Məhkəmə qərarları › İş №2-2(102)-200/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-200/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-200/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni icarə müqavilələrinin bağlanması öhdəliyinin qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı yen i icarə müqavilələrinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 22(103)-1039/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2011-ci il 7 oktyabr tarixli, 1447 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə (bundan sonra-“1447 nömrəli icarə müqaviləsi”) əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi(bundan sonra-“ƏMDK”) ünvan 1 ünvanında qeyri – yaşayış binasının yerləşdiyi 1869,7 kv.m torpaq sahəsi "xxxx" MMC-nin (b undan sonra-“MMC”) icarəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı məbləği 4.412,49 manat, aylıq icarə haqqı məbləği isə 367,71 manat, müqavilənin müddəti isə 2011-ci il 7 oktyabr tarixindən 2105-ci il 7 oktyabr tarixinədək müəyyən edilmişdir. 2. 2011-ci il 6 dekabr tarixli, 1579 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə (bundan sonra-“1579 nömrəli icarə müqaviləsi”) əsasən ƏMDK ünvan 2 ünvanında qeyri – yaşayış binasının yerləşdiyi 2600 kv.m torpaq sahəsi MMC-nin icarəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı məbləği 3.952 manat, aylıq icarə haqqı məbləği isə 329,33 manat, müqavilənin müddəti isə 2011-ci il 6 dekabr tarixdən 2105-ci il 6 dekabr tarixinədək müəyyən edilmişdir. 3. "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 2021-ci il 23 sentyabr tarixli, UNİ/S 170 -768/21 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsinin bazar dəyəri 5.609.100 manat təşkil edir. 4. "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 2021-ci il 23 sentyabr tarixli, UNİ/S 169 -767/21 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsinin bazar dəyəri 5.200.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra-“iddiaçı” və y a “ƏMDX”) cavabdeh "xxxx" QSCnə (bundan sonra-“cavabdeh” və ya “QSC”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək - ünvan 4 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsinin aylıq icarə haqqı məbləğinin 14.022,75 manat və ünvan 3 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsinin aylıq icarə haqqı məbləğinin 13.000 manat olmaqla iddiaçı ilə yeni icarə müqavilələrinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK (hazırda ƏMDX) ilə MMC (hazırda QSC) cavabdeh arasında bağlanılmış 1447 nömrəli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1869,7 kv.m torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 4.412,49 manat, aylıq icarə haqqı məbləği isə 367,71 manat müəyyən edilmişdir. Həmçinin ƏMDK ilə MMC arasında bağlanılmış 1579 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 2600 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 3.952 manat, aylıq icarə haqqı məbləği isə 329,33 manat müəyyən edilmişdir. İcarə müqavilələri bağlanılarkən icarə haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və ob yektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin(bundan sonra-“NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə”) 8-ci bəndinin həmin zaman qüvvədə olmuş redaksiyasına uyğun müəyyən edilmişdir. Belə ki, icarə müqavilələri bağlanılan zaman Əsasnamənin 8-ci bəndinin qüvvədə olmuş redaksiyasına əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında isə icarə haqqı torpağın normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilmişdir. Əsasnamənin 8-ci bəndinin 3-cü abzasına əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hü quqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı həmin Əsasnaməyə uyğun müəyyən edilir. NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə dəyişiklik edilməsi barədə 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci hissənin ikinci cümləsində “normativ qiymətinin 10 faizi” sözləri “bazar dəyərinin 3 faizi” sözləri ilə, üçüncü cümləsində “normativ qiymətlərin 5 faizi” sözləri “bazar dəyərinin 2 faizi” sözləri ilə əvəz edilmişdir. Beləliklə, icarə müqavilələri bağlanılan zaman qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş) torpaq sahələri icarəyə verilərkən icarə haqqının məbləği torpağın normativ qiyməti əsasında müəyyən edilirdisə, hazırda icarə haqqı məbləği torpağın bazar dəyəri əsasında müəyyən edilir. Torpaqların normativ qiyməti onların real dəyərini əks etdirmir və torpaqların bazar dəyərindən dəfələrlə aşağıdır. İcarə haqları məbləğlərinin belə aşağı olması, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmini əhəmiyyətli dərəcədə azaldır ki, bu da öz növ bəsində dövlətin iqtisadi maraqlarına ziyanla nəticələnir. "xxxx" MMC tərəfindən verilmiş rəyə (bax yuxarı § 3) əsasən F.X.Xoyski prospekti ünvanında yerləşən, dövlət mülkiyyətində olan torpaq sahəsinin bazar dəyəri 5.609.100 manat, aylıq icarə haqqı məbləği 14.022,75 manat təşkil edir. Eyni zamanda, "xxxx" MMC tərəfindən verilmiş digər rəyə (bax yuxarı § 4) əsasən Məmmədcəfər Cəfərov küçəsi 17 ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri 5.200.000 manat, aylıq icarə haqqı məbləği 13.000 manat təşkil edir. Bunu nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehə qeyd edilən torpaq sahələrinə dair yeni icarə müqavilələrinin bağlanılması üçün 2021-ci il 18 may tarixli, **********05 nömrəli və 2021-ci il 21 may tarixli, **********57 nömrəli məktublarla müraciət edilsə, də cavabdeh bundan imtina e tmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra-“MM”) əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində məhkəmənin qərarı ilə tərəflərdən birinin razılığı olmadan müqavilə dəyişdirilə bilər. Cavabdeh ilə 2011-ci ildə icarə müqavilələri bağlanarkən torpaq sahələrinin icarə haqları normativ qiymətə əsasən müəyyən edilməklə aylıq 329,33 manat və 367,71 manat olmuşdur. Hazırda isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (torpağın dəyərinin normativ qiymətlə deyil, bazar dəyərinə əsasən hesablanması) nəticəsində qeyd edilən torpaq sahələrinin aylıq icarə haqqı məbləğləri müvafiq olaraq 13.000 manat və 14.022,75 manat təşkil edir ki, bu da icarə haqqı məbləğinə aid hissədə icarə müqavilələrinin şərtlərinin dəyişdirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır.

7. Tələbin maddi hüquqi əsası kimi MM-in 398.2, 421, 422.1, 422.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 4.6-cı maddələrinə, NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin, həmçinin həmin Əsasnaməyə dəyişiklik edilməsi barədə 377 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamələrin 8-ci bəndinə istinad edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 avqust tarixli, e-2-2(113)2977/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir( hakim-F.Qasımov).

9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tələb cavabdehin üzərinə yeni icarə müqaviləsinin bağlanması vəzifəsinin qoyulması ilə bağlı olduğundan hazırkı tələb ilkin olaraq MM-in 390.3-cü maddəsinin tələbi baxımından aydınlaşdırılmalıdır. Həmin norm anın məzmununa əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir, yəni, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsi o halda qoyula bilər ki, bu vəzifə könüllü götürülmüş öhdəlikdə və MM-də nəzərdə tutulsun. Tərəflər arasında bağlanmış 1447 nömrəli və 1579 nömrəli müqavilələri nəzərdən keçirərkən görünür ki, həmin müqavilələrdə cavabdeh tərəfindən belə bir öhdəlik götürülməmişdir. Hüquqi əsas kimi istinad olunan MM-in 422-ci maddəsi isə şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi ilə bağlı müqavilənin dəyişdirilməsinin əsaslarını müəyyən edir.

10. MM-in 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə mü qavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

11. NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 8-ci bəndinə əsasən torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-“Torpaq icarəsi haqqında” Qanun”) uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müq avilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir.

12. Cavabdehin bu xüsusata etirazının əsasını o təşkil edir ki, əsasnaməni n dəyişiklik edilən və iddiaçının istinad etdiyi 8-ci bəndinin 1-ci abzasının 2-ci cümləsi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri”nə aiddir. İcarəyə verilən torpaq sahələri “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri” kateqoriyasına deyil, ümumi olaraq “dövlət mülkiyyətində olan torpaqlar” kateqoriyasına aiddir.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra-“TM”) 99-cu maddəsinin 4-cü bəndinə və “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və k eyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı (NK) tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.

14. Tərəflər arasında bağlanmış 1447 nömrəli və 1579 nömrəli icarə müqavilələrin 3.3-cü bəndində qeyd olunmuşdur ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişildikdə icarə haqqının məbləği yeni tariflər tətbiq edilməklə hesablanır. 15. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” NK-nın 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarında qeyd olunmuşdur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Normanın məzmunudan göründüyü kimi müqavilələr bağlandıqdan icarə haqqının minimum həddi nin dəyişdirilməsi ilə bağlı hər hansı dəyişiklik edilməmiş, yəni, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı baş verməmişdir.

16. Cavabdehin iddiaya etirazının əsasını təşkil edən digər hal MM-in 390.2-ci maddəsi (əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.) ilə əsaslandırılmışdır. Həmin normaya əsasən bu qaydadan yeganə istisna yeni qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması barədə qeydin nəzərdə tutulması, yən i yeni qanunun mətnində onun geriyə qüvvəsinin olması barədə müddəanın mövcud olmasıdır. Əsasnaməyə müvafiq dəyişiklikləri nəzərdə tutan 377 nömrəli qərarın mətnində həmin qərarın geriyə qüvvəsinin olması (yəni həmin dəyişikliyin qüvvəyə minməsindən əvvəl bağlanılmış icarə müqavilələrinə şamil edilməsi) barədə heç bir müddəa nəzərdə tutulmamışdır.

17. Əsasnaməyə dəyişiklikləri nəzərdə tutan 377 nömrəli qərarın mətnində həmin qərarın geriyə qüvvəsinin olması barədə heç bir müddəa nəzərdə tutulmadığından məhkəmə cavabdehin bu arqumentini əsaslı hesab edir.

18. Beləliklə, məhkəmə qeyd olunan xüsusatları ümumiləşdirərək belə nəticəyə gəlir ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar, həmçinin MM-in 422- ci maddəsində nəzərdə tutulan “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı mövcud olmadığından iddia rədd edilməlidir.

19. Məhkəmə öz qətnaməsini MM-in 390.2, 398.2, 421, 422-ci, TM-in 99.4, “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə, NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməsinin 8-ci bəndinə, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” NK-nın 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-1039/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, cavabdeh ilə 2011-ci ildə bağlanmış 1447 nömrəli və 1579 nömrəli icarə müqavilələri həmin dövrdə qüvvədə olan qaydaların - NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 8-ci bəndinin tələbinə uyğun bağlanmışdır. Əsasnamənin 8-ci bəndinin həmin dövrdə qüvvədə olmuş redaksiyasında qeyd edilirdi ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahəsinin illik icarə haqqı Bakı şəhəri üzrə 1-3 zo nalar üçün həmin torpağın normativ qiymətinin 10 faizi, 4-12-ci zonalar üçün isə 5 faizi həcmində müəyyən edilir.

23. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçının hazırkı iddianı qaldırmaqla əldə etmək istədiyi hüquqi nəticə cavabdehlə bağlanmış icarə müqavilələri ilə müəyyən edilmiş qiymətin artırılmasıdır. Belə olduğu təqdirdə müəyyən olunur ki, iddiaçı iddia qaldırarkən tələbini düzgün ifadə etməmiş, tərəflər arasında qüvvədə olan icarə müqavilələrinin qiymətinin dəyişdirilməsini tələb etmək əvəzinə yeni icarə müqavilələrinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Halbuki bu tələblərin qanuni əsasları tam fərqlidir. Qarşı tərəfin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının hüquqi əsası MM-nin 390.3-cü maddəsində, müq avilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinin əsasları isə Mülki Məcəllənin 398.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada qeyd edilir ki, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

24. Qeyd edildiyi kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə müdaxilənin qanuni əsasları Mülki Məcəllənin 390 və 398-ci maddələri ilə tənzimlənir. MM-nin 390.3-cü maddəsinin tələbinə əsasən yalnız qanunda nəzərdə tutulmuş iki halda qarşı tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilər: -bu vəzifə MM-də nəzərdə tutulduğu halda və bu vəzifə könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu halda.

25. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı halda bu əsaslardan heç biri olmadığından qarşı tərəfin üzərinə iddiaçı ilə yeni qiymətlə müqavilə bağlamaq öhdəliyi qoyula bilməz.

26. Məhkəmə tərəfindən müəyyən edlmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.3-cü bəndində icarə haqqının məbləğinin gələcəkdə dəyişdirilməsi əsası nəzərdə tutulmuş və qeyd edilmişdir ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişildikdə icarə haqqının məbləği yeni tariflər tətbiq edilməklə hesablanır. Hazırkı halda tərəflər arasında icarə müqavilələri bağlandıqdan sonra dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişməmişdir.

27. Tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətin onların razılığından asılı olmayaraq sonradan dəyişdirilməsinin qanuni əsası isə MM-nin 390.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada qeyd edilmişdir ki, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

28. Apellyasiya şikayətinin və iddia ərizəsinin əsas dəlili bundan ibarətdir ki, Əsasnamənin 8-ci bəndinə 2016-cı il 5 oktyabr tarixli qanunla edilmiş dəyişikliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinə görə illik icarə haqqının məbləğinin hesablanmasının yeni qaydası müəyyən edildiyindən cavabdehin üzərinə yeni qaydalarla hesablanmış qiymətlə yeni mü qavilələr bağlamaq öhdəliyi qoyulmalıdır.

29. MM-nin 390.2-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edildiyi təqdirdə həmin qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması qeyd edilməmişsə bu qanun bağlanmış müqavilələrin şərtlərinin dəyişdirilməsi üçün əsas ola bilməz. Hazırkı halda iddiaçının istinad etdiyi Əsasnamənin 8-ci bəndinə dəyişiklik edilməsi barədə 2016cı il 5 oktyabr tarixli qanunda bu dəyişikliyin qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması nəzərdə tutulmadığından, eyni zamanda bu dəyişikliklə müəyyən edilmiş dövlət torpaqlarının icarə haqqının hesabla nmasının yeni qaydası cavabdehin hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyası 149-cu maddəsinin Vİİ hissəsinə müvafiq olaraq geriyə şamil edilə və tərəflər arasında yeni qiymətlə müqavilə bağlaması üçün əsas ola bilməz.

30. Məhkəmə öz qətnaməsini birinci instasniya məhkəməsinin istinad etditi qanunvericilik normalarına, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, MM-in 390.1, 390.3-cü maddələrinə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinə dəyişiklik edilməsi barədə 2016-cı il 5 oktyabr tarixli qanuna istinad etməklə əsaslandırmışdır.

31. Qətnamə 2022-ci il 23 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş və elektron poçt ünvanlarına yönləndirilmişdir.

32. İddiaçı 2023-cü il 22 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsi üzrə: Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində iddianın rədd edilməsi üçün əsaslardan biri kimi MM-in 390.3-cü maddəsinə istinad edərək, qanunvericiliklə müqavilə bağlamağa məcbur etməyə yol verilmədiyini qeyd etmişdir. Bununla bağlı bildiririk ki, məhkəmə işin hallarına və MM-in qeyd edilən normasının məzmununa lazımi diqqət yetirməmiş, nəticədə işin bu halı barəsində səhv qənaətə gəlmişdir. Belə ki, işin hallarından məlumdur ki, iddiaçı ilə cavabdeh arasında 1447 nömrəli və 1579 nömrəli icarə müqaviləsi bağlanılmış və qeyd edilən icarə müqavilələri hazırda qüvvədədir. Beləliklə, tərəflər arasında qeyd edilən torpaq sahələrinə dair icarə müqavilələri bağlanılmaqla artıq icarə münasibətləri mövcuddur. Qeyd edilən icarə müqavilələri tərəflərin iradəsinə uyğun bağlanılmışdır və hər iki tərəf hazırda müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdədir. Hazırkı mübahisə üzrə tərəflər arasındakı ixtilaf icarə müqaviləsinin bağlanıl ması ilə əlaqədar deyil, bağlanılacaq müqavilə üzrə müəyyən edilmiş icarə haqqının məbləği barədədir. Beləliklə, iddiaçının hazırkı tələbinin məhkəmə tərəfindən müqavilə bağlamağa məcburetmə kimi qəbul edilməsi yanlışdır. Çünki müqavilə onsuz da tərəflər arasında bağlanılıb və hazırda qüvvədədir. Xidmətin tələbi o halda müqavilə bağlamağa məcburetmə kimi qiymətləndirilə bilərdi ki, tərəflər arasında bu vaxta qədər yuxarıda qeyd edilən torpaq sahələrinə dair hər hansı icarə müqaviləsi bağlanılmamış olsun və cavabdeh həmin torpaq sahələrindən icarə müqaviləsi əsasında istifadə olunmasından imtina etmiş olsun. Xidmətin hazırkı tələbi cavabdehin üzərinə sadəcə icarə müqaviləsinin bağlanılması deyil, torpaq sahələrinin bazar dəyərinə uyğun müəyyən edilmiş məbləğlərdə icarə haqqı nəzərə alınma qla yeni icarə müqavilələrinin bağlanılması barədədir. Burda Xidmətin tələbinin əsasını icarə müqaviləsinin bağlanılması deyil, icarə haqqının məbləği təşkil edir. Çünki icarə müqavilələri artıq bağlanılıb və Xidmətin cavabdehi müqavilə bağlamağa məcbur etməsinə ehtiyac yoxdur. Cavabdehin etirazı da icarə müqaviləsinin bağlanılmasına deyil, icarə haqqının məbləğinə dairdir. Göründüyü kimi, Apellyasiya məhkəməsi mülki hüquq normasını düzgün təfsir etməmiş, hüququn tətbiqində səhvə yol verməklə yanlış olaraq iddiaçının tələbini müqavilə bağlamağa məcburetmə kimi qiymətləndirmişdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsi üzrə: Məhkəmə eyni zamanda MM-in 390.2-ci maddəsinə əsaslanaraq, qeyd etmişdir ki, NK-nın 377 nömrəli Qərarında həmin qərarın geriyə qüvvəsinin olmas ı barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bununla əlaqədar bildiririk ki, məhkəmə işin bu halı üzrə də qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd edilən mülki hüquq norması müqavilə bağlanandan sonra qanunvericilikdə edilmiş dəyişikliyin həmin müqaviləyə şamil olunub-olunmamasını tənzimləyir. İddiaçı iddia ərizəsi ilə tərəflər arasında bağlanılmış və hazırda qüvvədə olan icarə müqavilələrinin dəyişdirilməsini deyil, yeni icarə müqavilələrinin bağlanılmasını tələb edir. Beləliklə, məhkəmənin MM-in 390.2-ci maddəsinə əsaslanmaqla NK-nın 377 nömrəli Qərarının özündən əvvəl bağlanılmış müqavilələrə şamil edilməməsini hazırkı iddianın rədd edilməsi üçün səbəblərdən biri kimi qeyd etməsi əsassız olmuşdur. Çünki qeyd edildiyi kimi, iddiaçı NK-nın 2016-cı il 5 oktyabr tari xli, 377 nömrəli Qərarı ilə qanunvericilikdə edilmiş dəyişiklik əsas götürülməklə həmin Qərarın müddəaları qüvvədə olan müqavilələrə şamil edilərək müqavilələrin dəyişdirilməsi deyil, yeni müqavilələrin bağlanılması tələb edilmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, əsaslandırılmamış qərarla 1-ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.2-ci maddəsi üzrə: Məhkəmə həmçinin MM-in 398.2-cü maddəsinə istinad edərək, qeyd etmişdir ki, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Bununla əlaqədar bildiririk ki, Xidmətin iddia ərizəsində MM-i n 422-ci maddəsinə istinad olunaraq, yeni icarə haqqı məbləğləri ilə yeni müqavilələrin bağlanılması üçün hüquqi əsas kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qeyd edilmişdir. MM-in 398.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallarda müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilir. Beləliklə, MMin qeyd edilən normalarına əsasən müqavilə bağlanıldıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi qiymətin dəyişdirilməsi üçün əsasdır.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi üzrə: Məhkəmə qətnaməsində iddianın rədd edilməsi üçün digər bir əsas kimi qeyd etmişdir ki, icarə müqavilələri bağlanıldıqdan sonra icarə haqqının minimum həddi dəyişməmiş, bununla da şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı baş verməmişdir. Bununla əl aqədar bildiririk ki, məhkəmə işin bu halı barədə də yanlış qənaətə gəlmişdir. Belə ki, məlum olduğu kimi, 2016-cı il 5 oktyabr tarixində NK-nın 377 nömrəli Qərarı ilə Əsasnamə”yə dəyişiklik edilənə qədər torpaq sahələrinin icarə haqqı məbləğləri yalnız torpaq sahələrinin normativ qiyməti əsas götürülməklə müəyyən edilirdisə, həmin dəyişiklikdən sonra torpaq sahələrinin bazar dəyərinə əsasən icarə haqqının məbləğinin müəyyən edilməsi imkanı yaranmışdır. Beləliklə, qanunvericilikdə sonradan edilmiş bu dəyişiklik icarə haqqı ödənişlərinin daha yüksək məbləğlərdə müəyyən edilməsinə imkan yaratmışdır ki, bu da şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilməlidir. Çünki, iddiaçının müqavilələr 2011-ci ildə bağlanılan zaman icarə haqqı məbləğlərini torpaq sahələrinin bazar dəyərinə uyğ un müəyyən etmək səlahiyyəti olsaydı, o zaman icarə haqqıməbləğlərini normativ qiymətə uyğun müəyyən etməzdi. MM-in 422-ci maddəsinə əsasən şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin yalnız torpaq sahələrinin aşağı həddinin dəyişdirilməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etməsi əsassızdır. İddiaçı ilə cavabdeh arasında icarə müqavilələri bağlanandan sonra icarə haqlarının məbləğlərinin aşağı həddi dəyişməsə də, icarə haqqının məbləğinin müəyyən edilməsinin qaydası dəyişmişdir ki, bu da icarə haqlarının məbləğlərinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuşdur. Beləliklə, NK-nın 3 77 nömrəli Qərarı ilə qanunvericilikdə edilmiş dəyişiklik şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Məhkəmə isə yanlış olaraq, icarə haqqının aşağı həddi dəyişmədiyindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş vermədiyini qeyd etmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsi üzrə: Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini ətraflı və obyektiv araşdırmamış, nəticədə özü də eyni pozuntulara yol verərək əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazını aşağıdakı kimi əsaslandırmışdır.

39. İddiaçı bir tərəfdən öz tələbinin yeni icarə müqavi ləsinin bağlanılması olduğunu, digər tərəfdən isə iddia tələbinin icarə haqqının məbləğinin qaldırılması barədə olduğunu qeyd edir. Həm iddia ərizəsindən, həm də apellyasiya və kassasiya şikayətlərindən açıqaydın görünür ki, İddiaçının yeni icarə müqaviləsinin məzmununa dair yeganə istəyi icarə haqqının məbləği barədədir. Sadəcə olaraq öz əsl tələbini əsaslandırmaq və Cavabdehin iradə ifadəsini özünün maraqlarına uyğun olaraq məcburi qaydada dəyişdirmək üçün İddiaçı bir-birinə zidd və adi hüquqi məntiqə sığmayan mülahizələr irəli sürür.

40. Apellyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “iddiaçı iddia qaldırarkən tələbini düzgün ifadə etməmiş, tərəflər arasında qüvvədə olan icarə müqavilələrinin qiymətinin dəyişdirilməsini tələb etmək əvəzinə yeni icarə müqavilələrinin bağlanması öhdəli yinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.” Lakin hətta İddiaçının tələbi yeni qanunun qəbul edilməsi ilə bağlı müqavilənin qiymətinin dəyişilməsi olduğu halda, bu cür tələb iddiaçının istinad etdiyi MM-in 398.2., 421 və 422-ci maddələri ilə deyil, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və MM-in 390.2-ci maddəsi ilə tənzimlənir və bu cür dəyişikliyin edilməsinə əsas vermir. Beləliklə, İddiaçının tələbi əsassız olduğu üçün, bu tələblə bağlı kassasiya şikayətində irəli sürdüyü Mülki Məcəllənin 390.2, 390.3, 422 və 398.2-ci maddələrinin düzgün tətbiq edilməməsinə dair arqumentləri də əsassızdır.

41. İddiaçı öz iddia tələbinin əsasını icarə müqavilələrinin bağlanılmasının deyil, icarə haqqının məbləğinin təşkil etdiyini qeyd etməklə mülki qanunvericiliyi n müqavilə azadlığı prinsipinin qorunmasını təmin edən müddəalarının tətbiqinin qarşısını almaq üçün hətta öz iddia tələbinin əksinə arqument irəli sürməyə cəhd edir. Belə ki, İddiaçının iddia tələbini “icarə müqavilələri üzrə icarə haqqının məbləğinə dəyişiklik edilməsi” deyil, “yeni icarə müqavilələrinin bağlanılması” təşkil edir. Lakin İddiaçının da qeyd etdiyi kimi, tərəflər arasında onların iradəsinə uyğun olaraq bağlanmış və hazırda qüvvədə olan İcarə Müqavilələri əsasında icarə münasibətləri mövcuddur. Belə olan halda yeni icarə müqavilələrinin bağlanması ilk növbədə qüvvədə olan İcarə Müqavilələrinin ləğv edilməsini şərtləndirir. Qüvvədə olan müqavilələrin ləğv edilməsi üçün isə qanunvericiliklə və ya müqavilə ilə nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır.

42. İş materiallarından d a məlum olduğu kimi, nə müqavilələrin ləğv edilməsi üçün bu cür qanuni və ya müqavilə əsasları mövcuddur, nə də bu cür əsasların mövcud olduğuna İddiaçı tərəfindən hər hansı istinad edilmir. MM-in 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Başqa sözlə, Cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsi o halda qoyula bilər ki, bu vəzifə könüllü götürülmüş öhdəlikdə və Mülki Məcəllədə nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələrdə Cavabdeh tərəfindən belə bir öhdəlik götürülməmişdir. Bununla yanaşı, İddiaçının iddia ərizəsində istinad etdiyi MM-in 398.2. 421 və 422-ci maddələri də qüvvədə olan müqavilələrin ləğv olunması ilə şəxsin üz ərinə yeni müqavilənin bağlanılması öhdəliyinin qoyulmasını nəzərdə tutmur.

43. MM-in 390.2-ci maddəsi birmənalı olaraq tələb edir ki, müqavilə bağlandıqdan sonra onu tənzimləyən qanuna dəyişiklik edildiyi təqdirdə bağlanmış müqavilə olduğu kimi qüvvədə qalır. Yəni İddiaçının da qeyd etdiyi kimi, bu maddə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvədə olan müqaviləyə şamil edilib-edilməməsini tənzimləyir. Həmin maddənin qüvvədə olan İcarə Müqavilələrinə tətbiqi isə İcarə Müqavilələrinin olduğu kimi qüvvədə qalmasını tələb edir. İddiaçı isə qanunvericiliyə dəyişiklik edilməsi faktına istinad edərək bunun İcarə Müqavilələrinin ləğv edilməsi və yeni icarə müqavilələrinin bağlanması üçün əsas olduğunu qeyd edir.

