Məhkəmə qərarları › İş №2-2(102)-206/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-206/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-206/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-206/2023 Açar sözlər: borcun tutulması 03.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 5 yanvar tarixli 2-2(105)-5/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 2012-ci il 28 dekabr tarixdə Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 avro məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə görə borcalan bu Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, 13.1-ci bəndinə əsasən isə kreditor kredit vəsaitini müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə borcalanın ssuda hesabına köçürməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətində avro ilə 2012-ci il 1 mart tarixdə açılmış 4-120182-3 nömrəli hesabı üzrə verilən 2012-ci il 29 dekabr - 2022-ci il 20 iyun tarixlərindəki dövrü əhat ə edən hesabdan çıxarışa əsasən, 2012-ci il 29 dekabr tarixdə 2.106.000 avro hesaba köçürülmüş, 2012-ci il 30 dekabr tarixdə isə həmin hesabdan daxili köçürmə yolu ilə 6-18329-3 nömrəli hesaba köçürülmüş, hazırkı vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmiş və dövrün sonuna qalıq yoxdur.

3. İş materiallarında 2020-ci il 14 yanvar tarixli KBD513 nömrəli maliyyə arayışına əsasən 2019-cu il 28 dekabr tarixli kredit müqaviləsi üzrə əsas borc 1.968.728,45 avro təşkil edir.

4. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 25 dekabr tarixli 2(85)-2726/2015 saylı qərardadından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və digərlərinə qarşı “borcun tutulması” tələbi ilə 2015-ci il 26 noyabr tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi əsasında həmin iddia baxılmamış saxlanılmışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı “ borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.968.728,45 avro əsas borcun və 2.680,77 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 12%-lə 12 ay müddətinə 2.106.000 avro məbləğində kredi t verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2021-ci il 6 dekabr tarixinədək cavabdehin iddiaçıya həmin kredit müqaviləsi üzrə 1.968.728,45 avro əsas borcu olmuşdur.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 448.1, 445.2.1, 467, 501-ci maddələrinə istinad etmişdir.

8. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiqi” barədə ərizə təqdim edərək iddia tələbinin əsassız olduğunu, hər hansı mötəbər sübuta əsaslanmadığını qeyd etmiş və iddia ərizəsi qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən iddia tələbinin iddia müddəti tətbiq olunm aqla rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 2014-cü il 3 mart tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aksiyalarının 52,6%-nin sahibi iddiaçı ilə aparılan danışıqlar nəticəsində onlara məxsus olan 52,6% aksiyaların yarısının cavabdehə 2.106.000 avroya satılmasına dair razılaşma olmuş, 2012-ci il 31 dekabr tarixdə iddiaçının baş ofisində tərəflər arasında müqavilə imzalanaraq bildirilmişdir ki, Polşa Respublikasının “Trade-Prod” Co.LTD tərəfindən zaminlik müqaviləsi imzalandıqdan sonra bütün sənədlərin nüsxəsi cavabdehə veriləcək. Eyni zamanda cavabdehə kredit müqaviləsinə və əvvəlki təsisçi “Titanneftexim”in əvəzinə 2.106.0 00 avro ödəniş tapşırığına imza atdırılaraq qeyd olunmuşdur ki, bu bankda qoyulmuş qaydadır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq nə müqavilələrin nüsxəsi, nə də bankda aparılmış əməliyyatların çıxarışı təqdim edilməmiş, daha sonra cavabdeh 2013-cü il 4 oktyabr tarixli 10/04 nömrəli məktubla bank əməliyyatları barədə sorğu vermiş və onlara 2012-ci il 1 mart tarixdən 2013-cü il 4 oktyabr tarixinə 0 balans olan hesabdan çıxarış təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq və bankın məlumat verməməsindən şübhələnərək bu barədə araşdırma aparılması xahiş edilmişdir. Bundan başqa iddiaçı cavabdehə və digərlərinə qarşı borcun tutulması tələbi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş və iddiaçının X2 Vasiliy Xamaza cavabdehə 2015-ci il 9 dekabr tarixli məktub ünvanlayaraq 2 012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə qaldırılmış iddiadan imtina olunduğunu, cavabdehə qarşı heç bir pretenziya və ya tələbinin olmadığını bildirmişdir. Bundan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 25 dekabr tarixli qərardadı ilə həmin tələb üzrə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. İddiaçı cavabdehə göndərdiyi məktubunda iddiadan imtina etdiyini göstərsə də, məhkəməyə göndərdiyi ərizədə iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 2016-cı il 24 fevral tarixli ərizədə göstərilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən borclu ilə aralarında məhk əmə mübahisəsi yaranmış, lakin barışıq əldə edildiyindən iddia ərizəsi məhkəmədən geri götürülmüşdür. Hal-hazırda cavabdehə qarşı heç bir tələbləri yoxdur. Bu səbəbdən də cavabdeh ilə əldə olunmuş razılığı nəzərə alaraq başlanılmış araşdırmanın dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hər hansı kredit alınmamış, kredit müqaviləsinin imzalanması formal olmuşdur. Məhz bu qanunsuzluqlardan sonra iddiaçı iddia tələbini geri götürmüş və tərəflər arasında mübahisə bitmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 25 dekabr tarixli qərardadından təxminən 6 il 4 ay keçdikdən sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı qanunsuz tələbindən əlavə qanunla müəyyən edilmiş üç illik iddia müddətini də ötürmüşdür.

9. Sumqayıt Kommersiya Məhkə məsinin 2023-ci il 24 avqust tarixli e-2-2(119)451/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim - H.Alıyeva).

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2012-ci il 28 dekabr tarixdə iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 avro məbləğində kredit verilməsi barədə müqavilə bağlansa da, hazırkı vaxtadək cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Lakin hazırkı iddia tələbi üzrə cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir.

11. Bundan başqa, cavabdeh borcu ödəmədiyindən iddiaçı cavabdehə və digərlərinə qarşı 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə 2015-ci il 26 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş olsa da, iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə əsasən 2015-ci il 25 dekabr tarixli 2(85)-2726/2015 saylı qərardadla həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı 2017-ci il 29 yanvar tarixinədək məhkəməyə müraciət etməli olduğu halda 5 ildən sonra, yəni 2022-ci il 8 aprel tarixdə Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Bununla da iddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır.

12. Məhkəmə bu qənaətini MM-in 373.2, 372.1, 372.2, 373.2, 375.2, 377.3, 381.1, 380.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 023-ci il 5 yanvar tarixli, 2-2(105)-5/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 avqust tarixli, e-22(119)- 451/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və Z.Məmmədov).

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş 2020-ci il 14 yanvar tarixli maliyyə arayışına əsasən cavabdehin 2012-ci il 29 dekabr tarixli kredit müqaviləsi üzrə Banka 1.968.728,45 avro məbləğində əsas borcunun olduğu qeyd edilsə də, iş materiallarında olan cavabdehin iddiaçıda avro ilə 2012-ci il 1 mart tarixdə açılmış 4120182-3 nömrəli hesabı üzrə verilən 2012-ci il 29 dekabr – 2022-ci il 20 iyun tarixlərinədək olan dövrü əhatə edən he sabdan çıxarışa əsasən, 2012-ci il 29 dekabr tarixdə 2.106.000 avro hesaba köçürülmüş, 2012-ci il 30 dekabr tarixdə isə həmin hesabdan daxili köçürmə yolu ilə 6-18329-3 nömrəli hesaba köçürülmüş, hazırkı vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmiş və dövrün sonuna qalıq olmamışdır.

16. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən cavabdeh illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə 2.106.000 avro məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuş və həmin müqavilə üzrə cavabdeh tərəfindən hazırki vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilmədiyi halda, iddiaçı tərəfindən verilmiş 2020-ci il 14 yanvar tarixli maliyyə arayışında cavabdehin 2012-ci il 28 deka br tarixli kredit müqaviləsində göstərilən məbləğdən az, yəni 1.968.728,45 avro məbləğində borcunun olduğu qeyd edilmiş, bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi həmin borc məbləğinin kommision xərclərə görə azaldığını bildirmişdir. Lakin, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 372.1, 372.2, 373.2, 375.2, 377.3, 381.1, 380.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etməklə əsaslandırmışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 5 yanvar tarixli xüsusi qərardadı ilə tərəflər arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsində qeyd edilən 2.106.000 avro məbləğində pulun şəxsi məqsədlər üçün verilib-verilməməsinin, eləcə də həmin məbləğin müqaviləni bağlamış hüquqi şəxslərin müvafiq vəzifəli şəxsləri tərəfindən mənimsənilib-mənimsənilməməsinin araşdırılması üçün xüsusi qərardadın surəti Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və Z.Məmmədov).

19. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 10 yanvar tarixində tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.

20. İddiaçı 2023-cü il 28 fevral tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 yanvar tarixli, 2-2(105)5/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddi a tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

21. MM-in 385.1, 399, 442, 445.1, 428.4, 449.4-cü maddələrinin, MPM-in 88, 385.1, 385.1.2, 385.1.4, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunmuşdur ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Belə olan halda cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarmasına kimi müqavilə qüvvədə olur. Bu səbəbdən qeyd edilən kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq e dilərək təmin edilməməsi əsasızdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

25. Kassasiya ins tansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulm uş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....”

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4- cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz h üquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 5 yanvar tarixli, 2-2(105)-5/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. İ ş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, cavabdeh borcu ödəmədiyindən iddiaçı cavabdehə və digərlərinə qarşı 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə 2015-ci il 26 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, həmin iddia ərizəsi iddiaçının, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə əsasən 2015-ci il 25 dekabr tarixli 2(85)-2726/2015 saylı qərardadla baxılmamış saxlanılmış, həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı 2017-ci il 29 yanvar tarixinədək məhkəməyə müraciət etməli olduğu halda, 5 ildən sonra, yəni 2022-ci il 8 aprel tarixdə Sumqayıt Kommersiya Məhkəməsində yenidən hazırkı iddianı qaldırmış, bununla da i ddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır.

31. Bundan əlavə apelyasiya məhkəməsi tərəfindən müəyyən edimişdir ki, iddiaçı tərəfindən verilmiş 2020-ci il 14 yanvar tarixli maliyyə arayışına əsasən cavabdehin 2012ci il 29 dekabr tarixli kredit müqaviləsi üzrə Banka 1.968.728,45 avro məbləğində əsas borcunun olduğu qeyd edilsə də, iş materiallarında olan cavabdehin iddiaçıda avro ilə 2012-ci il 1 mart tarixdə açılmış 4-120182-3 nömrəli hesabı üzrə verilən 2012-ci il 29 dekabr – 2022-ci il 20 iyun tarixlərinədək olan dövrü əhatə edən hesabdan çıxarışa əsasən, 2012-ci il 29 dekabr tarixdə 2.106.000 avro hesaba köçürülmüş, 2012-ci il 30 dekabr tarixdə isə həmin hesabdan daxili köçürmə yolu ilə digər, 6-18 329-3 nömrəli hesaba köçürülmüş, hazırkı vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmiş və dövrün sonuna qalıq olmamışdır.

32. Tərəflər arasında kredit müqaviləsinin bir il müddətinə bağlandığını, cavabdeh tərəfindən bu müddət ərzində hər hansı ödəniş edilmədiyini nəzərə alan məhkəmə kollegiyası, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olduğuna dair müqavilədə belə bir şərt nəzərdə tutulmadığı üçün cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsinin qüvvədə olduğuna görə qeyd edilən kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsinin əsassız olduğu barədə kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.

33. Beləliklə, işə kassasiya qaydasında baxan məh kəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 5 yanvar tarixli, 2-2(105)-5/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar