Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-204/2025 24.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı xxxxnın cavabdeh X1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim X3 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məh kəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 noyabr tarixli, 2-2(105)-114/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. MÜƏYYƏN ETDİ:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat əsas bоrc, 5379,04 manat faiz bоrcu və 2903,90 manat cərimə borcu olmaqla cəmi 47318,56 manat məbləğində kredit bоrcunun və 231,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməs i ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 (VÖEN **********), X2 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat əsas borc, 5379,04 manat faiz borcu, 1000 manat cərimə və 231,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 45646,62 manat (qırx beş min altı yüz qırx altı manat 62 qəpik) məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov).
3. Qətnamədən Cavabdeh3 (bundan sonra mətndə - Cavabdeh3) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 noyabr tarixli, 2-2(105)-114/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Hüseynov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).
5. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada tərtib edilməmişdir.
7. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
8. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
9. Bundan əlavə, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.
10. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətində isə sadəcə maddələr sadalanmış və onların qarşısında işin halları qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasını aydın şəkildə ifadə edən izah verilməmişdir.
11. Həmçinin Cavabdeh3 tərfindən verilmiş kassasiya şikayətində bu işlə əlaqədar olmayan başqa işin halları və həmin hallarla bağlı dəlillər qeyd olunmuşdur.
12. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
13. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 noyabr tarixli, 2-2(105)-114/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin qaytarılması üçün Sumq