Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-208/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi, borclunun icranı gecikdirməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 12 dekabr tarixli 2-2(107)-90/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2012-ci il 2 fevral tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" İKB ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 3.000.000 manat pulu 36 ay müddətinə illik 15%-lə borclu Cavabdeh ASC-nin sədri X6 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun, cəmi 3.341.973,79 manat pulun tutulması, tutmanın Cavabd eh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-yə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380.520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761.040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsi).
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və həmi n avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi).
4. Bakı Apellyasiya Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru Sərdarov Məmmədin 2015-ci il 1 sentyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(103)-708/2014 nömrəli icra sənədi üzrə icraata başlanmışdır.
5. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 2015-ci il 1 sentyabr tarixində “Tələbin könüllü icrası barədə” bildiriş verilmişdir. 6. 2015-ci il 7 sentyabr tarixdə Cavabdeh ASC-nin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubundan görünür ki, dövlət bü dcəsinə 2015-ci ilin yanvar ayından 50 min manatdan çox borc ödənilmişdir. Həmçinin ödənilməmiş vergi borcları mövcuddur. Həmin borclar tam ödənilməyənədək "xxxx" İKB banka olan borcun ödənilməsi mümkün deyildir. 7. 2015-ci il 16 sentyabr tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. 8. 2015-ci il 16 sentyabr tarixində Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatında Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862%-i hissəsində səhmləri Bakı şəhərində yerləşən Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsi xahiş edilmiş, qalan hissədə isə öhdəliyin tərəfindən təmin edildiyini bildirmişdir.
9. M ingəçevir şəhər İcra və Probasiya şöbəsi 2015-ci il 21 oktyabr tarixində "xxxx" İKB-yə təklif göndərərək üzərinə həbs qoyulmuş Cavabdeh ASC-yə məxsus ilkin satış qiyməti 761.040 manat olan 380.520 ədəd səhmi və ilkin satış qiyməti 281.427 manat olan 77 ədəd daşınar əmlakın alınmasını təklif etmişdir. 10. "xxxx" MMC tərəfindən ümumi qiyməti 281.427 manat məbləğində 77 adda daşınar əmlakların hərrac vasitəsilə satılması ilə bağlı 2016-ci il 19 fevral tarixinə saat 11:00-a, 2016-cı il 15 aprel tarixinə saat 11:00-a, 2016-cı il 29 aprel tarixinə saat 11:00-a, 2016-cı il 4 mart tarixinə saat 11:00-a hərraclar təyin edilmiş, nəhayət 2016-cı il 17 may tarixində satış həyata keçirilmişdir. 11. "xxxx" MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” 2016-ci il 17 may tarixli 25/01-1 nömrəli P rotokoldan görünür ki, sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196.998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır.
12. Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən 5866,7 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin tam mülkiyyət hüququ 2013-cü il 3 oktyabr tarixdə dövlət qeydiyyatına alınmışdır.
13. Mingəçevir şəhəri Heydər Əliyev prospekti 65 ünvanında yerləşən 14,5418 hektar torpaq sahəsində olan 6.184,3 kv.m qeydi-yaşayış sahəsi Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir.
14. Nəsimi rayon İcra şöbəsinin 2016-cı il 19 avqust tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 8(006)-917/2016 nömrəli 2016-cı il 21 iyul tarixli qərardadı ilə Cavabdeh ASC-nin mülkiyyətində olan M ingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
15. DƏDRX-in 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. 16. "xxxx" MMC-nin 2016-cı il 15 dekabr tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir. 17. "xxxx" Bankın 2017-ci il 1 fevral tarixində Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünv anladığı məktubunda qeyd edilmişdir ki, qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. Həmin məktubda "xxxx" İKB ASC bildirir ki, borclu Cavabdeh ASC-nin səhmlərinin artıq 87,5862% həcmində olan hissəsinin səhmdarı olması nəzərə alınarsa, icra sənədi üzrə "xxxx" İKB ASC həm tələbkar, həm də borclu (Azərkabel ASC-yə münasibətdə) qismində çıxış edir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən "xxxx" İKB ASC Mingəçevir İcra şöbəsindən Cavabd eh ASC-yə münasibətdə icra tədbirlərinin dayandırılmasını, icra sənədinin "xxxx" MMC hərrac mərkəzindən geri qaytarılmasını, icra sənədi üzrə digər borclulara münasibətdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir.
18. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 2017-ci il 3 fevral tarixli məktubunda qeyd edilmişdir ki, icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur.
19. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən müəyyən edilmişdir ki, Bakı Şə həri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsi üzrə Cavabdeh ASC tərəfindən 2014-cü il 14 fevral tarixində 7.333,90 manat, 2015-ci il 30 dekabr tarixində 761.040 manat məbləğində və 2016-cı il 24 iyun tarixində 182.927 manat, cəmi 951.300,90 manat məbləğində ödənişlər edilmiş, 2.390.672,89 manat borc qalmışdır. 20. "xxxx" İKB ASC 1994-cü il 25 fevral tarixində qeydiyyata alınmış, 2019-cu il 25 noyabr tarixində adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Qanuni təmsilçisi X8r.
21. Cavabdeh ASC-nin təsisçiləri 87,5862 % hissə ilə əvvəlki adı "xxxx" QSC, hazırkı adı isə "xxxx" MMC və reyestrdə göstərilən digər şəxslərdir. 2022-ci il 23 sentyabr tarixinə Müşahidə şurasının üzvləri isə X15, X13 və Nümayəndə1dur. 22. "xxxx" MMC-nin tək təsisçisi və rəhbəri X12r. 23. 2017- ci il 26 may tarixli “Səhmlərin alqı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" İKB ASC 380.520 ədəd adi adlı səhmləri hər biri 2 manat olmaqla 761.040 manata "xxxx" QSC-yə satdı.
24. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli 2(103)-175/2023 saylı qətnaməsində əldən çıxmış fayda hesablanarkən cavabdehin pul öhdəliyinin icra edilməməsində təqsirli pozuntusunun olması səbəbi ilə əldən çıxmış fayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 447.5-ci maddəsinə əsasən hesablanmışdır. Bu barədə tələb təmin edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
25. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 8 aprel tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, 2012-ci il 2 fevral tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.074.376 manat məbləğində əldən çıxmış faydanın və 1.327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən borcun ödənilməsi qət edilmişdir. Qətnamədən sonra müəyyən ödənişlər edilmiş, lakin borc tam ödənilməmişdir. Kredit borcunun ödənilməsi üçün girov qoyulmuş əmlaklar satışa qoyulmuş, 2016-ci ildə cavabdehdə olan səhmlər və daşınar əmlakları satılmış, lakin əmlakların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməmişdir.
27. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müəssisə nin vergiyə borcu olduğundan bankdan kredit götürülmüşdür. Müəssisənin 16 ha torpaq sahəsi və həmin torpaq sahəsində qeyri-yaşayış tikililəri vardır. Həmin torpaqların və binaların sahibi iddiaçıdır. Hazırda da iddiaçı bank cavabdehin idarəedicisidir və iddiaçının qərarı olmadan cavabdeh heç bir hərəkət edə bilməz. Qeyd edilən torpağın bir hissəsi satılmaqla borc tam formada ödənilə bilər. Vaxtı ilə iddiaçı özü müvafiq qərarının icrasını cavabdehin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə yönəldilməməsini tələb etmişdir. Torpağın bir hissəsi satılsa, banka olan borclarını ödəyə bilərlər. Onda olan məlumata görə, "xxxx" MMC bankın törəmə müəssisəsidir. Hazırda o, cavabdehin direktoru olaraq bütün qərarları iddiaçının göstərişi ilə qəbul edir.
28. Cavabdehin nümayəndəsi 2022-ci il 6 may tar ixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
29. Şəki Kommersiya Məhkəməsi tərəfindən təyin edilmiş 2022-ci il 19 iyul tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, tərəflər arasında bağlanan müqavilə üzrə borclu tərəfindən cəmi 951.300 manat məbləğində ödəniş edilmişdir. 2013-cü il 17 sentyabr tarixindən 2021-ci il 7 oktyabr tarixinə ödənilməyən borca münasibətdə illik beş faizlə hesablanan faiz borcu 1.070.851,35 manat məbləğində müəyyən olunmuşdur.
30. İddiaçının 2023-cü il 21 avqust tarixində məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, cavabdehə məxsus olan 87,5862%, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmlər 2015-ci il 23 dekabr tarixində 761.040 manat dəyərində "xxxx" İKB ASC-nin balansına keçmişdir. 2017-ci il 26 may tarixli səhmlə rin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər 761.040 manata "xxxx" QSC-yə satılmışdır.
31. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 22 avqust tarixli e-2-2(117)-/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – M.Hüseynov).
32. Məhkəmə qeyd etmişdir ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, (2012-ci il 2 fevral tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsi üzrə - bax § 1) borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən, kreditor "xxxx" İKB tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2013-cü il 17 sentyabr tarixli qətnaməsinə əsasən, cavabdehlər hazırki iş üzrə cavabdehdən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, 2013-cü il 11 ap rel tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun tutulması, tutmanın hazırki iş üzrə cavabdehin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-yə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380.520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761.040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsi ha zırkı iş üzrə cavabdehə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir.
33. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar görülən işlər iş materiallarında öz əksini tapmışdır. Qətnamə icraya yönəldikdən sonra hazırkı iş üzrə cavabdehin səhmlərinin cavabdehə məxsus olan 87,5862%, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, hazırki iş üzrə cavabdehə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. 2015-ci il 23 dekabr tarixində 761.040 manat dəyərində səhm "xxxx" İKB ASC-nin balansına keçmiş, 2017- ci il 26 may tarixində səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər hər biri 2 manat olmaqla 761.040 manata "xxxx" QSC-yə satılmışdır. Bundan əlavə, 2015-ci il 16 sentyabr tarixində “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. "xxxx" MMC tərəfindən 2016-ci il 17 may tarixində hərrac keçirilmiş, sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196.998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır.
34. Həmçinin cavabdehə məxsus daşınmaz əmlakla bağlı icra tədbirləri görülmüş, Nəsimi rayon Məhkəməsinin 2016-cı il 21 iyul tarixli 8(006)-917/2016 nömrəli qərardadı ilə hazırki iş üzrə cavabdehin mülkiyyətində o lan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmış və həmin qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir ("xxxx" MMC-nin 2016-cı il 15 dekabr tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatında əks olunmuşdur). DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubuna əsasən məhkəmə müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Lakin Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə 2017-ci il 3 fevral tarixində müraciət olunaraq icra müddəti ərzində tələbkar “Nikoil ” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Odur ki, həmin əmlakın satışı həyata keçirilməmiş və nəticədə cavabdehin borcunun bir hissəsi ödənilməmiş qalmışdır.
35. Nəticədə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsi üzrə hazırki iş üzrə cavabdeh tərəfindən 2014-cü il 14 fevral tarixində 7.333,90 manat, 2015-ci il 30 dekabr tarixində 761.040 manat məbləğində və 2016-cı il 24 iyun tarixində 182.927 manat, cəmi 951.300,90 manat məbləğində ödənişlər edilmiş, cavabdehin 2.390.672,89 ma nat borcu qalmışdır.
36. İddiaçı hazırkı iddiada ona ödənilməyən pul məbləğinə münasibətdə MM-in 447.5-ci maddəsinin tələblərinə əsasən illik 5 faiz olmaqla cəmi 1.074.376 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə bu məbləğin 1.070.851,35 manat olması müəyyən edilmişdir.
37. Məhkəmə əvvəlcə “iddia müddətinin tətbiqi barədə” cavabdehin ərizəsinə hüquqi qiymət verməyi zəruri hesab etmişdir. Hazırki iddia tələbi üzrə əldən çıxmış fayda qismində tələb edilən pul məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 17 sentyabr tarixli qətnaməsinə əsasən hazırkı iş üzrə cavabdehdən və digər cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş vəsaitin ödənilməməsi ilə bağlıdır. Həmin qətnamə qeyd edilən hissədə Bakı Apellya siya Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi ilə qismən dəyişdirilsə də, qüvvədə qalmış və icraya yönəldilmişdir. MMin 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına görə əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi, məhkəmə qərarı ilə əmələ gələn tələb üzrə iddia müddəti 30 il müəyyən olunmuşdur. Odur ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir.
38. Hazırki iddia tələbi üzrə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyildir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür.
39. Məhkəmə hesab etmişdir ki, hazırkı tələbin əsaslandığı məhkəmə qərarının icrası istiqamətind ə kifayət qədər tədbirlər görülmüşdür. Bu tədbirlərin aparılması zamanı tərtib edilmiş sənədlərdə cavabdehin nümayəndəsinin də imzası vardır və cavabdeh tərəfindən tədbirlərin həyata keçirilməsinə maneçilik yaradan hallar olmamışdır. Əksinə, öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən lazımi addımlar atılmış, icranın gecikdirilməsinə şərait yaradacaq halların aradan qaldırılması üçün müraciətlər edilmişdir. Belə ki, 2015-ci il 16 sentyabr tarixində cavabdehin hüquqi şəxsin rəhbəri Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatı da bunu sübut etmişdir. Əvvəllər olduğu kimi, hazırda da cavabdeh müvafiq məhkəmə qətnaməsi əsasında tutulan məbləğin ödənilməsi ilə bağlı əsas idarəedici səhm səsinə malik və müvafiq yaratdığı hüquqi şəxs ilə təmsil edilən iddiaçı tə rəfindən qəbul ediləcək müvafiq qərar əsasında icra edilməsinin mümkünlüyünü bildirmişdir.
40. Belə ki, icra müddəti ərzində tələbkar, yəni hazırkı iddiaçının tələbi ilə qalan pul vəsaitinin ödənilməsi ilə bağlı icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş təxminən 1,7 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı müvafiq tədbirlərin dayandırılması müvafiq qətnamənin tam icra edilməməsinə səbəb olmuş, yəni “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Bundan sonra icra tədbirləri dayandırılmış və qalan borcun ödənilməsinin təmin edilməsi mümkün olmamışdır.
41. Bütün bu hall ara görə, cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə işin araşdırması zamanı müəyyən etmişdir ki, cavabdehin təsisçiləri "xxxx" QSC, "xxxx" MMC-dir (87,5862%) və Cavabdeh ASC-nin Müşahidə şurasının hazırki üzvləri isə Nümayəndə1, X15, X9 və X10r. Eyni zamanda, iddiaçı 87,5862 % faiz səhmini satdığını bildirsə də, iddiaçıda mühüm vəzifədə işləyən Nümayəndə1 cavabdehin müşahidə şurasında təmsil olunması onu bir daha təsdiq etmişdir ki, müvafiq hüquqi şəxslər vasitəsilə təmsil olunsa da, cavabdehin idarəedicisi olmaqla bütün qərarların qəbul edilməsində iddiaçının hüququ vardır.
42. Qeyd edilən müvafiq m əhkəmə qətnaməsi əsasında tutulmuş vəsaitin hazırkı vaxta kimi ödənilməməsində cavabdehin təqsirli davranışları yox, icra hərəkətlərinin dayandırılması ilə bağlı Mingəçevir İcra Şöbəsinə yazdığı 2017-ci il 12 fevral tarixli 02-336 nömrəli məktubla iddiaçının davranışları mövcuddur. Əks təqdirdə, qeyd edilən borc müvafiq icra hərəkətləri nəticəsində hazırkı vaxta kimi icra oluna bilərdi. Bundan əlavə, cavabdehin idarəçisi olaraq iddiaçının sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 ha torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsi inandırıcı deyildir. Bu halda da cavabdehin təqsirli davranışı mövcud deyildir. Bu hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir.
43. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 49.4, 107-7.1, 107.3, 385.1, 386.1, 421.1, 425.1, 430.1, 442, 443.1, 443.7, 443.9, 443.10, 445.1, 445.4, 445.5, 445.6, 445.7, 445.8, 449.1 və 551.2.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarları na; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
45. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 dekabr tarixli 2-2(107)-90/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhkəmə qərarı ilə əmələ gələn tələb üzrə iddia müddətini n ötməməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, hazırkı tələb məhkəmə qərarına əsasən əmələ gələn tələb deyil, öhdəlikdən irəli gələn pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizin ödənilməsi barədə tələbdir. Ona görə də hazırkı mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı MM-nin 551.1-ci maddəsi tətbiq edilməlidir ki, həmin normanın tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarına istinad edərək cavabdehin hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülməsi barədə bəyanının əsassız olması nəticəsinə gəlmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qalan məsələlər barədə mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Hazırkı iddia tələbi üzrə isə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyil dir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür.
48. Hazırkı tələbin əsaslandığı məhkəmə qərarının icrası istiqamətində kifayət qədər tədbirlər görülmüşdür. Bu tədbirlərin aparılması zamanı tərtib edilmiş sənədlərdə cavabdehin nümayəndəsinin də imzası vardır və cavabdeh tərəfindən tədbirlərin həyata keçirilməsinə maneçilik yaradan hallar olmamışdır. Əksinə, öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən lazımi addımlar atılmış, icranın gecikdirilməsinə şərait yaradacaq halların aradan qaldırılması üçün müraciətlər edilmişdir. Belə ki, 2015-ci il 16 sentyabr tarixində cavabdehin hüquqi şəxsin rəhbəri Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatı da bunu sübut edir. Əvvəllər olduğu kimi, hazırda da cavabdeh müvafiq məhkəmə qətnaməsi əsasında tutulan məbləğin ödənilməsi ilə bağlı əsas idarəedici səhm səsinə malik və müvafiq yaratdığı hüquqi şəxs ilə təmsil edilən İddiaçı ASC tərəfindən qəbul ediləcək müvafiq qərar əsasında icra edilməsinin mümkünlüyünü bildirir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qətnamənin icrasına hər hansı maneçilik törədilməməsi, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli halların müəyyən edilmədiyinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
49. Cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 40.3, 385.1, 386.1, 425.1, 430.1, 442, 443.1, 443.7, 443.7, 443.9, 443.10, 445.1, 445.4, 445.5, 445.6, 445.7, 445.8-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli qərarına; MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
51. İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək həmin qətnamənin ləğv, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. MM-in 445.7 -ci maddəsi üzrə - Hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək) cavabdeh borcu tam qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Hətta Konstitusiya Məhkəməsinin MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il 29 mart tarixli qərarında vurğulanmışdır ki, MM-in 445.7-ci maddəsinə u yğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
53. MM-in 449-cu maddəsi üzrə - Həmin maddənin tətbiqi düzgün olmamışdır. Belə ki, həm həmin normadan, həm də məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarından görünür ki, qeyd olunan maddənin dispozisiyası tamam fərqli münasibətlərdən bəhs edir. Məhz normadan göründüyü kimi, borclu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdırsa, bu zaman o, MM-in 449-cu maddəsi üzrə hüquqi tədbirə (sanksiyaya) məruz qalmalıdır. Sözügedən plenum qərarında açıqca göstərilmişdir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Hazırkı iddia tələbinin hüquqi əsasını MM-in 445.7-ci maddəsinin təşkil etməsinə baxmayaraq, məhkəmə 449-cu maddəsinin tələblərindən çıxış edərək belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, tələbin ipoteka predmetinə yönəldilməsindən sonra məsuliyyətdən azad olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məlumatına görə bu gün bank uçot dərəcəsi 8 faizdən artıqdır. Belə olan təqdirdə isə iddiaçı 449-cumaddənin tələbindən çıxış etmiş olardısa, onda ən azında n, 5 faiz yox, bank uçot dərəcəsinə uyğun (8 faiz) pul tələb etmiş olardı.
54. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında qeyd edilmiş “Məhkəmə qərarlarının icrası haqqında” Qanunla məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz” ifadəsi nə birinci instansiya məhkəməsi tərəfindən, nə də ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün təfsir edilmişdir. Konstitusiya Məhkəməsi girov əmlakın b orclu tərəfindən “könüllü qaydada təhvil verilməsini” ön plana çəksə də, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, məhz burada ipoteka predmetindən yox, girov əmlakdan söhbət gedir. Aydın məsələdir ki, ipoteka predmeti ilə girov əmlakın fərqli-fərqli anlayışlar olduğu və hansı əmlakın ipoteka, hansının isə girov sayıldığı qanunvericilikdə göstərilmişdir. MM-in 269.3 və 269.4-cü maddələrinə istinadən deyə bilərik ki, girov daşınar əşyalara, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məntiqi təhlil də onu göstərir ki, girov əmlak gərək borclu şəxsin özündə olsun ki, o, könüllü şəkildə həmin əmlakı təhvil verməklə 449-a uyğun məsuliyyətdən azad olsun. Göründüyü kimi, bütün girov əmlak (hansı ki, girovsaxlayanda olan əmlak) yox, yalnız borclunun özündə olan girov əmlakdan söhbət gedir.
55. Hətta məhkəmələr cavabdehin nümayəndəsinin 2015-ci il 16 sentyabr tarixində icra şöbəsində verdiyi izahatına da diqqət etməmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, cavabdehin 87,5862% səhmləri Bakı şəhərində Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi səhmlər (onların ipoteka predmeti olmasını nəzərə almasaq belə) Milli Depozit Mərkəzində olduğundan artıq cavabdehin həmin səhmləri könüllü şəkildə təhvil verməsi absurd məsələdir, cavabdehdə olmayan bir əşyanın bir digər şəxsə təhvil verməsi mümkün olmayan bir haldır. Bütün bu deyilənlər bir daha onu təsdiq edir ki, hazırkı mübahisəyə MMin 449-cu maddəsinin tətbiqi əsassız olmuşdur.
56. MM-in 107-7.5-ci maddəsi üzrə - Səhmdar cəmiyyətinin müşahidə şurasının üzvlərinin kimlər ola bilməsi, həmçinin bu üzvə kimin təyin oluna bilməməsi açıq şəkildə göstərilmişdir. Məhkəmə iddiaçının əməkdaşı olan Nümayəndə1 eyni zamanda, həm də cavabdehin müşahidə şurasının üzvü olmasını önə çəksə də, Nümayəndə1 belə vəzifə tutmasında heç bir məhdudiyyətin olmadığı nəzərə alınmalıdır. Nümayəndə1 ayrı-ayrı cəmiyyətlərdə müxtəlif vəzifə tutması hər iki cəmiyyətin bir-biri ilə əlaqəli və birinin digərinin idarəedicisi olması qənaətinə gəlməyə əsas verə bilməz.
57. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gələrək həm borcun gecikdirilməsi halının olmamasını, həm də daşınmaz əmlakın satılacağı halda borcun qarşılanaca ğını bildirmişdir. Halbuki iş materiallarında olan sənədlərdə, hətta iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının müvafiq rəyində də cavabdehin bank qarşısında borclu olduğu göstərilmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, üzərinə həbs qoyulmuş əmlakın dəyəri "xxxx" MMC tərəfindən 65.000 manat qiymətləndirlmişdir. Hazırda cavabdehin qətnamə üzrə banka olan borcu isə iki milyondan artıqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavil ə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (zamana görə qüvvədə olan redaksiyası)...” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki: "... Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsin in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar)....”
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.
66. Kassator bildirir ki, MM-in 445.7-ci maddəsinə uyğun olaraq, hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək) cavabdeh borcu tam qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.
67. Halbuki mübasiləndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin hüququnu mahiyyət etibarilə şübhə altına almamış, sadəcə olaraq hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən borcun gecikdirilməsi hallarının mövcud olmadığı qənaətinə gəlmişdir. 6
8. Məhkəmə kollegiyası da sözügedən hüququn mövcudluğuna dair eyni mövqedən çıxış edərək hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka və ya girov predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir.
69. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 63) görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
70. Göründüyü kimi, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illi k beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
71. Həmçinin məhkəmə kollegiyası iddiaçının Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinadən məsuliyyətdən azadetmənin ipoteka predmetinin deyil, yalnız borclunun özündə olan girov əmlakın təhvil verilməsinə aid olmasına dəlilləri ilə də razılaşmır. Ən azından, ona görə ki, sözügedən Qərarda formaladırılmış hüquqi mövqelər məhz tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və mənzil sahibinin, onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzildən çıxarılması ilə əlaqədar yaranmış fərdi mübahisənin araşdırılması fonunda ifadə olunmuşdur. X7 Məhkəməsi Plenumu heç də ipoteka və girov qoyulmuş əmlakların tələbkara təhvili verilməsi ilə əlaqədar borclunun təqsiri üzrə fərqli hüquqi tənzi mləmələrin mövcudluğu qənaətinə gəlməmişdir.
72. Kassatorun mövqeyinə görə, məkhəmələr cavabdehin nümayəndəsinin 2015-ci il 16 sentyabr tarixində icra şöbəsində verdiyi izahatına diqqət etməmişlər. Belə ki, o, izahatında bildirmişdir ki, cavabdehin 87,5862% səhmləri Bakı şəhərində Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, səhmlər Milli Depozit Mərkəzində olduğundan artıq cavabdehin həmin səhmləri könüllü şəkildə təhvil verməsi absurd məsələdir, cavabdehdə olmayan bir əşyanın bir digər şəxsə təhvil verməsi mümkün olmayan bir haldır. Bütün bu deyilənlər bir daha onu təsdiq edir ki, hazırkı mübahisəyə MM-in 449-cu maddəsinin tətbiqi əsassız olmuşdur.
73. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halların dan isə məlum olur ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi 2015-ci il 12 oktyabr tarixində "xxxx" X5 təklif göndərərək üzərinə həbs qoyulmuş cavabdehə məxsus ilkin satış qiyməti 761.040 manat olan 380.520 ədəd səhmi alınmasını təklif etmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdehin səhmlərinin cavabdehə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. 2015-ci il 23 dekabr tarixində 761.040 manat dəyərində səhm "xxxx" İKB ASC-nin balansına keçmiş, 2017-ci il 26 may tarixində səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər hər biri 2 manat olmaqla 761.040 manata "xxxx" QSC-yə satılmışdır.
74. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bununla bağlı dəlildə göstərilən pozuntuya yol verməmişdir.
75. Bununla belə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qüvvədə saxlanması mümkün deyildir.
76. Mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə 2017-ci il 3 fevral tarixində müraciət olunaraq icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Odur ki, hə min əmlakın satışı həyata keçirilməmiş və nəticədə cavabdehin borcunun bir hissəsi ödənilməmiş qalmışdır.
77. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyildir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür.
78. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, "xxxx" MMCnin 2016-cı il 15 dekabr tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir.
79. İş materiallarında olan həmin hesabatdan (İ cild, i/v 107-108) məlum olur ki, 650.000 manat ilkin qiymət həm Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 ha torpaq sahəsinə, həm də onun üzərindəki qeyri-yaşayış binasına münasibətdə birlikdə müəyyən edilmişdir.
80. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, son nəticədə cavabdehin iddiaçıya 2.390.672,89 manat borcu qalmışdır.
81. Göründüyü kimi, hətta sözügedən torpaq sahəsi və qeyri-yaşayış binası satılacağı halda belə, satışdan əldə olunan pul vəsaiti hesabına borcun böyük hissəsini ödəmək mümkün deyildi.
82. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən qeyd olunanları nəzərə almamış, bununla da qanunu səhv tətbiq edərək iş üzrə yanlış nəticəyə gəlmişdir.
83. Belə ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsi ndə (bax § 61) öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.
84. MM-in 399.3 və 399.4-cü maddələrinin (bax § 61) tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
85. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada - bax § 61) ondan ibarət idi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsas lardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
86. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 62) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
87. Həmçinin yuxarıd a qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
88. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müq aviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, girov predmeti kreditora təhvil verilənədək (borcun tam şəkildə ödənilməsi şərtilə) borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
89. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasınd a yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
90. Bu mənada, cavabdehin idarəçisi olaraq iddiaçının sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 hektar torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsinin inandırıcı olmamasına dair məhkəmənin dəlilləri konkret sübutlarla əsaslandırılmadan, ümumi xarakterli ifadələrlə bildirildiyindən məhkəmə kollegiyası həmin dəlilləri yalnız məhkəmənin subyektiv xarakterli mülahizələri kimi qiymətləndirir və onları əsaslı hesab etmir.
91. O da qeyd olunmalıdır ki, iddiaçı təşkilatda mühüm vəzifədə işləyən Nümayəndə1 cavabdehin müşahidə şurasında təmsil olunması, həmçinin cavabdehin idarəedicisi olmaqla bütün qərarların qəbul edilməsində iddiaçının hüququnun olması (hətta həmin xüsusatlar həqiqət olsa belə) cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə mane ola bilməz. Ən azından, ona görə ki, qanunda və tərəflər arasındakı razılaşma(lar)da bununla bağlı hər hansı məhdudlaşdırıcı müddəalar nəzərdə tutulmamışdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə bağlı mövqey i də qanuni və əsaslı hesab oluna bilməz.
92. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya faktiki təhvil verilmiş əmlakın və təhvil verilməsi iddiaçının özünün arzusu ilə baş tutmamış əmlakın (qeyri-yaşayış sahəsinin) dəyəri ilə cavabdehin borcunun örtülən (bağlanan) hissəsində icra hərəkətlərinin cavabdeh tərəfindən hər hansı şəkildə qərəzli gecikdirilməsinə yol verilmədiyi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, hesab edir ki, mövcud borcun qalan hissəsində məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir.
93. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 64) tələblərini pozmuş, qanunu düz gün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 64) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
94. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 dekabr tarixli 2-2(107)-90/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
95. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən cavabdehin iddiaçıya faktiki (mövcud) borcundan iddiaçının özünün arzusu ilə ona təhvil verilməmiş qeyri-yaşayış sahəsinin dəyərini çıxdıqdan sonra borcun qalan hissəsinə münasibətdə iddia tələbinə yuxarıda əks olunan hüquqi mövqelərə uyğun olaraq qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
96. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 dekabr tarixli 2-2(107)-90/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.