Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-210/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, öhdəliyin icra edilməməsi üçün cərimə,zaminlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X4 və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 9 dekabr tarixli 2-2(103)-822/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında imzalanmış 2021-ci il 29 sentyabr tarixli POF0570 nömrəli alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsinin 1-ci maddəsinə əsasən: - alış sifarişi üzrə maliyyələşdirmə limiti məbləği 250.000 manat, - alış sifarişi üzrə maliyyələşdirmə limitinin verilməsinə görə komissiya 0,5%, - alış sifarişi üzrə maliyyələşdirmə limitindən istifadə müddəti 2022-ci il 29 sentyabr tarixinədək, - alış sifarişi üzrə maliyyələşdirmə limiti üzrə illik faiz dərəcəsi – 14%, alış sifarişi üzrə maliyyələşdirmə limiti üzrə illik/gündəlik cərimə faiz dərəcəsi – 29%/gündəlik - 0,0806%, - təminat: 2021-ci il 29 sent yabr tarixli ZF0557, ZF0558, ZF0559, ZF0560 nömrəli zaminlik müqavilələri, - limitin məqsədi: dövriyyə vəsaitlərin artırılması, - müqavilə müddəti – 2023-cü il 29 mart tarixinədək müəyyən edilmişdir.
2. İddiaçı ASC ilə ayrı-ayrılıqda zaminlər Cavabdeh1 arasında bağlanmış ZF0557 nömrəli, Cavabdeh5 ilə - ZF0558 nömrəli, Cavabdeh3 ilə - ZF0559 nömrəli, Cavabdeh4 ilə ZF0560 nömrəli 2021-ci il 29 sentyabr tarixli zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh2 MMC-nin 2021-ci il 29 sentyabr tarixli POF0570 nömrəli alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi üzrə Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə Bank qarşısında öhdəlik götürmüşlər. Həmin müqavilələrin 3-cü maddəsinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1 b əndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. 3. 2023-cü il 17 noyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 2023cü il 16 noyabr tarixinə POF0570 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 203.986,67 manat əsas borc, 94.672,49 manat cərimə borcu, cəmi 298.659,16 manat, gecikmə günü 561 müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 oktyabr tarixində iddia, sonradan dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrı lıqda – “MMC”, “Cavabdeh1”, “Cavabdeh5”, “Cavabdeh3”, “Cavabdeh4”, ) birgə qaydada 203.986,67 manat əsas borc, 94.672,49 manat cərimə borcu olmaqla, cəmi 298.659,16 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 189 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC (borcalan) arasında 2021-ci il 29 sentyabr tarixində POF0570 nömrəli alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə iddiaçı tərəfindən MMC-yə 2023-cü il 29 sentyabr tarixinədək illik faiz dərəcəsi 14 % olmaqla 250.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə alış sifarişi üzrə maliyyələşmə üzrə limiti müəyyən edilmişdir. POF0570 nömrəli Alış Sifarişi üzrə X1 əsasən MMC-nin iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə 2021-ci il 29 sentyabr tarixində iddiaçı ilə Cavabdeh1 (ZF0557 nömrəli), Cavabdeh5 (ZF0558 nömrəli), Cavabdeh3 (ZF0559 nömrəli) və Cavabdeh4 (ZF0560 nömrəli) arasında zaminlik müqavilələri bağlanmışdır. Sonradan tərəflər arasında POF0570 nömrəli alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində 2022-ci il 31 yanvar tarixli POF0570/02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana 2022-ci il 1 may tarixinədək illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 250.000 manat məbləğində pul vəsaiti ayrılmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş, 435 gün ərzində kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
6. Cavabdeh5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanılmamışdır və o, bununla bağlı heç bir sənədə, eləcə də zaminlik müqaviləsinə imza atmayıb. 2021-ci il 29 sentyabr tarixli ZF0558 nömrəli zaminlik müqaviləsində onun adından atılmış imzalar tam amilə saxtadır, müqavilə etibarsızdır.
7. Məhkəmə əsas və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə, həmçinin Cavabdeh5 vəsatətinə (zaminlik müqaviləsində imzanın ona məxsus olmaması ilə bağlı) əsasən iş üzrə məhkəmə mühasibatlıq və məhkəməxətşunaslıq ekspertizaları təyin etmiş və ekspertin 2024-cü il 18 aprel tarixli 4/96-9/460 nömrəli rəyində tərəflər arasında bağlanmış 2021-ci il 29 sentyabr tarixli POF0570 nömrəli müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh MMC-nin iddiaçıya müqavilə müddətinin bitmə tarixinə yəni 2023-cü il 29 sentyabr tarixinə əsas borcu 203.986,67 manat, faiz borcu 53.660,85 manat, maliyyə arayışında göstərilən 2023-cü il 17 noyabr tarixinə əsas borc üzrə 203.986,67 manat və faiz borcu üzrə 57.468,60 mana t müəyyən edilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış 2021-ci il 29 sentyabr tarixli ZF0558 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh5” hissəsində (imza) qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 iyun tarixli e-2-2(113)-391/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 203.986,67 manat əsas borc, 10.200 manat dəbbə pulu və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 505 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – G.Namazova).
9. Məhkəmə 2021-ci il 29 sentyabr tarixli PO F0570 nömrəli maliyyələşdirmə üçün ərizə nəzərə alınmaqla MMC-nin ekspert rəyində göstərilən əsas borcu iddia tələbində göstərilən əsas borc tələbi ilə eynilik təşkil etdiyi üçün, iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir (hazırkı iş üzrə müqavilə üzrə faiz borcunun tutulması tələbi yoxdur).
10. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə 2021-ci il 29 sentyabr tarixli POF0570 nömrəli alış sifarişi üzrə X1 əsasən hesablanmış 94.672,49 manat məbləğində cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda gö stərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
12. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə pulu 2021-ci il 29 sentyabr tarixli POF0570 nömrəli alış sifarişi üzrə X1 əsasən 10.200 manat məbləğində müəyyən edilməlidir.
13. Məhkəmə hazırlıq iclasında Cavabdeh5 və nümayəndəsi z aminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirərək ekspertiza təyin edilməsini xahiş etmişlər. 2024-cü il 18 aprel tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən (bax §7), zaminlik müqaviləsindəki imzalar Cavabdeh5 məxsus deyil. Odur ki, məhkəmə bildirmişdir ki, Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmadığından iddia tələbi ona münasibətdə təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 331.1, 385.1, 386.1, 399.1, 407.2, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı apellyasiya şikayəti v erərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv və iddianın tam təmin edilməsi bərədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissəsində ləğv, iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissəsində ləğv və yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-822/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən - zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddianın t əmin edilən hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməməsi, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 203.986,67 manat əsas borc, 94.672,49 manat cərimə borcu olmaqla, cəmi 298.659,16 manat məbləğində borcun tutulmasına dair iddiasının təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi qənaət əsaslı, qanuni və işin hallarına uyğundur.
20. Apellyasiya instansiyası cavabdehlərin şikayətini əsaslı sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehləri iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Bildiriş lər ünvanlarına göndərilsə də geri qayıtmış, elektron kabinet vasitəsilə isə yalnız bir cavabdehə təqdim edilmişdir. SMS və digər elektron vasitələrdən istifadə edilməməsi cavabdehlərin müdafiə hüququnu və çəkişmə prinsiplərini pozmuşdur.
21. Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin mövcud təcrübəsində qeyd olunur ki, məhkəmə bildirişlərinin vaxtında və rəsmi qaydada çatdırılması ədalətli məhkəmə araşdırmasının zəruri şərtidir.
22. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehlərin vəsatəti əsasında zaminlik müqavilələrindəki imzanın apellyatorlara məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası keçirmiş, daxil olan MEM-in 2024-cü il 27 noyabr tarixli 316-16/2-4/1626 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair rəyində iddiaçı ilə Cavabdeh1 ar asında bağlanmış 2021-ci il 29 sentyabr tarixli ZF0557 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh1” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.
23. Həmçinin həmin rəydə iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 29 sentyabr tarixli ZF0559 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh3” qrafasındakı imza – Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.
24. Kollegiya hesab etmişdir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanması təsdiq edilməyindən həmin müqaviləyə istinadən borcun, həmçin in dəbbə pulunun həmin cavabdehlərdən tələb edilməsi əsassızdır. Əqdin etibarlılıq şərtlərindən biri – səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq puç əqddir.
25. İddiaçının nümayəndəsi zaminlik müqavilələrində olan imzanın başqa şəxslərə aid olması ilə bağlı xidməti yoxlama əsasında müvafiq prokurorluq orqanına məlumat verildiyini və cinayət işinin açıldığını bildirmişdir. Kollegiya bu halı nəzərə alaraq hesab etmişdir ki, qeyd edilən halla bağlı xüsusi qərardadın qəbul edilməsi zərurəti aradan qalxmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 337.3, 385.1, 389.1, 399.1, 407.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci; N.Əb ilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarına; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 28 iyul tarixli Qərarına; Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli Qərardadına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarına; MPM-in 119.1, 135.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam tə min edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 467-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsinin dəbbə pulunun (cərimə faizinin) azaldılması ilə bağlı hissəsi qanunsuz və əsassızdır. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcun gecikdirilməsi halında gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında müəyyən olunmuş qaydada və məbləğdə cərimə faizi hesablanmalı idi. Müqavilədə dəbbə pulunun tətbiqi kreditin həm müddəti bitənədək, həm də müddəti bitdikdən sonra ayrı-ayrılıqda müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əsas borc hissəsini tanısa da, hesablanmış dəbbə pulunu əsassız şəkildə azaldaraq müqavilə şərtlərinə və tərəflərin iradəsinə zidd qərar çıxarmışdır. Apellyasiya instansiyası isə bu hissədə birinci instansiyanın qətnaməsini əsaslı saymışdır. Məhkəmə dəbbə pulunun yüksək olduğunu qeyd etsə də, bu qənaətini hüquqi və sübutlarla əsaslandırmamış, nəticədə qətnamədə hüquqi qeyri-müəyyənliyə yol verilmişdir. Müqavilə azadlığı prinsipinə əsasən borcalan tərəf cərimə faizlərinin hesablanmasına razılıq vermişdir və bu şərtlər hüquqi cəhətdən məcburi qüvvəyə malikdir. Qanunvericiliyə görə dəbbə pulu öhdəliyin icrasını təmin edən vasitə olmaqla yanaşı, kreditorun potensial zərərlərini kompensasiya etməyi hədəfləyir. Bundan başqa, kredit təşkilatları kredit üzrə gəlirlərdən asılı olmayaraq vergi və digər öhdəliklərini icra edir, borclunun isə ödənişləri gecikdirməsi kreditorun maliyyə mənafelərinə bi rbaşa ziyan vurur. Bu baxımdan, 10.200 manat məbləğində dəbbə pulunun azaldılması əsas borcla müqayisədə qeyri-mütənasib olmuş, həm müqavilə şərtlərinə, həm də məhkəmə təcrübəsinə ziddir.
29. MPM-in 102.3 və 103-cü maddələri üzrə - MPM-in müvafiq normalarına əsasən ekspert rəyinin məhkəmə üçün məcburi hüquqi qüvvəsi yoxdur və məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırdıqdan sonra onlara hüquqi qiymət verməlidir. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə təqdim edilmiş ekspert rəylərini – konkret olaraq zaminlik müqavilələrinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən imzalanmaması barədə rəylərini digər sübutlarla birgə təhlil etməmiş, bu rəyə əsaslanan nəticələr obyektiv və hərtərəfli şəkildə əsaslandırılmamışdır. Belə ki, eyni anda üç zamin tərəfindən müqavilələrin imzalanmaması ağlabatan deyil. Bu səbəbdən də həmin hissədə təkrar ekspertiza təyin edilməsi və məsələnin ətraflı araşdırılması zəruridir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyasında bu barədə olan tələbimiz məhkəmə tərəfindən nəzərə alınmamışdır.
30. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi borcun zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tutulması hissəsində iddianın rədd edilməsi, eləcə də cərimə borcunun tənasübsüz dərəcədə azaldılması hissəsində işdə olan sübutları qiymətləndirərkən MPM-in tələblərini pozmuş və nəticədə mübahisələndirdiyimiz hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri 3
2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutul malıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəl lədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə v ə miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdə n birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
39. Bununla belə məhkəmə kollegiyası kassatorun dəbbə pulunun tutulması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apellyasiya in stansiyası Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini hazırkı mübahisəyə doğru tətbiq etmiş, hər iki tərəfin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun cərimə məbləği müəyyənləşdirmişdir. Ona görə də kassatorun bu dəlili əsassızdır.
40. Bundan başqa məhkəmə kollegiyası kassatorun zaminlik müqavilələrinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən imzalanmaması və bununla bağlı təkrar ekspertiza keçirilməli olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin ed ə bilər.
41. Normanın məzmunundan da aydın olur ki, təkrar ekspertizanın keçirilməsinə səbəb olan hallardan biri ekspert rəyinin əsassızlığıdır. Hazırkı iş üzrə isə təqdim olunmuş ekspert rəylərinin əsassızlığına səbəb ola biləcək yetərli dəlillər irəli sürülməmişdir. Qeyd olunmalıdır ki, ekspert rəyinin əsassızlığı yalnız subyektiv şübhə ilə deyil, faktlara və dəlillərə əsasən sübut olunmalıdır. Lakin kassator yalnız ehtimal və şübhələri ilə üç nəfər zamin tərəfindən eyni anda müqavilələrin imzalanmamasını ağlabatan hesab etməmişdir. Göründüyü kimi kassator apellyasiya instansiyası məhkəməsinin bu hissədə qətnaməsinin ləğvi üçün əsas ola biləcək dəlillər gətirməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassatorun bu dəlili də əsassızdır.
43. Apellyasiya instans iyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
44. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-822/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.