Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-200/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" ASC-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən hasarın sökülüb yeni hasar çəkilməsi, torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh-yə qarşı zəbt edilmiş torpaq sahəsindən hasarın sökülüb yeni hasar çəkilməsi tələbi, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehə məxsus torpa q sahəsinin ümumilikdə 90,89 kv.m hissəsindən çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı "xxxx" ASC tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli, 2-2(104)-03/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh-yə ünvanlandığı 16 mart 2017-ci il tarixli, 03 nömrəli və 04 aprel 2017-ci il tarixli, 07 nömrəli məktublara görə, tərəflər arasında çəkilmiş müştərək barı "xxxx" ASC-nin texniki pasportunda olan məsafədən 1 metrdən çox ilk iddia üzrə iddiaçının ərazisində çəkildiyi bildirilmiş, çəkilmiş barının sökülərək, yenidən pasportda göstərilən yerindən çəkilməsinin təmin edilməsi xahiş edilmişdir.
2. İnter-Pak” MMC-nin "x xxx" ASC-yə ünvanladığı 06 aprel 2017-ci il tarixli, 15/17 saylı məktuba görə, ilk iddia tələbi üzrə iddiaçının tələblərinin əsassız olduğu və bunun kosmik rəsm vasitəsilə sübuta yetirildiyi, iddialarını davam etdirəcəkləri təqdirdə ərazidə qalan və onlara məxsus 80 kv.m torpaq sahəsini tələb etmək hüququndan istifadə etmək məcburiyyətində qalacagları bildirilmişdir.
3. MH seriyalı, ******* saylı çıxarışa görə, ünvan 3 ünvanında istifadədə olan 0,9029 hektar torpaq sahəsində yerləşən 15 girişli, 21 otaqlı, 1311,7 kv.m ümumi, 1040,5 kv.m əsas, 280,2 kv.m köməkçi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə ilk iddia tələbi üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İlk iddia tələbi üzrə iddiaçı "xxxx" ASC (bundan sonra “ilk iddia tələbi üzrə iddiaçı”) ilk iddia tələbi üzrə Cavabdeh-yə qarşı (bundan sonra “ilk iddia tələbi üzrə cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə cavabdehin özbaşına tutaraq zəbt etdiyi torpaq sahəsindən hasarın sökülərək sənədlərə uyğun surətdə yeni hasarın çəkilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin Yeni Gəncə TXS Filialının texniki pasportunda göstəriləndən cavabdeh tərəfindən bir metrdən çox olmaqla iddiaçının ərazisinə girməklə çəkilmiş hasarın sökülməsi və sənədə uyğun qaydada yenidən çəkilməsi barədə müraciətləri könüllü olaraq icra olunmamış, cavabde h kosmik rəsm adlandırdığı sənədə əsaslanaraq zəbt etdiyi torpaq sahəsindən hasarı sökərək çıxmaqdan imtina etmişdir. Torpaq sahəsi üzərində hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Dövlət reyestrində qeydiyyatdan keçmiş belə sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir.
6. İlk iddia tələbi üzrə cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, "xxxx" ASC-nin Cavabdeh-yə məxsus torpaq sahəsinin ümumilikdə 90,89 kv.m hissəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzin in 05 yanvar 2018-ci il tarixli, 24057 saylı ekspert rəyi ilə ilk iddia üzrə iddiaçının Yeni Gəncə TX filialının yerləşdiyi torpaq sahəsi ilə ilk iddia üzrə cavabdehin yerləşdiyi torpaq sahələrinin sxemlərə əsasən qonşu torpaq sahələri olduğu, ilk iddia tələbi üzrə iddiaçının və ilk iddiaçı üzrə cavabdehin faktiki istifadələrində olan torpaq sahələri arasında sərhəd olaraq daş hasar inşa edildiyi müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı hər iki tərəfə məxsus sxemlərə əsasən faktiki istifadə vəziyyətində uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, torpaq sahələrinin sxemlərinə əsasən və faktiki vəziyyəti nəzərə alınaraq ilk iddia üzrə cavabdehə məxsus torpaq sahəsinin ümumilikdə 90,89 kv.m hissəsi ilk iddia tələbi üzrə iddiaçı tərəfindən, ilk iddia tələbi üzrə iddiaçıya məxsus torpaq sah əsinin isə ümumilikdə 15,49 kv.m hissəsi ilk iddia tələbi üzrə cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
8. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli, 2-2(83)-336/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə iddia tələbinin təmin edilməsi, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən özbaşına tutaraq zəbt etdiyi torpaq sahəsindən hasarın sökülüb sənədlərə uyğun yeni hasarın çəkilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə iddiaçının torpaq sahəsinin ümumilikdə 90,89 kv.m hissəsindən çıxarılması qət edilmişdir (hakim – K.Rzayev).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının Gəncə TXS filialının texniki pasportunda göstərilənlərdən ilk iddia üzrə cavabdeh tərəfindən 1metrdən çox olmaqla ərazilərinə girməklə hasa r çəkilmiş, ilk iddia üzrə cavabdehə məxsus torpaq sahəsinin ümumilikdə 90,89 kv.m hissəsi ilk iddia üzrə iddiaçı tərəfindən, ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahəsinin isə ümumilikdə 15,49 m hissəsi ilk iddia üzrə cavabdeh tərəfindən istifadə edilir.
10. Həmçinin, ilk iddia üzrə cavabdehə məxsus torpaq sahəsinin ümumilikdə 90,89 kv.m hissəsinin ilk iddia üzrə iddiaçı tərəfindən, ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahəsinin isə ümumilikdə 15,49 kv.m hissəsinin ilk iddia üzrə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 152, 425.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci (bundan sonra – “Torpaq Məcəlləsi”) maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İlk iddia üzrə cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 iyul tarixli, 2-2(104)-03/2020 saylı qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən), R.Mamedov və Ə.Abdullayev) ilk iddia üzrə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli, 2-2(83)-336/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddia tələbi təmin edilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 dekabr 2017-ci il tarixli və Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2018-ci il tarixli, 24057 saylı rəylərinə görə, ilk iddia tələbi üzrə iddiaçının yeni Gəncə TXS filialının yerləşdiyi torpaq sahələri ilə ilk iddia tələbi üzrə cavabdehin yerləşdiyi torpaq sahələri mülki işə əlavə edilmiş sənədlərə əsasən qonşu torpaq sahələridir. İlk iddia tələbi üzrə iddiaçının və ilk iddia tələbi üzrə cavabdehin faktiki istifadələrində olan torpaq sahələri arasında sərhəd olaraq daş hasar inşa edilmişdir. Araşdırma zamanı hər iki tərəfə məxsus sxemlərə əsasən faktiki istifadə vəziyyətində uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, ilk iddia tələbi üzrə cavabdehə məxsus torpaq sahəsinin ü mumilikdə 90,89 kv.m hissəsi ilk iddia tələbi üzrə iddiaçı tərəfindən, ona məxsus torpaq sahəsinin isə ümumilikdə 15,49 kv.m hissəsi ilk iddia tələbi üzrə cavabdeh tərəfindən istifadə olunur. 15. “Alternativ” Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli, 202 saylı rəyinə əsasən, ilk iddia tələbi üzrə iddiaçının və ilk iddia tələbi üzrə cavabdehin istifadələrində olan torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri müəyyən edilərək, ilk iddia tələbi üzrə cavabdehin qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasport üzrə nəzərdə tutulmuş sahədən 31,03 kv.m azdır. İlk iddia tələbi üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 4473,38 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Lakin, ilk iddia tələbi üzrə iddiaçının qeyriyaşayış binasına dair tərtib edilmiş texniki pasportun da binanın yerləşdiyi torpağın ümumi sahəsi barədə məlumat əks olunmadığından, torpağın faktiki sahəsinin ilkin sənədlər üzrə nəzərdə tutulmuş sahəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İlk iddia tələbi üzrə cavabdehin texniki pasportu üzrə nəzərdə tutulmuş sahədən çatışmayan, yəni az olan 31,03 kv.m hissə faktiki olaraq ilk iddia tələbi üzrə iddiaçı tərəfindən tutularaq istifadə olunur. İlk iddia tələbi üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərində müəyyən uyğunsuzluqlar, o cümlədən 7,1 metr artmağa və 1,5 metr azalmağa doğru fərq olduğundan, eləcə də ilkin texniki sənədlərdə ilk iddia tələbi üzrə iddiaçının istifadəsində olan torpağın ümumi sahəsi barədə məlumat olmadığından, torpaq sahəsinin hansı tərəfdən tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır.
16. Beləliklə, ilk iddia tələbi üzrə iddiaçı mübahisəli torpaq sahəsini ilk iddia tələbi üzrə cavabdeh tərəfindən özbaşına zəbt edilməsi və onun qanunsuz sahibliyində olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin ekspert rəyi ilə də ilk iddia tələbi üzrə iddiaçıya məxsus torpaq sahəsinin ilk iddia tələbi üzrə cavabdeh tərəfindən tutularaq istifadə olunması müəyyən edilməmişdir.
17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 152.7, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İlk iddia tələbi üzrə iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2018-ci il tarixli, 24057 saylı və Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin 22 dekabr 2017-ci il tarixli rəylərinə görə, iddiaçıya məxsus torpaq sahəsinin ümumilikdə 15,49 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur.
20. Qeyd olunan ekspertiza rəylərinə əsasən cavabdehin 31.03 kv.m sahəsi iddiaçı tərəfindən tutularaq istifadə olunur. “Alternativ” Ekspertiza Mərkəzinin verdiyi rəydə isə cavabdehin 90.89 kv.m sahəsinin iddiaçı tərəfindən tutulması göstərilmişdir.
21. Rəylər arasındakı bu ziddiyyətlər təkrar məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi üçün əsasdır. Lakin, buna baxmayaraq məhkəmə iş üzrə keçirilmiş eksp ertiza rəylərindən yalnız sonuncu dəfə keçirilmiş “Alternativ” Ekspertiza Mərkəzinin 01 iyun 2020ci il tarixli, 202 saylı rəyi əsasında qərar vermişdir. Hansı ki, həmin rəylə əvvəlki rəylər arasında əsaslı fərqlər vardır və həmin rəy özü-özlüyündə ziddiyyətlərdən ibarətdir ki, bu da rəyin əsassızlığına dəlalət edir.
22. Əvvəlki ekspertiza rəylərinə görə, iddiaçıya məxsus torpaq sahəsinin ümumilikdə 15,49 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur.
23. Lakin, “Alternativ” Ekspertiza Mərkəzi bir tərəfdən rəyin əsaslandırıcı hissəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1,5 metr azalmağa doğru fərq olduğunu qeyd etmiş, digər tərəfdən iş materiallarında iddiaçının tikintisinin ölçüləri qeyd edilmiş plan-sxem olmasına baxmayaraq, iddiaçının binasının yerləşdiyi torpağı n ümumi sahəsi barədə məlumatın əks olunmadığını və torpağın faktiki sahəsinin ilkin sənədlər üzrə nəzərdə tutulmuş sahəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığını bildirmişdir.
24. Ekspert rəyi şübhə yaratdıqda məhkəmə təkrar ekspertiza təyin etmək hüququna malik olduğuna görə zəruri hallarda təkrar ekspertizanın keçirilməsini təmin etməlidir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 103.1, 103.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
27. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbə b olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
28. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
29. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şik ayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırıl ması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya ba şqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandı rılmalıdır. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.
34. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7. İstifadə hüququna şəxsi n öz əşyasından istifadə etməməsi imkanı da daxildir...”.
35. Torpaq Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli, 2-2(104)-03/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.
37. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2018-ci il tarixli, 24057 saylı və Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin 22 dekabr 2017-ci il tarixli rəyləri ilə “Alternativ” Ekspertiza Mərkəzinin verdiyi rəy arasında ziddiyyətlər olmasına baxmayaraq məhkəmə iş üzrə yalnız sonuncu dəfə keçirilmiş “Alternativ” Ekspertiza Mərkəzi nin 01 iyun 2020-ci il tarixli, 202 saylı rəyi əsasında qərar vermişdir. Həmin rəy isə özü-özlüyündə ziddiyyətlərdən ibarətdir, əvvəlki ekspertiza rəylərinə görə, iddiaçıya məxsus torpaq sahəsinin ümumilikdə 15,49 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. “Alternativ” Ekspertiza Mərkəzi bir tərəfdən rəyin əsaslandırıcı hissəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1,5 metr azalmağa doğru fərq olduğunu qeyd etmiş, digər tərəfdən iş materiallarında iddiaçının tikintisinin ölçüləri qeyd edilmiş plan-sxem olmasına baxmayaraq, iddiaçının binasının yerləşdiyi torpağın ümumi sahəsi barədə məlumatın əks olunmadığını və torpağın faktiki sahəsinin ilkin sənədlər üzrə nəzərdə tutulmuş sahəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığını bildirmişdir.
38. İşə kass asiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
39. İş materiallarındakı “Alternativ” Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli, 202 saylı rəyində qeyd edilmişdir ki, ilk iddia tələbi üzrə iddiaçının və ilk iddia tələbi üzrə cavabdehin istifadələrində olan torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri müəyyən edilərək, ilk iddia tələbi üzrə cavabdehin qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasport üzrə nəzərdə tutulmuş sahədən 31,03 kv.m azdır. İlk iddia tələbi üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 4473,38 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Lakin, ilk iddia tələbi üzrə iddiaçının qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportunda binanın yerlə şdiyi torpağın ümumi sahəsi barədə məlumat əks olunmadığından, torpağın faktiki sahəsinin ilkin sənədlər üzrə nəzərdə tutulmuş sahəyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İlk iddia tələbi üzrə cavabdehin texniki pasportu üzrə nəzərdə tutulmuş sahədən çatışmayan, yəni az olan 31,03 kv.m hissə faktiki olaraq ilk iddia tələbi üzrə iddiaçı tərəfindən tutularaq istifadə olunur. İlk iddia tələbi üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərində müəyyən uyğunsuzluqlar, o cümlədən 7,1 metr artmağa və 1,5 metr azalmağa doğru fərq olduğundan, eləcə də ilkin texniki sənədlərdə ilk iddia tələbi üzrə iddiaçının istifadəsində olan torpağın ümumi sahəsi barədə məlumat olmadığından, torpaq sahəsinin hansı tərəfdən tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdı r.
40. Beləliklə, qeyd edilən ekspert rəyinin əsassızlığı və natamamlığı bilavasitə rəyin özündə qeyd edilmiş, torpağın faktiki sahəsinin ilkin sənədlər üzrə nəzərdə tutulmuş sahəyə uyğun olub-olmaması, torpaq sahəsinin hansı tərəfdən tutulub-tutulmaması müəyyən edilməmiş, faktiki olaraqsa xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılaraq, bu barədə dəqiq və həqiqiliyi şübhə doğurmayan rəy verilmək əvəzinə məhkəməyə onun qarşısında qoyulmuş suallara aydın və qəti cavab verməyən bir sənəd daxil olmuşdur ki, onun əsasında da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
41. Məhkəmə bu zaman sübutların qiymətləndirilməsində səhvə yol verməkdən əlavə, ekspertiza rəyinin qiymətləndirilməsini nəzərdə tutan Mülki Prosessual Məcəllənin 102 və 103-cü maddələrinin tələblərini də pozm uşdur.
42. Əslində isə ekspert və mütəxəssis araşdırması təkcə işdəki sənədlər əsasıında deyil, hər iki tərəfə müvafiq torpaq sahələrinin ayrılması barədə ilkin sənədlər əsasında (sərəncam, torpağın ayrıması barədə ayrıc aktı, yerləşmə sxemləri, plan - ölçü) aparılmalı idi. İş materiallarında isə işə baxılarkən buna dair müvafiq sənədlər mövcud olmamış, işdəki sənədlər isə tərəflərdən hansının digərinin torpaq sahəsini zəbt etdiyi barədə dəqiq nəticəyə gəlməyə əsas vermir.
43. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair çıxarışda isə onun yalnız istifadəsində 0.9029 ha torpaq sahəsinin olduğu göstərilmiş, həmin torpaq sahəsinin vaxtilə ona kim tərəfindən ayrılması barədə qərar və yaxud sərəncam, onun ayrıc akti, torpağın dəqiq koordinatlarını əks etdirən plan-ölçü sənədi isə iş materiallarında mövcud deyildir. “Alternativ” Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli, 202 saylı rəyi is, rəyin tədqiqat hissəsindən də göründüyü kimi iş materiallarındakı tərəflərə məxsus texniki pasportların göstəricilərinə əsasən aparılmışdır ki, məhz həmin sənədlərə əsasən ekspertiza aparılması mümkün olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası aparılmasından imtina edilmişdir.
44. Apelyasiya Məhkəməsi həmçinin ekspert rəyinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin rəydə "xxxx" ASC-nin Cavabdeh-yə məxsus 31,03 kv.m hissənin faktiki olaraq ilk iddia tələbi üzrə iddiaçı tərəfindən tutularaq istifadə olunduğu müəyyən edilsə də ilkin iddiaçının 90 kv.m sahədən çıxarılması na müvafiq hüquqi qiymət verilməmişdir. 45. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 46. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
47. İşə yenidən baxılarkən qeyd edilən bütün nöqsanlar aradan qaldırılmalı, tərəflərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq sahələrinin ayrılması barədə sənədlər, ayrıc aktları, torpaqların plan-ölçü sənədləri əldə edilərək müvafiq hüquqi qiymətləndirmə aparılmalı, işdəki ekspert rəyləri arasında ziddiyyətlər olduğundan, bunun aradan qaldırılması üçün təkrar ekspertiza təyin edilməli və nəticəsindən asılı olaraq da hazırkı mübahisənin qanuni həlli təmin edilməlidir.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli, 2-2(104)03/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.
49. Göstərilənlərə əs asən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
50. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli, 2-2(104)-03/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.