Məhkəmə qərarları › İş №2-2(102)-208/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-208/2023

24.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-208/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli, 2-2(103)-1034/2022 saylı qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. "xxxx" QSC ilə "xxxx" ASC arasında 2020-ci il 13 noyabr tarixdə hüq 756 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.

2. Müqavilənin 1-ci bəndinə əsasən icraçı Hövsan stansiyasında məntəqəsi (ünvanı) olan sifarişçinin lokomotivinin stansiya yoluna (stansiyanın X1 əsasən qatarların qəbul edilməsi və göndərilməsi üçün nəzərdə tutulmuş bütün yollarına) çıxmaqla vaqonun verilib-götürülməsini, zərurət yarandığı təqdirdə isə sifarişçinin yazılı müraciəti əsasında sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilibgötürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləmə-boşaltma sahələrinə pa ylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib-götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsini, sifarişçi isə bu müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən dalan dəmir yolunun ümumi uzunluğu 1635 p.m. təşkil edir və vaqonların dalan dəmir yoluna verilib-götürülməsi üçün sifarişçinin lokomotivinin Hövsan stansiyasının yoluna çıxdığı məsafə hər iki tərəfə hesab edilməklə 0.7 km təşkil edir. Zərurət yarandığı təqdirdə isə icraçının lokomotivi ilə sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə qədər vaq onların verilib-götürülməsi üçün məsafə Hövsan stansiyasından hər iki tərəfə hesab edilməklə 2.5 km təşkil edir; 2.5ci bəndinə əsasən vaqonların qəbulu və təhvil verilməsi müəyyən olunmuş qaydaya müvafiq olaraq stansiyanın yolunda həyata keçirilir və göstərilən xidmətin təhvil-təslimi icraçının daxili aktı olan yaddaş vərəqəsi (QU-45) ilə tənzimlənir. 3. 2020-ci il 1 yanvar-2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışa əsasən göstərilən dövrlər ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaranmış borc məbləği 144.793 manat təşkil edir. 4. "xxxx" QSC tərəfindən fevral ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil üm umi 20.671,98 manat məbləğinə 2020-ci il 13 mart tarixli, EBAH seriyalı, 669671 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 5. "xxxx" QSC tərəfindən mart ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 26.500,08 manat məbləğinə 2020-ci il 17 aprel tarixli, EBAİ seriyalı, 904598 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 6. "xxxx" QSC tərəfindən aprel ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 27.817,23 manat məbləğinə 2020-ci il 20 may tarixli, EBAK seriyalı, 134695 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 7. "xxxx" QSC tərəfindən may ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümum i 14.173,96 manat məbləğinə 2020-ci il 22 iyun tarixli, EBAL seriyalı, 413623 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 8. "xxxx" QSC tərəfindən iyun ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 4.683,30 manat məbləğinə 2020-ci il 22 iyul tarixli, EBAM seriyalı, 706647 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 9. "xxxx" QSC tərəfindən iyul ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 5.299,38 manat məbləğinə 2020-ci il 21 avqust tarixli, EBAN seriyalı, 891922 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 10. "xxxx" QSC tərəfindən avqust ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ü mumi 5.900 manat məbləğinə 2020-ci il 16 sentyabr tarixli, EBAQ seriyalı, 002821 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 11. "xxxx" QSC tərəfindən sentyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 7.967,95 manat məbləğinə 2020-ci il 29 oktyabr tarixli, EBAR seriyalı, 905755 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 12. "xxxx" QSC tərəfindən oktyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 11.425,35 manat məbləğinə 2020-ci il 8 dekabr tarixli, EBAT seriyalı, 594769 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 13. "xxxx" QSC tərəfindən noyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə gör ə ƏDV daxil ümumi 47.484,49 manat məbləğinə 2020-ci il 30 dekabr tarixli, EBAV seriyalı, 653606 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir. 14. 2021-ci il 21 sentyabr tarixli, 113İPXO212642072 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2.306,52 (ödənişin təyinatıEBBH 714774 nömrəli qaimə, vaqon tərəzisinin yoxlanılması xidməti) manat məbləğində ödəniş edilmişdir. 15. 2021-ci il 24 sentyabr tarixli, 113İPXO212671802 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 11.502,55 (ödənişin təyinatı müqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir. 16. 2021-ci il 22 oktyabr tarixli, 113İPXO212951089 köçürmənin aparılması haqqında bildirişdən görü nür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 8.474,58 (ödənişin təyinatımüqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir. 17. 2021-ci il 11 noyabr tarixli, 113İPXO213152203 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2.103 (ödənişin təyinatı-EBBL 470636 nömrəli qaimə) manat məbləğində ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- “iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 13 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2020ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidm ətlərinə görə hesablanmış 144.793 manat və 435 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 145.228 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 1 yanvar tarixdən 2022-ci il 1 fevral tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Hövsan stansiyasında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadəsi”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “lokomotivlərin manevr işləri”, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) cavabdehə 144.793 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 9 mart tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə istinad edilmişdir.

21. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, tərəflər arasında 2020-ci il 13 noyabr tarixdə “hüq.756” nömrəli müqavilə bağlanmışdır. Bu müqavilədə qeyd olunmuşdur ki, icraçı (yəni iddiaçı) Hövsan stansiyasında məntəqəsi olan s ifarişçinin (yəni cavabdehin) lokomotivinin stansiya yoluna çıxmaqla vaqonun verilib-götürülməsini, zərurət yarandığı halda isə sifarişçinin yazılı müraciəti əsasında sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin həyata keçirilməsini, sifarişçi isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Buradan aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ümumi nəzərdə tutulmuş xidmətlərə dair olan razılaşmadır, həmçinin tələb edilən 2020-ci il 1 yanvar tarixdən ödənişlər müqavilənin bağlanma tarixi ilə (müqavilə 2020-ci il 13 noyabr tarixində bağlanmışdır) üst-üstə düşmür. Hətta iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ödənişlərə dair qaimə-fakturalar da müqavilə tarixindən öncəki tarixləri əhatə edir. Həmçinin baş vermiş texniki səhv nəticəsində iddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmiş, lakin faktiki olaraq hər hansı başqa şirkətə aid yükün daşınmasına görə cavabdeh öhdəlik götürməmişdir. Qaimələrdə qeyd olunmuş xidmətlərin konkret olaraq hansı işlərə dair hesablandığı, hesablanmış məbləğin hansı şirkətlərin yükünün daşınması ilə əlaqədar olduğu, həmin qiymətlərin nəyə əsasən hesablanması barədə məlumatlar iddiaçı tərəfindən təqdim olunmuş iddiada qeyd edilməmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 avqust tarixli e-2-2(113)-2146/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Z.Axundova).

23. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında dəmir yolunda xidmətlərin göstərilməsinə dair 2020-ci ilin noyabr ayında müqavilə bağlanmış, müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə müxtəlif adda stansiya xidmətləri göstərdiklərini, lakin həmin xidmətlərə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək, 144.793 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında 2020-ci il 13 noyabr tarixində müqavilə bağlandığını, həmin müqavilənin ümumi nəzərdə tutulmuş xidmətlərə dair olan razılaşma olduğunu, həmçinin cavabdeh tərəfindən tələb edilən 2020-ci il 1 yanvar tarixindən olan ödənişlərin müqavilənin bağlanma tarixi ilə üst -üstə düşmədiyini, cavabdehə ünvanlanmış ödənişlərə dair qaimə-fakturaların müqavilə tarixindən öncəki tarixləri əhatə etdiyini, texniki səhv nəticəsində iddiaçı tərəfindən onlara ünvanlanmış elektron qaimələrin tərəflərindən qəbul edildiyini, lakin cavabdehin iddiaçı qarşısında mübahisəli dövr üzrə öhdəlik götürmədiyini bildirərək, onlara stansiya xidmətlərinin göstərilməsini inkar etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

24. Hazırkı halda tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə müəyyən vaxtlarda stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlərin edilməsi işin mübahisəsiz halını təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə mübahisəli dövr ərzində stansiya x idmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olması və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

25. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışları və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Həmçinin, iddiaçı 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinə kimi yaranan borc məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, sübut qismində təqdim etdiyi göstərilən sənədlər 2020-ci ilin fevral-noyabr aylarını əhatə edir.