44. İddiaçının tələblərinin yeganə əsası ondan ibarətdir ki, iddiaçı sadəcə olaraq i carə haqqını daha yüksək məbləğdə müəyyən etmək “imkanından” yararlanmaq istəyir. Nə mülki hüquq münasibətlərinin sabitliyi, müqavilə azadlığı prinsipləri, nə də mülki hüquq münasibətləri tərəflərinin vicdanlı davranışı prinsipləri İddiaçını maraqlandırmır. Qanunvericiliyə edilmiş dəyişikliyin tərəflərin müqavilə münasibətlərinə təsiri MM-in 422-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və MM-in 390.2-ci maddəsi ilə tənzimlənməlidir. Başqa sözlə desək, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və MM-in 390.2-ci maddəsinə əsasən qanunun edilmiş sonrakı dəyişiklik Cavabdehin hüquqi vəziyyətini ağırlaşdırdığından bu cür dəyişiklik geriyə şamil edilə və tərəflər arasında yeni qiymətlə müqavilə bağlaması üçün əsas ola bilmədiyi üçün, bu hal özü-özlüyündə MM-in 422-ci maddəsi ilə nəzərdə tutulan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilə bilməz. Əks təqdirdə, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və MM-in 390.2-ci maddəsinin əhəmiyyəti itmiş olardı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə 149.Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir....”

49. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə

398. Qiymət “... 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzər də tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Maddə

422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəl mirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.... 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

50. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsini n müvafiq müddəalarında “Maddə 99.İcarə haqqı...

4. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır....” 51. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14.İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpa q vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara tə klif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyek tlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən: (qüvvədən düşüb)...

8. Torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdar ında müəyyən edilir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir....”

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli qərarına əsasən: “... 2. 8-ci hissənin ikinc i cümləsində “normativ qiymətinin 10 faizi” sözləri “bazar dəyərinin 3 faizi” sözləri ilə, üçüncü cümləsində “normativ qiymətlərin 5 faizi” sözləri “torpağın bazar dəyərinin 2 faizi” sözləri ilə əvəz edilsin.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına əsasən:

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında (icarə haqları paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və bu Qərarın 1-1-ci hissəsi istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstər ən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır) müəyyən edilsin. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-1039/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

56. Məhkəmələr in iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi cavabdehin üzərinə yeni icarə müqaviləsinin bağlanması vəzifəsinin qoyulması ilə bağlı olduğundan hazırkı tələb ilkin olaraq MM-in 390.3-cü maddəsinin tələbi baxımından aydınlaşdırılmalıdır. Həmin normanın məzmununa əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir, yəni, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsi o halda qoyula bilər ki, bu vəzifə könüllü götürülmüş öhdəlikdə və MM-də nəzərdə tutulsun. Tərəflər arasında bağlanmış 1447 nömrəli və 1579 nömrəli müqavilələrdə cavabdeh tərəfindən belə bir öhdəlik götürülməmişdir. Hüquqi əsas kimi istinad olunan MM-in 422-ci maddəsi isə şəraitin əhəmiyyətli dərə cədə dəyişdirilməsi ilə bağlı müqavilənin dəyişdirilməsinin əsaslarını müəyyən edir. 57. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” NK-nın 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarında qeyd olunmuşdur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Normanın məzmunudan göründüyü kimi müqavilələr bağlandıqdan sonra icarə haqqının minimum həddinin dəyişdirilməsi ilə bağlı hər hansı dəyişiklik edilməmiş, yəni, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı baş verməmişdir.

58. İddiaçının kassasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, məhkəmə MM-in 390.2-ci və 390.3-cü maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd edi lən mülki hüquq norması müqavilə bağlanandan sonra qanunvericilikdə edilmiş dəyişikliyin həmin müqaviləyə şamil olunub-olunmamasını tənzimləyir. İddiaçı iddia ərizəsi ilə tərəflər arasında bağlanılmış və hazırda qüvvədə olan icarə müqavilələrinin dəyişdirilməsini deyil, yeni icarə müqavilələrinin bağlanılmasını tələb edir. Beləliklə, məhkəmənin MM-in 390.2-ci maddəsinə əsaslanmaqla NK-nın 377 nömrəli Qərarının özündən əvvəl bağlanılmış müqavilələrə şamil edilməməsini hazırkı iddianın rədd edilməsi üçün səbəblərdən biri kimi qeyd etməsi əsassız olmuşdur. Çünki qeyd edildiyi kimi, iddiaçı NK-nın 2016-cı il 5 oktyabr tarixli, 377 nömrəli Qərarı ilə qanunvericilikdə edilmiş dəyişiklik əsas götürülməklə həmin Qərarın müddəalarında qüvvədə olan müqavilələrə şamil edilərək müqavilələrin dəyişdiri lməsi deyil, yeni müqavilələrin bağlanılması tələb edilmişdir.

59. Hazırkı iş üzrə iddia tələbi yeni icarə müqaviləsi bağlanması öhdəlyinin cavabdehə həvalə edilməsindən ibarətdir, tərəfin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının hüquqi əsası Mülki Məcəllənin 390.3-cü maddəsində, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinin əsasları isə həmin Məcəllənin 398.2-ci maddəsində nəzərdə tutulmuşdur.

60. MM-nin 390.3-cü maddəsinin tələbinə əsasən yalnız qanunda nəzərdə tutulmuş iki halda müqavilə tərəfinin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilər: bu vəzifə Mülki Məcəllədə nəzərdə tutulduğu halda; bu vəzifə könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu halda. Baxılan işdə bu əsaslardan heç biri olmadığından qarşı tərəfin üzərinə iddiaçı ilə yeni qiymətlə müqavilə bağla maq öhdəliyinin qoyulması MM-nin 390.3-cü maddəsinin tələbinə əsasən yolverilməzdir.

61. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.3-cü bəndində icarə haqqının məbləğinin gələcəkdə dəyişdirilməsi əsası nəzərdə tutulmuş və qeyd edilmişdir ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişildikdə icarə haqqının məbləği yeni tariflər tətbiq edilməklə hesablanır.

62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət və bələdiyyə mülkiyyətində olan icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli qərarına və “NK-nın 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə”nin 8-ci bəndinin tələbinə görə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir.

63. İddiaçının kassasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, iddia tələbinin əsasını icarə müqaviləsinin bağlanılması deyil, icarə haqqının məbləğinin artırılması təşkil edir.

64. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, 2011-ci ildən hal hazıradək iddiaçı və cavabdeh arasında torpaq icarəsi münasibətləri mövcud olmuş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri ( icarə haqları ödənişlərini) yerinə yetirmiş və yetirməkdədir, qeyd edilən icarə müqavilələri tərəflərin iradəsinə uyğun bağlanılmışdır və hər iki tərəf hazırda müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdədir. Hazırkı mübahisə üzrə tərəflər arasındakı mübahisə isə icarə müqaviləsinin bağlanılması ilə əlaqədar deyil, xidmətin hazırkı tələbi, cavabdehin üzərinə sadəcə icarə müqaviləsinin bağlanılması deyil, torpaq sahələrinin bazar dəyərinə uyğun müəyyən edilmiş məbləğlərdə icarə haqqı nəzərə alınmaqla yeni icarə müqavilələrinin bağlanılması öhdəliyinin qoyulması barədədir.

65. Məhkəmə kollegiyası hesab edir ki, nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış 2011-ci il tarixli müqavilələrdə qarşı tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyulması əsaslarından heç biri olmadığından işə baxmış məhkəmələr haqlı olaraq cavabdehin üzərinə torpağın bazar dəyərinə uyğun yeni qiymətlə müqavilə bağlamaq öhdəliyinin qoyula bilmədiyi nəticəsinə gəlmişlər..

66. Kassasiya şikayətinin digər dəlilində qeyd edilmişdir ki, qanunvericilikdə sonradan edilmiş dəyişiklik icarə haqqı ödənişlərinin daha yüksək məbləğlərdə müəyyən edilməsinə imkan yaratmışdır ki, bu da şəraitin əhəmiyyətli dərəcədə dəyi şməsi kimi qəbul edilməlidir.

67. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” NK-nın 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. İş materiallarından da göründüyü kimi müqavilələr bağlandıqdan icarə haqqının minimum həddinin dəyişdirilməsi ilə bağlı həmin normaya hər hansı dəyişiklik edilməmiş, yəni, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı baş verməmişdir.

68. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilədə, nə də qanunverici likdə nəzərdə tutulmuş əsaslar, həmçinin MM-in 422-ci maddəsində nəzərdə tutulan “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsini qüvvədə saxlamışdır.

69. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2- 2(103)-1039/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə və MPM-in 417 - 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-1039/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar