Məhkəmə qərarları › İş №2-2(102)-21/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-21/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 MMC-nin Cavabdeh2 MMC-yə və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: zərərin əvəzinin ödənilməsi ) 02.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı MMC-nin nümayəndəsi X5 və vəkili Qurbanov Malik Hakim oğlunun, cavabdeh MMC-nin nümayəndəsi X6 və X7 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və X1rşı (3-cü şəxs Antiinhisar Siyasəti və İstehlakçıla rın Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-62/2020 saylı qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə cavabdeh X4 (TQK) arasında bağlanmış “Sahədən və enerjidən istifadə haqqında” xx.xx.2013-cü il tarixli 163 saylı Müqaviİəyə əsasən, “istifadəyə verən“ Abşeron TQK ona məxsus EATS-341/342.346 və EATS-349 binalarında yerləşən müvafiq ölçüdə olan sahələri “xxxx” iddiaçı MMC-nin internet xidməti göstərmək üçün nəzərdə tutulmuş ADSL avadanlıqlarının quraşdırılması üçün həmin MMC-yə təqd im edir, bu avadanlıqların telefon xəttinə qoşulmasını və qorunmasını, habelə elektrik enerjisi ilə təchiz olunmasını təmin edir, əvəzində «xxxx» “istifadəyə verən”ə müvafiq haqq ödəyir: 1. telefon xəttinə qoşulmaq üçün birdəfəlik 5 manat, aylıq 2 manat; 2. qeyri-yaşayış sahəsinin icarəsinə görə aylıq 5 manat; 3. elektrik enerjisindən istifadəyə görə aylıq 4 manat.

2. Cavabdehlər MMC və Abşeron TQK 2016-cı ildən indiyədək iddiaçı MMC-yə yuxarıda qeyd edilən müqavilənin şərtlərinin dəyişdirilməsihaqqında təkliflər vermiş, yeni müqavilənin layihəsini təqdim etmişlər. Onlar bu təkliflərini ATS-lərdə bahalı texnoloji yeniliklərin tətbiq edilməsi, o cümlədən rəqəmsal texnologiyalara keçməsi və bununla əlaqədar külli xərclər çəkdikləri ilə izah etmişlər.

3. İşin materiallarında olan, “TQK (TKİ)- lərin xidməti ərazisində kənar təşkilatlara göstərilən rabitə, kommunal və digər xidmətlərə görə qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında” xx.xx.2017-ci il tarixli müqavilə layihəsinə görə, iddiaçı MMC-nin internet xidməti göstərmək üçün nəzərdə tutulmuş avadanlığı Abşeron TQK-ya məxsus ATS binalarında yerlədiriir. TQK bu avadanlığı rəqəmsal kanallara qoşur, bu avadanlığı qoruyub saxlayır və elektrik enerjisi ilə təmin edir. Bunun əvəzində xxxx MMC TQK-ya müvafiq haqq ödəyir: cəmi aylıq xidmət haqqı 230 manat; cəmi aylıq ödəniş (3 yer üçün) 630 manat.

4. Lakin iddiaçı MMC əvvəlki müqavilənin şərtərinə üstünlük vermiş, yeni müqaviləni imzalamamışdır.

5. Cavabdehlər MMC və TQK tərəfindən texnoloji yeniliklər aparıldıqdan və internet provayderlərə təqdim olunan xidmətlərə görə yeni ta riflər müəyyən edildikdən sonra onlarla iddiaçı MMC arasında mübahisə yaranmışdır.

6. Sonradan cavabdehlər MMC və TQK tərəfindən iddiaçı MMC-yə xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərilərək, xx xxxxxx 2019-cu il tarixində müddəti başa çatmaqda olan xx xxxxxx 2013-cü il tarixli müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı bildirilmiş, həmin ilin sentyabr ayında isə iddiaçı MMC-nin yuxarıda qeyd edilən avadanlığı telefon və elektrik enerjisi xətlərindən birtərəflli qaydada ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 MMC cavabdehlər Cavabdeh2 MMC-yə və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, Antiinhisar Siyasəti və İsteh lakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cəlb edilməsini və cavabdeh Abşeron TQK tərəfindən vurulan zərərin və əldən çıxmış dəyəri hesablanaraq 850.000 manat məbləğində müəyyən olunması və iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC 100% xarici investisiyalı şirkət olaraq 20 ilə yaxındır ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının inkişafına Bakı şəhəri və regionlarında investisiya qoyaraq, fəaliyyət göstərir. İddiaçı MMC Cavabdeh2 MMC-yə məxsus TKQ-lar arasında bağlanmış əməkdaşlıq müqavilələri əsasında regionlarda geniş zolaqlı internet xidmətləri göstərir. Təəssüf ki, fəaliyyət göstərdiyi Şirvan rayonunda fəaliyyətinə 2016-cı ildən AAAAAAAAAAtə rəfindən qanunsuz müdaxilələr olunmuşdur. İddiaçı MMC-nin TKQda yerləşən avadanlıqları dəfələrlə əsassız şəkildə söndürülmüş, söndürülmə nəticəsində müştərilərdən daxil olan şikayət əsasında TKQ-ya müraciət olunduqda, TKQ əməkdaşları problemdən xəbərsiz olduqlarını bildirmiş, Şirvana ezam olunmuş iddiaçı MMC-nin əməkdaşlarının avadanlıqlara baxış keçirmək tələbi rədd olunmuş, məsələnin yerində araşdırılmasına maneə yaradılmışdır.

9. Beləliklə, Mülki Məcəllənin 152-ci maddəsində əks olunan mülkiyyət hüquq normaları kobud şəkildə pozulmuşdur. Eyni zamanda “Telekomunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozulmuşdur. Belə ki, həmin Qanuna əsasən, telekomunikasiya xidməti bazarına bərabər daxilolmanı təmin etmək məqsədilə, hökmran mövqe tutan operator arabağlantı məqsəd ləri üçün şəbəkələrin qoşulması və trafık mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur.

10. Bundan əlavə, həmin Qanunun 33.1.3-cü bəndinə əsasən, operatorun əsas vəzifələrindən biri istehlakçı hüquqlarını pozmamaqdan ibarətdir. Göründüyü kimi, cavabdeh TKQ iddiaçı MMC-yə məxsus avadanlıqlara müdaxilə edərək qanunvericilik normalarına əməl etməmişdir.

11. Həmçinin, iddiaçı MMC-nin müştəriləri xəbərsiz onun internet xidmətindən Cavabdeh2.net balansına keçirilmişdir ki, bu hərəkətlər nəticəsində iddiaçı MMC-nin mövcud şəbəkəsi tamamilə iflic vəziyyətinə salınmış və Şirvan TKQ-da xidmətdən istifadə edən 1 abunəçi belə qalmamışdır.

12. Bu zamana qədər iddiaçı MMC-dən asılı olmayan Şirvan TKQ rəis əvəzi tərəfindən yaradılan maneələrlə əlaqədar MMC-nin xidmətlərindən istifadədən imtina edən abunəçilərə müştəri məmnuniyyətini təmin etmək məqsədilə təzminat ödənilmişdir. Məsələn, müştərilərdən BBBBBBBBBBBByə iddiaçı MMC tərəfindən təzminat olaraq 3 ay ödənişsiz internetdən istifadə hüququ verilmişdir. M. Babayev iddiaçı MMC-yə qarşı yol verdiyi qanunsuz hərəkətlərə Abşeron TKQ-na rəis vəzifəsinə təyin olunarkən də davam etmişdir. Belə ki, Şirvan TKQ-da olduğu kimi, burada da iddiaçı MMC-nin regionlar üzrə fəaliyyətinə zərbə vurulmuş, MMC-nin texniki avadanlıqlarını gizli şəkildə, adətən həftə sonları söndürməklə MMC və onun müştəriləri üçün ciddi problemlər yaratmış, bu haqda məlumat almaq istədikdə isə heç bir şeydən xəbəri olmadığını bildirmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu şəxs iddiaçı MMC-yə qarşı təxribat apararaq avadanlıqları qəsdən söndürmüş və dəfə lərlə xəbərdarlıqlar olunmasına baxmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə, İiformasiya ehtiyatları və proseslərinin mühafizəsi qaydaları ciddi şəkildə pozulmuşdur. 13. zzzzzzzzzzz hazırlanmış yeni xidmət müqaviləsi təqdim edərək, imzalanmadığı və keçmiş illər də daxil olmaqla yeni tariflərlə ödəniş edilmədiyi təqdirdə həmin ATS-lər ərazisində iddiaçı MMC-nin fəaliyyətini ümumiyyətlə qadağan edəcəyini bildirmişdi.

14. Hazırlanmış yeni müqavilədə heç bir hüquqi və iqtisadi əsası olmayaraq texniki avadanlıqların icarə haqqı 40 dəfədən artıq artırılmışdır. 2016-cı ildən bəri zzzzzzzzzzz adlı şəxsin apardığı təxribatlar nəticəsində iddiaçı MMC_nin reputasiyasına ciddi ziyan vurulmuş, təkcə Abşeron və Şirvanda deyil, digər regionlarda da minlərlə müştəri Şirkətin xidmətlərind ən imtina etmişdir. Abşeronda və Şirvan şəhərində iddiaçı MMC-nin xidmətlərindən istifadə edən müştərilərin üzləşdiyi problemlərin şahidi olan vətəndaşlar artıq iddiaçı MMC-yə deyil, təbii olaraq, digər provayderlərə üstünlük verirlər ki, son nəticədə MMC son 3 ildə minlərlə potensial müştərilərini itirmişdir.

15. Abşeron və Şirvan rayonlarında iddiaçı MMC-nin bəzi xxxxlərinin heç bir qanuni əsas olmadan (ləğv məktubu göndərilmədən) iddiaçı MMC-dən çıxarılması cavabdeh MMC-nin keçirilməsi cavabdehlərin vəzifə səlahiyyətlərindən birbaşa sui-istifadə etməsidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya mü qavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

18. Həmin Məcəllənin 1098.2-ci maddəsində isə, “əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər” deyə norma müəyyən olunmuşdur. 19. “İstehlakçı hüquqları haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda, o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin.

20. Həmin Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 21. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 18-ci maddəsində İnformasiya ehtiyatları və proseslərinin mühafizəsinin təşkili qaydaları əks olunmuşdur.

22. Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mövqeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 23. “Telekomunikasi ya haqqında” Qanunun 35-ci maddəsində göstərilir ki, telekomunikasiya şəbəkələrinə, vasitələrinə, qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti provayderə tam həcmdə ödənilir.

24. Beləliklə, cavabdehlər iddiaçı MMC-nin mülkiyyət hüquqlarını, istehlakçı hüquqlarını, informasiyanın mühafizəsi qaydalarını vəzifə səlahiyyətlərindən istifadə edərək kobud şəkildə pozmuş, MMC-yə və vətəndaşlara maddi və mənəvi ziyan vurmuşlar. Müasir dövrdə, internet xidmətlərinin gündəlik həyatda necə böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1 gün belə internet xidmətlərindən istifadə edə bilməyən vətəndaşların nə qədər itkilərə məruz qaldığını təsəvvür etmək çətin deyil. Eyni zamanda qanunsuz olaraq müştəriləri başqa operatora keçirilən, xidmətin dayandırılması nəticəsində müştərilərinə təzminat ödəyən, mövcud və potensial müştərilərini itirən, baş vermiş problemi aradan qaldırmaq üçün vaxt və müəyyən xərclər sərf edən iddiaçı MMCnin itkiləri əhəmiyyətli dərəcədə çoxdur.

25. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Sadiqov; iş No e-2-2(119)-23/2020) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 26. 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “istifadəyə verən” “Cavabdeh2» İstehsalat Birliyinin struktur vahidi Abşeron TKQ ilə «xxxx» İddiaçı1 MMC arasında «istifadəyə verən» tərəfindən EATS-341/342.346 və EATS-349-da sahənin və enerjinin istifadəyə verilməsi və «xxxx» tərəfindən bunun müqabilində müvafiq ödənişin həyata keçirilməsi barədə xx xxxxxx 2013-cü il tarixli 163 saylı “Sahədən və enerjidən istifadə haqqında” Müqavilə bağlanmışdır.

27. Həmin Müqavilənin 7-ci bəndinə görə, bu Müqavilə xx xxxxxx 2013-cü il tarixdən 1 il müddətinə bağlanmış və Müqavilənin qüvvədə olduğu müddətin son 15 günü ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 il üçün uzadılmış hesab edilir.

28. Lakin, Cavabdeh2 MMC tərəfindən texnoloji yeniliklər və internet provayderlərə təqdim olunan xidmətlərə görə yeni tariflər müəyyən edildikdən sonra tərəflər arasında mübahisə yaranmış və İddiaçı1 MMC-yə Cavabdeh2MMC tərəfindən xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərilərək, xx xxxxxx 2019-cu il tarixində müddəti başa çatmadıqda olan xx xxxxxx 2013-cü i l tarixli müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı bildirilmişdir. 29. xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə yaranmış mübahisə ilə əlaqədar tərəflər arasında çoxsaylı yazışmalar aparılmasına baxmayaraq, müqavilə üzrə əməkdaşlığın davam etdirilməsi mümkün olmamış və yeni müqavilə bağlanmamış və İddiaçı1 MMC-nin internet xidməti göstərdiyi müştərilər Cavabdeh2 MMC və digər provayderlərlə müqavilə bağlamışlar.

30. Lakin, yuxarıda təsvir olunanlara müəyyən olunur ki, İddiaçı1 MMC-nin internet xidməti göstərdiyi müştərilərin digər provayderlərlə müqavilə bağlanmasında cavabdehlər X2 və Cavabdeh2 MMC-nin qəsdən etmiş olduğu təqsirli hərəkətlər asasında baş verməsi, sonuncunun texnoloji yeniliklər tətbiq etməsinin yaranmış zərurətdən irəli gəlməməsi və müştərilərlə bağlanmış müqa vilələrin pozulması nəticəsində İddiaçı1 MMCyə məhz, “850.000 manat məbləğində zərər dəyməsi“ mötəbər sübutlarla sübuta yetməmişdir.

31. Həmçinin 1-ci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi V.Ataşov izahatında “prinsip etibari ilə iddianı haqlı saydığını” bildirsə də, onun suallara vermiş olduğu cavablarla müəyyən edilmişdir ki, İddiaçı1 MMC ilə cavabdehlər Cavabdeh2 MMC və X4 arasında yaranmış hazırkı mübahisə həmin Xidmət tərəfindən mahiyyəti üzrə araşdırılmamışdır.

32. Eyni zamanda, iddiaçı MMC iddia tələbini məhkəmə araşdırması zamanı tədqiq edilmiş “müştərilərlə aparılan elektron yazışmalar və telefon danışıqları” ilə əsaslandırmışdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı MMC ilə cavabdehlər arasında və eləcə də, iddiaçı MMC ilə xidmət göstərdiyi müştərilər arasında münasibətlər onların arasında bağlanmış müvafiq müqavilələr əsasında yaranmış olduğundan, tərəflər arasıında yaranan mübahisələr də həmin müqavilələrin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun tənzimlənməlidir. 33. “Sahədən və enerjidən istifadə haqqında” xx xxxxxx 2013-cü il tarixli 163 saylı müqavilənin müəyyən müddətə bağlanmış olması, yəni həmin müqavilənin xitam edilməsi vaxtı və şərtləri əvvəlcədən müəyyən edilmiş olduğundan və eləcə də, internet xidmətlərinin Cavabdeh2 MMC-yə müraciət etmədən və sonuncunun xidmətlərindən istifadə olunmadan da göstərilə bilməsinin mümkünlüyü – iddiaçı MM C-nin həmin xidmətləri göstərə bilməməsində bilavasitə cavabdehlərin təqsirinin olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, məlum Müqavilənin müddətli bağlanmasının özü də müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə nəzərdə tutulan əməkdaşlığa son qoyulmasını nəzərdə tutur və həmin Müqavilə bağlanarkən bu hal iddiaçı MMC-yə əvvəlcədən məlum olmuşdur.

34. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC rabitə xidmətinin texnoloji yenilənməsi ilə əlaqədar məlum müqavilə şərtlərinin yenidən baxılması üçün təkliflərini digər provayderlərlə yanaşı iddiaçı MMC-yə də göndərmişdir. Lakin, iddiaçı MMC həmin təklifləri qəbul etməmiş və təklif edilən yeni şərtlər əsasında müqavilə bağlamamışdır.

35. Həmçinin, məhkəmə iclasında iddiaçı MMC-nin nümayəndələri izahatları nda iddia tələbini cavabdehlərin “süni inhisarçı orqan kimi davranması” ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, cavabdeh “ Cavabdeh2” MMC internet xidmətinin göstərilməsi sahəsində inhisarçı deyildir və istənilən provayder onun xidmətindən istifadə etmədən müstəqil olaraq internet xidmətləri göstərə. Yəni, internet xidmətinin göstərilməsi üçün Cavabdeh2 MMC-nin xidmətindən də edilməsi mütləq şərt deyildir.

36. Bundan əlavə, “Sahədən və enerjidən istifadə haqqında” xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə qiymətin Cavabdeh2 MMC tərəfindən çəkilmiş xərclərə uyğun həddə təklif edilməsi - Cavabdeh2 MMC tərəfindən süni inhisarçılığa yol verilməsi kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013cü il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 27ci bəndinə əsasən "Cavabdeh2" İstehsalat Birliyi ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri, qəbuledici-verici stansiyaların və yüksəktezlikli qurğuların istismarı üzrə təbii inhisar subyektlərindən biri olsa, o, internet xidmətlərinin göstərilməsi sahəsində təbii inhisar subyekti hesab edilmir. Yəni, "Cavabdeh2" MMC bu sahədə mülki dövriyyənin digər iştirakçıları kimi azad müqavilələr bağlamaq və göstərdiyi həmin xidmət üzrə müqavilənin şərtlərini və qiymətini azad surətdə müəyyən etmək hüququna malikdir.

37. Beləliklə də, “Sahədən və enerjidən istifadə haqqında” müqavilə üzrə göstərilən xidmətlərin qiyməti qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənlə şdirilən və ya tənzimlənən qiymətlərə aid olmadığından, həmin müqavilə üzrə tərəflər göstərilən xidmətin dəyərinin qarşılıqlı razılaşma ilə müəyyənləşdirilməsində sərbəst olmuşlar. Həmin Müqavilə üzrə göstərilən xidmətlərin dəyəri Cavabdeh2 MMC tərəfindən İddiaçı1 MMC-yə təklif edilmiş olsa da, İddiaçı1 MMC azad surətdə bu müqaviləni bağlamaqdan imtina etmişdir.

38. Həmin qətnamədən narazı qalan iddiaçı MMC ondan apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib, zərərin iddiaçı MMC-yə ödənilməsi və itirlmiş müştərilərin yenidən iddiaçı MMC-nin şəbəkəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020ci il tarixli qət naməsi ilə (sədrlik edən Z.Məmmədov, hakimlər F.Məmmədov və M.Rzayev; iş № 2-2(105)-62/2020) iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunanlara görə, hazırki iş üzrə tərəflər arasında müqavilə 1 illik müddətə bağlansa da, ondan da çox davam edən dövr ərzində müqavilə əsasında fəaliyyət göstərmişlər və bu hər 2 tərəfi qane etmişdir. Mübahisə cavabdehlərin yeni tariflərlə müqavilə bağlamaq təklifindən sonra başlamışdır ki, müqavilənin məzmunundan tariflərin dəyişdirilməsi cavabdehlərin hüququ və bu barədə iddiaçı MMC-yə məlumatlandırmaq isə vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdehl ər də həmin hüquqdan istifadə etmiş və iddiaçı MMC-ni məlumatlandırmışlar. İddiaçı MMC isə yeni tariflə razılaşmamışdır. Razılaşmadığı təqdirdə isə iddiaçı MMC-nin əməkdaşlığı davam etdirmək vəzifəsi olmasa da, müqavilənin davam etdirilməsində maraqlı olduğu üçün iradə sərbəstliyi hüququndan istifadə edərək müqavilə münasibətlərinə xitam verilməsi niyyətini bildirməmişdir. Beləliklə iddiaçı MMC müqaviləni davam etdirmək niyyətində olmuş, lakin cavabdehlərin təkilf etdiyi yeni tariflərlə deyil, əvvəlki tariflərlə müqaviləni davam etdirmək istəmişdir.

41. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı MMC müqavilə şərtləri ilə müəyyənləşdirilmiş yeni şərtləri qəbul etməyərək cavabdehlərdən vurulmuş maddi ziyanı tələb edir. Halbuki, cavabdehlərin iradə sərbəstliyi yuxarıda qeyd olunan normalarda öz əksini tapmışdır.

42. Bundan əlavə, iddiaçı MMC-nin müştərilərdən məhrum olmasına səbəb onun lazımi xidmət göstərməməsi ilə bağlı olmuşdur ki, bunun da səbəbi cavabdehlərin xəbərdarlıq məktublarına baxmayaraq yeni müəyyən edilmiş tariflərə qoşulmaması və bunun nəticəsində ona verilən xidmətin cavabdehlər tərəfindən dayandırılması olmuşdur.

43. Əksinə, iddiaçı hal-hazırda, öz şəbəkəsini yaratmaq və müştərilərə müstəqil qaydada xidmət göstərmək imkanı olduğu halda, məhkəmə mübahisəsi davam etdiyi dövrdə də Cavabdeh2 MMC ilə əməkdaşlığı davam etdirir.

44. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Komitəsinin möqeyi ilə bağlı iddiaçı MMC-nin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı1 MMC ilə cavabdehlər Cavabdeh2 MMC və X4 arasında yaranmış hazırkı mübahisə həmin Xidmət tərəfindən mahiyyəti üzrə araşdırılmamışdır.

45. Belə ki, Xidmət tərəfindən iddiaçı MMC-yə xx.xx.2019-cu il tarixdə ünvanlanmış məktubla bildirilmişdir ki, Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1998-ci il tarixli, 120 saylı Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən baxılır.

46. Həmin Qaydalara əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin mü vafiq qaydada təsdiq olunmuş surətləri, qanun pozuntusuna yol vermiş şəxs barədə məlumatlar əlavə olunmaqla antiinhisar orqanına təqdim edilməlidir. Qeyd olunan qaydaların tələblərinə uyğun olaraq, Cavabdeh2 MMC və ya onun struktur bölməsi tərəfindən antiinhisar qanunvericiliyin pozulmasına yol verilməsi faktlarını təsdiq edən sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər.

47. Cavabdehlər tərəfindən yaradılmış süni maneələr nəticəsində iddiaçı MMCnin imicinin zədələnməsi və iddiaçının 2015-2019-cu illər aralığında 2.055 müştəri itirməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdehlər yalnız müqavilə ilə müəyyən edilmiş hüquqlarından istifadə etməklə yeni tarif müəyyən etmiş və iddiaçı MMC lazımi qaydada məlumatlandırılmasına bax mayaraq uzun müddət ərzində cavabdehlərin müraciətini nəzərə almayaraq köhnə tariflə fəaliyyət göstərmişdir. Yeni şərtləri qəbul etməməsi səbəbindən cavabdehlər tərəfindən xidmətin verilməsi dayandırılmışdır. Bu halda heç bir süni maneədən söhbət gedə bilməz.

48. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 2013-cü il tarixli müqavilə üzrə tərəflər göstərilən xidmətin dəyərinin qarşılıqlı razılaşma ilə müəyyənləşdirilməsində sərbəst olmuşlar. Həmin müqavilə üzrə göstərilən xidmətlərin yeni dəyəri Cavabdeh2 MMC tərəfindən İddiaçı1 MMC-yə təklif edilmiş olsa da, İddiaçı1 MMC yeni şərtləri qəbul etməyərək azad surətdə bu müqaviləni bağlamaqdan imtina etmişdir.

49. Cavabdehlər tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi, iddiaçı MMC-yə maddi zərər vurulması, cavabdehlərin təq sirli hərəkətləri nəticəsində iddiaçının müştərilərdən məhrum olunmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

51. Həmin qətnamədən narazı qalan iddiaçı MMC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, "xxxx İddiaçı1 MMC ilə “istifadəyə verən” Cavabdeh2 MMC-nin struktur vahidi Abşeron TKQ arasında xx.xx.2013-cü il tarixli 163 sa ylı müqavilə imzalanmışdır ki, həmin müqavilə əsasında EATS 341/342/346 və EATS 349-da xxxxyə sahənin və enerjinin istifadəyə verilməsi, bunun müqabilində istifadəyə verənə müvafiq ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. Bu müqaviləni bağlamaqla xxxx öz şəbəkəsinə qoşulan müştəriləri internet xidməti ilə təmin edə bilmişdir. Lakin 2015-ci ildən, başlayaraq “istifadəyə verən” tərəfindən “xxxx”yə məktublar göndərilmiş və məktublarda qeyd olunmuşdur ki, “xxxx”-də olan müştərilər “istifadəyə verən”in şəbəkəsinə keçiriləcəkdir, halbuki tərəflər arasmda bağlanmış müqavilədə belə şərt mövcud olmamışdır, “istifadəyə verən” özbaşına, müştərilərin razılığı olmadan, tərəflər arasındakı müqavilədə hər hansı belə müddəa olmadan bu addımı atmışdır. 53. 2018-ci il “30” noyabr və “6” dekabr tarixlərində “istifadəyə verən” “xxxx”ni müqavilə münasibətlərinə xitam veriləcəyi barədə məlumatlandırmış və müqavilə münasibətlərinin yalnız göndərdikləri yeni oferta təsdiqlənəcəyi halda davam etdiriləcəyini bildirmişdir. Yeni ofertada köhnə müqaviləyə nisbətən tariflərin həcmi 42 dəfə artırılmışdır (5 manatdan 210 manata qədər). “İstifadəyə verən”in ofertası ilə razılaşmayan “xxxx” kontroferta göndərmiş və müqavilə münasibətlərinin yalnız icarə haqqı üçün tariflər 5,90 AZN olacağı halda davam etdirilə biləcəyini bildirmişdir.

54. Daha sonra “istifadəyə verən“ köhnə tariflərlə (5,90 AZN) “xxxx”-yə qaimələr göndərmiş və müqavilə münasibətlərinin köhnə tariflərlə davam etdirilməsində maraqlı olduğunu öz hərəkətləri ilə ifadə etmişdir, beləliklə, nəzərə alınsa ki, daha əvvəlki müqavilələr 1 il müddəti nə imzalanırdı, belə güman etməyə əsas var ki, müqavilə münasibətləri daha 1 il müddətinə (2020-ci il 1 yanvar tarixinə qədər) uzadılmışdır.

55. Lakin 2019-cu ilin sentyabr ayında “istifadəyə verən” “xxxx”yə məxsus avadanlıqların fəaliyyətini birdəfəlik dayandırmış və “xxxx”nin müştəriləri internet xidmətlərindən məhrum olmuşlar. Müqaviləyə xitam verilməsinə bir neçə ay qalmış “istifadəyə verən”in bu addımı atması müqavilə üzrə öhdəliklərin pozulması hesab olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin burada Mülki Məcəllənin 6.2-ci maddəsinə istinad etməsi əsassızdır, belə ki, müqaviləyə müqavilədə göstərilən əsaslarla və ya müqavilə müddətinin bitməsi ilə xitam verilə və yaxud tərəflərin razılığı və ya məhkəmə qaydasında l əğv edilə bilərdi, lakin bunların heç biri olmadan Cavabdeh2 MMC-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi qanunsuz və əsassızdır.

56. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində bildirir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

57. Apellyasiya şikayətində də qeyd olunduğu kimi, Cavabdeh2 MMC internet xidmətlərinin verilməsi sahəsində Abşeron regionunda “bazarda hökmran mövqe tutan operator” hesab olunur. Burada təbii inhisarçılıqdan yox, sırf bazarda hökmran mövqedən söhbət gedir, məhkəmə burada “təbii inhisarçı” və “bazarda hökmran mövqe” anlayışlarını qarışdırmışdır.

58. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunda qeyd olunur ki, əgər müqavilə tər əflərindən biri bazarda hökmran mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli və kontragentə qeyribərabər şərtlər təklif etməməlidir.

59. Həmin Qanunun 4-cü maddəsində qeyd olunur ki, hökmran mövqe dedikdə, təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti, həmçinin bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti başa düşülür.

60. Nəticə olaraq, Cavabdeh2 MMC-nin bazarda hökmran mövqeyə malik olması nəzərə alınaraq, kontragentə (İddiaçı1 MMC-yə) sərfəli olmayan şərtlərlə müqavilə şərtləri təklif edə bilməzdi.

61. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin şərtlər qəbul olunmadığı üçün müəyyən müddət müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən “istifadəyə verən” “xxxx”nin internet xidməti alan müştərilərinin bu, xidmətdən məhrum olmasına və onunla müqavilələrini ləğv etməsinə səbəb olub ki, bunun nəticəsində xeyli sayda müştəri itirilib. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətlərinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

63. İddiaçı MMC-nin nümayəndəsi Q.Paşayev və vəkili M.Qurbanov kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

64. Cavabdehin MMC-nin nümayəndəsi A.Mirzəzadə və vəkili E.İsayev kassasiya şikayətində göstərilən dəlilləri əsassız h esab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.

65. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq 3-cü şəxs Dövət Xidməti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, 3-cü şəxsə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və v əzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

67. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

68. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

69. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müə yyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 70. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər.

71. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hökmra n mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa,“müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər. Bu halda“müvafiq icra hakimiyyəti orqanı“təsərrüfat subyektlərinin xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az olmamaq şərti ilə müəyyənləşdirir.“

72. Həmin Qanunun 18-ci maddəsinə müvafiq olaraq

1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdənəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə;“ Müvafiq icra hakimiyy əti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə;“ vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. 2.““Vurulmuş zərər məhkəmə tərəfindən tutulur.“

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx.xx.2007-ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

74. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

75. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

78. Belə ki, iddiaçı MMC kassasiya şikayətində göstərir ki, onun cavabdeh TQK ilə bağlamış oldubuğu əvvəlki, xx.xx.2013-cü il tarixli müqavilə 1 illik müqavilə olmuşdur, bu müqavilənin müddəti hər dəfə uzadılmışdır, belə ki, cavabdeh TQK yeni müqavilənin bağlanması üçün xəbərdarlıqlar etsə də (30 və 06.11 2018-ci il tarixlərdə), sonradan iddiaçı MMC bu təklifi qəbul etməkdən imtina etdiyindən əvvəlki qiymətlərlə müvafiq qaimələr göndərmiş (5,9 manatlıq), yəni əvvəlki qiymətlərlə razılaşmışdır, daha sonra cavabdeh TQK 2019-cu ilin sentyabrında, yəni müqaviləyə xitam verilməsi gününə bir neçə ay qalmış iddiaçı MMC-yə göstərdiyi xidməti birtərəfli qaydada dayandırmışdır, bununla da öz müqavilə öhdəliklərini poz muşudur. Apellyasiya instansiyası məhkəməsi isə buna qiymət verməmişdir.

79. Məhkəmə kollegiyası şikayətin bu hissəsi ilə qeyd etməlidir ik, iddiaçı MMCnin yuxarıda qeyd edilən iradları cavabdeh TQK tərəfindən aralarında bağlanmış olan müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədardır, apellyasiya instansiyası məhkəməsi isə bu hala, yəni müqavilənin birtərəfli qaydada xitam verilməsinin qanuni və ya qanunsuz olmasına o halda hüquqi qiymət verə bilərdi ki, iddiaçı MMC iddia tələbində sözügedən müqavilənin davam etdirilməsi məsələsini qoysun. Lakin, iddiaçı MMC iddia ərizəsində bu tələbi deyil, cavabdeh TQK-dan maddi zərərin əvəzi olaraq 850.000 manat məbləğin tutulması tələbini qoymuşdur. Bu tələbin isə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə hər hansı məntiqi əlaqəsi gözə ç arpmır.

80. Bundan başqa, iddiaçı MMC kassasiya şikayətində bildirir ki, cavabdeh MMC inhisarçı deyil, o internet xidmətləri sahəsində Abşeron regionunda bazarda hökmran mövqe tutan operatordur, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, həmin MMC yüksək iqtisadi potensiala və üstünlüyə, bununla da bazarda həlledici təsirə malikdir, bu təsirlə digər iştirakçıların bazara daxil olması çətinləşdir, həmçinin onun bazarda payı 35%-dən çoxdur. Apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamışdır.

81. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməlidir ki, yuxarıda istinad edilən Qanunun mənasına görə, hər hansı təsərrüfat subyektinin bazarda hökmran mövqe tutması o zaman hüquqazidd əməl olur ki, bu təsərrüfat subyekti özünün hökmran mövqe yindən sui-istifadə etməklə inhisarçılıq fəaliyyəti göstərsin, onun hərəkətləri rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olsun. Bu halda hər hansı təsərrüfat subyektini inhisarçı kimi müəyyən edilməsi məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının (hazırki işdə 3-cü şəxs qismində çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin) səlahiyətidir. Qanuna görə, təsərrüfat subyekti müvafiq icra hakimiyyəti tərəfindən inhisarçı elan edilərsə, müvafiq iddia ərizəsinə əsasən məhkəmə onun vurduğu zərərin əvəzini zərərçəkmişlərin xeyrinə tuta bilər (bax hazırki qərarın 70-72-ci bəndlərinə).

82. Göründüyü kimi, hazırki işə baxan aşağı instansiyası məhkəmələrinin cavabdehləri nə inhisarçılar kimi, nədəki bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri kimi müəyyən edib onları cəzalandırmağa (vurduqları maddi zərərin əvəzini tutmağa) səlahiyyətlərii olmamışdır.

83. İşdən həmçinin məlum olur ki, iddiaçı MMC-nin cavabdehlərin inhisar fəaliyyəti haqqında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə etdiyi müraciəti də müvafiq sənəd-sübutlarla təsdiq olunmadığı səbəbindən hərəkətsiz qalmışdır.

84. Bundan başqa iş üzrə müəyyən edilir ki, Abşeron TQK-nın yeni xidmət qiymətləri haqqında təklifləri regionda fəaliyyət göstərən digər 17 internet provayderləri tərəfindən bəyənilmişdir, yalnız iddiaçı MMC bu təklifi qəbul etməmişdir. Halbuki, iddiaçı MMC Bakı şəhərində və digər regionlarda Cavabdeh2 MMC-nin yeni xidmət qiymətlərini qəbul etmişdir. Bu da onun iradlarının əsassız olmasını göstərir.

85. Eyni zamanda iddiaçı MMC-nin, onun müştəriərinin məcburi qaydada cavabdehlər tərəfindən öz balansına keçirilməsi haqqında dəlili də hər hansı sənədsübuğla tsədiq edilmədiyindən əsaslı hesab edilə bilməz. Məlumdur ki, internet xidmətləri müvafiq müqavilələr bağlanmaqla həyata keçirilir və heç kim öz maraqlarına zidd olan müqavilə bağlamağa məcbur edilə bilməz (bax hazırki qərarın 66-68-ci bəndlərinə).

86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı MMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

87. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayı t Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-62/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar