Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-207/2025 28.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdeh X4 və X3 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bir gə qaydada GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 60000,93 (altmış min manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1837,52 (min səkkiz yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 29645,83 (iyirmi doqquz min altı yüz qırx beş manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 91484,28 (doxsan bir min dörd yüz səksən dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun, GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 65001,16 (altmış beş min bir manat on altı qəpik) manat məbləğində əsas borc, 1730,66 (min yeddi yüz otuz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 27376,32 (iyirmi yeddi min üç yüz yetmiş altı manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 94108,14 (doxsan dörd min yüz səkkiz mana t on dörd qəpik) manat məbləğində borcun, GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6001,37 (altı min bir manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 164,37 (yüz altmış dörd manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 2616,26 (iki min altı yüz on altı manat iyirmi altı qəpik) manat cərimə məbləğində borcu olmaqla, cəmi 8782 (səkkiz min yeddi yüz səksən iki manat) manat məbləğində borcun, GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 31000 (otuz bir min) manat məbləğində əsas borc, 923,97 (doqquz yüz iyirmi üç manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 13336,46 (on üç min üç yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 45260,43 (qırx beş min iki yüz altmış manat qırx üç qəpik) manat məbləğində borcun, GFA055 0/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən GFA0550/33 saylı kredit müqaviləsinə əsasən 21365,78 (iyirmi bir min üç yüz altmış beş manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 387,26 (üç yüz səksən yeddi manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 9436,85 (doqquz min dörd yüz otuz altı manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 31189,89 (otuz bir min yüz səksən doqquz manat səksən doqquz qəpik) manat məbləğində borcun, GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 23997 (iyirmi üç min doqquz yüz doxsan yeddi) manat məbləğində əsas borc, 666,92 (altı yüz altmış altı manat doxsan qəpik) manat məbləğində faiz borcu, 10323,71 (on min üç yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 34987,63 (otuz dörd min d oqquz yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində borcun, Cavabdeh2 DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 151481,28 (yüz əlli bir min dörd yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 35351,92 (otuz beş min üç yüz əlli bir manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 31715,43 (otuz bir min yeddi yüz on beş manat qırx üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 218548,63 (iki yüz on səkkiz min beş yüz qırx səkkiz manat altmış üç qəpik) manat məbləğində borcun, DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59439,93 (əlli doqquz min dörd yüz otuz doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 8336,97 (səkkiz min üç yüz otuz altı manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 16605,89 (on altı m in altı yüz beş manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 84382,79 (səksən dörd min üç yüz səksən iki manat yetmiş doqquz qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 457 (dörd yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-32/2024 nömrəli, 09 avqust 2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26 aprel 2022-ci il tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 60000,93 (altmış min manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1837,52 (min səkkiz yü z otuz yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 3000 (üç min) manat məbləğində cərimə, 24 may 2022-ci il tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 65001,16 (altmış beş min bir manat on altı qəpik) manat məbləğində əsas borc, 1730,66 (min yeddi yüz otuz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 3250 (üç min iki yüz əlli) manat məbləğində cərimə, 31 may 2022-ci il tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6001,37 (altı min bir manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 159,54 (yüz əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə, 01 iyun 2022ci il tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31000 (otuz bir min) manat məbləğində əsas borc, 911,49 (doq quz yüz on bir manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu, 1550 (min beş yüz əlli) manat məbləğində cərimə, 01 iyun 2022-ci il tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21365,78 (iyirmi bir min uç yüz altmış beş manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 378,65 (üç yüz yetmiş səkkiz manat altmış beş qəpik) manat məbləğində faiz borcu, 1070 (min yetmiş) manat məbləğində cərimə, 06 iyun 2022-ci il tarixli GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23997 (iyirmi üç min doqquz yüz doxsan yeddi) manat məbləğində əsas borc, 657,25 (altı yüz əlli yeddi manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 1200 (min iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 223411,35 (iki yüz iyirmi üç min dörd yüz on bir manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 21 sentyabr 2021-ci il tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 151481,28 (yüz əlli bir min dörd yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 27276,42 (iyirmi yeddi min iki yüz yetmiş altı manat qırx iki qəpik) manat məbləğində faiz borcu, 7575 (yeddi min beş yüz yetmiş beş) manat məbləğində cərimə, 11 may 2022-ci il tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59439,93 (əlli doqquz min dörd yüz otuz doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 8253,99 (səkkiz min iki yüz əlli üç manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, 3000 (üç min) manat məbləğində cərimə olmaqla, cəmi 257026,62 (iki yüz əlli yeddi min iyirmi altı manat altmış iki q əpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və 457 (dörd yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 271,44 (iki yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim H.Aliyeva).
3. Cavabde h2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 nömrəli qətnaməsi ilə kassasiya şikayəti təmin olunmadan, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər M.Hüseynov və Z.Məmmədov).
5. Cavabdeh2 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və əsassız hesablanmış faiz borcunun və cərimələrin araşdırılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
7. Belə ki, iddianın qiyməti bütün maliyyələşdirmə ərizələrinə əsasən 608.745,79 manat təşkil edir. 8. “Döv lət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. 9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh X5 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 449,37 manat təşkil etməlidir.
10. Lakin, cavabdeh X5 tərəfindən kassasiya şikayəti verilərkən cəmi 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Halbuki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
12. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
14. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən ver ilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.