Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-214/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “xxxx” MTK-ya qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MTK-ya qarşı kredit borcunun qaytarılması haqqında iddia t ələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2-2(103)-610/2019 saylı qətanməsindəncavabdeh “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ASC (Bank) ilə «xxxx» MTK (Borcalan) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 500.000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür, Borcalan bu kreditdən istifadəyə gör ə illik 8% ödəyir, kreditin məbləği 209.260 manat, vaxtı keçmiş kredit 16 %, cərimə 1 %-dir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
3. İddiaçı Fond tərəfindən təqdim edlmiş 10/H-7428 saylı xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən Borclu «xxxx» MTK-nın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borcu 209.260 AZN, faiz borcu 16.275.81 AZN, cərimə borcu (dəbbə pulu) 12.602.10 AZN, cəmi 238.137.91 AZN məbləğində borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan 209.260 manat məbləğində əsas borc, 16.275,81 manat məbləğində faiz borcu, 12.602,10 manat cərimə borcu, ümumilikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı Fond tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı Fondun xeyrnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş No 2-2 (82)-466/2018) iddia tələbinin təmin edilməsi; cavabdeh MTK-dan 209.260 manat məbləğində əsas borc, 16.275,81 manat məbləğind ə faiz borcu, 12.602,10 manat cərimə borcu, ümumilikdə 238.137,91 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı Fond tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Fondun xeyrinə ödənilməsi qət edilmişdir.
6. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 442, 443.1, 448.1, 470.1, 472.2, 500.1, 462 və 467-ci maddələri ilə əsaslandırılmışdır.
7. Həmin qətnamədən narazı qalan cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Hazırki işə 1-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il t arixli qətnaməsi ilə (sədrlik V.Baxışova, hakimlər Ə.Qasımov və C.Yusifov; iş No 2-2(103)-57/2019) cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddia tələbinin qismən – cavabdeh MTKdan xx xxxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsi üzrə 203.697,84 manat məbləğində əsas borc, 5.000 manat cərimə borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı Fond tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 208. 727,84 manat borcun tutularaq iddiaçı Fondun xeyrinə ödənilməsi qət edilmişdir.
9. Qətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madd ələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462 və 467-ci maddələrinə əsaslanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit təşkilatı (bank) kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada faiz borcunun ödənilməsini tələb edə bilməz. Bu zaman bank yalnız bank faizinn uçot dərəcəsi ilə ödənilməsini və öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənlməsini tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə müvafiq olaraq faizdən faiz ödənilməsi yolverilməzdir.
11. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2019 -cu il tarixdə göndərilmişdir.
12. Həmin qətnamədən narazı qalan iddiaçı Fond kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinnə göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov, S.Hüseynova; iş No 2-2(102)-242/2019) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının məzmunundan göründüyü kimi kredit təşkilatı (hazırkı iş üzrə iddiaçı Fond) kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada faiz borcunun ödənilməsini tələb edə bilməz. Bu zaman bank yalnız bank faizinin uçot dərəcəsi ilə ödənilməsini və öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz for masında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
13. İşin materiallarındakı xx.xx.2018-ci il tarixli maliyyə arayışında cavabdeh MTK-nın xx.xx.2016-cı il tarixində kredit üzrə son dəfə 14.740,54 manat məbləğində ödəniş etdiyi göstərilmiş, həmin arayışda bu ödənişin təyinatı (əsas borc, faiz borcu yaxud cərimə üzrə) göstərilməsə də, apellyasiya instansiyası məhkəməsi hər hansı araşdırma aparmadan və buna dair zəruri sənədləri tələb etmədən həmin məbləğin bir hissəsini (14.740,54 manat – 9.178,38 manat = 5.562,16 manat), faiz borcuna silmiş, yerdə qalan 5.562,16 manatı isə əsas borca aid edərək cavabdehin kredit müqaviləsi üzrə əsas borcunu 203.697,84 manat məbləğində müəyyən etmiş, bu zaman gəldiyi nəticəni maddi hüquq normaları və müqavilə şərtlərinə isti nad etməklə əsaslandırmamışdır. İşin materiallarında isə 14.740,54 manat məbləğində ödənişə dair ödəniş tapşırığı olmadığından, bu ödənişin cavabdeh tərəfindən hansı təyinatla aparıldığını müəyyən etmək mümkün deyildir.
14. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borcalan kredit və (və ya)ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1 faizi həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 16 faizi ödəməlidir.
15. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maliyyə arayışında, arayışın təqdim edildiyi günə cavabdehin faiz borcunun 38.875 manat olduğu qeyd edilmiş, iddia ərizəsində isə cavabdehdən yalnız 16.275,81 manat faiz borcunun tutulması xahiş edilmiş, işin 6-cı vərəqindəki xx.xx.2015-ci il tarixli kreditin ödənmə cədvəlinin surətində isə müqavilənin başa çatdığı xx.xx.2016-cı il tarixə cavabdeh MTKnın 9.178,38 manat faiz ödəməli olduğu qeyd edilmişdir 16. xx xxxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsinə əsasən, kreditin məbləği 209.260 manat, illik faizi 8 %, vaxtı keçmiş kredit faizi 16 %, cərimə 1 %-dir, adi riyazi hesablamaya əsasən cavabdeh kreditdən istifadəyə görə bir il müddət üçün 16.740,8 manat faiz ödəməlidir, işdə əsli olmayan və lazımi qaydada təsdiq edilməmiş maliyyə arayışının surətində isə faiz borcunun müqavilə şərtlərinə uyğun olmayan 9.178,38 manat göstərilməsi ilə bağlı məhkəmə tərəfindən də hər hansı araşdırma aparılmasına zərurət görülməmiş, müqavilə müddəti üzrə hesablanmalı olan faiz məbləği, həmçinin əsas borc məbləği dəqiq müəyyən edilmədiyindən hazırkı qətnamə qüvvədə saxlanıla bilməz
17. Bundan əlavə işin materiallarına əsasən cavabdeh MTK 1-ci instansiya məhəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən həmçinin buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, məhkəmələr tərəfindən isə həmin ərizəyə hər hansı münasibət bildirilməmişdir Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş No 2-2(103)-610/2019) cavabdeh MTK-nın apelly asiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin cavabdehdən faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi; cavabdeh MTK-dan xx xxxx 2015-ci il tarixli, 095/15 saylı kredit müqaviləsi üzrə 209.260 manat əsas borc, 1.999,59 manat faiz borcu və 2.092.6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 213.382,19 manat borcun iddiaçı Fondun xeyrinə tutulması qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli **********886 saylı maliyyə arayışına əsasən borclu «xxxx» MTK-nın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, öhdəliyinin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə 209.260 AZN əsas borcu, 1.999.59 AZN faiz bo rcu yaranmışdır. Cavabdeh MTK tərəfindən kredit üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə 14.740,54 manat olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli **********886 saylı maliyyə arayışı əsas götürülərək, cavabdeh MTK-nın kredit öhdəliyinin müddətinin bitdiyi günə olan əsas və faiz borcu həmin maliyyə arayışına əsasən hesablanmalıdır. İddiaçı Fond ona dəymiş ziyanın və ya gecikdirilmiş borca görə illik 5 faizin ödənilməsini tələb etmədiyi üçün 1-ci instansiya məhkəməsi həmin tələblərlə bağlı araşdırma aparmamaqda haqlı olmuşdur.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarı; Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Məhkəmənin qətnaməsi cavabdeh MTK-ya isə xx.xx.2019-cu il tarixdə göndərilmişdir.
23. Həmin qətnamədən narazı qalan cavabdeh MTK kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
23. Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh MTK-nın kassasiya şikayətində qeyd edilənlərə görə, bu MTK ilə İddiaçı ASC arasında bir neçə kredit müqavilələri imzalanmış, MTK tərəfindən həmin kredit müqavilələri üzrə banka müəyyən məbləğlərdə ödəniş həyata keçirilmişdir. 1-ci instansiya məhkəməsinin gedişində MTK-nın səl ahiyyətli nümayəndəsi tərəfindən iddiaçı Fondun nümayəndəsindən hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borc ilə bağlı kassa məxaric qəbzi v hesabdan çıxarış təqdim etməsi tələb olunsa da, iddiaçı Fond həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, eyni zamanda nə 1-ci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin sübutların təqdim edilməsi tələb edilməmişdir.
25. Halbuki, iddiaçı Fond tərəfindən “xxxx” MTK ilə bağlanmış bütün müqavilələr üzrə cəmi 1 ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyildir. Hansı ki, iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı Fond ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrı ca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi.
26. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız iddiaçı Fondun mövqeyinə istinad olunaraq sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamış, sübutların mötəbərliyi, kifayətliliyi tədqiq edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə q ərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
34. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
36. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Cavabdeh MTK-nın kassasiya şikayəti ona əsaslanır ki, hazırki mübahisənin predmeti olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən başqa tərəflər arasında bir neçə kredit müqaviləsi bağlanmışdır. İddiaçı Fond tərəfindən MTK ilə bağlanmış bütün müqavilələr üzrə cəmi 1 ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, bu çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə bocun verilməsini müəyyən etmək mümkün deyildir. Hansı ki, iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şə kildəə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi.
41. Məhkəmə kollegiyası qeyd etməlidir ki, cavabdeh MTK-nın dəlilləri uğurlu deyil və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.
42. Əvvəla, kassatorun istinad etdiyi hesadan çıxarışda (bax i.v. 58-78) cavabdeh MTK-nın tərəf olduğu kredit müqavilələrinin və həmin müqavilələr üzrə edilmiş ödənişlərin hər birinin ayrıca kodları müəyyənləşdirilmişdir ki, bu kodlardan istifadə etməklə hansı müqavilə üzrə hansı ödənişin həyata keçirilməsini açıq-aydın görmək mümkündür. İş üzrə müəyyən edilir ki, iddiaçı Fond da həmin sənəddən istifadə etməklə borclu MTK-nın əsas və faiz borcunu hesablamaqla iddia tələbini əsaslandırmışdır. Eyni zamanda işə baxan apellyasiya instansiyası məhkəməsi də cavabdeh MTK-nın k redit borcunun müəyyən edilməsində hər hansı çətinliklə rastlaşmamışdır.
43. Bundan başqa qeyd olunmalıdır ki, prosessual qanuna görə, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir (bax hazırki qərarın bəndinə). Başqa sözlə desək, əgər cavabdeh MTK iddiaçı Fondun hesabladığı borc məbləği ilə razı deyilsə, həmin məbləğin qarşısında özünün hesabladığı məbləği göstərməli idi. Lakin cavabdeh MTK bunu etmir, müəyyən olunmuş borc məbləği ilə razı olmadığını bildirməsə də, borcun yenidən hesablanmasını xahiş edir ki, bu da əsaslı dəlil kimi qəbul edilə bilməz.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh MTK-nın kassasiya dəlillərini əsaslı hesab etmir.
45. Şərh olunanlara və A zərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxx” MTK kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 oktyabr 2019-ci il tarixli, 2-2(103)-610/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.