Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-209/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: “borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər 13.04.2022 Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-218/2021 saylı qətnaməsindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 07 dekabr 2015-ci il tarixli ABR-SFT/122015 saylı müqaviləyə görə, həmin müqavilə satıcı İddiaçı tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş, alıcı Cavabdeh MMC tərəfindən isə imzalanmamışdır.
2. Müqavilənin 1-ci bəndinə əsasən satıcı müxtəlif avadanlıqları (bundan sonra mallar adlandırılacaq) bu müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş texniki xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun olaraq alıcıya təchiz etməyi, alıcı isə onları qəbul edib, qiymətini satıcıya ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən təchiz edilən bütün mallar avans ödənişinin tarixindən altmış (60) gün ərzində çatdırılmalıdır.
4. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müq avilənin ümumi dəyəri 1 nömrəli əlavəyə əsasən 270.518 (iki yüz yetmiş min beş yüz on səkkiz) ABŞ dolları təşkil edir və həmin məbləğ 35% avans olaraq, 65%-i isə mallar çatdırıldıqdan sonra 30 gün ərzində bu müqavilənin imzalanmış nüsxəsi və proforma hesabı satıcı tərəfindən təqdim edildikdən sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. 5. 5.2-ci bəndinə uyğun olaraq satıcı avans ödəmənin tarixindən 60 (altmış) gün ərzində malı alıcıya çatdırmadığı halda alıcının ödədiyi ilkin ödənişi və gecikdirilən malların məbləğin hər gecikdirilən gün üçün 1%-ni təşkil edən cəriməni alıcının hesabına qaytarmalıdır.
6. İddiaçı və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 27.11.2016-cı il tarixli akta görə, 27.11.2016-cı il üçün Cavabdeh MMC-nin İddiaçınə 299.545 (iki yüz doxsan doqquz min beş yüz qırx beş) ABŞ dolları məbləğində borcu var. Həmçinin Cavabdeh MMC tərəfindən İddiaçınə verilmiş bütün sifarişlər çatdırılmış və qəbul edilmiş, akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli, 5/578 saylı ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsi axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Aktın nüsxəsinin aşağı sağ hissəsində olan möhür əksinin görünüşü axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. Həmin aktın nüsxəsinin sol hissəsində olan möhür əksinin təsviri Cavabdeh MMC tərəfindən təqdim edilmiş 12.07.2017-ci il tarixli 43/17 SLİ saylı və 27.06.2011-ci il tarixli 003/11 saylı alqı-satqı müqavilələrində (i.v. 228-230) olan “AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdir. 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sağ hissəsində olan imzanın görünüşü axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdir. 27 noyabr 2016-cı il ta rixli borcun etirafı barədə aktın nüsxəsinin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli, 4/639 saylı ekspert rəyinə görə, mülki işin 185-ci vərəqində olan 27 noyabr 2016-cı il tarixli aktda “Salahov Alim” yazılarının üstündəki imza, 218-219-cu vərəqələrində olan 12 iyul 2017-ci il tarixli, 43/17SLİ nömrəli alqı-satqı müqaviləsinin 2-ci vərəqənin aşağı sol küncündə “/Salahov A.İ./” soyadı önündəki imza, 220-222-ci vərəqələrində olan 27 iyun 2011-ci il tarixli 003/11 nömrəli alqı-satqı müqaviləsinin 3-cü vərəqində “Salahov A.İ” və “A.İ.Salahov” soyadları önündəki imzalar – öz aralarında eyni bir şəxs tərəfindən imza olunmuşdur.
9. İddia çı Cavabdeh MMC-yə ünvanladığı 17.10.2019-cu il tarixli pretenziya məktubunda 07.12.2015-ci il tarixli müqaviləyə əsasən tərəflərindən cavabdehə cəmi 205.756 ABŞ dolları məbləğində malın verildiyi, cavabdeh tərəfindən sonuncu ödənişin 28.09.2018-ci il tarixdə edildiyi və müqavilə şərtlərinə əsasən hesablanmış cərimə daxil olmaqla 28.09.2018-ci il tarixə cavabdehin borcunun 219.282,60 manat təşkil etdiyi göstərilmiş, cavabdehdən 299.545 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 299.545 ABŞ dolları məbləğində əsas borcun, 30.000 ABŞ dolları məbləğində zərərin əvəzinin, cəmi 329.545 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kompyuter avadanlıqları və texnologiyaları, proqram təminatlarının quraşdırılması və satışı ilə məşğuldur. İddiaçı şirkətlə cavabdeh arasında 07.12.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı "xxxx" MMC-ni müxtəlif avadanlıqlarla təchiz edir, alıcı "xxxx" MMC isə həmin avadanlıqların qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür. Bu mallar alıcı "xxxx" MMC-yə X1 Dubay şəhəri logistika şirkəti vasitəsi ilə təhvil verilmişdir. Müəssisələr arasınd a olan rəsmi və nağd ödənişlərin hamısı, 27 noyabr 2016-cı ildə olan hesablaşmalar da nəzərə alınmaqla "xxxx" MMC-nin İddiaçınə ümumi borcu 27 noyabr 2016-cı il tarixə 299.545 ABŞ dolları təşkil edir. Mallar qəbul edildikdən sonra cavabdeh "xxxx" MMC müqavilə şərtlərinə uyğun olaraq, 27.11.2016-cı il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında razılaşma sənədi tərtib edilmişdir ki, bu sənəddən göründüyü kimi "xxxx" MMC İddiaçınə 299.545 ABŞ dolları borcludur. Göstərilən müqavilədən əlavə digər müqavilə də mövcud olmuşdur ki, xırda ödənişlərlə 2016-2019-cu illər ərzində ödəmələr aparılmış, lakin sonda razılaşma protokolunda göstərilən məbləğ bu günə qədər ödənilməmişdir. Bu sənəd tərtib edildikdən və müəssisəyə təqdim edildikdən sonra "xxxx" MMC-nin rəhbərliyi onlarla əlaqəyə çıxmaqdan yayınmış, müraciətlərinə əhəmiyyətli, dolğun bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş, öhdəliyini icra etməmişdir. Odur ki, qeyd olunan pul cavabdehdən məhkəmə qaydasında tələb edilməlidir. Cavabdeh bu hərəkəti ilə onlara ən azı 30.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Ona görə də cavabdeh əsas borcdan başqa onlara zərərin əvəz olaraq 30 000 ABŞ dolları da ödəməlidir. Bundan başqa, iddia qaldırılması üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(113)-200/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 173,52 manat məbləğində pul vəsaitinin 86,76 manat hissəsi iddiaçıdan, 86,76 manat hissəsi isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin ona alqı-satqı müqaviləsindən irəli gələn 299.545 ABŞ dolları məbləğində borcunun olmasını sübuta yetirmək üçün tərəflərin təsdiq etdikləri 27.11.2016-cı il tarixli akta istinad etmiş, cavabdeh isə mübahisəli aktda göstərilən borcun mövcud olmasını, eləcə də ümumiyyətlə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını və iddiaçı tərəfindən malların təqdim edilməsini inkar etmişdir.
14. İddiaçının istinad etdiyi 27.11.2016-cı il tarixli aktda cavabdehin iddiaçıya 299.545 ABŞ dolları məbləğində borcunun olması həmin vaxt ş irkətin direktoru olmuş A.Salahov tərəfindən təsdiq edilmişdir (göstərilən hal iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir). Lakin sözügedən aktda həmin borcun hansı əsaslarla (hansı müqavilə əsasında, hansı mallara və ya xidmətlərə görə) və nə vaxt (və ya hansı müddət üçün) yaranması göstərilməmiş, eləcə də həmin borcun yaranması üçün əsas olan ilkin mühasibat uçotu sənədlərinə istinad edilməmişdir.
15. Məhkəmə tərəfindən iddiaçıya mübahisəli borcun yaranması üçün əsas olmuş ticarət əməliyyatlarını (malların cavabdehə təqdim edilməsini) təsdiq edən ilkin mühasibat uçotu sənədlərinin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
16. Mübahisəli borcun yaranması üçün əsas olm uş malların cavabdehə təhvil verilməsini təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş invoys və yükün göndərilməsi barədə qaimələrə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə həmin sənədlərin kserosurətləri təqdim edilmişdir.
17. İddiaçı iddia ərizəsində 27.11.2016-cı il tarixli aktla təsdiq edilmiş, yəni həmin aktın imzalandığı tarixdən əvvəl yaranmış borc məbləğinin ödənilməsini tələb etdiyi halda təqdim edilmiş qaimə və invoysların əksəriyyəti 2017-2018-ci illərdə, yəni aktın tarixindən sonrakı tarixlərdə tərtib edilmişdir. Belə olan halda isə həmin invoys və qaimələrin aktda göstərilmiş borc məbləği ilə əlaqəsinin olmaması açıq-aşkardır.
18. İnvoys və yük qaimələrin əksəriyyətində alıcı qrafasında "xxxx" MMC deyil, digər şirkətlərin (11.05.2018-ci il tarixli Sİ16- 6014 saylı invoysda Bakinity Distribution, 18.04.2016-cı il tarixli Sİ16-6013 saylı invoysda Ata Texnologiya şirkətinin, 16.09.2017-ci il tarixli Sİ17-6032 saylı invoysda Daxili İşlər Nazirliyinin, 18.08.2017-ci il tarixli Sİ17-6026 saylı; 21.07.2017-ci il tarixli HQAB0001032 saylı; 19.09.2017-ci il tarixli HQAB0001337 saylı; 27.07.2017-ci il tarixli HQAB0001066 saylı invoyslarda “Softline Solution” şirkətinin) adı göstərilmişdir.
19. İddiaçının təqdim etdiyi invoyslar iddiaçı tərəfindən tərtib edilmiş birtərəfli sənəd olmaqla, yük qaimələri isə həmin qaimələrdə göstərilmiş yükün yükalan şəxsə göndərilməsini təsdiq edən sənəd olmaqla, malların cavabdehə çatdırılmasını təsdiq etmir. 20. 07.12.2015-ci il tarixli alqı-satqı müqaviləsi və müqaviləyə əlavə iddiaçı tərəfindən birtərəfli qaydad a tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi malların cavabdehə təqdim edilməsinin sifarişlər əsasında həyata keçirildiyini bildirsə də, cavabdeh tərəfindən iddiaçıya sifarişlərin verilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir.
21. Beləliklə, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin (şifahi və ya yazılı) bağlanmasını, cavabdehin malların təqdim edilməsi ilə bağlı sifarişlər verməsini və həmin sifarişlərə əsasən cavabdehə malları təqdim etməsini, yəni tərəflər arasında alqı-satqı münasibətlərin mövcud olmasını sübuta yetirməmişdir.
22. İddiaçının iddia ərizəsində iddia tələbinin əsası kimi istinad etdiyi hallarla məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən məhkəmə iclası nda dindirilmiş şahidin ifadələri arasında tələb olunan borcun məbləği, eyni zamanda yaranma vaxtı və əsasları ilə bağlı müəyyən ziddiyyətlər, kifayət qədər aydın olmayan məqamlar mövcuddur.
23. İddiaçı iddia ərizəsində bir tərəfdən cavabdehin malların təqdim edilməsinə görə onlara olan borcundan 2016-2019-cu illər ərzində ödəmələr apardığını, yəni faktiki olaraq 2016-cı il tarixli aktda göstərilən borcun bir hissəsinin ödənildiyini etiraf etdiyi halda, digər tərəfdən 27.11.2016-cı il tarixli aktda göstərilmiş məbləğdə borcun ödənilməsini tələb edir.
24. Bundan fərqli olaraq iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda cəmi 205.756 ABŞ dolları məbləğində malın verildiyi, müqavilə şərtlərinə əsasən hesablanmış cərimə daxil olmaqla 28.09.2018-ci il tarixə borcun 219.282,60 manat təşkil etdiyini göstərilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid R.Nasirov isə birinci məhkəmə iclasında iddiaçının tələb etdiyi 299.545 ABŞ dolları məbləğində borcun bir hissəsinin ödənildiyini və borcun məbləğini dəqiqləşdirəcəyini, növbəti iclasda isə borcun 299.545 ABŞ dolları məbləğində təşkil etdiyini bildirmişdir.
25. İddia ərizəsinin əsaslandırıcı hissəsində, eləcə də iddia tələbinin əsası kimi istinad etdiyi sübutlarda yuxarıda göstərilən ziddiyyətlər də iddiaçının borcun tutulmasına dair iddia tələbinin əsassızlığına dəlalət edir.
26. Maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması (müqavilədən irəli gələn maddi zərər tələbi olduqda isə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması), ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
27. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının hər hansı pozuntusuna yol verilməsi öz təsdiqini tapmamışdır.
28. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21.1, 21.2, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 88, 89.3, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi v ə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-218/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(113)-200/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 205.756 ABŞ dolları əsas borc, 20.575 ABŞ dolları illik 5 %-lə əldən çıxmış fayda, cəmi 226.331 ABŞ dolları pulun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə 273,50 manat ekspertiza xərcinin 200 manatı cavabdehdən, 73,50 manatı iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməsi qət edilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında alqısatqı münasibətlərinin mövcud olduğu, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə malların göndərildiyi və 27.11.2016-cı il tarixə cavabdehin iddiaçıya ümumilikdə 299.545 ABŞ dolları borc qalığı olduğu cavabdehin özü tərəfindən təsdiq edildiyi üçün iddianın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyildir.
32. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı Özbəkistan Respublikasında olan şirkət vasitəsi ilə Azərbaycan Respublikasında nümayəndəliyini həyata keçirirdi, şirkətin borcluları ilə üzləşmə aktlarının tərtib edilməsində və borcların alınmasında səlahiyyətli şəxs olmuş, Cavabdeh MMC-nin direktoru ilə yazışmalar aparmış, hazırkı borc müəyyən edilmişdir. Cavabdeh MMC-dən borcun ödənilməsi barədə razılıq əldə edilmişdir. Cavabdeh MMC-nin direktoru Alim Salahovun iştirakı ilə üzləşmə aktı tərtib olunaraq imzalanmış, son üzləşmə aktı 2016-cı ilin noyabrında tərtib edildikdən sonra dəfələrlə borcun ödənilməsi tələb edilmiş, borcun bir hissəsi Cavabdeh MMC tərəfindən ödənilmiş, qalan borc ödənilməmişdir. Tərəflər arasında danışıqlardan sonra Cavabdeh MMC-nin əvvəlki direktoru da, hazırkı direktoru da borcun ödəniləcəyi ilə bağlı söz versə də, ödəməmiş, üzləşmə aktı ilk olaraq Cavabdeh MMC tərəfindən imzalanmışdır. Üzl əşmə aktı İddiaçı tərəfindən faksimile klişe vasitəsi ilə imzalanıb. Onların qanunvericiliyi buna yol verir. Cavabdeh MMC-yə müəyyən mallar təqdim olunmuş, lakin MMC tərəfindən borcun əsas hissəsi ödənilməmişdir. Cavabdeh MMC-nin hazırki direktoru Ziya Cavabdeh MMC-də maliyyə direktoru olub və bütün əməliyyatlarda iştirak edib. Axırıncı dəfə borc 2019-cu ilin əvvəli tələb edilmişdir. Tərəflər arasında müqavilə yoxdur, bir neçə dəfə tələb edilsə də, müqavilə imzalanmayıb. İnvoys əsasında işləyiblər. Sifariş aktları cavabdeh tərəfindən dolduralaraq iddiaçıya təqdim edilirdi və həmin aktlar əsasında invoys verilirdi. Sifariş aktları email vasitəsilə verilirdi.
33. İddiaçının cavabdehə göndərdiyi pretenziya məktubundan görünür ki, hazırkı iddia ərizəsi ilə iddiaçı 13.01.2016-cı il tarixədək tə darük edilmiş mallara görə borcun ödənilməsini tələb edir. Pretenziya məktubuna əsasən həmin tarixədək cavabdehə göndərilmiş malların ümumi dəyəri 205.756 ABŞ dolları təşkil etmiş, 28.09.2018-ci il tarixədək həmin borca iddiaçı tərəfindən cərimə hesablanaraq cərimə (dəbbə pulu) ilə birlikdə borcun məbləği 219.282,60 ABŞ dolları olmuşdur.
34. Tərəflər arasında pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənişi barədə yazılı razılaşma olmadığından, iddiaçının tələbi yalnız əsas borcla bağlı hissədə əsaslıdır.
35. Pretenziya məktubundan göründüyü kimi, iddiaçının tələb etdiyi əsas borcun məbləği 205.756 ABŞ dolları təşkil etdiyindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya ünvanlanmış 27.11.2016-cı il tarixli etiraf məktubunda qeyd edilmiş 299.545 ABŞ dolları məbləğində bor c yalnız 13.01.2016-cı il tarixədək tədarük edilmiş mallara görə deyil, eyni zamanda həmin tarixdən sonra göndərilmiş mallarla bağlı hesablanmış borcdur. İddiaçı hazırda 13.01.2016-cı il tarixədək tədarük edilmiş mallara görə ödənişi tələb etdiyindən və cavabdeh 27.11.2016-cı il tarixli məktubdan sonra həyata keçirilmiş ödənişlərlə bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia 205.756 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməli, əsas borc tələbi qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir.
36. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən qeyd etmişdir ki, illik 5%-lə 30.000 ABŞ dolları iki il üçün tələb edilir. Məhkəmə iddiaçının əsas borcla bağlı tələbini 205.756 ABŞ dolları hiss əsində əsaslı hesab etdiyini və cavabdehin 27.11.2016-cı il tarixli etiraf məktubundan sonra həmin borcun ödənilməsi ilə bağlı öhdəliyini icra etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 27.11.2016-cı il tarixdən hesablanmaqla iki il üçün illik 5%-lə 20.575 ABŞ dolları zərər (əldən çıxmış fayda) tutulmalıdır.
37. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 21.1, 21.2, 324.4, 463.1, 567, 385.1, 442, 448.1, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı cavabdehin ona alqı-satqı müqaviləsindən irəli gələn 299.545 ABŞ dolları məbləğində borcunun olmasını sübuta yetirmək üçün tərəflərin təsdiq etdikləri 27.11.2016cı il tarixli akta istinad etmişdir. İddiaçının istinad etdiyi 27.11.2016-cı il tarixli aktda cavabdehin iddiaçıya 299.545 ABŞ dolları məbləğində borcunun olması həmin vaxt şirkətin direktoru olmuş A.Salahov tərəfindən təsdiq edilmişdir (göstərilən hal iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir). Lakin sözügedən aktda həmin borcun hansı əsaslarla (hansı müqavilə əsasında, hansı mallara və ya xidmətlərə görə) və nə vaxt (və ya hansı müdaət üçün) yaranması göstərilməmiş, eləcə də həmin borcun yaranması üçün əsas olan ikin mühasibat uçotu sənədlərinə istinad edilməmişdir.
40. Apellyasiya Məhkəməsi öz qətnaməsində sübut qismində borcun etirafına əsaslanmışdır. Halbu ki, 27.11.2016-cı il aktda göstərilmiş borc məbləğinin yaranma əsaslarını, vaxtını təsdiq edən ilkin mühasibat uçotu sənədləri məhkəməyə təqdim edilmədiyi təqdirdə borcların üzləşdirilməsi aktı malların təqdim edilməsindən irəli gələn borcun mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut hesab edilə bilməz.
41. Cavabdeh tərəfindən təqdim edilmiş sübutla bildirilir ki, həmin sənədi hazırki mübahisəyə apellyasiya instansiyasında baxılan zaman əldə edilmiş, baxmayaraq ki, həmin sənədin tarixi 03.12.2018-ci ildir.
42. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Cavabdeh tərəfindən təqdim edilmiş sübut isə, Cavabdeh MMC-nin ümumiyyətlə İddiaçınə hər hansı borcu nun olmadığını sübut edir.
43. Kassasiya şikayəti Mülki Məcəllənin 567, 385.1, 442, 448.1-cı, Mülki Prosessual Məcəllənin 88, 89.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, cavabdehin 02.04.2021-ci il tarixdə təqdim etdiyi sənədlərə etiraz Cavabdeh MMC 02.04.2021-ci il tarixində təqdim edilmiş fayllar elektron ünvan (e-mail) vasitəsilə aparılmış çox saylı yazışmaların cüzi bir hissəsidir. Cavabdeh MMC uzun illər İddiaçı ilə işlədiyindən, onların elektron poçtlarında yüzlərlə yazışmalar mövcuddur. Bu günə qədər, eyni zamanda Bakı Kommersiya Məhkəməsində işə baxılan bir il müddət ərzində onlar bu cür meyl yazışmalarına heç vaxt istinad etməmiş, onları məhkəməyə təqdim etməmişlər. Onlar yalnız üzləşmə aktında möhür və imzanın onların olmadığını bildirmişlər. 27 noyabr 2016-ci il tərtib edilmiş aktdan sonra həmin akt üzrə məbləğin ödənilməsinə dair heç bir ödəniş tapşırığı təqdim edə bilmirlər. Yalnız aktdan kənar və sonra olan digər invoice (hesab fakturalarını) üzrə ödənişləri sistemə yükləmişlər. Bu invoice (hesab fakturaları) üzrə ödənişlərin 27.11.2016-cı ildəki borca heç bir aidiyyəti yoxdur.
45. Eyni zamanda iddia ərizəsindən əvvəl pretenziya onlara təqdim edildikdə bu barədə iddiaçı ilə heç bir rəsmi yazışma, rəsmi cavab aparılmamış, heç bir mail yazışmalarına istinad edilməmişdir. Onların öz vəsatətləri əsasında təyin edilmiş məhkəmə ekspertizasının rəyləri ilə əks halın mövcudluğunu bir daha özləri tərəf indən təsdiq edilmişdir. Onlar akt üzrə tam və ya qismən ödəniş aparsa idilər mütləq qaydada digər üzləşmə aktı tərtib edilməli və ya qismən olduğu təqdirdə isə aktın üzərində müvafiq qeydlər aparmalı idilər.
46. Etiraz Mülki Məcəllənin 882-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. “Maddə
324. Əqd anlayışı və onun növləri 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənlə şdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-218/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh borc məbləğinin yaranma əsasları və vaxtını təsdiq edən ilkin mühasibat uçotu sənədləri olmadan borcun etirafı haqqında aktın apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsini mübahisələndirərək, 2016-cı il 27 noyabr tarixli üzləşmə aktı ilə etiraf edilmiş borc məbləğinin 2015-ci il 7 dekabr tarixli alqı-satqı müqaviləsi üzrə yarandığını inkar etsə də, borcun həmin müqavilə üzrə deyil, tərəflər arasında bağlanmış hər hansı digər müqavilə üzrə yaran masına dair kassasiya şikayətində heç bir əsaslı dəlil göstərməmişdir. Həmçinin, iş materiallarına əsasən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olduğu, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə müvafiq malların göndərildiyi və cavabdehin iddiaçıya borclu olduğu cavabdehin özü tərəfindən təsdiq edildiyi üçün bu dəlillər qəbul edilməzdir.
54. Məhkəmə tərkibi bu zaman onu da nəzərə alır ki, 2020-ci il 25 sentyabr tarixli, 5/578 saylı və 2020-ci il 06 oktyabr tarixli, 4/639 saylı ekspert rəylərinə əsasən 2016-cı il 27 noyabr tarixli borcun etirafı barədə aktın aşağı sol hissəsində olan möhür əksinin relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulduğu, həmin möhür əksinin Cavabdeh MMCyə məxsus möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etdiyi və borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan cavabdehin icraçı direktoru olmuş “Salahov Alim” adlı şəxsə məxsus imzanın hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilməsi Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
55. Cavabdeh həmçinin şikayətində, apellyasiya məhkəməsinin qətnaməsinin, yükdaşıma sənədləri və hesab-fakturalara əsaslanmasını mübahisələndirərək, həmin sənədlərin yükün göndərilməsini təsdiq etdiyini, lakin yükün çatdırılmasına dair təsdiqedici sənədlər olmadığını qeyd etmiş, o cümlədən, məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borc məbləğinin ziddiyətli sübutlara əsaslandığını bildirmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin 2016-cı il 27 noyabr tarixə iddiaçıya müvafiq məbləğdə borcu olduğunu təsdiq etməsi haqqında məktubu, cavabdehə göndərilmiş pretenziya məktubunda “iddiaçı tərəfindən 2015-ci il 7 dekabr tarixli müqavilə əsasında 205.756 ABŞ dolları malın tədarükünün 2016-cı il 13 yanvar tarixədək tam başa çatdırılması”nın qeyd edilməsini, o cümlədən iddiaçı tərəfindən cavabdehin adına Dubay şəhərindən malların göndərilməsi ilə bağlı hava yolu ilə yük daşıma sənədlərinin və hesabfakturaların mövcudluğunu nəzərə alaraq, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
56. Apellyasiya qaydasında işə baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamasının heç bir sübut və dəlillə əsaslandırılmadığını nəzərə alan məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinad etməklə həmin sübutları qəbul etməməkdə və onlara hüquqi qiymət verməməkdə haqlı olduğu qənaətinə gəlir.
57. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 22(103)-218/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
59. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-218/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.