Məhkəmə qərarları › İş №2-2(102)-202/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-202/2024

27.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-202/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ümumi yığıncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli 2-2(103)-721/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 22 iyun tarixə saat 14:00-a və 2022-ci il 30 iyun tarixə saat 11:00a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, 2022-ci il 3 iyun tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş 2022-ci il 30 iyun tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin qərarının etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdi r.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2023-024 nömrəli 2023-cü il 28 mart tarixli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “ümumi yığncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-752/2023 nömrəli kommersiya işinin, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “ümumi yığıncaq bildirişlərinin, protokolun və qərarın” etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-1775/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1775/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2022-ci il 22 iyun tari xə saat 14:00-a və 2022-ci il 30 iyun tarixə saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, 2022-ci il 30 iyun tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş 2022-ci il 30 iyun tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X1 (Ş/V: AZE **, FİN: *) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Həmin qətn amədən Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 2-2(103)-721/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi-“2022-ci il 30 iyun tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmiş 2022-ci il 30 iyun tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X1 (Ş/V: AZE **, FİN: *) cəmiyyə tin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).

6. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 2-2(103)-721/2023 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən “2022-ci il 22 iyun tarixə saat 14:00-a və 2022-ci il 30 iyun tarixə saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edi lmiş, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).

7. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 27 dekabr tarixli 2-2(103)-721/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 2023-cü il 29 sentyabr tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 2-2(103)-721/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM” ) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2023-cü il 20 oktyabr tarixində saat 17:16-da Cavabdeh1 və nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdeh1 kassasiya şikayəti isə 2023-cü il 25 dekabr tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehlərə münasibətdə 2023-cü il 21 dekabr tarixində bitdiyi halda, kassasiya şikayəti 2023-cü il 25 dekabr tarixində verilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-nin 135.5, 135.6, 408.1 və 408.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. 11. 2023-cü il 30 dekabr tarixində Cavabdeh1 kassasiya şikayəti verilmə si üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 2-2(103)-721/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi üçün əsasların olmasını və ərizədə göstərilən digər halları nəzərə alaraq, prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, bərpa edilməsini, kassasiya şikayəti və ona əlavə edilmiş sənədləri baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki MPM-nin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilm iş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi qanunverici məhkəmə sənədlərinin rəsmi təqdim edilməsi dedikdə həmin sənədin yalnız tərəfin elektron kabinetində yerləşdirilməsini nəzərdə tutmur, məhkəmə sənədinin yerləşdirilməsi ilə bərabər elektron qaydada, elektron poçt, sms və s. məlumatlandırmanın da göndərilməsini labüd hesab edir. Lakin məhkəmənin qərardadında buna dair istinad mövcud deyildir. Bundan başqa, “elektron kabinet”də 2023-cü il 23 oktyabr tarixə “2-2(103)-72 1/2023 nömrəli işdə məhkəmə aktı proses iştirakçısına 2023-cü il 23 oktyabr saat 09:43 tarixində imzalandı” məzmunlu bildiriş yerləşdirilmişdir. Onlar da müddəti bu tarixdən hesablamışlar və qətnamədən kasasiya şikayəti də məhkəmənin 2023-cü il 23 oktyabr tarixli bildirişinə istinadən təqdim edilmişdir. Odur ki, tərəflərindən prosessual müddətin verilməsi üçün müddət texniki səbəblərdən baş verdiyi üçün ötürülməmiş hesab edilməlidir.

13. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli 2-2(103)-721/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).

14. Məhkəmə gəldiyi ilə bağlı göstərmişdir ki, “Azem is” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 22(103)-721/2023 nömrəli qətnaməsi 2023-cü il 20 oktyabr tarixində saat 17:16-da Cavabdeh1 və nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

15. Cavabdeh ərizədə müddətin ötürülməsi əsaslarından biri kimi tərəflərindən məhkəmənin 2023-cü il 23 oktyabr tarixli bildirişinə istinadən qətnamədən kassasiya şikayətinin təqdim edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən hal prosessual müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz.

16. Bundan başqa, ərizəçi ərizədə qeyd etmişdir ki, qanunverici məhkəmə sənədlərinin rəsmi təq dim edilməsi dedikdə həmin sənədin yalnız tərəfin elektron kabinetində yerləşdirilməsini nəzərdə tutmur, məhkəmə sənədinin yerləşdirilməsi ilə bərabər elektron qaydada elektron poçt, sms və s. məlumatlandırmanın da göndərilməsini labüd hesab etmişdir. Lakin, məhkəmə qərardadında buna dair istinad mövcud deyildir.

