Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-211/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi cəlb edilməklə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması (zəbt edilmiş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan i barət tərkibdə, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi cəlb edilməklə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1089/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1999-cu il 29 iyul tarixli 666 nömrəli torpaq sahəsinin geri alınması haqqında sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – “ARDNŞ”) Quruda Neft və X1 1998-ci il 25 dekabr tarixli YÇ011/2568 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu ərazisində yerləşən və ARDNŞ-ya məxsus Şabandağ yatağından 105 ha, Binəqədi yatağından 97 ha, Qırmaçı yatağından 73,0 ha torpaq sahəsinin geri alınması qərara alınmışdır
2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin vətəndaş İddiaçı Məmmədli oğluna torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 3.000 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır.
3. Cavabdeh şirkətinin İddiaçı və məlu mat üçün SOCAR-a, Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı 2018-ci il 1 mart tarixli 03/311 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin 2004-cü il 6 aprel tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə baxış keçirildiyi və ərizədə qeyd olunan sahələrin Saziş ərazisinin hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur.
4. SOCAR-ın 2019-cu il 29 may tarixli İddiaçı ünvanladığı məktubunda bildirilmişdir ki, müraciətdə qeyd edilən torpaq sahələri SOCAR-ın istismarında olan neft-qaz boru kəmərinin mühafizə zonası xaricində yerləşir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 may tarixli 2-1(81)2268/2019 nömrəli qərardadından görünür ki, Cavabdeh şirkətinin üçüncü şəxs İddiaçı olmaqla Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 2004-cü il 6 aprel tarixli 797 /2 nömrəli sərəncamı Sazişin qüvvəyə mindiyi 2005-ci il 15 may tarixindən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığın tanınması barədə iddia ərizəsi mümkün sayılmamışdır. Əsas kimi isə göstərilmişdir ki, 2005-ci il 29 aprel tarixli 901-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarınn daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş (bundan sonra – “Saziş”) 2005-ci il 1 sentyabr tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hall ar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçıları na kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul olunmuş 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli qərarı artıq öz qüvvəsini 2005-ci il 15 may tarixindən itirmişdir. Artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2019-cu il 17 oktyabr tarixində Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ca vabdehin Binəqədi Rayon Qəsəbə Bələdiyyəsinin 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamına əsasən ona verilən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyənin 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbəsinin ərazisində sahibkarlıq fəaliyyətinin tikintisi üçün 3.000 kv.m. torpaq sahəsi ayrılmış, həmin yer Binəqədi qəsəbə bələdiyyəsinin çəkdiyi planda qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, verilmiş plan daxilində həmin yeri hasarlamışdır. Cavabdeh həmin torpaq sahəsinin onlara aid olmasını bəhanə edərək onun fəaliyyətinə məhdudiyyətlər yaratmışdır. İddiaçı həmçinin bildirmişdir ki, ARDNŞ ilə aralarında müqavilə bağl anmışdır və ona verilən 3.000 kv.m. torpaq sahəsi cavabdehə məxsusdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1999-cu il 27 iyul tarixli 667 nömrəli sərəncamına əsasən, Binəqədi rayonu ərazisində yerləşən və ARNDŞ-yə məxsus Binəqədi yatağında 15,0 ha, Şabandağ-Sulutəpə yatağından 74.0 ha torpaq sahəsi şirkətin məktubuna əsasən geri alındığı, ona verilən torpaq sahəsinin geri alınan 15.0 ha torpaq sahəsinin ərazisində yerləşir. Eyni zamanda SOCAR-ın 2019-cu il 29 may tarixli ona verdiyi məktubundan aydın olur ki, onun torpağının koordinatları SOCAR-ın istismarında olan neft qaz boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşir. Belə olan halda cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi qanuna zidd olmuşdur.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının istifadəs ində olan 3.000 kv.m. torpaq sahəsi Binəqədi Bələdiyyəsinin sərəncamı ilə ayrıldığı qeyd olunsa da, həmin alqı-satqı müqaviləsinin qüvvədən düşməsi barədə məhkəməyə məlumat verilməmişdir. Belə ki, şirkət qeyd olunan sərəncamın etibarsızlığının tanınması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, iddia müddətinin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında qeyd olunmuşdur ki, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı Saziş, kontrakt və ya bu cür sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmiş, bununla da Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul olunmuş 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncam artıq öz qüvvəsini 2005 -ci il 15 may tarixindən itirmişdir. Belə olan halda Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda bələdiyyə sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən olunmasına ehtiyac yoxdur. İddiaçının Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına istinad edərək torpaq sahəsinin geri alındığını və ona məxsus torpaq sahəsinin geri alınan sahənin daxilində yerləşməsi və həmin sahənin daxilində yerləşməni təsdiq edən sənəd təqdim edilmədiyi üçün də bu dəlili də əsassız olmuşdur. Eyni zamanda iddiaçının şirkətə müraciət edərək istifadəsində olmuş torpaq sahəsinin şirkətin saziş ərazisinə düşüb-düşməməsinin müəyyən olunmasını xahiş etmiş, lakin onun istifadəsinə verilmiş torpaq sahəsinin kontrakt sahəsinin hüdudları daxilində və quyuların mühafizə z olağında yerləşdiyi və ora hər hansı tikinti işlərinin aparılmasına etiraz edilmişdir.
9. Üçüncü şəxs SOCAR da iddiaya etiraz edərək bildirmişdir ki, qeyd olunan koordinatlar daxilində iddia tələbi irəli sürülmüş torpaq sahələrinin uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il 10 aprel tarixli 526 nömrəli sərəncamı ilə yardımçı təsərrüfatın tikintisi üçün Azərbaycan Korlar Cəmiyyətinə ayrılmış, həmin ərazi daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il 30 may tarixli 801 nömrəli sərəncamı ilə “Fidan-52” kiçik müəssisəsinə təhkim olunmuş və bundan sonra Sazişə əsasən, Cavabdeh Şirkətinin istifadəsinə verilmişdi r. İddia olunan torpaq sahələri 212822, 212357, 217020, 217018, 217019, 217049, 217003 və 217008 nömrəli neft quyularının və neft xəttinin mühafizə zonasında yerləşir. Həmçinin məlumata görə, ayrı-ayrı fiziki və ya hüquqi şəxslərə paylanılması üçün dövlət tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə ümumiyyətlə torpaq sahəsi ayrılmamışdır. Bu baxımdan da bələdiyyənin iddia olunan torpaq sahəsini iddiaçıya ayırması üçün səlahiyyəti olmamışdır. Torpaq sahəsi iddiaçıya qanunvericiliyin qeyd olunan tələbləri pozulmaqla sərəncam əsasında ayrılmışdır. Həmçinin Cavabdeh Şirkəti 2019-cu ildə Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı bələdiyyənin iddiaçıya aid 797/2 nömrəli 2004-cü il 6 aprel tarixli və 1294 nömrəli 2004-cü il 8 noyabr tarixli sərəncamlarının etibarsız hesab edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq olaraq 2019-cu il 22 may tarixli 21(81)-2268/2019 və 2019-cu il 27 may tarixli 2-(81)2267/2019 nömrəli qərardadları ilə iddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də Qanunun normalarına istinad edərək, hazırkı halda sərəncamların ayrıca bir məhkəmə qərarları ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən, qeyd olunduğu kimi Cavabdeh Şirkətinin iddiası mümkün sayılmamışdır. Bu hal öz növbəsində iddianın təmin olunması anlamına gəlir. Həmçinin, mülki qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın re yestrdə qeydiyyata alındığı andan yaranır. Bu normalardan da göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüququ mövcud deyil.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 25 yanvar tarixli 10/875 nömrəli rəyində qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ARDNŞ-ın istifadəsinə verilmiş ərazilərə aiddir, lakin mülki iş materiallarında olan məlumatları nəzərə alınmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamı ilə iddiaçıya verilmiş 3.000 kv.m. torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 1999-cu il 29 iyul tarixli 666 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində yerləşən və ARDNŞ-ya məxsus Binəqədi yatağından geri alın mı torpaq sahəsinin hüdudları daxilindədir. Sözügedən torpaq sahəsinin koordinatları 2019-cu il 29 may tarixli SOCAR-ın təqdim etdiyi məktubuna əsasən, SOCAR-ın istismarında olan neft-qaz boru kəmərləri mühafizə zonasından kənarda yerləşir. 2018-ci il 5 aprel tarixli SOCAR-ın təqdim etdiyi digər məktuba əsasən, həmin koordinatlar daxilində olan torpaq sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1994-cu il 30 may tarixli 801 nömrəli sərəncamı ilə mülkiyyətçiyə qaytarılmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-ci il 18 aprel tarixli 10/1780 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur ki: - “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il 20 fevral tarixli **********97 nömrəli mütəxəssis rə yində rəyə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 4.476 m2 təşkil etdiyi, torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyi və torpaq sahəsinin bir tərəfindən (0,6-2,6 metr məsafədən) yüksək gərginlikli elektrik hava xəttinin keçdiyi müəyyən olunmuş; - mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin ARDNŞ-ın istifadəsinə verilmiş ərazidə yerləşdiyi, göstərilən ümumi torpaq sahəsinin daxilində neft quyusunun və işlək vəziyyətdə olan qurğunun mövcud olduğu, vahid elektron kadastr bazada sahənin qeydiyyatı ilə bağlı heç bir məlumat aşkar edilmədiyi və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən digər fiziki və hüquqi şəxslərə verilmiş sənədlər barədə bazada məlumat olmadığı və göstərilən sahənin dövlət mülkiyyəti olduğu müəyyən edilmişdir.
12. Azərbaycan Respu blikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 27 iyun tarixli 3-16-16/2-10/218 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur ki: - Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbə ərazisində verilmiş 3.000 kv.m. torpaq sahəsinin sxemində tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, həmin 3.000 kv.m. torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin baxış zamanı təqdim olunan torpaq sahəsinin sxemdə göstərilən konfiqurasiyaya (Г şəkilli), yerləşmə vəziyyətinə (sol və aşağı tərəfində ferma olduğu, yuxarı tərəfindən Binəqədi-Mehdiabad yolu keçdiyi) uyğun olduğu, ölçülərdən yalnız sxemdə 80 metr gö stərilən hissənin naturada 62,1 metr olduğu, digər ölçülərin uyğun olduğu; - baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli sərəncamı ilə iddiaçıya Binəqədi Qəsəbə ərazisindən verilmiş 3.000 m2 torpaq sahəsinin sxemində tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, həmin 3.000 m2 torpaq sahəsinin neft quyusunun mühafizə zonasına düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamış; - həmçinin baxış zamanı iddiaçı tərəfindən təqdim olunmuş 2.412,27 m2 torpaq sahəsindən 13 metr məsafədə 212822 nömrəli, 31 metr məsafədə isə 212357 nömrəli neft quyularının olduğu nəzərə alınaraq, həmin 2.412,27 m2 torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunduğu, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın sualının digər hissəsini cavablandırmaq mümkün olmamış, həmin 3.000 m2 torpaq sahəsinin ən yaxın neft quyusundan hansı məsafədə yerləşdiyini müəyyən etmək mümkün olmamış, lakin baxış zamanı iddiaçı tərəfindən təqdim olunmuş 2.412,27 m2 torpaq sahəsindən 13 metr məsafədə 212822 nömrəli, 31 metr məsafədə isə 212357 nömrəli neft quyularının olduğu müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 avqust tarixli 2-2(113)-133/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir (hakim – G.Namazova).
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları dövlət tərəfindən qanun qüvvəsinə malik Saziş əsasında onların istifadəsinə verilmişdir. 15. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" ARDNŞ, AZEN X4.Vi. və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir.
16. Digər tərəfdən iş materiallarına əlavə edilmiş bir neçə ekspert rəylərindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin ARDNŞ-ın istifadəsinə verilmiş ərazilərə aid olduğu, göstərilən ümumi torpaq sahəsinin daxilində neft quyusunun və işlək vəziyyətdə olan qurğunun mövcud olduğu, vahid elektron kadastr bazada sahənin qeydiyyatı ilə bağlı heç bir məlumat aşkar edilmədiyi və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən digər fiziki və hüquqi şəxslərə verilmiş sənədlər barədə bazada məlumat olmadığı və göstərilən sahənin dövlət mülkiyyəti olduğu, torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunduğu qeyd edilmişdir.
17. Məhkəmə araşdırması zamanı bir neçə dəfə ekspertizaların keçirilməsinə səbəblərdən biri də iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə istiqamətinin və dəqiq koordinatların bilməməsi olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Bələdiyyə sərəncamına yalnız torpaq sahəsinin cizgisi əlavə edilmiş, koordinatlar göstərilməmişdir. İş Binəqədi Rayon Məhkəməsində olduğu zaman ekspert və tərəflərin iştirakı ilə keçirilən baxış zamanı iddiaçı tərəf bir torpaq sahəsini göstərmişdir. İş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildikdən sonra və məhkəmə tərəfindən tərəflərin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı iştirakı ilə təşkil olunan yerində müayinə zamanı isə iddiaçı artıq başqa ərazidə yerləşən torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi kimi göstərmişdir. Lakin məhkəmə bir daha da vurğulamışdır ki, iddiaçı tərəfindən göstərilən həm birinci, həm ikinci torpaq sahəsi ekspert rəylərinə əsasən dövlət mülkiyyətində olduğu və ARDNŞ-ın istifadəsinə verilmiş ərazilərə aid olduğu və torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağı na düşdüyü müəyyən edilmişdir.
18. Beləliklə, iddiaçının hazırki iddia ərizəsinin qaldırılmasına subyektiv hüququ belə olmamışdır. Bundan əlavə, əgər həqiqətən də iddiaçıya mübahisələndirilən ərazidə torpaq sahəsi ayrılmış olsaydı belə, Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli 901-İİQ nömrəli Qanununa əsasən, Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu qanun qüvvəyə mindikdən sonra Sazişin, hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişin qa nuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul olunmuş 2004-cü il 6 aprel tarixli 797/2 nömrəli qərarı öz qüvvəsini itirmiş sayılır.
19. İddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən ed ilir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 111.1-111.3 və 112-ci maddələrinə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli 901-İİQ nömrəli Qanununun 1, 4 və 5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə” 2015-ci il 1 1 fevral tarixli Qərarına və “F.Şirinovun şikayəti üzrə” 2016-cı il 16 noyabr tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76.1, 76.2, 77.1 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1089/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqelərini vurğulmaqla əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyindən, birinci instansiya məhkəməsi tərəfindən bu dəlillər araşdırılmış və müəyyən olunmuşdur. Kollegiya həmin mövqelərlə razılaşmışdır. Həmçinin, iddiaçının istinad etdiyi dəlil olaraq mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında bələdiyyə tərəfindən ona satılması iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr və X2 şəxsin məhkəməyə təqdim etdiyi 2024-cü il 13 dekabr tarixli məktubundan müəyyən edilmişd ir ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmağa səlahiyyəti olmamışdır.
24. Həmçinin iş materiallarına mübahisəli torpaq sahəsinin iddiaçıya satılmamışdan əvvəl bələdiyyənin mülkiyyətində olması barədə sübut əlavə olunmamışdır. İddiaçı alqısatqı müqaviləsinə əsasən ödədiyi pul məbləğini ayrıca iddia icraatı qaydasında MM-in 572.1-ci maddəsinin tələblərinə əsasən bələdiyyədən geri tələb edə bilər.
25. Bundan başqa, iddiaçı özü apellyasiya şikayətində mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyənin ərazi hüdudlarının müəyyən olunmaması səbəbi ilə dövlət və bələdiyyə arasında mütəmadi mübahisələrin olduğunu qeyd etmişdir. Belə olan halda kollegiya mübahisəli hüquq əsasında məhkəmənin iddianı təmin etməsinin yolverilməz olduğunu bildirmişdir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.4 və 572.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 111.1 və 112-ci maddələrinə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli 901-İİQ nömrəli Qanununun 1, 4 və 5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı həmin qətnamədən kas sasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi üzrə bildirir ki, bu norma torpağın özbaşına tutulmasını ehtiva edir. Göründüyü kimi, həmin norma iddiaçıya münasibətdə düzgün şamil olunmamışdır. Belə ki, iddiaçı həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında bələdiyyədən almışdır. Bu torpaq sahəsi 13 il mübahisəsiz iddiaçının sahibliyində olmuşdur. Avropa Konvensiyasının tələblərinə əsasən, bu müqavilə dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsi artıq iddiaçının mülkiyyəti hesab olunur. Çünki iddiaç ı bu torpağa 15 ildən artıq mübahisəsiz sahiblik etmişdir.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 111, 112 və 157.2-ci maddələri, həmçinin Sazişin 4-cü bəndi üzrə - Məhkəmə həmin məcəllənin 112-ci maddəsinə istinad etmişdir. Qeyd olunan normaya görə, vurulmuş zərər ödənməlidir. Lakin sözügedən norma iddiaçıya aid deyil. Çünki iddiaçı heç nəyə ziyan vurmamışdır. Əksinə alqı-satqı müqaviləsindən sonra iddiaçı öz sahibliyində olan torpaq sahəsinə xeyli vəsait yatıraraq onu abadlaşdırmışdır. Həmin torpaq sahəsini zəbt edən cavabdeh oranı yararsız hala salaraq, iddiaçıya külli miqdarda zərər vurmuşdur.
30. MM-in 67-ci maddəsində qeydiyyatdan keçməmiş hüquqların müdafiə olunmadığı qeyd edilmişdir. İddiaçının sahiblik hüququ olmuş, bu hüquq özbaşınalıq nəticəsində pozulmuşdur. MM-in 164-cü maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan olunmuş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-in 165-ci maddəsi).
31. MM-in 157.2-ci maddəsi onu ehtiva edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Bu normanın da iddiaçının əleyhinə transformasiya olunması qanunsuzdur. İddianı verən məlum olduğu halda, sözügedən norma ilə cavabdehin mənafeyini müdafiə edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının sahibliyində olan torpaq sahəsini özbaşına zəbt etmiş və iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur.
32. Sazişin 4-cü bəndi də iddiaçıya şamil edilə bilməz. Çünki saziş 2005-ci ildə bağlanmışdır. İddiaçı həmin torpaq sahəsini ondan bir il əvvəl alqı-satqı yolu ilə almışdır. Qanunun geriyə qüvvəsi yoxdur. Həmçinin saziş bağlandıqdan sonra cavabdeh ona aid olan torpaq sahəsini faktiki naturada qəbul etməmişdir. Yəni bu torpaqlar naturada ona təhvil verilməmişdir. MM-in 707-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza etməlidir.
33. MPM-in 387.1-ci maddəsi üzrə - Məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassas iya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında "Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır...." "Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüqu qu onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)...." “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə
572. Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. (2005-ci il 24 iyun 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 572.1-ci maddənin ikinci cümləsindən "və ya bilməli olduğu" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əş yanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilməsin)....”
38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin müvafiq müddəalarında “Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi...
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.” “Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur....” “Maddə
112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi Hüquqi və fiziki şəxs lər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.”
39. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli 901-İİQ nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqı nda" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin....
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi ba rəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir....”
40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
43. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
44. Bununla belə məhkəmə kollegiyası kassatorun mübahisəli torpaq sahəsi üzərində onun sahiblik hüququnun olmasına münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudla şdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
45. Göründüyü kimi iddiaçı hazırkı mübahisəli torpaq sahəsinə sahiblik hüququnun əmələ gəlməsi üçün olan əsaslara malik deyildir. Ona görə də onun bu dəlili əsassızdır.
46. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının istinad etdiyi dəlil olaraq mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında bələdiyyə tərəfindən ona satılması iddianın təmin edilməsi üçün əsas ola bi lməz. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr və X2 şəxsinin məhkəməyə təqdim etdiyi 2024-cü il 13 dekabr tarixli məktubundan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmağa səlahiyyəti olmamışdır. Həmçinin iş materiallarına mübahisəli torpaq sahəsinin iddiaçıya satılmamışdan əvvəl bələdiyyənin mülkiyyətində olması barədə sübut əlavə edilməmişdir.
47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və q anunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərdiyi dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1089/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.