Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-211/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı1 ASC-nin cavabdeh1nə və cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili oğlunun, cavabdeh2 vəkilinin iştirakları ilə, İddiaçı1 ASC-nin Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə d air kommersiya işi üzrə Cavabdeh2 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 06 dekabr 2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən bank borc alana 48 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 700.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan banka 06.12.2016-cı il tarixədək 224.000 manat faiz ödəməli idi.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 may 2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.200.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
4. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan 06.05.2019-cu il tarixədək banka 576.000 manat faiz ödəməli idi.
5. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən hər iki kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqa viləyə əsasən sonrakı ipoteka predmeti Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, X ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasıdır. 6. 22 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubuna görə, cavabdehə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 7. 23 aprel 2018-ci il tarixli, **********492 saylı pretenziya məktubuna görə, 06.12.2012-ci il tarixli, 04 saylı və 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı1 ASC-yə tam ödənilməsi tələb olunmuşdur. 8. 06.12.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə əlavəyə görə, Cavabdeh1 MMC 06.06.2016-cı il tarixdən 06.05.2019-cu il tarixədək əsas borc 3.200.000 manat, faiz borcu 576.000 manat olmaqla, cəmi 3.776.000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 9. 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əlavəyə (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görə, cavabdeh 06.03.2013-cü il tarixdən 06.12.2016-cı il tarixədək əsas borc 700.000 manat, faiz borcu 224.000 manat olmaqla, cəmi 924.000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarına əsasən X3 24.07.2016-cı il tarixdən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.05.2019-cu i l tarixli, 5504 saylı ekspert rəyinə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 04 saylı, 06 dekabr 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə 06.12.2016-cı il tarixə olan cəmi borcu 696.437,46 manat (əsas borc 681.001,42 manat, faiz borcu 15.436,03 manat) məbləğində, 20 sentyabr 2018-ci il tarixə (qərardadın tarixinə) olan cəmi borcu isə 757.349,25 manat (əsas borc 681.001,42 manat, faiz borcu 76.347,83 manat) məbləğində müəyyən olunmuş, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 04/2 saylı, 06 may 2016-cı il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 MM C-nin iddiaçı İddiaçı1 ASC-yə 06.05.2019-cu il tarixə olan cəmi borcu 2.404.405,13 manat (əsas borc 2.052.999,97 manat, faiz borcu 351.405,16 manat) məbləğində müəyyən olunmuşdur. 12. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə A04/341 saylı, 01 iyun 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına baxış keçirilməsi üçün şərait yaradılmadığından və dəfələrlə baxış keçirilməsi üçün sahibkara müraciətlər olunsa da, müraciətlər rədd olunduğundan, əmlak müqayisəli şəkildə qiymətləndirilmiş və daşınmaz əmlakın 27 may 2020-ci il tarixə ilkin satış (likvid) qiyməti 7.020.000 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məh kəməsində icraat
13. İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681.159,09 manat (altı yüz səksən bir min yüz əlli doqquz manat doqquz qəpik) əsas borc, müqavilə müddəti üçün hesablanmış 15.590,95 manat (on beş min beş yüz doxsan manat doxsan beş qəpik) faiz borcu, 115.797,07 manat (bir yüz on beş min yeddi yüz doxsan yeddi manat yeddi qəpik) cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87.230,42 manat (səksən yeddi min iki yüz otuz manat qırx iki qəpik) borc olmaqla, cəmi 899.777,53 manat (səkkiz yüz doxsan doqquz min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) məbləğində borcun, 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə 2. 053.000 manat (iki milyon əlli üç min) əsas borcun, müqavilə müddəti üçün hesablanmış 351.405,16 manat (üç yüz əlli bir min dörd yüz beş manat on altı qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14.827,28 manat (on dörd min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) borc olmaqla, cəmi 2.419.232,44 manat (iki milyon dörd yüz on doqquz min iki yüz otuz iki manat qırx dörd qəpik) məbləğində borc və odənilmiş 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.12.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 48 (qırx səkkiz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi olmaqla, 700.000 manat (yeddi yüz min) məbləğində kredit verilmişdir. Müvafiq kreditin təminatı olaraq 06.12.2012-ci il tarixli, 04 saylı girov müqaviləsi bağlanmışdır və bu müqaviləyə əsasən istehsal avadanlıqları girov predmeti olaraq təqdim olunmuşdur. Həmçinin 06.05.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsinə əsasən "Cavabdeh1" MMCyə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı) faiz dərəcəsi olmaqla, 3.200.000 manat (üç milyon iki yüz min) kredit verilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı olaraq "İddiaçı 1" ASC ilə Borcalan "Cavabdeh1" MMC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 06.05.2016-cı il tarixli, 04/02 saylı sonrakı ipoteka müqaviləsinə uyğun olaraq sonrakı ipoteka predmeti kimi Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası təqdim olunmuşdur. Kredit müqaviləsinə əsasən öhdəliklər borc alan tərəfindən yerinə yetirilmədikdə, borc verən xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə borc alana kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Bundan əlavə müqaviləyə əsasən borc alan tərəfindən öhdəliyi n icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək bankın hüququdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ləğv prosesində olan İddiaçı1 ASC-yə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.07.2019-cu il tarixli, 2-2(81)102/2019 nömrəli qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-2(113)-30/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681.001,42 mana t (altı yüz səksən bir min bir manat qırx iki qəpik) əsas borcun, 15.436,03 manat (on beş min dörd yüz otuz altı manat üç qəpik) faiz borcun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87.230,42 manat (səksən yeddi min iki yüz otuz manat qırx iki qəpik) borcun, 20.000 (iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 803.667,87 manat (səkkiz yüz üç min altı yüz altmış yeddi manat səksən yeddi qəpik), 06.05.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə 2.052.999,97 manat (iki milyon əlli iki min doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) əsas borcun, 351.405,16 manat (üç yüz əlli bir min dörd yüz beş manat on altı qəpik) faiz borcun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14.827,28 manat (on dörd min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) borc olmaqla, cəmi 2.4 19.232,41 manat (iki milyon dörd yüz on doqquz min iki yüz otuz iki manat qırx bir qəpik) məbləğində pulun və 29 (iyirmi doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.222.929,28 manat (üç milyon iki yüz iyirmi iki min doqquz yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pulun ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı1 ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin Cavabdeh2 qa ytarılması, əmlakın ilkin satış qiymətinin 7.020.000 (yeddi milyon iyirmi min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında 06.12.2012-ci il tarixli, 04 saylı və 05.05.2016-cı il tarixli, 04/02 saylı kredit müqavilələri bağlanmışdır. İddiaçı1 ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilələrdə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Nəticədə 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681.001,42 manat əsas, 15.436,03 manat faiz borcu, 06.05.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2.052.999,97 manat əsas, 351.405,16 manat faiz borcu yaranmışdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ö dənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
19. Bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, həmin hissədə iddia təmin edilməli, iddiaçı tərəfindən hər iki müqavilə üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 87.230,42 manat və 14.827,28 manat məbləğində faizlər Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
20. Bununla yanaşı, iddiaçı iddia ərizəsində həmçinin 06.12.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 115.797,07 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
21. Məhkəmə qeyd olunan tələblə bağlı hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğ a zaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20.000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Həmçinin, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq 06.05.2016-cı il tarixli, 04/2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 25. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satı la bilər.
26. Beləliklə, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, Cavabdeh1 MMC-nin 06.12.2012-ci il tarixli, 04 saylı və 06.05.2016-cı il tarixli 04/2 saylı kredit müqavilələri üzrə banka olan borcu üzrə tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.
27. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış dəyərinin 7.020.000 manat olması müəyyən edilmişdir.
28. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 269, 270.1, 385.1, 386, 739, 442, 443.1, 448.1, 445.7, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1, 11.2, 39.3, 41.1-ci (bundan sonra – “İpoteka haqqında qanun”) maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) iddiaçı1 ASC-nin və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-2(113)30/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
32. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış 06 m ay 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək ipoteka qoyanın, yəni Cavabdeh2 vəzifələrinə aid edilmişdir.
33. Müqavilənin 8.4-cü bəndinə görə, ipoteka qoyan və borcalan bu müqavilənin vaxtında və düzgün qeydiyyatdan keçirilməsinə görə məsuliyyət daşıyır. İpoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatına alınmadığı halda ipotekasaxlayan vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilər.
34. Cavabdeh2 sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin tələblərinə əməl etməmiş, müqavilənin no tarial qaydada rəsmiləşdirilməsini və dövlət qeydiyyatına alınmasını təmin etməmiş, lakin buna baxmayaraq bank tərəfindən kredit vəsaiti borcalan Cavabdeh1 MMC-yə təqdim edilmişdir. 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4-cü maddələrində ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğu və dövlət qeydiyyatına alınmalı olduğu nəzərdə tutulmuşdur.
36. Dövlət qeydiyyatına alınmalı olan hüququn qeydiyyata alınmaması özlüyündə əqdin etibarsızlığı ilə bağlı hüquqi nəticə doğurmur, lakin əqdin qanunla müəyyən edilmiş formada bağlanmaması onun etibarsızlığına səbəb olur. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunla müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanmış əqd əhəmiyyətsiz əqddir.
37. Mülki Məcəllən in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Qeyd edilən normadakı müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01.12.2020-ci il tarixli qərarında öz əksini tapmışdır.
39. Cavabdeh2 06 may 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə müqavilənin bağlandığı tarixdən bir il ərzində iddia qaldırmamışdır.
40. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 329.1, 329.2, 336.1. 354.1-ci, “İpoteka haqqında qanun”un 10.2, 10.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
42. Apelyasiya məhkəməsi Cavabdeh2 şikayətini rədd edərkən yolverilməz hallara, şəxsi mülahizələrə, heç bi sübuta əsaslanmayan qənaətlərə istinad edib, ziddiyyətlərlə dolu qətnamədə şikayətin qanuni və əsaslı olmasını dolayısı ilə qəbul edir, ancaq hesab edir ki, iddia təlbi müddət ötürülməklə məhkəməyə erildiyindən, iddia tələbi rədd edilməlidir. 43. “İpoteka haqqında qanun”un 1.0.6, 3.1,10.4, 11.1 və 11.2-ci maddələrinin tələblərinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qe ydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Qanunun 10.2-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir.
44. Qanunun 11.2-ci maddəsinə əsasən İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
45. Hazırki halda notarial qaydada təsdiq edilməmiş bir müqavilə üzrə ipoteka müqaviləsi hüquqi qüvvəsini almır və dövlət qeydiyyatına alınmadığına görə də ipoteka hüququ əmələ gəlmir.
46. Apelyasiya Məhkəməsinin bu cür halları sadəcə müddət ötürülmə əsası ilə istinadlanması yolverilməzd ir. İlk öncə ona görə ki, bu müqavilələr bağlandığı andan etibarsiz hesab olunduğuna görə onun üçün məhkəməyə etibarsızlıqla bağlı iddia qaldırmağa zərurət yoxdur. Çünki qanunun tələblərini pozmaqla bağlanmış əqd elə bağlandığı andan etibarsızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
48. Cavabdeh2 vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
49. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
50. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edils ə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
52. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), ka ssasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. İş üzrə Cavabdeh2 və onun vəkili qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdiklərindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəfləri n qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır”. “Maddə
336. Əqdlərdən əmələ gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsinin nəticələri 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir”. “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, m əsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. 58. “İpoteka haqqında” qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: M a d d ə
9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İp oteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. 9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. “M a d d ə
10. İpoteka müqaviləsi 10.2 İpoteka müq aviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. “M a d d ə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvaf iq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur”. M a d d ə
12. İpotekanın dövlət qeydiyyatı qaydaları 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. 12.6. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.
59. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəz ərdə tutulur: Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiya sı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi qismən, borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelya siya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməlidir.
61. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək ipoteka qoyanın, yəni Cavabdeh2 vəzifələrinə aid edilmiş, Cavabdeh2 sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin tələblərinə əməl etməmiş, müqavilənin notarial qaydada rəsmiləşdirilməsini və dövlət qeydiyyatına alınmasını təmin etmə miş, lakin buna baxmayaraq bank tərəfindən kredit vəsaiti borcalan Cavabdeh1 MMC-yə təqdim edilmişdir, dövlət qeydiyyatına alınmalı olan hüququn qeydiyyata alınmaması özlüyündə əqdin etibarsızlığı ilə bağlı hüquqi nəticə doğurmur, lakin əqdin qanunla müəyyən edilmiş formada bağlanmaması onun etibarsızlığına səbəb olur. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunla müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanmış əqd əhəmiyyətsiz əqddir.
62. Qanunvericiliyin tələblərinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığı na səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
63. İş materiallarından da göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın ipotekaya qoyulmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamış, həmçinin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmağından bu müqavilə qüvvəyə də minməmişdir. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınma sı ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək üzrə ipoteka qoyan Cavabdeh2 vəzifələrinin icra edilməməsi isə məhkəməyə rəsmi reyestrdə qeydə alınmamış və beləliklə qüvvəyə minməmiş müqaviləyə əsasən ipoteka predmetinə tutmanı yönəltmək üçün hüquqi əsas vermədiyi halda, məhkəmələr borcun tutulmasını ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəltməklə, iddia tələbini həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin etməklə istinad edilən normaların tətbiqində səhvə yol vermişlər.
64. Apelyasiya məhkəməsi bu zaman Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına dair 06.05.2016-cı il tarixli, 04/2 saylı ipoteka müqaviləsinin qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı barədə birinci instansiya məhkəməsinin iş materialları təsdiq edilməyən nəticəsinə də hər hansı münasibət bildirməmişdir. İş materiallarında həmçinin mübahisələnirilən sonrakı ipoteka müqaviləsinin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına dair də hər hansı sübut yoxdur, Cavabdeh2 apelyasiya şikayəti bilavasitə məhz işin həmin halları ilə bağlı olsa da, işə baxmış məhkəmələr tərəfindən sorğu edilərək buna dair rəsmi məlumatlar iş materiallarına əlavə olunmamışdır.
65. Müqavilənin 8.4-cü bə ndinə uyğun olaraqsa tərəflər ipoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatına alınmadığı halında, tutmanın ipoteka predmetinə yönəldilməsini deyil, ipotekasaxlayanın vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilməsi barədə razılığa gəlmişlər.
66. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə Cavabdeh2 tərəfindən məhkəmədə hər hansı iddia qaldırılmadığından, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbini əsaslandırarkən apelyasiya məhkəməsinin eyni zamanda Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad olunmasını da məhkəmə kollegiyası qanuni hesab etmir. Cavabdeh isə öz mövqeyini ipoteka müqaviləsinin etibarsızlığı ilə deyil, məhz notariat qaydada təsdiq edilmədiyi, daşınmaz əmlakın dövlət reyestrində müqavilənin qeydiyyata alınmadığı üçün qeyri yaşayış sahəsinə tutmanın yönəldilə bilməməsi ilə əsaslandırmışdır. Apelyasiya məhkəməsi tərəfindən isə cavabdehin bu dəlillərinə adekvat hüquqi qiymət verilməmişdir.
67. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, ilkin ipoteka üzrə cavabdehə məxsus qeyri yaşayış sahəsinə hər hansı tutmanın yönəldilibyönəldilməməsi, sonrakı ipoteka müqaviləsinin isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə rəsmi sorğular verilərək buna dair dəqiq məlumatlar əldə olunmalı, araşdırmanın nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.
68. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkə n maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)31/2021 saylı qətnaməsi qismən, borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
70. Bakı Apelya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi qismən, borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti X ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apelyasiya məhkəməsinə göndərilsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.