Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-200/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsi, dəbbə pulu (penya), ipoteka predmetinə tutma yönəldilməsi və əsas borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-369/2024 nömrəli qətnamə sindən iddiaçı və Cavabdeh1 X2 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. ASC ilə Cavabdeh1 X2 arasında 2019-cu il 27 avqust tarixli **********47319 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır.
2. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 X1 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 7% ödənilməsi şərtilə, 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2020-ci il 14 may tarixdə Cavabdeh1 X2 ilə bank arasında Kredit xətti müqaviləsinə 1 nömrəli Əlavə saziş bağlanmış və Sazişə əsasən kredit xətti limiti 50.000 ABŞ dolları məbləğində artırılaraq 350.000 ABŞ dolları müəyyən edilmişdir.
3. Sonra Cavabdeh1 X2 ilə ASC «Xalq» Bankı arasında Kredit xətti müqaviləsinə 2020-ci il 6 avqust tarixli 2 nömrəli Əlavə saziş bağlanmaqla Kr edit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 12 ay artırılmışdır (2023-cü il 27 avqust tarixinədək).
4. Daha sonra Cavabdeh1 X2 ilə ASC “Xalq” Bankı arasında bağlanmış 2020-ci il 29 dekabr tarixli 3 nömrəli Əlavə sazişə əsasən kredit üzrə hesablaşma qaydası yenidən dəyişdirilərək 2020-ci il 29 dekabr tarixindən etibarən ilk 4 ay ərzində hesablanmış faizlərin və 4.500 ABŞ dollarından az olmayan məbləğdə əsas borcun ödənilməsi, sonrakı kreditləşmə müddəti ərzində isə hər ay əsas borcun qalıq məbləğinin bərabər hissələrlə qaytarılması və hesablanmış faizlərin ödənilməsi razılaşdırılmışdır.
5. Eyni zamanda krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 X2 və Cavabdeh2 ilə ASC arasında 2019-cu il 27 avqust tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi, 2020-ci il 14 may tarix li **********47319/İM-1 nömrəli və 2020-ci il 14 may tarixli **********47319/İM-2 nömrəli ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən, Cavabdeh1 X1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211,4 kv.m əsas, 89,6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43,30 kv.m olan qeyri-yaşayış sahəsi, eyni zamanda Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə al ınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 X1 və Cavabdeh2 (bundan sonra – birlikdə cavabdehlər, ayrı-ayrılıqda müvafiq olaraq “Kompaniya” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il 27 avqust tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Kompaniyaya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211,4 kv.m əsas, 89,6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (bundan sonra – “1-ci İpoteka predmeti”), 2020-ci il 14 may tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üz rə ipoteka predmeti qismində çıxış edən Kompaniyaya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43,30 kv.m olan qeyri-yaşayış sahəsinə (bundan sonra – “2-ci İpoteka predmeti”), 2020-ci il 14 may tarixli **********47319/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binasına (bundan sonra – “3-cü ipoteka predmeti”) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Kompaniyanın ipoteka müqaviləsi üzrə iddiaçı qarşısındakı 247.111,46 ABŞ dolları məbləğində əsas borcu, kred itdən istifadəyə görə hesablanmış 16.500,26 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 2023-cü il 10 mart tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 28.522,49 ABŞ dolları məbləğində penya, cəmi 292.134,21 ABŞ dolları və 2023-cü il 10 mart tarixindən başlayaraq ipoteka müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış 2/3 fayda və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin verilməsinə görə 786,63 ma nat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tərəflər arasında bağlanmış müqavilələrə istinadən (bax §§ 1-5) onunla əsaslandırılmışdır ki, bankın əsas borc və faizləri vaxtından əvvəl tələb etmək və ipoteka qoyulmuş əmlaklar hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən 2022-ci il 6 aprel tarixində ipote ka predmetlərinə tutma yönəldilməsi barədə müvafiq bildirişlər göndərilmiş və 2022-ci il 13 aprel tarixli ərizələrlə DƏDRX-nin Bakı və Sumqayıt Ərazi idarələrində bu bildirişlər qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən, müqavilə öhdəliklərin tam icrasına qədər qüvvədədir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 399.3-cü maddəsinə tam uyğundur.
8. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1-ci və 2-ci İpoteka predmetlərinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Kompaniyanın Kredit xətti müqaviləsi üzrə 275.211,90 ABŞ dolları məbləğində borcunun (210.935,51 ABŞ dolları əsas borc, 22.626,42 ABŞ dolları adi faiz və 41.649,97 ABŞ dolları penya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, 2023-cü il 31 iyul tarixindən faktiki ödəniş gününədək əsas borc məbləğinə illik 7% dərəcə ilə faiz və 15% dərəcə ilə penya hesablanması, tutma yönəldilməsi bildirişlərinin dövlət qeydiyyatına görə çəkilmiş 405 manat xərclərin, iddia və tələbin dəyişdirilməsinə görə ödənilmiş 786,63 manat dövlət rüsumunun və mediasiya prosesi ilə bağlı 400 manat xərcin cavabdehlərdən birgə qaydada tutulması da tələb edilmişdir.
9. Bakı Kommersiya məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 2023-cü il 2 fevral 9/8384 nömrəli, 2023-cü il 17 may 9/2786 nömrəli və 2023-cü il 10 oktyabr 9/6765 nömrəli ekspert rəyləri alınmış, son ekspert rəyi ilə müəyy ən edilmişdir ki, kredit müqaviləsi və 1, 2, 3 nömrəli əlavə sazişlərin şərtlərinə əsasən, 2023-cü il 31 iyul tarixi üzrə Kompaniyanın iddiaçıya olan əsas borcu 210.935,51 ABŞ dolları, faiz borcu 22.626,42 ABŞ dolları məbləğindədir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 dekabr tarixli e-2-2(113)-175/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tutmanın ilkin satış qiyməti 720.000 manat müəyyən edilməklə Kompaniyaya məxsus olan 1-ci ipoteka predmetinin ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə Kompaniyaya məxsus olan 2-ci İpoteka predmetinə yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması, İpoteka predmeti olan əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Kompaniyanın Kredit müqaviləsi üzrə 210.347,86 ABŞ dolları məbləğində əsas borcu, 2 2.626,42 ABŞ dolları məbləğində faiz borcu, 10.000,29 ABŞ dolları məbləğində penya, 2023-cü il 27 avqust tarixindən 2023-cü il 13 noyabr tarixinədək illik 5% dərəcəsi ilə hesablanmış 2.223,52 ABŞ doları, cəmi 245.697,8 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat, dövlət rüsumuna görə 666,08 manat və mediasiya xərcinə görə 400 manatın Kompaniyandan və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Pirverdiyev).
11. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə 350.000 ABŞ dolları vəsait borcalanın hesabına köçürülmüş, lakin borcalan üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən, əsas borcun qaytarılması ilə bağlı t ələbin təmin olunması əsaslı hesab edilmişdir.
12. Faizlərə münasibətdə məhkəmə ekspert rəyi ilə razılaşaraq, kreditorun tələb etdiyi məbləğdən az – 22.626,42 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsini mümkün saymışdır. Ekspert rəyinin təqdim edilmiş sənədlərə əsaslandığı və kifayət qədər əsaslandırıldığı qeyd olunmuşdur.
13. Cərimə (dəbbə pulu) ilə bağlı isə məhkəmə tələb edilən cərimə məbləğinin borcla tənasübsüz dərəcədə yüksək olduğunu əsas götürərək, onu 10.500 ABŞ dollarına qədər azaldılmışdır. Bu məbləğdən isə borcalan tərəfindən ödənilmiş 499,71 ABŞ dolları çıxılmaqla qalan 10.000,29 ABŞ dolları cavabdehdən tutulmuşdur.
14. Gecikdirilmiş ödənişə görə illik beş faiz tutulması məsələsinə toxunan məhkəmə, bu tələbin yalnız öhdəlik vaxtında icra edilmədikdə və kreditor tərəfində n əlavə zərər sübuta yetirilmədikdə əsaslı ola biləcəyini qeyd etmişdir.
15. İpoteka predmetlərinin ilkin satış qiymətləri ekspert rəyinə əsasən müəyyən edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 462.1, 467, 739.1 və 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh Kompaniya apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizası nın 2024-cü il 25 sentyabr tarixli 9/4458 nömrəli rəyinə görə, 2022-ci il 6 aprel tarixinə (ipotekaya tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixə) kredit müqavilə üzrə banka olan əsas borcun 248.411,35 ABŞ dolları, faiz borcunun və 4.774,83 ABŞ dolları təşkil etməsi, 2023-cü il 27 avqust tarixindən 2023-cü il 13 noyabr tarixədək illik 5%-lə hesablanmış faiz borcunun 2.230,02 ABŞ dolları təşkil etməsi, həmin tarixdən sonra banka 50.548,82 ABŞ dolları məbləğində ödəniş aparılması, həmin məbləğin bank tərəfindən 4.673,81 ABŞ dollarının faiz borcundan, 4.182 ABŞ dollarının cərimə borcundan, 41.693,01 ABŞ dollarının isə əsas borcdan silinməsi müəyyən edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-369/2024 nömrəli qətnam əsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetlərinin satılmasından əldə ediləcək vəsait hesabına tutulacaq kredit müqaviləsi üzrə faiz borcunun və dəbbə pulunun məbləğləri hissəsində dəyişdirilməsi, tutulacaq kredit müqaviləsi üzrə faiz borcunun 101,02 ABŞ dolları, dəbbə pulunun 6.318 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını ipoteka predmeti olan əmlakların satılmasından əldə ediləcək vəsaitdən tutulacaq kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu hissəsində yoxlayaraq qeyd etmişdir ki, həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə- müha sibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində kredit müqaviləsi üzrə 2022-ci il 6 aprel tarixinə əsas borcun 248.411,35 ABŞ dolları, faiz borcunun isə 4.774,83 ABŞ dolları təşkil etdiyi, sonrakı dövr üçün isə (avqust-noyabr 2023-cü il) illik 5% dərəcə ilə 2.230,02 ABŞ dolları faiz hesablandığı müəyyən olunmuşdur. Bundan əlavə, sonradan banka 50.548,82 ABŞ dolları məbləğində ödəniş aparılmış və bu məbləğ müvafiq olaraq faiz, cərimə və əsas borca silinmişdir.
21. Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşaraq, onun əsaslı və iş üzrə təqdim olunmuş sənədlərə uyğun tərtib edildiyini bildirmiş və bu rəyi sübut qismində qəbul etmiş və vurğulamışdır ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlərin göndərilməsi bankın kredit müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək iradəsini ifadə etdiyini göstərir. Bu səbəbdən, kreditdən istifadəyə görə faizlər yalnız həmin tarixədək hesablanmalıdır.
22. Eyni zamanda, müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra 4.929,41 ABŞ dolları məbləğində əlavə ödəniş edilmiş və bu məbləğ əsas borca yönəldilmişdir. Lakin apellyasiya instansiyası qətnamənin qanuniliyini yalnız qətnamə qəbul olunan tarixə qədər olan borc üzrə araşdıra bildiyindən, sonrakı ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
23. Beləliklə, ekspert rəyinə əsasən, müqavilənin ləğv edilməsi tarixinə əsas borcun 248.411,35 ABŞ dolları, faiz borcunun isə 4.774,83 ABŞ dolları təşkil etməsini, bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək olan dövrdə 45.619,41 (50.54 8,82 - 4.929,41) ABŞ dolları məbləğində ödəniş edildiyini, bank tərəfindən həmin məbləğin 4.673,81 ABŞ dollarının faiz borcundan və 36.763,6 (41.693,01 - 4.929,41) ABŞ dollarının isə əsas borcdan silinməsini nəzərə alaraq kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləği 211.647,75 ABŞ dolları (248.411,35 ABŞ dolları 41.693,01 ABŞ dolları), faiz borcu isə 101,02 ABŞ dolları (4.774,83 ABŞ dolları - 4.673,81 ABŞ dolları) təşkil etmişdir.
24. Dəbbə pulu ilə bağlı isə məhkəmə tənasübsüz yüksək məbləğin azaldılması zərurətini əsaslandıraraq, cərimənin ümumi məbləğini 10.500 ABŞ dolları olaraq müəyyən etmiş, lakin ödənilmiş 4.182 ABŞ dolları nəzərə alınaraq tutulacaq məbləği 6.318 ABŞ dolları ( 10.500 - 4.182) həcmində müəyyən etmişdir.
25. Beləliklə, apellyasiya instansiyası qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən əsas borc məbləği birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdən çox olsa da, apellyasiya şikayəti yalnız təmin edilmiş hissə ilə məhdudlaşdığından həmin hissədə qətnamənin dəyişdirilməsinə əsas yoxdur. Lakin faiz və dəbbə pulu hissəsində dəyişiklik edilməli, faiz borcu 101,02 ABŞ dolları, dəbbə pulu isə 6.318 ABŞ dolları kimi müəyyən edilməlidir.
26. Apellyasiya məhkəməsi, kreditdən istifadəyə görə sonrakı dövr üçün müəyyən edilmiş 2.223,52 ABŞ dolları məbləğində faizlərin əvvəlki qətnamədə müəyyən olunan məbləğdən daha çox olduğunu, lakin həmin hissənin apellyasiya şikayətinin predmeti olmadığını əsas gətirərək, bu hissədə dəyişiklik edil məsinə ehtiyac olmadığını qeyd etmişdir.
27. MM-in 741-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş redaksiya), əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməli olması və tərəflərin kredit müqaviləsində faizlərin ayda bir dəfə tutulmasının yuxarıda göstərilən imperativ normaya zidd olması barədə apellyasiya şikayətində istinad edilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində faizlərin ayda bir dəfə tutulması nəzərdə tutulduğundan, apellyasiya instansiyası bu şərtin hüquqa zidd olmadığını və tərəflərin razılığı i lə müəyyən edildiyini bildirərək, bu barədə şikayətdə irəli sürülən dəlilləri əsaslı hesab etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 385.1, 386.1, 442, 443.1, 445.7, 448.1, 462.1, 467 və 739.1-ci maddələrinə (2023-cü il 24 fevral tarixinədək qüvvədə olmuş), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3 və 34.1.4-cü maddələrinə, MPM-in 77.1, 119.1, 119.5 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin onun ləğv, işin isə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Həmçinin cavabdeh Kompaniya kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbini n isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
31. MM-in 399.3 və 449.4-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin adi faizlərin tutulması ilə bağlı mövqeyini dəyişdirərkən, kredit müqaviləsinin müddəti başa çatmadan bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsini müqavilənin birtərəfli qaydada vaxtından əvvəl ləğvi kimi qiymətləndirmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, bank tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqaviləni vaxtından əvvəl ləğv etdiyini bəyan etmiş və bu səbəbdən kreditin istifadəsinə görə faizlərin yalnız həmin tarixədək hesablanması mümkündür. Halbuki bank tərəfindən kreditin birtərə fli ləğv edildiyinə dair müqavilədə nəzərdə tutulmuş prosedura uyğun şəkildə hər hansı rəsmi və hüquqi əsasla təsdiqlənmiş qərar mövcud deyil. Bildiriş göndərilməsi faktı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün hüquqi nəticə doğuran əsas sayıla bilməz. Qanunvericiliyə və müqavilə şərtlərinə görə, belə ləğv yalnız müvafiq prosedur və bildiriş formaları ilə, tərəflər arasında razılaşma və ya aydın iradə bəyanı ilə həyata keçirilə bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsinin vaxtından əvvəl ləğv edildiyini əsas götürərək faizlərin yalnız həmin tarixədək hesablanmasını düzgün və hüquqa uyğun saymaq olmaz. Belə mövqe kredit verənin qanuni faiz tələbi hüququnu əsassız şəkildə məhdudlaşdırmış olur.
32. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun məbləğini azaldaraq 10.500 ABŞ dolları müəyyən etmiş və bundan çıxılan ödənişi nəzərə alaraq 6.318 ABŞ dolları məbləğində tutulmasına qərar vermişdir. Bu yanaşma isə həm kredit müqaviləsinin şərtlərinə, həm də tətbiq edilməli olan hüquqi mövqelərə ziddir. Kredit müqaviləsində öhdəliklərin tərəflər tərəfindən tam icra edilənədək qüvvədə qalacağı açıq şəkildə nəzərdə tutulmuşdur. Müqavilədə bu müddəanın yer alması, kreditorun öhdəliklər tam icra edilənədək əsas borca faiz və penya hesablamasına hüquq verdiyini göstərir. Hüquqi təcrübədə bu cür müddəalar yalnız xəbərdarlıq və ya iddia verilməsi ilə qüvvədən düşmür; əksinə, borc faktiki olaraq tam ödənilənədək müqavilə qüvvədə sayılır.
33. Bu yanaşma həm hüquqi nəzəriyyəyə, həm də məhkəmə təcrübəsinə əsaslanır. Müqavilə münasibətlərinə, xüsusilə də kredit öhdəliklərinə, yalnız faktiki ödənişin tamlığı ilə xitam verilə bilər. Buna görə də, faiz və cərimə (dəbbə pulu) borcu da öhdəlik tam yerinə yetirilənədək hesablanmalı və kreditor bu tələbləri irəli sürmək hüququna malikdir. Əlavə olaraq, mülki qanunvericiliyə edilmiş son dəyişikliklər də bu mövqeyi təsdiq edir. Qanunvericiliyin yeni redaksiyasında açıq şəkildə göstərilmişdir ki, faizlər və gecikmə haqları yalnız əsas borcun faktiki olaraq tam ödənildiyi günədək hesablanır. Bu, müqavilədə başqa cür şərtləndirilməyibsə, birbaşa tətbiq olunur. Müqavilədə öhdəliklərin tam icrasınadək qüvvədə qalma şərti mövcud olduğu üçün, bu müddəalar da tətbiq edilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin kreditin birtərəfli qaydada ləğv edildiyini əsas götürərək, faiz və dəbbə pulu hesablanmasını əvvəlki tarixlə məhdudlaşdırması, hüquqi və müqavilə əsasları ilə ziddiyyət təşkil edir. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi yalnız bu barədə konkret, hüquqi nəticə doğuran iradə ifadəsi ilə mümkündür və belə fakt iş üzrə mövcud deyil. Kredit öhdəliklərinə dair məhkəmə qərarı tərəflər arasında müqavilə münasibətlərini sona çatdırmır. Bu baxımdan, əsas borc ödənilənədək faiz və dəbbə pulunun hesablanması qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin mövqeyi isə bu hüquqi yanaşmalardan və məcburi hüquqi mövqelərdən kənara çıxmışdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma müddətinin müqavilə üzrə öhdəliklərinin vaxtından əvvəl icrasını nəzərdə tutan bildirişin (xəbərdarlığın) borcluya göndərilməsi tarixi ilə məhdudlaşdırılmasına baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli digər qərarında müqavilə münasibətlərinin kredit üzrə borcun tutulması barədə məhkəmə qərarının çıxarılmasından sonra belə davam etdiyi qeyd edilmişdir.
35. Bundan başqa, məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli qərarından sonra 2023-cü il 1 oktyabr tarixində qüvvəyə minmiş qanunla MM-in kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksi yada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MM-in 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Həmin normanın hərfi mənasından da aydın olur ki, borc müqaviləsi üzrə ən azı adi faizlər müqavilədə, onun tərəflərinin öz üzərilərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədə olması şərti nəzərdə tutulduqda, əsas borc məbləğinin tam ş əkildə qaytarıldığı günədək ödənilməmiş əsas borc məbləğinin qalığına hesablana bilər.
36. Bundan başqa, MM-in pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti müəyyən edən 449-cu maddəsinə də dəyişikliklərin edilməsindən sonra 449.1-ci maddəsinin ikinci cümləsinin müddəası dispozitiv normaya çevrilərək pul öhdəliyinin icra edilməməsi üçün faizlərin miqdarının bank uçot dərəcəsi ilə müəyyənləşdirilməsini başqa qaydanın qanunda və ya müqavilədə nəzərdə tutulması ilə şərtləndirmişdir. Beləliklə, həmin normaya görə borclunun pul öhdəliyinin icra edilməməsi üçün MM-in 449-cu maddəsi üzrə məsuliyyətə cəlb olunması müqavilə ilə də nəzərdə tutula və həmin müqavilədə bank uçot dərəcəsindən fərqli faiz dərəcəsi müəyyən oluna bilər. Bu normanın məntiqi davamı olaraq MM-in 449.4-cü maddəsində qeyd ed ilmişdir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
37. MM-in 390.2, 741-ci maddəsi üzrə - Kredit müqaviləsində faizlərin ayda bir dəfə tutulması şərti qanunvericiliklə müəyyən edilmiş ümumi qaydalarla ziddiyyət təşkil edir və nəticədə onun əsas borcu süni şəkildə artırılmışdır. Əgər cavabdehin ayda bir dəfə etdiyi ödənişlər ilkin olaraq əsas borca yönəldilmiş olsaydı, onun faktiki borcu əhəmiyyətli dərəcədə daha az olardı. Məhkəmə bu arqumenti nəzərə almadan və müvafiq ekspertiza təyin etmədən, iddiaçının təqdim etdiyi hesablamalara əsaslanaraq borcu müəyyən etmişdir. Halbuki tərəflər arasında faizlərin tutulması qaydasına dair razılaşmanın qanunla ziddiyyət təşkil edib-etmədiyini qiymətləndirmək və ödənişlərin hansı mənbəyə yönəldiyini dəqiqləşdirmək üçün ayrıca mühasibatlıq araşdırması aparılmalı idi. Məhkəmənin istinad etdiyi “dispozitiv norma” yanaşması mövcud hüquqi vəziyyətə tətbiq edilə bilməz, çünki burada söhbət artıq tərəflərin kommersiya sərbəstliyindən deyil, borcun hesablanma mexanizminin borcalan üçün ağır nəticələr doğurmasından gedir. Əgər bu şərt müqaviləyə daxil edilibsə də, onun nəticələrinin qanunla müəyyən edilmiş ədalətli prinsiplərlə uyğunluğu araşdırılmalı idi. Məhkəmə isə bu qiymətləndirməni vermədən iddiaçının hesablamalarını qəbul etmiş və nəticədə borcun əsassız şəkildə artırılmasına yol vermişdir. Məhkəmənin kredit müqaviləsindəki faizlərin tutulması qaydasını "dispozitiv norma" kimi qiymətləndirməsi tamamilə əsassızdır. Belə ki, bu norma əvvəllər imperativ xarakter daşıyırdı və yalnız 2023-cü ilin fevralında edilən qanun dəyişikliklərindən sonra mübahisəli məsələ dispozitiv mahiyyət qazanmışdır. Həmin dəyişiklikdən əvvəlki dövrdə kredit üzrə faizlərin ildə bir dəfə və ya borc tam ödənildikdə tutulmalı olduğu müəyyən edilirdi və bu tələblər hüquqi baxımdan tərəflərin müqavilə ilə fərqli razılaşma imkanını istisna edirdi. Başqa sözlə, dəyişiklik baş verməmişdən əvvəlki redaksiyada bu normanın tətbiqi məcburi idi və bu hal cavabdehin mövqeyini əsaslandırır. Məhkəmə isə bu normanı dəyişiklikdən sonrakı qaydada tətbiq etmiş, tərəflərin müqavilədə başqa cür razılaşmasına əsaslanaraq əvvəlki dövr üçün də faizlərin ayda b ir dəfə tutulmasını qanuni saymışdır. Bu yanaşma həm maddi hüququn tətbiqi baxımından yanlışdır, həm də nəticədə cavabdehin borc yükünü əsassız olaraq artırmışdır. Kassasiya baxışının hədləri
38. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır....” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazım ınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması (Zamana görə qüvvədə olan redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 41. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
2. Bank fəaliyyətinin hüquqi əsasları... 2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan R espublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir....” “Maddə
36. Banklarla onların müştəriləri arasında münasibətlər... 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydaları nı müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. (maddənin ikinci abzasının zamana görə qüvvədə olan redaksiyası) Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır....”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsində n əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.... - ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır;...”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şik ayətlərinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:
45. Həmin dəlillərin əsas mahiyyəti ondan ibarətdir ki, bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilməsi faktı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün hüquqi nəticə doğuran əsas sayıla bilməz; öhdəlik tam yerinə yetirilənədək faiz və cərimə (dəbbə pulu) borcu hesablanmalıdır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə (bax § 42),... kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəl ik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır... “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır... - ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xi tam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır;...”.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlərin göndərilməsinin bankın kredit müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək iradəsini ifadə etdiyini göstərdiyinə, bu səbəbdən, kreditdən istifadəyə görə faizlərin yalnız həmin tarixədək hesablanmalı olduğuna dair gəldiyi nəticə Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyinə uyğun olmuşdur.
48. Kassator öz mövqeyini əsaslandırmaq üçün Konstitusiya Məhkəməsi Plenumu tərəfindən əvvəllər qəbul edilmiş digər qərarlara istinad etsə də, Konstitusiya Məhkəməsi Plenumunun MM-in müvafiq normalarının şərhi üzrə qəb ul edilmiş 2023-cü il 29 mart tarixli Qərarı bu məsələ ilə əlaqədar formalaşdırılmış son mövqeləri ifadə etməkdədir və həmin qərardan sonrakı məhkəmə təcrübəsi də məhz sözügedən qərarda əks olunmuş hüquqi mövqelər əsas götürülməklə formalaşmışdır.
49. Bundan başqa, kassatorun istinad etdiyi MM-in 449.1-ci maddəsinin tətbiqi üçün hüquqi əsaslar hazırkı halda işə baxan məhkəmələr tərəfindən ümumiyyətlə müəyyən edilməmişdir.
50. Kassatorun istinad etdiyi 2023-cü il 1 oktyabr tarixində qüvvəyə minmiş MM-in yeni redaksiyada verilmiş “Borc fəsli”nin müddəalarının isə hazırkı mübahisəyə tətbiq edilməsi mübahisəli kredit münasibətlərinin yaranmasının zamanı baxımından mümkün olmadığından məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndimə aparılmasına pros essual qənaət prinsipi baxımından lüzum görmür.
51. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunun məbləği ilə barədə gəldiyi nəticə ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Belə ki, kassator həmin nəticəni təkzib edən hər hansı tutarlı dəlil gətirə bilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:
52. Həmin dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, kredit müqaviləsində faizlərin ayda bir dəfə tutulması şərti qanunvericiliklə müəyyən edilmiş ümumi qaydalarla (MM-in 741-ci maddəsinin zamana görə qüvvədə olan redaksiyası) ziddiyyət təşkil edir və nəticədə onun əsas borcu süni şəkildə artırılmışdır. Əgər cavabdehin ayda bir dəfə etdiyi ödənişlər ilkin olaraq əsas borca yönəldilmiş olsaydı, onun faktiki borcu əhəmiyyətli də rəcədə daha az olardı. Məhkəmənin kredit müqaviləsindəki faizlərin tutulması qaydasını "dispozitiv norma" kimi qiymətləndirməsi tamamilə əsassızdır. Belə ki, bu norma əvvəllər imperativ xarakter daşıyırdı və yalnız 2023-cü ilin fevralında edilən qanun dəyişikliklərindən sonra mübahisəli məsələ dispozitiv mahiyyət qazanmışdır.
53. MM-in 739.2-ci maddəsində (2023-cü il 31 mart tarixinə qədər olan redaksiyada – bax § 40) müəyyən olunmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
54. Göründüyü kimi, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan banklar kredi tlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
55. Bankların fəaliyyəti isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə (bax § 41) görə, Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, MM, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası qanunları, digər normativ hüquqi aktlar, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
56. Sahəvi qanun olan “Banklar haqqında” Qanunun banklarla onların müştəriləri arasında münasibətləri tənzimləyən maddəsində yer almış 36.6-cı maddəsinin birinci abzasına (bax § 41) görə, hər bir bank müştərilə rlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
57. Həmin maddənin ikinci abzasının mübahisəli müqavilə bağlanan zaman qüvvədə olan redaksiyasına (bax § 41) uyğun olaraq, kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir.
58. Göründüyü kimi, kredit üzrə faizlərin hesablanma və ödənilməsi qaydasının bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun şəkildə müəyyən edilməsi bilavasitə sahəvi qanunla nəzərdə tutulmuşdur.
59. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, kredit müqavilələri üzrə faizlərin ödənilməsi ilə bağlı məsələlər tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə aiddir və yalnız tərəflərin qarşılıqlı razılaşması əsasında həll oluna bilər. Bu sahədəki bank və məhkəmə təcrübəsi də uzun onilliklər ərzində məhz bu istiqamətdə formalaşmışdır.
60. Həmçinin o da qeyd olunmalıdır ki, MM-in 432.4-cü maddəsinə (bax § 40) görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
61. Həmin maddənin tələbinə əsasən, iddiaçının ödənişi ilkin olaraq faizlərə yönəltmə hüququ olmuşdur.
62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, mahiyyətcə MPM-in 217.1-ci maddəsinə (bax § 43) uyğun olan qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-369/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC və Cavabdeh1 X2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsinlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-3 69/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.