26. İddiaçının məhkəməyə təqdim etdiyi 2020-ci ilin fevral-noyabr aylarında göstə rilmiş xidmətlərə görə tərtib edilmiş elektron qaimələrlə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2, 1.3 və 2.5.3-cü bəndlərinin məzmunundan da göründüyü kimi, elektron qaimə fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. 27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğu nluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xid mətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər dayanmadığından, həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

29. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, FDU arayışları və elektron qaimələrə əsasən 2020-ci ilin fevral-noyabr aylarında göstərilməsi iddia edilən xidmətlərin dəyəri ilə debitor borclar haqqında arayışda həmin dövrdə göstərilməsi iddia edilən xidmətlərə görə yaranmış borc arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda təqdim olunan elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı ödənişin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin sentyabr-noyabr aylarında edilən ödənişlər barədə bildiri şlər isə ya müqavilə üzrə edilən ödənişlərdir, ya da hazırda təqdim olunan qaimələr üzrə yox, başqa nömrəli elektron qaimələr üzrə edilən ödənişlərdir. Beləliklə, həmin ödənişlərin hazırkı mübahisəyə aid olması öz təsdiqini tapmır.

30. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3-cü yarımbəndlərinə istinad etməklə əsaslandırmışdır.

31. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ol unması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli 2-2(103)-1034/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər V.Baxışova və R.Qurbanov).

33. Apellyasiya instansiyası məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının təqdim etdiyi 2020-ci ilin fevral-noyabr aylarında göstərilmiş xidmətlərə görə tərtib edilmiş elektron qaimələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tətbiqi kimi ma ddi hüquq normalarının düzgün tətbiq olunmaması halı istisna olmaqla, hansı ki, həmin halı məhkəmə “faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan” qətnamənin ləğvinə əsas təşkil edən hal kimi qiymətləndirmir, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının sair pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

34. Tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə müəyyən vaxtlarda stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlərin edilməsi işin mübahisəsiz halı olsa da, iddiaçı tərəfindən cavabdehə mübahisəli dövr ərzində stansi ya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

35. İddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışlar və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmət göstərilərkən tərtib edilən ilkin sənədlər yox, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Həmçinin, iddiaçı 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinə kimi yaranan borc məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, sübut qismində təqdim etdiyi göstərilən sənədlər, o cümlədən elektron qaimələr 2020-ci ilin fevral-noyabr aylarını əhatə edir.

36. Elektron qaimələrə münasibətdə qeyd olunmuşdur ki, həmin s ənədlər malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Lakin iş üzrə mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər dayanmadığından, sözügedən elektron qaimələr müvafiq xidmətlərin göstərilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

37. Digər tərəfdən, FDU arayışları və elektron qaimələrə əsasən 2020-ci ilin fevralnoyabr aylarında göstərildiyi irəli sürülən xidmətlərin dəyəri ilə debitor borclar haqqında arayışda həmin dövrdə göstərildiyi qeyd edilən xidmətlərə görə yaranmış borc arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda, təqdim olunan elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı ödənişin edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin sentyabr-noyabr aylarında edilən ödənişlər barədə bildirişlər isə ya müqavilə üzrə edilən ödənişlərdir, ya da hazırda təqdim olunan qaimələr üzrə yox, başqa nömrəli elektron qaimələr üzrə edilən ödənişlərdir ki, həmin ödənişlərin də hazırkı mübahisəyə aidliyi öz təsdiqini tapmır.

38. Bundan əlavə, apellyasiya şikayətində iddiaçının özü də etiraf edir ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi çıxış edən “Təhvilçinin yaddaş vərəqəsi” (QU-45) birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçı həmin sənədlərin apellyasiya baxışında təqdim ediləcəyini bildirsə də, bu instansiyaya da təqdim etməmişdir. Adıçəkilən sənədlər apellyasiya baxışında təqdim ediləcəyi təqdirdə isə əvvəlcə onların yeni sübutlar kimi birinci instansiya məhkəməsində təqdim edilməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmalı, bundan sonra sübut kimi qəbul edilib-edilməməsi məsələsinə baxıla bilərdi.

39. Hazırki kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas verməmişdir. Bu səbəbdən, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayət i isə təmin edilməməlidir.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 398.1, 399.1, 442, 443.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə- fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2022ci il 20 aprel tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiy a Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

41. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

42. MM-in 385-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçının Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 144.793,0 manat yığım hesablanmışdır. Bununla bağlı, cavabdehə 2021-ci il 9 mart tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının müdafiə si üçün məhkəməyə müraciət etmişdir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”na əsasən stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Stansiya xidmətlərinin göstərilməsi işin materiallarında olan kifayət qədər əsaslı sübutlarla təsdiq olunur. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf xidmət müqabilində yaranmış borcunu ödəməmişdi r.

43. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur-məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətləri və bu xidmətlərin həcmini, xidmətin nədən ibarət olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Lakin iddiaçı tərəfindən göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən sübutlara lazımi qiymət verilməmişdir. Belə ki, təqdim edilən elektron qaimələr, yığım vərəqələri iddiaçı tərəfindən cavabdehə hansı stansiya xidmətlərinin göstərildiyini, xidmətlərin həcmini, göstərilmiş xidmətlərə uyğun olaraq hesablanmış yığımlar və bunun müqabilində ödənilməli olan məbləği özündə əks etdirir. Bundan əlavə, məhkəmənin qeyd etdiyinin əksinə olaraq, yığım vərəqələri (Forma FDU-92) sonradan deyil, cavabdehin iştirakı əs asında tərtib edilən və stansiya xidmətlərinin göstərildiyini təsdiq edən ilkin sənəddir.

44. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinədək yaranan borc məbləğini cavabdehdən tələb etsə də, təqdim edilən elektron qaimələr 2020-ci ilin fevral-noyabr aylarını əhatə edir. Qeyd edilməlidir ki, iddia ərizəsində qeyd edilən 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinədək olan vaxt aralığı cavabdehə ümumilikdə stansiya xidmətlərinin göstərildiyi dövrü əhatə edir və iddia ərizəsində məhz bu vaxt aralığı ərzində ayrı-ayrı vaxtlarda ödənilməmiş yığımlar borc olaraq cavabdehdən tələb edilir.

45. Bundan əlavə, məhkəmənin gəldiyi mövqeyə əsasən elektron qaimələr hazırkı mübahisədə xidmətin təqdim edilməsi faktının təsdiqi üçün k ifayət deyil. Lakin mövcud mübahisədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göstərilən stansiya xidmətlərini təsdiq edən yeganə sübut hesab edilmir. Cavabdehin iştirakı ilə tərtib edilən əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) stansiya xidmətlərinin göstərilməsini təsdiq edən başlıca sənədlərdir. Cavabdehə olduğu kimi, daha əvvəl də iddiaçı tərəfindən bir çox hüquqi şəxslərə şifahi razılaşma əsasında stansiya xidmətləri göstərilmiş və bu uzun müddətdir həyata keçirilən davamlı xidmət olduğundan digər müəssisələr və iddiaçı arasında işgüzar adətə çevrilmişdir. Məhkəmə qeyd etmişdir ki, təqdim edilən FDU arayışları və elektron qaimələrdə qeyd edilən stansiya xidmətlərinin dəyəri ilə xidmətlərə görə yaranmış borc arasında uyğunsuzluq var. Bildirilir ki, FDU arayışları v ə elektron qaimələrdə qeyd edilən xidmətin dəyəri ilə ümumilikdə tələb edilən borc arasında uyğunsuzluq olması başadüşüləndir. Belə ki, cavabdeh tərəfindən göstərilmiş stansiya xidmətlərinin bir qismi üçün daha əvvəl ödəniş edilmiş və tələb edilən borc bu ödənişlər çıxılmaqla hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəmə sinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “ Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə t utulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir....” “2.5. Elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə malın (işin, xidmətin) alıcısının tam adı və VÖEN-i göstərilməlidir. 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), t əhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır”. “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qə bul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

55. Məhkəmə kollegiyasının iş üzrə mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

56. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya iddiaçının həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 33-39).

57. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instan siya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

59. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli, 2-2(103)-1034/2022 saylı qətnaməsi dəyişdirilmədən sa xlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar