məktub göndərməklə kifayətlənmiş, müqavilənin həmin bəndində məlumatlandırmanın başqa formaları da nəzərdə tutulsa da, cavabdeh yalnız iddiaçının elektron poçt ünvanının işləmədiyini bilə-bilə 2022-ci il 19 oktyabr tarixdə sözügedən məlumat xarakterli məktubu göndərmişdir.

26. Halbuki cavabdehə elektron poçt vasitəsilə məktub göndərilərək 2022-ci il 11 oktyabr tarixdən 2022-ci il 19 oktyabr tarixədək müqavilədə əlaqələndirici Elektron ünvan 1 elektron poçt ünvanın və digər əlaqə ünvanı Elektron ünvan 2-un işləmədiyi öncədən bildirilmişdir. Beləliklə, cavabdehə sözügedən elektron ünvanın 2022-ci il 11 oktyabr tarixdən işləmədiyi bəlli olsa da, müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş digər məlumatlandırma vas itələrindən istifadə etməmişdir.

27. İşin materialları ilə müəyyən edilmişdir ki, iddiaçının direktoru Oktay Məmmədov (**********) ilə cavabdehin rəhbəri Qanuni nümayəndə (**********) arasında arasında 2022ci il 17 oktyabr tarixdə saat 16.46-da mobil telefon vasitəsilə 66 saniyə danışıq olmuşdur. (Azercell Telecomun çıxarışı). Bundan əlavə cavabdehin Maliyyə Müdiri və icarə müqaviləsini cavabdeh adından imzalamış şəxs Simon Mountfort (**********) Whatsapp şəbəkəsi vasitəsi ilə Oktay Məmmədova 2022-ci il 17 oktyabr tarixdə, saat 16.51-də “Niyə Aleksə zəng edirsən?” məzmununda mesaj yazmışdır. Cavabdehin təchizat üzrə məsul şəxsi Cəbrayıl Əskərov (**********) iddiaçının direktoru Oktay Məmmədov (**********) arasında 2022-ci il 21 oktyabr tarixdə saat 12.12-də 28 saniyə danışıq olmuş, zəngdən 2 saat sonra isə, yəni saat 14.22-də elektron poçt ünvanının işləmədiyindən artıq məlumatlı olan cavabdehin təchizat üzrə məsul şəxsi Cəbrayıl Əskərov tərəfindən elektron poçt ünvanına e-mail yazılaraq iddiaçı ilə telefon və e-mail vasitəsi ilə əlaqə saxlanılmasının mümkünsüzlüyü bildirilmişdir. Məhkəmə iclasında Cəbrayıl Əskərov bildirmişdir ki, həmin telefon danışığının nə məzmunda olmasını xatırlamır, lakin həmin danışıq işlə bağlı olmamışdır. Belə ki, çalışdığı şirkətin daxili qaydalarına görə işlə bağlı danışıqlar yalnız rəsmi telefon nömrələri və ya elektron qaydada aparılmalıdır. Eyni zamanda, Cəbrayıl Əskərov bildirmişdir ki, Oktay Məmmədovla şəxsi tanışlığı olmamışdır.

28. Məhkəmə hesab etmişdir ki, Cəbrayıl Əskərovun izahatı qeyri-səmimidir və yuxarıda qeyd olunan telefon danışı ğı məhz tərəflər arasında olan müqavilədən irəli gələn işlərlə bağlı olmuşdur. Çünki, onun özünün etirafına görə Oktay Məmmədovla şəxsi tanışlığı olmamışdır. Həmçinin, cavabdeh müqavilədə +**********00 əlaqə telefonunun olmasını bildiyi halda həmin nömrə ilə əlaqə saxlamamış, elektron poçt ünvanlarına məlumatın çatdırılmaması haqqında bildirməmişdir.

29. Qarşılıqlı iddiada qeyd edilmişdir ki, icarəyə verənin səlahiyyətli şəxslərin telefon rabitə vasitəsilə dəfərərlə əlaqə saxlamağa cəhd göstərilsə də, bu heç bir nəticə verməmişdir. O, telefon zənglərini təsdiq edən ekran görüntüləri ərizəyə əlavə etmişdir. Ekran görüntülərindən görünür ki, müqavilədə qeyd edilən nömrəyə, yəni 051 205 28 00 nömrəyə edilən zəngin tarixi 1 və 3 noyabr 2022-ci il tarixləridir. İş materiallarının 1-ci cildinin 41-ci səhifəsində olan görüntüdən isə nə nömrə, nə də tarix görsənir.

30. Məhkəmə qeyd olunanlara əsasən belə qənətə gəlmişdir ki, qarşılıqlı iddiaçının ərizəyə əlavə etdiyi sübutlar ilkin iddiaçıya zəng etməyə cəhdi təsdiq etməmişdir. Əksinə bu sübutlar qarşılıqlı iddiaçının yanalma məsələsindən sonra noyabr ayı ərzində əlaqə saxlamasını təsdiq etmiş, bu hal isə qarşılıq iddianın əsaslılığı baxımından heç bir əhəmiyyət kəsb etməmişdir. Qarşılıqlı iddiaçı noyabr ayında zəng edə bilirsə, oktyabr ayında da zəng edə bilərdi, lakin bu hal işin materialları ilə müəyyən edilməmişdir.

31. Eyni zamanda, müqavilədə nəzərdə tutulmamış ilk iddiaçının əməkdaşının elektron ünvanına elektron poçt ünvanlarına məlumatın çatdırılmaması haqqında 1 aydan sonra, yəni 2022-ci il 9 noyabr tarixdə məlumat vermiş dir.

32. Apellyasiya icraatı zamanı iddiaçının vəkili tərəfindən təqdim edilən yeni sübut olan 2024-cü il 22 iyul tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Bakı-Salyan yolu, 1 f ünvanında icarə müqaviləsi əsasında istismar və istifadə edilmiş yanalma körpüsünə 2022-ci il 19 oktyabr-2022-ci il 20 oktyabr tarixlərində hər hansı gəminin yaxınlaşa bilməməsi və bununla əlaqədar marşrutdan kənarlaşma olduğu barədə "xxxx" MMC-yə məlumat daxil olmamışdır.

33. Məhkəmə qeyd edilənlərə əsaslanaraq müəyyən etmişdir ki, cavabdeh müqavilənin şərtinə uyğun olaraq iddiaçını gəminin yan alması barədə məlumatlandırma vəzifəsini yerinə yetirməmiş, sadəcə bunun görüntüsünü yaratmış, nəticədə məlumatsız olan iddiaçı üzərinə düşən öhdəliyi pozması, cavabdehin zərər çəkməsi cavabdeh tərəfindən sübuta yetirilməmiş, əksinə cavabdeh müqavilənin 19.3.5-ci bəndinin tələbini pozaraq birtərəfli qaydada müqavilədən imtina etmişdir. Cavabdehin məqsədi icarə haqqı ödənilməsi yükündən azad olunmaqla müqavilə münasibətlərindən imtina etmək olmuşdur. Bu səbəbdən, mübahisənin həll edilməsi üçün hüquqi əsas olaraq müqavilənin 19.1.1-ci bəndi deyil, 19.3.5-ci bəndi tətbiq edilməlidir.

34. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehin (qarşılıqlı iddiaçı) hərəkətləri MM-nin 5.3-cü maddəsində təsbit edilmiş mülki hüquqların vicdanla həyata keçirilməsi prinsipinə ziddir. Habelə onun hərəkətləri MM-nin 16.1, 560.1, 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, o, öz vəzifəsini (iddiaçını gəminin yan alması barədə məlumatlandırm a vəzifəsini) kobudcasına pozmasına baxmayaraq, hüquqlarını (müqaviləni birtərəfli qaydada imtina etmək) həyata keçirmişdir. Bu hallar isə MM-nin 560.3 və 560.3.2-ci maddələrinə əsasən hüquqdan suiistifadə hesab edilir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir.

36. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia ona görə qismən təmin edilməlidir ki, X1nin cavabdehdən tutulmalı olması müqavilənin 19.3.5-ci bəndində müəyyən edilmədiyindən ilkin iddia bu hissədə təmin edilə bilməz.

37. Bundan başqa tərəflərin müqavilənin 19.3.5-ci bəndində müə yyən etdikləri istifadə edilməmiş icarə haqqı məbləği (1.026.750 ABŞ dolları) məhkəmə tərəfindən dəbbə pulu kimi qəbul edilmişdir. Belə ki, tərəflərin həmin maddədə iradə ifadələri ona yönəlmişdir ki, müqavilənin bütün müddət üçün icrasının təmin edilməsi məqsədilə icarəçi heç bir əsas və ya pozuntu olmadan müqavilə münasibətlərinin vaxtından əvvəl dayandırılmasını iradə etdikdə icarəyə verənin marağı nəzərə alınsın və icarəçi cərimə tədbiri olaraq müqavilənin bütün müddəti ərzində icarə haqlarını icarəyə verənə ödəsin. Cavabdeh müqavilənin 19.3.5-ci bəndinin tələbini pozduğu üçün ondan iddiaçının tələb etdiyi pulun dəbbə pulu kimi tutulması qanunidir.

38. Məhkəmə işin hallarını, tərəflərin bir-birlərinə maddi zərər vurmamalarını, tərəflərin maddi vəziyyətini və digər mənafelərini nəzərə a laraq tənasübsüz surətdə yüksək dəbbə pulu olan 1.026.750 ABŞ dollarını azaldaraq 750.000 ABŞ dolları müəyyən etmişdir.

39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 16.1, 21.1, 21.2, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 462.1, 467, 560.1, 560.3, 675, 700.1, 700.2, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

40. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, ilk iddia tələbinin bütövlükdə təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

41. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin bütövlükdə təmin edi lməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

42. MM-in 448.1, 448.2, 462.1, 467-ci maddələri üzrə-apellyasiya məhkəməsinin iddiaçının tələb etdiyi dəbbə pulunu azaldarkən istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun qərarında dəbbə pulunun azaldılması üçün bu meyarlar nəzərdə tutulmuşdur: a) öhdəliyin borclu tərəfindən pozulması dərəcəsi; b) öhdəlikdə iştirak edənlərin əmlak vəziyyəti; c) kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeyi. Hazırkı işdə tərəflər arasında yaranan münasibətlərdə zəif bənd məhz ilk iddiaçıdır. Cavabdeh isə məhkəmədə də bildirdiyi kimi 300-dən çox gəmiyə sahib olan və bu sahədə dünyanın tanınmış nəhəng şirkətlərindəndir və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və məsuliyyəti dərk edəcək bir qurum olmaqla riskləri aydın şəkildə hesablaya biləcək işçi bazasına sahibdir. Məhkəmə isə müəyyən etmişdir ki, belə bir şirkət müqavilə ilə üzərinə götürdüyü öhdəliklərindən yayınmaq üçün süni görüntü yaratmış, müqavilədən yayınmaq üçün hüquqdan sui-istifadə etmişdir. Müqavilə şərtlərinə lazımi səviyyədə riayət edən iddiaçının isə haqqı çatan məbləğin azaldılması ədalətli deyil. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

43. MM-in 458-ci maddəsi üzrə-cavabdehin müqaviləyə vaxtından əvvəl xitam verməsi nəticəsində iddiaçı hər hansı zərərə məruz qalmışdırsa iddiaçı da bu zərəri azaltmaq öhdəliyi daşımışdır. Lakin iddiaçı zərərin azaldılması üçün heç bir tədbir görməmişdir.

44. MM-in 467-ci maddəsi üzrə-apellyasiya məhkəməsi dəbbə pulu nu azaldarkən nə MM nə də Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş meyarlara istinad etməmiş və onların işin hallarına tətbiqi ilə bağlı hər hansı təhlil aparmamış, MM-in 467-ci maddəsini düzgün tətbiq etməmişdir.

45. MM-in 560.1, 560.2, 560.3-cü maddələri üzrə-apellyasiya məhkəməsinin cavabdehin hüquqlarından sui-istifadə etməsinə dair nəticəsində cavabdehin iddiaçıya gəminin gəlməsi barədə məlumat vermək öhdəliyini pozması və müqavilənin əlaqə vasitələri ilə bağlı müddəalarına əməl etməməsinə istinad etməsi əsassız olmuşdur. Müqavilənin 20.1-ci bəndində göstərilən əlaqə vasitələri kumulyativ deyil alternativdir. Yəni, müvafiq bildirişin onlardan biri vasitəsi ilə göndərilməsi həmin bəndin tələbini ödəyir. Cavabdeh bildirşləri həm poçt həm də e-poçt vasitəsilə göndərməklə müqav ilənin həmin bəndindən irəli gələn öhdəliyini yerinə yetirmişdir və onun üzərinə müqavilədən və ya qanunvericilikdən irəli gəlməyən əlavə yük qoyulmamalıdır. İddiaçı isə ona bildirişlərin göndərilmə anında email sisteminin işləməməsindən faydalana bilməz. İddiaçı müqavilədə göstərilən email ünvanlarının işləməməsi barədə cavabdehə məlumat verməmiş, cavabdeh bundan xəbərdar olduqdan sonra iddiaçıya maliyyə xidmətləri göstərən digər şəxsə də müvafiq bildirşləri göndərmişdir. Beləliklə də cavabdehin müqavilənin iddiaçı tərəfindən pozulması görünüşü yaratmaq niyyəti olmamış və vicdanlılıq prinsipinə əməl etmişdir.

46. Apellyasiya məhkəməsi həmçinin cavabdehin hüquqdan sui-istifadə etdiyini bildirsə də, bunun hüquqi nəticələrini tətbiq etməmişdir. Belə ki, müqaviləyə birtərəfli qaydada xitam ve rilməsi cavabdehin hüququndan sui-istifadə kimi qiymətləndirildiyi halda məhkəmə həmin sui-istifadənin nəticələrinin aradan qaldırılması barədə, yəni müqavilənin qüvvədə qalması barədə qərar qəbul etməli idi. Məhkəmə isə müqaviləyə özünün müəyyən etdiyi fərqli bir əsasla xitam verilmiş hesab etmişdir. Cavabdeh hesab edir ki, onun öhdəliklərini pozduğunu təkzib edən bütün hallar nəzərə alındıqda apellyasiya məhkəməsi tərəfindən MM-in 560.1, 560.2 və 560.3-cü maddələrinin düzgün tətbiq edilmədiyi müəyyən olur.

47. MM-in 421.2, 421.3 və 324.5-ci maddələri üzrə-apellyasiya məhkəməsi cavabdehin müqaviləyə xitam verilməsi barədə bildirişini əsassız hesab edərək bildirişin ilkin məqsədini və cavabdehin bununla bağlı iradəsini təhrif etmişdir. Halbuki, bildiriş müqavilənin səbəbsiz yerə xitamını d eyil əhəmiyyətli pozuntuya görə xitamını ehtiva edirdi. Bununla da, apellyasiya məhkəməsi müqavilənin 19.3.5-ci bəndinə əsasən xitam verilməsi qənaətinə gəlmək üçün MM-in 421.1, 421.3 və 324.5-ci maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə həmçinin dəbbə pulunun hesablanması üçün müqavilənin dəqiq xitam tarixini müəyyən etməmişdir. Belə ki, müqaviləyə onun 19.3.5-ci bəndi tətbiq olunaraq xitam verilərsə bu zaman iddiaçı növbəti 30 günlük müddət ərzində cavabdehə yanalma körpüsünə icarəni təmin etməyi davam etdirməli idi. İddiaçı isə hadisə baş verdikdən sonra cavabdehin faktiki icarəsinə yanalma körpüsü təqdim etməyib. Belə olan halda, ən azı xəbərdarlıq müddəti olan 30 gün üçün icarə haqqı məbləği məhkəmə tərəfindən hesablanan dəbbə pulundan çıxılmalı idi.

48. MPM-in 372.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsi yeni sübuta, yəni 19-20 oktyabr 2022-ci il tarixləri arasında müqavilə üzrə nəzərdə tutulan körpüyə yanalma haqqında məlumatla bağlı "xxxx" MMC-dən verilən cavab məktubuna bununla bağlı heç bir səbəb göstərmədən istinad etmişdir. Qətnamədə qeyd olunur ki, həmin məktubla "xxxx" MMC tərəfindən 19-20 oktyabr 2022-ci il tarixləri arasında Müqavilədə nəzərdə tutulan körpüyə heç bir gəmi tərəfindən uğursuz yanalma və ya marşrutun dəyişdirilməsi ilə bağlı hər hansı məlumatın daxil olmadığı bildirilmişdir. İddiaçının vəkili tərəfindən "xxxx" MMCyə ünvanlanmış məktub 2024-cü il 22 iyul tarixlidir ki, bu da apellyasiya məhkəməsi tərəfindən qətnamənin qəbul edilməsindən cəmi 2 gün əvvələ təsadüf edir. Buna baxmayaraq, apellyasiya məhkəməsi təqdim edilən “yeni sübut”un MPM -in 372.2-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə uyğun olub-olmadığını müəyyən etmədən və cavabdehə həmin sübutu mübahisələndirmək üçün hər hansı bir şans vermədən qətnamənin qəbul olunmasına 2 gün qalmış təqdim edilən “yeni sübut”u qəbul etmişdir.

49. MPM-in 217.3 və 372.1-ci maddələri üzrə-apelyasiya məhkəməsi cavabdehin iddiaçıya aid email ünvanlarının 2022-ci il 11 oktyabr tarixindən 2022-ci il 19 oktyabr tarixinədək işləmədiyini bildiyini vurğulasa da, işdə məhkəmənin bu qənaətini təsdiq edən heç bir faktiki hal və sübut yoxdur. Cavabdehə isə iddiaçıya aid email ünvanlarının işləmədiyi xidmət tələbinin göndərildiyi 2022-ci il 19 oktyabr tarixindən əvvəl bəlli olmamışdır. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsi Cəbrayıl Əsgərovun məhkəmədə verdiyi izahatının qeyri-səmimi olduğunu və onunla iddiaçının nümayəndəsi Oktay Məmmədov arasındakı 2022-ci il 21 oktyabr tarixli telefon danışığının müqavilədən irəli gələn məsələlərlə bağlı olduğunu bildirmişdir. Halbuki, Cəbrayıl Əsgərov məhkəmə iclaslarında 2022-ci il 21 oktyabr tarixində Oktay Məmmədovla telefon danışığının müqavilə və ya peşəkar xarakter daşıdığı barədə hər hansı məlumat verməmiş, əksinə həmin telefon danışığının mövzusunu xatırlamadığını bildirmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

50. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, MM-in 458-ci maddəsinin tətbiqi imkanları hazırkı işdə istisna olunur. Həmçinin, cavabdeh nə birinci nə də apellyasiya instansiyası məhkəmələrində bu maddənin tətbiqi ilə bağlı hər hansı arqument irəli sürməmişdir.

51. İddi açı hesab edir ki, iki böyük kommersiya qurumunun müqavilə ilə müəyyən etdiyi dəbbə pulu məbləğinin qanunsuz azaldılması hüquqlarından sui-istifadə edərək müqavilə öhdəliklərini qəsdən pozmuş cavabdeh üçün daha əlverişli şərait yaratmışdır.

52. Cavabdehin müqaviləni xitam iradəsi mövcud olmuş, sadəcə müqavilə ilə razılaşdırılmış ödənişdən yayınmaq üçün MM-in 425.2-ci maddəsinin tələblərini pozaraq müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək hər cür hərəkətlərdən çəkinməmiş, əksinə müqavilənin iddiaçı tərəfindən pozulması təəssüratının yaradılması üçün dəlillər yaratmağa cəhd etmişdir.

53. Müqavilənin məhkəmədən kənar ləğvi tərəflərin müstəqil azad iradələrindən asılı olan bir məsələ olduğundan, cavabdehin məhkəmənin müqavilənin dəqiq tarixini dəqiqləşdirməli olduğu barədə fərziy yələrinin qanuni əsası mövcud deyil. 54. 2022-ci il 9 noyabr tarixli emaildə 2022-ci il 11 oktyabr tarixdən iddiaçı heyəti ilə heç bir əlaqənin olmadığı iki dəfə açıq şəkildə etiraf edilib. Halbuki, həmin tarixlərdə iddiaçı və cavabdehin direktorları və cavabdehin maliyyə və təchizat direktorları ilə birbaşa əlaqələr olmuşdur. 2022-ci il 19 oktyabr tarixində iddiaçının limanına yan alacağı planlaşdırılmış və davamında təyinat limanı dəyişdirilmişdirsə, bununla bağlı müvafiq sübutu məhkəməyə təqdim etmək cavabdehin vəzifəsi idi. Lakin, cavabdeh tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmiş, habelə məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən təyinat limanının dəyişməsi ilə bağlı hər hansı bir quruma müraciət edilmədiyi etiraf olunmuşdur. Kassasiya baxışının hədləri

55. Hazırkı icraa t çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəa larında “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün ç əkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavil ə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın geci kdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yo lverilməzdir.... 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhə rdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliy in pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir....”

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir: “... hər bir hüquq pozuntusu sosial mənada ictima i münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur....”

60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələ ri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim e dilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 62. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

63. Məhk əmə kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətlərin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §22-38).

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

65. MPM-in 416, 417-419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 22(103)-636/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar