Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( vurulmuş zərərin tələb edilməsi, sübutetmə ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı (Abşeron Rayon İcra Hakimiyyəti və Qobustan Rayon İcra Hakimiyyəti üçüncü şəxslər olmaqla) şəhadətnamənin etibarsız hesab edilməsi, torpaqlardan istifadənin qanunsuz hesab edilməsi, həmin ərazidə n qanunsuz istifadənin dayandırılması, zərər və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-91/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Abşeron rayonu, Pirəkeşkül kəndi “Şəfi” adlanan qış otlaq sahəsində yerləşən 10 ha torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2012-ci ildən başlayaraq 15 il müddətinə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. (RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, 22M saylı “Qarapaşa” qış otlaq sahəsindən 5 ha torpaq sahəsi Qobustan Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə “xxxx” MMC-yə ayrılmışdır. (JN-21xx xxx 30802028 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”) Qobustan rayonu 62M saylı “Şəfi” qış otlaq sahəsindən 5 ha torpaq sahəsi Qobustan Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə “xxxx” MMC-yə ayrılmışdır. (JN-21xx xxx 30802028 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”) İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin icarə hüququ RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyy atı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən “Çıxarış” əsasında İddiaçı MMC-nin adına rəsmiləşdirilmiş torpaq sahəsindən istifadəsinin qanunsuz hesab edilməklə qadağan edilməsi, cavabdehin üzərinə həmin torpaq sahəsinin, həmçinin onun istismarı nəticəsində götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin İddiaçı MMC-yə qaytarılması vəzifəsinin qoyulması və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2012-ci il tarixli torpaq icarə müqaviləsi əsasında və Abşeron Rayon icra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli (1536 saylı) Sərəncamı ilə Abşeron rayonunun ərazisində “Şəfi” adlanan qış otlaq sahəsində yerl əşən 10 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı MMC-yə ayrılmışdır. Həmin torpaq sahəsinə dair icarə hüququ RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” əsasında İddiaçı MMC-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. Lakin bir neçə ay əvvəl iddiaçıya məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin müəyyən hissəsinə Cavabdeh iddia edərək, həmin torpaq sahəsində olan faydalı qazıntıların (gips) istismarını və satışını həyata keçirir. Qeyd edilən iddia və fəaliyyətini isə onunla əsaslandırır ki, Qobustan Rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsa sında və Qobustan Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli (102 saylı) sərəncamı ilə, həmin sərəncamda rayonun ümumi qış otlaq fonduna daxil olduğu göstərilən, 22M saylı, “Qarapaşa” qışlağından ümumi sahəsi 5 hektar, 62M saylı “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar, cəmi 10 hektar sahə örüş məqsədi ilə Cavabdeh-yə 15 il müddətinə ayrılmışdır. Həmin torpaq sahələrindən müvəqqəti istifadə hüququ JN-2137 saylı 30802028 kodlu və JN-2138 saylı 30802028 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr əsasında Cavabdeh-nin adına rəsmiləşdirilmişdir. Mübahisənin qeyd edilən halları nəzərə alınaraq, daşınmaz əmlaka verilmiş sorğuya cavab olaraq həmin torpaq sahəsinə yuxarıda istinad edilən sənədlər əsasında İddiaçı MMC-nin istifadə hüququnun qeydiyyata alındığı və müva fiq Çıxarışın verildiyi barədə rəsmi cavab verilmişdir. Hazırkı mübahisənin yuxarıda qeyd edilən hallarına əsaslanaraq cavabdehə dəfələrlə həmin torpaq sahəsinə dair istifadə hüququnun rəsmi dövlət qeydiyyatına alınması, cavabdehin fəaliyyətinin iddiaçının hüququna qanunsuz müdaxilə təşkil etdiyi bildirilmiş, həmin cavabdehdən fəaliyyətini dayandırması yazılı və şifahi şəkildə tələb edilmişdir. Lakin cavabdeh qeyd edilən xəbərdarlıqlara məhəl qoymayıb, həmin torpaq sahəsinin istismarını davam etdirir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq Cavabdeh-yə müvəqqəti istifadəyə verilən JN-2137 30802028 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh-nin həmin torpaqlardan istifadəsinin qanunsuz hesab edilməsi və bununla əlaqədar olaraq Cavabdeh-nin həmin ərazidən qanunsuz i stifadəsinin dayandırılması, 69000 məbləğində zərər və əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı zərərlə bağlı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən aparılan hesablamalara görə icarə hüququ ilə onun istifadəsində olan Abşeron rayonu Şəfi adlanan qış otlaq sahəsində yerləşən 10 hektar torpaq sahəsinin 5 hektarı '"xxxx” MMC tərəfindən tam yararsız hala salınmışdır. Həmin torpaq sahəsində heyvanların otarılması üçün otun məhsuldarlığı orta hesabla 1 hektara 20 sentnerdir. Həmin ziyan 5x20=100 sentner, yəni 10 ton təşkil edir. Nəzərə alsaq ki, 1 ədəd ot presinın çəkisi 20 kq təşkil edir, belə olan halda (10000:20=500) 1 il ə rzində 500 ədəd ot presinin çıxmasını, ot presinin bağlamasının 1 ədədinin pərakəndə satış qiymətinin 5 (beş) manat olmasını nəzərə alsaq, 1 il ərzində dəymiş ziyan 2500 (500x5) manat təşkil edir. Həmin torpaq sahəsinin xx.xx.2027-ci ilədək İddiaçı MMC-yə icarəyə verilməsini və iddiaçının icarə hüququnun 2015-ci ilin əvvəllərindən hesablanmaqla pozulmasını nəzərə alsaq (12x2500) İddiaçı MMC-yə vurulan maddi ziyanın məbləği 30.000 (otuz min) manat təşkil edir. “xxxx” MMCnin İddiaçı MMC-yə vurduğu ziyanın məbləği 30.000 (otuz min) manatla yekunlaşmır. Belə ki, heyvandarlığın inkişafı məqsədi ilə ayrılmış torpaq sahəsindən faydalı qazıntıların çıxarılması zamanı həmin sahəyə ağır texnika və yük maşınları gətirilmişdir. Ağır texnika vasitəsilə faydalı qazıntıların çıxarılması məqsədi ilə torpa q sahəsi nizamsız, müvafiq qaydalara uyğun olmayan şəkildə qazılmışdır. Nəticədə həmin sahədə heyvanların hərəkətini məhdudlaşdıran kəskin meyilli çala və çuxurlar yaranmışdır. Həmin çala və çuxurların torpaq sahəsi ilə doldurulması üçün 130 yük maşını torpaq lazımdır. Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və istismar edilən torpaq sahəsi rayon mərkəzindən kifayət qədər uzaqlıqda yerləşdiyindən, əraziyə gedən yollar torpaq örtüklü və kələ-kötür olduğundan 1 yük maşınının qiyməti 300 manat, 130 yük maşının (15 kub tutumlu) qiyməti (130x300) 39.000 manat təşkil edir. Beləliklə, “xxxx” MMC-nin İddiaçı MMC-yə vurduğu maddi ziyanın məbləği cəmi 69.000 (altmış doqquz min) manat təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-1/2019 saylı qətnaməsi ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-91/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-1/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasnı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarında olan 22866 saylı, xx xxxxxx 2016-cı il tarixli ekspert rəyin görə Abşeron rayonu ərazisində, mübahisəli torpaq sahəsi üzrə aparılmış ölçü işləri zamanı müəyyən edilmiş koordinatlar İddiaçı MMC-yə verilmiş çıxarışda və plan ölçüdə göstərilən koordinatlara uyğundur. Lakin JN-2138 nömrəli KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə koordinatlar göstərilmədiyindən və köhnə baş sxemlər əsasında hazırlandığından naturada uyğunsuzluq halları olduğu üçün Cavabdehyə verilmiş torpaq sahəsinin koordinatlarının İddiaçı MMC-yə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini m üəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22866 saylı, xx.xx.2016-cı il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdandan sonra cavabdehin nümayəndəsi tərəfindən vəsatət verilərək JN-2138 və JN-2137 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əks olunan torpaq sahəsinin döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəlinin müvafiq dövlət qurumundan alındığını bildirmiş, bu səbəbdən təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edərək təkrar ekspertiza keçirilməsi haqqında qərardad qəbul etmişdir Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra müəyyən olunmuşdur ki, ”xxxx” MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeyd ə alınmış 10 hektar torpaq sahəsinin koordinatları Cavabdeh-nin adına verilmiş JN-2138 saylı, KOD 20802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İş üzrə keçirilən sonuncu 28490/29729 saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində qeyd olunur ki, “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatları Cavabdeh-nin adına verilmiş JN-2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İş üzrə 22866 saylı, xx xxxxxx 2016-cı il tarixli ilkin ekspert rəyində JN-2138 nömrəli KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə koordinatlar göstərilmədiyindən və köhnə baş sxemlər əsasında hazırlandığından naturada uyğunsuzluq halları olduğu üçün Cavabdeh-yə verilmiş torpaq sahəsinin koordinatlarının İddiaçı MMC-yə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin 28490/29729 saylı, xx xxxxxx 2018-ci il tarixli sonuncu ekspert rəyində İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı 01055897 saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatları ilə Cavabdeh-nin adına verilmiş JN-2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İş materiallarında JN2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən göründüyü kimi, orada koordinatlar göstərilməmişdir. Ekspert rəyləri arasında ziddiyyət vardır. Belə olan halda məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməli deyildi. Birinci ekspertiza tərəfindən xüsusi qeyd olunmuşdur ki, digər tərəfin sənədlərində koordinatlar qeyd olunmayıb, bu halda sonrakı ekspertiza tərəfindən koordinatları müəyyən edən sənədin mənbəyi məlum deyil, rəsmi sənədin tərtibatı baxımından mötəbər görünmür və şübhə doğurur. ƏMDK-si tərəfindən koordinatları qeyd edərkən hansı sənədlərə istinad edilməsi məlum deyil və naturada koordinatların müəyyən olunması İddiaçı MMC-nin maraqları nəzərə alınmadan, faktiki sənədl ərə zidd olaraq qanunsuz həyata keçirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLAN DİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərd ə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 51-ci maddəsinin 3-cü və 4-cü bəndələrində deyilir ki, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi Qobustan rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-cı il tarixli sərəncamı ilə rayonun ümumi qış otlaq fonduna daxil olan 22 M saylı “Qarapaşa” qışlağından ümumi sahəsi 5 hektar, 62M saylı “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar, cəmi 10 hektar sah ə örüş məqsədi ilə ayrılaraq təyinatı üzrə istifadə etmək üçün “xxxx” firmasına 15 il müddətinə ayrılmış, bundan sonra tərəflər arasında icarə müqaviləsi bağlanmış, ayrılmış torpaq sahəsinin sxem-xəritəsi tərtib olunmuş, torpaq sahəsi yerində cavabdehə təhvil verilmiş və təhvil verməyə dair akt tərtib olunmuş, icarə müqaviləsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət qeydiyyatına alınmışdır. “Qarapaşa” qışlağından ayrılmış ümumi sahəsi 5 hektar torpaq sahəsinə dair JN-2138 saylı 30802028 kodlu, 62M saylı “Şəfi” qışlağından ayrılmış ümumi sahəsi 5 hektar torpaq sahəsinə dair JN-2137 saylı 30802028 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr Cavabdeh Firmasının adına tərtib olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx xx 2012-ci il tarixli sərəncamı ilə 62 saylı “Şəfi” adlanan qış otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Dövlət Torpaq Fondu kimi uçota alınmış torpaqdan sahibkarlıq məqsədilə İddiaçı MMC-yə 10.0 hektar 15 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmış, bununla bağlı tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər torpaqayrıma sənədləri təsdiq edilmiş, sonuncunun həmin torpaq sahəsinə dair icarə hüququ qeydiyyata alınaraq adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62M saylı “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar torpaq sahəsinə dair Cavabdeh-yə müvəqqəti istifadəyə verilən JN-2137 30802028 saylı şəhadətnamənin etibarsız hesa b edilməsi, Cavabdeh-nin həmin torpaqdan istifadəsinin qanunsuz hesab edilməsi və bununla əlaqədar olaraq Cavabdeh-nin həmin ərazidən qanunsuz istifadəsinin dayandırılması, vurulmuş zərər və əldən çıxmış faydanın ödənilməsini xahiş etmişdir. Tərəflərə icarə hüququ əsasında ayrılmış torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmələr tərəfindən bir neçə dəfə ekspertiza keçirilmiş, xx xxxxxx 2016-cı il tarixli birinci ekspert rəyində cavabdehə verilmiş şəhadətnamədə koordinatlar göstərilmədiyindən Cavabdeh-yə verilmiş torpaq sahəsinin koordinatlarının İddiaçı MMC-yə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra cavabdeh ona ayrılmış torpaq sahəsinə dair koor dinat cədvəlini məhkəməyə təqdim etmiş, həmin cədvəldəki koordinatlar əsas götürülməklə təkrar ekspertiza keçirilmiş, xx xxxx 2017-ci il tarixli 6902 saylı təkrar ekspert rəyində isə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatlarının Cavabdehnin adına verilmiş JN- 2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastrı və Monitorinqi Elmi-İstehsalat Mərkəzinin xx xxxxxx 2012-ci il tarixli, 48-1890/1 saylı məktubunda İsmayıllı RTKM tərəfindən verilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən döngə nöqtələrinin koordinatlarının t am hissədə üst- üstə düşdüyü müəyyən edilir. Eyni məzmunda verilmiş rəy, sonuncu - xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində də təkrarlanmışdır. Belə ki, 28490/29729 saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində qeyd olunur ki, "xxxx” MMCnin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC- nin daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatları Cavabdeh-nin adına verilmiş JN- 2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst- üstə düşür. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxx 2003-cü il tari xli qərarının 6-cı bəndində göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1-ci maddələrinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə sadalanan qanunvericilik aktlarını hazırki işin hallarına tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar torpaq sahəsi ilkin olaraq səlahiyyətli orqan tərəfindən qanuni əsaslarla cavabdehə ayrıldığından, başqa sözlə mübahisələndirilən torpaq sahəsi üzərində ilkin olaraq cavabdehin icarə hüquqları yarandığından həmin torpaq sahəsi üzərində icarə hüquqları da ilkin əldə edənə- cavabdehə məxsus olmalıdır. Bundan əlavə, iddiaçı Cavabdeh-yə müvəqqəti istifadəyə verilən JN-2137 30802028 saylı şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin adına tərtib olunmuş JN-2137 30802028 saylı şəhadətnamədən görünür ki, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-ci il tarixli sərəncamı və həmin tarixli icarə müqaviləsi ilə “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə Cavabdeh firmasının müvəqqəti istifadəsinə verilmişdir. Həmin sərəncam və icarə müqaviləsi hazırda da qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmişdır. Belə olan h alda məhkəmə kollegiyası şəhadətnamənin etibarsız hesab olunması üçün heç bir əsas müəyyən etmir. Eləcə də, iddiaçı Cavabdeh-nın həmin torpaqlardan istifadəsinin qanunsuz hesab edilməsi və bununla əlaqədar olaraq Cavabdeh-nin həmin ərazidən qanunsuz istifadəsinin dayandırılması tələbini irəli sürmüşdür. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh torpaq sahəsindən özbaşına deyil, səlahiyyətli orqan tərəfindən verilmiş sərəncam və tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən istifadə etdiyi üçün bu istifadəni qanunsuz hesab etmək və bununla əlaqədar cavabdehin həmin ərazidən qanunsuz istifadəsinin dayandırılmasını tələb etmək yolverilməzdir. Nə qədər ki, cavabdehə torpaqdan istifadə hüququ verən hüquqmüəyyənedici sənədlər qüvvədədir, on ların yaratdığı bütün hüquqi nəticələr də öz qüvvəsini saxlamış olur. İddiaçı həmçinin torpaqlardan istifadə nəticəsində vurulmuş zərər və əldən çıxmış faydanı tələb edir. Məhkəmə kollegiyası bu hissədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin sonuncu hissəsi daha əvvəlki hissələrin təminindən asılıdır. Belə ki, ilk öncə cavabdehin həmin torpaq sahəsində qanunsuz fəaliyyəti sübut olunmalıdır ki, bu fəaliyyət nəticəsində iddiaçıya dəyən zərər də tələb oluna bilinsin. Hazırki halda isə cavabdehin mübahisələndirilən torpaq sahəsindən istifadəsinin qanuni əsasları müəyyən edildiyindən, ondan həmin istifadə nəticəsində vurulmuş zərərlə bağlı iddiaçı tələb irəli sürməkdə haqlı olmamışdır. İş üzrə keçirilmiş sonuncu xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində İddiaçı MMC-nin icarəsində olan icarə hüququ RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsindən 5.3 hektar torpaq sahəsinin yararsız hala düşdüyü müəyyən edilsə də, məhkəmə kollegiyası hesab edir ki, torpaqdan təyinatına uyğun istifadə edilməməsi və bununla bağlı vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbi iddiaçı deyil, torpağın mülkiyyətçisi tələb edə bilər. İddiaçı verilmiş rəylərdən birində İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatları ilə Cavabdeh-nin adına verilmiş JN-2138 saylı, KOD 20802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-ü stə düşmədiyini, digərində üst-üstə düşdüyünü, başqa birində tədqiqat aparılmasının mümkün olmadığını qeyd edir və verilmiş rəylər arasında ziddiyyət olduğunu mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi cavabdehə icarə hüququ əsasında “Şəfi” qışlağından ayrılmış 5 hektar torpaq sahəsidir və bu torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 2138 saylı deyil, JN-2137 saylı 30802028 kodlu torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Mübahisə məhz həmin torpaq sahəsi ilə bağlı olduğundan məhkəmə tərəfindən təkrar ekspertiza aparılarkən həmin torpaq sahəsi ilə bağlı tədqiqat aparılmış və ekspert rəyləri ilə (xx xxxx 2017-ci il tarixli 6902 saylı və 28490/29729 saylı, xx xxxxxx 2018-ci il tarixli) İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 hektar torpaq sahəsinin koordinatlarının “xxxx” MMC-nin adına verilmiş JN-2137 saylı, KOD 20802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin (Şəfi qışlağındakı) koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Verilmiş ekspert rəyləri arasında ziddiyyətin olması müəyyən olunmur. Sadəcə, ilkin rəydə cavabdehə ayrılmış torpaq sahəsinin koordinatları müəyyən edilmədiyindən rəyin verilməsi mümkün olmamışdr. Eləcə də, iddiaçı koordinatları müəyyən edən sənədin mənbəyinin məlum olmadığını, rəsmi sənədin tərtibatı baxımından mötəbər görünmədiyini, şübhə doğurduğunu, ƏMDK tərəfində n koordinatları qeyd edərkən hansı sənədlərə istinad edilməsinin məlum olmadığı və naturada koordinatların müəyyən olunmasının İddiaçı MMC-nin maraqları nəzərə alınmadan, faktiki sənədlərə zidd olaraq qanunsuz həyata keçirildiyini mübahisələndirir. Halbulki, iş materiallarından görünür ki, mübahisələndirilən koordinat cədvəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastrı və Monitorinqi Elmi-istehsalat Mərkəzinin xx xxxxxx 2012-ci il tarixli, 48-1890/1 saylı müşayiətedici məktubu ilə Mərkəzin direktoru tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və “Cavabdeh" MMC-yə göndərilmiş, cədvəldəki koordinatlarda şübhə doğuracaq şəkildə silinmiş, sonradan əlavə edilmiş və ya düzəliş edilmiş rəqəmlərə rast gəlinmir, koordinatdakı rəqəmlər dəqiq və a ydın formada qeyd olunmuş, hər iki cədvəl onu tərtib edən şəxs tərəfindən imzalanmışdır. Mübahisəli torpaq sahəsinə dair naturada koordinatların faktiki sənədlərə zidd olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, iddiaçının qeyd etdiyi məsələlər məhkəmələr tərəfindən ətraflı araşdırılmış, bununla bağlı sonuncu dəfə kompleks məhkəmə ekspertizası təyin edilmiş, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh-nin adına verilmiş JN- 2137 saylı, KOD 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Cavabdeh firmasına məxsus, adı qeyd edilən şəhadətnamədə əks olunan torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəlindəkı koordinatlarda sürüşmə var, qismən eynilik təşkil edir. Beləliklə, ekspert rəyi ilə də müəyyən edilmişdir ki, şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən koordinat cədvəlindəki koordinatlar eynilik təşkil edir. Ona görə də, iddiaçının qeyd edilən dəlili də əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cava bdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə qanunun normalarına uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından qətnamə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kasassiya şikayəti təmin olunmamalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-91/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-21/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-21/2020
15.01.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver