Məhkəmə qərarları › İş №2-2(102)-213/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-213/2020

08.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-213/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: gömrük borcunun ödənilməsi) 08.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Komitənin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh MMC-yə qarşı gömrük borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-35/2020 saylı qətnaməsindən iddiaçı Komitə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İtaliyanın “Sicis SRL” şirkətindən Cavabdeh MMC-nə ünvanlanan A08707AT/A00089XT nömrəli avtomaşınla göndərilmiş mallar xx.xx.2016-cı il tarixli 1.336/03 nömrəli invoys və xx.xx.2016-cı il tarixli 487/99 nömrəli dəyər siyahısı əsasında xx.xx.2016-cı il tarixli “**********9512” sorğu nömrəli və “Bigelli Marmi SRL” şirkətindən A07550BC/A00497XP nömrəli avtomaşınla göndərilmiş mallar xx.xx.2016-cı il tarixli E4***-******* nömrəli invoys və xx.xx.2016cı il tarixli U/00624508 nömrəli dəyər siyahısı əsası nda xx.xx.2016-cı il tarixli “**********9265” sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir.

2. Gömrük Əməliyyatları İdarəsinin tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanan xx xxxxxx 2018-ci il tarixli raportdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən bəyan edilmiş “bianco carrara” və “grigio bardiglio” markalı mərmər yükünün invoys dəyərinin 53.641,60 avro deyil, 207.699 avro olduğu təqdirdə yarana biləcək fərqə görə əlavə ödəniləcək gömrük ödənişləri - gömrük rəsmiləşdirilməsinə görə yığımı, 42.459,76 manat məbləğində idxal gömrük rüsumu, 58.657,46 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 101.467,22 manat; həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsi t ərəfindən “**********9512” sorğu gömrük bəyannaməsi üzrə 350 manat məbləğində gömrük rəsmiləşdirilməsinə görə yığımları, 15.976,02 manat məbləğində idxal gömrük rüsumu, 22.109,92 manat məbləğində ƏDV olmaqla ümumilikdə 38.435,94 manat məbləğində gömrük borcunun yarandığı aşkarlanmış və bu barədə müvafiq raportlar tərtib edilərək BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinə göndərilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci və 75-ci maddələrinin tələblərini rəhbər tutaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh MMC barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. 4. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi tərəfindən 210/0xx-xx/010040 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən xx.xx.2016-cl il tarixli “**********9512” və “**********9265” nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış ümumilikdə 139.903,16 manat məbləğində gömrük borcunun MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İtaliyanın “Sicis SRL ” və “Bigelli Marmi SRL” şirkətlərindən avtomaşınlarla Cavabdeh MMC-nin ünvanına göndərilmiş mallar 2016-cı ilin avqust ayının 26-da invoys və dəyər siyahısı əsasında gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsi (BBGİ) tərəfindən buraxılış gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir.

7. Daha sonra, həmin gömrük bəyannamələri üzrə cavabdeh MMC tərəfindən təqdim olunan invoysların həqiqiliyinin araşdırılması məqsədlə X5 İdarəsi vasitəsilə İtaliya Respublikasının Gömrük və Dövlət inhisarçılıq Agentliyi ilə yanaşı Gömrük və Monopoliya Agentliyinə sorğular göndərilmiş və həmin orqanlar tərəfindən İtaliya şirkətləri tərəfindən cavabdehin ünvanına göndərilən mallara dair əsl invoyslar Komitəyə göndərilmiş, həmin invoyslarla gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh MMC tərəf indən təqdim olunan invoysların müqayisəli təhlili aparılarkən “**********9512” sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyərinin 20.214,97 avro deyil, 76.861,08 avro; “**********9265” sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyərinin isə 53.641,60 avro deyil, 207.699,25 avro olduğu aşkar edilmişdir.

8. Malların invoys dəyərləri arasında aşkarlanmış fərqlər üzrə yaranmış gömrük borcunun müəyyənləşdirilməsi məqsədilə BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsi tərəfindən İdarəyə, həmçinin, Gömrük prosedurları və ödənişləri şöbəsinə raportlarla müraciət olunmuşdur. Gömrük Əməliyyatları İdarəsi tərəfindən “**********9265” sorğu nömrəli gömrük bəyannaməsi üzrə 350 manat məbləğində gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı, 42.459,76 manat mə bləğində idxal gömrük rüsumu, 58.657,46 manat məbləğində ƏDV olmaqla, ümumilikdə, 101.467,22 manat, həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən “**********9512” sorğu gömrük bəyannaməsi üzrə 350 manat məbləğində gömrük rəsmiləşdirilməsinə görə yığımları, 15.976.02 manat məbləğində idxal gömrük rüsumu, 22.109,92 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 38.435,94 manat məbləğində gömrük borcunun yarandığı aşkarlanmış, bu barədə müvafiq raportlar tərtib edilərək BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinə göndərilmiş və həmin idarəsi tərəfindən aparılmış araşdırma zamanı “**********9512” sorğu nömrəli gömrük bəyannaməsi üzrə, ümumilikdə, 38.435,94 manat, yəni xeyli miqdarda, “**********9265” sorğu gömrük bəyannaməsi üzrə isə gömrük rəsmiləşdirilməsi zamanı,ümumilikdə 101.4 67,22 manat, yəni, külli miqdarda gömrük ödənişlərindən yayınması faktı müəyyən edilmiş və toplanmış materiallar “Cavabdeh" MMC-nin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir.

9. DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1ci və 209.2.2-ci maddələrində nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma cinayətinin tərkibi müəyyən edilsə də, CPM-in 39.1.3-cü, AR Cinayət Məcəlləsinn 15-ci və 75-ci maddələrinin tələbləri rəhbər tutularaq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh MMC-nin barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmişdir. CPM-in 39.3-cü maddəsin bəraətverici əsaslar ehtiva edilmədiyindən hər iki gömrük bəyannamələri üzrə, ümumilikdə, 139.903,16 manat məbləğində gömrük borcunun Cavabdeh MMC-dən mülki mühakimə icraatı qaydasında tələb olunmasının istisna edilmədiyi Əməliyyatİstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarlarda öz əksini tapmışdır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-972/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

11. İddiaçı Komitə həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 22(103)-35/2020 saylı qətnaməsi ilə iddiaçı Azərbayc an Respublikası Dövlət Gömrük Komitəsinin apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində hesab etmişdir ki, cavabdeh MMC tərəfindən İtaliyanın “Sicis SRL” və “Bigelli Marmi SRL” şirkətlərindən avtomaşınlarla gətirilmiş malların xx.xx.2019-cu il tarixdə **********9512 və **********9265 №-li gömrük bəyannamələri üzrə iddiaçı gömrük orqanı tərəfindən rəsmiləşdirildiyi, o cümlədən, müşayət sənədlərinə əsasən gömrük borcunun müəyyənləşcdirilərək cavabdeh MMC tərəfindən ödənildiyi tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir.

14. Qeyd olunan sənədlərə, habelə, işdə olan təhqiqat işinin materiallarını (i ş vərəqi: 2367) əsasən müəyyən edilən mübahisəlli hallar isə ondan ibarətdir ki, adıçəkilən xx.xx.2019-cu il tarixli gömrük iş bəyannamələri üzrə aparılan gömrük rəsmiləşdirilməsindən 2 il sonra, iddiaçı Komitə rəsmiləşdirilməyə təqdim olunmuş sənədlərin düzgünlüyünü müəyyən etmək məqsədilə yenidən yoxlama aparılmış və nəticədə cavabdeh MMC-yə ümumilikdə, 139.903,16 manat məbləğində əlavə gömrük borcu hesablanmışdır.

15. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd emişdir ki, yoxlama, gömrük qanunvericiliyinin tələblərinə zidd şəkildə, müvafiq qərar qəbul edilmədən, yəni, rəsmiləşdirilmədən və müvafiq vahid məlumat reyestrində qeydiyata alınmadan, bu barədə cavabdeh MMC-yi xəbərdar etmədən və onun iştirakı olmadan, faktiki olaraq, bir audit yoxlaması aparılmaqla, nəticələri üzrə həmin MMC-yə əlavə gömrük borcu hesablanaraq ödənilməsi ondan tələb olunması qanuni hesab edilməsi istisna olunur.

16. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı gömrük orqanı tərəfindən cavabdeh MMC-nin gömrük rəsmiləşdirilməsi üçün təqdim etdiyi malların buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq üçün faktiki olaraq aparılan audit yoxlaması qanunvericiliyin qeyd olunan tələbləri qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edildikdən sonra yalnız həyata keçirə bilərdi.

17. Lakin, iddiaçı Komitə qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədiyi halda, onun tərəfindən aparılan yoxlamanın hüquqi nəticəsi ola bilməz, əhəmiyyətsizdir.

18. Çünki, ilk öncə, məhkəmə, m alların buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq üçün iddiaçı Komitə tərəfindən aparılan yoxlamanın qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğunluğunu, yəni yoxlamanın etibarlılığını müəyyən etməli idi ki, daha sonra, işin mahiyyətinə vararaq işin digər mübahisli hallarına qiymət verə bilsin. Odur ki, 1-ci instansiya məhkəməsinin qərarı ilə qanunvericiliyin qeyd olunan tələblərinə istinadən iddianın rədd edilməsi işin hallarına və gömrük qanunvericiliyinə uyğun hesab edilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1, 98.2, 98.4; «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1, 2, 3.2, 13.1-13.4; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4, 1.5, 5.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Məhkəmənin qətnaməsi iddiaçı Komitəyə xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir.

21. İddiaçı Komitə həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı Komitənin kassasiya şikayətində qeyd edilənlərə görə, hüququn üstünlüyün ün əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu da öz növbəsində məhkəmə tərəfindən çıxarılan qərarın şübhə altına alınmamasını tələb edir (Avropa Məhkəməsinin Brumeresku Rumıniyaya qarşı iş üzrə xx.xx.1999-cu il tarixli, X1rşı iş üzrə xx.xx.2004-cü il tarixli, X2rşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarları).

23. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmaqla qiymət verilməli olduğu halda bu xüsusatlar nəzərə alınmamışdır.

24. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır.

25. Qeyd edilənlərdən göründüyü kimi də, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Halbuki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

27. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələ blərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 28. insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

29. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi yekun nəticəyə gələrkən gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmalı olduğu və apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli olduğu hald a göstərilən xüsusatları nəzərə almamış, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, gəldiyi nəticə üzrə hüquqi müəyyənlik prinsipini pozaraq, gəldiyi nəticənin şübhə altına alınmasını qaçılmaz etmişdir.

30. Beləliklə yuxarıda qeyd edilənlər üzrə dəyərləndirmə apararaq belə qənaətə gəlmək olar ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı cavabdeh MMC etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçı Komitənin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh MMC-yə təqdim edilmiş məhkəmə bildirişlərində nümayənjələrinin iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.7.-ci maddəsinə müvafiq olaraq gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifələrindən biridir. 35.Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər.

36. Həmin Məcəllənin 48.3-cü maddəsinə görə, bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

37. Həmin Məcəllənin 48.4-cü maddəsinə uyğun olaraq gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya o nların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

38. Həmin Məcəllənin 48.7-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

39. Həmin Məcəllənin 48.8-ci maddəsinə görə, şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. 4

0. Həmin Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

41. Həmin Məcəllənin 227.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır.

42. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin ödəyi ciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.

43. Həmin Məcəllənin 249.1-ci maddəsinə görə, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

44. Həmin Məcəllənin 249.2-ci maddəsinə uyğun olaraq gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

45. Həmin Məcəllə nin 249.3-cü maddəsinə müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

46. Həmin Məcəllənin 249.4-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. 47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.

48. Həmin Qanunun 82.2-ci maddəsinə uy ğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməs inə dair vergi ödəyicisinə bildiriş göndərir.

50. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

51. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmla ka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin həmin maddənin İV hissəsində imperativ qaydada qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

52. Mülkiyyətin mühafizəsi bir sıra beynəlxalq aktlarda da öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunur ki, hər bir insanın həm təkbaşına, həm də əmlaka müştərək sahiblik hüququ vardır. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz. 53. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.

54. Bununla əlaqədar xüsusilə qeyd olunmalıdır ki, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlar ına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. İnzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir.

55. Məhz bu səbəbdən Konstitusiyanın tələblərindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

56. Bununla belə vurğulanmalıdır ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyy ən etmişdir.

57. Bu mənada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Vergi Məcəlləsinin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 58. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. 59. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhk əmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.

60. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu Sumqayıt İnzibatiiqtisadi Məhkəməsinin müraciəti ilə əlaqədar aşağıdakı nəticəyə gəlir: 61.- vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uygun olaraq məhkəmə qaydasında həll olunur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

63. İş üzrə iddiaçı Komitə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilməmiş və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir, bu səbəbdən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir.

65. Qeyd olunmalıdır ki, müvafiq olaraq gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanının Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş vəzfəsidir. Gömrük orqanı inzibati orqan qismində bu vəzifəsinin icrası məqsədilə müvafiq inzibati akt qəbul edir. Həmin akt məhkəmə icraçıları tərəfindən icra edilir.

66. Eyni zamanda inzibati aktı qəbul etmiş gömrük orqanı tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir, bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmu r. 67 Gömrük məcəlləsinə görə, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

68. Eyni zamanda qanunla müəyyən edilmiş hallarda gömrük orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldıra bilər.

69. Qeyd olunmalıdır ki, gömrük orqanının müvafiq olaraq gömrük rüsumlarının, müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınmasına dair səlahiyyəti digər fiskal orqanı olan vergi orqanının müvafiq səlahiyyət ilə demək olar ki, eynilik təşkil edir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2011-ci il tarixli Qərarında vergi orqanının vergilərin ödənilməsini təmin etmək səlahiyyətinin müstəqil surətdə, yəni məhkəməyə müraciət etmədən həyata keçirilməsi məsələsini araşdıraraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmada n icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.

71. Hazırki halda isə gömrük orqanı qanunla müəyyən edilmiş öz səlahiyyətindən istifadə etmədən, cavabdeh MMC-dən yenidən hesablanmış vergi rüsumlarının tutulması üçün qanunla müəyyən edilmiş hər hansı hərəkəti etmədən birbaşa məhkəməyə müraciət etmişdir, bu da yolverilməzdir (bax hazırki qərarın 34 - 49-cu bəndlərinə).

72. Azə rbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.

73. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı Komitənin kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.

4. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar