Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-212/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin Cavabdehə qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il tarixli 4 fevral t arixli 2-2(119)-268/2022 saylı qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “ASC”) 2021-ci il 1 sentyabr tarixində Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı "borcun tutulması və tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.513,15 manat əsas və 1.272,74 manat faiz borcu olmaqla, cəmi 4.785,89 manat borcun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, Bank qarşısında girov qoyulmuş cavabdehə məxsus ******* nömrəli xüsusi paketdə Bankın pul anbarında saxlanca qəbul edilmiş 1 ədəd boyunbağı və 1 ədəd qolbağ 750 əyarlı, 24,79 qram; 1 cüt sırğa və 1 ədəd üzük, 750 əyarlı, 13,45 qram; 1 ədəd üzük 720 əyarlı, 4,5 qram və 2 ədəd üzük, 410 əyarlı, 7,5 qram qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması və borcun həmin satışdan əldə edilən vəsaitin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-172/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – Ə.Ələkbərov).
3. Sumqayıt Şəhər Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan mikro kredit sifarişi – anketindən görünür ki, Cavabdehin sahibkarlıq fəaliyyətinə dair məlumatlar qeyd olunmuş, onun Sumqayıt şəhərində yerləşən “A” və “B” Ticarət Mərkəzlərində bijuteriya, saat, ətir və sair əşyaların satışı ilə məşğul olması göstərilmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh vergi ödəyicisidir və ********** №-li VÖEN ona məxsusdur.
4. Sumqayıt Şəhər Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 44.2.2 -ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən e dilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 13,19-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli 2-2(119)-268/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).
6. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, şəxsi istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir.
7. Sumqayıt Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 1, 24.2, 25.1, 26.1, 32.7-ci, AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.” “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsind ə mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (komme rsiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə
44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;...”
9. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2 020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahib karlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkə mələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
11. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə predmeti olan 2019-cu il 19 noyabr tarixli 200840-171978/3 nömrəli kredit müqaviləsinin tərəfləri biri hüquqi şəxs (ASC), digəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (Cavabdeh). Buna baxmayaraq həmin müqavilənin 1.3-cü bəndində kreditin şəxsi istehlak məqsədilə verilməsi qeyd edilmişdir.
12. Eyni zamanda, iş materiallarında olan və Sumqayıt Şəhər Məhkəməsinin istinad etdiyi Mikro kredit sifarişi anketində “Kredit layihəsi” qrafasında kreditin məqsədi şəxsi istehlak kimi qeyd edilmişdir. “Biznes haqqında məlumat”qrafasında olan yazılar isə sadəcə cavabdehin fəaliyyət növü nü özündə əks etdirir.
13. Həmçinin 2021-ci il 6 oktyabr tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, sözügedən müqavilə istehlak krediti müqaviləsidir. Cavabdeh isə krediti istehlak məqsədilə götürdüyünü bildirmişdir. Göründüyü kimi, hər iki tərəf kreditin şəxsi istehlak məqsədli verildiyini təsdiq edir.
14. AMP-nin mövqeyinə (bax yuxarıda § 9) görə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmçinin verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisə nin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
15. Göründüyü kimi, subyekt tərkibindən fərqli olaraq mübahisənin predmeti işin kommersiya məhkəməsində baxılmasına imkan vermir.
16. Odur ki, hazırkı mübahisə mülki iş hesab edilməli və ona ümumi məhkəmə göndərilməlidir.
17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 32.7, 403-1.6, 403-1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov qoyulmuş predmetə tutmanın yönəldilməsi və girov predmeti olan əmlakın açıq hərracda satılması və sair” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxıl ması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.