17. Məhkəmə MPM-in 10-1.2, 10-1.3 və 10-1.5-ci maddələrinin tələblərinə istinadla cavabdehin göstərilən dəlilini əsassız hesab etmiş və qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı məhkəmə aktının elektron kabinet vasitəsilə göndərilməsi və bu qaydada göndərilən sənədin digər formada tələb edilməməsi nəzərdə tutulmuşdur.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, əgər tərəf qətnamədən kassasiya şikayəti verilmə müddətinin ötürülmədiyini hesab edirdisə, müddətin ötürü lməsi əsası ilə kassasiya şikayətinin geri qaytarıldığı Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 27 dekabr tarixli 22(103)-721/2023 nömrəli qərardadından kassasiya şikayəti verə bilərdi. Hazırkı halda isə bunu etməmişdir.

19. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü barədə sübutlar təqdim etmədiyindən və ərizəni ağlabatan və inandırıcı dəlillərlə əsaslandıra bilmədiyindən kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə rədd edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həmçinin MPM-in 133.1 405.0.1, 408.1, 408.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh1 tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi, kassasiya şikayəti nin verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, bərpa edilməsi və kassasiya şikayətinə baxılması üçün müvafiq prosessual addımların atılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Konstitusiyasının 60, 127 və 130-cu maddələrinin, “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinin və MPM-in 15, 133 və 135-ci maddələrinin tələbləri pozulmuşdur-işin hallarına görə, məhkəmə rəsmi sənədlərin çatdırılması prosesində yanlışlığa yol vermiş və maddi hüquq normalarına zidd olaraq, müddətin üzrlü səbəblərdən irəli gələrək ötür ülməsi halına düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarının pozulmasından əlavə, müddətin bərpası barədə ərizəni təmin etməməklə prosessual qanunvericiliyin tələblərini də pozmuşdur.

23. Cavabdehin müddətin bərpası barədə ərizəsinə (bax § 12) əsasən, “məhkəmə qərardadında buna dair istinad mövcud deyildir” deyərkən sənədin elektron kabinetdə yerləşdirilməsinə dair bildirişin göndərilməsindən əlavə, MPM-nin 135.8-ci maddəsinin tələbinə görə, həmin məlumatın elektron poçt (e-mail), sms və s. qaydada da tərəfə çatdırılması nəzərdə tutulduğunu, lakin cavabdeh məhkəmənin geri qaytarma qərardadında bu hala dair bildirişinin olmadığını nəzərdə tutmuşdur. Məhkəmə MPM-nin 10-1-ci maddəsinin bəndlərinə istinad edərək, qanunun m ənasını yanlış şərh edərək, hesab etmişdir ki, digər vasitələrlə məlumatın çatdırılması zəruri deyildir.

24. Bundan başqa məhkəmə yekun qətnaməsini elektron kabinetə 2023-cü il 20 oktyabr tarixində yerləşdirilməsi halına istinad edərək, müddətin buraxılmasını üzrlü hesab etməmişdir. İşin hallarına görə, məhkəmə elektron kabinetə 2023-cü il 23 oktyabr tarixində “2-2(103)-721/2023 nömrəli işdə məhkəmə aktı proses iştirakçısına 2023-cü il 23 oktyabr 09:43 tarixində imzalandı” məzmunlu bildiriş də yerləşdirmişdir. Həmin məzmunlu bildiriş tərəfdə, o cümlədən vəkildə məhkəmə qətnaməsinin məhz 2023-cü il 23 oktyabr tarixində imzalanmaqla, göndərilməsi təəssüratını yaratmışdır. Lakin qeyd edildiyi kimi məhkəmə eyni zamanda qətnamənin 2023-cü il 20 dekabr tarixində sistemə yerləşdirilməsi halına da istinad etmişdir. Məhkəmə prosessual normaların məzmununu düzgün şərh etməmiş, müddətin ötürülməsini üzrlü hesab edərək bərpa etməməklə, cavabdehin məhkəmə müdafiəsi hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır.

25. Məhkəməyə eyni məhkəmə instansiyasının elektron kabinetə məhkəmə aktının göndərilməsi barədə bildirişin yerləşdirilməsinə dair nümunə də təqdim edilmişdir. Həmin nümunəyə görə, apellyasiya instasiyası 2-1(103)-2086/2023 nömrəli iş üzrə məhkəmə aktını elektron kabinetə yerləşdirərkən 2-1(103)-2086/2023 nömrəli işdə məhkəmə aktının göndərilməsi məktubu 2023-cü il 23 oktyabr 15:10 tarixində imzalandı˝ məzmunlu bildiriş yerləşdirmişdir. Bildirişin məzmununa görə, həm məhkəmə aktı, həm də məktub eyni tarixdə imzalanaraq tərəfə təqdim edilmişdir. Hazırkı halda isə məhkəmə fərqli el ektron kabinetə fərqli məzmunlu bildiriş yerləşdirməklə, yanlış olaraq, qətnamənin elektron sistemə yerləşdirilməsi təəssüratını yaratmışdır. Eyni məhkəmə instansiyası və eyni elektron sistem üzərində fərqli yanaşmanın tətbiqi anlaşılan deyildir. Məhkəmə qətnaməni öz qərardadında da qeyd etdiyi kimi sistemə 2023-cü il 20 oktyabr tarixində də yerləşdirməsi halının mövcudluğu məhz məhkəmə səhvi üzündən müddətin ötürülməsinə yol verildiyini və bunun tərəfin iradəsindən asılı olmadan baş verməsinin nəzərə alınaraq, müddətin ötürülməsinin üzrlü hesab edilərək, bərpa edilməli olması nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

27. Apellyasiya instansiya sı məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının el ektron qaydada aparılması 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti.... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:[554] 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imza lanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

31. Cavabdeh kassasiya şikayətində MPM-in 133, 135.5 və 135.8-ci maddələrinin pozuntusuna istinadən qeyd etmişdir ki, qanunverici məhkəmə sənədlərinin rəsmi təqdim edilməsi dedikdə həmin sənədin yalnız tərəfin “elektron kabineti”ndə yerləşdirilməsini nəzərdə tutmur, məhkəmə sənədinin yerləşdirilməsi ilə bərabər elektron qaydada-elektron poçt, SMS və s. məlumatlandırmanın da göndərilməsini labüd hesab edir. Məhkəmə yekun qətnaməsini elektron kabinetə 2023-cü il 20 oktyabr tarixində yerləşdirilməsi halına istinad etsə də, elektron kabinetə 2023-cü il 23 oktyabr tarixində “2-2(103)-721/2023 nömrəli işdə məhkəmə aktı proses iştirakçısına 2023-cü il 23 oktyabr 09:43 tarixində imzalandı” məzmunlu bildiriş də yerləşdirilmişdir. Həmin bildiriş tərəfdə, o cümlədən vəkildə məhkəmə qətnaməsinin məhz 2023-cü il 23 oktyabr tarixində imzalanmaqla göndərilməsi təəssüratını yaratmışdır.

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti nin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas hesab etmir. Belə ki, iş üzrə “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 20 oktyabr tarixində nümayəndə Vəkil2 və Cavabdeh1 məxsus elektron kabinetlərdə yerləşdirilmişdir. Həmçinin çıxarışlardan müəyyən edilir ki, cavabdehin nümayəndəsi Vəkil2 təsdiq olunmuş elektron poçt ünvanı “***Elektron ünvan 1”, Cavabdeh1 elektron poçt ünvanı isə “Elektron ünvan 2”dur.

33. Nəzərə alınmalıdır ki, iddiaçının pozulmasına istinad etdiyi MPM-in 135.8-ci maddəsi kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində məhkəmə sənədlərinin yerləşdirilməsi barədə məlumatın məhz həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmasını nəzərdə tutur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndinə əsasən, hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır. MPM-in 135.8-ci maddəsinin mənasına görə isə qeyd edilən qaydada təqdim edilmiş məhkəmə sənədləri rə smi qaydada təqdim edilmiş hesab edilir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsinin tərəflərin elektron kabinetində yerləşdirildiyi və bu barədə məlumat yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin və nümayəndəsinin sistemdə təsdiq olunmuş elektron poçt ünvanlarına çatdırıldığı 2023-cü il 20 oktyabr tarixində məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada təqdim edilmiş, cavabdeh isə həmin məhkəmə aktından 2023-cü il 25 dekabr tarixində kassasiya şikayəti verməklə, şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş prosessual müddəti ötürmüşdür (bax bu qərarın 29-cu bəndi).

35. «Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilə r ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın» (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı).

36. Baxılan iş üzrə cavabdeh hazırkı kassasiya şikayətində müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə bağlı hər hansı üzrlü səbəbə istinad etməmiş, tərəflərin elektron kabinetində məhkəmə qərarının proses iştirakçılarına təqdim edilməsinə dair 2023-cü il 23 oktyabr tarixli bildiriş yerləşdirilməsinin cavabdehdə və vəkilində məhkəmə aktının da həmin tarixdə təqdim edilməsi təəssüratını yaratması halı isə prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Gəlinən nəticə MPM-nin 133-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan, qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.

38. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli 2-2(103)-721/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar